BĐR NEÇƏ MALĐYYƏ ĐLĐ ÜZRƏ BÖ-
LÜŞDÜRÜLMÜŞ XƏRCLƏR
– iki və daha
çox illər üzrə mənfəət və zərər hesablarında əks
olunan xərclərdir. Onlara aiddir: ilkin xərclər,
səhmlərin
buraxılmasına
xərclər,
müxtəlif
əməliyyatlara (birləşməyə, əvvəllər birləşmiş
müəssisələrin bölünməsinə, konversiyasına və s.)
xərclər, istiqrazların buraxılmasına (reklamlara
xərclər, komisyon xərcləri) xərclər və vaxtı
uzadılmış xərclər. Onlar müntəzəm olaraq və bir
qayda olaraq, beş ildən çox olmayan qısa
müddətlərə bölünür.
70
BĐR SƏHMĐN GƏLĐRLĐLĐK ƏMSALI
–
səhm sahibi üçün mühüm maraq daşıyan və
müəssisənin
rentabelliyini
səciyyələndirən
göstəricidir. Əmsal təmiz gəlirin səhmlərin
miqdarına bölünməsi yolu ilə hesablanır.
BĐR VALĐDEYNLĐ AĐLƏ
(natamam ailə) –
adətən nikahda olmayan bir, yaxud bir neçə uşaqlı
valideynlərdən
biridir.
Natamamlığın
xarakteristikası ər-arvad cütlüyünə aiddir. Bir
valideynli ailə çox vaxt boşanma, ər-arvadın
birinin ölümü nəticəsində nikahın ləğv olunması,
yaxud onların ayrı yaşaması ilə əlaqədar yaranır,
həmçinin uşağın nikahdan kənar doğulması
nəticəsində yarana bilər (tək ana). Bu ifadə çox
vaxt azyaşlı uşaqları olan ailələrə tətbiq edilir.
BĐR
YAŞLI
UŞAQLAR
ARASINDA
QIZILCAYA
QARŞI
PEYVƏND
EDĐLMĐŞ UŞAQLARIN PAYI
(Minilliyin
bəyannaməsində
əks
olunmuş
inkişaf
göstəricilərindən) - heç olmasa bircə dəfə
qızılcaya qarşı vaksin vurulmuş bir yaşlı uşaqların
faizlə hissəsidir.
Bu göstərici müayinənin keçirilməsinə qədər və
yaxud hələ 12 ayı tamam olmamış, heç olmasa bir
dəfə qızılcaya qarşı peyvənd qəbul etmiş 12-23
aylıq uşaqların sayına faizlə ifadəsi kimi
hesablanır. Adətən, immunizasiya ilə əhatə edilmə
haqqında qiymətləndirici məlumatlar iki əsas
mənbədən əldə edilir: inzibati orqanlar tərəfindən
təqdim edilən məlumatlardan və immunizasiya ilə
əhatə səviyyəsinə dair müayinə materiallarından.
Söhbət
inzibati
mənbələrin
məlumatlarına
əsaslanan
qiymətləndirmədən
getdikdə,
immunizasiya
ilə
əhatə
olunma
səviyyəsi
peyvəndin ümumi sayının əhalinin bu və ya digər
məqsədli qrupundan olan uşaqların sayına
bölünməklə tapılır. Peyvəndlərin əksəriyyəti üçün
məqsədli qrupu hər hansı bir konkret ildə (belə
qrupların göstəriciləri bu və digər ölkədə aparılan
siyasətlə,
həmçinin
müvafiq
peyvəndin
xarakterindən asılı olaraq dəyişə bilər) doğulan və
ya sağ qalan bütün körpələr təşkil edir.
Đmmunizasiya
ilə
əhatəyə
dair
müayinə
materiallarından çox vaxt inzibati mənbələrdən
olan məlumatlarla qarşılıqlı əlaqədə istifadə edilir.
BĐRBAŞA ƏMƏK SƏRFĐ ƏMSALLARI
–
məhsul istehsalına canlı əmək sərfinin onun
ümumi həcminə olan nisbətidir. Məhsulun əmək
tutumunu əks etdirir və
j
ж
j
j
X
t
T =
düsturu ilə hesablanır. Burada,
j
T
- j
sahəsinin məhsul vahidinin istehsalına canlı əmək
sərfi əmsalı;
ж
j
t
- j sahəsinin məhsul istehsalına
canlı əmək xərcləri; X
j
– j sahəsinin məhsullarının
həcmidir. Əmək sərfinin sahələrarası balansının
və
məhsul
və
xidmətlərin
istehsalı
və
bölüşdürülməsinin
sahələrarası
balansının
məlumatları əsasında hesablanır.
BĐRBAŞA FONDTUTUMU ƏMSALLARI
- əsas fondların orta illik dəyərinin (“ Əsas
fondların orta illik dəyəri”nə bax) istehsal
olunmuş məhsul və xidmətlərin həcminə olan
nisbətini əks etdirən göstəricidir. Đstehsal olunmuş
məhsul (xidmət) vahidinə nə qədər əsas fond
düşdüyünü
göstərir.
Hesablama
K
b.f
=F
əsas
/X
düsturu ilə hesablanır. Burada: K
b.f
– birbaşa
fondtutumu əmsalı; F
əsas
- əsas fondların orta illik
dəyəri; X – istehsal olunmuş məhsulun (xidmətin)
həcmidir. Əsas fondların sahələrarası balansı və
məhsul
və
xidmətlərin
istehsal
və
bölüşdürülməsinin sahələrarası balansı əsasında
hesablanır.
BĐRBAŞA XARĐCĐ ĐNVESTĐSĐYA QO-
YULAN MÜƏSSĐSƏ
- institusional vahidlərin,
qeyri-rezidentlərin
nəzarəti
altında
olan
müəssisələr:
qeyri-rezident
korporasiyaların
filialları; xarici dövlətlərin və ya qeyri-rezident
vahidlər
qrupunun
nəzarətində
olan
korporasiyalar;
qeyri-rezident
müəssisələrinin
müəyyən iqtisadi ərazidə, uzunmüddətli əsasda
istehsalla
məşğul
olan
qeyri-korporativ
bölmələridir.
BĐRBAŞA XARĐCĐ ĐNVESTĐSĐYALAR
–
bir ölkənin rezident vahidinin digər ölkədə
müəssisənin fəaliyyətinə davamlı təsir etməsinə
nail olması səylərini əks etdirən beynəlxalq
investisiya fəaliyyətinin kateqoriyasıdır.
Davamlı təsirə nail olunması, birbaşa investor və
göstərilən
müəssisə
arasında
uzunmüddətli
münasibətlərin
yaradılmasını,
həmçinin
investorun bu müəssisənin idarə edilməsində
kifayət qədər mühüm rolunu nəzərdə tutur.
Birbaşa xarici investisiyalar nizamnamə kapitalına
ödəmələr, sair formalarda müəssisənin xarici
şəriklərindən
alınmış
kreditlər
(məsələn,
investorun birbaşa əldə etdiyi əlavə səhm və
paylar; reinvestisiya olunmuş gəlir; investor
tərəfindən birbaşa təşkilata verilmiş avadanlıqlar
və s.) kimi həyata keçirilə bilər.
Birbaşa
investisiyalaşdırılmış
müəssisə,
adi
səhmlərin və ya səhmdarların səsinin minimum
10%-nə malik olan ( korporativ müəssisələr üçün),
yaxud belə iştirakın ekvivalenti olan (qeyri-
korporativ müəssisələr üçün) korporativ və ya
qeyri-korporativ vahid kimi müəyyənləşdirilir.
71
Beləliklə,
birbaşa
investisiya
qoyulan
müəssisələrə aşağıdakılar aid edilir: qeyri-rezident
investorun səhm və ya səslərin 50%-dən çoxuna
malik olduğu törəmə müəssisə və ya təşkilatlar;
investorun birbaşa kapitalda 50% və ondan az
paya malik olduğu birləşdirilmiş müəssisələr;
investorların tam və ya birgə mülkiyyətində olan
və bilavasitə və dolayısı ilə birbaşa investora aid
olan qeyri-korporativ müəssisələrin struktur
vahidləri.
BĐRBAŞA XARĐCĐ KAPĐTAL QOYULU-
ŞUNDAN YENĐDƏN ĐNVESTĐSĐYALAŞ-
DIRILMIŞ GƏLĐRLƏR
– aşağıdakılara
bərabərdir:
- birbaşa investisiya qoyuluşundan müəssisələrin
gəlirlərinə;
- üstə gəl mülkiyyətdən gəlirlər və ya alınmış cari
transfertlər;
- çıxılsın, birbaşa xarici investorlara faktiki
köçürmələr daxil edilməklə, mülkiyyətdən və cari
transferlərdən istənilən gəlirlər və birbaşa xarici
investisiya qoyuluşundan müəssisənin gəlirlərinə,
sərvətinə və s. istənilən cari vergilər.
BĐRBAŞA KREDĐTLƏŞDĐRMƏ (STAND-
BY)
– bankın öz borcları ilə müəssisələrin,
birliklərin, təşkilatların dövriyyə vəsaitlərinin,
əsas fondlarının formalaşdırılmasında, məsrəflərin
pul vəsaitləri ilə təminatında bilavasitə iştirakıdır.
BĐRBAŞA
MƏSRƏFLƏR
–
aralıq
hesablamalar aparmadan, “bir dəfəyə” verilən
məhsulun dəyərinə aid edilən xərclərdir.
BĐRBAŞA VERGĐLƏR
– vergi ödəyicisinin
gəlirlərindən və ya əmlakından tutulan vergilərdir.
Onlar gəlirin nəzərdə tutulmuş xərclənməsindən
əvvəl, gəlirin əldə olunması anında tutulur.
Birbaşa vergilər vergi ödəyicilərinin gəlirlərini
nominal ixtisara salır. Belə ki, vergi tutulmasının
obyekti gəlir (əmək haqqı, mənfəət, faiz, renta və
s.) və daşınar və daşınmaz əmlakın (torpaq, bina,
maşın, vergi ödəyicisinin qiymətli kağızları)
dəyəridir.
Birbaşa
vergi
tutulması
vergi
ödəyicisinin gəlirliliyini və ailə vəziyyətini nəzərə
alır.
Birbaşa vergilər real və şəxsi olurlar. Birbaşa real
vergilər vergi ödəyicisinin əmlakının ayrı-ayrı
növlərindən (torpaq, bina, ticarət-sənaye binaları,
qiymətli kağızlar) tutulur. Obyektdən asılı olaraq,
onlara torpaq vergisi, ev təsərrüfatı (başı) vergisi,
sənaye vergisi və qiymətli kağızlara vergi aiddir.
Real vergi ödəmədə öz sahibinə obyektin gətirdiyi
faktiki gəlirin həcmi deyil, vergiyə cəlb olunan
obyektin xarici əlamətləri (ölçüsü, yerləşdiyi yer)
nəzərə alınır.
Birbaşa
şəxsi
vergilər
özündə
gəlirin
mənbəyindən və ya bəyannamələr üzrə tutulan,
fiziki və hüquqi şəxslərin gəlirlərindən və
əmlakından vergiləri əks etdirir. Əsas birbaşa
şəxsi vergilərə əhalidən gəlir vergisi, hüquqi
şəxslərdən
mənfəət
vergisi,
kapitalın
dövriyyəsindən gəlirlərə vergi, yüksək mənfəətə
vergi, əmlak vergisi aid edilir.
BĐRDƏFƏLĐK
SEÇMƏ
(QAYITMAZ,
TƏKRARSIZ SEÇMƏ
) – bu seçmədə bir dəfə
seçilən vahid sonrakı seçmələrdən kənarlaşdırılır
və buna görə də təkrarən seçilə bilməz.
BĐRGƏ ƏMƏLĐYYATLAR
- iki və ya daha
çox
şirkət
tərəfindən
birgə
aparılan
əməliyyatlardır. Đqtisadi maraqlar üzrə birləşmiş
və birgə müəssisənin hüquqi struktur hesab edilən
bu
nümunəsi
belə
əməliyyatların
həyata
keçirilməsinə imkan verir.
BĐRJA
– birja ticarəti aparan peşəkar ticarət
təşkilatlarında rəsmiləşdirilmiş müəyyən əmtəə
növünün topdansatış bazarıdır. Əmtəə növündən
asılı olaraq, əmtəə birjasını (maddi nemətlər
ticarətini), fond birjasını (qiymətli kağızların
ticarətini),
valyuta
birjasını
(valyuta
alqı-
satqısını), fyuçers birjasını ( fyuçers müqavilələri
ticarətini),
opsiyon
birjasını
(opsiyon
müqavilələrin
ticarətini)
bir-birindən
fərqləndirirlər. Fraxt birjası da mövcuddur.
BĐRJA ALVERÇĐSĐ
–
birjada
fyuçers
müqavilələrinin və ya qiymətli kağızların alqı və
satqı qiymətləri arasındakı fərqdən gəlir əldə edən
birja taciridir.
BĐRJA DÖVRĐYYƏSĐ
– 1) birja ticarətinin
gedişi prosesində natura və dəyər ifadəsində
bağlanmış birja sazişlərinin ümumi həcmidir; 2)
fond birjasında müəyyən dövr ərzində satışın
məbləğidir
və
bazarın
kapitallaşdırılması
səviyyəsindən faizlə ölçülür.
BĐRJA ƏMTƏƏSĐ
– birja ticarətinin obyekti
olan əmtəədir. Müəyyən növdə və keyfiyyətdə
olan əmtəənin dövriyyədən götürülməməsi; o
cümlədən birja tərəfindən müəyyən edilmiş
qaydada birja ticarətinə buraxılan əmtəəyə dair
standart kontrakt və konosamentdir. Birja
əmtəələrinin əsas qrupları kənd və meşə
təsərrüfatı məhsullarından, mineral xammal və
yarımfabrikatlardan, qiymətli kağızlardan, valyuta
qiymətlilərindən və indekslərdən ibarətdir.
72
BĐRJA FONDU
–
qiymətli kağızların dövr
etməsini təmin edən təşkilatdır. Birja fondunda
dövr edən qiymətli kağızlar fond birjası ticarətinə
buraxılması (listinq) üsulunu keçməlidir.
BĐRJA HƏRRACI
– birja iştirakçılarının
sövdələşməni bağlayarkən qiymətin rəqabətliliyini
əks
etdirən
qaydaları
müəyyənləşdirən
mexanizmdir. Birja auksionu təşkili üsuluna görə
sadə və ikili hərraca bölünür.
BĐRJA
ĐNDEKSĐ
–
“Səhmlərin
kurs
indeksi”nə bax.
BĐRJA QĐYMƏTĐ
– nümunələr və təqdim
olunmuş normativ-texniki sənədlər üzrə birjada
əmtəələrin
alqı-satqısı
üzrə
topdan
sövdələşmələrin (ticarətin) həyata keçirildiyi
qiymətdir. Birja qiyməti sərbəstdir, tələbin və
sövdələşmənin həcmindən asılı olaraq, enib-
qalxır; ən xarakterik sövdələşmələr üzrə onun
nümunəvi səviyyəsi qiymətləndirilir. Ticarətin
yekunu üzrə birja qiymətlərini göstərməklə, birja
bülleteni (ongünlük, aylıq, rüblük) buraxılır.
Satıcının,
alıcının
və
faktiki
sövdələşmə
qiymətləri
üzrə
təkliflər
birjada
bütün
sövdələşmələrin uçotunda qeydiyyatdan keçirilir.
Birja qiyməti üzrə birja məlumatları müxtəlif
əmtəələr üzrə qiymət dinamikasını, tələb və təklifi
təhlil etməyə və proqnozlaşdırmağa imkan verir.
BĐRJA QĐYMƏTĐNĐN TƏYĐN EDĐLMƏSĐ
(BĐRJA KURSU)
– birja ticarətinin gedişində
formalaşan, birjada müəyyənləşdirilmiş qaydada
qeydiyyatdan keçən və bazar prosesinin bütün
iştirakçılarının məlumat bildirmə sisteminə daxil
olan birja qiymətidir.
BĐRJA SÖVDƏLƏŞMƏLƏRĐ
– 1) birjanın
müəyyən etdiyi yer və vaxtda, özünün qoyduğu
qaydalarda
təşkil
etdiyi
aşkar,
ictimai
sövdələşmədir; 2) birja ticarətlərinin gedişində
bağlanan və müəyyən qaydalarla birjada
qeydiyyatdan keçirilən sövdələşmələrdir.
BĐRJA YIĞIMI
–
birja
sövdələşmələri
bağlandığı hallarda, birjanın xeyrinə birja ticarəti
iştirakçılarının pul ayırmalarıdır.
BĐRJALARIN AÇILIŞ QĐYMƏTĐ
– yeni iş
günündə birja ticarətinin başladığı qiymətdir.
Adətən, birjaların açılış qiyməti kimi, keçən iş
günündəki birjanın bağlanış qiyməti qəbul edilir.
BĐRJANIN
ŞTATI
-
birjanın
bütün
rejimlərində onun işinə xidmət göstərən birja
heyətidir.
BĐRJANIN ÜZVÜ
– birja ticarətində iştirakçı
və birjanın idarə edilməsində iştirak hüququna
malik olan fiziki və hüquqi şəxslərdir.
BĐRLƏŞDĐRĐLMĐŞ
(ĐNTEQRASĐYA
EDĐLMĐŞ) HESABAT
– statistika müşahidəsi
subyektlərinin fəaliyyətini kompleks xarakterizə
edən göstəricilər sistemini əks etdirən hesabatdır.
BĐRLƏŞDĐRĐLMĐŞ SEÇMƏ
– vahidlərin
seçməyə
daxil
edilməsi,
müxtəlif
seçmə
üsullarının birləşdirilməsi yolu ilə aparılan
seçmədir (məsələn, təsadüfü və qrup, mexaniki və
qrup, çoxpilləli, qrup və mexaniki və s.).
BĐRLƏŞMƏ
– onun nəticəsində bir hüquqi
vahidin yox olması və onun bütün fəaliyyət
növləri və istehsal vasitələrinin digər hüquqi
vahidə birləşməsi ilə müşahidə olunan demoqrafik
hadisədir.
BĐRLĐK VƏ MÜƏSSĐSƏLƏR ARASINDA
ƏMƏKDAŞLIQ ÜZRƏ TĐCARƏT ƏLA-
QƏLƏRĐ HAQQINDA MƏLUMAT
- bu
məlumat:
- konssesiyaçıları dillerlərdən ayırır;
- müəssisələri törəmə şirkətlər hesab olunan, əsas
etibarı ilə öz ticarət fəaliyyətini tam və ya qismən
törəmə firmalar şəklində həyata keçirən avtomobil
tədarükçülərindən, rezident və qeyri-rezident
istehsalçılardan (tədarükçülərdən) fərqləndirir;
- öz tədarükünə görə bir mal göndərəndən çox
asılı olan müəssisə nəzərdə tutulur; beləliklə,
sonuncu formal və ya qeyri-formal olaraq öz
topdansatış ticarəti üzrə fəaliyyətini güzəştə gedir.
- franşizinq üzrə müqavilələr və ya tədarükçü
qrupuna daxil olma üzrə sazişlər əsasında bütün
qrupu əmtəələrlə təchiz etməyə cavabdeh olan
topdansatış ticarətçilərinin (onlardan biri ilə)
müəssisələrinə uyğun gəlir.
- tədarük qrupuna, franşizinq şəbəkəsinə və
istehlak kooperativlərinə daxil olmanı fərqləndirir.
BĐRSEKTORLU (SAHƏLĐ) MODEL
–
makroiqtisadi modelin tipik olmayan, fərdi
halıdır. Birsektorlu modeldə iqtisadi proseslər
maksimum aqreqasiya olunmuş şəkildə, sahələr,
sektorlar və ictimai istehsal bölmələri ayrılmadan
təsvir edilir.
73
BĐSSERĐAL KORRELYASĐYA ƏMSALI
–
sosial
hadisələr
arasında
əlaqənin
öyrənilməsində istifadə olunur və keyfiyyət
(alternativ) göstəriciləri ilə kəmiyyət dəyişən
göstəriciləri arasındakı
əlaqənin
səviyyəsini
göstərir. Aşağıdakı düsturla hesablanır:
Z
pq
Y
Y
r
⋅
−
=
2
1
2
σ
,
2
Y
və
1
Y
- qruplar üzrə orta;
σ
- əlamətin orta
həddindən faktiki qiymətlərin orta kvadratik
kənarlaşması; p - birinci qrupun payı; q - ikinci
qrupun payı; Z – P-dən asılı olaraq, Z
bölüşdürülməsinin
cədvəl
şəklinə
salınmış
kəmiyyətidir.
BĐT
– məlumatların minimal ölçü vahididir. 0 və
ya 1 qiyməti ikili say sistemi adlanır. Fərdi
kompüterlərdə
informasiyanın
ölçülməsində
istifadə edilən ən kiçik vahidlərdir.
BĐTKĐÇĐLĐK (ƏKĐNÇĐLĐK) STATĐSTĐ-
KASI
–
kənd
təsərrüfatı
statistikasının
bölməsidir, torpağın becərilməsi və bitkilərin
yetişdirilməsi
proseslərini
xarakterizə
edən
göstəricilər sistemini öyrənir. Bitkiçilik (əkinçilik)
statistikası torpaq yerləri, əkin sahələri və
uzunmüddətli əkmələrin mövcudluğu, tərkibi,
keyfiyyəti, hərəkəti və istifadəsini; məhsulun
həcmi
və
strukturunu;
bitkinin
yetişməsi
prosesində,
gedişində
və
kənd
təsərrüfatı
bitkilərinin
məhsullarının
yığılmasının
başa
çatdırılması üzrə ümumi yığım və məhsuldarlığın
həcmini;
müxtəlif
aqro-texniki
üsulların
səmərəliliyini
və
yayılma
dərəcəsinin
və
effektivliyinin həcmi səviyyəsini xarakterizə edən
statistik göstəriciləri işləyib hazırlayır və tətbiq
edir.
BĐZNES
(ingiliscə business – iş, kommersiya
fəaliyyəti) – fiziki və hüquqi şəxslərin məhsul və
xidmətlərin istehsalı və satılması yolu ilə
mənfəətin
əldə
olunmasına
yönəldilmiş
sahibkarlıq fəaliyyətinin ixtiyari formasıdır,
iqtisadi fəaliyyətdir. Đş adamı (sahibkar) yeni
müəssisə açmaqla və ya əvvəlcədən mövcud olan
müəssisənin bir hissəsini və ya tamamilə almaqla
özü üçün iş yeri aça bilər. Onun öz müəssisəsini,
dükanını, vasitəçi firmasını açmasının əsas şərti
öz riski hesabına şəxsi kapitalından (və ya borc
aldığı kapitaldan) istifadə etməsidir. Bu prosesdə
bir sahibkar və ya qrup şəklində şərik şəxslər
iştirak edə bilərlər.
Dostları ilə paylaş: |