A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə177/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   174   175   176   177   178   179   180   181   182

YADDAŞA  YAZMA  (QEYD  ETMƏ

)  – 

yaddaş 


qurğusunda 

(yaddaşında) 

yazılmış 

məlumatları  əks  etdirən  siqnallara  uyğun  olaraq, 

yaddaş  elementlərinin  vəziyyətinin  dəyişməsidir. 

Yaddaşa  yazma  verilmiş  ünvana  uyğun  olaraq, 

yaddaşdakı 

elementlərin 

parametrlərinin 

dəyişməsi nəticəsində baş verir. 

 

YAXŞILAŞDIRILMIŞ 



SANĐTAR-TEX-

NĐKĐ  VASĐTƏLƏRƏ  MALĐK  OLAN  ŞƏ-

HƏR  VƏ  KƏND  ƏHALĐSĐNĐN  SAYI

 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf  göstəricilərindən)  -  gigiyenik  cəhətdən 

insan  ifrazatını  insan,  heyvan  və  həşəratlarla 

təmasdan  izolyasiya  edən  binalara  (qurğulara) 

girişə  malik  olan  əhalinin  faizlə  payıdır. 

Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  və  BMT-

nin Uşaq Fondu tərəfindən nəşr olunmuş “2000-ci 



ildə  su  təchizatı  və  sanitariyanın  qlobal 

qiymətləndirilməsinə  dair  məruzə”yə  uyğun 

olaraq,  bu  məqsəd  üçün  adekvat  (əgər  onlar 

ictimai  istifadə  üçün  nəzərdə  tutulmayıbsa) 

kanalizasiya  kollektorları  və  ya  durulducu 

hovuzlar,  təzyiq  altında  yuyulan  tualetlər, 

həmçinin  sadə  və  ya  təkmilləşdirilmiş  və  havası 

dəyişdirilən ayaqyolu kimi tikililər hesab edilir. 

 

Bu göstərici şəhər (və ya kənd) yerlərində yaşayan 



və  insan  ifrazatını  gigiyenik  izolyasiya  edən, 

yaxşılaşdırılmış  sanitar-texniki  qurğulara  malik 

olan  əhalinin  şəhər  və  ya  kənd  əhalisinin  ümumi 

sayına nisbəti ilə hesablanır.  

 

YAXŞILAŞDIRMA 

(SAĞLAMLAŞDIR-

MA)

 – dövlətin, bankların, şirkətlərin köməyi ilə 

müəssisənin iqtisadi vəziyyətinin yaxşılaşdırması, 

müflisləşməsinin  qarşısının  alınması  və  maliyyə 

vəziyyətinin  sağlamlaşdırması  üzrə  tədbirlər 

sistemidir. 

Bu 


sistemə 

dövlət 


borclarının 

silinməsi,  güzəştli  əsaslarla  bank  kreditləri,  vergi 

qoymada  güzəştlər,  borc  ödənişi  vaxtlarının 

uzadılması,  istifadə  olunmayan  mülkün  satışı, 

sağlamlaşdırılan  müəssisənin  digər  müəssisə  ilə 

birləşdirilməsi  (udulması);  səhmdar  cəmiyyətləri 

üçün  –  yeni  səhmlərin  buraxılmasının  ixtisara 

salınması  yolu  ilə  səhm  kapitalının  azaldılması, 

köhnə 

səhmlərin 



nominal 

dəyərinin 

aşağı 

salınması  daxildir.  Müəssisənin  fəaliyyətinin 



davam  etdirilməsi  və  onun  ödəmə  qabiliyyətinin 

bərpa  edilməsini  təmin  edəcək  sağlamlaşdırma 

tədbirlərinin  həyata  keçirilməsinə  dair  qərar  bu 

müəssisənin  maliyyə  vəziyyətinin  təhlili  əsasında 

qəbul 

edilir. 


Sağlamlaşdırma 

üsullarının 

seçilməsində  iştirak  etmədə  üstünlük  sahibkara, 

kreditorlara, 

borclu 

müəssisəsinin 



əmək 

kollektivinin üzvlərinə verilir. 

 

YALANÇI  (SAXTA)  DƏYĐŞƏN

  -  kəmiyyət 

ölçməsinə 

tabe 

olmayan, 



amillərin 

və 


xüsusiyyətlərin 

təsviri 


üçün 

ekonometrik 

modellərdə  süni  dəyişəndir.  Adətən,  yalançı 

dəyişən 0 və ya 1 qiymətini qəbul edir. O hallarda 

tətbiq  edilir  ki,  parametrlərin  qiymətləndirilməsi 

üçün 


istifadə 

olunan 


müvəqqəti 

sıraların 

göstəriciləri 

əhəmiyyətli 

dərəcədə 

müxtəlif 

davranışlı  dinamikalı  bölmələrə  parçalanır  və 

açıqca  bir  sıra  eyniləşdirilməyən  amillərin  bir 

bölmədə  fəaliyyət  göstərməsinin  və  digərlərində 

isə fəaliyyət göstərmədiyinin fərz edilməsinə əsas 

verir.  Belə  halda,  yalançı  dəyişənin  qiyməti 

eyniləşdirmə  amillərinin  fəaliyyəti  güman  edilən 

bölmələr  üçün  vahidə  bərabər,  qalan  bölmələr 

üçün isə sıfıra bərabər qəbul edilir. 

 

YALANÇI  (SƏHVƏN)  FƏAL    VAHĐD

 

(kölgə)  –  registrdə  qeyddə  olan  və  iqtisadi  fəal 

sayılan, lakin faktiki olaraq fəaliyyət göstərməyən 

vahiddir. Bu tip səhvlər müayinə keçirilən zaman 

avtomatik  olaraq  düzəldilir.  Bununla  yanaşı, 

statistikada  seçmə  məcmunun  ölçüsünü  müəyyən 

edərkən,  gözlənilən  yalançı  fəal  vahidlər  üçün 

müəyyən faizə yol verilir.  

 

YANACAQ-ENERJĐ  BALANSI

  –  ölkənin 

energetika  sektorunda  baş  verən  hadisə  və 

proseslərin  öyrənilməsi,  bu  sahədə    qərarların, 

strategiyaların  qəbul  olunması,  prioritet  və 

perspektivlərin 

müəyyənləşdirilməsi, 

milli 

energetika 



ehtiyatlarının 

idarə 


olunmasına 

yönəldilmiş 

dövlət 

siyasətinin 



işlənib 

hazırlanması  və  həyata  keçirilməsi  üçün  ən 

mühüm vasitədir. O, eyni zamanda ölkənin enerji 

potensialından  istifadə  olunmanın  səmərəliliyinin 

müəyyən  edilməsi,  enerji  istehlakının  müxtəlif 

(adambaşına  və  ya  ÜDM-ə  nisbətdə  enerji 

istehlakı,  enerji  ehtiyatlarının  əhalinin  sayına 

nisbəti, xam neft üzrə xalis idxalın ÜDM-ə nisbəti 

və  s.)  göstəricilərinin  işlənib  hazırlanması  üçün 

əvəzedilməz məlumat mənbəyidir. 

Enerji  balansının  işlənib  hazırlanmasında  əsas 

məqsəd,  energetika  məhsullarının  istehsal  və 

istehlak  strukturunda  baş  verən  dəyişiklik  və 

meyllərin  statistik  tədqiqi  və  təhlilini  həyata 

keçirməklə, 

energetika 

sektorunun 

inkişaf 


istiqamətlərinin  müəyyənləşdirilməsində,  növbəti 

illər  üçün  ölkənin  enerji  balansının  tərtib 

olunmasında, 

energetika 

sektorunun 

səmərəliliyinin 

artırılmasında, 

energetika 

sahəsində  qərarların  qəbul  edilməsində  ölkə 

hökumətini  zəruri  statistik  məlumatlarla  təmin 

etməkdən ibarətdir.  

Azərbaycanın  milli  Enerji  balansı  matrisa 

formasında  qurulmaqla  60  sətir  və  28  sütundan 

(23  məhsul  növü  və  5  məhsul  qrupu)  ibarətdir, 



 

690 


sətirlərdə  enerjinin  yaranmasından  onun  son 

istehlakınadək  axınlar,  sütunlarda  isə  energetika 



məhsulları göstərilir. Balansın axınlar hissəsi 4 iri 

sektora  –  energetika  məhsullarının  mənbələri 

(istehsal,  idxal  və  s.)  sektoru,  transformasiya 

sektoru, energetika müəssisələrinin daxili istehlakı 

və  itkilər  sektoru  və  son  istehlak  sektorlarına 

bölünür.  Enerji  balansı  ayrı-ayrı  energetika 

məhsulları  üzrə  (neft,  qaz,  elektrik  enerjisi  və  s.) 

əmtəə  balanslarını  özündə  birləşdirməklə  onların 

neft  ekvivalentinin  tonu  (NET),  yəni  müvafiq 

enerji  vahidi  ilə  ifadə  olunmuş  kompleks 

məcmusudur  (1  NET  41,868  Qiqa  Coula 

bərabərdir).  Enerji  balansının  tərtibindən  əvvəl 

balansda 

göstərilən 

bütün 

energetika 



məhsullarının əmtəə balansları tərtib edilir. 

 

YARADILMIŞ  ƏLAVƏ  ĐŞ  YERLƏRĐNĐN  

SAYI

 

– 

hesabat 


dövründə  iş 

yerlərinin 

genişləndirilməsi,  istehsalın  yenidən  təşkili,  işin 

növbəliliyinin  artırılması  və  s.  nəticəsində  yeni 

yaranmış  iş  yerlərinə  qəbul  edilən  və  ya  qəbul 

edilə biləcək işçilərin sayıdır. 



 

YARANMA

  –  bilavasitə  statistik  vahidə  aid 

olan  demoqrafik  hadisədir.  Bu,  statistik  vahidin 

“xalis”,  yaxud  “qeyri-xalis”  yaradılmasıdır,  yəni 

müəssisələrin 

bölünməsi 

və 


ya 

birləşməsi 

nəticəsində statistik vahidin yaranmasıdır. 

 

YARDIMÇI  FƏALĐYYƏT

 – əsas fəaliyyətin 

həyata  keçirilməsi  üçün  şəraitin  yaradılması 

məqsədi  ilə  müəssisə    daxilindəki    fəaliyyətdir 

(mühasibat,  nəqliyyat,  saxlanma,  reklam  və  s.). 

Yardımçı  fəaliyyətin  səciyyəvi  xüsusiyyəti  ondan 

ibarətdir  ki,  belə  fəaliyyət  nəticəsində  buraxılan 

məhsul  həmişə  bu  iqtisadi  vahidin  daxilində 

aralıq istehlak üçün nəzərdə tutulur.  

 

YARDIMÇI  ĐSTEHSAL



  (tikintidə)  -  tikinti 

təşkilatının 

balansında 

olan 


təşkilatı-

xüsusiləşdirilmiş  (ayrılmış)  sənaye  istehsalıdır. 

Belə 

istehsallara 



aiddirlər: 

beton-məhlul 

qovşaqları;  dəmir-beton  və  beton  məmulatlarının, 

divar  bloklarının  və  panellərinin,  kərpic,  kirəmit 

və digər tikinti materiallarının istehsalı; daş, qum, 

çınqıl  və  gilin  hasilatı  və  emalı  üzrə  karxanalar; 

dəmirçixanalar;  mexanika,  xarrat  və  digər 

emalatxanalar;  ağac  tədarükü  istehsalı;  elektrik 

stansiyaları;  su  təchizatı;  buxarı  mexaniki 

qüvvəyə çevirən qurğular və sair. 

 

YARIM  PANSĐON

  –  turpaketin  tərkibində 

turistin  yerləşdirilmə  və  gündə  2  dəfə    səhər 

yeməyi və seçimdən asılı olaraq, nahar və ya şam 

yeməyi xərclərini də daxil edən xidmət növüdür. 

 

YARIMÇIQ TĐKĐNTĐ 

– başa çatdırılmamış və 

ya  istifadəyə  verilməmiş  tikililərin,  obyektlərin 

məcmusudur.  Yarımçıq  tikinti  ani  göstərici  hesab 

edilir,  onun  mütləq  miqdarı  müəyyən  tarixə  aid 

edilir.  Natural  ifadədə  hesabat  tarixinə  olan 

vəziyyətə  görə  tikililərin  və  obyektlərin  sayı  ilə 

xarakterizə  olunur.  Dəyər  ifadəsində  yarımçıq 

tikinti  –  bu,  müəyyən  tarixə  (adətən,  ilin  sonuna) 

başlanmış 

və 

istənilən 



səviyyədə 

başa 


çatdırılmamış  və  istifadəyə  verilməmiş  tikinti 

obyektləri 

üzrə 

əsas 


kapitala 

yönəldilmiş 

investisiyanın 

faktiki 


mənimsənilməsidir. 

Yarımçıq  tikintinin  uçotu  qarışıq  qiymətlərlə 

həyata 

keçirilir. 



Đnvestisiya 

fəaliyyətinin 

nəticələrinin  təhlilində  bu  göstərici  üzrə  artma, 

azalma  sürətini  müəyyən  etmək  mümkündür. 

Təhlil  üçün  həmçinin  yarımçıq  tikintinin  nisbi 

səviyyəsini  xarakterizə  edən  göstəricidən  də 

istifadə edilir: 

H

n



=H/K 

Burada  H  –  ilin  axırına  yarımçıq  tikintinin,  K 

hesabat  dövründə  əsas  kapitala  yönəldilmiş 

investisiyanın  həcmini  göstərir.  Bununla  yanaşı, 

yarımçıq  tikintinin  və  əsas  kapitala  yönəldilmiş 

investisiyanın 

həcmlərinin 

hesablanmasında 

müqayisəli qiymətlər götürülməlidir. 

 

YARIMÇIQ  TĐKĐNTĐ  ĐSTEHSALI



 

– 

müəyyən  tarixə  tikinti  təşkilatları  tərəfindən 



qurtarmamış  və  sifarişçiyə  təhvil  verilməmiş 

obyektlərdə  və  komplekslərdə  yerinə  yetirilmiş 

işlərin 


həcmini 

xarakterizə 

edən 

tikinti 


məhsulunun  bir  hissəsidir.  Müqavilə  (smeta) 

dəyəri 


və 

faktiki 


maya 

dəyəri 


üzrə 

qiymətləndirilir,  tikinti  təşkilatlarının  balansında 

işlərin 

sifarişçiyə 

təhvil 

verilməsinə 



(ödənilməsinə)  qədər  hesaba  alınır.  Yarımçıq 

tikinti  istehsalı  ilə  yarımçıq  tikintini  qarışdırmaq 

olmaz.  

 

YARIMFABRĐKATLAR

  –  (I)  -  sənaye 

müəssisələrinin  sexlərindən  birində  emalı  başa 

çatmış  və  həmin  müəssisənin  başqa  bir  sexində 

sonrakı  emala  aid  olan  məhsuldur.  Sənaye 

müəssisələrində 

istehsal 

olunmuş 

yarımfabrikatların  uçotu  natura  və  pul  ifadəsində 

aparılır. Verilmiş dövrdə kənara göndərilmiş, yəni 

satılmış 

(sənaye 

müəssisələrinin 

əsas 

fəaliyyətindən  kənar)  yarımfabrikatların  ümumi 



dəyəri hazır məhsullarla bərabər səviyyədə sənaye 

müəssisəsinin məhsullarının həcminə daxil edilir. 



(II)  -  qismən  emal  edilmiş,  lakin  istifadəyə  hazır 

olmazdan  əvvəl  növbəti  emal  tələb  edən 

məhsullardır.  Onlar  sonrakı  emal  üçün  digər 

istehsalçılara  satıla  bilər.  Tipik  nümunə  son  emal 

üçün  başqa  yerlərə  satılan  metaldan  tökmələr  ola 

bilər. 


 

691


Qeyd:  Bu  müəyyənləşdirmə  Đqtisadi  Fəaliyyət 

Növləri  Təsnifatına  izahlarda  verilmişdir.  Digər 

kontekstlərdə bu termin başqa əhəmiyyət kəsb edə 

bilər. 

 

YAŞ



 – insanın doğulmasından onun həyatının bu 

və  ya  digər  sayılan  anınadək  olan  dövrdür. 

Orqanizmdə 

maddələr 

mübadiləsi 

və 


funksiyaların 

vəziyyəti 

ilə, 

həmçinin 



bu 

proseslərin  insan  populyasiyanın  yaş  normalarına 

uyğun gəlməsi ilə müəyyən olunan bioloji yaş və 

doğulan  andan  keçən  vaxtla  ölçülən  təqvim  yaş 

fərqləndirilir.  Ömrün  uzunluğunun  təkamülü 

prosesində  yaş  dövrləri  haqda  təsəvvürlər  də 

dəyişir  (“Yaşın  təsnifləşdirilməsi”nə  bax).  Đnsan 

həyatının  nümunəvi  dövrləri  (hüdudların  nisbiliyi 

nəzərə  alınmaqla)  aşağıdakı  kimi  təqdim  oluna 

bilər: 


 

1–7 gün 


yeni 

doğulmuşlar 

7 gün – 1 yaş 

körpələr 

1–3 yaş 

erkən uşaqlıq 

4–7 yaş 

birinci uşaqlıq 

8–12 yaş (oğlanlar) 

8–11 yaş (qızlar) 

ikinci uşaqlıq 

13–16 yaş (oğlanlar) 

12–15 yaş (qızlar) 

yeniyetmə 

17–21 yaş 

gənc oğlan 

16–20 yaş 

cavan qız 

22–35 yaş (kişi) 

yaşlı yetkin 

21–35 yaş (qadın) 

yetkinliyin 

dövrü 


36–60 yaş (kişi) 

yetkinliyin  II 

dövrü 

35–55 yaş (qadın) 



yetkinliyin  II 

dövrü 


61–72 yaş (kişi) 

ahıl insanlar 

56–74 yaş (qadın) 

ahıl insanlar 

75–90 yaş (kişi və qadın) 

qoca insanlar 

90  yaşdan  yuxarı  (kişi  və 

qadın) 


uzun 

ömürlülər 

  

Yaşayanların  yaşı  ilə  bərabər  demoqrafik  təhlildə 



ölənlərin  yaşının,  nikah  bağlama  yaşının,  uşaq 

doğma  yaşının  da  böyük  əhəmiyyəti  var,  yaxud 

insanların  həyatında  bu  və  ya  digər  demoqrafik 

hadisənin  baş  verdiyi  vaxt  ayrı-ayrı  insanların 

yaşının bilinməsi əhalinin yaş strukturu haqqında 

təsəvvür  yaradır  və  həmin  demoqrafik  hadisənin 

hansı  yaş  qruplarında  baş  verməsini  göstərir. 

Doğum,  ölüm,  nikah,  boşanma  müxtəlif  yaş 

qruplarında  eyni  olmadığından,  insanın  yaşı 

demoqrafik  hadisələrin  ümumi  koordinatıdır  və 

onların  əhalinin  təkrar  istehsalının  təhlili  üçün 

böyük  əhəmiyyəti  olan  ölüm,  doğum,  nikah 

cədvəllərinin köməkliyi ilə təsviri ömrün müxtəlif 

mərhələlərində  bu  proseslərin  keçməsinin  ümumi 

qanunauyğunluqlarını 

aydınlaşdırmağa 

imkan 

verir.  Đnsanın  öz  həyatı  və  fəaliyyəti  prosesində 



keçdiyi 

yaş 


dövrlərinin 

təhlilinin 

konkret 

məqsədlərindən 

asılı 

olaraq, 


demoqrafiyada 

müxtəlif  yaş  qruplaşması  tətbiq  olunur  və  yaşın 

orta  göstəriciləri  hesablanır.  Đnsanın  yaş  sayının 

bütün  əhalinin,  yaxud  onun  hər  hansı  bir 

hissəsinin  sayına  nisbəti  orta  göstəricilərin 

hesablanması üçün metodik əsasdır. Əhalinin orta 



yaşı  və  median  yaşı  daha  çox  demoqrafik 

əhəmiyyətə  malikdir.  Onlar  yaş  tərkibinin  toplu 

xarakteristikalarıdır.  Orta  nikaha  daxil  olma  yaşı

uşaq  doğulduqda  və  digər  demoqrafik  hadisələr 

baş verdikdə də hesablanır.  

Hüquqi  cəhətdən  də  yaşın  əhəmiyyəti  var: 

məsələn, nikah yaşı, hüquqa malik olma və hüquq 

səlahiyyəti, o cümlədən əmək, cinayət, inzibati və 

mülki  məsuliyyət  yaşı  və  s.  (“Yetkinlik  yaşına 

çatmayanlar”a bax).  

Demoqrafiyada  yaş,  adətən,  tamam  olmuş  yaşla, 

yəni  tam  rəqəmlə,  bir  yaşdan  aşağı  olan  uşaqlar 

üçün  –  ayların,  hətta  günlərin  sayı  ilə  (1  aylıq 

uşaqlar 

üçün) 


hesablanır. 

Yaş 


haqqında 

məlumatlar  əhalinin  siyahıyaalınması,  sorğu  yolu 

ilə, demoqrafik hadisələrin (nikah, boşanma və s.) 

cari qeydə alınması, sənədlərdəki qeydlər əsasında 

alınır.  Đqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrin 

çoxunda  siyahıyaalma  proqramlarında  anadan 

olma  tarixi  (gün,  ay,  il,  yaxud  ay,  il),  bəzən 

tamam olmuş illər haqqında sual qoyulur. Anadan 

olma  tarixini  bilməklə,  siyahıyaalma  tarixinə 

tamam  olmuş  yaşı  siyahıyaalma  ilindən  anadan 

olma ilini çıxmaqla müəyyən etmək olur.  

Əgər siyahıyaalma ilində anadan olma günü onun 

tarixindən  sonradırsa,  fərq  bir  vahid  azaldılır. 

Anadan 


olma 

tarixinin 

qeydə 

alınması 



məlumatları təkcə  yaş  üzrə  deyil,  həm  də  nəsillər 

üzrə  qruplaşdırmağa  imkan  verir.  Adətən,  cari 

qeydiyyatda  anadan  olma  tarixi,  yaxud  yalnız  ili 

nəzərə alınır. Sorğu zamanı yaşın təqribən, yaxud 

yuvarlaqlaşdırılmış rəqəmlə göstərilməsi ayrı-ayrı 

yaş  qruplarının  sayının  təhrif  olunmasına,  yaş 



akkumulyasiyasına gətirib çıxarır. 

 

YAŞ  AKKUMULYASĐYASI



  -    bir  sıra 

yaşlarda,  daha  çox  0  və  5  rəqəmləri  ilə  qurtaran 

yaşlarda  qonşu  yaşlara  nisbətən  daha  çox 

adamların  sayının    və  ya  demoqrafik  hadisələrin 

toplanmasıdır.  Sorğu  zamanı  yuvarlaqlaşdırma 

nəticəsində  yaşın    bilərəkdən  və  ya  təsadüfən  

sistematik  təhrifi  baş  verir.  Əhalinin  və  ya 

yuvarlaq  (akkumulyasiya  olunan  say)    və  digər 

yaşlarda  hadisələrin  sayının  nisbətini  xarakterizə 

edən  xüsusi  göstəricilərin  köməyi    ilə  ölçülür. 

Güclü  yaş  akkumulyasiyası  zamanı    statistik 


 

692 


müşahidə  yolu  ilə  alınmış  yaş  tərkibi  haqqında 

məlumatlar,  adətən,  yuvarlaqlaşdırılmış  və  qonşu 

yaşlardakı  ədədlərin  həqiqi  nisbətini  bərpa  etmək 

üçün  səlisləşdirilir.  Ədədlərin  akkumulyasiyası 

göstərilən  səbəblər  nəticəsində  təkcə  yaş  üzrə 

bölünməyə  görə  yox,  həm  də  vaxtın  digər 

xüsusiyyətlərinə,  məsələn,  nikahın  davamlılığına

verilən  ərazidə  yaşama  davamiyyətinə  və  s.  görə 

də baş verə bilər.   

 

YAŞ XƏTTĐ



 – müəyyən demoqrafik vəziyyətdə 

olma  müddətini  bu  və  ya  digər  kəmiyyətə  çatma 

anlarını  birləşdirməklə  demoqrafik  şəbəkədə 

xətdir.  Məsələn,  eyni  yaş  kəmiyyətləri;  nikahın 

pozulması  anına  onun  davamiyyət  müddəti 

kəmiyyətləri;  birinci  uşağın  doğulması  ilə  ikinci 

uşağın doğulması arasında keçən illərin sayı və s. 

Yaş  xətti  ordinat  oxunda  yaşın,  yaxud  vəziyyətin 

uzunluğunun bu və ya digər kəmiyyətinə müvafiq 

olan nöqtədən başlayan üfüqi xətdir. 

 

YAŞ  ĐNTERVALI

  –  əvvəlki  və  sonrakı  yaş  

arasında  olan  fərqdir.  Bir  qayda  olaraq,  dəqiq 

yaşın  il  üzrə  kəmiyyətini  nəzərə  alır.  Yaş 

tamamlanmış  illə  ölçüldüyünə  görə,  yaş  intervalı 

həmişə mövcuddur. Onun həddi kimi aşağı sərhəd 

xidmət edir. Məsələn: 20 yaş dedikdə, tam 20 yaş 

ilə tam 21 yaş arasındakı interval nəzərdə tutulur. 

Bu  yaş  intervalı  bir  ildən  yuxarı  müddəti  əhatə 

etdikdə daha ədalətli hesab edilir. Məsələn: 20-24 

yaşları  dedikdə,  tam  20  yaşla  tam  25  yaş 

arasındakı interval nəzərdə tutulur.  

Yaş 


intervalı 

insan 


həyatının 

müxtəlif 

mərhələlərində    demoqrafik  və  sosial-iqtisadi 

proseslərin 

keçmə 

intensivliyinin 



qiymətləndirilməsi üçün tətbiq olunur. Bir illik və 

beş  illik  yaş  intervalları  daha  geniş  yayılmışdır. 

Bunların  ardıcıl  yayılması  müxtəlif  demoqrafik 

proseslərdə 

əsas 

yaş 


qanunauyğunluğunun 

müəyyənləşdirilməsinə imkan verir. 

 

YAŞ  KONTĐNGENTĐ 

–  oxşar  demoqrafik  və 

ya sosial, iqtisadi xarakteristikaları (məsələn, uşaq 

doğumu,  əmək  qabiliyyətli  və  s.)  olan  bir,  yaxud 

bir  neçə  yaş  qruplarında  insanların  cəmidir.  Yaş 

kontingenti 

sərhədləri 

insanların 

fizioloji 

xüsusiyyətləri 

ilə 

şərtlənir, 



sosial-iqtisadi 

münasibətlərdən 

və 

onları 


əks 

etdirən 


qanunvericilikdən  asılıdır.  Ölkə  statistikasında 

aşağıdakı yaş kontingenti ayrılır: körpə yaş – 0–2 

yaşlı  uşaqlardır,  onlar  uşaq  məsləhətxanalarının 

nəzarəti altında olur və onlara körpələr evi xidmət 

edir,  çox  vaxt  onların  arasında  bir  yaşadək  olan 

uşaqları  ayırırlar;  məktəbəqədər  yaş  –  3-6  yaşlı 

uşaqlar, onlara uşaq bağçaları xidmət edir; məktəb 

yaşlı  –  7-12  yaşlı  uşaqlar  və  13-15  yaşlı 

yeniyetmələr;  əmək  qabiliyyətli  yaş  –  kişilər  15-

62, qadınlar – 15-60; pensiya yaşı: kişilər – 63 yaş 

və  yuxarı,  qadınlar  –  60  yaş  və  yuxarı; 

reproduktiv  yaş  –  15-49  yaşlı  qadınlar;  seçici 

kontingenti – 18 və daha yuxarı yaş. 

 

YAŞ  QRUPU

  –  eyni  yaşda  olan  insanların 

məcmusu, 

əhalilin 

yaş 


strukturunun 

əsas 


elementidir. Demoqrafik və sosial-iqtisadi təhlilin 

məqsədlərindən 

asılı 

olaraq, 


birillik 

və 


iriləşdirilmiş  (5  illik,  10  illik  və  s.),  yaş  qrupları 

fərqləndirilir;  bir  yaşadək  olan  uşaqlar  üçün  daha 

xırda  –  aylar,  yaxud  günlər  üzrə  yaş  qrupları 

tətbiq  olunur.  Yaş  qruplarının  sayı  seçilmiş  yaş 

intervalının  kəmiyyətindən  asılıdır.  Demoqrafik 

proseslərin  intensivliyi  yaşlar  üzrə  fərqləndiyi 

üçün,  yaş  qrupları  əhalinin  təkrar  istehsalında, 

onun 


sosial-iqtisadi 

fəallığında, 

tələbatların 

formalaşmasında və s.  müxtəlif rol oynayır. “Yaş 

qrupu” anlayışı bəzən nəsil və koqorta anlayışları 

ilə eyni olmur (uyğun gəlmir). 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin