A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə169/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   165   166   167   168   169   170   171   172   ...   182

(II)  -    əməliyyat  kimi  müəyyənləşdirilir.  Bu 

zaman  bir  institusional  vahid  ikinci  vahidə  mal, 

xidmət  və  aktivlər  verir,  lakin  ikincidən  əvəzinə 

hər hansı bir mal, xidmət və ya aktiv almır. 

 

TRANSMĐLLĐ  BĐRLĐKLƏR

  -  istehsal, 

investisiya, 

kommersiya 

və 


maliyyə-kredit 

fəaliyyəti  sahəsində  beynəlxalq  əməkdaşlığın 

müasir  formalarından  biridir  və  bilavasitə  milli 

müəssisələr  arasında  qarşılıqlı  əmtəə  mübadiləsi 

əsasında  kooperasiya  əlaqələrinin  yaradılmasına 

yönəldilmişdir. 

"Transmilli 

şirkət" 


əsasən 

beynəlxalq  xarakter  daşıyan  fəaliyyət  göstərmək 

məqsədilə  və  milli  kapitalın  payının  üstünlük 

təşkil  etməsi  ilə  yaradılan  təsərrüfat  vahidi  kimi 

müəyyənləşdirilir.  Transmilli  şirkətlər  öz  iş 

fəallığını,  bir  qayda  olaraq,  xarici  ölkələrdə 

yerləşən  istehsal  filiallarının  geniş  şəbəkəsinə 

istinad  edərək  həyata  keçirirlər.  Transmilli 

birliklər  aşağıdakı  formalarda  yaradılır:  müştərək 

maliyyə-sənaye  qrupları;  beynəlxalq  təsərrüfat 

birlikləri; 

korporasiyalar; 

holdinq 

şirkətləri; 

assosiasiyalar;  ittifaqlar;  müştərək  müəssisələr; 

ticarət 


evləri 

şəklində 

ticarət-vasitəçilik 

təşkilatları;  agentlər  və  beynəlxalq  birjalar; 

müştərək  kommersiya  bankları  və  onların 

birlikləri; maliyyə və sığorta şirkətləri.  



 

TRANSMĐLLĐ 

BĐRLĐKLƏRĐN  ĐDXALI    – 

transmilli  birliklər  tərəfindən  xaricdən  gətirilmiş 

əmtəələrin həcminin dəyəridir və dövlət sərhədini 

keçən  anda  idxal  edən  ölkənin  SĐF  və  ya  franko-

sərhəd qiymətləri ilə qiymətləndirilir.  

 

TRANSMĐLLĐ  BĐRLĐKLƏRĐN  ĐXRACI

  – 


transmilli  birliklər  tərəfindən  xaricə  göndərilən 

əmtəələrin həcminin dəyəridir və dövlət sərhədini 

keçən anda ixrac edən ölkənin FOB və ya franko-

sərhəd qiymətləri ilə qiymətləndirilir



 

 

TRANSMĐLLĐ BĐRLĐKLƏRĐN ĐSTEHSA-

LININ  HƏCMĐ

  -  hazır  məhsulların  və  kənara 

satılmış yarımfabrikatların, həmçinin əlavə dəyərə 

vergisiz,  xüsusi  vergisiz  və  aksiz  yığımsız 

buraxılış  qiymətlərlə  kənarın  sifarişi  əsasında 

yerinə 

yetirilmiş 



sənaye 

xarakterli 

işlərin 

dəyəridir. 

Transmilli 

birliklərin 

satılmış 

məhsullarının  həcmi  –  transmilli  birliklərin 

yerləşdikləri  ölkələrdə  satdıqları  əmtəə  və 

xidmətlərdən,  həmçinin  transmilli  birliklərin 

təsisçi 

ölkələri 

arasında 

məhsulların 

dəyişdirilməsi  formasında  əmtəə  və  xidmətlərin 

satışından ibarətdir.  



 

657


TRANSMĐLLĐ  BĐRLĐKLƏRĐN  NĐZAM-

NAMƏ  FONDU

  –  transmilli  birliklərin  qeyd 

sənədlərində  qeyd  edilmiş  kapitalın  həcmidir. 

Nizamnamə  fondu,  transmilli  birliklərin  əsas  və 

dövriyyə  vəsaitlərinin  yaradılmasının  mənbəyi 

kimi  təsisçilərin  əmanətləri  və  pay  haqları 

hesabına formalaşdırılır.  

Transmilli  birliklərin  nizamnamə  fondunda  tərəf 

müqabillərinin  payı  –  mənfəət  əldə  etmək 

məqsədilə 

transmilli 

birliklərin 

istehsal 

fəaliyyətinə nəzarət etmək üçün onun nizamnamə 

fonduna  xarici  sahibkar  tərəfindən  qoyulmuş 

kapitalın nisbi həcmidir.  

 

TRANSMĐLLĐ  KORPORASĐYALAR

  – 


BMT-nin  işləyib  hazırladığı  tərifə  görə  mənşə 

ölkəsindən  asılı  olmayaraq  iki  və  ya  daha  çox 

dövlətdə  qəbul  edilmiş  qərarlar  sisteminə  uyğun 

fəaliyyət  göstərən  strukturlara  malik  xüsusi, 

qarışıq müəssisələr və dövlət müəssisələridir. 

 

TRAST 

–  etibarlılıq  mülkiyyəti  institutudur. 

Trast sistemində adətən üç tərəf iştirak edir: trastı 

təsis  edən,  etibarlı  mülkiyyətçi  və  benefisiarçı 

(xeyir  götürən).  Trastın  hüquqi  əsası,  trastı  təsis 

edənlə,  yəni  trast  satılan  mülkiyyət  sahibi  ilə 

etibarlı  mülkiyyətçi (ona  keçən  mülkiyyətin idarə 

olunma  öhdəliklərini  öz  üzərinə  götürən  tərəf) 

arasında  bağlanan  müqavilədir.  Trast  təsisçisi 

sahibkar 

olur,  lakin  o, 

müqaviləyə 

görə 


mülkiyyətin  idarə  olunmasının  bütün  hüquqlarını 

etibarlı  mülkiyyətçiyə  (məsələn,  banka)  verir. 

Trast,  bir  qayda  olaraq,  məxfi  sahibkara  keçən 

mülkiyyətin idarə olunmasında ona tam sərbəstlik 

verir  -    mülkiyyətin  istifadəsindən  əldə  olunan 

xeyrin,  gəlirlərin  (mədaxilin,  istiqrazlara  görə 

faizlərin və s.) benefisiarçıya verilməsi şərti ilə.  

Trast  əməliyyatları  aşağıdakılara  bölünür:    fərdi 



trast  xidmətləri  (ayrı-ayrı  vətəndaşlar  üçün); 

institusional  trast  xidmətləri,  uzunmüddətli  borc 

öhdəliklərinin  emitenti  arasında  və  ya  bu 

öhdəliklərin  qanunvericisi  və  bu  öhdəlikləri  idarə 

edən  hüquqi  şəxs  arasında  bağlanılan  müqavilə 

əsasında, yaxud şirkətlə və ya digər hüquqi şəxs – 

sahibkar  və  bu  mülkiyyətin  idarə  olunması  üzrə 

ixtisaslaşmış  və  “master  trast”  (bank  və  ya  trast 

şirkəti  tərəfindən  pensiya  fonduna  və  ya  digər 

şirkətlər  qrupuna,  vəkalət  verənlərin  gəlirlərinin 

maksimum  olması  məqsədi  ilə  onların  ümumi 

hesabını  idarə  etməklə  göstərilən  xidmətlər)  tipli 

xidmətlər  təqdim  edən  trast  şirkəti  arasında 

bağlanan müqavilə əsasında göstərilən xidmətlər.  

Trast,  həmçinin  müəyyən  mülkiyyətin  xüsusi 

şərtlərlə  bankın  nəzarəti  və  idarəsi  altına 

verilməsidir. Vəkalət verən şəxs, trast şirkətinə və 

ya  bankın  trast-şöbəsinə  onun  mülkiyyəti  ilə 

əməliyyatların  aparılmasını  etibar  edən  şəxsdir. 

Belə  olduqda,  vəkalət  verənin  tapşırığı  ilə  bu 

əməliyyatları yerinə yetirən trast-şöbə etibarlı şəxs 

kimi iştirak edir. 

Etibar 


olunan 

mülkiyyətin 

idarə 

olunma 


xüsusiyyətinə  görə,  trastlar  aktiv  və  passivlərə 

bölünürlər.  Aktiv  trastda  olan  mülkiyyət  satıla, 

borc verilə, girov qoyula bilər, yəni etibarlı şəxsin 

əlavə  razılığı  olmadan  şəklini  dəyişə  bilər 

(məsələn,  pulların  qızıla,  qiymətli  kağızlara 

çevrilməsi).  Passiv  trastlar,  müəyyən  mülkiyyətin 

etibarlı  şəxs  tərəfindən  satıla  və  ya  girov  qoyula 

bilmədiyi  xidmətləri  göstərir  (məsələn,  müəssisə, 

torpaq, daşınmaz əmlak).  

Aşağıdakılar trastın ən çox yayılan xidmətləridir: 

-  müştərinin  şəxsi  bank  hesablarının  aparılması 

(onun  hesablarının  ödənilməsi,  ona  düşən 

ödənişlərin alınması); 

- müştərinin qiymətli kağızlarının, riskin “norma” 

dərəcəsində 

onun 


gəlirlərinin 

maksimumlaşdırılması  (çoxaldılması)  ilə  alışı  və 

satışı; 

-  müştərinin  vergi  bəyannaməsinin  hazırlanması 

(onun hesab yazıları əsasında ilin nəticəsi üzrə); 

-    gəlirlərin  müştərinin  xeyrinə  yığılması 

(dividentlər, faizlər və s.). 

 

TRAST  FĐRMALARI



  –  qeyri-adi  maliyyə 

institusioal  vahididir.  Bir  qayda  olaraq,  bank 

idarələri  ilə  birlikdə,  etibar  edilmiş  əmlakın; 

himayə  altında  olan  varisliyin,  mülkiyyətin; 

səhmlərin  verilməsi  və  qeydiyyatı  və  digər 

xidmətlərin 

göstərilməsinin 

idarə 


edilməsi 

məqsədi ilə etibarlı şəxs, fidusiar və ya agent kimi 

fəaliyyət  göstərir.  Bundan  əlavə,  trast  maliyyə 

idarələri vəsiyyət edilmiş vəsaitlərin (yəni fidusiar 

fəaliyyət 

həyata 


keçirir) 

idarə 


olunması 

(investisiyalaşdırma) ilə məşğul olur. 

 

TREND 

–  sıranın  “orta”  səviyyəsinin  dəyişmə 

xüsusiyyətidir.  Determinik  və  stoxastik  trendlər 

fərqləndirilir.  Determinik  trendlər  dedikdə,  ən 



kiçik  kvadratlar  üsulunun  istifadəsi  ilə  seçmə 

məlumatlar əsasında qiymətləndirilən vaxtın bu və 

ya  digər  determinik  funksiyasını  ifadə  edən 

müvəqqəti  sıranın  əsas  uzunmüddətli  meyli  başa 

düşülür. Belə determinik funksiyalara misal kimi, 

polinomial,  eksponensial,  loqorifmik  və  s. 

funksiyaları göstərmək olar. 

Stoxastik  proseslərə  baxılan  zaman 



t

X

 sırası  çox 

vaxt iki təsadüfi komponent kimi təsvir edilir:  

 

t



X

=

t



t

ε

ξ



+

 

burada 



t

ξ

 sıranın 



“səviyyəsinin” 

təsadüfi 

olmasını  xarakterizə  edir,  yəni  stoxastik  trenddir, 

t

ε

-  bu  “səviyyədən”  təsadüfi  kənarlaşmadır. 



t

ξ

 



 

658 


və 

t

ε

kəmiyyətləri sıranın digər üzvlərindən əlaqə 



xüsusiyyətinə  görə  fərqlənirlər. 

t

ε

 dəyişəni 



yalnız 

t

X

 sırasının sinxron üzvü ilə əlaqəlidir, bu 

zaman  isə 

t

ξ

 kəmiyyəti  ilə  vaxtın  müxtəlif 



anlarına  aid  olan  sıra  üzvlərinin  qarşılıqlı  təsiri 

həyata keçirilir.  

Stoxastik  trendə  misal  kimi  aşağıdakı  funksiyanı 

göstərmək olar: 

=



+

=

+



=

t

i

i

t

t

t

u

u

1

0



1

ξ

ξ



ξ

 

burada 



0

ξ

-  müəyyən  ilkin  qiymət; 



i

u

 -  orta 

kəmiyyət 

sıfıra 


bərabər 

təsadüfi 

sərbəst 

dəyişəndir. 

Trendin  müəyyən  edilməsi  üçün  sürüşkən  orta 

kəmiyyət, 

eksponensial 

hamarlaşma 

üçün 

eyniləşdirmə 



(hamarlaşdırma) 

üsullarından 

istifadə olunur. 

 

TULLANTILAR

  –  ətraf  mühitin  mühafizəsinə 

çəkilən  xərclərin  ölçülməsi  zamanı  müəyyən 

olunan  göstəricilərdən  biridir.  Bu,  tullantıların 

azaldılmasına,  qarşısının  alınmasına,  onların 

yığılmasına, 

daşınmasına, 

emalına 

və 


yerdəyişməsinə,  avadanlıqların  quraşdırılmasına,  

həmçinin  tullantıların  monitorinqinə  çəkilən 

xərcləri 

birləşdirir. 

Əsasən 

tullantıların 



azaldılmasına  və  onlardan  istifadə  edilməsinə 

yönəldilmiş  emal  üzrə  fəaliyyət  növləri  daxil 

edilir. 

 

TULLANTILARDAN  ĐSTĐFADƏ  (EMAL, 



UTĐLĐZASĐYA)  EDĐLMƏSĐ

  –  əhaliyə  satış 

da  nəzərə  alınmaqla,  istehsal  prosesində  təkrar 

(ikinci  dəfə)  istifadə  olunmuş  və  ya  kənara 

(pulsuz  və  ya  kommersiya  əsasında)  satılmış 

tullantıların  miqdarıdır.  Həmçinin  məhsul  və  ya 

yarımfabrikatların  əldə  edilməsi  şərti  ilə  xüsusi 

dəzgahlarda  və  zibili  emaletmə  zavodlarında 

işlənmiş tullantılar da buraya daxil edilir. Đstehsal 

və  məişət  tullantıları  yandırıldıqda,  onlardan 

əmələ gələn istiliyin yalnız faydalı istifadə olunan 

hissəsi  utilizasiyaya  aid  edilir.  Đstifadə  olunmuş 

tullantılara  konkret  müəssisələrin  (müəssisələr 

qrupunun)  texnoloji  iş  rejiminə  ilkin  olaraq 

qoyulması  ilə  əldə  edilmiş  və  işlənmiş  eyni 

istiqamətdə  olan  məhsullar  daxil  edilmir.  Bu, 

xüsusilə 

ət 

emalı 


kombinatlarının 

subməhsullarına,  buynuzlara,  dırnaqlara,  qana  və 

s. aid edilir. 

Statistikada  istehsal  və  məişət  tullantılarının 

istifadəsində  (işlənməsində)  onlar  çəki  (kq,  ton), 

həcm  (m

3

)  və  s.  ilə  ayrı-ayrı  növlər  və 



iriləşdirilmiş  qruplar  şəklində  nəzərə  alınır 

(öyrənilir). 

Yekun 

(ümumiləşdirilmiş) 



məlumatların  işlənməsi  fəaliyyət  növü  və  ərazi 

üzrə həyata keçirilir. 



TULLANTILARIN BASDIRILMASI (ZƏ-

RƏRSĐZLƏŞDĐRĐLMƏSĐ,  ANBARA  YI-

ĞILMASI)

 



 

təhlükəli  tullantılar  daxil 

edilməklə, istehsal və istehlak  tullantılarının tam, 

daimi  və  ya    qismən,  müvəqqəti  izolyasiya 

edilməsi,  həmçinin  natamam  neytrallaşdırılması 

ilə    təmizlənməsi  metodudur.  Bu  metod sonradan 

tullantıların  istifadəsi  (utilizasiya-tullantılardan 

istifadə edilməsi) ilə əlaqədar deyil.

  

Statistikada  müvafiq  tullantıların  mövcudluğu, 

yığılması  (toplanması),  müvəqqəti  saxlanması, 

birdəfəlik  basdırılması,  zərərsizləşdirilməsi  və  s. 

öyrənilir.  Məlumatların  toplanılması  və  onun 

təhlili müxtəlif ölçü vahidlərindən (çəki, həcm və 

s.)  istifadə  etməklə,  siniflər  (qruplar)  və  konkret 

istehsal  və  istehlak  tullantıları  üzrə  ayrıca  həyata 

keçirilir.       

 

TULLANTILARIN  TRANSSƏRHƏD  DA-



ŞINMALARI 

(YERDƏYĐŞMƏSĐ)

 

–  



tullantıların  bir  dövlətin  milli  yurisdiksiyası 

altında 


olan 

rayondan 

digər 

dövlətin 



yurisdiksiyası altında olan rayona (və ya rayondan 

keçərək) 

yerdəyişməsidir. 

Tullantıların 

transsərhəd 

daşınmasının 

(yerdəyişməsinin) 

uçotu,  tullantıları  idxal  və  ixrac  edən  bütün 

mülkiyyət növlü təsərrüfat obyektlərindən hesabat 

məlumatlarının  yığılması  və  təhlili  ilə  həyata 

keçirilir.  Bundan  başqa,  gömrük  statistikasının 

məlumatlarından  istifadə  olunur.  Tullantıların 

transsərhəd 

daşınmasını 

(yerdəyişməsini) 

xarakterizə edən məlumatların əldə olunması üçün 

dövlətlərarası  sıx  əməkdaşlıq,  tullantıların  idxal 

və  ixracı  haqqında  məlumatların  qarşılıqlı 

müqayisəsi və qarşılıqlı nəzarəti vacibdir. 

 

TUNC  VEKSEL  (ÜMĐDSĐZ  VEKSEL)



  – 

əmtəə  ilə  ödənilə  bilməyən  (təminatı  olmayan) 

vekseldir.  

 

TUR



 - konkret müddətdə konkret marşrut üzrə və 

səyahətin  məqsədindən  asılı  olaraq,  müxtəlif 

xidmətlər  kompleksindən  ibarət  olan  turizm 

məhsulunun vauçer şəklində satılan formasıdır.  

 

TURAGENT

 

turoperator 



tərəfindən 

formalaşdırılmış 

turların 

bilavasitə 

turizm 

bazarında satışı üzrə vasitəçilik fəaliyyəti göstərən 



fiziki və ya hüquqi şəxsdir. Turagent öz fəaliyyəti 

müqabilində  komisyon  mükafatlar  alır  (turun 

dəyərinin  7-15%-i).  Turagent  turun  keyfiyyətinə 

görə məsuliyyət daşımır. 

 


 

659


TURBROKER 

turların topdansatışı ilə məşğul 

olan  firma  tərəfindən  turların  tərkibinə  daxil 

edilmiş 

nəqliyyat 

xidmətlərini 

göstərmək 

məqsədilə  şəxsi  nəqliyyat  vasitəsinə  malik 

olmayan,  lakin  onu  icarəyə  götürən  hüquqi  və  ya 

fiziki şəxsdir. 

 

TURĐST



  -  istirahət,  müalicə,  tanış  olma,  idrakı 

(tarix  və  mədəniyyət  sərvətlərindən  bəhrələnmə 

və  s.),  iş-peşə  (vəzifə  borclarının  icra  edilməsi 

istisna  olmaqla),  idman  və  dini  məqsədlərlə 

getdiyi ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul 

olmamaq şərti ilə, 24 saatdan 12 ayadək müddətdə 

müvəqqəti olan şəxsdir.  

 

TURĐST 



MARŞRUTLARI

 

– 

getmə 


davamlılığı  bir  gündən  artıq  olan,  özündə 

nəqliyyat, 

yemək, 

hərəkət 


boyunca 

turist 


xidmətləri  daxil  olmaqla,  turist  yollayışları  və  ya 

digər 


gediş 

sənədləri 

üzrə 

vətəndaşların 



dincəlməsi  və  gəzintisi  üçün  nəzərdə  tutulmuş 

turist marşrutlarıdır. 

 

TURĐSTLƏRĐN  SIĞORTALANMASI

   

sığortanın  xüsusi  forması  olub,  turist  səfərləri, 

səyahətlər  və  şop-turlar  zamanı  vətəndaşların 

mülki  maraqlarının  qorunması  məqsədilə  həyata 

keçirilir.  Bu  sığorta  növü  yüksək  riskli  sığorta 

əməliyyatları  qrupuna  aid  olub,  əsas  xarakterik 

cəhəti  qısamüddətli  (6  aydan  çox  olmayaraq) 

olması  və  sığorta  hadisəsinin  baş  vermə  vaxtının 

və 

mümkün 


zərərin 

həcminin 

müəyyənləşdirilməsinin 

qeyri-mümkünlüyüdür. 

Xaricə  səfərə  gedən  turistlərin  sığortalanması 

dedikdə,  adətən,  turistin  gözlənilmədən  xəstəliyə 

tutulması və ya bədbəxt hadisə nəticəsində bədən 

xəsarəti  alması  hallarına  qarşı  könüllü  tibbi 

sığorta  nəzərdə  tutulur.  Bəzən  turistlərin  tibbi 

yardımdan  başqa,  hüquqi,  texniki,  inzibati  və  s. 

kimi yardımlara da ehtiyacı olur.  

 

TURĐSTLƏRĐN 



YERLƏŞDĐRĐLMƏSĐ 

ÜÇÜN  ŞƏRAĐT 

-  “gecələmək  üçün  turistlərə 

müntəzəm olaraq (və ya hərdənbir) təqdim olunan 

istənilən yer” kimi müəyyənləşdirilir.  

Öz  yaşayış  yerlərindən  kənarda  olan  qonaqlara 

kommersiya  əsasında  daimi  xidmət  göstərən 

yerlərlə  təsadüfən  gecələmək  üçün  təklif  olunan 

yerləri fərqləndirmək zəruridir. Belə ki, turistlərin 

yerləşdirilməsi üçün şərait iki əsas qrupa bölünür: 



Kollektiv yaşayış müəssisəsi: səyyahların otaqda 

və 


ya 

digər 


yerdə 

gecələmək 

üçün 

yerləşdirilməsini  təmin  edən  yaşayış  müəssisəsi 



kimi  müəyyən  edilir,  lakin  bu  zaman  təqdim 

edilən yerlərin sayı bir ailədən artıq şəxslər qrupu 

üçün  nəzərdə  tutulmuş  minimumdan  artıq  olmalı 

və  hətta  gəlir  gətirməsə  belə,  müəssisədəki  bütün 

yerlər  ümumi  kommersiya  idarəetməsi  altında 

olmalıdır.  Bu  qrup  üç  kiçik  qrupa  bölünür:  

mehmanxanalar  və  onlara  oxşar  müəssisələr, 

ixtisaslaşdırılmış  müəssisələr  və  digər  kollektiv 

müəssisələr.  Bu  kiçik  qruplar  daha  9  kiçik 

qruplara bölünür. 



Özəl 

turist 

müəssisələri: 

kollektiv 

turist 

mənzillərinin  müəyyən  edilməsinə  uyğun  gəlmir 



və turistlərin yerləşdirilməsi formasını əks etdirir. 

Bu müəssisə iki kiçik qrupa və beş vahid qrupuna 

bölünür.  Kiçik  qruplar  arasında  “özəl  tutulmuş 

mənzil”  və  “özəl  tutulmamış  mənzil”  qruplarını 

fərqləndirmək  vacibdir.  Belə  ki,  birinci  mənzilin 

tutulması və bununla əlaqədar xərclər tələb edilir, 

eyni zamanda bu, sonuncu qrupa aid deyildir. 

 

TURĐZM 



– 

(I) 

ölkə  vətəndaşlarının, 

əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 

müvəqqəti  olacağı  ölkədə  (yerdə)  ödənişli 

fəaliyyətlə  məşğul  olmamaq  şərti  ilə,  istirahət, 

müalicə,  tanış  olma,  idrakı  (tarix  və  mədəniyyət 

sərvətlərindən  bəhrələnmə  və  s.),  iş-peşə  (vəzifə 

borclarının  icra  edilməsi  istisna  olmaqla),  idman 

və  dini  məqsədlərlə  daimi  yaşayış  yerlərindən 

müvəqqəti getmələridir (səyahətləridir).  



(II)  -  istirahət,  işgüzar  və  digər  məqsədlərlə 

səyahət  edən  və  ardıcıl  bir  ildən  artıq  olmayan 

dövr ərzində öz yaşayış yerindən fərqli olan yerdə 

qalan şəxslərin fəaliyyəti kimi müəyyən olunur.  

Verilmiş  əraziyə  münasibətdə  (məsələn,  rayon, 

ölkə, ölkələr qrupu) üç elementar turizm forması 

mövcuddur: 

-  daxili  turizm:  öz  yaşayış  yerindən  kənar  olan, 

bəzi  ərazilərin  hüdudlarında  səyahət  edən  bu 

ərazilərin rezidentlərinin  fəaliyyəti  kimi  müəyyən 

olunur; 


Qeyd:  Verilmiş  kontekstdəki  “daxili”  termini 

Milli 


Hesablar 

Sistemində 

istifadə 

edilən 


termindən  fərqlənir.  Milli  hesablar  kontekstində 

bu  termin  verilmiş  ərazidə  səyahət  edən  rezident 

və  qeyri-rezidentlərin  fəaliyyəti  və  xərclərinə  aid 

edilir,  turist  fəaliyyətini  xarakterizə  edən  termin 

isə daxili turizm və xarici ölkə sərhədlərinə turizm 

hesab edilir. 



-  giriş  turizmi  (sərhəddən  kənardan):  öz  yaşayış 

yerlərindən  kənar  bəzi  ərazilərə  səyahət  edən 

qeyri-rezidentlərin fəaliyyəti daxildir; 

- çıxış turizmi (sərhəddən kənara): bəzi ərazilərin 

(və  öz  yaşadıqları  ərazidən  kənar)  hüdudlarında 

yerləşən  yerlərə  səyahət  edən  və  vaxt  keçirən  bu 

ərazilərin rezidentlərinin fəaliyyətini əks etdirir; 

Əraziyə  bir  neçə  ölkə  qəbul  edildiyi  halda, 

aşağıdakı  turizm  kateqoriyalarını  müəyyən 

etmək  üçün  üç  əsas  turizm  forması  müxtəlif 

formada birləşdirilə (əlaqələndirilə) bilər: 

-  “daxili  turizm”  və  “giriş  turizm”i  daxil  olan 

“daxili turizm”; 


 

660 


-  “daxili  turizm”  və  “çıxış  turizm”i  daxil  olan 

“milli turizm”; 

-  “çıxış  turizm”i  və  “giriş  turizm”dən  ibarət  olan 



“beynəlxalq turizm”. 

Qarışıqlıqdan  qaçmaq  üçün,  bu  üç  terminin  bir 

ölkə  ilə  münasibətdə  turizm  üçün  ehtiyatda 

saxlanılması  məsləhət  görülür.  Digər  hallarda 

verilmiş  terminin  hansı  coğrafi  və  ya  inzibati 

səviyyəyə  aid  olmasını  dəqiq  müəyyən  etmək 

vacibdir,  məsələn,  “əyalət  səviyyəsində  çıxış 

turizmi”, “Avropa Đttifaqında daxili turizm”. 



Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin