A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə29/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   25   26   27   28   29   30   31   32   ...   182

 

DEMOQRAFĐYA  STATĐSTĐKASI  (ƏHA-

LĐ  STATĐSTĐKASI)

  –  əhalinin  və  ya  onun  

qruplarının  say  tərkibini,  yerləşməsini  və  təkrar 

istehsalını 

xarakterizə 

edən 

məlumatların 



toplanması,  işlənməsi,  şərh  edilməsi  və  təhlilinin 

statistik    metodları  ilə  məşğul  olan  sosial-iqtisadi 

statistika  sahəsidir.  Demoqrafiya  statistikası 

ifadəsi  həmçinin  əhali  və  demoqrafik  proseslər 

üzrə  say  məlumatlarının  məcmusunu,  bəzən  isə 

məlumatların  toplanması,  işlənməsi  və  təhlilinin 

praktiki fəaliyyətini ifadə edir. 

Demoqrafiya  statistikası  əhalinin  və  demoqrafik 

hadisələrin  (doğum,  ölüm,  nikah  və  boşanma) 

statistik  müşahidə  metodlarını,  xüsusilə  əhalinin 

siyahıyaalınmasının 

keçirilməsi 

və 

əhalinin 



müşahidələri metodlarını,  demoqrafik hadisələrin 

cari  uçotu  və  miqrasiyanın  uçotu  metodlarını,  

məlumatların 

ümumiləşdirilməsi 

və 

qruplaşdırılması  qaydalarını,  ölçülmə  qaydalarını, 



intensivliyin 

müqayisəsini 

və 

demoqrafik 



proseslərin  səbəblərinin  öyrənilməsini  işləyib 

hazırlayır. 

Tarixən  demoqrafiya  statistikası  çərçivəsində 

digər 


qeyri-statistik 

(xüsusilə 

demoqrafik) 

metodlar, o cümlədən demoqrafik cədvəl şəklində 

verilən  demoqrafik  funksiyaların  təhlili,  əhalinin 

təkrar  istehsalı  qaydalarının  ümumiləşdirilmiş 

göstəricilərinin  və  əhalinin  riyazi  modellərinin 

qurulması qaydaları inkişaf etmişdir. 

Demoqrafiya  statistikasında  əhaliyə  insanların 

məcmusu kimi baxılır ki, bu da onlarda baş verən 

demoqrafik  hadisələrin  (onların  sayı  və  tərkibi 

dəyişir) təsiri altında daim dəyişir. Bu hadisələrin 

tezliyi,  adətən  onların  bu  və  ya  digər  əhali 

qrupunda  müəyyən  dövr  ərzində  sayının  həmin 

qrupun öz sayına, yaxud həmin dövr ərzində qrup 

tərəfindən  yaşanmış  insan-il  sayına  nisbəti,  yəni 



demoqrafik əmsallarla ifadə olunur. Demoqrafiya 

statistikası  üçün  zəruri  olan  bütün  məlumatlar 

müxtəlif  növ  əhali  uçotu  yolu  ilə  alınır.  Ənənəvi 

olaraq, əhalinin vəziyyətinin uçotu və hərəkətinin 

uçotu  ayrılır,  sonuncu  doğumun  və  ölümün 

uçotuna  (əhalinin  təbii  hərəkəti)  və  yaşayış 

yerlərinin  dəyişməsi  hallarının  uçotuna  (əhalinin 

mexaniki hərəkəti) bölünür. Əhali hərəkətinin hər 

iki  növünün  sosial  təbiəti  var,  ona  görə  birincini 

çox vaxt əhalinin təkrar istehsalı, ikincini isə onun 

miqrasiyası  adlandırırlar.  Buna  baxmayaraq, 

statistika  praktikasında  və  elmi  ədəbiyyatlarda 

ənənəvi terminlərdən də istifadə olunur. 

Ölkənin,  yaxud  onun  regionlarının  əhalisinin 

vəziyyəti  haqqında,  yəni  əhalinin  sayı  və  onun 

cins, yaş, nikah vəziyyəti və digər əlamətlərə görə 

bölüşdürülməsi 

mərkəzləşdirilmiş 

qaydada 

müəyyən  vaxta  bütün  ölkə  üçün  vahid  proqram 

üzrə  keçirilən  əhalinin  siyahıya  alınması əsasında 

əldə  olunur  və  onlar  əhali  vəziyyətinin,  sanki, 

dərhal fotoşəkilini  verir.  Əhalinin  təkrar  istehsalı, 

təbii 


hərəkəti 

haqqında, 

yəni 

demoqrafik 



hadisələrin sayı haqqında məlumatlar xüsusi təşkil 

olunmuş  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət 



qeydiyyatı  yolu  ilə  alınır;  həmçinin  əgər 

məlumatların 

toplanmasında 

insanın, 

yaxud 

ailənin  həyatındakı  keçmiş  hadisələr  xüsusilə 



qeyd  edilirsə,  onları  əhalinin  siyahıya  alınması, 

müşahidəsi zamanı da əldə etmək mümkündür.  

Ayrı-ayrı  ərazilərin  əhalisi  miqrasiya  nəticəsində 

də dəyişir. Yaşayış yerinin dəyişməsi faktları cari 

qaydada  köçüb  getdikdə,  yaxud  siyahıyaalma 

zamanı  keçmişdə  yaşayış  yerinin  dəyişdirilməsi 

haqqında sualın köməyi ilə əldə olunur. 

Bəzi  ölkələrdə  daimi  siyahılar,  yəni  əhali 

registrləri  aparılır  və  onlarda  ailələrdə  baş  verən 

bütün demoqrafik hadisələr və müvafiq dəyişiklik 

başlandığı  andan  göstərilir.  Əhali  və  demoqrafik 

hadisələr 

haqqında 

məlumatları 

həmçinin 

müntəzəm, yaxud epizodik seçmə müşahidələrdən 

alırlar.  Mikrosiyahıyaalma  tipində  olan  seçmə 

müşahidələr  əhalinin  təkrar  istehsalının  daha 

dərindən  öyrənilməsi  üçün  məlumatlar  almaq 

məqsədi güdür.  

Bir  qayda  olaraq,  demoqrafik  göstəricilər  təkcə 

bütün  ölkə  üçün  deyil,  həmçinin  şəhər  və  kənd 

əhalisi,  ayrı-ayrı  ərazilər  və  hətta  yaşayış 

məntəqələri  üçün  hesablanır.  Onların  dəqiqliyi 

resurs və hadisələrin məcmusunun kəmiyyətindən 

asılıdır.  Buna  görə  də,  kiçik  ərazilər  və  ərazi 

qrupları  üçün  o,  kiçik  ola  bilər.  Demoqrafiya 

statistikası 

alınan 

göstəricilərin 



dəqiqliyinin 

 

115


xüsusi 

qiymətləndirmə 

metodlarını 

işləyib 


hazırlayır.  Əhalinin  siyahıyaalmaları  5  il,  yaxud 

10  ildən  bir,  demoqrafik  hadisələrin  cari 

qeydiyyatı  isə  fasiləsiz  aparılır.  Halbuki  onun 

məlumatları (doğum və ölüm haqqında yaş və cins 

üzrə)  adətən  ildə  1  dəfə  ümumiləşdirilir.  Bu, 

siyahıyaalma  məlumatlarının  üstünə  il  ərzində 

doğulanları  gəlməklə,  hər  yaşda  ölənləri  çıxıb  və 

bu  ili  yaşamış  insanları  sonrakı  yaşa  keçirməklə, 

hər  il  əhalinin  sayının  və  cins-yaş  tərkibinin  ilin 

əvvəlinə  (bəzən  –  ilin  ortasına)  cari  qiymətlərini 

almağa  imkan  yaradır.  Ayrı-ayrı  ərazilər  üçün 

analoji  yolla  miqrasiya  nəticəsində  əhalinin 

dəyişməsi  nəzərə  alınır:  gələnlər  üstə  gəlir, 

gedənlər  isə çıxılır. 

Siyahıyaalma 

(yaxud 


cari 

qiymətləndirmə 

nəticələri)  üzrə  əhalinin  sayı,    cins-yaş  tərkibi  və 

gələcəkdə  nəzərdə  tutulmuş  doğum  və  ölüm 

səviyyələri  haqda  məlumatlara  əsasən  əhalinin 

gözlənilən sayı və cins-yaş tərkibi hesablanır.  

Demoqrafiya  statistikasının  məlumatları  sosial-

iqtisadi təhlildə və demoqrafiya ilə əhalinin təkrar 

istehsalının qanunauyğunluqlarının, digər elmlərlə 

insanların  ictimai  həyatlarında  baş  verən  müvafiq 

amil  və  qanunauyğunluqların  öyrənilməsində 

tətbiq olunur.  

Dünyanın  bir  çox  ölkələrində  olduğu  kimi, 

Azərbaycan  Respublikasında  da  əhali  haqqında 

məlumatlar  əsasən  dövlət  statistika  orqanlarında 

toplanır  və  işlənilir.  Məlumatların  yığılması  və 

işlənməsindən 

başqa, 


onun 

funksiyalarına 

həmçinin 

demoqrafik 

təhlilin 

elementləri, 

demoqrafik  cədvəllərin  hesablanması,  əhalinin 

sayının  və  cins-yaş  tərkibinin  cari  hesablamaları, 

əhalinin perspektiv hesablanması  da daxildir. 

Demoqrafiya  statistikasının  məlumatları  xüsusi 

bülletenlərdə,  statistik  və  illik  demoqrafik 

məcmuələrdə nəşr edilir. 



 

DEMOQRAFĐYADA  STATĐSTĐK  ME-

TODLAR

 

– 



demoqrafik 

proseslərin 

və 

hadisələrin müşahidəsi, təsviri və kəmiyyət təhlili 



üsullarının  statistikası  prinsiplərinə  əsaslanan 

məcmudur.  Tarixən  əhalinin  statistik  uçotu 

obyektlərindən  biri  olmuşdur  və  onunla  əlaqədar 

olaraq, 


statistika 

onda 


kütləvi 

hadisələrin 

kəmiyyətcə öyrənilməsi metodları haqda elm kimi 

inkişaf  etmişdir.  Buna  görə  də,  demoqrafiyada 

statistik  metodların  çoxu  ümumi  statistika 

metodları,  başqaları  isə  kəmiyyət  təhlili  obyekti 

kimi  əhalinin  spesifikasına  uyğun  dəyişərək 

demoqrafik metodlara çevrilmişlər. 

Müasir  demoqrafiyada  statistik  metodlar  əsasən 

dörd  istiqamətdə:  əhali  və  demoqrafik  proseslər 

haqda məlumat almaq üçün, natamam məlumatlar 

üzrə  onların  rekonstruksiyası  daxil  olmaqla; 

məlumatların  işlənməsi  və  demoqrafik  prosesləri 

statistik 

təsvir 


etmək 

üçün; 


demoqrafik 

qanunauyğunluqların 

və 

sosial-demoqrafik 



əlaqələrin  təhlili  üçün;  demoqrafik  proseslərin 

xarakteristikalarını  ümumiləşdirmək  və  əhalinin 

təkrar  istehsalının  və  hərəkətinin  bəzi  toplu 

göstəricilərini hesablamaq üçün tətbiq olunur. 



Statistik  müşahidə  konkret  rəqəmli  nəticələr 

verir, onlar da demoqrafik vəziyyəti təsvir etmək - 

demoqrafik 

proseslərin 

qanunauyğunluqlarını 

müəyyən  etmək  üçün  əsasdır.  Bu  səbəbdən, 

demoqrafiyada  statistik  metodların  sayına  belə 

məlumatların  alınması  yolları,  məsələn,  əhalinin 



siyahıyaalınması,  demoqrafik  hadisələrin  cari 

uçotu,  əhalinin  müşahidələrinin  keçirilməsi  və  s. 

metodlar daxildir. 



Empirik  məlumatların  işlənməsi  və  təhlili  üçün 

statistik metodların tətbiqi demoqrafik hadisələrin 

təsadüfi  dəyişənlər  kimi,  demoqrafik  proseslərin 

isə  ehtimal  olunan  proseslər  kimi  şərhinə 

əsaslanır. 

Hər  bir  demoqrafik  hadisə  həm  ümumi,  həm  də 

xüsusi  təsadüfi  səbəblərin  təsiri  altında  baş  verir. 

Çoxlu  ardıcıl  gələn  hadisələrdən  ibarət  olan 

demoqrafik  prosesdə  bu  səbəblər  dəyişir.  Bu 

zaman  təsadüfi  səbəblər  hadisəyə  xas  olan 

qanunauyğunluğu 

üzə 


çıxararaq 

qarşılıqlı 

dəyişməyə meyl edir. 

Kütləvi  demoqrafik  məlumatları  emal  və  təhlil 

etmək  üçün  tətbiq  olunan  metodlar  –  interval 

sıralarının  təsviri  və  təhlilidir.  Demoqrafiyada 

belə  sıraların  üç  növü  fərqləndirilir:  əhalinin 

özünün  bu  və  ya  digər  əlamətləri  üzrə  interval 

sıraları (əhalinin yaş və cins üzrə bölüşdürülməsi); 

bəzi  insanlar  qrupunun  interval  sıraları  (ailələrin, 

yaxud 


məskənlərin 

böyüklüyə 

görə 

bölüşdürülməsi);  demoqrafik  hadisələrin  bölgü 



sıraları  (doğumların  ananın  yaşına,  yaxud 

boşanmanın 

– 

nikahın 


müddətinə 

görə 


bölüşdürülməsi).  Bu  intervalları  təsvir  və  təhlil 

etmək  üçün  nisbi  kəmiyyətlər  sistemi  tətbiq 

olunur – intervalın ümumi xarakteristikasını verən 

(orta  kəmiyyətlər),  onun  formasını  təsvir  edən 

(orta mövqeli, yaxud kvantilli) və sıranın dəyişmə 

dərəcəsini  xarakterizə  edən  (müxtəlif  variasiya 

ölçüləri). 

Demoqrafik  prosesləri  təsvir  və  tədqiq  etmək 

üçün  adətən  əhalinin  bu  və  ya  digər  qruplarında 

demoqrafik  hadisələrin  tezliyini  xarakterizə  edən 

nisbi  kəmiyyətlər  hesablanır  –  demoqrafik 

əmsallar  və  demoqrafik  hadisələrin  asılı  olan  və 

asılı olmayan ehtimalları. Demoqrafik proseslərin 

ümumi  intensivlik  göstəricilərinin  öyrənilməsi 

əhalinin  strukturunun  və  onun  ayrı-ayrı  hissələri 

arasında  göstəricilərin  fərqlərinin  təhlili  ilə 

tamamlanmalıdır.  Əhali  strukturunun  demoqrafik 

proseslərin  xarakteristikasına  təsirini  öyrənmək 


 

116 


üçün  demoqrafik  əmsalların  standartlaşdırılması 

kimi xüsusi üsullar tətbiq olunur. 



Demometrik  funksiyalar  demoqrafiyada  geniş 

kəmiyyət sinfini təşkil edir, vaxt keçdikcə, yaxud 

bu  və  ya  digər  demoqrafik  vəziyyətdə  olma 

müddəti  keçdikcə,  bu  və  ya  digər  demoqrafik 

proseslərin intensivliyinin dəyişməsini xarakterizə 

edir. 


Əhali  tərkibinin  ətraflı  xarakteristikasını  almaq, 

demoqrafik  proseslərin  meyl  və  amillərini 

öyrənmək 

üçün 


bəzi 

ölkələrdə 

(məsələn, 

Hindistanda)  demoqrafik  hadisələr  haqda  cari 

məlumatları alma üsulu kimi statistik müşahidənin 

seçmə metodu tətbiq olunur. Məlumat almaq üçün 

bütün ölkə əhalisi üzrə reprezentativ olan əhalinin 

bəzi  hissəsi  seçilir.  Xüsusi  seçmə  üsulları  işlənir. 

Demoqrafik 

statistikada 

seçmə 


metodunun 

spesifikası  insanların  yuva  xarakterinə  malik 

məskunlaşma  xüsusiyyətləri  ilə  müəyyən  olunur 

(insanlar 

yaşayış 

məntəqələrində, 

onların 

daxilində  isə  evlərdə,  mənzillərdə  cəmləşir).  Bu 

isə  çoxpilləli  seçmənin  tətbiqini  əsaslandırır. 

Əhalinin  müxtəlifliyi  tipik,  yaxud  təbəqələrə 



ayrılmış  seçimi  nəzərdə  tutur.  Ərazilərin  seçmə 

metodları  böyük  əhəmiyyətə  malikdir.  Seçmə 

müşahidədən dəqiq məlumatlar almaq üçün seçmə 

məlumatlar 

üzrə 

parametrlərin 

qiymətləndirilməsi metodları tətbiq olunur. 

Demoqrafik 

proseslər 

arasında 

əlaqələrin 

öyrənilməsi  və  başlıca  olaraq,  demoqrafik 

proseslərin  bu  və  ya  digər  sosial-iqtisadi 

amillərdən asılılığının öyrənilməsi demoqrafiyada 

statistik  metodların  tətbiqinin  inkişaf  etmiş 

sahəsidir.  Bunun  üçün  müxtəlif  korrelyasiya 



modelləri işlədilir. Korrelyasiyanın tətbiqi zamanı 

yalnız  əlaqənin  sıxlığı  ölçülür;  səbəb-nəticə 

asılılığın  xarakterini  açmağa  imkan  vermir  və 

onun müəyyən edilməsi nəzəri demoqrafik təhlilin 

vəzifəsi  olaraq  qalır.  Demoqrafik  proseslərin 

göstəricilərinin,  xüsusən  ölüm  səviyyələri  oxşar 

olan  bir  sıra  ərazilər  üçün  ölüm  cədvəlləri 

göstəricilərinin  nümunəvi  ölüm  cədvəllərinin 

qurulması  korrelyasiya  asılılığının  ölçülməsinə 

əsaslanır.  Analoji  üsullar  nümunəvi  nikah  və 

doğum cədvəllərinin tərtibi üçün də tətbiq olunur. 

Lakin  korrelyasiya  təhlili  qarşılıqlı  əlaqələrin 

mürəkkəb 

xarakteri 

və 

alınan 


nəticələrin 

interpretasiyasındakı 

çətinliklərlə 

bağlı 


demoqrafiyada geniş tətbiqini tapmamışdır. 

 

DEMOMETRĐYA

  (yunan.  démos  –  xalq  və 



metréō  –  ölçürəm)  –  demoqrafik  proseslərin 

ölçülməsi, 

demoqrafiyada 

riyazi 


metodların 

tətbiqidir.  Termin  1966-cı  ildə  Đsveç  alimi 

X.Xürenius  tərəfindən  “riyazi  demoqrafiya” 

anlayışına sinonim kimi təklif olunmuşdur. 1969-

cu  ildə  Avstriya  demoqrafı  V.Vinklerin  eyni  adlı 

kitabının  çıxması  ilə  “demometriya”  termini 

yayılmışdır. Kitabda müəllif demometriyanı geniş 

şərh  edir,  ona  həm  riyazi  demoqrafiyanın  özünü, 

həm  də  demoqrafik  modelləri  və  demoqrafik 

əmsalları  almaq  üçün  nəzəriyyəni  daxil  edərək 

göstərir  ki,  demometriya  ilə  demoqrafiyanın 

müqayisəsi 

sosiologiya 

və 


sosiometriyanın, 

psixologiya 

və 

psixometriyanın 



və 

s. 


müqayisəsinə oxşardır. 

 

DENOMĐNASĐYA

  (kağız  pulun  qiymətinin 

dəyişdirilməsi) – ölkədə pul tədavülünün qaydaya 

salınması, 

uçot 

və 


hesablaşmaların 

asanlaşdırılması məqsədilə köhnə pul nişanlarının 

müəyyənləşdirilmiş  nisbətlərdə  yeniləri  ilə  əvəz 

edilməsi 

yolu 

ilə 


milli 

pul 


vahidlərinin 

iriləşdirilməsidir.  Bu  nisbətlərlə  də  əmtəə  və 

xidmətlərin  qiymətləri,  tariflər,  əmək  haqları, 

pensiyalar,  bank  hesablarında  pul  vasitələrinin 

qalıqları,  ölkənin  bütün  iqtisadi  subyektlərinin 

balansları  hesablanır.  Denominasiya  nəticəsində 

valyuta  kursunun  dəyişməsi  və  pul  kütləsinin 

nominal azalması halları baş verir.  

Denominasiyaya çox zaman texniki təminatın (pul 

nişanlarının  çapı,  müxtəlif  əsginaslar  arasında 

zəruri  qarşılıqlı  əlaqəyə  əməl  olunması,  iri 

nominallı  dəyişdirmə  sikkələrinin  (xırda  pul 

sikkələrinin) hazırlanması) mürəkkəbliyi (xüsusilə 

də inflyasiya şəraitində) səbəb olur. 

2006-cı  il  yanvarın  1-i  tarixindən  “Azərbaycan 

Respublikasının  qanunlarında  və  digər  normativ 

hüquqi  aktlarında  manatın  denominasiyasının 

tətbiqi  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu  qüvvəyə  minmiş,  həmin  qanuna  uyğun 

olaraq,  göstərilən  tarixədək  mütləq  rəqəmlərlə 

müəyyən  olunan  5000  manat  2006-cı  il  yanvarın 

1-dən 1 manata bərabər tutulmuşdur. 



 

DEPOPULYASĐYA

  (frans.  dépopulation  – 

əhalinin  azalması)  –  hər  hansı  bir  ölkənin  və  ya 

regionun  əhalisinin  mütləq  sayının  sistematik 

azalması  (nəslin  pozulması)  əhalinin  aşağı  təkrar 

istehsalı nəticəsində baş verir, sonra gələn nəsillər 

sayca  əvvəlki  nəsillərdən  az  olur.  Depopulyasiya 

dedikdə,  bəzən  demoqrafik  böhranın  təzahür 

formalarından 

biri 


başa 

düşülür. 

Depopulyasiyanın  təzahürü  kimi,  ölüm  saylarının 

doğum  saylarını  davamlı  olaraq  üstələməsi, 

doğumun intensivliyinin aşağı düşməsi və ölümün 

artması,  yaş  strukturundakı  qeyri-mütənasiblik, 

miqrasiyaların,  müharibələrin  və  digər  ekstremal 

və  böhran  hadisələrinin  nəticəsi  ola  bilər. 

Depopulyasiya  əhalinin  təkrar  istehsalı  üzrə 

göstəricilər  sistemi,  o  cümlədən  əhalinin  təkrar 



istehsalının  netto-əmsalı  ilə  xarakterizə  olunur 

(onun  kəmiyyəti  uzun  müddət  ərzində  vahiddən 

aşağı olur). 


 

117


DEPOZĐT 

–  1)  hər  hansı  bir  şirkətə  və  yaxud  

şəxsə mənsub olan, müəyyən edilmiş  və ya tələb 

olunan  vaxta  qədər  bank-kredit  müəssisələrində 

saxlanılmağa  verilmiş  pul  vəsaitləri  və  qiymətli 

kağızlardır;  2)  hüquqi  və  ya  fiziki  şəxslərin 

bankdakı  əmanətləridir.  Təcili  depozitlər,  tələb 

olunan  vaxta  qədər  depozitlər,  şərti  depozitlər, 

xərclənmə 

qrafikli 

depozitlər 

bir-birindən 

fərqlənirlər. Əmanətlərin saxlanması müddətindən 

və  digər  şərtlərdən  asılı  olaraq,  depozitlər  bank 

tərəfindən 

ödənilir. 

Depozitlər 

kreditlərin 

verilməsinə,  investisiyaya  və  digər  məqsədlərə 

yönəldilən  bankın  borc  fondunun  yaradılması 

mənbəyi hesab olunur; 3) alıcı tərəfindən müvafiq 

əmtəəni  özü  üçün  ehtiyatda  saxlamaq  məqsədilə 

ödənilmiş  əmtəənin  qiymətinin  bir  hissəsidir. 

Müqavilənin  şərtlərindən  asılı  olaraq,  satınalma 

baş  tutmadığı  halda,  depozit  qaytarılan  və 

qaytarılmayan  ola  bilər;  4)  alınmış  əmtəənin 

dəyərinin 

hissə-hissə 

ödənilməsi 

barədə 

müqaviləyə  əsasən  ilkin  ödənilmiş  məbləğdir. 



Adətən,  alıcı  tərəfindən  əmtəələri  idarə  etmək 

hüququ  aldığı  andan  ödənilir;  5)  kreditora 

verilməsi  üçün  borclu  tərəfindən  məhkəməyə 

ödənilən pul məbləğidir (və ya qiymətli kağızdır))  



 

DEPOZĐT 

SERTĐFĐKATI

 

– 

kredit 


müəssisələrinin  özündə  pul  vəsaitlərinin  depozitə 

qoyulmasını, əmanətçinin (hüquqi şəxsin) depozit 

və  faiz  götürmə  hüquqlarını  təsdiqləyən  yazılı 

şəhadətnaməsidir.  Depozit sertifikatı  iki  yerə:  pul 

sertifikatı  təqdim  edildikdə  müəyyən  məbləğin 

götürülməsinə  hüquq  verən  tələb  olunan  vaxta 



qədər  olan  depozit  və  əmanətin  götürülmə  vaxtı 

və çatacaq faizin miqdarı göstərilən təcili depozit 

sertifikatlarına bölünür.  

 

DEPOZĐTAR

  –  qiymətli  kağızların  saxlanması 

və  onlarla  bağlı  hüquqların  uçotu  funksiyalarını 

həyata keçirən təşkilatdır.  

 

DERĐVATĐV



  -  dəyəri  bazis  aktivlərinin 

dəyərinə 

 

görə 


müəyyənləşdirilən, 

təcili 


sövdələşmələr 

bazarında 

dövr 

edən 


təcili 

sazişlərdir. 

Başqa 

sözlə, 


törəmə 

qiymətli 

kağızlardır,  birja  aktivinin  bu  qiymətli  kağız 

əsasında  olan  qiymətinin  dəyişməsi  ilə  bağlı  baş 

verən 

əmlak 


hüququnun 

(öhdəliklərinin) 

ifadəsinin sənədləşdirilməmiş formasıdır. 

Derivativlərin tədavülünün  əsas  məqsədi  müvafiq 

aktivlərin  qiymətlərinin  dəyişməsindən  gəlir  əldə 

etməkdən ibarətdir. 

 

DESKRĐPTORE

 

(ingiliscə: 

teq) 

 

kodlaşdırılmanın  əsas  elementi  kimi,  HTML 

standartında qəbul olunmuş işarələrdir. 

 

DETERMĐNASĐYA ƏMSALI



 – korrelyasiya 

əmsalının  kvadratıdır  (qoşa,  fərdi  və  ya  çoxluq); 

reqressiyanın 

xətti 

bərabərliyinə 



aid 

olan, 


arqumentlərin  təsiri  ilə  izah  olunan,  nəticəli 

əlamətlərin dispersiyasının payını xarakterizə edir. 

Bu  halda  determinasiya  əmsalı  korrelyasiya 

nisbətinin kvadratı ilə üst-üstə düşür. 



 

DEVALVASĐYA

 

– 

inflyasiya, 

tədiyyə 

balansının  defisiti  (kəsiri),  pul  dövriyyəsinin 

pozulması nəticəsində digər ölkələrin valyutası ilə 

müqayisədə  bir  ölkənin  valyutasının  dəyişmə 

məzənnəsinin birdəfəlik aşağı düşməsi, qiymətdən 

düşməsidir.  Devalvasiya  zamanı  ixrac  olunan 

mallar ucuzlaşır, idxal olunan mallar isə bahalaşır. 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin