DEBET
– müəssisənin (bankın) borclarının
miqdarını göstərən, mühasibat hesablarının sol
tərəfidir. Aktiv hesablarda debet sayılan məbləğin
artmasını, passiv hesablarda isə azalmasını
göstərir. Bütün iqtisadi hesablaşmalar bir hesabın
debetinə və digər hesabın kreditinə yazılır.
DEBĐTOR
– kredit (borc) verilmiş hüquqi və ya
fiziki (borclu) şəxslərdir.
DEBĐTOR
BORCLARI
–
(I)
-
1)
debitorlardan, yəni hüquqi və ya fiziki şəxslərdən
müəssisəyə çatacaq borcun məbləğidir. Debitor
borcu iqtisadi fəaliyyətin normal prosesi və ya
maliyyə, yaxud ödəmə intizamının pozulması ilə
əlaqədar ola bilər. Debitor borcu xammal və
materialların alınması üçün dövriyyə vəsaiti
çatışmazlığında
vaxtsız
ödəmə
hallarında,
müəssisə dayanarkən işçilərə əmək haqqının
verilməsində müəssisənin dövriyyəsindən vəsaitin
ayrılmasını əks etdirir. Debitor borclara daxil
edilir: mal, iş və xidmətlərə görə debitorlarla
hesablaşmalar üzrə; alınmış veksellər üzrə; törəmə
müəssisələrlə,
büdcə
ilə,
heyətlə;
digər
əməliyyatlar üzrə (müəssisənin vəsaiti və ya bank
krediti hesabına müəssisənin işçilərinə verilmiş
ssuda və istiqraz borcları daxil olmaqla), digər
debitorlarla
(gözlənilən
(qarşıdan
gələn)
99
hesablaşmalar üzrə digər müəssisələr tərəfindən
ödənilmiş avansların cəmini uçota almaqla,
hesabat verməli olan şəxsin (təhtəlhesab), mal
göndərən və podratçılara verilən avanslar daxil
edilməklə) olan borclar. Đqtisadi fəaliyyətdə
normal (qanuni) və müddəti keçmiş debitor
borcları fərqləndirilir. Qanunvericiliklə müəyyən
olunmuş vaxt ərzində alınmamış debitor borcları
kreditor müəssisənin zərərinə yazılır. Debitor
borclarının təhlili üçün debitor borclarının
ödənməsinin (dövriyyəsinin) orta müddəti: təhlil
aparılan
dövrdə
debitor
borcunun
orta
kəmiyyətinin bu dövr ərzində göndərilmiş
məhsulun həcminə olan nisbəti kimi hesablanır; 2)
müəyyənləşdirilmiş vaxt (dövr) və şərtlər əsasında
bankın qaytarmalı olduğu, bankın müştərisinin
(kontragentinin) aktivində olan pulun miqdarıdır.
(II) – şirkətin gəlirlərinin ümumi məbləğinin
qeyri-müəyyənliyi nəticəsində, hələlik üçüncü
şəxs tərəfindən daxilolmaların hesaba yazılmamış
gəlirləridir.
DEDVEYT
- gəminin texniki sənədinə müvafiq
olaraq, icazə verilə bilən yükün və gəminin
yanacaq ehtiyatının, ekipajın və onun baqajının,
içməli suyunun, azuqəsinin və s. birgə çəkisini əks
etdirir.
DEFLYASĐYA
(tədavüldə olan kağız pulların
miqdarının azaldılması) – dövlət tərəfindən
inflyasiyanın aşağı salınması məqsədilə tədavüldə
olan pul vəsaitlərinin bir hissəsinin çıxarılmasıdır.
DEFLYATORLAR
– beynəlxalq təcrübədə
iqtisadi göstəricilərin, o cümlədən ÜDM-un
komponentlərinin
müqayisəli
qiymətlərdə
hesablanması üçün və qiymət dinamikasının
ümumiləşdirici
məcmu
göstəricilərinin
xarakteristikası üçün istifadə edilən müxtəlif
indekslərin məcmusudur. Qiymət statistikasında
deflyator
indeksləri
inflyasiyanın
miqyasını
qiymətləndirən geniş əhatəli göstərici hesab edilir.
Deflyatorların tətbiq edilməsi təmsilçi-malların
vahid
dəsti
əsasında
indeksin
bilavasitə
hesablanması
yolu
ilə
qiymətin
məcmu
dəyişməsini müəyyən etməyə imkan verməyən,
müxtəlif mürəkkəb struktura malik olan, makro-
səviyyəli göstəricilərin xüsusiyyətləri ilə şərtlənir.
Deflyatorlar təhlil olunan göstəricinin faktiki
qiymətlərdə kəmiyyətinin onun sabit qiymətlərdə
olan kəmiyyətlərə nisbəti ilə xarakterizə olunur.
Đndeks deflyatorların əsas xüsusiyyəti onların
tərtib olunması üçün lazım olan məlumatların,
adətən xüsusi olaraq toplanmaması hesab edilir.
Bu, onların həm yaxşı cəhətləri, həm də
nöqsanları hesab olunur. Belə ki, indeks
deflyatorlar ÜDM-un komponentlərinin yenidən
qiymətləndirilməsi
üçün
istifadə
olunan
məlumatların
toplanması
və
işlənməsində
meydana çıxan bütün problemləri əks etdirir.
Makro
səviyyədə
aqreqasiya
olunmuş
göstəricilərin əldə edilməsi üçün göstəricinin
komponentlərinin
faktikidən
müqayisəli
qiymətlərə keçirilməsi həyata keçirilir. Yenidən
qiymətləndirilmənin bir neçə metodu mövcuddur:
1) hesabat dövrünün ayrı-ayrı məhsullarının baza
dövrünün
qiymətlərində
qiymətləndirilməsinə
imkan
verən,
məhsulların
bilavasitə
qiymətləndirilməsi metodu. Kənd təsərrüfatı
məhsullarının istehsalı və istifadə edilməsinin
qiymətləndirilməsində tətbiq olunur; 2)
qüvvədə olan qiymət və qiymət indekslərindən
müvafiq göstəricilərin həcminin dəyəri haqqında
məlumatlarda istifadə olunan qiymət indekslərinin
deflyasiyalaşdırılması metodu; 3) fiziki həcm
indeksləri vasitəsilə ekstrapolyasiya metodu;
yenidən qiymətləndirmə baza dövrünün dəyər
kəmiyyətləri və fiziki həcm indeksi əsasında
yerinə yetirilir. Həcmi müqayisəli qiymətlərdə
istehsalının və ya satışının fiziki həcminin
dəyişdirilməsi
ilə
müəyyənləşdirilən
komponentlərin
müqayisəli
qiymətlərdə
hesablanmasında istifadə edilir.
DEFLYATORLAŞDIRMA (DEFLYASĐ-
YALAŞDIRMA)
– cari qiymətlərlə ifadə
olunmuş göstəricilərin daimi, müqayisə edilən
qiymətlərə çevrilməsidir. ÜDM (əlavə dəyər)
göstəricisinin daimi qiymətlərə çevrilməsi üçün
iki üsuldan istifadə edilir – birbaşa və ikiqat
deflyasiyalaşdırma
üsullarından.
Birbaşa
deflyasiyalaşdırma üsulu tətbiq edildikdə, həm
ümumi buraxılış göstəricisi, həm aralıq istehlak,
həm də əlavə dəyər eyni qiymət indeksi (ümumi
buraxılışın qiymət indeksi) vasitəsilə sabit
qiymətlərə çevrilir. Bu üsuldan aralıq istehlak
üçün ayrıca deflyatorların (qiymət indekslərinin)
mövcud olmadığı və ya ümumi məhsul buraxılışı
və
aralıq
istehlaka
dair
etibarlı,
dürüst
məlumatların olmadığı hallarda istifadə olunur.
Đkiqat deflyasiyalaşdırma üsulunda isə ÜDM
(əlavə dəyər) müvafiq qiymət indeksləri vasitəsilə
ayrılıqda deflyasiyalaşdırılmış ümumi buraxılış və
aralıq istehlak göstəriciləri arasındakı fərq kimi
müəyyən edilir.
DEKLARANT
(BƏYANNAMƏÇĐ)
–
gömrük rəsmiləşdirilməsi məqsədilə malları və
nəqliyyat vasitələrini bəyan edən, təqdim edən,
göstərən hüquqi şəxsdir (və ya malları və
nəqliyyat vasitələrini sərhəddən keçirən şəxs,
yaxud gömrük brokeridir).
Azərbaycan Respublikasında deklarant, malları və
nəqliyyat vasitələrini gömrük sərhədindən
100
keçirən
və
ya
gömrük
brokeri
olub-
olmamasından asılı olmayaraq, bütün vəzifələri
yerinə yetirən şəxsdir və o, Azərbaycan
Respublikasının Gömrük Məcəlləsində nəzərdə
tutulan qaydada tam məsuliyyət daşıyır.
DELĐSTĐNQ (QĐYMƏTLĐ KAĞIZLARIN
SĐYAHIDAN ÇIXARILMASI)
– hər hansı
bir şirkətin fond birjasına təqdim olunmuş səhm
və
ya
istiqrazlarının birja
dövriyyəsindən
çıxarılmasıdır. Adətən, şirkət siyahının tələblərini
pozduğu və ya fəaliyyətini dayandırdığı hallarda,
birjanın
qərarına
əsasən
həyata
keçirilir.
Siyahıdan
çıxarılma
nəticəsində,
çıxarılmış
səhmlərlə
birja
ticarəti
və
onların
birja
qiymətlərinin dərc edilməsi dayandırılır.
DEMOQRAFĐK AMORTĐZASĐYA
(keç.
lat. amortisatio – ödənmə, aşağı salma) -
amortizasiya qaydası, əhalinin doğum, ölüm və
təbii artımının ümumi əmsallarının dinamikasının
empirik müəyyən edilmiş qanunauyğunluğudur.
Onunla ifadə olunur ki, demoqrafik proseslərin
yaş intensivliklərinin kəskin dəyişməsi vaxt
keçdikcə
yavaş-yavaş
sönür
və
sabitləşir.
Demoqrafik amortizasiya ümumi əmsalların
əhalinin yaş tərkibinə təsirindən və yaş tərkibinin
ümumi əmsalların kəmiyyətinə əks təsirindən irəli
gəlir. Məsələn, ümumi doğum əmsalının artması
uşaqların sayının artmasına və müvafiq olaraq,
reproduktiv yaşlarda olan şəxslərin payının aşağı
düşməsinə gətirib çıxarır. Nəticədə ümumi doğum
əmsalı aşağı düşür, bu da öz növbəsində uşaqların
sayının azalması və reproduktiv yaşlarda olan
şəxslərin payının müvafiq olaraq artması ilə
nəticələnir. Real əhalidə demoqrafik amortizasiya
hadisəsi, bir qayda olaraq, demoqrafik proseslərin
gedişinin başqa dəyişiklikləri ilə mürəkkəbləşir.
DEMOQRAFĐK CAVANLAŞMA
– əhalinin
ümumi sayında uşaqların (0–14 yaş), yaxud
cavanların
payının
artmasıdır.
Demoqrafik
cavanlaşmanın əsas amilləri doğumun artması və
körpələrin və uşaqların ölümünün azalması ola
bilər. Demoqrafik keçid konsepsiya ilə təsvir
olunan demoqrafik proseslərin müxtəlif ölkələrdə
təkamülünü
nəzərə
alaraq,
demoqrafik
cavanlaşma prosesi əsasən müvəqqəti xarakter
daşıyır və sonra yaş strukturunun ümumi dəyişmə
qanunauyğunluğu – demoqrafik qocalma ilə əvəz
olunur. Ayrı-ayrı ərazilər üçün demoqrafik
cavanlaşmaya cavan yaşda adamların intensiv
immiqrasiyası da səbəb ola bilər.
DEMOQRAFĐK CƏDVƏLĐN KÖKÜ
–
şərti
kəmiyyət;
demoqrafik
cədvəlin
bəzi
göstəricilərini hesablamaq üçün qəbul olunmuş
miqyasdır. Adətən 10 minə, yaxud 100 minə
bərabər qəbul olunur. Nadir hallarda demoqrafik
cədvəlin kökü kimi 10-a bölünə bilən digər
kəmiyyətlərdən də istifadə olunur. Demoqrafik
cədvəlin kökü seçilərkən nəzərə alınır ki,
demoqrafik cədvəlin göstəricilərinin dəqiqliyi ilə
demoqrafik cədvəlin kökü arasında əks əlaqə
mövcuddur. Belə ki, əgər cədvəlin çıxış
göstəricisinin dəqiqliyi 0,0001 təşkil edirsə, onda
demoqrafik cədvəlin kökü 10 mindən artıq
olmamalıdır. Demoqrafik cədvəli hər hansı
koqortanın (real, yaxud hipotetik) şərti tarixi kimi
qəbul etdikdə, koqortanın başlanğıc sayı (ölüm
cədvəllərində
doğulanların,
boşanma
cədvəllərində
nikaha
daxil
olanların
sayı)
demoqrafik cədvəlin kökünə bərabərləşdirilir.
DEMOQRAFĐK CƏDVƏLLƏR
– koqortada
bir və ya bir neçə demoqrafik proseslər axınını
xarakterizə edən, bir-biri ilə qarşılıqlı əlaqədə olan
kəmiyyətlərin nizamlanmış sıralarıdır. Rəqəmli
modellərdir,
müvafiq
demoqrafik
prosesin
koqortanın öz vaxtından asılı olaraq (məsələn,
yaş, nikahın müddəti), intensivliyinin dəyişməsini
və müvafiq prosesin təsiri altında koqortanın öz
sayının dəyişməsini əks etdirir. Demoqrafik
cədvəllər – demoqrafik prosesləri göstərmək üçün
ən çox yayılmış cədvəl növlərindən biridir.
Demoqrafik cədvəllərin qurulması nəzəriyyəsi
daim inkişafdadır, onlar demoqrafik təhlilin ən
effektiv alətidir və demoqrafik modellərin
çoxunun əsasını təşkil edir.
Demoqrafik cədvəllər demoqrafik prosesləri həm
real, həm də hipotetik koqortada xarakterizə edə
bilir. Cədvəl qarşılıqlı əlaqədə olan göstəricilər
dəstindən ibarətdir. Eyni tipli göstəricilərin hər
sırası cədvəlin vahid şkalası üzrə hesablanır.
Koqortanın yaranmasından keçmiş vaxt cədvəlin
şkalasıdır – yaşdır (doğulduğu andan keçmiş
vaxt), nikahın müddəti (nikahın bağlanmasından
keçmiş vaxt) və s. Cədvəlin şkalasındakı vaxt
illərlə, həmçinin illər və günlərlə ölçülür. Şkalanın
addımından asılı olaraq, cədvəllər tam – addımı 1
il, qısa – daha iri addım, adətən 5, yaxud 10 il,
cədvəllərə bölünür. Cədvəlin şkalası sol sütunda
yerləşir.
Demoqrafik
cədvəllərin
bütün
göstəriciləri vahid miqyasda demoqrafik cədvəlin
kökü adlanır və hər hansı bir bütöv rəqəmə,
adətən 10 000, yaxud 100 000-ə bərabər qəbul
olunur; bu rəqəm koqortanın şərti çıxış sayıdır.
Demoqrafik cədvəllərin iki əsas tipi mövcuddur –
ümumi və xüsusi, onlar həm göstəricilərin tərkibi
ilə, həm də onların interpretasiyaları ilə fərqlənir.
Demoqrafik cədvəllərin tipi prosesin demoqrafik
hadisəsinə insanın həyatında təkrar olunan, yaxud
təkrar olunmayan hadisə kimi baxılmasından
asılıdır. Prinsipcə, təkrar olunmayan hadisə
101
ölümdür, başqa hadisələr (nikah, boşanma) təkrar
olunan hadisələrdir və bunlar üçün ümumi
demoqrafik cədvəllər, təkrar olunmayanlar üçün –
xüsusi cədvəllər qurulur. Demoqrafik cədvəllərin
bütün göstəriciləri öz aralarında müəyyən
nisbətlərlə qarşılıqlı bağlıdır. Bu nisbətlərin iki
forması var: nəzəri (analitik), bunda rəqəm
(cədvəl) formasında verilmiş kəmiyyətlərlə yalnız
müəyyən dəqiqlik dərəcəsində yerinə yetirilən
hərəkətlər ola bilər (loqarifmləşdirmə, inteqrasiya
və s.); praktiki forma, burada bütün analitik
nisbətlər elə sadələşdirilir ki, dəqiq hesablana
bilər. Bütün göstəricilər bu nisbətlərin köməyi ilə
istənilən göstəricidən alına bilər. Lakin bu
nisbətlərdən yalnız biri çıxış göstəricisidir və
ondan müəyyən qaydada qalanları alınır. Çıxış
göstəricisi kimi sadə yolla və ən az ehtimallarla
statistik məlumatlardan alınan göstərici seçilir.
Bütün demoqrafik cədvəllərdə hesablanan ən
universal göstəricilər cədvəl əmsallarıdır (ölüm
əmsalları, nikah əmsalları, doğum əmsalları və
s.). Onlar həm sadə, yəni koqortanın bir ömür
intervalında verilmiş vaxt ərzində hadisələrin orta
sayını, yaxud diferensial, yəni həmin növdən olan
hadisələrin orta tezliliyini göstərir. Məsələn,
verilmiş səbəbdən ölümlər, həmin yaşda olan
partnyorlarla nikahlar və s.
Ümumi demoqrafik cədvəllərdə əmsallar əsas
göstəricidir. O, şkalanın addımından dəyişməyən
və cədvəlin kökünə bərabər qalan koqortanın
bütün sayına qarşı hesablanır.
Xüsusi demoqrafik cədvəllər daha dərin və
mürəkkəb göstəricilər sistemini təşkil edir. Burada
interval əmsallarından başqa, şkalanın verilmiş
intervalında hadisənin baş vermə ehtimalı əsas
yeri tutur, əmsaldan fərqli olaraq, verilmiş interval
üçün məcmunun ilk sayına nisbətlə hesablanır.
Əmsallar kimi, ehtimallar da sadə və diferensial
ola bilər. Hadisənin baş vermə ehtimalından
başqa,
cədvəldə
çox
vaxt
onun
1-dək
tamamlanması,
yəni
koqortanın
tərkibindən
çıxmamaq ehtimalı verilir. Ehtimal və cədvəl
əmsalları öz aralarında belə nisbətlərlə bağlıdır: a-
dan a+1-dək hər intervalda k
a
əmsalı və p
a
ehtimalı aşağıdakılara bərabərdir:
∫
−
=
+
−
+
1
)
(
1
/
1
a
a
dx
x
a
a
e
p
γ
,
∫
+
−
−
+
∫
∫
−
=
+
1
)
(
)
(
1
/
1
1
a
a
dx
x
dx
x
a
a
dy
e
e
k
a
a
γ
γ
Göründüyü kimi, bu əlaqə düz yox, dolayıdır, hər
iki nisbətə γ(x) kəmiyyət daxildir. Prosesin gücü
adlanan bu kəmiyyətin özü hesaba gəlmir. Lakin
riyazi
demoqrafiyada
mühüm
əhəmiyyətə
malikdir və demoqrafik cədvəllər nəzəriyyəsində
mərkəzi yer tutur. Çünki ayrı-ayrı göstəriciləri öz
aralarında bağlayır və onların interpretasiyasına
kömək edir.
Koqortanın
formalaşması
anından
şkalanın
verilmiş anınadək olan bütün vaxt kəsiyi ərzində
koqortanın
tərkibində
qalmaq
ehtimalı
demoqrafik cədvəllərin mühüm göstəricisidir və
koqortanın çıxış sayına nisbətən hesablanır.
Demoqrafik cədvəllərin əsas göstəricilərinin
sayına həmçinin şkalanın həmin intervalında
koqortadan çıxma ehtimalı daxildir və bütün
çıxmalar məcmuya nisbətən hesablanır.
Xüsusi cədvəllərdə ehtimallılıq göstəricilərindən
başqa, şkalanın verilmiş intervalında baxılan
hadisənin baş vermədiyi şəxslərin yaşamış insan-
illərin sayının göstəricisi var. Bu göstəricinin
başqa göstəricilərlə əlaqəsi analitik ifadə ilə
müəyyən edilir:
dy
e
L
a
a
dx
x
a
a
y
∫
+
−
+
∫
=
1
)
(
1
/
0
λ
burada onun, əmsallar və ehtimallara nisbəti
görünür.
Sadəliyinə və informasiya daşıyıcısı olduğuna
görə, demoqrafik cədvəllərdə verilmiş demoqrafik
vəziyyətdə gözlənilən, yaxud orta yaşama
müddəti (gözlənilən ömür uzunluğu, nikaha daxil
olmanın orta yaş cədvəli və s.) xüsusi yer tutur.
Xüsusi cədvəllər bir və ya bir neçə demoqrafik
proseslərin eyni vaxtda hərəkətini (ölüm və
miqrasiyanı, subayların ölümü, nikah vəziyyəti və
s.) təsvir edə bilər. Bir cədvəldə bir neçə
proseslərin eyni vaxtda təsviri o zaman tətbiq
olunur ki, onların hərəkəti qarşılıqlı əlaqədədir və
koqortanın sayının azalmasına müxtəlif növ
hadisələr səbəb olur. Adətən, əsas təsvir olunan
proses bu prosesin təsiri altında şəxslərin
çıxmasına gətirib çıxaran digəri ilə kombinasiya
edilir. Məsələn, heç vaxt nikahda olmayanlar üçün
kombinasiya edilmiş nikah və ölüm cədvəlləri,
nikahda olanlar üçün boşanma və dul qalma
cədvəlləri və s. qurulur. Kombinasiya edilmiş
cədvəllərdən fərqli olaraq, yalnız bir prosesi təsvir
edən cədvəl xalis cədvəl adlanır. Xalis cədvəlin
göstəricilərini almaq üçün nəzərdə tutulur ki,
proseslər (i) müstəqildir və onların hərəkəti
additivdir, bundan çıxış edərək proseslərin gücləri
toplanır. Xalis cədvəldə ehtimalın nisbəti
i
a
p
(
(qeyri-asılı ehtimal) və kombinasiya edilmiş
cədvəldəki
ehtimalların
p
i
a
(asılı
ehtimal)
aşağıdakı düsturda ifadə olunur:
102
w
i
i
a
i
a
p
p
−
−
=
∑
1
1
(
burada
∑ ∫
∫
+
+
=
i
a
a
i
a
a
i
dx
x
dx
x
w
1
1
)
(
)
(
γ
γ
.
Adətən kombinasiya edilmiş demoqrafik cədvəllər
və müvafiq xalis cədvəllər istifadə üçün rahatlığa
görə yanaşı yerləşir. Çünki, onların müqayisə
edilməsi təhlil üsullarından biridir.
Çox vaxt demoqrafik cədvəllərin kompleksləri
qurulur. Bu cədvəllər onunla bağlıdır ki, bir
prosesin nəticəsində koqortadan çıxanlar eyni
zamanda digər prosesə mail olan koqortaları
formalaşdırır. Cədvəllər kompleksinin başqa tipi o
vaxt alınır ki, eyni tipli şkalaları olan ardıcıl,
yaxud paralel prosesləri təsvir edən cədvəllər
vahid sistemə birləşir, bir koqortadan çıxmış
şəxslər yenisini formalaşdırır, başqa cədvəldə
təsvir olunan koqortanı doldurur. Multistatus
cədvəllərinin
bütün
növləri
demoqrafik
proseslərin təhlili və proqnozu üçün işlənmiş
multiregional
cədvəllərin
kompleksindən
ibarətdir.
Dostları ilə paylaş: |