DĐNAMĐKA SIRASI (DĐNAMĐKĐ SIRA)
–
müəyyən statistik göstəricinin və ya sıranın
səviyyələri adlanan çoxluq vahidi əlamətinin
xronoloji ardıcıl qiymətləridir. Hər bir səviyyə
müəyyən ana (anlı dinamika sırası) və ya vaxt
intervalına (intervallı dinamika sırası) aiddir.
Dinamika sırasının səviyyəsi mütləq, nisbi və ya
orta kəmiyyətlə xarakterizə oluna bilər. Đntervallı
dinamika sırasına öyrənilən dövri fasiləsiz (tam
dinamika sırası) və ya fasilələrlə (natamam
125
dinamika sırası) əhatə olunan səviyyələr daxildir.
Anlı dinamika sıraları həmişə natamam olur.
Dinamika sırası baxılan obyektin və onun
ayrılıqda xüsusiyyətlərinin inkişaf prosesinin
öyrənilməsi və say xarakteri üçün mühüm
məlumatdır.
Dinamika
sıralarının
ardıcıl
səviyyələrinin bir-birindən fərqi inkişafın səbəb
və şərtlərinin kompleksi ilə izah olunur. Bu fərq
tərkib elementlərinə görə statistik üsulla düzülə
bilər. Tərkib elementləri: dəyişiklik meylləri və ya
trend – inkişaf amillərinin sabit, uzunmüddətli
təsiri altında dinamika sırasının rəvan artması və
ya azalması; dövri enib-qalxmalar – dövri dəyişən
amillərin
təsiri
altında
dinamika
sırası
səviyyələrinin artıb və azalmalarının müəyyən
vaxt intervalları ilə müntəzəm təkrarlanması,
məsələn, ilin fəsillərinin, günəşin fəallığının
dövrəsinin dəyişməsi; enib-qalxmalar zamanı
təsadüfi paylanmalar – obyektin əsas inkişaf
səbəbləri
ilə
əlaqədar
olmayan
amil
və
vəziyyətlərin təsiri altında səviyyələrin qeyri-
müntəzəm dəyişməsidir.
DĐRĐ DOĞUŞ
– doğuşların sayının uçota
alınmasında istifadə olunan və diri doğulmuş
uşaqların sayını göstərən anlayışdır. Ümumdünya
Səhiyyə Təşkilatının müəyyənləşdirmələrinə görə,
diri doğulma, hamiləliyin müddətindən asılı
olmayaraq,
dölləmə
məhsulunun
ana
orqanizmindən
tam
qovulması
və
xaric
edilməsidir. Bu zaman döl nəfəs alır, göbək
ciyəsinin kəsilməsindən və ya ciftin ayrılmasından
asılı olmayaraq, digər həyat əlamətləri, yəni ürək
döymə, göbək ciyəsinin pulsasiyası və ya
əzələlərin ixtiyari hərəkəti kimi təzahür edir.
Statistika baxımından doğuşların təhlil edilməsi
nəticəsində, müəyyən vaxt ərzində müvafiq
ərazidə doğulanların ümumi sayı (diri və ölü
doğulanlar ayrı-ayrılıqda) haqqında məlumat əldə
edilir. Diri doğulanlar üçün onların cinsi, ananın
yaşı, doğum sırası, doğulduğu ay, ananın ailə
vəziyyəti, yaşayış yeri (kənd və ya şəhər) üzrə
bölgüsü haqqında məlumatlar da hesablanır.
Doğum
səviyyəsini
səciyyələndirmək
üçün,
mütləq kəmiyyətlərlə yanaşı, nisbi göstəricilər də
tətbiq edilir. Doğumun ümumi əmsalından daha
geniş istifadə edilir.
DĐSKET
– “Maqnit diski”nə bax.
DĐSKONT
(veksellərin uçotu) – 1) bank
praktikasında: bank tərəfindən veksellərin uçota
alınması vaxtı tutulan, vekselin məbləği ilə
ödəmə vaxtı çatanadək onun alınmasına bank
tərəfindən ödənilən məbləğ arasındakı fərqi
göstərən uçot faizidir. Mərkəzi Bank tərəfindən
kommersiya
veksellərinin
yenidən
uçota
alınmasında kredit müəssisələrindən yığılan
diskontlar rəsmi uçot tarifi hesab olunur; 2) təcili
valyuta sövdələşmələrində valyuta və əmtəə
riskləri praktikasında – nağd əməliyyatlar zamanı
valyuta
kurslarında
güzəştlərdir;
əmtəələrin
qiymətlərində əvvəlcədən müəyyən olunmuş
güzəştlərdir; 3) fond birjaları praktikasında –
qiymətli kağızların nominalı ilə onların birja
kursları arasında olan (sonuncunun aşağı olduğu
halda) fərqdir; 4) forvard kursu ilə valyutaların
təcili tədarükü zamanı mövcud olan kurs
arasındakı müxtəliflikdir.
DĐSKONTETMƏ ƏMSALI (DĐSKONT-
EDĐCĐ VURUQ)
– maliyyədə mürəkkəb
faizlərin
hesablanmasında
istifadə
edilən
termindir. Vaxtın bir dövrü üçün q=(1+r)
-1
, vaxtın
n dövrü üçün q
n
=(1+r)
-n
olur, burada r – diskontun
normasıdır.
DĐSKONTLAŞDIRICI
VURUQ
–
“Yerdəyişmə əmsalına” bax.
DĐSKONTLAŞDIRMAQ
- vaxtın müxtəlif
anlarına aid olan xərclərin və nəticələrin
qiymətlərinin
qeyri-bərabərliyini
araşdırmaq
məqsədilə
tez-tez
maliyyə
və
iqtisadi
hesablamalarda tətbiq olunan əməliyyatlardır.
Müxtəlif dövrlərin kəmiyyətlərinin tutuşdurulması
və müqayisəsi üçün istifadə edilir, məsələn,
diskontlaşdırıcı vuruq (diskontlaşdırma əmsalı)
kimi.
DĐSKRĐMĐNANT TƏHLĐL
– çoxölçülü
müşahidələrin
təsnifləşdirilməsinin
statistik
metodlarının çoxölçülü məcmusudur.
Fərz edək ki, müşahidənin nəticəsi olan k ölçülü
χ = (χ
1
, χ
2
, ..., χ
k
)
T
təsadüfi vektor hesab
edilir. Müşahidə olunan X vektorunun qiyməti
üzrə obyektin π
i
ί = 1,2, ..., l çoxluqlarından
birinə
aid
olmasına
dair
qayda
müəyyənləşdirilməsi tələb olunur.
Diskriminasiya
(bərabərsizlik)
qaydası,
π
i
obyektindən
seçilmiş
π
i
çoxluqları
və
p
i
ehtimalları haqqında aprior (fərz olunan) optimal
məlumatlar əsasında, müəyyən prinsiplərə uyğun
seçilir.
Adətən,
fərqləndirmə
məsələsində
seçilmiş
nöqtələr çoxluğunu daha yaxşı bölən, obyekti
xarakterizə edən əlamətlər vektorundan, onlardan
xətti funksiyaya, diskriminant funksiyasından
hipermüstəviyə keçir.
Əlamət vektorlarının normal paylanması (bu
paylanmanın parametrləri haqqında məlumat
olmadıqda)
daha
çox
öyrənilmişdir.
126
Diskriminasiya
funksiyasında
paylanmanın
naməlum parametrləri onların ən yaxşı qiymətləri
ilə əvəz edilir. Diskriminasiya qaydaları həqiqətə
uyğunluğa əsaslanır.
DĐSPANSERLƏŞDĐRMƏ
(dispanserlər
vasitəsilə görülən sağlamlıq tədbirləri) –
sağlamlığın
vəziyyətinə,
aktiv
dinamik
müşahidəyə və xəstəliklərə qarşı profilaktik
tədbirlərin həyata keçirilməsinə əsaslanan əhaliyə
tibbi xidmətin göstərilməsi metodudur. Əhalinin
dispanserləşdirilməsi
haqqında
məlumatlar
səhiyyə
statistikası
tərəfindən
öyrənilir.
Dispanserləşdirmə göstəriciləri aşağıdakılardan
ibarətdir: xəstəliklərin ayrı-ayrı növləri üzrə
dispanser müşahidəsi ilə əhatə olunma faizi
(dispanser müşahidəsində duranların sayının
burada olanların ümumi sayına olan nisbətidir);
dispanser müşahidəsinin səmərəliliyi (sağalması
ilə əlaqədar uçotdan çıxarılanlar, faizlə; dispanser
müşahidəsində olanlar arasında cari ildə səhhəti
kəskinləşməyənlərin sayı, faizlə).
DĐSPERSĐYANIN TƏHLĐLĐ
- əlaqələrin
ölçülməsinin
statistik
metodudur.
Nəticə
əlamətləri ilə faktor əlamətləri arasında əlaqələrin
strukturunu müəyyənləşdirir.
Əlaqənin ölçülmə məsələsinin həlli, Y nəticə
əlamətinin müşahidə olunan qiymətlərinin Y-nin
dəyişməsini
şərtləndirən
ümumi
ortadan
kənarlaşmalarının kvadratları cəminə əsaslanır.
DĐSTRĐBYUTOR
– 1) geniş mənada ticarət
vasitəçisidir; 2) anbarlara malik olan, əmtəələrin
alqı-satqısı ilə məşğul olan iri topdansatış
təşkilatıdır. Əmtəələri satın alır, öz adından və öz
vəsaiti hesabına satır. Bəzən öz mütəxəssisləri
vasitəsilə əmtəələrin texniki müşayiətini həyata
keçirir. Đstehsalçı ilə distribyutor arasında
bağlanmış müqavilə bəzən qarışıq xarakter daşıyır
və özündə franşizm öhdəliyini əks etdirir.
DĐVERSĐFĐKASĐYA
(latınca diversio –
kənarlaşma,
dəyişmə)
-
bazarın
konyunkturasının,
rəqabətin,
iqtisadi
münasibətlərin dəyişməsinin təsiri ilə istehsalda
baş
verən
dəyişikliklərdir.
Aşağıdakılar
fərqləndirilir: 1) istehsalın diversifikasiyası – tez-
tez yalnız bir məhsulun istehsalına əsaslanan
birtərəfli
istehsal
strukturundan
geniş
nomenklaturalı
məhsul
buraxan
çoxprofilli
istehsala keçid. Bunun nəticəsində diversifikasiya
olunmuş
müəssisələr
ümumilikdə
dar
ixtisaslaşmış müəssisələrlə müqayisədə daha sabit
və rəqabətə davamlı olurlar. Belə ki, onlar yeni
fəaliyyət
sferasına
daxil
olur,
buraxılan
məhsulların
çeşidlərini
genişləndirirlər;
2)
məhsulların diversifikasiyası – müasir bazar
iqtisadiyyatı şərtlərində rəqabət mübarizəsinin
formalarından
biridir.
Đstehsalda
eyni
bir
məhsulun modifikasiyalarının sayının əhəmiyyətli
dərəcədə olması ilə ifadə olunur. Baxmayaraq ki,
bu, məhsulun bahalaşmasına səbəb olur və ancaq
konkret istehlakçıların maraqlarına cavab verir.
Məhsulun keyfiyyət xarakteristikası dəyişmədiyi
halda, yalnız onun dizaynının, qablaşdırılmasının
və s. dəyişdirilməsi mümkündür və bu, zahiri
diversifikasiyadır. Buna baxmayaraq, bazarda
belə mallar təzə kimi və daha yüksək qiymətə
təklif
olunur;
3)
kapital
qoyuluşunun
diversifikasiyası – investisiya riskini azaltmaq
üçün investorun kapitalının müxtəlif qiymətli
kağızlar
arasında
bölüşdürülməsidir;
4)
marketinqin
diversifikasiyası,
istehsalı
əsas
fəaliyyətlə bağlı olmayan, yeni məhsullar (iş,
xidmət)
bazarında
müəssisənin
fəaliyyət
sferasının
genişləndirilməsinə
yönəldilmiş
marketinq strategiyasının növüdür.
DĐVĐDENT
(müəssisə şəriklərinin qoymuş
olduqları kapitala görə aldıqları gəlir) – (I) -
səhmlər üzrə gəlirdir. Adətən, ildə 1-4 dəfə
ödənilir. Cəlb edilmiş dividentlər imtiyazlı
səhmlər üzrə ödənilir. Adi səhmlər üzrə
dividentlər şirkətlərin işlərinin nəticəsindən və
onun gəlirlərinin (vergilər ödəndikdən sonra) –
yenidən
kapital
qoyma
və
dividentlərin
ödənilməsinə bölüşdürülməsi nisbətlərindən asılı
olaraq dəyişir. Divident pulla, səhmlərlə və ya
digər formalarda ödənilə bilər.
(II) - səhm sahiblərinin maliyyə vəsaitlərinin
korporasiyanın sərəncamına verilməsi nəticəsində
qazanılan hüquqa görə mülkiyyətdən əldə
etdikləri gəlir formasıdır. Səhmlərin buraxılması
yolu ilə səhmdar kapitalının artması maliyyə
vəsaitlərinin artmasının alternativi hesab edilir.
Borc kapitalının əksinə olaraq, səhmdar kapital
monetar mənada təsbit edilmiş öhdəlikləri artırmır
və korporasiyanın səhmdarlarına təsbit edilmiş və
ya əvvəlcədən müəyyənləşdirilmiş gəliri vermir.
(III)
–
şirkətlərin
partnyorlar
tərəfindən
bölüşdürülən gəlirləridir.
DĐVĐDENTLƏR, FAĐZLƏR VƏ ONLARA
BƏRABƏR TUTULAN, ƏLDƏ OLUNAN
GƏLĐRLƏR
– şirkətlər üzrə paylaşdırılan
dividentlər və digər gəlirlər, istehsal fəaliyyətinin
nəticələri nəzərə alınmaqla, müşahidə olunan
vahidin qismən şəxsi mülkiyyəti hesab edilən
səhmdar
kapitaldır.
Faizlər
və
onlara
bərabərləşdirilən əldə olunan gəlirlər qısamüddətli
və uzunmüddətli depozitlərə, istiqrazlardan olan
gəlirlərə, müvafiq istiqrazlardan əldə olunan
faizlərə və cari debitor hesabları üzrə borclara,
127
kommersiya kreditlərinə aid edilir. Valyuta
bazarındakı əməliyyatlardan olan gəlirlər də bura
daxil edilir.
DOĞULDUĞU
YER
(doğuşların
cari
uçotunun məlumatlarının işlənməsində) – bir
qayda olaraq, doğuş yerindən və ya doğuşun
qeydiyyat yerindən asılı olmayaraq, ananın daimi
yaşadığı yerdir (“Yaşayış yeri”nə bax).
DOĞUM
–
nəsli
təşkil
edən
insanlar
məcmusunda, yaxud nəsillər məcmusunda uşaq
doğumu prosesidir. Doğumla ölümün qarşılıqlı
əlaqəsi əhalinin təkrar istehsalını təşkil edir.
Müasir demoqrafiya ondan çıxış edir ki, doğumun
səviyyəsi və xarakteri cəmiyyətin sosial-iqtisadi
strukturundan asılıdır, onun qanunauyğunluqları
isə tarixi xarakter daşıyır.
Doğumun bioloji əsası – insanın nəsli təkrar
istehsal etmək qabiliyyətidir (döllənmə, uşağı
bətnində saxlama). Törəmə qabiliyyəti – uşaq
doğumunun
potensial
imkanı
qadınlar
məcmusunun reproduktiv əxlaqı nəticəsində
reallaşır. Həyat tərzi çərçivəsində uşaqlar ailənin
iqtisadi və sosial fəaliyyəti üçün vacib olan sosial
rol oynayırlar. Həyat tərzi, ailənin strukturu və
funksiyaları ilk növbədə cəmiyyətin sosial-iqtisadi
quruluşu ilə bağlıdır və tarixin gedişində dəyişir.
Tarixən reproduktiv əxlaqı tənzimləyən sosial
normalar da dəyişir. Bir nəslin insanlarının
reproduktiv əxlaqı törəmə qabiliyyəti dövrü
ərzində real əhalinin doğumunu müəyyən edir.
Müəyyən vaxt ərzində əhalidə doğumun eyni
vaxtda yaşayan nəsillərin reproduktiv əxlaqından
asılıdır.
Maksimum mümkün olan doğumun səviyyəsi
törəmə
qabiliyyəti
səviyyəsinə
görə
qiymətləndirilir.
XX
əsrin
70-ci
illərinin
ortalarınadək demoqrafiyaya aid ədəbiyyatlarda
“doğum” və “törəmə qabiliyyəti” anlayışları
arasında dəqiq fərq qoyulurdu və sinonim kimi
işlədilirdi. Təbii doğumun səviyyəsi orta hesabla
ayrı-ayrı
əhali
və
insanlar
qrupları
üzrə
qiymətləndirilirdi. Təbii doğumun maksimum
qiyməti kimi adətən qutteritlərin (ABŞ) dini
sektasının koqortalarından biri üçün götürülən
orta qiymət götürülür və o, 12,44 təşkil edir;
V.A.Borisovun
təbii
doğumun
hipotetik
minimumu 20–49 yaş intervalı üçün 7,95-ə
bərabərdir. Bu qiymətlər doğum indekslərinin
qurulması zamanı etalon kimi götürülür. Real
doğumun səviyyəsi həmişə təbiidən aşağıdır,
çünki hər hansı əhalidə uşaq doğumunun
bilərəkdən məhdudlaşdırılması olmasa da, burada
qadınların bir hissəsi nikahda olmur. Nikah
institutlarında və onun müxtəlif cəmiyyətlərində
yayılmasında fərqlər böyükdür və buna görə də
doğumun haqqında məlumatların müqayisəsi
natamamdır, lakin nikahda olanlarda doğum
həmişə nikahda olmayanlara nisbətən çoxdur.
Nikahdankənar doğulan uşaqların sayı bir çox
ölkələrdə cüzidir. Doğumun səviyyəsinə bilavasitə
təsir göstərən və onun potensial mümkün olan
doğum səviyyəsindən fərqini müəyyən edən
amillərin kompleks təsvirini Bonqaartsın modeli
üzrə qurulmuş indekslər sistemi verir.
Doğumun ölçülməsi əmsallar sistemi və doğum
cədvəllərinin
köməyi
ilə
aparılır.
Onların
seçilməsi
konkret
ölçülmə
məqsədlərindən,
doğumun xüsusiyyətlərindən və mövcud olan
informasiyadan
asılıdır.
Ölçülərin
çoxunun
əsasında
qadının
yaşından,
onların
nikah
vəziyyətindən, nikahın müddətindən və artıq
doğulmuş uşaqların sayından asılı olaraq, uşaq
doğumunun tezliyindəki fərqləri nəzərə almaq,
yaxud kənarlaşdırmaq cəhdi durur. Doğumun
ölçüləri arasında xüsusi yeri, bu prosesi
xarakterizə edən insanlar arasında aparılan xüsusi
sorğular zamanı uşaqların ideal, arzuladığı və
gözlədiyi saylar haqqında alınan təsəvvür və
niyyətləri kəmiyyətcə qiymətləndirməklə, bu
prosesi xarakterizə edən göstəricilər tutur.
Doğumun
tənzimləməsinin
statistik
göstəricilərinin qurulması metodologiyası milli və
beynəlxalq səviyyələrdə əhalinin müxtəlif sosial-
mədəni
qruplarında
demoqrafik
siyasətin
effektivliyinin qiymətini almaq üçün işlənir.
Doğum
haqqında
informasiya
demoqrafik
statistikanın
müxtəlif
mənbələrindən
alınır:
əhalinin siyahıyaalınması, doğumların xüsusi
idarələr tərəfindən cari uçotu, əhalinin seçmə
müşahidələri. Đnformasiya mənbələrinin xüsusi
qrupunu arxiv materialları təşkil edir. Onlardan
tarixi demoqrafiyanın xüsusi metodları ilə keçmiş
dövrlərdəki doğumun xarakteristikaları alınır.
Cəmiyyətin sosial-iqtisadi müxtəlifliyi doğumun
aşağı
düşməsi
dövründə
onun
xeyli
diferensiasiyasını törətmişdir ki, bu da doğum
səviyyəsini savad, təhsil səviyyəsi, qadınların
məşğulluğu, gəlir, ixtisas və s. kimi əlamətlərlə
əks əlaqədə təzahür etdirir. Ailənin yaşadığı,
yaxud ər-arvadın doğulduğu yerlərin tipi və
ölçüləri doğumun səviyyəsi ilə əks əlaqədə olduğu
təsdiq olunmuşdur. Doğumun diferensiasiya
xarakteri və onun miqyası təkcə cəmiyyətin
sosial-iqtisadi və mədəni müxtəlifliyi ilə deyil,
həm də yeni reproduktiv əxlaq tipinə keçid
prosesinin
mərhələsindən,
azuşaqlılığa
göstərişlərin yayılmasından və uşaq doğumuna
nəzarətin effektivlik dərəcəsindən asılıdır.
DOĞUM CƏDVƏLLƏRĐ
– müəyyən
qadınlar çoxluğunda uşaq doğmaq tezliyinin və
digər xüsusiyyətlərinin vaxt ərzində dəyişməsini
128
göstərən ədədlərin nizamlanmış sırasıdır. Real və
ya fərz olunan koqortda doğumun ədədi
modelidir.
Doğum
cədvəlləri,
yaranmış
demoqrafik strukturlardan asılı olmayaraq, doğum
prosesinin
tam
təsvirini
verir,
müxtəlif
məskunlarda və bir məskunda doğumun bilavasitə
müqayisəsini dinamikada verməyə, prosesin daxili
qanunauyğunluğunu aşkara çıxarmağa imkan
verir; əhalinin proqnoz say hesabında tətbiq
olunur.
Ümumi
doğum
cədvəlləri
doğum
ardıcıllığının uçota alınmaması ilə, xüsusi doğum
cədvəlləri isə doğum ardıcıllığının uçotu ilə
qurulur. Cədvəllərin hər iki tipi ya yaşa görə
doğumun dəyişməsini göstərməklə bütün qadınlar
üçün, ya da ərdə olan qadınlar üçün nikah
davamiyyətindən asılı olaraq doğumu xarakterizə
etmək üçün (nikahın məhsuldarlıq cədvəli)
hesablanır. Ümumi doğum cədvəlləri dolğun və
qısa olur, müvafiq olaraq bir illik və beş illik və
ya daha böyük yaş intervalı və ya nikah
davamiyyəti
ilə
qurulur.
Ümumi
doğum
cədvəllərində
göstəricilərin
bir
hissəsi,
demoqrafik proseslərdən asılı olmayaraq, doğum
səviyyəsini, bir hissəsi isə ölüm nəzərə alınmaqla
doğum səviyyəsini xarakterizə edir. Xüsusi
doğum cədvəlləri, doğulan uşaqların sayı nəzərə
alınmaqla, doğumu xarakterizə edir və iki növdə
olur, şkala kimi yaş və ya əvvəlki doğumdan
sonra keçən interval götürülür.
Ümumi doğum cədvəlləri adətən şkaladan və
10 000, yaxud 100 000 nəfərə hesablanan 6 əsas
göstəricidən ibarətdir. Qısa doğum cədvəllərində
yaş şkalası, yaxud nikahın uzunluğu şkalanın
addımının R qiyməti ilə tamamlanır. Birinci
göstərici – doğumun yaş əmsalı f
x/x+R
, ikinci –
doğumun kumulyativ əmsalıdır:
∑
⋅
=
x
k
x
x
x
k
f
F
15
/
;
onun son sətirdəki qiyməti ümumi nəsilvermə
əmsalıdır. Üçüncü göstərici – x/x+R y a ş
intervalında qızların doğulduğunun orta sayıdır
və
x
k
x
x
k
x
x
k
f
δ
ϕ
⋅
⋅
=
+
+
/
/
bərabərdir, burada
δ
x
– həmin yaşda doğulanlar
arasında qızların payıdır. Dördüncü göstərici – x -
yaşına doğulan qızların orta sayıdır:
∑
+
=
Φ
x
k
x
x
x
15
/
ϕ
onun son sətirdə qiyməti – əhalinin təkrar
istehsalının brutto-əmsalıdır. Beşinci və altıncı
göstəricilər doğumu stasionar əhalidə xarakterizə
edir – x- yaşında qızların doğulmasının orta sayı
v ə bu göstəricinin kumulyatıdır; son sətirdə
əhalinin
təkrar
istehsalının
netto-əmsalını
göstərir.
Ümumi
doğum
cədvəllərinin
əlavə
göstəricilərindən ən çox analitik əhəmiyyətə y -
yaşa qadınların diri uşaqlarının orta sayı
malikdir:
∫
∑
−
+
⋅
≈
⋅
−
⋅
=
y
x
y
k
x
x
y
L
f
dx
x
y
l
x
f
S
15
/
)
(
)
(
burada L
y-x
– iki cinsdə olan stasionar əhalinin
sayıdır. Bundan əlavə, doğum cədvəllərinin
məlumatları üzrə uşağın doğulduğu zaman
ananın orta yaşı hesablanır:
∑
∑
+
⋅
=
ω
ω
15
15
2
x
x
f
f
k
x
f
x
burada
ω
- uşaq doğumunun son yaşıdır
(reproduktiv dövrün yuxarı sərhədi).
Nikahda olan qadınlar üçün ümumi doğum
cədvəllərində bütün qadınlar üçün olan doğum
cədvəllərindəki eyni əsas göstəricilər var. Ölüm
əvəzi burada nikahın möhkəmliyi qəbul olunur və
hesablamaq üçün məlumatlar ölüm cədvəllərindən
deyil, nikahın pozulması cədvəllərindən götürülür.
Son göstəricilər kimi, nikahın brutto-törəmə
qabiliyyəti və nikahın netto-törəmə qabiliyyəti
çıxış edir. Buna görə də, belə cədvəllər nikahların
törəmə qabiliyyəti cədvəlləri adlanır.
Xüsusi doğumun cədvəllərində doğumu doğulmuş
uşaqların sayı nəzərə alınmaqla xarakterizə edilir
və bu, iki növdə ola bilər, şkala kimi yaş (yaxud
ərdə olanlar üçün nikahın müddəti) götürüldükdə;
əvvəlki doğumdan sonra (t) keçmiş interval.
Cədvəllər hissələrə bölünür, onların hər biri
uşaqların
müəyyən
növbəliliklə
doğulması
qanunauyğunluqlarını təsvir edir, hər bir hissəyə
öz növbəsində eyni göstəricilər sistemi daxildir.
Xüsusi doğum cədvəllərində əsas göstəricilər:
şkalanın W
t,,n-1
nöqtəsinədək sonrakı uşağı
doğmamaq
ehtimalı;
şkalanın
həmin
intervalında bu intervalın başlanmasınadək
doğmamışlar üçün sonrakı uşağı doğmaq
ehtimalı ft/t+1,n; şkalanın həmin intervalında
əvvəlki uşağı doğanların hamısı üçün sonrakı
uşağı doğma ehtimalı ( N
t/t+1,n
). Bu göstəricilər
aşağıdakı nisbətlərdə olur:
n
t
t
n
t
n
t
N
W
W
,
1
/
1
,
1
,
1
+
−
−
+
−
=
n
t
t
n
t
n
t
t
f
W
N
,
1
/
1
,
,
1
/
+
−
+
⋅
=
Şkala
kimi
yaş,
yaxud
nikahın
müddəti
götürüldüyü halda, W
t,n
– şkalanın t anına n-dəfə
doğma ehtimalı kimi interpretasiya olunur. Bu
zaman:
n
t
t
n
t
n
t
t
f
W
N
,
1
/
1
,
,
1
/
+
−
+
⋅
=
,
129
∑
∑
−
−
+
−
=
1
0
1
0
1
,
,
,
t
t
n
t
n
t
n
t
N
N
W
.
Sonrakı
uşağı
doğmaq
ehtimalı
yekun
göstəricilərdir
∑
∑
−
=
ω
ω
0
1
,
0
,
n
t
n
t
n
N
N
a
və verilmiş növbəlilikdə uşağın doğulması zamanı
orta yaşdır (nikahın orta uzunluğudur).
5
,
0
0
,
0
,
+
⋅
=
∑
∑
ω
ω
n
t
n
t
n
N
t
N
t
Real nəsillər üçün xüsusi doğum cədvəllərinin
qurulmasının çıxış göstəriciləri N
t,n
-dir, burada t –
müvafiq şkaladır, hipotetik nəsil üçün isə – f
t,n
.
Hipotetik
nəsil
üçün
göstəricilər
cədvəlin
hesablanmasında qəbul olunmuş şkaladan (yaş,
nikahın müddəti, yaxud əvvəlki doğum anından
interval) asılı olaraq fərqlənir.
Bütövlükdə doğum cədvəlləri nisbətən nadir
hallarda qurulur, çox vaxt yalnız onların ayrı-ayrı
göstəriciləri hesablanır.
Dostları ilə paylaş: |