DEMOQRAFĐK HADĐSƏLƏRĐN CARĐ
UÇOTU
(əhalinin təbii adlanan hərəkətinin
cari uçotu) – doğum, ölüm, nikah və boşanma
halları, bu hadisələrin baş verməsi haqqında
məlumatların toplanmasıdır. Məqsəd – əhalinin
sayı və tərkibi (doğum və ölüm nəticəsində daim
dəyişən)
haqqında
məlumatın,
həmçinin
demoqrafik
proseslərin
xarakteristikalarının
müntəzəm alınmasıdır. Demoqrafik hadisələrin
cari uçotunun spesifikası ondan ibarətdir ki,
demoqrafik hadisələr hüquqi rəsmiləşmədən sonra
müşahidə oluna bilir, çünki onların hər biri hüquqi
əhəmiyyətə malikdir. Cari qeydiyyat olmadıqda,
yaxud pis təşkil olunduqda, analoji məlumatlar
bəzən retrospektiv əhalinin siyahıya alınması,
yaxud müşahidəsi zamanı alınır (məsələn,
siyahıyaalmadan qabaqkı il ərzində ailədə doğum
və ölənlərin sayı haqda).
XX əsrin ortalarından inkişaf etmiş ölkələrin
çoxunda demoqrafik hadisələrin cari uçotu xüsusi
dövlət orqanlarında, yaxud səhiyyə orqanlarında
məcburi qeydiyyatı kimi mövcuddur.
Azərbaycan
Respublikasında
demoqrafik
hadisələrin cari uçotu vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatına əsaslanır. Uşağın
doğulması haqda qeydiyyat uşağın doğulduğu yer
üzrə, yaxud valideynlərinin (yaxud onlardan
107
birinin) yaşadığı yer üzrə doğum evindən
(xəstəxanadan) verilmiş arayış əsasında aparılır.
Nikahda olan ata və ana onların birinin ərizəsinə
əsasən
valideynlər
kimi
yazılır.
Nikahda
olmadıqda, uşağın anası haqda qeydiyyat onun
ərizəsi əsasında, atası haqda qeydiyyat – ata və
ananın birgə ərizəsi, yaxud məhkəmə qərarı üzrə
yazılır.
Doğum
haqda
aktda
aşağıdakılar
göstərilir: cinsi, doğulduğu tarix və yer, anadan
doğulmuş neçənci uşaqdır, bir döllü, yaxud
çoxdöllü doğumda, diri, yaxud ölü, həmçinin
valideynlərin doğulduğu tarix, yaşı, milliyyəti,
təhsil səviyyəsi, iş yeri, vəzifəsi, yaxud yaşamaq
üçün vəsait mənbəyi, onların daimi yaşadığı yer
və orada yaşadığı müddət, nikahlarının qeydiyyat
tarixi və atası haqda qeydiyyatın əsası.
Ölümün qeydiyyatı ölənin yaşadığı yer üzrə və
ölüm haqda həkim şəhadətnaməsinin əsasında
ölümün baş verdiyi yer üzrə aparılır. Ölüm haqda
aktda ölüm tarixi, yeri və səbəbi, ölənin cinsi,
doğulduğu tarix və yer, yaşı, nikahlıq vəziyyəti,
təhsil səviyyəsi, milliyyəti, harada və hansı
vəzifədə işləmiş, yaxud yaşamaq üçün vəsait
mənbəyi, daimi yaşayış yeri və orada yaşadığı
müddət, 1 yaşadək ölənlər üçün isə – ananın
müvafiq
xarakteristikaları,
həmçinin
sayca
neçənci uşaqdır və özünün yaşı göstərilir.
Nikahın qeydiyyatı nikaha girənlərin birinin
yaşadığı yer üzrə Ədliyyə Nazirliyinin müvafiq
orqanlarına verdiyi birgə ərizə əsasında və ərizə
verildiyi gündən bir aydan tez olmayaraq aparılır.
Nikaha girmək üçün nikaha girən şəxslərin
qarşılıqlı razılığı və onların nikah yaşına çatması
tələb olunur.
Boşanmanın
qeydiyyatı
ər-arvadın,
yaxud
onlardan birinin yaşadığı yer üzrə müvafiq
qeydiyyat orqanına ərizəsi əsasında, yetkinlik
yaşına çatmamış uşaqlar olduqda, yaxud ər-arvad
arasında mübahisə olduqda, məhkəmənin qərarı
ilə yazılır. Nikah ər-arvadın bir tərəfli ərizəsi ilə
də ləğv edilə bilər, əgər o biri tərəf ruhi xəstəlik
və s. bu kimi hallar nəticəsində məhkəmə
tərəfindən iş bacarığı olmayan, itkin düşmüş və 3
ildən az olmayan müddətə azadlıqdan məhrum
olunmuşdursa. Đstənilən halda, yalnız nikahın
pozulması haqda aktın qeydə alındığı andan nikah
pozulmuş hesab olunur.
Aktlar iki nüsxədən ibarət yazılır. Birinci nüsxə
qeydiyyat orqanlarının arxivinə, ikinci isə statistik
işləmələr üçün yerli statistika orqanlarına verilir.
DEMOQRAFĐK
HADĐSƏLƏRĐN
SIX-
LIĞI
– insanların müəyyən məcmusunda vaxt
vahidində baş verən demoqrafik hadisələrin
sayıdır. Demoqrafik proseslərin öyrənilməsində
onların vaxta görə intensivliyini ölçmək üçün
tətbiq olunur.
Demoqrafik
təhlildə
demoqrafik
prosesin
intensivliyinə koqortanın (nəslin) sayından və
demoqrafik hadisələr (doğum, ölüm və s.)
götürülmüş vaxtdan asılı olan dəyişən kəmiyyət
kimi baxılır. Əgər baxılan vaxt kəsiri 0 (sıfır)
olarsa, onda demoqrafik hadisələrin sıxlığı həmin
koqortada (nəsildə) olacaq.
t
E
D
t
lim
0
→
=
burada E – hadisələrin sayı, t – vaxtdır. Bununla
həm təqvim vaxtı, həm də koqortanın öz vaxtı
başa düşülür (məsələn, yaş).
Konkret demoqrafik tədqiqatlarqa demoqrafik
hadisələrin sıxlığı demoqrafik hadisələrin vaxta
görə bölüşdürülməsinin xarakteristikasında, yaxud
yaşa görə vaxt intervalları qeyri-bərabər olduğu
halda
hadisələrin
sayı
vaxt
intervalının
kəmiyyətinə bölünməklə hesablanır.
DEMOQRAFĐK
HƏRƏKƏT
(statistik
registrdə) – vahidin registrə yazılması və ya
registrdən çıxarılması, yaxud vahidlər arasında
əlaqənin yaradılması və kəsilməsi əks olunan
hadisələrin nəticəsidir.
DEMOQRAFĐK ĐNDEKSLƏR
– bir əhali
qrupunda etalon (standart) kimi qəbul olunan
digər əhaliyə nisbətən demoqrafik proseslərin
intensivliyini xarakterizə edən göstəricilərdir.
Ərazi üzrə müqayisələr zamanı demoqrafik
proseslərin sosial və iqtisadi əlamətlərə görə
fərqlənməsinin təhlilində tətbiq olunur. Hər bir
ümumi demoqrafik əmsal xüsusi əmsalların əhali
sayının müvafiq payına vurma hasilinin cəmi kimi
təqdim oluna bilər. Əgər öyrənilən əhalidə
prosesin intensivliyinin ümumi əmsalı
∑
′
⋅
′
=
′
x
x
m
S
m
standart kimi qəbul olunan
əhali üçün analoji əmsal isə
∑
⋅
=
0
0
0
x
x
m
S
m
(burada
0
x
S
və
x
S ′
– müvafiq
strukturlar,
0
x
m
və
0
m′
– müvafiq xüsusi əmsallar)
olarsa, onda əmsallar arasındakı nisbəti aşağıdakı
kimi göstərmək olar:
s
i
I
I
m
m
⋅
=
′
0
, burada
∑
∑
⋅
′
′
⋅
′
=
0
x
x
x
i
m
S
m
S
I
– intensivlik indeksi,
∑
∑
⋅
⋅
′
=
0
0
0
x
x
x
x
s
m
S
m
S
I
isə – strukturun indeksidir.
Đntensivlik indeksinin məxrəc və surətinə eyni
əhalinin strukturu daxildir. Buna görə də, indeks
hadisələrin real sayının həmin əhalinin hipotetik
sayına nisbətidir. Belə etalon (standart) əmsallar
108
kimi bəzən bütün öyrənilən qruplar üzrə ən tipik,
yaxud orta, maksimum götürülür. Đntensivlik
indeksinin Đ
i
standart qəbul edilmiş əhali üçün
ümumi
əmsalına
( m
0
)
hasili
demoqrafik
əmsalların standartlaşdırılmasının dolayı metodu
ilə standartlaşmış əmsala bərabərdir. Bu prinsipə
əsaslanan indekslər daha geniş yayılmışdır və
doğumda
nikah
strukturunun,
nikahda
və
nikahdankənar doğumun intensivliklərinin təsirini
müqayisə etməyə imkan verir. Doğum indeksi
doğumların real sayının (N) hipotetik sayın
nisbətinə bərabərdir, hər yaşda olan (S
x
) qadınlar
həmin sayda olduqda və doğumun maksimum
xüsusi yaş əmsallarında (F
x
):
∑
⋅
=
x
x
f
F
S
N
I
Nikahda doğum indeksi də
oxşar qaydada hesablanır:
∑
⋅
=
x
m
x
m
g
F
S
N
I
burada N
m
– nikahda doğumların
sayı,
m
x
S
– nikahda olan x yaşda qadınların
sayıdır.
Nikahdankənar doğum indeksi:
∑
⋅
=
x
m
x
m
h
F
S
N
I
, burada
m
N
– nikahdan kənar
doğulanların sayı,
m
x
S
– nikahda olmayan x yaşda
qadınların sayıdır. N=N
m
+N
m
və S
x
=S
m
+S
m
olduğundan, doğum indeksləri arasında aşağıdakı
nisbət mövcuddur:
(
)
m
h
m
g
f
I
I
I
I
I
−
⋅
+
⋅
=
1
, burada I
m
– nikah
strukturu
indeksidir,
nikahda
doğulanların
hipotetik sayının bütün doğulanların hipotetik
sayının nisbətinə bərabərdir:
∑
∑
⋅
⋅
=
x
x
x
m
x
m
F
S
F
S
I
.
DEMOQRAFĐK
ĐNFORMASĐYANIN
MƏNBƏLƏRĐ
– əhali və demoqrafik proseslər
haqqında məlumatların cari nəşrləridir. Əhatə
dərəcəsi (dünya, region, ölkə və ya onun hissələri
– rayon, ərazi, yaxud ayrıca yaşayış məntəqəsi),
milli
mənsubiyyəti
(milli
və
beynəlxalq),
məlumatların xarakteri (vaxta görə əhalinin sayı
və tərkibi, hər bir dövr üçün demoqrafik
hadisələrin
xarakteristikaları,
demoqrafik
proseslərin
qarışıq
xarakteristikaları),
məlumatların aid olduğu dövr (tarixi-demoqrafik,
retrospektiv,
cari,
demoqrafik
proqnozlar),
məlumatların əldəetmə növü (rəsmi nəşrlər,
xüsusi
tədqiqatların
materialları),
nəşrin
xarakteri (xüsusi, ümumi tipli) üzrə fərqlənirlər.
Đnformasiyanın dolğun və dəqiqliyi baxımından,
demoqrafik informasiyanın mənbələrini ilkin –
toplanmış statistik məlumatların işlənməsi və
müqayisəsinin bilavasitə nəticələrini və onların
əsasında hesablama yolu ilə alınan göstəriciləri
olan və ikinci – ilkin məlumatlar üzrə
qiymətləndirmə və müxtəlif növ hesablamaların
nəticələri olan mənbələrə bölmək çox vacibdir.
Bəzən demoqrafik informasiyanın mənbələrinə
həmçinin illik müşahidə, yaxud demoqrafik
hadisələrin uçot sənədləri aid edilir. Demoqrafik
hadisələri izah etmək üçün başqa mənbələrdən:
birbaşa kəmiyyət məlumatlarını əks etdirməyən
ədəbi, sənədli, qanunvericilik aktlarından və s.
istifadə olunur.
Ölkələrin əksəriyyətində demoqrafik informasiya
əhalinin siyahıyaalmaları, demoqrafik hadisələrin
cari uçotu və əhalinin müşahidələri vasitəsilə
statistika xidmətlərində toplanır. Bu məlumatlar
demoqrafik informasiyanın əsas mənbələrini
təşkil edir. Đlkin demoqrafik informasiyanın
mənbələrinin başqa növü qeyri-hökumət (elmi-
tədqiqat, layihə, ictimai və s.) təşkilatları
tərəfindən
aparılan
seçmə
müşahidələrin
nəticələridir. Onlar ancaq əhalinin ayrı-ayrı
qruplarını əhatə edir, lakin seçmənin düzgün
təşkili zamanı demoqrafik hadisə haqqında
qiymətli məlumatlar verə bilir. Đkinci (təkrar)
informasiya ilkin məlumatlar əsasında yerinə
yetirilmiş, yaxud qeyri-demoqrafik məqsədlər
üçün toplanmış materiallar üzrə tədqiqat işlərində
olur.
Demoqrafik
informasiyanın
mənbələrində
məlumatların konkret məzmunu qəbul olunmuş
müşahidə
və
məlumatların
işlənməsi
proqramlarında və bəzi hallarda beynəlxalq
sazişlərdə dünya, yaxud regional səviyyədə
nizama salınmasından (məsələn, BMT, Avropa
Şurası
və
başqa
beynəlxalq
təşkilatlar
çərçivəsində) asılıdır. Bu zaman məlumatların
təkcə məzmunu qeyd edilmir, həm də müəyyən
dərəcədə
informasiyanın
dövriliyi,
əsas
anlayışları, kateqoriya və metodları şərtləndirilir.
Bu
da
beynəlxalq
müqayisələr
zamanı
məlumatların müqayisəsini asanlaşdırır.
DEMOQRAFĐK QOCALMA
- əhalinin
ümumi sayında ahıl (yaşa dolmuş) və qocaların
payının artmasıdır. Demoqrafik qocalmanın
səbəbi əhalinin təkrar istehsalının xarakterində
uzun sürən (uzunmüddətli) dəyişikliklər hesab
olunur. Doğumun azalması nəticəsində uşaqların
nisbi sayının tədricən ixtisara düşməsi ilə bağlı
baş verən “aşağıdan” qocalma, uşaqların sayının
zəif artmasına nisbətən qocalıq yaşlarında olanlar
arasında ölümün azalması nəticəsində qoca
adamların sayının artması ilə müşahidə olunan
“yuxarıdan” qocalma fərqləndirilir. Bu terminlər
(anlayışlar) əhalinin yaş strukturunun qrafik
109
təsviri (yaş piramidası) ilə bağlıdır. Demoqrafik
qocalmaya müxtəlif səviyyədə ayrı-ayrı yaş
qruplarına toxunan əhalinin miqrasiyası və yaxud
gənclərin böyük hissəsinin müharibədə həlak
olması da səbəb ola bilər. Demoqrafik qocalığın
qiymətləndirilməsi
üçün
müxtəlif
qocalıq
əmsallarından istifadə edilir ki, onlar arasında da
daha çox istifadə edilənlər aşağıdakılardır:
1)
;
100
60
60
×
=
+
S
S
W
2)
100
65
65
×
=
+
S
S
W
Burada: S
60+
və S
65+
- 60 yaş və yuxarı, 65 yaş və
yuxarı (qocalığın başlanğıcı) yaşlarında olan
adamların sayını; S isə əhalinin ümumi sayını
göstərir.
Azərbaycan
Respublikasında
əsasən
1-ci
göstəricidən istifadə edilir. BMT-nin nəşrlərində
65 yaş qocalığın başlanma dövrü hesab olunur.
Əhalinin
qocalığının
müəyyən
edilməsində,
həmçinin hər 100 nəfər yaşlıya düşən qocaların
sayı; 1 qocaya düşən yaşlıların sayı; 1 qocaya
düşən uşaqların sayı və s. göstəricilərdən də
istifadə edilir. BMT təsnifatına əsasən, 65 və
yuxarı yaş həddində olan əhalinin sayı 7%-dən
yuxarı olduqda, əhali qoca sayılır.
DEMOQRAFĐK METODLAR
– demoqrafik
proseslərin, bütövlükdə əhalinin struktur və təkrar
istehsalının öyrənilməsinin xüsusi üsullarının
məcmusudur. Bir sıra elmlər üçün sosial-iqtisadi
və təbiət hadisələrinin öyrənilməsində ümumi
olan kəmiyyət metodlarından fərqli olaraq,
demoqrafik
metodların
əsasını
demoqrafik
yekunları əhalinin təkrar istehsalına tətbiqində –
əhalinin sayını, yaxud koqortanı artıran (doğum,
nikah) və onu azaldan (ölüm, boşanma)
demoqrafik hadisələrə görə öyrənilməsi üsulları
təşkil edir. Hadisələrin sayının vaxtdan və
əhalinin sayından, yaxud müəyyən demoqrafik
vəziyyətdə olan insanların sayından asılılığı bu
kəmiyyətlərin demoqrafik proseslərin müxtəlif
intensivlik göstəricilərini hesablamaq yolu ilə
müqayisə oluna bilməsini tələb edir. Demoqrafik
hadisələr
fasiləsiz
baş
verir
və
onların
intensivliyinə koqortanın yaş funksiyası, yaxud
hər hansı demoqrafik vəziyyətdə qalma vaxtı kimi
– demometrik adlanan funksiya kimi baxılır.
Demoqrafik metodların mühüm hissəsini belə
funksiyaların kəmiyyət göstəricilərinin təqdim və
təhlil üsulları təşkil edir. Demoqrafik proseslərin
(doğum, ölüm, nikah, boşanma) intensivliyi nəslin
müxtəlif mərhələlərində müxtəlifdir. O həm
verilmiş nəslin tarixindən, həm də onun yaşadığı
müasir şəraitdən asılıdır. Bu isə demoqrafik
funksiyaları analitik şəkildə təqdim etməyi
çətinləşdirir və demoqrafik proseslərin rəqəmli
modellərinin həmin prosesin intensivliyini, nəslin
həyatı boyunca kəmiyyət dəyişikliyini xarakterizə
edən demoqrafik cədvəllər şəkilində yayılmasını
şərtləndirir.
Demoqrafik
proseslər
üçün
təkcə
onların
fasiləsizliyi deyil, həm də insan nəslinin
dəyişməsinin fasiləsizliyi səciyyəvidir. Buna görə
də, əhalidə hər anda müxtəlif yaşda olan nəsillər
mövcuddur. Demoqrafik proseslərin ya real
nəsillərdə həmyaşıdların bütün həyatı boyu, ya da
hipotetik
nəsillərdə
müasirlərin
demoqrafik
proseslərin yaş intensivliyi şəraitində həmin anda,
yaxud dövrdə ömrünü yaşayanlarda öyrənmək
mümkündür. Müvafiq olaraq uzununa (şaquli) və
eninə (ufuqi) təhlil metodları tətbiq olunur.
Demoqrafik proseslərin tərkib hissələri olan bəzi
hadisələr yalnız müəyyən yaşlarda (məsələn,
doğum), yaxud müəyyən olunmuş yaşdan tez
olmayaraq
(məsələn,
nikaha
daxil
olmaq)
mümkündür. Bu zaman bütün demoqrafik
proseslərin intensivliyi cins və yaş üzrə fərqlənir.
Buna görə də, əhalidə və onun qruplarında
hadisələrin sayı əhalinin cins-yaş strukturundan
asılıdır və demoqrafiyada buna əhali sayının
dəyişməsinin vacib komponenti kimi baxılır.
Bununla əlaqədar olaraq, demoqrafik əmsalların
standartlaşdırılması
metodları
(onlar
göstəricilərin müqayisəsində strukturdakı fərqlərin
təsirinə istisna imkanı vermişdir), həmçinin
demoqrafik proseslərin və strukturların qarşılıqlı
təsirinin öyrənilməsi metodları yayılmışdır. Yaş
strukturunun demoqrafik hadisələrə və proseslərə
təsirini və müxtəlif yaşların əhalinin sayının və
tərkibinin dəyişməsində qeyri-bərabər rolunu
nəzərə almaq cəhdləri potensial demoqrafiya
metodlarının işlənməsinə gətirib çıxarmışdır. Bu
metoda əsasən ayrı-ayrı yaş qruplarının əhalinin
sayı və tərkibinin dəyişməsinə töhfəsi insanların
sayı ilə deyil, gələcək ömrün insan-il sayı ilə
ölçülür.
Demoqrafik prosesləri əyani göstərmək üçün
müxtəlif qrafik metodlar – demoqrafik şəbəkə, yaş
piramidası və s. tətbiq olunur.
DEMOQRAFĐK
MƏCMULAR
–
demoqrafik
proseslərin
təhlili,
cədvəllərin
qurulması və digər hesablamalarda ayrılan insan
qrupları
və
onların
həyatında
baş
verən
demoqrafik hadisələrdir. Demoqrafik hadisələrə
(məsələn, nikaha daxil olma, uşağın doğulması,
ölüm) demoqrafik təhlildə müəyyən demoqrafik
vəziyyətdə olan (nikahda olan, nikahda olmayan,
yaxud ümumiyyətlə istənilən vəziyyətdə yaşayan)
insanlarla baş verən hadisələr kimi baxılır. Bu
zaman onlar üç zaman (vaxt) koordinata malik ola
bilər: insanın verilmiş demoqrafik vəziyyətə
girməsinin təqvim tarixi (məsələn, doğum günü,
nikah bağlaması günü), hadisənin baş vermə anına
110
onun
bu
vəziyyətdə
qalmasının
uzunluğu
(məsələn, yaş, nikahın davamiyyəti) və hadisənin
başlanmasının təqvim tarixi (məsələn, ölüm tarixi,
boşanma tarixi). Đnsanların nəslində demoqrafik
proseslərin sürətini ölçən bu və digər demoqrafik
hadisənin (doğumun, nikahın, ölümün) tezliyi belə
hadisələrin sayının belə hadisələrin baş verə
biləcəyi insanların sayı ilə tutuşdurulması yolu ilə
müəyyən edilir. Buna müvafiq olaraq, hadisələrin
məcmusu (ölüm, boşanma hadisəsi) və əhali
məcmusu – müəyyən demoqrafik vəziyyətdə olan
insanlar qrupu (məsələn, yaşayanlar, nikahda
olanlar) fərqləndirilir. Demoqrafik hadisələr
nəticəsində
insanların
bir
hissəsi
verilmiş
vəziyyətdən
digərinə
keçdiyi
üçün,
belə
hadisələrin sayına həm də demoqrafik vəziyyətin
həmin prosesin təsiri altında dəyişməsi hallarının
sayı kimi (ölüm nəticəsində məcmudan çıxmaq
daxil olmaqla) baxıla bilər.
Demoqrafik məcmular haqda təsəvvürlər XVIII
əsrin ikinci yarısında ölümün yaşdan asılılığının
öyrənilməsi ilə əlaqədar yaranmışdır.
Demoqrafik təhlildə ən çox nəzəri və praktiki
əhəmiyyətli hadisələrin beş növ məcmusu
mövcuddur:
göstərilən
koordinatların
cüt
birləşməsi ilə yaranan üç növ məcmu və bütün üç
koordinatlarla
müəyyən
edilmiş
elementar
adlanan məcmunun iki növü.
Hadisələrin birinci məcmuları hər hansı dövrdə
bu vəziyyətə düşmüş insanların hər hansı
vəziyyətdə qalma uzunluğunun müəyyən kəsiyi
ərzində onlarda baş vermiş hadisələri əhatə edir.
Hadisələrin ikinci məcmuları hər hansı dövrdə
bu vəziyyətə düşmüş insanların təqvim vaxtının
hər hansı intervalı ərzində onlarda baş vermiş
hadisələri əhatə edir. Hadisələrin üçüncü
məcmuları
təqvim
vaxtının
hər
hansı
intervalında insanların həmin vəziyyətdə qalma
uzunluğunun müəyyən kəsiyində baş vermiş
hadisələri əhatə edir. Hadisələrin elementar
məcmuları bütün üç koordinatlarla – müşahidənin
təqvim vaxtı, həmin vəziyyətə düşmə vaxtı və
onda qalma uzunluğu ilə müəyyən edilən
hadisələri əhatə edir.
Əhalinin məcmuları – müvafiq demoqrafik
vəziyyətdə olan və bu vəziyyətə müəyyən təqvim
dövrü ərzində daxil olmuş insanlar qrupudur
(məsələn, eyni bir ildə doğulmuş, yaxud eyni
vaxtda nikah bağlamışlar). Dövr kimi bir il, yaxud
beş il qəbul olunur. Đki növ belə məcmular
fərqləndirilir.
Əhalinin birinci məcmuları – verilmiş vəziyyətdə
qalma uzunluğunun dəqiq qiymətə çatmış insanlar
qrupudur. Əhalinin ikinci məcmuları verilmiş
vəziyyətdə hər hansı təqvim anına çatmış insanlar
qrupudur.
Demoqrafik
məcmular
haqda
təsəvvürlərin
demoqrafik təhlildə böyük əhəmiyyəti var. Onlar
arasında sıx əlaqə demoqrafik hadisələrin
ehtimallarının
və
demoqrafik
əmsalların
hesablanmasının
və
demoqrafik
şəbəkələrin
qurulmasının əsasında durur, eninə təhlil və
uzununa təhlil metodları demoqrafik məcmular
haqqında təsəvvürlər və onların öyrənilməsinə
əsaslanır.
Dostları ilə paylaş: |