DEMOQRAFĐK MÜAYĐNƏ
– əhalinin
təkrar istehsalının ayrı-ayrı tərəflərini və onun
amillərini öyrənmək üçün ölkə sakinləri və ya
əhalinin bir hissəsi haqqında məlumatların
yığılmasıdır. Bu müayinələr adətən seçmə, çox
vaxt birdəfəlik, bəzən isə dövri gəzmə üsulu, ya
da anket sorğusu vasitəsilə həyata keçirilir.
Demoqrafik müayinənin mövzusu müxtəlifdir və
əhalinin
problemlərinin
aktuallığı
ilə
müəyyənləşdirilir.
Demoqrafik
faktlara
dair
məlumatların toplanması ilə yanaşı, çox vaxt
onlarda istiqamət, meyl, məqsədlər də (məsələn,
ailədə
gözlənilən
uşaqların
sayı
haqqında
qadınların rəyi) öyrənilir.
DEMOQRAFĐK
OPTĐMUM
(əhali
optimumu, optimum – ən yaxşı) – seçilmiş meyar
(yaxud onların sistemi) nöqteyi-nəzərincə, bütün
mümkün olanlardan ən rasional (səmərəli)
əhalinin təkrar istehsalı tipi, doğum və ölüm
proseslərinin təkcə optimal intensivliyi deyil, həm
də demoqrafik strukturların müvafiq təkrar
istehsalıdır (əhalinin miqrasiyası daxil olmaqla).
Demoqrafik optimumda demoqrafik proseslərin
və demoqrafik strukturların inkişafının istənilən
intensivliyi ilə xarakterizə olunan dinamik və
müəyyən tarixə onların vəziyyətini ifadə edən
statik demoqrafik məcmular fərqlənir. Əhalinin
optimumu problemi hələ qədim mütəfəkkirlər
tərəfindən (Konfusi, Platon, Aristotel və b.) irəli
sürülmüşdür. XX əsrin əvvəlindən bir sıra alimlər
özlərinin demoqrafik optimum konsepsiyasını
qurduqda, iqtisadiyyatda böhran hadisələri ilə
törənmiş demoqrafik problemlərin həllini tapmağa
cəhd göstərmişlər.
Demoqrafik
optimumun
parametrləri
onun
müəyyən edilməsi üçün seçilmiş meyarlardan
asılıdır. Belə meyarlar cəmiyyətin optimal inkişafı
meyarları sisteminə daxil olan iqtisadi, sosial və
digərləri ola bilər. Riyazi modellər əsasında
aparılan tədqiqatlar, uzunmüddətli perspektivdə
əhalinin təkrar istehsalının optimal tipi, bəzi
iqtisadi meyarlara (iqtisadi-demoqrafik optimum)
görə və əhalinin inkişafının baş tendensiyası
nəzərə alınmaqla, 1,0-dən 1,1-dək intervalda
(əhalinin stabil yaş strukturunda) olan əhalinin
111
təkrar istehsalının netto-əmsalı ilə xarakterizə
oluna bilər.
DEMOQRAFĐK PROQNOZ
– əhalinin
hərəkətinin və gələcək demoqrafik vəziyyətinin
əsas parametrlərinin qabaqcadan elmi cəhətdən
əsaslandırılmasıdır. Bunlara əhalinin sayı, cins-
yaş və ailə strukturu, doğum, ölüm, miqrasiya
haqqında məlumatlar aiddir. Adətən, əhalinin
proqnozunun hesablanması – doğum, ölüm və
miqrasiyanın bu və ya digər xarakteristikasının
gələcək
dinamikasına
münasibətdə
bəzi
fərziyyələr əsasında qurulmuş əhalinin say və
cins-yaş tərkibinin (bir qayda olaraq, çoxvariantlı)
hesablanması formasında çıxış edir. Bəzən
demoqrafik proqnoz gələcəkdə əhalinin sayının
yalnız ümumi qiymətləndirilməsini göstərir.
Demoqrafik proqnozun düzgünlüyü əhalinin
siyahıyaalınması, demoqrafik hadisələrin cari
uçotu
və
əhalinin
seçmə
müayinələrinin
məlumatlarını təşkil edən ilkin məlumatların
dəqiqliyindən, sosial-iqtisadi şəraitin bütün
kompleks təsiri altında demoqrafik proseslərin
dəyişilməsinə
dair
fərziyyələrin
əsaslandırılmasından,
demoqrafik
proqnozun
davamiyyət dövründən asılıdır. Qısa müddətli,
orta müddətli və uzun müddətli proqnozlar
fərqləndirilir və onlar bir-biri ilə müqayisə
edilərək fərqləndirilir.
Demoqrafik proqnoz əhali sakinliyi nəzəriyyəsi və
ümumi qanunauyğunluqlarına aid biliklərə, yaxın
tarixi perspektivdə əhalinin təkrar istehsalının baş
meyllərinin uçotuna əsaslanır.
Demoqrafik proqnoz gələcək əmək ehtiyatlarının
sayını və strukturunu (cins-yaş) müəyyən etməyə,
həm də əhalinin müxtəlif sosial-demoqrafik
qruplarının müxtəlif əmtəələrə və xidmətlərə
mümkün olan tələbatlarını qiymətləndirməyə
kömək edir. Əhalinin proqnoz sayını, onun cins və
yaş üzrə bölgüsünü və hər hansı ərzağın, yaxud
xidmətin istehlakı göstəricilərini (normativləri)
bilməklə, ərzaq məhsullarına, geyimə, mənzilə və
s.
ümumi
tələbat
istehlakın
cins-yaş
diferensiasiyası nəzərə alınmaqla hesablanır.
Demoqrafik proqnoz sosial sfera obyektlərinin
inkişafı
və
yerləşdirilməsini
perspektivə
qiymətləndirmək
üçün
zəruridir.
Đstehlak
qruplarının
(demoqrafik
seqmentlərin)
dinamikasının proqnozu marketinqdə (malların
satış bazarlarının öyrənilməsi və formalaşması)
istifadə
olunur.
Demoqrafik
proqnoz
məlumatlarından sosial təminat üzrə dövlət
tədbirlərinin hazırlanmasında da istifadə olunur.
Demoqrafik proqnoz əhalinin konkret tibbi xidmət
formalarına
perspektiv
tələbatını
müəyyənləşdirməyə imkan verir.
Đlk əhali proqnozları XVII əsrin sonu, XVIII əsrin
əvvəlinə aiddir. L.Eyler əhali artımının riyazi
nəzəriyyəsini yaratmışdı. XVIII və XIX əsrlərdə
T.Maltusun əhalinin artma nəzəriyyəsi meydana
çıxmışdır. Sənayesi inkişaf etmiş ölkələrdə XIX
əsrin sonunda əhali artımının yavaşıması ilə
Maltusun həndəsi proqressiyasını Pirl – Ridin
logistik əyrisi əvəz etdi. Bəzi proqnozların əsasına
riyazi və bioloji nəzəriyyələr qoyulurdu. XX əsrin
20-ci illərində əhalinin perspektiv hesablamaları
metodikasını ölüm və doğumun dinamikasının
müxtəlif
hipotezalarından
istifadə
etməklə
təkmilləşdirmək cəhdləri də olmuşdur. BMT
himayəsi altında edilmiş demoqrafik proqnoz
beynəlxalq inkişaf strategiyasının və əhali
sakinliyi sahəsində tövsiyələrin işlənməsi, qlobal
və regional iqtisadi, siyasi və ekoloji problemlərin
həlli üçün istifadə edilir. BMT qiymət və
proqnozlarına hər ikinci ildə yeni məlumatlar
əsasında yenidən baxılır.
DEMOQRAFĐK PROSES
(lat. processus –
irəliləmə) – insanların nəsillərini dəyişmək üçün
əhəmiyyəti olan, onların həyatında eyni adlı
hadisələrin ardıcıllığıdır. Əsas demoqrafik prosesə
– doğum, ölüm, nikah, boşanma – demoqrafiyada
nəsillərin, yaxud koqortanın azalma prosesi kimi
baxılır. Demoqrafik təhlildə nəslin sayının
dəyişməsi bir (məsələn, ölüm), iki (məsələn, ölüm
və nikah), yaxud bir neçə demoqrafik prosesdir
(məsələn, ərlərin, arvadların ölümünün və
boşanmasının təsiri altında nikahlar koqortasının
azalması). Demoqrafik proses sırasında artma
(doğum, nikah) və azalma (ölüm, boşanma)
prosesləri ayrılır. Demoqrafik proses vaxtdan və
yaşdan, həmçinin əhalinin müxtəlif qruplara
keçməsinin xarakterindən asılı olaraq öyrənilir.
Demoqrafik
prosesin
əsas
xarakteristikası
demoqrafik prosesin intensivliyidir, nəsildə yaxud
ailədə demoqrafik hadisələrin tezliyi ilə ölçülür.
DEMOQRAFĐK PROSESĐN ĐNTENSĐV-
LĐYĐ
– demoqrafik prosesin gərginlik dərəcəsi,
onun
əsas
xarakteristikasıdır.
Demoqrafik
prosesin
intensivliyi
haqqında
təsəvvür
demoqrafik
təhlilin,
demoqrafik
prosesin
modelləşdirilməsinin
əsasıdır.
Bu
təhlilin
zəruriliyi
onunla
şərtlənir
ki,
koqortada
demoqrafik hadisələrin sayı koqortanın öz
sayından və baxılan vaxt arasının kəmiyyətindən
asılı olsun. Hərçənd ki, koqortanın sayı fasiləsiz
olaraq dəyişir, o cümlədən həm də baxılan
prosesin təsiri altında, vaxt vahidində bir adam
hesabında
demoqrafik
hadisələrin
sayı
–
demoqrafik hadisələrin ehtimalı ola bilər. Bu
kəmiyyət
müəyyən
vaxtda
baş
verən
dəyişikliklərin ümumi xarakteristikasını verir,
112
lakin bu vaxt intervalı ərzində baxılan prosesin
dəyişikliklərinin müntəzəmlik dərəcəsini nəzərə
almır və vaxta düz münasibət deyil. Buna görə
də, demoqrafik təhlildə intensivliyin daha dəqiq
ölçüsü demoqrafik prosesin gücüdür, yaxud
vaxtın intervalı sıfıra doğru yönəldikdə, hadisənin
ehtimalının can atdığı həddir. Demoqrafik
prosesin intensivliyini bütöv, bəzən isə kifayət
qədər böyük vaxt arasında ölçmək tələb olunur.
Praktikada
demoqrafik
əmsallar
intensivlik
göstəriciləri kimi yayılmışdır.
Demoqrafik prosesin intensivliyi göstəriciləri
koqortanın bir, yaxud iki (bir neçə) (məsələn,
ölüm
və
nikah)
prosesin
təsiri
altında
dəyişdiyindən asılı olaraq, fərqlənir. Đkinci halda
əmsalı hesablamaq üçün məxrəc kimi həmin
hadisənin riski altında yaşamış insan-il götürülür.
Bütün bu göstəricilər adətən demoqrafik cədvəl
şəkilində təqdim olunur.
Konkret əhalidə demoqrafik proseslər təsvir
olunduqda,
əmsal
müəyyən
vaxt
ərzində
hadisələrin sayını bu hadisənin baş verdiyi
əhalinin sayı ilə müqayisə etməklə hesablanır.
DEMOQRAFĐK PROSESĐN QÜVVƏSĐ
–
sonsuz kiçik vaxt arasında demoqrafik hadisənin
ehtimalıdır. Demoqrafik prosesin intensivliyinin
analitik ölçüsü onun dəqiq ifadəsini verir. Əgər
koqorta (nəsl) öz sayını yalnız həmin prosesin
təsiri altında dəyişirsə və ∆t vaxt ərzində E
demoqrafik hadisələr baş verirsə və koqortanın
sayı P
t
-dən P
t+∆t
-dək dəyişirsə, onda vaxt vahidinə
gətirilmiş dəyişiklik ehtimalı aşağıdakı kimi
olacaq:
t
P
E
t
P
P
P
P
t
t
t
t
t
t
∆
=
∆
−
=
∆
+
Əgər hadisələrin sayına koqortanın sayı kimi arası
kəsilməyən vaxt funksiyası şəklində baxılsa, onda
∆t→0 dəyişmə ehtimalı demoqrafik prosesin
qüvvəsi olur və aşağıdakı düsturla ifadə olunur:
t
t
t
t
t
dt
t
t
P
t
P
dt
P
dP
dt
P
P
P
)
(
′
=
=
−
=
+
µ
burada d – diferensial nişanı, P
′
(t) – vaxta görə P
t
törəmə funksiyasıdır. Əgər surətdə əhalinin artım
kəmiyyəti götürülübsə, onda analoji düstur doğum
və ölümlərin təsiri altında əhalinin artması üçün
də ədalətlidir.
Demoqrafik təhlildə koqortaya adətən demoqrafik
prosesin (məsələn, ölümün) təsiri altında azalan
kimi baxılırsa, P
t+∆t
<P
t
və ∆t – mənfi kəmiyyətdir.
Adətən
prosesin
intensivliyi
müsbət
kəmiyyətlərdə ifadə edilir və buna görə son
olaraq:
t
t
P
t
P
)
(
′
−
=
µ
olur.
DEMOQRAFĐK PROSESLƏRĐN CARĐ
UÇOTU (ƏHALĐNĐN TƏBĐĐ HƏRƏKƏTĐ-
NĐN CARĐ UÇOTU)
– demoqrafik proseslərin
baş verdiyi anda olan qeydiyyatıdır (doğum,
ölüm, nikah və boşanmalar). Onlar haqqında
məlumat bazası kimi, bir qayda olaraq, səhiyyə
sistemi ilə bağlı olan vətəndaşlıq vəziyyəti
aktlarının qeydiyyatı götürülür. Uçotun ilkin
sənədləri, vətəndaşlıq vəziyyəti aktlarının ikinci
nüsxələri olur və onlarda faktiki hadisənin
təsdiqlənməsindən başqa, bu hadisənin baş verdiyi
şəxslər haqqında məlumatlar da olur. Bu
xarakteristikaların uçotu, verilən hadisəni əhalinin
bu və ya digər sosial-demoqrafik qrupuna və ya
digər məkan və zamana aid etməyə imkan verir.
Bu hadisələr haqqında statistik məlumatları
demoqrafik proseslərin cari uçotu (əhalinin təbii
hərəkəti) materiallarının işlənməsi yolu ilə əldə
edirlər.
DEMOQRAFĐK SĐYASƏT
- əhalinin təkrar
istehsalı proseslərinin tənzimlənməsi sferasında
dövlət orqanlarının və digər sosial institutların
məqsədyönlü siyasətidir. Đstənilən digər siyasi
fəaliyyətlərdə olduğu kimi, demoqrafik siyasətin
strukturu da özündə iki əsas və qarşılıqlı əlaqəli
komponenti birləşdirir: məqsədin sisteminin
müəyyənləşdirilməsini və şərhini və onlara nail
olunması üçün vasitələrin reallaşdırılmasını.
Demoqrafik siyasətin məqsəd və vəzifələri siyasi
proqramlarda və bəyannamələrdə, indikativ və
direktiv planlarda, hökumətin və digər icra
orqanlarının strateji məqsədli proqramlarında və
operativ planlarında, qanunvericilik və digər
hüquqi aktlarda, siyasi tədbirlərin yenilərinin
aparılmasının müəyyənləşdirilməsi və mövcud
olanların
inkişaf
etdirilməsi
qərarlarında
formalaşdırılır.
Demoqrafik siyasətin obyektləri ölkənin bütün və
ya
ayrı-ayrı
regionlarının
əhalisi,
sosial-
demoqrafik qruplar, əhali koqortaları, müəyyən
tip ailələr və ya həyat dövrəsinin mərhələləri ola
bilər.
Demoqrafik
siyasətin
əsas
istiqamətlərinə
daxildir: uşaqlı ailələrə dövlət köməyi, ailə
öhdəliklərinin yerinə yetirilməsi ilə fəal peşəkar
fəaliyyətin
birləşdirilməsi
üçün
şəraitin
yaradılması,
xəstələnmənin
və
ölümün
azaldılması, həyatın davamlılığının artırılması,
əhalinin
keyfiyyət
xarakteristikasının
yaxşılaşdırılması,
miqrasiya
proseslərinin
tənzimlənməsi və s. Bu istiqamətlər sosial
siyasətin
aşağıdakı
əsas
sferaları
ilə
razılaşdırılmalıdır:
məşğulluq,
gəlirlərin
tənzimlənməsi, təhsil və səhiyyə, peşə hazırlığı,
mənzil tikintisi, xidmət sferasının inkişafı,
113
əlillərin,
ahılların
və
əmək
qabiliyyəti
olmayanların sosial təminatı.
Demoqrafik siyasət, bir qayda olaraq, müxtəlif
kompleks tədbirlər vasitəsilə həyata keçirilir:
iqtisadi, inzibati-hüquqi, tərbiyəvi və təbliğatçılıq.
DEMOQRAFĐK ŞƏBƏKƏ
– insanların və
onların həyatındakı hadisələrin məcmusunu təsvir
etmək üçün qrafik quruluşdur; nəsildə demoqrafik
proseslərin əsas xarakteristikalarını hesablamaq
və onların zamana görə keçməsini təhlil etmək
üçün nəzərdə tutulur. Demoqrafik məcmular
arasında
həndəsi
yolla
məntiqi
nisbətləri
əsaslandırmaq,
bəzi
bilavasitə
müşahidə
olunmayan kəmiyyətlərin (məsələn, insanların
dəqiq yaşda sayı) rəqəmlə alınması üçün və eninə
təhlil, uzununa təhlil, həmçinin demoqrafik
şəbəkələr
hesablanarkən
hesablamanı
yüngülləşdirmək üçündür.
Demoqrafik şəbəkə demoqrafik proseslərin həm
real, həm də hipotetik nəsildə təsvirini, həmçinin
əhalinin,
yaxud
müxtəlif
nəsillərin
nümayəndələrindən olan əhali qrupunun müasir
tərkibinin formalaşması haqda təsəvvür yaradır.
Bununla, müxtəlif nəsillərdə keçmişdə baş verən
demoqrafik dəyişikliklərinin, əhalinin müasir
tərkibinə təsirinin başa düşülməsi yüngülləşir.
Onun qurulma prinsipləri əhalinin miqrasiyası,
əhalinin sosial mobilliyi, onun sağlamlığının
dəyişməsi və s. bu kimi sosial proseslərin
öyrənilməsi üçün tətbiq oluna bilər.
DEMOQRAFĐK ŞƏRAĐT
– demoqrafik
proseslərin, əhalinin tərkibi və müəyyən bir
vaxtda, çox zaman bu və ya digər ildə
yerləşməsinin vəziyyətidir. Adətən bütövlükdə
ölkə, yaxud onun ayrı-ayrı hissələri (regionları)
üzrə baxılır. Bir-birini dəyişən demoqrafik şəraitin
ardıcıllığı əhalinin təkrar istehsalı və əhalinin
yerləşdirilməsinin əsas qanunauyğunluqlarının
ifadəsidir. Demoqrafik şəraitin öyrənilməsi üçün
informasiya bazası əhalinin siyahıyaalınması,
seçmə
müşahidələri,
həmçinin
demoqrafik
hadisələrin
cari
uçotu
məlumatlarıdır.
Demoqrafik şərait müxtəlif demoqrafik təhlil
metodları ilə və müxtəlif göstəricilər sisteminin
köməyi ilə öyrənilir. Böyük həcmdə əhalinin
miqrasiyası olan ölkələrdə, yaxud regionlarda
demoqrafik şərait tədqiq edildikdə miqrantların
gəlmə və getməsinin əhalinin sayı və tərkibinin
dəyişməsinə təsiri nəzərə alınmalıdır.
Demoqrafik şəraitin əsas təhlil prinsipləri: hər bir
ölkədə, yaxud regionda spesifik üzə çıxan sosial-
iqtisadi amillərin təsirinin tədqiq edilməsi;
demoqrafik
proseslərin
intensivliyinin
nisbi
dəyişməsinin və struktur amillərinin keçici
təsirinin aşkar edilməsi; informasiya mənbələri və
təhlil
metodlarından
kompleks
istifadədən
ibarətdir.
Demoqrafik proseslərin və əhalinin tərkibinin
müasir
vəziyyəti
keçmişdə
baş
vermiş
demoqrafik hadisələrdən çox asılıdır. Belə ki, hər
il doğum və ölümlərin sayına xeyli təsir göstərən
əhalinin yaş strukturu müxtəlif tarixi hadisələrin
təsiri altında bir çox illər ərzində formalaşır.
Tarixi inkişafın xüsusiyyətlərindən müxtəlif əhali
qruplarında mövcud olan demoqrafik göstərişlər
və demoqrafik əxlaq da asılıdır. Buna görə də,
demoqrafik şərait və onun dəyişmə imkanları
öyrənilərkən bu amillərlə şərtlənən demoqrafik
proseslərin inersiyası, onların inkişafının başlıca
meylləri nəzərə alınmalıdır.
DEMOQRAFĐK TƏHLĐL
(yunanca analysis
– ayırma, parçalama) – insan nəslinin və onun
amillərinin dəyişməsi prosesinin öyrənilməsidir.
Tədqiqat obyektlərinə görə - doğum, ölüm, nikah
və nikahın pozulması, əhalinin təkrar istehsalının
və bütövlükdə artımının, həmçinin ailənin həyat
dövrünün, bəzən əhalinin miqrasiyasının təhlili;
əhatə dərəcəsinə görə – demoqrafik proseslər,
əhalinin strukturu və artımı arasında kəmiyyət
nisbətlərinin vaxta görə, adətən xüsusi riyazi və
demoqrafik metodlarının köməyi ilə öyrənilməsi,
bu proseslərə və strukturlara sosial-iqtisadi,
sosial-psixoloji, ekoloji və digər amillərin
təsirinin təhlili ayrılır. Əhalinin vaxta görə
dəyişməsinə yanaşmadan asılı olaraq, uzununa
təhlil (koqortanın həyatında müxtəlif dövrlərdə
baş verən demoqrafik hadisələrin tezliklərinin
öyrənilməsi) və eninə təhlil (bu tezliyin müxtəlif
koqortalarda, lakin eyni bir təqvim dövründə
öyrənilməsi) fərqləndirilir.
DEMOQRAFĐK YÜK
– qeyri-məhsuldar
əhalinin cəmiyyətə (iqtisadiyyata) düşən yükünü
göstərən xarakteristikadır. Yuxarı yaş qruplarının
müxtəlif
nisbətlərdə
sayı
müəyyənləşdirilir:
uşaqlar (0-14 yaş), ahıl və qocalar (kişilər 62,
qadınlar
isə
57
yaş
və
yuxarı),
əmək
qabiliyyətlilər (kişilər 15-61, qadınlar 15-56).
Bilavasitə qiymətləndirmək üçün əhali qruplarının
məhsuldar və qeyri-məhsuldar nisbətləri tətbiq
olunur. Demoqrafik yük hesablamalarının real
nisbətə yaxınlığı bu qrup əhalinin ictimai
istehsalda
iştirak
səviyyəsindən
asılıdır.
Demoqrafik
yükün
aşağıdakı
göstəriciləri
fərqləndirilir: uşaq və qocaların ümumi sayının
əmək qabiliyyətli adamların sayına olan nisbəti;
qocaların və ya uşaqların sayının böyüklərin
(birinci nisbət qocalığa görə pensiya fondlarının
hesablanması praktikasında tətbiq olunur) sayına
olan nisbəti; qocaların və uşaqların sayının nisbəti
(əsas etibarilə əhalinin qocalma səviyyəsinin
114
qiymətləndirilməsinə xidmət edir, amma nadir
hallarda istifadə edilir).
Demoqrafik yük konsepsiyasını ilk dəfə 1913-cü
ildə K.Balodis yazmışdır. Sonralar demoqrafik
yük göstəricilərinin hesablanması əhalinin artan
qocalma prosesi ilə şərtlənirdi və bu şəraitdə
demoqrafik yük onun iqtisadi nəticələri ilə
əlaqələndirilirdi. Đriləşdirilmiş yaş qruplarının
müxtəlif təsnifatları təklif olunurdu: 20–59 yaş,
15–64 yaş və s.
Đstehsalın və istehlakın yaş normaları əsasında
uşaqların və qocaların saxlanmasına bir əmək
qabiliyyətliyə və digər orta xərclərin iqtisadi
hesablamaları
aparılır.
Macar
demoqrafı
E.Valkoviçin işləri sayəsində demoqrafik yükün
hesablanması əhalinin istehsal və istehlakı iqtisadi
xarakteristikalarının sistemli izahına və buradan
isə
“nəsillərin
rentabelliyi”
göstəricilərinə
transformasiya
olmuşdur.
Đqtisadi
yaş
piramidalarının müvafiq metodiki aparatı işlənib
hazırlanmışdır. Beləliklə, demoqrafik yük iqtisadi
yüklənmə ilə sıx bağlıdır və onun öyrənilməsi
iqtisadi demoqrafiyanın inkişafının başlanğıcını
qoymuşdur.
Dostları ilə paylaş: |