A. N. Abbasbəyli, S. Z. Yusifzadə


VII Mövzu  Erkən orta əsrlərdə beynəlxalq münasibətlər



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə25/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

VII Mövzu 
Erkən orta əsrlərdə beynəlxalq münasibətlər 
 
7.1. Avropanın siyasi xəritəsi 
Roma imperiyasının dağılması  nəticəsində Avropanın siyasi xəritəsi barbar krallıqları siyahısı ilə 
zənginləşdi. 455-ci ildə simali Afrikadan İtaliyaya soxulan Səndəl tayfaları Roma mədəniyyətinə elə divan 
tutdular ki, onun yazılı və memarlıq abidəlri əsasən məhv edildi. Barbarların bu hərakatı leksikona vandalizm 
adı ilə daxildir. Səndəl tayfalarının adı unudularaq vandal tayfalarına çevrildi. Roma imperiyası dağıldıqdan 
sonra Avropada yaranmış siyasi vəziyyət şərqdə yaranmış siyasi vəziyyətdən əsaslı şəkildə seçilirdi.  
Əgər Avropa başdan-başa parçalanmışdırsa  şərqdə isə Sasanilər dövləti öz qüdrətinin zirvəsində olub 
müasir  yaxın  şərqin çox böyük hissəsini öz hakimiyyəti altında birləçdirdi. Roma imperiyasının dağılması, 
dağılmada mühüm rol oynamış barbar tayfalarlna dövlətçilik ənənəsi verdi. Hələ e. II əsrində çəkilmiş yuxarı 
Dunayla Reyn çayl arasında  ərazini qoruyan Roma səddi artıq III-IV əsrdən etibarən barbarların hücumları 
nəticəsində aradan qaldırılmış idi. Şimaldan German, Şərqdən Hun tayfaları, cənubdan və cən.-qərbdən vandal 
tayfalarının hücümü nəticəsində artıq iki hissəyə parçalanmış Roma imperiyasının qərbi tənəzzül edir, şərqi isə 
iqtisadi və siyasi inkişafda vüsət götürürdü.  
Orta  əsr dövrünün qaynaqları içərisində öronikalar adını almış  və xronoqlaflar tərəfindən hadisələrin 
illər üzrə yazılmasını əks etdirən səlnamələr, xalqların böyük köçü də daxil olmaqla ertən orta əsrin öyrənilməsi 
üçün son dərəcə  zəngin məlumatlar verir. Qərbi avropada annallar adını almış  səlnamələrdə erkən orta əsrin 
ayrı-ayrı müəlliflərinin  əsərlərində  bəhs olunan dövrün hadisələri  ətraflı  işıqlandırılır. Xüsusilə barbar 
tayfalarında hərbi demokratiyadan dövlətə keçidin etnoslar arası münasibətə  təsiri məsələləri annallarda öz 
əksini tapmışdır.  
Erkən orta əsr müəlliflərindən Qeysəriyyəli Prokofü “tarixin sirləri”  əsərində Bizans dövlətinin 
Yustinyan dövrü haqqında maraqlı  məlumatlar verir. Erkən orta əsrlər dövrünün xarakteristikasını verərkən 
nəzərə almaq lazımdır ki, Roma imperiyasında diplomatiya və  səfirlik işi barbar xalqlarının təkamülünə  və 
xalqlararası münasibətlərə ciddi təsir  göstərmişdir. Həmin dövrlə  səsləşən “Salik qanunları” (qal tayfaları 
haqda), “Rus pravdası” Tatsitdən tutmuş hadisələrin müasiri olan Sevilyalı İsidora (Qat tarixi əsrinin müəllifi), 
Turlu Qriqoriya (frankların tarixi), Mirzə Pavelə  qədər (Znqabardlrın tarixi) əsərində erkən orta əsr 
müəlliflərinin hamısı  mənsub olduqları dövləti idealizə edir, həmin  dövlətin apardığı müharibələrin tarixini 
yazırdılar.  
Qeysəriyyəli Prokopi (Qüds qeydləri) əsərində şərqdən qərbə doğru hərəkət edən, öz aralarında ittifaq 
yaradan bir sıra xalqların tarixindən epizodlara toxunmuşdur. Dövrün hadisələrini öyrənmək üçün hüquqi 
sənədlər xüsusu aktuallıq təşkil edir ki, “pravda” adı altında meydana gələn həmin sənədlərlə yanaşı krallar 
arasında yazışmalar dövlətlərarası münasibətlərin necəliyini müəyyənləşdirməyə imkan verir. Yustinianın şərq 
hökmdarları ilə yazışmaları, B.Karlın Harun Rəşidlə məktublaşması Hun dövlətinin Atillanın Roma dövləti ilə 
bağladığı sazişlər hüquqi mənbələrə aid edilə bilər. Orta əsrlər dövrünün siyasi hadisələri içəricində xalqların 
böyük köçü dövründə yar anan münasibətlərin öyrənilməsi mühüm əhəmiyyətə malikdir.  
Məlum olduğu kimi, xalqların böyük köçü hunların Böyük Çin səddindən yürüşü ilə başlayır.VI əsrdən 
sonra slavyanların miqrasiyası ilə başa çatır. Məhz bu dövrdə Barbar xalqları ilə yanaşı Hun tayfaları da tarixdə 
Roma imperiyasının hüquq qaydaları ilə tanış olmuş, bunun nəticəsində yaranmışdır. Böyük Hun imperatorluğu 
Romanın vaxtı ilə malik olduğu ərazilərin çox böyük hissəsini öz tərkibində birləşdirmişdirə.  
Hunların miqrasiyası IV əvvəlindən başlansada ortalarına doğru güclənmiş  və Volqa və Don çayı 
arasındakı  ərazidə  nəhəng Hun çarlığı yaranmışdır (IV əsr). Hunlar əsasən hərəkətdə olan döyüşkən xalq 
olduğuna görə çox tezliklə Don çayı  ətrafında məskunlaşmış Alan tayfaları ilə toqquşmuş  Qərbə doğru 
irəliləmişlər. Eramızın 375-illərdə hunlar Qara dəniz  ətraflarındakı Qot tayfalarını ittifaqını dağıtdıqdan sonra 
Roma imperiyasının qoşunlarına çevrilmişdilər.  
Hun tayfalarının Romanın qonşuluğunda görünməsi imperiya üçün ciddi təhlükəyə çevrildiyinə görə 
Roma imperatoru federatlarla –barbarlarla imzalanmış müqavilələrə bu təhlükə ilə bağlı xüsusi bənd daxil 
edirdilər. IV əsrin sonu V əvvəlində Hun tayfalarının dövlətləşməsi sürətlə getmiş, xüsusilə Atilla və onun 
varisinin dövründə son dərəcə güclü Hun dövləti yaradılmışdı. Qaynaqlar Atillanı “allahın bəlası” adlandırır 
onun qrşısında heç nəyin dura bilməyəcəyini deyirdilər. 
Bu dövr diplomatiyasının xüsusiyyətlərindən biri də ondan ibarət idi ki Roma imperiyasının yerində 
yaranmış onlarla barbar krallıqları həmçinin Hun imperiyası Roma hüququ və diplomatiyasının ənənələrindən 
bəhrələnmişlər.Səfir işinin təşkili Roma üslubunda qurulmuşdu.Atilla səfirə verdiyi tapşırıqlara və onun 
səlahiyyətlərə uyğun hərəkət etməsinə nəzarət edirdi. 
Danışıqlar zamanı əvvəllər nəzərdə tutulmayan məsələ qarşıya  çıxardısa səfir göndərilmiş şəxs bunun 
üçün  əlavə razılıq almalı idi.Bu xüsusiyyət Yustinian diplomatiyasının analoji xüsusiyyəti ilə üst-üstə 
düşürdü.Roma imperatorları barbarlarla müttəfiqlik müqavilələrinə daha çox fikir verirdilər. Çünki Qərb 
imperiyası barbar hücumlarının qarşısını ala bilmirdi.  


 
40
Qot tayfalarının birinin hökmdarı Alarix 395-ci ildə Romanı tuta bilməsə  də 410-cu ildə Romanı  ələ 
keçirir.Varisi Atanarix də 455-ci ildə Romanı istila etmişdi.Atilla hakimiyyətdə olduğu ilk dövrlərdə Roma 
imperiyasına iddialı deyildi.Lakin Roma əsilzadələrindən Vigilin Atillaya qəsd təşkil etməsi  bu məqsədlə elçisi 
Edikonu  ələ alması münasibətləri gərginləşdirdi.Qəsdən xəbər tutan Atilla Vigili edam etdirmədi və bunu 
elçinin toxunulmamazlığı ilə izah etdi. 
Bu dövrdə hunların Roma ilə danışıqlarında gündəlikdən çıxmayan bir məsələ var idi. Bu da hunların 
yanından Romaya qaçanların geri qaytarılması  məsələsi idi.Şampan qraflığı  ərazisində 451-ci ildə baş vermiş 
döyüşdə  nə romalılar, nə  də hunlar qəti qələbə  əldə edə bilmədilər.Lakin döyüşün hunların üstünlüyü ilə 
bitməsini göstərən fakt ondan ibarət idi ki ,Roma papası böyük dəstənin başında Atillanın hüzuruna gələrək 
Romanı dağıtmamağı təvəqqə etmiş və Atillaya Romanın müttəfiqliyini təklif etmişdi. 
 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin