A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə24/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   20   21   22   23   24   25   26   27   ...   182

DAHA  YÜKSƏK  KEYFĐYYƏTLĐ  SU 

MƏNBƏLƏRĐNƏ  FASĐLƏSĐZ  MALĐK 

OLAN  ŞƏHƏR  VƏ  KƏND  ƏHALĐSĐNĐN 

SAYI

 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş  inkişaf  göstəricilərindən)  -  özündə 

aşağıda  göstərilən  su  mənbələrinin  istənilən 

birindən istifadə edən əhalinin faizlə hissəsini əks 

etdirir:  su  kəməri,  ümumi  su  qızdırıcısı,  quyu  və 

ya  nasos  qurğusu,  mühafizə  olunan  artezian 

quyusu,  bulaq  və  ya  təmiz  yağış  suyu  çəni.  Daha 

yüksək 

keyfiyyətli 



su 

mənbələri 

sırasına 

aşağıdakılar  daxil  edilmir:  su  birbaşa  satış 

şəraitində 

çatdırıldıqda, 

butulkalarda 

qablaşdırılaraq  satıldıqda,  avtosistern-sudaşıyan 

maşınlarla 

gətirildikdə, 

yaxud 

mühafizə 



olunmayan quyu və ya bulaqlardan çıxarıldıqda.  

Bu 


göstərici 

su 


kəmərlərindən, 

ümumi 


anbarlardan,  quyu  və  ya  nasoslardan,  mühafizə 

olunan  artezian  quyularından,  təmiz  yağış  sulu 

bulaq  və  rezervuarlardan  istifadə  edən  əhalinin 

sayının  ölkənin  bütün  əhalisinin  sayına  nisbəti 

kimi,  faizlə  hesablanır.  Bu  hesablama  prinsipi, 

məlumatlar  kənd  və  şəhər  əhalisinə  bölündükdə 

də tətbiq edilir. 

Sanitariya  cəhətdən  təhlükəsiz  hesab  edilən  suya 

malik  olma  göstəricilərinə  -  əhalinin  təhlükəsiz 

suyu  bilavasitə  yaşayış  evində  və  yaxud  evə 

kifayət qədər yaxın məsafədən normal əldə etmək 

imkanı  olan  hissəsi  aid  edilir.  “Global  Water 



Supply  and  Sanitation  Assessment  Report  2000” 

(“2000-ci  ildə  su  təchizatı  və  sanitariyanın 

vəziyyətinin 

qlobal 


qiymətləndirilməsi”) 

sənədində  normal  suya  giriş  belə  müəyyən  edilir: 

su  mənbəyinə  1000  m-dən  artıq  olmayan 

məsafədən,  adambaşına  20  litrdən  az  olmamaqla 

su  almaq  imkanına  malik  olmaq.  Lakin  içməli 

suya  malik  olma  və  onun  əldə  etmə  imkanını 

ölçmək  çətindir.  Belə  ki,  təxmini  göstərici 

qismində  o  mənbə  göstəricilərindən  istifadə 

olunur ki, belə suyu əldə etmək mümkündür. 

Birgə monitorinq proqramı çərçivəsində BMT-nin 

Uşaq Fondu (YUNĐSEF) və Ümumdünya Səhiyyə 

Təşkilatı 

(ÜST) 

hər 


bir 

ölkə 


üzrə 

ev 


təsərrüfatlarının 

müayinəsi 

və 

əhalinin 



siyahıyaalınması  məlumatlarını  ekstrapolyasiya 

etməklə, “daha yüksək keyfiyyətli su mənbələrinə 

girişə”  yanaşma  tendensiyalarını  qiymətləndirir. 

Regional  və  qlobal  qiymətləndirmələrdə  orta 

demoqrafik  müayinə  rəqəmləri  hesablanmaqla, 

milli  göstəricilərin  birləşdirilməsi  (aqreqasiyası) 

yolu ilə əldə edilir. 

 

DAXĐL  OLMA  (GĐRĐŞ)

  –  məlumatların 

EHM-nin yaddaşında yerləşdirilməsi və ya EHM-

nin yaddaşından qəbul edilməsi prosesidir.  

 

DAXĐLĐ  (RESEPTĐV)  TUROPERATOR-

LAR

  -  bu  turoperatorlar  turistləri  qəbul  etdikləri 

ölkədə  turları  komplektləşdirirlər  və  turistlərə 

xidmət göstərmək üçün bu xidmətləri təqdim edən 

müəssisələrlə 

(mehmanxanalar, 

qidalanma 

müəssisələri,  istirahət-əyləncə  obyektləri)  birbaşa 

saziş 


əsasında 

fəaliyyət 

göstərirlər. 

Bu, 


turopereytinqin əsas formasıdır. 

 

DAXĐLĐ 

BAZARDA 

TOPDANSATIŞ 

TĐCARƏT

  –  müəssisə  yalnız  yerləşdiyi  ölkədə 

əmtəə  alışı  və  satışı  ilə  məşğul  olan  topdansatış 

ticarət müəssisəsi hesab edildiyi halda, ona daxili 

bazarda 

topdansatış 

ticarətlə 

məşğul 


olan 

müəssisə  kimi  baxılır  (idxal  və  ixrac,  müvafiq 

olaraq, bütün əmtəə alışı və satışı həcminin 50%-

dən azını təşkil edərsə). 



 

DAXĐLĐ  ĐSTEHLAK

  –  əmtəələr  sərbəst 

dövriyyəyə  buraxıldıqdan  sonra  dərhal  yerinə 

yetirilən 

üsuldur 


və 

öz 


ardınca 

mövcud 


rəsmiyyətçiliyin  və  milli  səviyyədə  vergilərin 

tutulmasının tətbiqini tələb edir. 



 

DAXĐLĐ MĐQRASĐYA

Miqrasiya”ya bax. 

 

DAXĐLĐ  TURĐZM



  -  ölkə  vətəndaşlarının  və 

vətəndaşlığı  olmayan  şəxslərin  həmin  ölkənin 

hüdudları daxilində səyahətləridir. 

 

DAĐMĐ ƏHALĐ (ADĐ ƏHALĐ)

 – müəyyən bir 

yaşayış  məntəqəsində,  yaxud  verilən  ərazidə 

daimi yaşayış yerləri olan əsas əhali kateqoriyası, 

adamların  məcmusudur.  Müvəqqəti  yaşayışdan 

fərqli  olaraq,  daimi  yaşayışın  əsas  meyarına  hər 

şeydən  əvvəl  yaşama  müddəti,  yaşama  məqsədi, 

digər  yaşayış  yerinin  olmaması,  bir  neçə  yaşayış 

yeri  olduğu  halda  isə  -  onların  hər  birində 

müqayisəli  yaşama  davamiyyəti  və  ya  ailəsinin 

yaşayış  yeri  hesab  edilir. Məsələn:  Azərbaycanda 

əhalinin  siyahıya  alınmalarında  12  aydan  çox  və 

ya  hətta  12  aydan  az,  lakin  burada  işləmiş  və 

oxumuş,  yaxud  buraya  işləməyə,  oxumağa  və 

daimi yaşamağa gəlmiş insanlar daimi əhali hesab 

edilir. 

Daimi 


yaşayış 

yeri 


olmayanlar 

siyahıyaalanlarla 

görüşdükləri 

yerdə 


daimi 

yaşayan sayılırlar. 

 

DAĐMĐ  ĐŞÇĐLƏR

  -  qeyri-müəyyən  müddətə, 

yəni başa çatma müddəti göstərilmədən bağlanmış 

əmək  müqaviləsinə  (kontrakta)  uyğun  olaraq,  isə 

qəbul  edilmiş,  siyahı  tərkibinə  daxil  edilmiş 

şəxslərdir. 

 

DAĐMĐ KAPĐTAL



 – dəyəri istehsal prosesində 

dəyişməyən  istehsal  ehtiyatlarının  məcmusudur 



 

96 


(xammalın, 

avadanlığın 

dəyərinin 

“istehlak 

olunmuş” payı).  

 

DALĞAVARI (ŞIRIMLI) REQRESSĐYA

 – 

multikollinearlıq 

şəraitində 

çoxluğun 

xətti 

reqressiyasının parametrlərinin qiymətləndirilməsi 



üçün  istifadə  edilən  yanaşmalardan  biridir.  Belə 

yanaşma  ən  kiçik  kvadratlar  üsulunun  qiymətləri 

ilə  müqayisədə  daha  sabit  və  kiçik  dispersiyalı 

qiymətlərin alınmasına imkan verir.  

Dalğavarı  reqressiyada  ən  kiçik  kvadratlar 

üsulundan  imtina  edilir,  yəni  qiymətləndirmənin 

sabitliyi 

kiçik 


kənarlaşma 

olan 


qiymətləndirmələrə keçid hesabına əldə edilir. 

Dalğavarı  reqressiyanın  parametrlərinin  vektoru 

ümumi şəkildə aşağıdakı kimidir: 

( )


(

)

Y



X

K

X

X

k

a

T

T



+

=



−1

 

burada 



Y

  -  asılı  dəyişənin  vektoru;  X  –  sərbəst 

dəyişənin  matrisi;  K  –  simmetrik  müsbət 

müəyyənləşdirilmiş 

tənzimləyici 

matrisdir 

(tənzimləmənin matrisidir). 

Dalğavarı azalan silsilənin tətbiq edilməsinin əsas 

çətinliyi  K  matrisinin  düzgün  seçilməsindədir.  K 

matrisi  tez-tez  X



T

X  planının  matrisinin  diaqonal 

elementlərinə 

mütənasib 

olan 


elementlərlə 

diaqonal şəkildə götürülür.  

 

DARBĐN-UOTSON 

MEYARLARI

 

müvəqqəti  sıra  modelinin  qurulmasında  və 

reqression 

təhlildə 

alınan, 

qalıqların 

avtokorrelyasiyasının mövcudluğunun yoxlanması 

üçün  nəzərdə  tutulmuş  statistik  meyarlardır. 

Statistika  müşahidə  edilən  qalıqlar  vasitəsilə 

aşağıdakı qaydada müəyyən edilir: 



=



=



=

n

i

n

i

i

i

DW

2

1



2

2

1



1

/

)



(

ε

ε



ε

 

burada: 



i

i

i

y

y



=

ε

  -  i  obyekti  üçün  (vaxt 



anından) 

i

y

  hesablamasından  y

i

  qiymətinin 



müşahidə olunan kənarlaşma kəmiyyətidir. 

Darbin-Uotson  statistikasının  müşahidə  olunan 

qiyməti  üçün  son  hədd  qiymətləri  göstərilən 

cədvəl mövcuddur.  



 

DAŞIMA  SƏNƏDLƏRĐ

  –  yüklərin  daşınması 

üzrə ilkin uçotun əsas sənədləridir. Dəmir yolu və 

su nəqliyyatında bu fakturadan, yol vərəqəsindən, 

yüklər 


üzrə 

birbaşa 


dəmir 

yolu 


– 

su 


nəqliyyatlarının  təhvil-təslim  siyahısından,  yüklər 

üzrə  birbaşa  beynəlxalq  nəqliyyatda  təhvil-təslim 

siyahısından,  vaqon  vərəqəsindən,  yükvurma 

orderindən, 

yük 

qəbzindən, 



təhvil 

vermə 


sənədindən,  yol  jurnalından,  yükləmə  (boşaltma) 

aktından, 

konosamentdən; 

avtomobil 

nəqliyyatında 

yük 



avtomobillərinin 

yol 


vərəqəsindən, 

əmtəə-nəqliyyat 

fakturasından 

ibarətdir. 

 Daşıma  sənədləri  -  yükü  göndərən  və  alan 

haqqında,  yükün  çəkisi  və  növünə,  daşınma 

məsafəsinə,  məntəqələrə  göndərilməsi  və  qəbul 

edilməsinə,  daşınmanın  ödənməsinə  dair  ümumi 

nəqliyyat  məlumatlarını  özündə  əks  etdirən 

əmtəə-nəqliyyat qaiməsidir. 

Bütün  nəqliyyat  növlərində  sərnişin  daşınmasının 

ilkin  uçot  sənədləri  kimi,  satılmış  biletlər  və 

gedişə  hüquq  verən,  ona  bərabərləşdirilmiş  gediş 

sənədləri hesab olunur. 



 

DAŞIMALARIN 

(YÜKÜN) 

KORRES-

PONDENSĐYASI

  –  yol  əlaqələri  şəbəkəsinin 

konkret məntəqələri və ya ərazi bölmələri arasında 

yüklərin daşınmasının ümumilikdə və ya ayrı-ayrı 

növlər 


üzrə 

nəqliyyat 

əlaqəsidir. 

Tonla 


daşımaların  həcmi  və  ya  ton-kilometrlərlə  yük 

dövriyyəsi  ilə  xarakterizə  olunur.  Daşımaların 

korrespondensiyası haqqında məlumatların təqdim 

edilməsi  üçün  şahmat  cədvəlindən  istifadə  edilir 

ki,  burada  da  korrespondensiya  vahidi  kimi  ərazi 

müəssisələrinin  (dəmir  yolu,  gəmiçilik)  nəqliyyat 

terminalları (stansiyalar, limanlar və s.) çıxış edir.  



 

DAŞIMALARIN  ÖLÇÜ  VAHĐDĐ

  –  daşınan 

yüklərin,  sərnişinlərin  və  daşınma  məsafəsinin 

ölçülməsinə  imkan  verən  vahiddir.  Daşınmış 

yüklərin ümumi kütləsi tonla, ayrı-ayrı göndərilən 

yüklər  isə  kiloqramla  ölçülür.  Qaz  kəmərləri 

vasitəsilə 

vurulan 

qaz, 


qazın 

fiziki 


parametrlərindən  asılı  olaraq,  sonradan  tona 

çevirməklə,  m

3

-lə  ölçülür.  Yük  sənədlərində 



çəkisi  göstərilməyən,  ədədlə  və  s.  göstərilən 

yüklər  müvafiq  preyskurantlar  əsasında,  müvafiq 

əmsallarla  hesablanır.  Yük  konteynerlə  daşınırsa, 

ölçülərinə  görə  20  futluq  (uzunluğu  20  fut,  eni  8 

fut)  və  40  futluq    (uzunluğu  40  fut,  eni  8  fut) 

konteynerlərə 

və 

xüsusi 


böyük 

tutumlu 


superkonteynerlərə  bölünürlər.  Fut  ölçü  vahidi 

olmaqla,  0.3048  metrə  bərabərdir.  Bir  sıra 

hallarda  konteynerlər  şərti  olaraq  20  futluq 

ekvivalentlə  (ĐFE)  ölçülür  və  1  ĐFE  20  futluq 

konteynerə  bərabər  götürülür.  Məsələn,  40  futluq 

konteyner 2 ĐFE-yə bərabərdir.  

Daşınan  sərnişinlərin  ümumi  sayı  daşınan 

şəxslərin 

(sərnişinlərin) 

sayı 


ilə, 

hava 


nəqliyyatında  isə  sərnişinlərin  çəkisi  yüklə 

birlikdə  90  kiloqrama  bərabər  olmaqla,  həm  də 

çəki (ağırlıq) vahidi ilə ölçülür.  

Ayrı-ayrı  partiyalarla  yük  və  ya  sərnişinlərin 

daşınma  məsafəsi  kilometrlə,  dəniz  nəqliyyatında 

isə  millə  (1  mil  =  1,852  km)  ölçülür.  Yüklərin 

ümumi  yerdəyişməsi  yük  partiyasının  çəkisinin 

daşınma  məsafəsinə  vurulmaqla  alınmış  ton-

kilometrlə 

ölçülür. 

Sərnişinlərin 

ümumi 


 

97

yerdəyişməsi  sərnişin  gedişlərin  cəmi  kimi, 



sərnişin-kilometrlə ölçülür. 

 

DAŞIMALARIN UÇOTU ANI

 – daşımaların 

həcmi  və  tərkibini  müəyyənləşdirən  vaxt  anıdır. 



Yüklərin  daşınması  statistikası  təcrübəsində  vaxt 

anının daşımalara (yola salmalara) başlanması anı 

və  onların  başa  çatması  (daxil  olması)  anı  üzrə 

nəzərə  alınması  qəbul  edilmişdir.  Belə  uçot 

göndərmə  və  qəbul  etmə  məntəqələrində  uçot 

sənədlərinin 

mövcud 

olması 


nəticəsində 

mümkündür. 

Daşımaların 

uçotu 


nəqliyyatın 

növünə görə fərqləndirilir. 

 

DAŞIMALARIN 

UZAQLIĞI 

(MƏSA-

FƏSĐ)

  –  nəqliyyatın  müəyyən  növü  ilə  obyektin 

kilometrlərlə 

(dəniz 

nəqliyyatında 



millərlə) 

göndərilmə  məntəqəsindən  təyinat  məntəqəsinə 

daşınması    (nəql  edilməsi)  məsafəsidir.  Yüklərin 

daşınmasının orta uzaqlığı -  orta hesabla bir ton 

yükün 


daşındığı 

məsafədir. 

Bu 

göstərici, 



göndərilən  yüklərin  çəkisi  nəzərə  alınmaqla,  ton-

kilometrlə  ifadə  olunan  yük  dövriyyəsinin,  tonla 

göndərmənin 

həcminə 


bölməklə 

tapılır. 

Göndərilən 

(daşınan) 

yüklərin 

daşınma 


məsafəsinin  orta  qiyməti  kimi,  ümumilikdə 

nəqliyyat növləri, ayrı-ayrı yük  qrupları və əlaqə  

növləri      üzrə    müəyyən  edilir.  Sərnişin 

daşınmasının  orta  məsafəsi  –  orta  hesabla  bir 

sərnişinin 

daşındığı 

məsafədir. 

Sərnişin-

kilometrlərlə  sərnişin  dövriyyəsini    daşınan 

sərnişinlərin  sayına  bölməklə,  ayrı-ayrı  sərnişin 

gedişlərinin  məsafələrinin  orta  qiymət  kimi,  

ümumilikdə  nəqliyyat  və  əlaqə  növləri  üzrə 

müəyyən edilir.  



 

DAŞINAN 

AKTĐVLƏR

 

– 

yerinin 


dəyişdirilməsi  mümkün  olan  maddi  və  ya  qeyri-

maddi aktivlərdir.  

 

DAŞINAR  ƏMLAK

  –  torpaqla  əlaqədar 

olmayan,  ona  təhkim  olunmayan,  daşınmaz 

əmlakın əksi olan əmlakdır. Özü hərəkət edə bilən 

əşyalar  (heyvanlar)  daşınar  əmlaka  aid  edilir. 

Pullar, məcburi tələb hüquqları, qiymətli kağızlar, 

borc  şəhadətnamələri,  icra  vərəqələri  daşınar 

əmlak hesab olunurlar. 

  

DAŞINMA 

MƏSAFƏSĐ

 

– 



daşınmanın 

göndərilən  məntəqədən  təyinat  məntəqəsinədək 

olan  kilometrlə  məsafəsidir.  Yük  sənədləri  üzrə 

(tarif  qaçışı)  və  ya  qatar  sənədləri  ilə,  yəni 

maşinistlərin  marşrutları  (istismar  qaçışı)  üzrə 

müəyyən edilir. 

 

DAŞINMADAN  GƏLĐR  TARĐFĐ

  –  1  ton 

yükün  və  ya  1  nəfər  sərnişinin  müəyyən  edilmiş 

məsafəyə daşınmasından əldə olunan gəlirin milli 

valyuta ilə ifadə olunmuş orta miqdarıdır. Ümumi 

daşınma  haqqının  yük  dövriyyəsi  və  ya  sərnişin 

dövriyyəsinin miqdarına bölünməsi ilə hesablanır. 

Daşınmadan  əldə  olunan  gəlir  sərnişin  və  yük 

daşımaları, nəqliyyat növləri və əlaqə növləri üzrə 

hesablanır.  

 

DAŞINMALARDAN 

ƏLDƏ 

OLUNAN 

GƏLĐRLƏR

 – nəqliyyat müəssisələrinin yük və 

sərnişin  göndərənlərə  daşınmalar  üçün  əlavə 

xidmətlərə  və  nəqliyyat  vasitələrindən  istifadəyə 

görə,  yüklərin  (poçtlar  da  daxil  olmaqla)  və 

sərnişinlərin (baqaj daxil olmaqla) daşınmasından  

əldə  etdikləri  vəsaitlərin  həcmidir.  Nəqliyyat 

müəssisələrinin  ümumi  gəlirlərinə  həmçinin 

nəqliyyat  vasitələrinin  icarəyə  verilməsindən, 

yükləmə-boşaltma 

və 


nəqliyyat-ekspedisiya 

işlərinin  yerinə  yetirilməsindən,  çıxış  yollarına 

xidmətdən, dəniz və daxili su yolları təsərrüfatının 

istismarından, 

iqtisadiyyatın 

sahələrində 

aviasiyanın 

tətbiqindən, 

yardımçı-köməkçi 

fəaliyyətdən əldə edilən gəlirlər də daxil edilir. 



 

DAŞINMANIN  SIXLIĞI

  –  əlaqə  yolları 

şəbəkəsi  bölməsində  yük  daşınmasının  (axınının) 

və  ya  sərnişin  daşınmasının  (axınının)  intensivlik 

göstəricisidir.  

Yüklərin  daşınmasının  sıxlığı  –  ümumilikdə  il 

üzrə  (və  ya  müəyyən  vaxt  kəsiyində)  və  yüklərin 

ayrı-ayrı növləri üzrə məntəqədə bir və ya hər iki 

istiqamətdə  daşınmış  yüklərin  tonla  həcmidir. 

Bölmələrin  daşınma  sıxlığının  qiymətlərindən 

bölmələrin  məcmusu  üzrə  yüklərin  orta  daşınma 

sıxlığı,  bölmələrin  uzunluğu  nəzərə  alınmaqla, 

yük  dövriyyəsinin  bölmənin  istismar  uzunluğuna 

nisbəti kimi müəyyənləşdirilir.  

 

DAŞINMAZ  AKTĐVLƏR

  –  torpaq  sahəsi  və 

insan  tərəfindən  yaradılan  abadlaşdırmalar,  o 

cümlədən  yeraltı  sərvətlər  və  yerüstü  tikililərin 

məcmusudur. 

 

DAŞINMAZ ƏMLAK

  – torpaq sahələri, onun 

üzərində  yerləşən  binalar,  sair  tikililər  və 

obyektlərdir.  Azərbaycan  hüququna  uyğun  olaraq 

bütün  əşyalar  daşınar  və  daşınmaz  əşyalara 

bölünürlər. Torpaq yeraltı sərvətlər, sular, meşələr 

və  s.  Bu  kimi  obyektlər  üçün  müəyyən  edilən 

xüsusi  rejim  onların  iqtisadi  təyinatından  irəli 

gəlir.  Müasir  dövlətlərdə  daşınmaz  əmlaka 

(xüsusilə də torpağa) mühüm əhəmiyyət verilir. 

 


 

98 


DAŞINMAZ  ƏMLAKLA  ƏMƏLĐYYAT-

LAR  ÜZRƏ  XĐDMƏTLƏR

  –  şəxsi  və  ya 

icarəyə 

götürülmüş 



daşınmaz 

əmlakın 

(çoxmənzilli  evlərin,  yaşayış  evlərinin,  qeyri-

yaşayış tipli binaların) alınması, satılması, icarəyə 

verilməsi  və  ya  istifadə  edilməsi;  əmlakın 

abadlaşdırılması  və  bölmələrə  ayrılması  və  s.  ilə 

bağlı  xidmətlərdir.  Đstehsal  və  qeyri-istehsal 

sferasında özəlləşdirmələr; torpaq və qəbiristanlıq 

sahələrinin 

abadlaşdırılması 

və 


satışı; 

mehmanxana  tipli  evlərin  və  səyyar  evlərdə 

yaşamaq  üçün  sahələrin  istifadə  edilməsi  üzrə 

xidmətlər,  həmçinin  daşınmaz  əmlakla  birjalarda 

yerinə yetirilən xidmətlər daxildir. 

 

DAŞINMAZ 



ƏMLAKLA 

ƏMƏLĐY-

YATLAR 

ÜZRƏ 

XĐDMƏTLƏRĐN 

GÖSTƏRĐLMƏSĐ 

(BURAXILIŞI)

 

– 

daşınmaz  əmlakın  (mənzildən  başqa)  satışı  və 

icarəsi üzrə xidmətlərin dəyəridir. Mülkiyyətçi və 

vasitəçi (alqı-satqı üzrə birjalar, broker kontorları, 

icarəyə  vermə  agentlikləri,  ayrı-ayrı  şəxslər) 

tərəfindən həyata keçirilir. 

 

DAŞINMIŞ  YÜKLƏR

  -  nəqliyyat  vasitəsilə 

daşınmış  yüklərin  tonla  miqdarıdır.  Nəqliyyatın, 

əlaqələrin  növləri,  yüklərin  çeşidi,  daşımaların 

istiqamətləri üzrə uçota alınır. Yüklərin daşınması 

prosesinin  ilkin  anı  “yüklər(in)  göndərilmişdir 

(göndərilməsi)”  göstəricisi  ilə,  son  anı  isə 

“yüklər(in)  gəlib  çıxmışdır  (çıxması)”  göstəricisi 

ilə  əks  olunur.  Ayrı-ayrı  nəqliyyat  müəssisələri 

üzrə  işin  bütün  həcmini  xarakterizə  etmək  üçün 

“yük(ün)  daşınmışdır  (daşınması)”  göstəricisi 

tətbiq  edilir  ki,  bu  da  göndərilmiş  yüklərin  və 

daşınmaq  üçün  digər  nəqliyyat  müəssisələrindən 

qəbul 

olunmuş 


yüklərin 

cəmi 


kimi 

müəyyənləşdirilir. 



Yüklərin  daşınması  statistikasında  müşahidə 

obyekti  göndərilmə,  yəni  daşınma  müqaviləsi  ilə 

rəsmiləşdirilmiş  yük  partiyalarının  daşınması 

hesab edilir. 

 

DAŞIYICI



  –  daşınma  müqaviləsi  və  ya  digər 

əsaslarla 

sərnişinlərin, 

poçtun 


və 

yükün 


daşınmasını  həyata  keçirən  hüquqi  və  ya  fiziki 

şəxslərdir.  

 

DAVAMLI 

ĐNKĐŞAFIN 

MEYAR 

və 

GÖSTƏRĐCĐLƏRĐ  (ĐNDĐKATORLARI)

  - 


yaşayış keyfiyyətini, iqtisadi inkişafın səviyyəsini, 

ekoloji  sabitliyin,  davamlı  (dayanıqlı)  inkişafın 

ümumi  məqsədəuyğun  istiqamətlərini  əhatə  edən 

sistemdir. Sabit inkişafın və sabit insan inkişafının 

əlamətləri  və  indikatoru  insan  yaşayışının 

keyfiyyətinə, 

zəif 

və 


güclü 

dayanıqlılığın 

təbəqələşməsinə,  təbii  ehtiyatların  çirklənməsinin 

təsnifləşdirilməsinə,  təbii  tutumun  göstəricilərinə, 

dinamika sırasına və s. əsaslanır. 

Yaşayış  keyfiyyəti  sabit  inkişafın  və  sabit  insan 

inkişafının  əsas  əlamətlərindən  sayılır.  Həyat 

keyfiyyətinin 

əsas 

indikatorları 



arasında 

aşağıdakılar seçilir: 

- insan ömrünün uzunluğu; 

- insanın sağlamlıq vəziyyəti; 

- ətraf mühitin normativlərdən kənara çıxması; 

- yaradıcılıq qabiliyyətinin və ya biliyin səviyyəsi; 

- gəlir (adambaşına ÜDM); 

- məşğulluq səviyyəsi; 

- insan hüquqlarının reallaşma dərəcəsi. 

Davamlı  inkişafın  əlamətlərinə  zəif  və  güclü 

dayanıqlılıq  mövqeyindən  yanaşılsa  və  əsas 

parametrlər  nəzərə  alınsa,  davamlı  inkişafın 

ümumi  görünüşünü  aşağıdakı  kimi  göstərmək 

olar: 


F

t

 ( L, K, P, I) ≤ F

t+1

 (L, K, P, I) 

 

F

t

  (  L,  K,  P,  I)  -  davamlı  (dayanıqlı)  inkişafın 

amilləri; 



L – insan kapitalı; 

K - fiziki/süni kapital; 

- təbii ehtiyatlar (kapital); 

I - institusional amil; 

 

 t≥0. 



 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin