A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə31/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   27   28   29   30   31   32   33   34   ...   182

DƏYĐŞƏN

 - proqramlaşdırma dilində mürəkkəb 

informasiya  obyektidir.  Dəyişən,  verilmiş  sadə 

element,  ya  da  strukturlaşdırılmış  obyektdən 

ibarətdir. 

 

DƏYĐŞƏN  QĐYMƏT

  –  istehsalına  uzun 

müddət  tələb  olunan  məhsula  qoyulan  qiymətdir. 

Belə  qiymətlər  həmin  məhsulun  hazırlanması 

dövründə olan istehsalat xərclərinin (mal-material, 

yanacaq 


və 

s.) 


dəyişməsini 

nəzərə 


alan 

dəyişkənlik prinsipi əsasında hesablanır. Məsələn, 

gəmi 

tikintisi, 



iri 

tikinti 


komplekslərinin 

hazırlanması və s.  

 

DƏYĐŞƏN  TƏRKĐBLĐ  ĐNDEKS

  –  müxtəlif 

amillərin  müqayisədə  birgə  təmsilçiliyini  əks 

etdirən  indekslər  orta  səviyyə  indeksi  və  yaxud 

dəyişən  tərkibli  indeks  adlanır.  Dəyişən  tərkibli 

indeks 


indeksləşdirilən 

kəmiyyətin 

təsirini 

xarakterizə  edən  sabit  tərkibli  indeksə  və 

quruluşun  dəyişilməsi  təsirini  xarakterizə  edən 

quruluş  dəyişilməsi  indeksinə  ayrılır.  Sabit 

tərkibli  indekslər  isə  ancaq  bir  amilin  -

indeksləşdirilən 

göstəricinin 

dəyişilməsini 

xarakterizə  edir.  Bu  məqsədlə  göstəricinin 

quruluşu  sabit  götürülür.  Quruluş  dəyişilməsi 

indeksində indeksləşdirilən göstərici sabit qalır və 

əsas dövrün səviyyəsində ifadə olunur və dəyişən 

hadisənin quruluşu olur. 

 

DƏYĐŞƏNLƏRĐN 



STANDARTLAŞDI-

RILMASI 

  µ  riyazi  gözləməsi  olan  və  σ  orta 

kvadrat 


kənarlaşması 

olan 




təsadüfi 

kəmiyyətindən 

standartlaşdırılan, 

ya 

da 


normalaşdırılmış 

dəyişən 


adlanan 

t=

σ



µ



x

köməkçi 

kəmiyyətinə 

keçiddir. 

Dəyişənlərin  standartlaşdırılması  hesablamalarda 

statistik  cədvəllərdən  istifadə  olunmasına  imkan 

verir  ki,  bu  da  statistik  məlumatların  işlənməsini 

və  bir  çox  məsələlərin  həllini  əhəmiyyətli 

dərəcədə asanlaşdırır.  

 

DĐALOQ  REJĐMĐ

  –  EHM  ilə  istifadəçinin 

interaktiv  qarşılıqlı  əlaqəsidir;  məlumatların 

ikitərəfli  mübadiləsi  xüsusi  dil  və  terminalın 

köməyi ilə yerinə yetirilir.  

Dialoq  rejimindən  ən  çox  hesablama  sistemində 

(məlumat-sorğu  xidməti)  saxlanılan  məlumatlara 

sorğuların 

təşkilində, 

proqramların 

hazırlanmasında 

və 


məlumatların 

təshih 


edilməsində,  təlim  proseslərində,  konstruktor 

işlərində və s. işlərdə istifadə edilir. 

 

DĐFERENSĐAL ÖLÜM

 – ölümün demoqrafik 

təhlilində  istiqamətdir,  ayrı-ayrı  demoqrafik  və 

sosial-iqtisadi  qrupların  ölüm  səviyyələrindəki 

fərqlərin  öyrənilməsinə  əsaslanır.  Diferensial 

ölümün  təhlili  həm  bütün  yaş  qrupları,  həm  də 

ayrıca kontingentlər (əmək qabiliyyətli yaşda olan 

əhali,  yaşlılar,  uşaqlar)  üzrə  aparılır.  Diferensial 

ölümün  təhlilinə  formal  olaraq  şəhər  və  kənd 

əhalisinin 

ölümündəki 

cins-yaş 

fərqlərinin 

öyrənilməsi də aid edilir. Lakin demoqrafik təhlil 

praktikasında  çox  vaxt  diferensial  ölümün  irqi  və 

etnik  mənşəyindən,  dinindən,  sosial  statusundan, 

gəlirlərin  səviyyəsindən,  məşğuliyyətindən  (peşə 

ölümü), təhsilindən, nikah vəziyyətindən, doğulan 

uşaqların  sayından  və  s.  asılı  olaraq  ölümdəki 

fərqləri  də  aid  edirlər.  Nəzərdə  tutulur  ki, 


 

122 


ölümdəki  fərqlər  sosial  qrupların  həyat  tərzi  və 

səviyyəsi  xüsusiyyətlərini,  həmçinin  gigiyenik 

normalardakı fərqləri, sağlamlığının qorunmasına, 

həyat və ölüm problemlərinə münasibəti və s. əks 

etdirir. 

Diferensial  ölümün  təhlilinin  əsasını  ölüm 



əmsalları  təşkil  edir.  Onların  hesablanması  üçün 

əhalinin  baxılan  dövrdə  tədqiq  olunan  hər 

yarımqrupu  üzrə  ölənlərin  və  yaşayanların 

(dövrün  ortalarına)  sayı  haqqında  məlumatlara 

malik  olmaq  lazımdır.  Bu  saylardan  heç  olmasa 

biri  yaş  (birillik,  5  yaxud  10  illik)  qrupu  üzrə 

bölüşdürülməlidir,  çünki  əhalinin  yaş  strukturu 

nəzərə  alınmadan  hesablanmış  göstəricilər  real 

vəziyyəti əks etdirmir. Əgər hər iki say yaşlar üzrə 

bölüşdürülübsə, onda ölümün yaş əmsalları, lazım 

gəldikdə  isə  ölüm  cədvəlləri,  yaxud  düz  metodla 

standartlaşdırılmış  ölüm  əmsalları  hesablanır. 

Əgər  yaşayanlar  haqqında  məlumatlar  yaş  üzrə 

bölüşdürülübsə, 

onda 

dolayı 


metodla 

standartlaşdırılmış  ölüm  əmsallarından,  əgər 

ölənlər  haqqında  məlumatlardırsa  –  əks  metodla 

standartlaşdırılmış  ölüm  əmsallarından  istifadə 

olunur. 

Əhali  yarımqrupları  üzrə  yaşayanlar  və  ölənlərin 

sayı haqqında uyğunlaşan məlumatlar almaq üçün 

statistika  praktikasında  bir  neçə  yanaşmalar 

mövcuddur. 

Birinci 


yanaşma 

əhalinin 

siyahıyaalınması  və  ölüm  haqqında  məlumatların 

cari  uçotu  proqramlarına  identik  sualların  daxil 

edilməsinə  əsaslanır.    Bu,  yaşayanlar  və  ölənlər 

haqqında  məlumatların  tam  müqayisə  edilməsinə 

zəmanət  vermir.  Çünki  ölənin  qohumlarından 

alınan  məlumatlar  siyahıyaalma  zamanı  alınan 

cavablardan  fərqlənə  bilər.  Đkinci  yanaşma 

siyahıyaalmadan  sonra  gələn  illərdə  ölənlər 

haqqında  məlumatlardan  istifadəni  nəzərdə  tutur. 

Ölənlərin 

sosial-demoqrafik 

xarakteristikaları 

haqqında fərdi məlumatların siyahıyaalma zamanı 

onun  haqqında  alınan  məlumatla  birləşdirilməsi 

yolu  ilə  müəyyən  edilir.  Dövrün  ortalarına 

ölənlərin sayı  hesablama  yolu ilə  müəyyən  edilir. 

Bu  cür  alınan  məlumatlar  daha  dəqiqdir,  lakin 

siyahıyaalma  materiallarında  hər  bir  ölən  haqda 

məlumatın  axtarışı  zamanı  zəhmət  tələb  edən 

işdir.  Üçüncü  yanaşma  əhali  registrində  ölənlər 

haqqında  olan  statistik  informasiyanın  tətbiqi  ilə 

bağlıdır. Bütün sadalanmış hallarda yaşayanlar və 

ölənlərin  sayı  haqqında  məlumatlar  identik 

proqram 


üzrə 

fərdi 


məlumatların 

işlənib 


hazırlanması  yolu  ilə  alınır.  Dördüncü  yanaşma 

fərdə  həmin  yaşayış  yeri  üçün  (siyahı  sahəsi, 

şəhər  məhəlləsi,  yaxud  yaşayış  məntəqəsi) 

səciyyəvi 

(tipik) 

olan 


sosial-demoqrafik 

xarakteristikaların  verilməsinə  əsaslanır.  Belə 

yanaşma  ölümün  sosial  fərqləndirmə  səviyyəsi 

haqda yalnız qismən danışmağa imkan verir. 

Ömrünün  birinci  ilində  diferensial  ölümün  təhlili 

hər  qrup  üçün  körpə  yaşda  ölüm  əmsallarının 

hesablanmasına  əsaslanır.  Bunun  üçün  müvafiq 

dövr  üzrə  əhalinin  müəyyən  yarımqrupları  üçün 

doğulanların 

və 


ölənlərin 

sayı 


haqqında 

məlumatlar,  ömrünün  birinci  ilində  doğum  və 

ölümlərin  qeydə  alınması  zamanı  valideynlər 

haqqında identik məlumatlar olmalıdır. 

Demoqrafiyada  geniş  yayılmış  nəzər  nöqtəsinə 

görə,  ayrı-ayrı  demoqrafik  və  sosial-iqtisadi 

qrupların  ölüm  səviyyələrində  fərqlər  tarixin 

bütün  mərhələlərində  mövcud  olmuşdur.  Onlar 



demoqrafik keçidin başlanması ilə xeyli artmışdır. 

Çünki  ölüm  səviyyəsinə  nəzarət  vasitələri  və 

metodları  əhalinin  ayrı-ayrı  qrupları  üçün  qeyri-

bərabər dərəcədə əlçatan idi.   

Diferensial  ölümün  təhlilinin  ilk  cəhdləri  italyan 

həkimi  B.Ramassininin  adı  ilə  bağlıdır.  O,  peşə 

xəstəliyini  öyrənmiş  və  peşə  ilə  ölüm  səviyyəsi 

arasındakı əlaqəni aşkar etmişdir.  

Ölümün  sosial  fərqlənməsinin  öyrənilməsi  elmi 

tədqiqatların  vacib  məsələlərindən  biri  kimi 

qalmaqdadır, 

çünki 


ölümün 

azalması 

bu 

demoqrafik 



prosesə 

ayrı-ayrı 

sosial-iqtisadi 

amillərin  təsirinin  neqativ  nəticələrini  aradan 

götürmədən mümkün deyildir. 

 

DĐGƏR  ĐSTEHSAL  XƏRCLƏRĐ

  –  özündə 

mühasibatlıq  məsrəfləri,  məsləhət  xidmətləri, 

dəftərxana malları, işçi heyətin toplanması, sığorta 

ödəmələri,  kollektiv  nəqliyyat,  bank  xidmətləri 

(faizlərin  ödənilməsi  də  daxil  olmaqla),  poçt  və 

rabitə (telefon, teleks) məsrəflərini birləşdirir. 

Bu  göstərici  “Mal  və  xidmətlərin  alınması” 

göstəricisinin bir hissəsi hesab edilir.  

Topdansatış ticarət və yenidən satışa münasibətdə 

“Mal və xidmətlərin alınması” göstəricisinin digər 

hissəsini  “Alındığı  vəziyyətdə  yenidən  satılma 

üçün  əmtəə  və  xidmətlərin  alınması”,  “Bina  və 

avadanlıqların  istismarı  ilə  əlaqədar  istehsal 

xərcləri” və “Satış xərcləri” təşkil edir. 



 

DĐLER

    (ticarətçi)  –  1)  istehsalçıdan  malı 

topdansatış  qiymətində  alan  və  onu,  adətən, 

satışdan  sonra  xidmət  göstərməklə  istehlakçılara 

satan 


topdan-pərakəndə 

satış 


müəssisədir 

(sahibkardır).  Bir  qayda  olaraq,  iri  sənaye 

korporasiyalarının  agenti  olur  və  onun  diler 

şəbəkəsində  fəaliyyət  göstərirlər;  2)  ticarət 

sövdələşmələrində,  o  cümlədən  birjalarda  agent-

vasitəçidirlər.  Öz  vəsaitləri  hesabına  fəaliyyət 

göstərir,  işə  öz  şəxsi  pullarını  qoyur,  qiymətli 

kağızların,  valyutanın,  qiymətli  metalların sərbəst 

alqı-satqısını həyata keçirirlər.  

 

DĐNAMĐK MODEL

 – prosesin inkişafını və ya 

vaxta  görə  modelləşdirilən  obyektin  hərəkətini 


 

123


təsvir  edən  modeldir.  Statistik  modeldən  fərqli 

olaraq, 


dinamiki 

model 


cari 

dövrün 


modelləşdirilən  endogen  dəyişikliklərinin  əvvəlki 

dövrün  (və  yaxud  gecikmiş  paylama  hallarında 

əvvəlki 

dövrlərin) 



ekzogen 

və 


endogen 

dəyişikliklərindən asılılığını müəyyənləşdirir.  

 

DĐNAMĐKA 

SIRALARININ 

MÜNTƏ-

ZƏM  TƏRKĐBĐ

  –  aşağıdakı  şəkildə  verilmiş 

vaxt sırasının bir sıra komponentlərinin cəmidir: 

+

+



=

t

t

t

V

U

X

t

W

+

t



E

,  t = 1,2, ... T 

burada, X

t

 – t zamanında vaxt sırasının müşahidə 



edilən  dəyəridir,  U

t

  –  trend,  ya  da  sistematik 



hərəkət  adlanan  tərkib  hissəsidir,  V

t

  –  böyük,  ya 



da  kiçik  müntəzəmliklə  trendə  aid  titrəyişi  əks 

etdirən  komponentdir;  W

t

  –  zamanın  bərabər 



aralığında  təkrarlanan,  dövri  titrəyişin  böyük,  ya 

da kiçik daimi formalarıdır; E

t

 – səbəblərinin təyin 



edilməsi  mümkün  olmayan  nizamsız  titrəyişdir; 

bu, qalıq titrəyişlər adlandırılır. 



X

t

  sırasının 



t

t

t

t

S

W

V

E

=

+



=

cəmi  dinamika 

sıralarının müntəzəm tərkibi adlanır. 

E

t



t

t

S

=

  qalığı  dinamika  sırasının  təsadüfi 



tərkib hissəsi sayılır. 

 

DĐNAMĐKA  SIRALARININ  TƏHLĐLĐ

  – 

dinamika  sıralarının  kəmiyyətinin  dəyişməsi 

qanunauyğunluğunun 

aşkar 


edilməsi 

üçün 


aparılan elmi tədqiqatdır.  

Dinamika  sıralarının  təhlilinin  əsas  şərti  onların 

zamana  görə  müqayisəliliyi  hesab  edilir.  Statistik 

məlumatlar hər şeydən əvvəl vaxta görə müqayisə 

oluna 

bilməlidir. 



Müqayisəsizlik 

müxtəlif 

səbəblərdən  irəli  gələ  bilər:  ərazinin  dəyişməsi; 

müşahidə 

vahidinin 

dəyişməsi; 

valyutanın 

dəyişməsi;  hadisələrin  statistik  müşahidələrlə 

əhatə 

dərəcəsinin 



müxtəlifliyi; 

statistik 

müşahidənin 

metodologiyasının 

mükəmməl 

olmaması və s.  

Sosial-iqtisadi 

hadisələrin 

zaman 

ərzində 


dəyişməsini 

xarakterizə 

edən 

statistika 



göstəriciləri  sırasına  dinamika  sırası  deyilir. 

Dinamika  sıralarının  elementləri  aşağıdakılardır: 

1)  statistika  məlumatının  aid  olduğu  vaxt  anı 

(adətən, tarix və yaxud dövrdür) - gün, ay, rüb, il; 

2)  sıranın  səviyyəsi  adlanan  məlumatın  özüdür. 

Hər  iki  element,  vaxt  və  səviyyə  dinamika 

sırasının üzvləri adlanır.  

Dinamika  sıralarını  düzgün  tədqiq  etmək  üçün 

onların növlərini bilmək lazımdır. Vaxt əlamətinə 

görə  dinamika  sıraları  an  və  fasiləli  dinamika 



sıralarına ayrılır. An dinamika sıralarında sıranın 

səviyyəsi 

müəyyən 

tarixə 


verilir. 

Fasiləli 

dinamika  sıralarında  sıranın  səviyyəsi  sosial-

iqtisadi  hadisələri  müəyyən  vaxt  ərzində  ifadə 

edir. An dinamika sırasından fərqli olaraq, fasiləli 

dinamika  sıralarının  səviyyələrini  cəmləmək  olar 

və  iqtisadi  mənası  olan  göstəricilər  alınar.  Belə 

cəmləmə  nəticəsində  daha  iri  dövr  ərzində 

hadisənin 

səviyyəsini 

xarakterizə 

etmək 


mümkündür. 

Dinamika sıralarını tam və tam olmayan dinamika 



sırasına ayırmaq olar. Dinamika sıralarının təhlili 

zamanı  istifadə  edilən  göstəricilərdən  mütləq 



artımı, artım sürətini, nisbi artımı və bir faiz nisbi 

artımın  mütləq  qiymətini  göstərmək  olar.  Mütləq 

artım. 

Sosial-iqtisadi 

hadisələrin 

mühüm 


göstəricilərindən  biri  mütləq  artımdır.  Dinamika 

sırasının sonrakı səviyyəsi ilə müqayisə üçün əsas 

götürülmüş səviyyə arasındakı fərqə mütləq artım 

deyilir. 

Mütləq 


artımı 

silsiləvi 

qaydada 

hesablamaq 

üçün 

sıranın 


hər 

sonrakı 


səviyyəsindən 

əvvəlki 


səviyyəsini 

çıxmaq 


lazımdır. Mütləq artımı əsas qaydada hesablamaq 

üçün  sıranın  hər  bir  sonrakı  səviyyəsindən 

müqayisə üçün əsas götürülmüş səviyyəni çıxmaq 

lazımdır.  

Dinamika  sırasının  ilk  səviyyəsini  Y

1

,  son 


səviyyəsini  Y

n

,  sıranın  cari  səviyyəsini  Y



i

özündən  qabaqkı  səviyyəni  Y



i-1

,  mütləq  artımı 

ilə  işarə  etsək,  o  zaman  mütləq  artım  silsiləvi 



qaydada 

1

1



=





i

i

Y

Y

,  bazis  qaydada  isə 

1

Y

Y

i

i

=



 düsturları ilə hesablana bilər.  



Artım  sürəti.  Sosial-iqtisadi  hadisələrin  inkişaf 

sürətini  xarakterizə  etmək  üçün  artım  sürəti 

göstəricisindən  tez-tez  istifadə  olunur.  Artım 

sürəti 


sıranın 

cari 


səviyyəsinin 

əvvəlki 


səviyyəsindən  neçə  dəfə  (faiz)  çox  və  ya  az 

dəyişdiyini göstərir. Artım sürəti faiz və ya əmsal 

şəklində  hesablanır.  Təhlilin  məqsədindən  asılı 

olaraq,  artım  sürəti  də  silsiləvi  və  ya  bazis 

qaydada hesablana bilər.  

Silsiləvi  qaydada  artım  sürətini  hesablamaq  üçün 

sıranın 

cari 


səviyyəsini 

özündən 


qabaqkı 

səviyyəyə bölmək və alınan nəticəni faiz şəklində 

ifadə etmək üçün 100-ə vurmaq lazımdır.  

Bazis  qaydada  artım  sürətini  hesablamaq  üçün 

sıranın  cari  səviyyəsini  müqayisə  üçün  bazis 

götürülmüş  səviyyəyə  bölmək  lazımdır.  Artım 

sürəti faiz şəklində aşağıdakı kimi hesablanır: 

Silsiləvi qaydada 

100

1



=



i



i

i

Y

Y

S

,  bazis qaydada 

100

1



=

Y

Y

S

i

 

Nisbi artım. Mütləq artımın müqayisə üçün bazis 

götürülmüş  səviyyəyə  nisbəti  nisbi  artım  adlanır. 

Nisbi  artımın  hesablanmasının  digər  üsulundan 

biri  də  artım  sürətindən  100-ü  çıxmaqdır  (artım 

sürəti əmsal  şəklində  hesablanırsa,  vahidi  çıxmaq 

lazımdır).  Nisbi  artım  faizlə  ifadə  olunursa,  onun 


 

124 


hesablanması aşağıdakı düsturlar vasitəsilə həyata 

keçirilir: 

Silsiləvi  qaydada 

100


1

1



=



i

i

y

n

,  yaxud  N

i

=S

i



-

100 


Bazis qaydada 

100


1



=

y

n

, yaxud N = S - 100 

1%  nisbi  artımın  mütləq  qiyməti.  Bir  faiz  nisbi 

artımın mütləq qiymətini hesablamaq üçün mütləq 

artımı  nisbi  artıma  bölmək  lazımdır.  Bu 

göstəricini aşağıdakı düsturla hesablamaq olar: 

%

i

i

n

m

=



 

burada 


i

silsiləvi  mütləq  artım, 



%

i

n

isə  faiz 

ifadəsində silsiləvi nisbi artımdır. 

Dinamika  sırasının  təhlilində  mühüm  əhəmiyyətə 

malik  olan  orta  göstəricilərdən  biri  orta  mütləq 

artımdırOrta mütləq artım müəyyən dövr ərzində 

sıranın  səviyyəsinin  orta  hesabla  nə  qədər 

artdığını və ya azaldığını göstərir. 

Orta  illik  mütləq  artım  silsiləvi  mütləq  artımlar 

əsasında aşağıdakı kimi hesablanır: 

1

1



...

2

1



=



+



+

+



=





n

n

i

n

y

 

burada 



i

-  silsiləvi  mütləq  artımdır,  n  –  sıranın 



sayıdır. 

Sosial-iqtisadi 

hadisələrin 

inkişafının 

intensivliyinin  ümumiləşdirici  göstəricisi  kimi, 

təhlil prosesində orta illik artım sürəti və orta illik 

nisbi artım göstəriciləri hesablanır. Orta illik artım 

sürəti  silsiləvi  artım  sürəti  əsasında  həndəsi  orta 

kəmiyyətin aşağıdakı düsturu ilə hesablanır: 

n

S

S

S

S





=

2



1

 

Burada 



S

- orta illik artım sürəti, 



n

S

S

S





2

1



silsiləvi  artım  sürətinin  əmsalları,  n  –  silsiləvi 

artım sürəti əmsallarının sayıdır.  

 

DĐNAMĐKA  SIRALARININ  TƏSHĐHĐ 



METODLARI

  –  vaxta  görə  hadisələrin 

inkişafının  əsas  meylini  əks  etdirən  qiymətlərlə 

hesablanmış 



dinamika 

sırasının 

faktiki 


səviyyəsinin dəyişdirilməsidir. 

Sürüşkən  orta  kəmiyyət  metodu.  Bu  metoddan 

istifadə  edilərkən  dinamika  sırasının  səviyyəsinin 

faktiki qiymətləri bir neçə qonşu səviyyələrin orta 

qiyməti ilə əvəz olunur. Fərz edək ki, y



1

, y

2

, ..., y

n

 

ilkin  dinamika  sırasıdır.  Onda  hər  bir  m  qonşu 



səviyyələr  üçün  orta  hesabi  qiymət  hesablana 

bilər: 


,

1

,...,



2

,

1



;

1

1



+

=



=



+

=

=



m

n

k

y

m

y

m

k

i

k

i

i

 

 burada  m  düzəldilmə  intervalının  həcmidir 



(sayıdır). 

Əgər  m  tək  ədəddirsə,  onda  yuxarıda  göstərilmiş 

düstur  əsasında  hesablanmış  qiymətlə  düzəldilən 

intervalın  ortasında  yerləşən  sıranın  səviyyəsini 

əvəz  edir.  m  cüt  ədəddirsə,  onda  hesablanmış 

qiymət guya düzəldilən intervalın ortasına aid olur 

(məsələn,  m  =  4  olduqda,  hesablanan  qiymət 

ikinci  və  üçüncü  səviyyələrin  arasına  düşür). 

Düzəldilmə 

intervalı 

sıranın 

səviyyəsindəki 

təsadüfi  kənarlaşmaların  ödənilməsi  üçün  kifayət 

qədər  böyük  olmalıdır.  Çox  vaxt  5-10  illik 

intervaldan  istifadə  edilir.  Metodun  çatışmazlığı 

ondan ibarətdir ki, düzəldilmə səviyyələrinin sayı 

verilmiş  m-1  sayından  az  olur.  Belə  ki,  m=3 

olduqda,  iki  kənar  (son),  m=5  olduqda,  4  kənar 

qiymətlər itirilir. 

Çəkili  sürüşkən  orta  kəmiyyətdən  istifadə  etmə 

hallarında  hər  bir  səviyyəyə  orta  kəmiyyət 

hesablandıqda,  çəki  verilir.  Çəkinin  verilməsi 

üsulu  təhlilin  məqsədindən  asılı  olur.  Əgər 

məlumatların əhəmiyyətlilik dərəcəsi vaxtdan asılı 

olaraq  artırsa,  onda  daha  sonrakı  müşahidələrə 

yüksək çəki verilir və əksinə. 



Eksponensial  düzəltmə  metodu.  Bu  metod 

zamanı  sadə  orta  qiymətlər  əvəzinə  eksponensial 

orta kəmiyyətlərdən istifadə edilir.  

Analitik  düzəltmə  metodu.  Bu  metod  dinamika 

sırasının  inkişaf  meylini  əks  etdirən  müəyyən 

əyrinin seçilməsindən ibarətdir.  

Arqument  t  vaxtı  kimi  çıxış  etdikdə,  əyri 

formasının  seçilməsi  nəzəri  təhlil,  ilkin  dinamik 

sıranın  qrafik  təsviri  və  digər  üsullar  əsasında 

həyata  keçirilir.  Düzəltmə  düz  xətt,  parabol, 

hiperbol, eksonensial əyrisi və s. üzrə tətbiq edilir. 

Parametrlərin  hesablanması  çox  vaxt  ən  az 

kvadratlar  metodu  ilə  həyata  keçirilir.  Hazırda 

FEHM-nin  statistik  proqramlar  paketinə  əyrilərin 

hesablanmasının geniş spektri daxildir və bununla 

əlaqədar  hesablama  problemi  ikinci  plana  keçir. 

Ən yaxşı əyrinin seçilməsinin formal amili Y

x

-dən 



faktiki  Y-ə  kimi  düzəldilən  dinamika  sırasının 

kənarlaşması  üçün  minimum  qalıq  dispersiyası 

hesab edilir 



(Y-Y



x

)

2

 = min. 

Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin