A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə25/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   21   22   23   24   25   26   27   28   ...   182

DEBET

  –  müəssisənin  (bankın)  borclarının 

miqdarını  göstərən,  mühasibat  hesablarının  sol 

tərəfidir. Aktiv hesablarda debet sayılan məbləğin 

artmasını,  passiv  hesablarda  isə  azalmasını 

göstərir.  Bütün  iqtisadi  hesablaşmalar  bir  hesabın 

debetinə və digər hesabın kreditinə yazılır. 

 

DEBĐTOR

 – kredit (borc) verilmiş hüquqi və ya 

fiziki (borclu) şəxslərdir.  

 

DEBĐTOR 

BORCLARI

 

 

(I) 

1) 



debitorlardan, yəni hüquqi və ya fiziki şəxslərdən 

müəssisəyə  çatacaq  borcun  məbləğidir.  Debitor 

borcu  iqtisadi  fəaliyyətin  normal  prosesi  və  ya 

maliyyə,  yaxud  ödəmə  intizamının  pozulması  ilə 

əlaqədar  ola  bilər.  Debitor  borcu  xammal  və 

materialların  alınması  üçün  dövriyyə  vəsaiti 

çatışmazlığında 

vaxtsız 


ödəmə 

hallarında, 

müəssisə  dayanarkən  işçilərə  əmək  haqqının 

verilməsində müəssisənin dövriyyəsindən vəsaitin 

ayrılmasını  əks  etdirir.  Debitor  borclara  daxil 

edilir:  mal,  iş  və  xidmətlərə  görə  debitorlarla 

hesablaşmalar üzrə; alınmış veksellər üzrə; törəmə 

müəssisələrlə, 

büdcə 

ilə, 


heyətlə; 

digər 


əməliyyatlar üzrə (müəssisənin vəsaiti və ya bank 

krediti  hesabına  müəssisənin  işçilərinə  verilmiş 

ssuda  və  istiqraz  borcları  daxil  olmaqla),  digər 

debitorlarla 

(gözlənilən 

(qarşıdan 

gələn) 


 

99

hesablaşmalar  üzrə  digər  müəssisələr  tərəfindən 



ödənilmiş  avansların  cəmini  uçota  almaqla, 

hesabat  verməli  olan  şəxsin  (təhtəlhesab),  mal 

göndərən  və  podratçılara  verilən  avanslar  daxil 

edilməklə)    olan  borclar.  Đqtisadi  fəaliyyətdə 

normal  (qanuni)  və  müddəti  keçmiş  debitor 

borcları fərqləndirilir.   Qanunvericiliklə müəyyən 

olunmuş  vaxt  ərzində  alınmamış  debitor  borcları 

kreditor  müəssisənin  zərərinə  yazılır.  Debitor 

borclarının  təhlili  üçün  debitor  borclarının 

ödənməsinin  (dövriyyəsinin)  orta  müddəti:  təhlil 

aparılan 

dövrdə 


debitor 

borcunun 

orta 

kəmiyyətinin  bu  dövr  ərzində  göndərilmiş 



məhsulun həcminə olan nisbəti kimi hesablanır; 2) 

müəyyənləşdirilmiş vaxt (dövr) və şərtlər əsasında 

bankın  qaytarmalı  olduğu,  bankın  müştərisinin 

(kontragentinin) aktivində olan pulun miqdarıdır.  



(II)  –  şirkətin  gəlirlərinin  ümumi  məbləğinin 

qeyri-müəyyənliyi  nəticəsində,  hələlik    üçüncü 

şəxs tərəfindən daxilolmaların hesaba yazılmamış  

gəlirləridir.  

 

DEDVEYT

 -  gəminin texniki sənədinə müvafiq 

olaraq,  icazə  verilə  bilən  yükün  və  gəminin 

yanacaq  ehtiyatının,  ekipajın  və  onun  baqajının, 

içməli suyunun, azuqəsinin və s. birgə çəkisini əks 

etdirir. 

 

DEFLYASĐYA

 (tədavüldə olan kağız pulların 

miqdarının  azaldılması)  –  dövlət  tərəfindən 

inflyasiyanın aşağı salınması məqsədilə tədavüldə 

olan pul vəsaitlərinin bir hissəsinin çıxarılmasıdır.  

 

DEFLYATORLAR

  –  beynəlxalq  təcrübədə 

iqtisadi  göstəricilərin,  o  cümlədən    ÜDM-un 

komponentlərinin 

müqayisəli 

qiymətlərdə  

hesablanması  üçün  və  qiymət  dinamikasının 

ümumiləşdirici 

məcmu 


göstəricilərinin 

xarakteristikası  üçün  istifadə  edilən  müxtəlif 

indekslərin  məcmusudur.  Qiymət  statistikasında 

deflyator 

indeksləri 

inflyasiyanın 

miqyasını 

qiymətləndirən geniş əhatəli göstərici hesab edilir. 

Deflyatorların  tətbiq  edilməsi  təmsilçi-malların 

vahid 


dəsti 

əsasında 

indeksin 

bilavasitə 

hesablanması 

yolu 


ilə 

qiymətin 

məcmu 

dəyişməsini  müəyyən  etməyə  imkan  verməyən, 



müxtəlif  mürəkkəb  struktura  malik  olan,  makro-

səviyyəli göstəricilərin xüsusiyyətləri ilə şərtlənir. 

Deflyatorlar  təhlil  olunan  göstəricinin  faktiki 

qiymətlərdə  kəmiyyətinin  onun  sabit  qiymətlərdə 

olan kəmiyyətlərə nisbəti ilə xarakterizə olunur. 

Đndeks  deflyatorların  əsas  xüsusiyyəti  onların 

tərtib  olunması  üçün  lazım  olan  məlumatların, 

adətən  xüsusi  olaraq  toplanmaması  hesab  edilir. 

Bu,  onların  həm  yaxşı  cəhətləri,  həm  də 

nöqsanları  hesab  olunur.  Belə  ki,  indeks 

deflyatorlar  ÜDM-un  komponentlərinin  yenidən 

qiymətləndirilməsi 

üçün 

istifadə 



olunan 

məlumatların 

toplanması 

və 


işlənməsində 

meydana çıxan bütün problemləri əks etdirir. 

Makro 

səviyyədə 



aqreqasiya 

olunmuş 


göstəricilərin  əldə  edilməsi  üçün  göstəricinin 

komponentlərinin 

 

faktikidən 



müqayisəli 

qiymətlərə  keçirilməsi  həyata  keçirilir.  Yenidən 

qiymətləndirilmənin bir neçə metodu mövcuddur: 

1)  hesabat  dövrünün  ayrı-ayrı  məhsullarının  baza 

dövrünün 

qiymətlərində 

qiymətləndirilməsinə 

imkan 


verən, 

məhsulların 

bilavasitə 

qiymətləndirilməsi  metodu.  Kənd  təsərrüfatı 

məhsullarının  istehsalı  və  istifadə  edilməsinin 

qiymətləndirilməsində  tətbiq  olunur;          2) 

qüvvədə  olan  qiymət  və  qiymət  indekslərindən 

müvafiq  göstəricilərin  həcminin  dəyəri  haqqında 

məlumatlarda istifadə olunan qiymət indekslərinin 

deflyasiyalaşdırılması  metodu;  3)  fiziki  həcm 

indeksləri  vasitəsilə  ekstrapolyasiya  metodu; 

yenidən  qiymətləndirmə  baza  dövrünün  dəyər 

kəmiyyətləri  və  fiziki  həcm  indeksi  əsasında 

yerinə  yetirilir.  Həcmi  müqayisəli  qiymətlərdə 

istehsalının  və  ya  satışının  fiziki  həcminin  

dəyişdirilməsi 

ilə 

 

müəyyənləşdirilən 



komponentlərin 

müqayisəli 

qiymətlərdə 

hesablanmasında istifadə edilir. 

 

DEFLYATORLAŞDIRMA  (DEFLYASĐ-

YALAŞDIRMA)

    –  cari  qiymətlərlə  ifadə 

olunmuş  göstəricilərin  daimi,  müqayisə  edilən 

qiymətlərə  çevrilməsidir.  ÜDM  (əlavə  dəyər) 

göstəricisinin  daimi  qiymətlərə  çevrilməsi  üçün 

iki  üsuldan  istifadə  edilir  –  birbaşa  və  ikiqat 

deflyasiyalaşdırma 

üsullarından. 

Birbaşa 

deflyasiyalaşdırma  üsulu  tətbiq  edildikdə,  həm 

ümumi  buraxılış  göstəricisi,  həm  aralıq  istehlak, 

həm  də  əlavə  dəyər  eyni  qiymət  indeksi  (ümumi 

buraxılışın  qiymət  indeksi)  vasitəsilə  sabit 

qiymətlərə  çevrilir.  Bu  üsuldan  aralıq  istehlak 

üçün  ayrıca  deflyatorların  (qiymət  indekslərinin) 

mövcud  olmadığı  və  ya  ümumi  məhsul  buraxılışı 

və 


aralıq 

istehlaka 

dair 

etibarlı, 



dürüst 

məlumatların  olmadığı  hallarda  istifadə  olunur.   



Đkiqat  deflyasiyalaşdırma  üsulunda  isə  ÜDM 

(əlavə dəyər) müvafiq qiymət indeksləri vasitəsilə 

ayrılıqda deflyasiyalaşdırılmış ümumi buraxılış və 

aralıq  istehlak  göstəriciləri  arasındakı  fərq  kimi 

müəyyən edilir. 

 

DEKLARANT 

(BƏYANNAMƏÇĐ)

 

 

gömrük  rəsmiləşdirilməsi  məqsədilə  malları  və 

nəqliyyat  vasitələrini  bəyan  edən,  təqdim  edən, 

göstərən  hüquqi  şəxsdir  (və  ya  malları  və 

nəqliyyat  vasitələrini  sərhəddən  keçirən  şəxs, 

yaxud gömrük brokeridir). 

Azərbaycan Respublikasında deklarant, malları və 

nəqliyyat  vasitələrini    gömrük  sərhədindən 



 

100 


keçirən 

 

və 



ya 

gömrük 


brokeri 

olub-


olmamasından  asılı  olmayaraq,  bütün  vəzifələri 

yerinə  yetirən  şəxsdir  və  o,  Azərbaycan 

Respublikasının  Gömrük  Məcəlləsində  nəzərdə 

tutulan qaydada tam məsuliyyət daşıyır.  

 

DELĐSTĐNQ  (QĐYMƏTLĐ  KAĞIZLARIN 

SĐYAHIDAN  ÇIXARILMASI)

  –  hər  hansı 

bir  şirkətin  fond  birjasına  təqdim  olunmuş  səhm 

və 

ya 


istiqrazlarının  birja 

dövriyyəsindən 

çıxarılmasıdır.  Adətən,  şirkət  siyahının tələblərini 

pozduğu  və  ya  fəaliyyətini  dayandırdığı  hallarda, 

birjanın 

qərarına 

əsasən 


həyata 

keçirilir. 

Siyahıdan 

çıxarılma 

nəticəsində, 

çıxarılmış 

səhmlərlə 

birja 


ticarəti 

və 


onların 

birja 

qiymətlərinin dərc edilməsi dayandırılır. 

 

DEMOQRAFĐK  AMORTĐZASĐYA

  (keç. 

lat.  amortisatio  –  ödənmə,  aşağı  salma)  -  



amortizasiya  qaydası,  əhalinin  doğum,  ölüm  və 

təbii artımının  ümumi  əmsallarının  dinamikasının 

empirik  müəyyən  edilmiş  qanunauyğunluğudur. 

Onunla  ifadə  olunur  ki,  demoqrafik  proseslərin 

yaş  intensivliklərinin  kəskin  dəyişməsi  vaxt 

keçdikcə 

yavaş-yavaş 

sönür 


və 

sabitləşir. 

Demoqrafik  amortizasiya  ümumi  əmsalların 

əhalinin yaş tərkibinə təsirindən və yaş tərkibinin 

ümumi əmsalların kəmiyyətinə əks təsirindən irəli 

gəlir.  Məsələn,  ümumi  doğum  əmsalının  artması 

uşaqların  sayının  artmasına  və  müvafiq  olaraq, 

reproduktiv  yaşlarda  olan  şəxslərin  payının  aşağı 

düşməsinə gətirib çıxarır. Nəticədə ümumi doğum 

əmsalı aşağı düşür, bu da öz növbəsində uşaqların 

sayının  azalması  və  reproduktiv  yaşlarda  olan 

şəxslərin  payının  müvafiq  olaraq    artması  ilə 

nəticələnir. Real əhalidə demoqrafik amortizasiya 

hadisəsi, bir qayda olaraq, demoqrafik proseslərin 

gedişinin başqa dəyişiklikləri ilə mürəkkəbləşir.  

 

DEMOQRAFĐK CAVANLAŞMA

 – əhalinin 

ümumi  sayında  uşaqların  (0–14  yaş),  yaxud 

cavanların 

payının 

artmasıdır. 

Demoqrafik 

cavanlaşmanın  əsas  amilləri  doğumun  artması  və 

körpələrin  və  uşaqların  ölümünün  azalması  ola 

bilər.  Demoqrafik  keçid  konsepsiya  ilə  təsvir 

olunan  demoqrafik  proseslərin  müxtəlif  ölkələrdə 

təkamülünü 

nəzərə 

alaraq, 


demoqrafik 

cavanlaşma  prosesi  əsasən  müvəqqəti  xarakter 

daşıyır və sonra yaş strukturunun ümumi dəyişmə 

qanunauyğunluğu  –  demoqrafik  qocalma  ilə  əvəz 

olunur.  Ayrı-ayrı  ərazilər  üçün  demoqrafik 

cavanlaşmaya  cavan  yaşda  adamların  intensiv 

immiqrasiyası da səbəb ola bilər. 

 

DEMOQRAFĐK  CƏDVƏLĐN  KÖKÜ

  – 


şərti 

kəmiyyət; 

demoqrafik 

cədvəlin 

bəzi 

göstəricilərini  hesablamaq  üçün  qəbul  olunmuş 



miqyasdır.  Adətən  10  minə,  yaxud  100  minə 

bərabər  qəbul  olunur.  Nadir  hallarda  demoqrafik 

cədvəlin  kökü  kimi  10-a  bölünə  bilən  digər 

kəmiyyətlərdən  də  istifadə  olunur.  Demoqrafik 

cədvəlin  kökü  seçilərkən  nəzərə  alınır  ki, 

demoqrafik  cədvəlin  göstəricilərinin  dəqiqliyi  ilə 

demoqrafik  cədvəlin  kökü  arasında  əks  əlaqə 

mövcuddur.  Belə  ki,  əgər  cədvəlin  çıxış 

göstəricisinin  dəqiqliyi  0,0001  təşkil  edirsə,  onda 

demoqrafik  cədvəlin  kökü  10  mindən  artıq 

olmamalıdır.  Demoqrafik  cədvəli  hər  hansı 

koqortanın (real, yaxud hipotetik) şərti tarixi kimi 

qəbul  etdikdə,  koqortanın  başlanğıc  sayı  (ölüm 



cədvəllərində 

doğulanların, 



boşanma 

cədvəllərində 

nikaha 


daxil 

olanların 

sayı) 

demoqrafik cədvəlin kökünə bərabərləşdirilir.  



 

DEMOQRAFĐK CƏDVƏLLƏR

 – koqortada 

bir  və  ya  bir  neçə  demoqrafik  proseslər  axınını 

xarakterizə edən, bir-biri ilə qarşılıqlı əlaqədə olan 

kəmiyyətlərin  nizamlanmış  sıralarıdır.  Rəqəmli 

modellərdir, 

müvafiq 

demoqrafik 

prosesin 

koqortanın  öz  vaxtından  asılı  olaraq  (məsələn, 

yaş, nikahın müddəti), intensivliyinin dəyişməsini 

və  müvafiq  prosesin  təsiri  altında  koqortanın  öz 

sayının  dəyişməsini  əks  etdirir.  Demoqrafik 

cədvəllər – demoqrafik prosesləri göstərmək üçün 

ən çox yayılmış cədvəl növlərindən biridir. 

Demoqrafik  cədvəllərin  qurulması  nəzəriyyəsi 

daim  inkişafdadır,  onlar  demoqrafik  təhlilin  ən 

effektiv  alətidir  və  demoqrafik  modellərin 

çoxunun əsasını təşkil edir. 

Demoqrafik  cədvəllər  demoqrafik  prosesləri  həm 

real,  həm  də  hipotetik  koqortada  xarakterizə  edə 

bilir.  Cədvəl  qarşılıqlı  əlaqədə  olan  göstəricilər 

dəstindən  ibarətdir.  Eyni  tipli  göstəricilərin  hər 

sırası  cədvəlin  vahid  şkalası  üzrə  hesablanır. 

Koqortanın  yaranmasından  keçmiş  vaxt  cədvəlin 

şkalasıdır  –  yaşdır  (doğulduğu  andan  keçmiş 

vaxt),  nikahın  müddəti  (nikahın  bağlanmasından 

keçmiş  vaxt)  və  s.  Cədvəlin  şkalasındakı  vaxt 

illərlə, həmçinin illər və günlərlə ölçülür. Şkalanın 

addımından asılı olaraq, cədvəllər tam – addımı 1 

il,  qısa  –  daha  iri  addım,  adətən  5,  yaxud  10  il, 

cədvəllərə  bölünür.  Cədvəlin  şkalası  sol  sütunda 

yerləşir. 

Demoqrafik 

cədvəllərin 

bütün 


göstəriciləri  vahid  miqyasda  demoqrafik  cədvəlin 

kökü  adlanır  və  hər  hansı  bir  bütöv  rəqəmə, 

adətən  10 000,  yaxud  100 000-ə  bərabər  qəbul 

olunur; bu rəqəm koqortanın şərti çıxış sayıdır. 

Demoqrafik cədvəllərin iki əsas tipi mövcuddur – 

ümumi və xüsusi, onlar həm göstəricilərin tərkibi 

ilə, həm də onların interpretasiyaları ilə fərqlənir. 

Demoqrafik  cədvəllərin  tipi  prosesin  demoqrafik 

hadisəsinə insanın həyatında təkrar olunan, yaxud 

təkrar  olunmayan  hadisə  kimi  baxılmasından 

asılıdır.  Prinsipcə,  təkrar  olunmayan  hadisə 



 

101


ölümdür,  başqa  hadisələr (nikah,  boşanma)  təkrar 

olunan  hadisələrdir  və  bunlar  üçün  ümumi 

demoqrafik cədvəllər, təkrar olunmayanlar üçün – 

xüsusi  cədvəllər  qurulur.  Demoqrafik  cədvəllərin 

bütün  göstəriciləri  öz  aralarında  müəyyən 

nisbətlərlə  qarşılıqlı  bağlıdır.  Bu  nisbətlərin  iki 

forması  var:  nəzəri  (analitik),  bunda  rəqəm 

(cədvəl) formasında verilmiş kəmiyyətlərlə yalnız 

müəyyən  dəqiqlik  dərəcəsində  yerinə  yetirilən 

hərəkətlər ola bilər (loqarifmləşdirmə, inteqrasiya 

və  s.);  praktiki  forma,  burada  bütün  analitik 

nisbətlər  elə  sadələşdirilir  ki,  dəqiq  hesablana 

bilər. Bütün göstəricilər bu nisbətlərin köməyi ilə 

istənilən  göstəricidən  alına  bilər.  Lakin  bu 

nisbətlərdən  yalnız  biri  çıxış  göstəricisidir  və 

ondan  müəyyən  qaydada  qalanları  alınır.  Çıxış 

göstəricisi  kimi  sadə  yolla  və  ən  az  ehtimallarla 

statistik məlumatlardan alınan göstərici seçilir. 

Bütün  demoqrafik  cədvəllərdə  hesablanan  ən 

universal  göstəricilər  cədvəl  əmsallarıdır  (ölüm 



əmsalları,  nikah  əmsalları,  doğum  əmsalları  və 

s.).  Onlar  həm  sadə,  yəni  koqortanın  bir  ömür 

intervalında verilmiş vaxt ərzində hadisələrin orta 

sayını, yaxud diferensial, yəni həmin növdən olan 

hadisələrin  orta  tezliliyini  göstərir.  Məsələn, 

verilmiş  səbəbdən  ölümlər,  həmin  yaşda  olan 

partnyorlarla nikahlar və s. 

Ümumi  demoqrafik  cədvəllərdə  əmsallar  əsas 

göstəricidir.  O,  şkalanın  addımından  dəyişməyən 

və  cədvəlin  kökünə  bərabər  qalan  koqortanın 

bütün sayına qarşı hesablanır. 



Xüsusi  demoqrafik  cədvəllər  daha  dərin  və 

mürəkkəb göstəricilər sistemini təşkil edir. Burada 

interval  əmsallarından  başqa,  şkalanın  verilmiş 

intervalında  hadisənin  baş  vermə  ehtimalı  əsas 

yeri tutur, əmsaldan fərqli olaraq, verilmiş interval 

üçün  məcmunun  ilk  sayına  nisbətlə  hesablanır. 

Əmsallar  kimi,  ehtimallar  da  sadə  və  diferensial 

ola  bilər.  Hadisənin  baş  vermə  ehtimalından 

başqa, 

cədvəldə 



çox 

vaxt 


onun 

1-dək 


tamamlanması, 

yəni 


koqortanın 

tərkibindən 

çıxmamaq  ehtimalı  verilir.  Ehtimal  və  cədvəl 

əmsalları öz aralarında belə nisbətlərlə bağlıdır: a-

dan  a+1-dək  hər  intervalda  k

a

  əmsalı  və  p

a

 

ehtimalı aşağıdakılara bərabərdir:  



=



+

+



1

)

(



1

/

1



a

a

dx

x

a

a

e

p

γ



+



+



=



+

1

)



(

)

(



1

/

1



1

a

a

dx

x

dx

x

a

a

dy

e

e

k

a

a

γ

γ



 

Göründüyü kimi, bu əlaqə düz yox, dolayıdır, hər 

iki  nisbətə  γ(x)  kəmiyyət  daxildir.  Prosesin  gücü 

adlanan  bu  kəmiyyətin  özü  hesaba  gəlmir.  Lakin 

riyazi 

demoqrafiyada 



mühüm 

əhəmiyyətə 

malikdir  və  demoqrafik  cədvəllər  nəzəriyyəsində 

mərkəzi yer tutur. Çünki ayrı-ayrı göstəriciləri öz 

aralarında  bağlayır  və  onların  interpretasiyasına 

kömək edir. 

Koqortanın 

formalaşması 

anından 

şkalanın 

verilmiş  anınadək  olan  bütün  vaxt  kəsiyi  ərzində 

koqortanın 

tərkibində 

qalmaq 

ehtimalı 

demoqrafik  cədvəllərin  mühüm  göstəricisidir  və 

koqortanın  çıxış  sayına  nisbətən  hesablanır. 

Demoqrafik  cədvəllərin  əsas  göstəricilərinin 

sayına  həmçinin  şkalanın  həmin  intervalında 

koqortadan  çıxma  ehtimalı  daxildir  və  bütün 

çıxmalar məcmuya nisbətən hesablanır. 

Xüsusi  cədvəllərdə  ehtimallılıq  göstəricilərindən 

başqa,  şkalanın  verilmiş  intervalında  baxılan 

hadisənin baş vermədiyi şəxslərin yaşamış insan-



illərin  sayının  göstəricisi  var.  Bu  göstəricinin 

başqa  göstəricilərlə  əlaqəsi  analitik  ifadə  ilə 

müəyyən edilir: 

dy

e

L

a

a

dx

x

a

a

y

+



+



=

1

)



(

1

/



0

λ

 



burada  onun,  əmsallar  və  ehtimallara  nisbəti 

görünür. 

Sadəliyinə  və  informasiya  daşıyıcısı  olduğuna 

görə, demoqrafik cədvəllərdə verilmiş demoqrafik 

vəziyyətdə  gözlənilən,  yaxud  orta  yaşama 

müddəti  (gözlənilən  ömür uzunluğu,  nikaha  daxil 

olmanın orta yaş cədvəli və s.) xüsusi yer tutur. 

Xüsusi  cədvəllər  bir  və  ya  bir  neçə  demoqrafik 

proseslərin  eyni  vaxtda  hərəkətini  (ölüm  və 

miqrasiyanı, subayların ölümü, nikah vəziyyəti və 

s.)  təsvir  edə  bilər.  Bir  cədvəldə  bir  neçə 

proseslərin  eyni  vaxtda  təsviri  o  zaman  tətbiq 

olunur ki, onların hərəkəti qarşılıqlı əlaqədədir və 

koqortanın  sayının  azalmasına  müxtəlif  növ 

hadisələr  səbəb  olur.  Adətən,  əsas  təsvir  olunan 

proses  bu  prosesin  təsiri  altında  şəxslərin 

çıxmasına  gətirib  çıxaran  digəri  ilə  kombinasiya 

edilir. Məsələn, heç vaxt nikahda olmayanlar üçün 



kombinasiya  edilmiş  nikah  və  ölüm  cədvəlləri, 

nikahda  olanlar  üçün  boşanma  və  dul  qalma 

cədvəlləri  və  s.  qurulur.  Kombinasiya  edilmiş 

cədvəllərdən fərqli olaraq, yalnız bir prosesi təsvir 

edən  cədvəl  xalis  cədvəl  adlanır.  Xalis  cədvəlin 

göstəricilərini  almaq  üçün  nəzərdə  tutulur  ki, 

proseslər  (i)  müstəqildir  və  onların  hərəkəti 

additivdir, bundan çıxış edərək proseslərin gücləri 

toplanır.  Xalis  cədvəldə  ehtimalın  nisbəti 

i

a

p

(

 



(qeyri-asılı  ehtimal)  və  kombinasiya  edilmiş 

cədvəldəki 

ehtimalların 

p

i

a

 

(asılı 



ehtimal) 

aşağıdakı düsturda ifadə olunur:  



 

102 


w

i

i

a

i

a

p

p







=

1



1

(

 



burada  

∑ ∫


+

+



=

i

a

a

i

a

a

i

dx

x

dx

x

w

1

1



)

(

)



(

γ

γ



Adətən kombinasiya edilmiş demoqrafik cədvəllər 

və  müvafiq xalis cədvəllər istifadə üçün rahatlığa 

görə  yanaşı  yerləşir.  Çünki,  onların  müqayisə 

edilməsi təhlil üsullarından biridir. 

Çox  vaxt  demoqrafik  cədvəllərin  kompleksləri 

qurulur.  Bu  cədvəllər  onunla  bağlıdır  ki,  bir 

prosesin  nəticəsində  koqortadan  çıxanlar  eyni 

zamanda  digər  prosesə  mail  olan  koqortaları 

formalaşdırır. Cədvəllər kompleksinin başqa tipi o 

vaxt  alınır  ki,  eyni  tipli  şkalaları  olan  ardıcıl, 

yaxud  paralel  prosesləri  təsvir  edən  cədvəllər 

vahid  sistemə  birləşir,  bir  koqortadan  çıxmış 

şəxslər  yenisini  formalaşdırır,  başqa  cədvəldə 

təsvir  olunan  koqortanı  doldurur.  Multistatus 

cədvəllərinin 

bütün 


növləri 

demoqrafik 

proseslərin  təhlili  və  proqnozu  üçün  işlənmiş 

multiregional 

cədvəllərin 

kompleksindən 

ibarətdir. 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin