SVO
P – 1) əlavə gəlir və şirkətin kapitalının
strukturunun optimallaşdırılması məqsədi ilə
aktivlərin, faizlər üzrə ödənişlərin və ya razılaşma
sazişində
göstərilən
digər
səciyyələrin
(xarakteristikaların)
mübadiləsinə
dair
sövdələşmədir. Svoplar defolt svoplarına, aktivlər
üzrə svoplara və məcmu gəlir svoplarına bölünür;
2) müxtəlif aktivlərin mübadiləsi üzrə maliyyə-
ticarət
əməliyyatıdır.
Bu
zaman
qiymətli
kağızların, valyutanın, qızılın və s. aktivlərin
alqısına (satqısına) dair bağlanan sazişlə bərabər,
həmin aktivlərin müəyyən müddət keçdikdə
həmin və ya digər şərtlərlə geri alınmasına dair
əks saziş də bağlanır.
614
-Ş-
Şablon......................................................... 615
Şagirdlər ..................................................... 615
Şagirdlərin sayı .......................................... 615
Şəbəkənin arxitekturası .............................. 615
Şəhər........................................................... 615
Şəhər aqlomerasiyası.................................. 616
Şəhər bazarlarında daimi köşklərdə və ya
çadırlarda ticarət ......................................... 616
Şəhər elektrik nəqliyyatı ............................ 616
Şəhər əhalisi ............................................... 616
Şəhər əhalisinin miqrasiyası....................... 616
Şəhər məntəqələri ....................................... 616
Şəhər məskənləri ........................................ 616
Şəhər təmərküzləşməsi ............................... 616
Şəhərə xidmət edən əhali ........................... 617
Şəhərətrafi zonalar ..................................... 617
Şəhəri yaradan əhali ................................... 617
Şəhərsalma ................................................. 617
Şəxsi evdə (yaşayiş yerində) yaşamağın şərti
hesablanmış dəyəri ..................................... 617
Şəxsi istehlak ............................................. 617
Şəxsi istifadə üçün istehsal ........................ 617
Şəxsi maliyyə planlaşdırmasının və insan
inkişafının alətləri ...................................... 618
Şəxsi mülkiyyət ......................................... 618
Şəxsi yığım ................................................ 618
Şərti maliyyə vahidi ................................... 618
Şərti obyekt ................................................ 618
Şərti yanacaq .............................................. 618
Şirkət .......................................................... 619
Şirkətin rəsmi ünvanı ................................. 619
Şöbə ........................................................... 619
Ştatdankənar işçilər .................................... 619
615
ŞABLON
- strukturun təsviridir. Proqramçıya
şəxsi məlumat növlərini yaratmağa şərait yaradır.
ŞAGĐRDLƏR
(
istehsalatda
)
–
məhsul
vahidinin istehsalı prosesində tam iştirak etməyən,
şagirdlik müqaviləsi əsasında və ya onların
məhsuldarlığına əhəmiyyətli dərəcədə təsir edən
peşə təcrübəsi keçməklə işləyən bütün muzdlu
işçilər daxil edilir.
ŞAGĐRDLƏRĐN SAYI
(istehsalatda) – məhsul
vahidinin istehsal prosesində natamam iştirak
edən bütün muzdlu işçilər daxil edilir. Belə ki,
onlar şagird müqaviləsi üzrə işləyir və yaxud
onlar peşəkar bacarıqlarının olmaması səbəbindən
məhsuldarlığın tələb olunan səviyyəsinə uyğun
gəlmirlər.
ŞƏBƏKƏNĐN ARXĐTEKTURASI
– texniki
və proqram vasitələrinin qarşılıqlı fəaliyyətinin
əsas prinsiplərini xarakterizə edən anlayışdır.
Şəbəkənin arxitekturası – birləşmələrin qaydaları
və
onların
topologiyası
nəzərə
alınmaqla
şəbəkənin reallaşdırılmış strukturudur. Şəbəkənin
arxitekturası
çərçivəsində
məlumatların
kodlaşdırılmasına, onun ötürülməsinə, səhvlərə
nəzarət və məlumat axınının idarə edilməsinə,
şəbəkə abonentlərinin ünvanlaşdırılmasına, qəza
şəraitində
şəbəkənin
işləməsinin
təhlili
məsələlərinə aydın şəkildə baxılır.
ŞƏHƏR
– 1) qanunvericiliyə görə, şəhərlər
kateqoriyasına aid olan yaşayış məntəqəsidir. Bir
qayda olaraq, əhalinin xeyli sayına (ölkənin kənd
yerlərinə nisbətən) malikdir, əhalisi, başlıca
olaraq, kənd təsərrüfatından kənar – sənaye,
ticarət, xidmət, elm və mədəniyyət sahələrində
məşğuldurlar.
Şəhər,
şəhər
hüdudu
adlanan
hüdudla
məhdudlaşan əraziyə malikdir.
Müasir şəhər istehsal funksiyaları təmərküzləşmiş
yerlərdir – sənaye, nəqliyyat və s. sahələrdə.
Đnkişaf bazası inzibati funksiyalar (adətən, onlar
ticarət və istehsal funksiyaları ilə birləşir), hərbi
funksiyalar (hərbi məhsulun monoistehsalı),
mədəniyyət və elmlə bağlı, sağlamlaşdırma və
istirahətlə bağlı (kurort-şəhər), dinlə və s. (şəhər-
dini mərkəzləri, məsələn müqəddəs Məkkə şəhəri)
bağlıdır.
Müasir urbanizasiya üçün ölkələr və rayonların
yerləşməsinin dayaq karkasının aparıcı halqaları
olan böyük şəhər artması, əhalinin qrup formada
yerləşməsinin
geniş
yayılması
səciyyəvidir.
Şəhərin yaranması əməyin ictimai və coğrafi
bölgüsü ilə bağlıdır. Şəhərin xarakteri, bütövlükdə
istehsalatda və ictimai həyatda onların tutduğu
yer, onların sosial siması, xarici görünüşü və s.
xeyli dəyişmişdir. Tarixi inkişafın gedişində
bəzən bir şəhər öz əhəmiyyətini itirir (yaxud
tamam yox olur), digərləri öz iqtisadi-coğrafi
vəziyyətinin xeyrindən istifadə edərək onu
gücləndirir,
ölkələr
və
rayonların
yaşayış
yerlərinin iyerarxiyasında daha yüksək pillələri
tutur.
Đnkişaf etmiş ölkələrdə şəhər əhalisinin xüsusi
çəkisi 70-80% və daha yüksək olmuşdur (1990-cı
illərin əvvəli). Ümumi urbanizasiya prosesi şəhər
ərazisinin
inzibati
sərhədlərdən
kənara
genişlənməsində, onların qonşu şəhər və kənd
məskənləri ilə birləşməsində ifadə olunur. Bir sıra
hallarda qonşu şəhər aqlomerasiyasının nəqliyyat
magistralları boyunca böyüməsi, başdan-başa
şəhər tikililərində çox kilometrli zonaların
yaranmasına gətirib çıxarır. 1970–80-ci illərdə
inkişaf etmiş qərb ölkələrinin bir sıra iri şəhər və
şəhər aqlomerasiyalarında əhalinin sayının mütləq
və nisbi azalması müşahidə olunurdu.
XX əsrin ikinci yarısında inkişaf etmiş ölkələrdə
şəhər və şəhər əhalisinin artması prosesi çox
sürətli xarakter almışdı. Bu ölkələrin çoxunda
gedən sənayeləşdirmə urbanizasiyadan geri qalır
(buradan müxtəlif mürəkkəb şəhər problemləri
yaranırdı, məsələn, şəhər əhalisinin natamam
məşğulluğu və s.).
Şəhər
–
spesifik
sosial-demoqrafik
xarakteristikaları və inkişaf amilləri ilə fərqlənən
toplanmış əhali kütlələrinin həyat fəaliyyəti
yeridir (geniş anlayışdır). Şəhər əhalisinin
formalaşması miqrasiya, təbii artım, inzibati
dəyişdirmə (şəhərin tərkibinə şəhərətrafı zonaların
məskənlərini daxil etməklə) hesabına gedir.
2)
Şəhər
-
böyük,
mərkəzləşdirilmiş
və
məhdudlaşdırılmış
yaşayış
məntəqəsi
olub,
özünüidarə, təchizat və nəqliyyat strukturuna
malikdir. Buna görə də, hər bir şəhər yaşayış
mərkəzi sayılır. Şəhərlərin sakinləri etnik, dil,
sosial, mədəni, dini və s. baxımdan müxtəlif ola
bilər.
Şəhərlər mədəni-elmi baxımdan mədəniyyətin
sıxlaşmasının ideal halı olub, adambaşına düşən
yüksək sıxlığa malik olan, sərt əhatəyə, ümumi
dövlət hüququ və həmçinin kommunal hüququna
(öz icra rəhbərliyi, özünəməxsus mədəniyyəti,
müxtəlif sosial təbəqəyə malik sakinləri) malik
məntəqədir. Bu xüsusiyyətlər onları kəndlərdən və
ya
xüsusi
məqsədlər
üçün
insanların
cəmləşdirildiyi (iş düşərgələri və s.) yerlərdən
fərqləndirir.
Hazırda yer kürəsinin əhalisinin yarısı şəhərlərdə
yaşayır. 2000-ci ildə 18 şəhər 10 milyonluq
əhaliyə malik idi. 2005-ci ildə belə şəhərlərin sayı
20-ə çatmışdır. Əhalisinin sayı 100 mindən çox
olan şəhər sayı 2.4 mindir.
616
ŞƏHƏR AQLOMERASĐYASI
– istehsal,
əmək,
mədəni-məişət
və
digər
əlaqələrlə
mürəkkəb
dinamiki
sistemdə
birləşən
məntəqələrin
(əsasən
şəhər)
yığcam
ərazi
qruplaşmasıdır. Özündə iri və ya kiçik şəhərləri,
həmçinin onların sərhədlərindən kənarda, amma
onlara bitişik olan, şəhərətrafı məntəqələri (o
cümlədən
kəndləri)
birləşdirir.
Xüsusi
ədəbiyyatlarda şəhər aqlomerasiyası adı altında
bütün şəhər tikililəri (aralarındakı məsafə 5 km-
dən artıq olmamaqla) olan ərazi nəzərdə tutulur.
ŞƏHƏR
BAZARLARINDA
DAĐMĐ
KÖŞKLƏRDƏ VƏ YA ÇADIRLARDA
TĐCARƏT
–
müəyyənləşdirilmiş
ictimai
yerlərdə qurulmuş çadırlarda həyata keçirilən
satışdır; alıcılar adətən ticarət yerinə daxil
olmurlar.
ŞƏHƏR ELEKTRĐK NƏQLĐYYATI
-
metro, tramvay və trolleybus nəqliyyatını əhatə
edir. Statistikada bu nəqliyyat növlərinin istismar
və iqtisadi prosesləri, onların texniki vasitələri
üzərində müşahidə təmin edilir.
ŞƏHƏR ƏHALĐSĐ
(Azərbaycanda) – şəhər
yaşayış məntəqələrində və qəsəbələrdə yaşayan
əhalidir. Şəhər əhalisi ilə kənd əhalisinin sayının
müqayisəsi ölkənin, yaxud hər hansı inzibati
ərazinin urbanizasiya dərəcəsini xarakterizə edir,
halbuki bu göstəriciləri ölkələr üzrə müqayisə
etmək çətindir, çünki yaşayış məntəqələrini
şəhərlərə aid etmə meyarları müxtəlifdir.
ŞƏHƏR ƏHALĐSĐNĐN MĐQRASĐYASI
–
konkret ərazi hüdudlarında əhalinin bir şəhər
məskənindən digərinə (şəhərlərarası miqrasiya) və
şəhər məskənlərindən kənd məskənlərinə daimi
yaşayış yerinə yerdəyişməsi; şəhər və kənd
yerlərində əhalinin sosial-demoqrafik və etnik
tərkibinin
dəyişməsidir.
Urbanizasiyanın
başlanğıc mərhələlərində şəhərlərarası miqrasiya
şəhər
əhalisinin
iri
və
nəhəng
şəhərlərə
yerdəyişməsi ilə xarakterizə olunur. Urbanizasiya
daha yüksək olan ölkələrdə əhalinin iri və ən iri
şəhərlərindən kiçik şəhərlərə və şəhərlərdən kənd
yerlərinə
intensiv
hərəkəti,
aqlomerasiya
hüdudlarında isə – yaxın şəhərətrafı qəsəbələrə –
mərkəzdənqaçma hərəkəti baş verir.
ŞƏHƏR MƏNTƏQƏLƏRĐ
– nisbətdə daha
çox sayda əhalisi olan və spesifik, əsasən qeyri-
kənd təsərrüfatı funksiyalarını yerinə yetirən
yaşayış
əraziləridir.
Azərbaycanda
şəhər
məntəqələrinin iki tipi var: şəhərlər və qəsəbələr.
Şəhər yaşayış məntəqələrinin bu və ya digər
kateqoriyalara
aid
edilməsi
meyarları
qanunvericiliklə müəyyənləşdirilir. Əsas meyarlar
aşağıdakılardan ibarətdir: əhalinin minimum sayı
(məsələn, şəhərlər üçün 12 min nəfərdən yuxarı),
dövlət və bələdiyyə və dövlət qulluğunda,
kommunal təsərrüfatda ictimai iaşə, mədəni və
tarixi obyektlərdə və s. məşğul olan inzibati ərazi
vahididir.
ŞƏHƏR MƏSKƏNLƏRĐ
– müəyyən əhali
çoxluğu olan yaşayış yerləridir; spesifik, əsasən
kənd təsərrüfatı olmayan (sənaye, nəqliyyat,
mədəni, ticarət, inzibati-siyasi və s.) funksiyaları
yerinə yetirir. Đri şəhər məskənləri həmişə
çoxfunksiyalıdır. Yaşayış məntəqələrinin bu və ya
digər kateqoriya şəhər məskənlərinə aid edilməsi
meyarı qanunvericiliklə müəyyən edilir. Mühüm
meyarlar bunlardır: əhalinin minimum sayı və
əhalinin ümumi sayında muzdlu işçilərin və
onların ailələrinin minimum payı. Bundan əlavə,
yaşayış
məntəqəsinin
inzibati
əhəmiyyəti,
sənayenin, kommunal təsərrüfatın, mədəni-məişət
idarələrinin inkişaf dərəcəsi, abadlığı, inkişaf
perspektivləri də nəzərə alına bilər. Şəhər
məskənlərinə həmçinin müalicəvi əhəmiyyət
daşıyan yerlərdəki məskənlər aid edilə bilər və
onlar müstəqil kurort qəsəbələri kateqoriyasına
ayrılır.
Bəzi ölkələrdə “şəhər məskənləri” və “şəhər”
anlayışları üst-üstə düşür. Məskənlərin şəhərlər
sırasına aid edilməsinin əsas meyarları müxtəlif
ölkələrdə – sakinlərin sayı, inzibati, ticarət,
maliyyə fəaliyyətinin inkişafı ilə bağlıdır. Bu
meyarlar müxtəlifdir: bir ölkədə şəhərlə müəyyən
əhali çoxluğuna nail olmuş bütün məskənləri aid
edirlər (məsələn, ABŞ-da – 2,5 min, Niderlandda
– 20 min və Đslandiyada – 0,2 min sakin),
başqalarında – bütün inzibati mərkəzlər və s.
ŞƏHƏR TƏMƏRKÜZLƏŞMƏSĐ
(yeni lat.
concentratio – bir yerə toplama) – əhalinin şəhər
məskənlərində
toplanması
prosesidir,
urbanizasiyanın təzahüründən biridir. Şəhər
təmərküzləşməsinin ən vacib göstəricisi – əhali
sıxlığıdır; dünyanın ən iri şəhərlərində 1 km
2
-də
bir neçə on minlərlə adam yaşayır. Şəhər
təmərküzləşməsini daha dəqiq müəyyən etmək
üçün təmizlənmiş sıxlıq göstəricisi tətbiq olunur –
şəhər məskəninin ümumi sahəsindən meşə-
parklar, çöllər, boş yerlər və başqa becərilməmiş
sahələr (bəzi şəhər məskənlərində onların payına
50%-dək
ərazi
düşür)
çıxılır.
Şəhər
təmərküzləşməsini dəqiqləşdirmək üçün bəzən
əlavə olaraq seliteb sahəyə (şəhərlərdə yaşayış
məhəllələri və onlar arasında küçə, meydan,
bulvar və s. ilə tutulan torpaq sahələri) hesablanan
əhali sıxlığı müəyyən edilir. Bu halda şəhər
617
ərazisindən həmçinin rabitə yolları, yaşayış üçün
nəzərdə tutulmamış binalar və qurğularla tutulan
sahələr istisna edilir. Mikrotəhlil məqsədləri üçün
çox vaxt 1 yaşayış otağına, yaxud 1 m
2
yaşayış
sahəsinə düşən sakinlərin sayı hesablanır.
Şəhərsalmanın sıxlığını müəyyən etmək üçün bir
neçə metodlar mövcuddur.
ŞƏHƏRƏ XĐDMƏT EDƏN ƏHALĐ
–
şəhərin ümumi əhalisinin kommunal, mədəni-
məişət, ticarət, tibb və şəhər əhalisinə xidmət edən
digər müəssisə və idarələrində çalışan hissəsidir.
ŞƏHƏRƏTRAFI ZONALAR
– iri şəhəri
əhatə edən və onunla sıx funksional və başqa
qarşılıqlı
əlaqədə
olan
ərazilərdir.
Şəhər
aqlomerasiyasının bir hissəsidir. Şəhərətrafı
zonalarda şəhərətrafı qəsəbələr, peyk şəhərləri,
ayrı-ayrı
aqrar-sənaye,
sənaye,
nəqliyyat,
kommunal müəssisələri yerləşir. Şəhərətrafı
zonalarının bir hissəsindən kənd təsərrüfatı yerləri
kimi istifadə oluna bilər. Suburbanizasiyanın
xarakterindən asılı olaraq, şəhərətrafı zonaların
hüdudlarında kor-təbii olaraq cəmiyyətin yüksək
gəlirli təbəqələrinin məskun yerləri, işgüzarlıq
mərkəzləri yarana bilər.
ŞƏHƏRĐ YARADAN ƏHALĐ
– şəhər
əhalisinin,
onun
sənaye,
nəqliyyat
müəssisələrində,
tikintidə,
siyasi-inzibati,
təşkilati-təsərrüfat, elmi, mədəni və şəhərdənkənar
əhəmiyyəti olan başqa idarələrində çalışan
hissəsidir. Şəhəri yaradan əhalinin sayı şəhərin
əhalisinin ümumi sayına mühüm təsir göstərir.
Şəhəri
yaradan
əhalinin
payı
şəhərin
böyüklüyündən və iqtisadi funksiyalarından
asılıdır. Şəhəri yaradan əhalinin payı həmçinin
şəhərin əhalisinin yaş tərkibindən asılıdır:
nisbətən doğum səviyyəsi olan şəhərlərdə şəhəri
yaradan
əhalinin
payı
region
üzrə
orta
göstəricilərindən aşağıdır.
ŞƏHƏRSALMA
–
şəhərlərin
inkişafı,
planlaşdırılması
və
tikilib
abad
edilməsi
nəzəriyyəsi
və
praktikasıdır.
Şəhərsalmada
şəhərlərdə əhalinin sayının artması, təbii və
miqrasiya artımının nisbətlərinin xüsusiyyətləri,
əhalinin yaş-cins tərkibi, perspektivdə demoqrafik
vəziyyətin
dəyişməsi
ilə
meydana
çıxan
demoqrafik
problemlərin
uçotunun
mühüm
əhəmiyyəti
var.
Şəhərsalma
praktikasında,
hesablama müddətinə şəhər əhalisinin sayının
müəyyənləşdirilməsi “əmək balansı” metoduna
əsaslanır və bu metod əhalinin aşağıdakı qrupları
– şəhəri yaradan, şəhərə xidmət edən və öhdədə
olan arasında perspektiv nisbətləri müəyyən edir,
əhalinin layihə sayını şəhəri yaradan əhalinin
gözlənilən sayından asılı edir. Hesablama
aşağıdakı düsturla aparılır:
)
(
100
100
u
o
Q
H
+
−
⋅
=
burada H – müəyyən edilən şəhər əhalisinin
perspektiv
sayı;
Q
–
şəhərdəki
əhali
kontingentinin perspektiv sayı; O – bütün iqtisadi
fəal əhali tərkibində xidmət qrupunun payı, faizlə;
U – öhdədə olanların payı, faizlə; orta hesabla
O=18–25 %, U=46–48%. Şəhərsalma üzrə
qərarlarda təkcə ayrı-ayrı şəhərlərin hüdudlarında,
həmçinin yerləşdirmə sistemləri miqyasında
demoqrafik proseslərin nəzərə alınmasıdır.
ŞƏXSĐ EVDƏ (YAŞAYIŞ YERĐNDƏ)
YAŞAMAĞIN ŞƏRTĐ HESABLANMIŞ
DƏYƏRĐ
- MHS göstəricisidir; sahibkar öz
xüsusi evində yaşadığı halda, onun özünün özünə
göstərdiyi xidmətin dəyərini əks etdirir. Xüsusi
evdə yaşama üzrə xidmətin dəyəri belə xidmətlərə
bazardakı qiymətlərlə müəyyənləşdirilə bilər. Bu
xidmətlərin
dəyəri
yaşayış
yerlərinin
saxlanmasına faktiki çəkilmiş xərclər əsasında da
müəyyənləşdirilə bilər.
ŞƏXSĐ ĐSTEHLAK
– əhalinin fərdi istehlakını
təmin etmək üçün istifadə edilən milli gəlirin bir
hissəsidir. Yalnız maddi nemətlərdən ibarət olan
kateqoriyadır: ərzaq və qeyri-ərzaq malları, qeyri-
əmtəə
məhsulları,
maddi
xidmətlər.
Şəxsi
istehlakın tərkibinə alınan mallar, əmək haqqı
hesabına alınan məhsullar, şəxsi yardımçı
təsərrüfatlarda istehsal edilən məhsullar, tədarük
edilmiş yabanı bitkilər daxildir. Bunlardan başqa,
şəxsi istehlaka həm də fərdi sifarişlər üzrə paltar,
ayaqqabı tikişi, mənzillərin və mebellərin təmiri,
camaşırxana
xidmətləri,
məişətdə
işlədilən
elektrik enerjisi, su və qaz xidmətləri, yaşayış
fondunun aşınması daxil edilir. Şəxsi istehlakın
şeylər (maddələr) üzrə xərclərin ödənilməsinin
mənbəyi əmək üzrə gəlirlərdən, sosial və digər
fondlardan ödəniş və yardımlardan ibarətdir.
ŞƏXSĐ ĐSTĐFADƏ ÜÇÜN ĐSTEHSAL
-
şəxsi istehlak və ya bu istehsala investisiya üçün
nəzərdə tutulmuş bütün malların istehsalı bu
kateqoriyaya daxildir. Kapital qoyuluşu üçün
nəzərdə tutulmuş mallar – bu, təsərrüfat üsulu ilə
istehsal edilmiş əsas maddi fondlar (binalar,
maşınlar və s.), həmçinin əsas qeyri-maddi
fondlardır (proqram təminatının işlənməsi və s.).
Şəxsi istifadə üçün istehsal edilmiş məhsul qeyri-
bazar məhsulu hesab edilir və bazarda satılan
oxşar məhsulların qiymətinə, belələri olmadıqda
isə, maya dəyərinə görə qiymətləndirilir. Ona həm
maddi kapital malları (məsələn, dəmir yolu
618
müəssisələrinin dəmir yolları), həm də qeyri-
maddi aktivlərə investisiyalar (məsələn, proqram
təminatı) daxildir. Maddi kapital malları “Maddi
mallara ümumi investisiyalar” maddəsinə daxil
edilir.
Şəxsi istifadə üçün istehsalın qiymətləndirilməsi
“istehsalı” milli hesablar sistemində müəyyən
edildiyi kimi qiymətləndirməyə imkan verir.
Dostları ilə paylaş: |