A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə26/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   22   23   24   25   26   27   28   29   ...   182

 

DEMOQRAFĐK  ƏMSALLAR

  –  bir  neçə 

kəmiyyət  tiplərinin  ümumi  adıdır;  əhalinin,  onun 

strukturunun,  ayrı-ayrı  demoqrafik  proseslərin  və 

bütövlükdə  əhalinin  təkrar  istehsalının  müxtəlif 

adda  xarakteristikalarının  nisbətini  ifadə  edir. 

Demoqrafik  əmsallar  növündə  belə  nisbətlərin 

kəmiyyətcə  ifadəsinə  zərurət  ondan  irəli  gəlir  ki, 

demoqrafik  hadisələrin  (doğum,  ölüm  və  s.) 

mütləq  rəqəmləri  əhalinin  (yaxud  koqortanın

sayından, əhalinin bu və ya digər qruplarının (ərdə 

olan  qadınların,  bu  və  ya  digər  yaşda  olan 

şəxslərin  və  s.  sayı)  mütləq  rəqəmləri  isə  qrupun 

daxil  olduğu  əhalinin  bütün  sayından  asılıdır. 

Buna görə də, müxtəlif əhali, yaxud müxtəlif vaxt 

dövrü üçün mütləq rəqəmlərin birbaşa müqayisəsi 

həqiqi  nisbətləri  təhrif  edə  bilər.  Növündən  asılı 

olmayaraq,  bütün  demoqrafik  əmsallar  bu  və  ya 

digər  kəmiyyətlərin  əhalinin,  yaxud  onun  hər 

hansı  bir  hissəsinin  sayına,  koqortanın  sayına, 

yaxud  demoqrafik  hadisələrin  ümumi  sayına 

nisbətidir.  Onlar  buna  görə  hesablanır  ki,  bu 

kəmiyyətlər əhalinin, yaxud müqayisə bazası kimi 

qəbul  olunmuş  başqa  qrupun  sayından  asılı 

olmasın  və  beləliklə,  onlar  müqayisə  edilən şəklə 

salınsın.  

Müxtəlif  adda  kəmiyyətlərin  nisbi  rəqəmlərlə 

hesablanması  yolu  demoqrafik  təhlil  praktikasına  

XIX  əsrin  əvvəlindən  daxil  olmuşdur.  Müxtəlif 

növ 

demoqrafik 



əmsallar 

demoqrafik 

metodikaların 

qırılmaz 

hissəsi, 

onların 


hesablanması  isə  –  statistik-demoqrafik  təhlilin 

standart  üsulu  olmuşdur.  Demoqrafik  əmsallar 

dünya 

statistika 



praktikasında 

demoqrafik 

hadisələrin 

tezliyinin 

düzgün 

ölçülməsi, 



demoqrafik  proseslərin,  həmçinin  əhali  və  onun 

qruplarının  strukturunu,  zaman  və  məkanda 

onların  dəyişməsini  öyrəndikdə,  təsvir  və  təhlil 

etmək  üçün,  yəni  başlıca  olaraq  müxtəlif  növ 

müqayisələr  üçün  geniş  tətbiq  olunur.  Ümumi 

qəbul olunmuş və beynəlxalq statistika təşkilatları 

tərəfindən  tövsiyə  edilmiş  göstəricilərdən  başqa, 

bir çox demoqrafik əmsallar ayrı-ayrı demoqrafik 

tədqiqatlarda  verilir  və  bu  da  onların  sayını  xeyli 

artırır.  Bəzi  xarakteristikalar  demoqrafik  əmsallar 

adını  daşımır,  lakin  hesablanma  üsuluna  görə 

əmsaldır.    Digərləri  isə  əmsal  adlandırılsa  da, 

başqa mahiyyətə malikdirlər. 

Statistikada 

qəbul 

olunmuş 


göstəricilərin 

təsnifatına  görə,  demoqrafik  əmsallar  nisbi 

kəmiyyətlərdir  və  onlar  üçün  qəbul  olunmuş 

qaydalara  uyğun  hesablanır:  müxtəlif  adda 

kəmiyyətlər 

tutuşdurulduqda, 

nəzərə 

almaq 


lazımdır  ki,  onlar  bir  vaxt  dövrünə,  eyni  ərazinin 

əhalisinə  aid  olsun,  eyni əsaslar  üzrə  ayrılan  eyni 

əhali  qrupuna  aid  olsun.  Məlumatlar  müxtəlif  

mənbələrdən alınarkən onların müqayisə edilməsi 

təkcə zamana və əraziyə görə deyil, həmçinin hər 

mənbənin  əhatə  etdiyi  əhali  kateqoriyasının 

müəyyən  etmə  metodologiyasına,  qəbul  olunmuş 

qruplaşmanın  məzmununa  aid  müqayisə  də 

vacibdir. Demoqrafik əmsalların ifadə üsulları hər 

birinin  mümkün  olan  kəmiyyət  diapazonundan, 

tələb  olunan  dəqiqlikdən,  təsvir  və  təhlil 

məntiqindən  asılı  olaraq,  fərqlənir.  Adətən  onlar 

vahidlər,  faiz,  yaxud  promil  (hər  1000  nəfərə) ilə 

ifadə olunur. 

Demoqrafik  əmsalların  ümumi  qəbul  olunmuş 

sistemi  və  təsnifatı  olmasa  da,  onlar  iki  böyük 

sinfə  ayrılır:  “A”  –  əhalinin  dəyişmə  (hərəkət) 

sürəti  və  demoqrafik  proseslərin  intensivliyi 

əmsalları; “B” – struktur əmsalları. 

“A”  sinfinin  göstəriciləri  müəyyən  intensivliklə 

keçən  fasiləsiz  proses  kimi,  əhalinin  təkrar 

istehsalı 

haqqında 

təsəvvürü 

əks 


etdirir. 

Đntensivliyin  nəzəri  ölçüsü  demoqrafik  prosesin 



gücüdür,  yaxud  əhalinin  artma  gücüdür.  Yəni 

əhali sayının, yaxud koqortanın sonsuz kiçik vaxt 

intervalında  –  koqortanın  təqvim,  yaxud  özəl 

vaxtında  (yaşı,  nikah  müddəti  və  s.)  dəyişmə 

ehtimalıdır.  Əhalinin  artma  intensivliyini,  yaxud 

demoqrafik 

prosesin 

intensivliyinin 

ümumiləşdirilmiş 

xarakteristikasını 

vaxt 

intervalında  gücün  orta  kəmiyyəti  olan  əmsal 



verir:  

 

103


=



dt

S

dt

S

k

t

t

t

t

t

0

0



µ

             (1) 

burada  S

t

  –  t  anına  əhalinin,  yaxud  koqortanın 

sayı,    µ

t

  –  t  anında  demoqrafik  prosesin  gücüdür.  

Əmsalın  sürəti  (0,  t)  vaxt  intervalında  həmin 

növdən  olan  hadisələrin  sayıdır  (əhalinin  artdığı 

insanların  sayı,  doğumların,  ölümlərin  sayı), 

məxrəci isə əhali, yaxud koqortanın bu intervalda 

yaşadığı  ümumi  vaxtdır.  Demoqrafik  əmsalların 

belə interpretasiyası qəbul olunub. Əhalinin artımı 

öyrənildikdə µ



t 

artma gücü kimi, verilmiş prosesin 

təsiri altında koqortanın dəyişməsi öyrənildikdə – 

müvafiq  demoqrafik  prosesin  gücü  kimi  başa 

düşülür (“Demoqrafik cədvəllər”ə  bax). 

Real  məlumatlar  üzrə  intensivlik  əmsalının 

hesablanmasının  öz  xüsusiyyətləri  var.  Vaxt 

intervalı  kimi  onun  bütöv  və  rahat  müddəti  – 

adətən  il  götürülür.  Demoqrafik  əmsalların 

məxrəcində  orta  illik  əhali,  yaxud  həmin  ildə 

əhalinin və ya  koqortanın yaşadığı adam-ilin sayı 

olur,  bu  şərtlə  ki,  il  ərzində  əhalinin  sayı  bərabər 

dəyişsin.  Aid  olduğu  dövr  göstərilmədən  təqdim 

olunan  əmsallar  illikdir.  Demoqrafik  əmsalların 

kəmiyyəti aşağıdakı düsturla hesablanır:  

T

S

H

=

                   (2) 

burada H – verilmiş növdən olan hadisələrin sayı, 

yaxud əhalinin artımı; 



S

 – orta əhali; T – dövrün 

uzunluğu,  illərdə.  Keçmiş  SSRĐ  və  bəzi  digər 

ölkələrin  statistika  praktikasında  demoqrafik 

əmsalların məxrəcində orta illik əhali rolunda ilin 

əvvəlinə  keçirilmiş  əhalinin  siyahıyaalınması 

məlumatları üzrə əhalinin, yaxud onun qruplarının 

sayı  çıxış  edirdi.  Belə  hallarda  hadisələrin  sayı 

adətən 2 illik (bir il siyahıyaalmadan qabaq və bir 

il  ondan  sonra),  surətində  isə  onların  cəminin 

yarısı  götürülür.  Beləliklə,  əmsallar  ilə  gətirilmiş 

olur,  lakin  onların  kəmiyyəti  prosesin  orta 

intensivliyini  2  il  üçün  xarakterizə  edir.  Ancaq 

əksər  hadisələrdə  Demoqrafik  əmsalın  məxrəci 

kimi,  ilin  ortasına  olan  əhalinin  sayı,  yaxud  ilin 

ortasına 

yaxın 

keçirilmiş 



siyahıyaalmanın 

məlumatları qəbul olunur. 

 “A”  sinfi.  Bu  sinifdə  aşağıdakıları  xarakterizə 

edən  demoqrafik  əmsalların  növləri  ayrılır:  1) 

demoqrafik  hadisələrin  təsiri  altında  onu  artıran 

(doğum, həm də gəlmələr), yaxud azaldan (ölüm, 

həm  də  getmələr)  daima  dəyişən  insanların 

məcmusu  kimi  bütövlükdə  əhalinin  dəyişmə 

sürəti;  2)  əhalidə  və  koqortalarda  demoqrafik 

hadisələrin  intensivliyi;  3)  bir  nəslin  digərləri  ilə 

əvəz olunması dərəcəsi. 

1)  Əhalinin  dəyişmə  sürətlərinə  dair  əmsallar 



əhalinin  artma  əmsallarını  (əhalinin  sayının 

vaxtın  iki  anına,  iki  tarixə  nisbəti)  və  əhalinin 



artım  əmsallarını  (əhalinin  sayının  vaxtın  iki 

anına,  iki  tarixinə  fərqidir,  yəni  mütləq  artımın 

illik  əhaliyə  nisbətidir)  artımın  mənbələrindən 

asılı  olmayaraq  əks  etdirir.  Miqrasiyaya  məruz 

qalan  əhali  üçün,  məsələn,  ölkənin  ayrı-ayrı 

hissələri  üçün,  yaxud  intensiv  xarici  miqrasiyası 

olan ölkələr üçün əmsallar hesablanarkən əhalinin 

müxtəlif  artma mənbələri nəzərə alınır. Bu halda, 

ənənəvi  olaraq  ümumi  artım  əmsalı  (orta  illik 

əhaliyə bölünən ümumi artım), təbii artım əmsalı 

(təbii  artım,  yəni  doğum  və  ölüm  sayının  fərqi 

orta  illik  əhaliyə  bölünür)  və  miqrasiya  artımı 



əmsalı  (miqrasiya  artımı,  yəni  gələnlər  və 

gedənlərin  sayının  fərqi  orta  illik  əhaliyə 

bölünür);  üç  göstəricidən  birincisi  qalan  ikisinin 

cəbri cəminə bərabərdir. 

2) Demoqrafik proseslərin intensivlik əmsalları iki 

qrupa 


ayrılır 

və 


bütövlükdə 

əhalidə 


və 

koqortalarda (nəsillərdə)  bu proseslərin getməsini 

xarakterizə  edir.  Birinci  qrupa  ənənəvi  olaraq  

ayrı-ayrı  demoqrafik  proseslərin  (doğum,  ölüm, 

nikah, boşanma) təbii artım əmsalları; ikinci qrupa 

koqortalarda müvafiq göstəricilər daxildir. 



1-ci 

qrup. 

Əhalinin 

komponentlərini 

qiymətləndirmək  üçün  düsturda  (1)    olduğu 

qaydada, 

aşağıdakılar 

hesablanır: 

doğumun 

ümumi əmsalı (il ərzində doğulanların 1000 nəfər 

əhaliyə  sayı),  ölümün  ümumi  əmsalı  (il  ərzində 

ölənlərin  1000  nəfər  əhaliyə  sayı),  bəzən  isə 

həmçinin  gəlmələrin  əmsalı  və  getmələrin 



əmsalı.  Bu  qaydada  həmçinin  nikahın  ümumi 

əmsalı  (il  ərzində  nikahların  1000  nəfər  əhaliyə 

sayı)  və  boşanmanın  ümumi  əmsalı  (il  ərzində 

boşanmaların 1000 nəfər əhaliyə sayı) hesablanır.  

Bu 

göstəricilərdən 



bütün 

əhalidə 


gedən 

proseslərin 

xarakteristikasını 

yalnız 


ölüm 

əmsalları verir, çünki bütün insanlar ölür.  

Ümumi  əmsallara  əsaslanan  nəticələr  vəziyyəti 

düzgün  xarakterizə  etməyə  bilər,  çünki  onlar 

əhalinin  yaş  strukturundan  və  prosesin  keçmişdə 

intensivliyindən asılıdır.  

Müəyyən  mühitdə  bu  və  ya  digər  hadisələrin 

tezliyini  xarakterizə  edən,  yəni  yalnız  müvafiq 

hadisəni  törədə  bilən  əhalinin  hissəsinə  tətbiq 

olunan 


intensivlik 

prosesini 

ölçən 

xüsusi 

əmsallar  daha  ciddidir.  Onlar  hadisələrin  sayının 

bütün  əhalinin  deyil,  yalnız  bu  hadisələri  törədə 

bilən  hissələrinin  orta  illik  sayına  nisbəti  kimi 

hesablanır;  doğum  üçün  doğulanların  sayının 



reproduktiv  yaşda  olan  qadınların  sayına  nisbəti, 

nikah  üçün  –  nikaha  daxil  olanların  sayının 

nikahda  olmayan  nikah  qabiliyyətli  yaşda  olan 

şəxslərin  sayına  nisbəti,  boşanma  üçün  – 

boşanmaların  sayının  nikahda  olanların,  yaxud 

mövcud nikahların sayına nisbətidir. 

Xüsusi əmsalların ümumi təsviri: 


 

104 


F

H

=

                    (3) 

burada  F  –  həmin  növ  hadisəni  törədən  əhali 

qrupunun sayıdır.  

Ümumi  və  xüsusi  əmsallar  aşağıdakı  nisbətlə 

bağlıdır:  



d

f

S

F

=



      (4) 

– xüsusi əmsal, d – bütün əhalinin sayında həmin 

qrupun payıdır. 

Lakin  əhalinin  həmin  qrupunun  hüdudlarında  da 

onun müxtəlif hissələrində demoqrafik hadisələrin 

tezliyi  eyni  deyil  və  xüsusi  əmsallar  buna  görə 

həmin  qrupun  tərkibindən  asılıdır.  Bu  isə 

hadisələrin  sayının  əhalinin  qrupu  hissəsində  bu 

hissənin orta (adətən orta illik) sayına nisbəti kimi  



fərdi    əmsalların  hesablanmasını  zəruri  etmişdi. 

Məsələn, uşaq doğumunun tezliyi nikahda olan və 

olmayan  qadınlarda  çox  fərqlənir  və  müvafiq 

məlumatlar  olduqda,  nikahda  doğulmuş  və 

nikahdankənar  doğulmuş  uşaqların  müvafiq 

sayının ərdə olan və ərdə olmayan qadınların orta 

sayına  nisbəti  kimi  nikahda  doğum  əmsalı  və 

nikahdan  kənar  doğum  əmsalı  hesablana  bilər. 

Əhalinin  istənilən  hissəsi  üçün  tələb  olunan 

məlumatlar olduğu halda, fərdi əmsallar hesablana 

bilər.  Onlar  hadisələrin  tezliyini  daha  dəqiq 

qiymətləndirir. 

Lakin, 

bütün 


əhali 

üçün 


hadisələrin  tezliyini  bir  rəqəmlə  ifadə  etməyə 

imkan vermədiyi üçün, əlverişli deyil. 

Fərdi  əmsallarla  xüsusi  əmsallar  aşağıdakı 

nisbətlə bağlıdır:  





=



=

=

=



i

i

i

i

i

i

i

i

i

i

i

i

d

f

F

F

f

F

H

F

H

f

     (5) 

burada f

i

 – qrupun i-hissəsi üçün fərdi əmsal; F

i

 – 


qrupda 

ayrı-ayrı 

hissələrin 

sayları; 

=

i



i

i

i

F

F

d

/

  –  qrupda  i-hissəsinin  payı, 



cəmləmə 

isə 


bütün 

ayrılmış 

hissələrə 

(

F



F

i

i

=



=



i

i

H

H

)  yayılır.  Sonda  ümumi 

əmsal aşağıdakı hasil kimi təqdim olunur  

                                                      

=

i



i

i

d

f

d

k

                       (6) 

Ümumi,  xüsusi  və  fərdi  əmsalların  qarşılıqlı 

əlaqəsi  artım  əmsallarının  komponentlərə  ayırma 

metoduna  əsaslanır.  Ümumi  və  xüsusi  əmsallar, 

(6)  düsturundan  göründüyü  kimi,  əhalinin 

müxtəlif  qruplarında  hadisələrin  tezliyindən, 

həmçinin əhali tərkibində bu qrupların nisbətindən 

çox  asılıdır.  Müqayisə  olunan  əhalinin,  yaxud 

əhali 


qruplarının 

tərkibində 

güclü 

fərqlər, 



həmçinin  eyni  əhalinin  tərkibində  müxtəlif  vaxt 

dövrlərində  dəyişikliklər  olduğu  halda,  ümumi 

əmsallar  hadisələrin  tezliklərinin  nisbətləri  haqda 

yanlış  təsəvvür  verir  və  onların  müqayisəsi 

düzgün  olmayan  nəticələrə  gətirib  çıxara  bilər. 

Onlar yalnız prosesin ümumi xarakteristikası üçün 

yararlı və bəzən “kobud” adlandırılır. 

Əmsallar  zaman  və  məkan  üzrə  müqayisə 

edildikdə,  əhali  tərkibinin  təsirini  istisna  etmək 

üçün 


standartlaşdırılmış 

adlanan 


əmsallar 

hesablanır 

(“Demoqrafik 

əmsalların 

standartlaşdırılması”na 

bax). 


Bu 

zaman 


“standart” kimi qəbul olunmuş əmsal eyni struktur 

şəraitində 

verilmiş 

və 


standart 

əhali 


xarakteristikaların  nisbətini  ifadə  edən  kəsrə 

bölünür 


(“Demoqrafik 

indekslər”ə 

bax). 


Əmsalların  standartlaşdırılması  təkcə  ümumi  və 

xüsusi  əmsallar  üçün  deyil,  həmçinin  şəxsi 

əmsallar üçün aparıla bilər. O, əmsalın səviyyəsini 

dəyişdirir, 

lakin 

onların 


təhlil 

imkanlarını 

genişləndirir.  Adi  əmsalların  standartlaşdırılmış 

əmsallarla  müqayisəsi  standartlaşdırma  zamanı 

istisna  olunmuş  struktur  amilinin  ümumi  və 

xüsusi 


intensivlik 

əmsallarının 

kəmiyyətinə 

təsirini ölçməyə imkan verir. Bu yolla çox vaxt ən 

əhəmiyyətli  olan  yaş  tərkibindəki  fərqlərin  təsiri 

tədqiq  olunur,  lakin  bu  üsul  əhalinin  tərkibində 

digər  əlamətlərə  görə  fərqlərin  təhlili  üçün  də 

tətbiq oluna bilər. 



2-ci  qrup.  XX  əsrin  ortalarından  demoqrafik 

təhlildə 



demoqrafik 

proseslərin 

koqortada 



intensivlik  əmsalları  daha  çox  yayılırdı.  Onlar 

koqortada  demoqrafik  hadisələrin  onun  öz 

vaxtında  (yaşında,  nikah  müddətində  və  s.) 

tezliyini xarakterizə edən göstəricilər sırasıdır; hər 

əmsalın  məxrəci  kimi  adətən  koqortanın  çıxış 

(ilkin)  sayıdır.  Çox  vaxt  təhlildə  bu  və  ya  digər 

prosesin  koqortalar  üçün  doğulduğu  il  üzrə 

(nəslin),  yaşa  dolduqca  onların  dəyişməsi  üzrə 

intensivlik  əmsalları  hesablanır:  ölüm  üçün  – 

doğulduğu  vaxtdan  başlayaraq,  nikah  dövrü  və 

uşaq  doğumu  üçün  –  koqortada  bu  hadisənin 

başlanması  mümkün  olduğu  yaşdan  başlayaraq 

(adətən  6  yaşdan).  Başqa  əlamətlərlə  birləşdirilən 

koqortalar  üçün  göstəricilər  müvafiq  hadisənin 

başlanması  anından  hesablanır,  məsələn,  nikah 

koqortalarında  doğum  üçün  –  nikaha  daxil  olma 

anından. 

Təhlil  metoduna  görə,  real 

və  hipotetik 

koqortalarda  intensivlik  əmsalları  fərqləndirilir. 

Birinci  halda  bəzən  hadisələrin  gətirilmiş  sayları 

hesablanır  və  əmsalın  əsası  kimi  koqortanın çıxış 

sayı  qəbul  olunur  (məsələn,  nikahın  t  il 

uzunluğunda  boşanmaların  gətirilmiş  saylarının  

il  əvvəl  bağlanmış  nikahların  sayına  nisbəti). 

Hipotetik koqortalar üçün əmsallar 1-ci qrup şəxsi 

əmsallara müvafiqdir və bu da hipotetik nəsillərdə 


 

105


proseslərin  təhlilindən  müxtəlif  nəsillərdən  ibarət 

faktiki əhaliyə keçməyə imkan verir. 

Koqorta 

əmsallarını 

cəmləmək 

olar. 


Ümumiləşdirmə  dərəcəsinə  görə,  koqoratlar  üçün 

fasiləli  (interval),  kumulyativ  (toplanmış)  və 

yekun  əmsallar  fərqləndirilir:  fasiləli  əmsallar 

koqortanın  yaşadığı  vaxt  intervalında  hadisələrin 

nisbi sayına (məsələn, 20–24 yaşlarda doğumların 

sayı),  kumulyativ  –  koqortada  mövcud  olduğu 

vaxtda  baş  vermiş  hadisələrin  nisbi  sayına 

(məsələn,  25  yaşa  doğumun  sayı),  yekun  – 

koqortada  həmin  prosesin  fəaliyyət  göstərə  bilən 

dövrün  sonuna,  fəaliyyətinin  yekununa  (məsələn, 

qadınlarda reproduktiv dövrün sonuna doğumların 

nisbi  sayı)  ölçülür.  Ümumi  nəsilvermə  əmsalı 

daha çox istifadə olunur. 

Prosesin  adekvat  əks  olunması  baxımından, 



faktiki 

və 

cədvəl 

 

intensivlik 



əmsalları 

fərqləndirilir. 

Faktiki 

demoqrafik 

əmsallar 

koqortası  təkcə  verilmiş  prosesin  deyil,  həmçinin 

digər  proseslərin,  o  cümlədən  miqrasiyanın  təsiri 

altında  dəyişməsi  prosesinin  intensivliyini  əks 

etdirir.  

3)  Bir  nəslin  digəri  ilə  əvəz  olunması  dərəcəsini 

xarakterizə  edən  əmsallar,  yaxud  əhalinin  təkrar 

istehsalı əmsalları nəsillərin sayının eyni zamanda 

doğum  və  ölümün  təsiri  altında  dəyişməsinin 

ümumi  ölçüsüdür.  Onlar  həm  hipotetik,  həm  də 

real  əhali  üçün  hesablana  bilər.  Nəsillərin  əvəz 

olunma  dərəcəsinin  əhalinin  artması  ilə  əlaqəsini 

stabil əhali nəzəriyyəsi göstərir. 

“B”  sinfi.  Bu  sinfin  əmsalları  iki  növə  ayrılırlar. 

Birinci – yüklənmə göstəriciləri əhalinin ayrı-ayrı 

hissələrinin  öz  aralarında  və  əhalinin  digər 

hissələri  arasında  nisbətləri  öyrənir.  Məsələn, 

cinslərin  say  nisbətləri  (1000  qadına  düşən 

kişilərin  sayı),  demoqrafik  yük,  həmçinin  uşaqlı 

olma əmsalı (indeksi). 

Bu sinifdən olan ikinci əmsal növü bu və ya digər 

əhali  qruplarında  müəyyən  əlamətlərə  malik  olan 

insanların  (yaxud  hadisələrin)  payını  xarakterizə 

edir. Məsələn, məşğulluq əmsalı – verilmiş yaş və 

cinsdən  olan  şəxslər  arasında  məşğuliyyəti  olan 

şəxslərin  sayı  (əmək  ehtiyatları  öyrənildikdə 

tətbiq  olunur)  və  s.  Bu  növ  göstəricilərə  ailəlik 

əmsalı da – 1000 nəfərə ailələrin sayı (ailənin orta 

kəmiyyəti göstəricisinə əks olan kəmiyyət) aiddir. 

Bu 

növ 


göstəricilər 

prosesin 

intensivlik 

xarakteristikası  kimi  tətbiq  olunur  (müəyyən 

yaşda  olan  analarda  doğulmuş  uşaqların  payı, 

yaxud  ümumi  doğum  sayında  ilk  uşaqların  payı) 

ki,  bu  da  düzgün  deyil.  Çünki  bu  əmsalların 

səviyyəsi əhalinin strukturundan xeyli asılıdır. 

 

DEMOQRAFĐK  ƏMSALLARIN  STAN-

DARTLAŞDIRILMASI 

(standartlaşdırma 



metodu)   –  demoqrafik  əmsalların  müqayisəsi 

zamanı 


struktur 

fərqlərin 

təsirinin 

aradan 


qaldırılması 

üsuludur. 

Ümumi 

əmsalların 



kəmiyyətinə  əhalinin  yaşı,  cinsi,  nikah  vəziyyəti, 

nikahın  müddəti,  təhsil  səviyyəsi  və  s.  üzrə 

tərkibinin  xüsusiyyətləri  təsir  göstərdiyi  üçün, 

ümumi  əmsalların  müqayisəsi  aparılan  əhalidə, 

yaxud  əhali  qruplarında  bu  və  ya  digər 

demoqrafik  proseslərin  intensivliyindəki  fərqlər 

haqda  düzgün  təsəvvür  yaranmır.  Buna  görə  də, 

ümumi  əmsallar  birbaşa  yox,  ilkin  təshihdən, 

yaxud  standartlaşmadan   sonra  müqayisə  edilir. 

Bu  zaman  prosesin  intensivlik  göstəriciləri  və 

müəyyən  əhalinin  strukturu  standart  kimi  qəbul 

olunur  və  müqayisə  olunan  hər  bir  əhali  üçün 

indeks  hesablanır.  Bu  indeksi  standart  üçün 

ümumi  əmsala  vuraraq,  müqayisə  olunan  əhalilər 

üçün standartlaşdırılmış əmsallar alınır və onlarda 

əhalinin  strukturunun  fərdi  xüsusiyyətləri  aradan 

götürülmüş olur. 

Demoqrafik 

əmsalların 

standartlaşdırılması 

metodu  ilk  dəfə  XIX  əsrin  ortalarında  ingilis 

statistiki  U.Farr  tərəfindən  ölüm  əmsallarının 

müqayisəsi  zamanı  tətbiq  edilmişdir.  Bu  metod 

ölümün 


öyrənilməsində 

geniş 


yayılmışdır, 

həmçinin  nadir  hallarda  doğumun,  nikahın  və 

digər  proseslərin  təhlilində  də  tətbiq  olunur. 

Ondan  həm  ərazi  üzrə,  həm  də  vaxta  görə 

müqayisələr zamanı istifadə olunur. 

Əhalinin  yaş  tərkibindəki fərqlərin təsirini aradan 

götürmək  məqsədilə,  ölüm  əmsalını  hesablamaq 

üçün 


demoqrafik 

əmsalların 

standartlaşdırılmasının  tətbiq  olunmasına  baxaq. 

Standartlaşdırılmış əmsalın ümumi düsturu:  



I

m

m

i

st

=



0

 

burada                                 



=



x

x

x

x

x

S

m

S

m

0

0



0

0

 



– 

yaş 


əmsallarında 

orta 


əmsala 

bərabər 


(m

x

=M

x

/S

x

) standartın ümumi əmsalı, ölçülmüş S



x

 

rəqəmləri,  yaxud  x  yaşda  insanların  payı,  I  isə  – 



standartlaşdırma indeksidir. 

Hesablama üsullarından asılı olaraq, I düz, dolayı 

və 

əks 


metodları 

fərqləndirilir. 

Standartlaşdırmanın  düz  metodundan  ilk  dəfə 

Böyük  Britaniyanın  bəzi  şəhərlərinin  əhalisinin 

ölüm  əmsallarını  müqayisə  etdikdə  istifadə 

edilmişdir. Bu üsulda  







=

=

0



0

0

0



0

0

0



0

:

x



x

i

x

x

x

x

x

x

i

x

x

m

S

m

S

S

m

S

S

m

S

I

 

burada  t  nişanı  –  müqayisə  olunan  əhali  üçün 



göstəricidir, 0 – standart üçündür; burada və sonra 

cəmləşdirmə  x-in  bütün  qiymətləri  üzrə  aparılır. 

Göstərilən  halda  ölüm  əmsallarının  müqayisəsi 


 

106 


onun  yaş  ölüm  göstəricilərinin,  əhalinin  yaş 

bölgüsünə cavab verən eyni çəkilər üzrə ölçülməsi 

yolu  ilə,  standart  kimi  qəbul  olunmuş  və 

aşağıdakına bərabərdir:  

           

=



=

i

x

x

i

st

m

S

I

m

m

0

0



 

Düz  üsulla  standartlaşdırmaq  üçün,  müqayisə 

olunan  əhali  qruplarının  yaş  göstəriciləri  və 

standart  əhalinin  (standartın)  yaş  strukturu 

olmalıdır.  Düz  üsulla  standartlaşdırılmış  ölüm 

əmsalı  təsadüfən  öyrənilən  əhalidə  böyük  xüsusi 

çəkiyə  malik  yaş  üçün  ölüm  əmsalının  təsiri 

altında və standartın yaş strukturunda xeyli xüsusi 

çəkiyə  malik  ola  bilər.  Demoqrafik  əmsalların 

standartlaşdırılmasının 

dolayı 

üsulu 


bundan 

qaçmağa imkan verir. 

Standartlaşdırmanın  dolayı  metodu  ilk  dəfə  XIX 

əsrin  ortalarında  Farr  tərəfindən  tətbiq  edilmişdi. 

Bu üsulda  







=



=

0

0



:

x

i

x

i

x

i

x

i

x

x

i

x

i

x

i

x

i

x

m

S

m

S

S

m

S

S

m

S

I

 

yəni  verilmiş  əhalinin  ölüm  göstəriciləri  standart 



kimi  qəbul  olunmuş,  həmin  əhalinin  yaş  bölgüsü 

üzrə  ölçülmüş  əhali  üçün  olan  göstəricilərlə 

müqayisə  olunur.  Müqayisə  olunan  qrupların 

standartlaşdırılmış ölüm əmsalları bərabərdir: 





=



0

0

x



i

x

i

x

i

x

i

st

m

S

m

S

m

m

 

Kəsrin  məxrəci  “ölümlərin  gözlənilən  sayı” 



adlandırılır;  onu  göstərir  ki,  verilmiş  əhalidə  hər 

bir  yaşdakı  şəxslərin  ölümü  standartda  olduğu 

kimi  olsaydı,  nə  qədər  ölümlər  olardı.  Bu  metod 

müqayisə  edilən  əhalinin  yaş  strukturu  haqda 

məlumatlar, həmçinin standartın yaşlar üzrə ölüm 

göstəriciləri olduqda tətbiq edilir. 

Əgər  müqayisə  olunan  əhali  üçün  yaşlar  üzrə 

ölənlərin sayı (M



i

x

) məlumdursa, lakin onların yaş 

tərkibi  haqda  məlumat  yoxdur,  amma  standartın 

yaşlar  üzrə  ölüm  əmsalı  məlumdursa  (m



0

x

),  onda 

standartlaşdırmanın  ə k s  

metodu 


(“əhalinin 

gözlənilən  sayı”  metodu)  tətbiq  oluna  bilər.  Belə 

ki, 

m

x

=M

x

/S

x

 

olduqda, 



onda 

S

x

=M

x

/m

x

 

standartlaşdırma  indeksini aşağıdakı  kimi  vermək 



olar:  



=

i

x

x

i

x

S

m

M

I

:

0



 

burada  kəsrlərin  cəmi  “əhalinin  gözlənilən 

sayı”dır. 

Müqayisə  olunan  əhalinin  standartlaşdırılmış 

ölüm əmsalları 







=

=

i



x

i

x

i

st

S

M

d

I

m

m

:

1



0

 

bərabər olacaq, burada d=m



0

x

:m

0

Müqayisə  olunan  əhalilərin  strukturları  öz 



aralarında  iki  və  daha  çox  əlamətlər  üzrə 

fərqləndiyi  halda  ikili  standartlaşdırma  metodu 

tətbiq  oluna  bilər.  Bu  zaman  standartlaşdırma  bir 

əlamət 


üzrə 

aparılır, 

sonra 

isə 


alınmış 

standartlaşdırılmış  əmsallar  digər  əlamət  üzrə 

standartlaşdırılır. 

Standartlaşdırılmış 

əmsallar 

müstəqil  əhəmiyyətə  malik  deyil,  çünki  istənilən 

halda  standartdan  asılıdır;  onlar  yalnız  müqayisə 

üçün yararlıdır. 

Standartın  seçilməsi  təkcə  standartlaşdırılmış 

əmsalların  özünə  deyil,  həmçinin  onlar  arasında 

fərqlərin kəmiyyətinə təsir göstərir. Buna görə  də, 

standart  kimi  müqayisə  olunan    əhalinin  yaş 

strukturlarına  ən  yaxın  yaş  strukturu  olan  əhali 

seçilməlidir.  Praktikada  standart  kimi  bütün  

müqayisə  olunan  əhalinin  orta  yaş  tərkibi,  yaxud 

hər hansı üçüncü əhalinin yaş bölgüsü qəbul oluna 

bilər. 

Doğum 


əmsallarının 

müqayisəsində 

standartlaşdırma  metodu  statistika  təcrübəsində 

ilk  dəfə  S.A.Novoselski  tərəfindən  təsvir  olunub. 

Onun  inkişafına  Amerika  demoqrafı  A.Koul 

tərəfindən  təklif  olunan  indekslər  sistemi  xidmət 

edir. 

Koulun 


indekslər 

sistemi 


doğumun 

öyrənilməsi 

zamanı 

demoqrafik 



əmsalların 

standartlaşdırılmasının 

dolayı 

metodunun 



tətbiqinin 

özünəməxsus 

nümunəsidir 

(“Demoqrafik indekslər”ə  bax). 



Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin