A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə172/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   168   169   170   171   172   173   174   175   ...   182

UŞAQLILIQ 

GÖSTƏRĐCĐSĐ 

(UŞAQ-

LILIQ ĐNDEKSĐ)

 – əhalinin yaş-cins strukturu 

haqqında  məlumatlar  üzrə  doğum  səviyyəsinin 

dolayı  (əlavə)  ölçənidir.  0-4  yaşınadək  olan 

uşaqların  sayının  reproduktiv  (məhsuldar)  yaşda 

(15-49  yaşlarında)  olan  qadınların  sayına  nisbəti 

kimi  hesablanır.  Son  beş  ildə  doğuşların 

səviyyəsini  əks  etdirir,  ancaq  eyni  zamanda  5 

yaşınadək  uşaq  və  reproduktiv  yaşda  olan  qadın 

ölümünün  səviyyəsindən  də  asılıdır.  Daha  dəqiq 

göstəricilər 

əldə 

etmək 


üçün 

məlumatlar 

olmadıqda,  ərazilər,  etnik,  sosial  və  digər  qruplar 

üzrə  doğum  səviyyəsinin  təhlilində    istifadə 

olunur.   

 

UYĞUNLAŞMA  (ADAPTĐV)  MODELĐ



  - 

geniş mənada özünü təshih edən (düzəldən), özü-

özünə  qurulan  (nizamlanan)  modeldir  ki,  şərait 

vaxtına görə dəyişmələri əks etdirmə qabiliyyətinə 

malikdir,  zaman  ardıcıllığının  (zaman  sırasının) 

müxtəlif  üzvlərinin  informasiya  qiymətlilərini 

(sərvətlərini)  nəzərə  alır  və  tədqiq  edilən  sıranın 

gələcək  üzvlərini  qiymətləndirməyə  imkan  verir. 

Uyğunlaşma 

modeli 


hər 

şeydən 


əvvəl 

qısamüddətli  statistik  proqnozların  hazırlanması 

üçün, 

həmçinin 



uzunmüddətli 

meyllərin 

seçilməsində təhlillər üçün nəzərdə tutulur. 

Qısa  mənada  uyğunlaşma  modeli  statistikada 

eksponensial  çəkili  sürüşkən  orta  (eksponensial 

uyğunlaşdırma-hamarlama)  ifadəsindən  istifadəyə 

əsaslanan  model,  təshih  etmə  üsulu  kimi  qəbul 

edilmişdir. 

 

UYĞUNLAŞMA  PARAMETRĐ

  –  öyrənilən 

vaxt 

sıralarının 

dinamikasında 

dəyişilməyə 

uyğunlaşma  modelinin  reaksiyasının  tezliyini 

xarakterizə 

edən 


kəmiyyətdir. 

Retrospektiv 

statistik  materiallardan  ən  yaxşı  uyğunlaşma 

parametrlərinin  seçilməsi  üçün  istifadə  edilir. 

Eksponensial hamarlıq üçün: 

S

t  = 



ßS

t-1+


αx

t=

s



t-1+

α

  (



x

t-

s



t-1)= 

S

t-1+



  αe

düsturundan 



istifadə edilir..Burada,

 

0< α <1;



 

α

 =



 const: ß= 1- α; 

S



  t  anında  eksponensial  orta  göstəricidir, 

  Xt+1- 

gələcək  sıra  üzvünün  proqnozu  kimi  qəbul  edilir; 

e

t

  -    bir  addımda  proqnozlaşdırma  səhvidir;  α  –  



daimi  hamarlığın  uyğunlaşma  parametri  hesab 

edilir. 


Uyğunluq 

modeli 


özündə 

fasiləli 

uyğunlaşma parametrlərini cəmləşdirə bilər, bu da 

modelə  alqoritmlərin  tətbiqi  ilə  müəyyən  olunur. 

Modeldə bir neçə uyğunlaşma parametri ola bilər. 

 

UYĞUNLUQ

 

– 

riyazi 



obyektlərin 

son 


vəziyyətini 

(ədədi 


ardıcıllığı 

və 


sıraları, 

inteqralları,  törəmələri  və  s.)  əks  etdirən  riyazi 

anlayışdır.  Miqdarca  yaxınlaşan  məsələlərin 

tapılmasında  istifadə  edilir  (məsələn,  mürəkkəb 

fiqurların  sahə  və  həcmlərinin,  funksiyaların 

parça-xətti  hissələrlə  yaxınlaşdırılması  yolu  ilə 

inteqralların təqribən hesablanması üçün). 

 

UYĞUNLUQ  MEYARLARI



  –  hipotezə, 

paylanma  qanununu  tam,  ya  da  parametrlərin 

məhdud  hissəsini  dəqiqliklə  müəyyənləşdirən 

meyarlardan  biridir.  Uyğunluğun  daha  çox 

yayılmış 

meyarlar 

Kolmoqorovun 

və 


Kolmoqorov-Smirnovun 

omeqa-kvadrat, 

x

i

-



kvadrat 

meyarlarıdır. 

Öyrənilən 

təsadüfi 

kəmiyyətin 

paylanması 

funksiyası 

haqqında 



 

669


hipotezə  statistikanın  köməyi  ilə  aşağıdakı 

düsturla yoxlanılır: 

 

)

(



)

(

x



F

x

F

D

n

x

n

Sup

=



〈∞

∞〈



 

 

burada  F



n

(x)  və  F(x)  –  paylanmanın  seçmə  və 

model funksiyalarıdır. 

K.Pirsonun 

x

i

-kvadratının 



uyğunluq 

meyarı 


p

k

=P(E



k

) hipotetik ehtimalının E

1

, E


2

, E


r

 təsadüfü 

hadisələrinin, 

müstəqil 

müşahidələrindən 



seçmələrdə  onların  nisbi  tezliyinin  uyğunluğunu 

yoxlayır.  Bir  çox  əlavələrdə  E

hadisəsi  ondan 



ibarət  olur  ki,  təsadüfi  kəmiyyət  müəyyən 

intervala  düşür.  Belə  ki,  meyarlar  x  kəmiyyətinin 

hipotetik  nəzəri  paylanmasının  onun  empirik 

paylanması ilə müqayisəsinə imkan verir. 

 

UZUN  ÖMÜR

  –  insanın  80  yaşına  (ayrı-ayrı 

ölkələrdə  75  yaşa)  və  ondan  yuxarı  yaşa 

çatmasıdır. 

Əhalinin 

orta 

ömür 


uzunluğu 

göstəricisinin 

artmasına, 

əhalinin 

yaş 

strukturunun  dəyişməsinə  təsir  edən  səbəb  və 

amilləri  aydınlaşdırmaq  məqsədilə  tədqiqatlar 

aparılır.  Uzun  ömür  sosial-iqtisadi  amillərdən  – 

əhalinin  maddi  şəraiti,  mədəni  səviyyəsi  və  tibbi 

xidməti,  həyat  şəraiti  və  əməyin  xarakteri, 

cəmiyyətdə  psixoloji  mühitdən  asılıdır.  Uzun 

ömrə  insanın  irsi  əsasında  duran  bioloji  amillər, 

həmçinin təbiət amilləri də təsir edir. 

Uzun  ömrün  öyrənilməsi  çox  vaxt  insanın 

nisbətən  dəqiq  yaşı  haqqında  mümkün  qədər 

etibarlı  statistik  informasiyanın  olmamasına  görə 

mürəkkəbləşir,  çünki  bəzən  qocalar  öz  yaşını 

artırmağa  meylli  olurlar.  Uzunömürlülərin  dəqiq 

sayını  təshih  etmək  üçün  uzun  ömrün  tədqiqində 

yaşın  xüsusi  verifikasiya  üsullarından  istifadə 

olunur. Uzun ömür səviyyəsi adətən hər hansı bir 

vaxta (məsələn, əhalinin siyahıyaalınması zamanı) 

80  yaş  və  daha  çox  yaşda  olan  insanların  sayının 

60  yaş  və  daha  çox  yaşda  olan  insanların  sayına 

nisbəti  ilə  ölçülür.  Hesablanmış  bu  göstərici 

əhalinin  yaş  strukturu  tipindən,  keçmişdə  olan 

doğum  səviyyəsindən  və  miqrasiyadan  birbaşa 

asılı  deyil  və  qoca  və  ahıl  yaşına  çatmış  insanlar 

arasında uzun ömür səviyyəsini əks etdirir; kişilər 

və qadınlar üçün ayrıca hesablanır. 

 

UZUNMÜDDƏTLĐ 



 

AKTĐVLƏR

 

– 



müəyyən 

borc 


tələblərindən 

və 


qiymətli 

kağızlardan ibarət olan aktivlər kateqoriyasıdır. 

 

UZUNMÜDDƏTLĐ  DÖVLƏT  ĐSTĐQRAZ 

VƏRƏQƏSĐ  (UDĐV)

  –  dövlətin  qiymətli  kağız 

növü və beş il və ondan yuxarı müddətə buraxılan 

daxili  istiqraz vərəqəsidir. 

UZUNMÜDDƏTLĐ 

ĐCARƏ 

ÜÇÜN 

ÖDƏMƏLƏR  VƏ  MALLARIN  ƏMƏ-

LĐYYAT  LĐZĐNQĐ

  -  malların  uzunmüddətli 

icarəsi  üçün  ödəmələrə  bir  ildən  çox  müddətə 

icarəyə  götürülən  maddi  mallara  aid  olan  bütün 

xərclər daxil edilir.  

Əməliyyat  lizinqi  hüquqi  sahibkarın  malik 

olduğu,  icarədara  vermədiyi  əsas  risk  və 

ödəmələrin 

lizinqlərini 

özündə 

birləşdirir. 



Malların  əməliyyat  lizinqi  üçün  ödəmələr,  faiz 

ödəmələri  ilə  yanaşı,  əsas  borcun  ödənilməsi  də 

daxil  olmaqla,  belə  şərtlərdə  vahid  üçün  əlverişli 

olan  maddi  malların  istifadə  qiymətinin  cəminə 

aid edilir.  

 

UZUNMÜDDƏTLĐ  ĐCARƏ  ÜÇÜN  ÖDƏ-



MƏLƏR  VƏ  MALLARIN  MALĐYYƏ 

LĐZĐNQĐ

  -  bu  göstərici  özündə  vahidin  kapital 

qoyuluşu  hesabına  aid  olmayan  müəyyən  maddi 

mallardan istifadə üçün illik ödənişləri əks etdirir. 

Uzunmüddətli icarə üçün ödəmələrə bir ildən çox 

müddətə icarəyə götürülən maddi mallara aid olan 

bütün  xərclər  daxildir.  Maddi  malların  maliyyə 

lizinqi  müəssisənin  hesabında  nəzərə  alınmayan 

və  iqtisadiyyatın  istehlak  sektorunun  istehsal 

kapitalının  qiymətləndirilməsinə  daxil  edilməli 

olan  istehsal  kapitalının  istifadəsinə  uyğun  olan 

istehsal  xərclərini  əhatə  edir.  Maddi  malların 

maliyyə  lizinqi  üçün  ödəmələr  belə  şərtlərdə 

verilmiş  vahidin  istehsal  kapitalının  ümumi 

istehsal  xərclərinə  bərabərdir.  Əsas  borcun 

ödənməsi  ilə  yanaşı,  faiz  ödəmələri  də  onlara 

daxildir.  

 

UZUNMÜDDƏTLĐ ĐCARƏ VƏ MATERĐ-

AL  AKTĐVLƏRĐNĐN  ƏMƏLĐYYAT  LĐ-

ZĐNQĐNƏ  GÖRƏ  ÖDƏMƏLƏR

  –  istismar 

xərclərinin 

məlumatları 

müəyyən 


material 

aktivlərinin  (maliyyə  lizinqi  müqavilələri  üzrə 

istifadə  olunan  material  aktivləri  istisna  olmaqla) 

istifadəsinə  görə  illik  ödənişlərə  uyğun  gəlir. 

Onlar  vahidin  kapital  qoyuluşu  hesabına  aid 

edilmirlər,  ancaq  onları  kapitalın  təhlilində, 

istifadə  olunduqları  bölmədə  istehsal  amili  kimi 

nəzərə  almaq  zəruridir.  Uzunmüddətli  icarəyə 

görə 

ödəmələrə 



bir 

ildən 


artıq 

material 

aktivlərinin icarəsinə aid  olan  bütün  xərclər  daxil 

edilir.  Material  aktivlərinin  əməliyyat  lizinqinə 

görə  ödəmələrə  həm  faiz  ödəmələri,  həm  də  əsas 

borcun qaytarılması (ödənilməsi) daxil edilməklə, 

bu müqaviləyə uyğun olaraq, vahid üçün mümkün 

olan  material  aktivlərindən  istifadə  olunmasının 

dəyərinin məbləği aid edilir. 

 

 



 

670 


UZUNMÜDDƏTLĐ  ĐNVESTĐSĐYALAR

  – 

1) 


kapital 

qoyuluşuna 

istifadə 

edilən 


investisiyadır. 

Uzunmüddətli 

investisiyalara 

yaradılmasına, 

 

miqdarının 



artırılmasına 

(həmçinin  satış  üçün  nəzərdə  tutulmayan), 

uzunmüddətli istifadə üçün (1 ildən yuxarı) qeyri-

dövriyyə  aktivlərinin  əldə  edilməsinə  xərclər 

aiddir;  2)  özününkündən  başqa,  şirkətin  uzun 

müddət  saxlamaq  niyyətində  olduğu  (investisiya 

qiymətli  kağızları)  və  ya  şirkətin  qısa  müddətdə 

satmağa qadir olmadığı qiymətli kağızlardır.  

 

UZUNMÜDDƏTLĐ 

ĐSTĐFADƏ 

ÜÇÜN 

ĐSTEHLAK  MALLARI

  –  il  və  ya  daha  çox 

dövr  ərzində  dəfələrlə  və  uzun  müddət  istifadə 

oluna bilən mallardır. 

 

UZUNMÜDDƏTLĐ 



KREDĐT

 

– 



uzun 

müddətə  verilən  və  başlıca  olaraq  əsas  kapitalın 

geniş  təkrar  istehsalına  xidmət  edən  kreditdir. 

Uzunmüddətli  kreditin  mühüm  sahəsi,  həmçinin 

dövlət 

krediti 


və 

mənzil 


tikintisinin 

kreditləşdirilməsidir 

(maliyyələşdirilməsidir). 

Uzunmüddətli 

kredit 

beynəlxalq 



iqtisadi 

münasibətlər sahəsində də geniş tətbiq edilir.  

 

UZUNMÜDDƏTLĐ MALĐYYƏ QOYULU-

ŞU  FORMASINDA  ĐNVESTĐSĐYALAR

  – 

dövlətin  qiymətli  kağızlarına  (istiqrazlar  və  digər 

borc  öhdəlikləri),  digər  müəssisələrin  qiymətli 

kağızlarına  və  nizamnamə  kapitalına  qoyuluşlar, 

həmçinin  ölkənin  ərazisində  və  ondan  kənarda 

digər 


müəssisələrə 

verilən 


uzunmüddətli 

borclardır. 



 

UZUNMÜDDƏTLĐ  SAXLAMA  ÜÇÜN 

MƏLUMATLAR  BAZASI

  –  müşahidənin 

uzun  dövrü  ərzində  dinamika  şəklində  yüklənmiş 

informasiyalarla  iş  və  onun  saxlanması    üçün 

məlumatlar bazasıdır. 

 

UZUNUNA TƏHLĐL

 – demoqrafik proseslərin 

öyrənilməsi  üsuludur.  Bu  üsulla  demoqrafik 

proseslər 

koqortada, 

yəni 


hər 

hansı 


bir 

demoqrafik  vəziyyətə  eyni  zamanda  daxil  olmuş 

(məsələn,  bir  ildə  doğulanlar)  insanların  cəmində 

təsvir  və  təhlil  olunur.  Uzununa  təhlil  verilmiş 

koqorta üçün bu və ya digər demoqrafik prosesin 

koqortanın  yaranması  ilə  həmin  hadisənin 

başlanması 

arasındakı 

vaxtdan 

asılı 


olan 

xarakteristikaların  alınması  və  onların  koqorta 

sırası üçün müqayisəli tədqiqi deməkdir. 

Eninə  təhlildən  fərqli  olaraq,  uzununa  təhlil 

zamanı  demoqrafik  hadisələrə  onların  təbii 

ardıcıllığında,  bir  koqortanın,  yaxud  koqorta 

qrupunun  həyatında,  çox  vaxt  doğulduğu  il  üzrə 

koqortalarda 

(bütün 

demoqrafik 



hadisələr 

öyrənildikdə), yaxud nikah koqortalarında (doğum 

və nikahın dayandırılması öyrənildikdə) baş verən 

hadisələr  kimi  baxılır.  Qrafik  şəkildə  bu, 



demoqrafik cədvəllərdə hadisələrin cəminin həyat 

xətti boyunca (uzununa) təsvirinə uyğun gəlir. 

Uzununa  təhlil  və  eninə  təhlil  göstəricilərin 

hesablanması  üsuluna  görə  fərqləndirilir.  Eninə 

təhlildə  əsas  göstərici  verilmiş  təqvim  ili  ərzində 

demoqrafik 

hadisənin 

uzunluğuna 

görə 

hadisələrin  tezliyidir.  Uzununa  təhlildə  həmin 



koqortaya  mənsub  olan  şəxslərdə  müvafiq 

hadisələrin tezliyidir. 

Hadisələrin 

tezliyinin 

nisbi 

göstəriciləri 



(demoqrafik  əmsallar)  eninə  təhlildə  hadisələrin 

sayını  həmin  qrup  əhalinin  orta  illik  sayı  ilə, 

uzununa  təhlildə  isə  həmin  koqortadan  müvafiq 

təqvim ilinin başlanmasınadək sağ qalanların sayı 

ilə müqayisə etməklə hesablanır. 

Məlumat  mənbələri  kimi,  eninə  təhlil  üçün  cari 

müşahidələrin materiallarıdır, uzununa təhlil üçün 

–  siyahıyaalmalar,  yaxud  xüsusi  tədqiqatlar 

zamanı  alınan  retrospektiv  məlumatlar,  yaxud 

nəsillər kəsiyində işlənilmiş bir sıra illər üçün cari 

uçot  məlumatlarıdır.  Retrospektiv  müşahidədə 

öyrənilən  proseslə  koqortaya  aid  olan  insanların 

müşahidə  anınadək  sağ  qalması  arasında  asılılıq 

nəzərə alınmalıdır. 

Uzununa təhlilin əsas çatışmazlığı ondan ibarətdir 

ki,  müşahidə  nəticələri  real  proseslərdən  “geri 

qalır”, yəni koqortanın demoqrafik tarixi yalnız o, 

həmin  demoqrafik  vəziyyətdən  çıxdıqdan  sonra 

məlum  olur  (məsələn,  doğum  öyrənildikdə)  – 

qadınlar  45–50  yaşa  çatdıqda,  bu  da  yalnız  tarixi 

maraq  doğurur.  Bu  vəziyyətdən  çıxmamış 

koqortalar  yalnız  müşahidə  anına  çatdıqları  onun 

uzunluq  qiymətinədək  müşahidə  oluna  bilər. 

Koqorta nə qədər gec yaranırsa, müşahidə anına o 

dövrün  bir  o  qədər  az  hissəsi  yaşayır,  ondakı 

hadisələrin  sayı  haqda  məlumatlar  sanki,  “kəsik” 

olur.  Bu  çatışmazlığı  doldurmaq  üçün  həmin 

haldan  çıxmamış  koqortalar  üçün  məlumatlar 

onların  gözlənilən  göstəriciləri,  yaxud  əvvəlki 

koqortalara  analoji  göstəricilərin  şamil  edilməsi 

yolu  ilə  tamamlanır.  Buna  görə  də,  nəsildə 

hadisələr  nisbətən  kiçik  vaxt  ərzində  baş  verən 

proseslərin  (məsələn,  nəsildə  20–25  yaşda  olan 

doğum 


və 

nikahların 

öyrənilməsində) 

öyrənilməsində  uzununa  təhlilin  üstünlükləri  var. 

Uzununa təhlilin daha bir üstünlüyü – demoqrafik 

hadisələrin təqvimini (yəni hadisələrin koqortanın 

ömür  dövrləri  üzrə  bölüşdürülməsi)  və  bu 

təqvimin  bu  və  ya  digər  şəraitin  təsiri  altında 

dəyişməsinin  öyrənilmək  imkanının  olmasıdır. 

Demoqrafik  hadisələrin  dinamikasını  dərindən 

öyrənmək  üçün  təhlilin  iki  üsulunun  birlikdə 

tətbiqi daha məqsədəuyğundur.  



 

671


-Ü-

Üçaddımlı ən kiçik kvadratlar üsulu .......... 671 

Üçlər qrupu ................................................ 672 

Üçüncü tərəf ............................................... 672 

Ümumdünya poçt birliyi ............................ 672 

Ümumdünya səhiyyə təşkilatı .................... 672 

“Ümumi” .................................................... 672 

Ümumi daxili məhsul ................................. 672 

Ümumi dövlət idarəetməsinin faktiki son 

istehlakı ...................................................... 672 

Ümumi əlavə dəyər .................................... 672 

Ümumi əməliyyat mənfəəti ........................ 673 

Ümumi xarici borc ..................................... 673 

Ümumi ictimai məhsul istehsalı, istehlakı və 

yığımı balansı ............................................. 673 

Ümumi investisiyalar ................................. 673 

Ümumi istifadədə olan nəqliyyat ............... 673 

Ümumi istifadədə olmayan (idarədaxili) 

nəqliyyat ..................................................... 673 

Ümumi kapitalın yaranması ....................... 673 

Ümumi qənaət ............................................ 673 

Ümumi miqrasiya ....................................... 674 

Ümumi milli gəlir....................................... 674 

Ümumi milli məhsul .................................. 674 

Ümumi sığorta mükafatları ........................ 674 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Ümumi təhsil müəssisələrinin işlərinin 

növbəliliyi .................................................. 674 

Ümumi təklif .............................................. 674 

Ümumi təyinatlı avadanlıq və qurğular ..... 674 

Ümumi ticarət əlavəsi ................................ 675 

Ümumi ticarət əlavəsi əmsalı ..................... 675 

Ümumi ticarət sistemi ................................ 675 

Ümumi torpaq sahəsinin tərkibində bioloji 

müxtəlifliyin saxlanması məqsədi üçün       

ayrılmış rayonların payı ............................. 675 

Ümumi yekun mənfəət .............................. 675 

Ümumi yekun mənfəət .............................. 675 

Ümumi yığım ............................................. 675 

Ümumiləşdirilmiş braun modeli ................ 675 

Ümumtəhsil internat məktəbləri ................ 675 

Ümumi təhsil müəssisələri ......................... 675 

Ümumtəhsil proqramlarının səviyyəsi ....... 676 

Üsul ............................................................ 676 

Üsulların (qaydaların) müəyyən edilməsi .. 676 

Üzmə növləri ............................................. 676 


 

672 


ÜÇADDIMLI ƏN KĐÇĐK KVADRATLAR 

ÜSULU  (3ƏKÜ)

  –  eyni  vaxtlı  ekonometriya 

tənliklər 

sistemlərinin 

parametrlərinin 

qiymətləndirilməsi  üçün  tətbiq  edilən  metoddur. 

Üçaddımlı  ən  kiçik  kvadratlar  üsuluna  uyğun 

olaraq,  hər  bir  reqressiya  tənliklər  sisteminin 

parametrinin  qiymətləndirilməsi  üçün    əvvəlcə 

ikiaddımlı  ən  aşağı  kvadratlar  üsulu  tətbiq  edilir. 

Bundan  sonra  tənliklər  sistemi  üçün  kovariasiya 

matrisasının qiymətləri tapılır, ən kiçik kvadratlar 

çəki  üsulunun  köməyi  ilə  tənliyin  parametrləri 

dəqiqləşdirilir.  Beləliklə,  eyni  vaxtlı  tənliklər 

sisteminin  alınmış  xarakteristikası  üçaddımlı  ən 

kiçik  kvadratlar  üsulu  adlandırılır.  Üçaddımlı  ən 

kiçik  kvadratlar  üsulu  eyni  vaxtlı  tənliklər 

sisteminin 

parametrlərinin 

qiymətləndirilməsi 

üçün  seçmənin  tərkibində  olan  məlumatlardan 

daha tam istifadə edilməsinə imkan verir. 

 

ÜÇLƏR  QRUPU

  –    sənayesi  daha  çox  inkişaf 

etmiş dövlətlərdir: ABŞ, Almaniya və Yaponiya. 



 

ÜÇÜNCÜ  TƏRƏF

  -  statistik  məlumatları 

göndərən, məlumatların təqdim edilməsi üsullarını 

AĐ-yə  üzv  dövlətdə  rezident  hesab  edilən  üçüncü 

tərəfə  ötürə  bilər,  lakin  bu  ötürmə  yuxarıda  qeyd 

edilmiş 

məlumat 


göndərənin 

məsuliyyətini 

azaltmır.  

 

ÜMUMDÜNYA  POÇT  BĐRLĐYĐ  (ÜPB)

  – 

1874-cü ildə Bern müqaviləsi ilə yaradılmışdır və 

1948-ci 

ildən 


BMT-nin 

ixtisaslaşdırılmış 

təşkilatıdır. 

ÜPB 


yazışmaların 

qarşılıqlı 

mübadiləsinə  əsasən  vahid  poçt  sahəsini  təşkil 

edir. 


Poçt 

xidmətinin 

təşkili 

və 


təkmilləşdirilməsinin, ÜPB-nin üzvləri olan bütün 

ölkələrə  poçt  xidməti  sahəsində  texniki  kömək 

göstərilməsinin 

təmin 


edilməsi 

üçün 


yaradılmışdır. 

 

ÜMUMDÜNYA  SƏHĐYYƏ  TƏŞKĐLATI 

(ÜST)

  –  BMT-nin  1948-ci  ildə  yaradılmış 

ixtisaslaşdırılmış 

təşkilatıdır. 

Nizamnaməyə 

uyğun  olaraq,  ÜST-in  məqsədi  –  yalnız 

xəstəliklərin  və  ya  fiziki  qüsurun  yox  edilməsi 

deyil,  “tam  fiziki,  mənəvi  və  sosial  rifahın 

vəziyyəti”  ilə  müəyyənləşdirilən  sağlamlığın  ən 

yüksək səviyyəsinin bütün xalqlar tərəfindən əldə 

edilməsidir.  Praktiki  olaraq,  ÜST-nin  fəaliyyəti 

xəstəliklərlə 

mübarizəyə, 

milli 

səhiyyə 


xidmətlərinin möhkəmləşdirilməsinə köməyə, ana 

və uşaq sağlamlığının qorunmasına, ətraf mühitin 

qorunmasının 

tibbi-sanitar 

aspektlərinin 

hazırlanmasına, 

məlumat-nəşriyyat 

işlərinin 

inkişafına  və  s.  yönəldilmişdir.  ÜST  səhiyyə 

statistikasının  təkmilləşdirilməsinə  böyük  maraq 

göstərir.  ÜST-in  bir  çox  proqram  və  layihələrinə 

daxil  edilən  səhiyyə  mövzusu  aşağıdakıları  əhatə 

edir:  ana  və  uşaq  sağlamlığının  qorunmasını, 

qidalanmanı,  sanitar  maariflənməsini,  uşaqların 

vaksinlə peyvənd edilməsinin kütləvi  təşkilini və 

s.  ÜST-in  rəhbər  orqanı  Ümumdünya  Səhiyyə 

Assambleyasıdır  ki,  burada  da  BMT-yə  üzv  olan 

bütün ölkələr təmsil edilmişdir. 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin