41
əhəmiyyətə malik idi. Lanqobardlar xüsusilə Yustinianın dövründən sonra Bizans imperiyasını və Frank
dövlətini təhdid edirdilər. Təsadüfi deyil ki Lanqobaradlarla mübarizə Roma papasını Frank
dövləti ilə
yaxınlaşmağa vadar etdi. Çünki bəhs olunan dövrdə Roma papalığı Konstantinopol patriarxı ilə xristian
kilsəsinin gəlirlərinin bölüşdürülməsi uğrunda gərgin mübarizə aparırdı.
VIII əsrin 70-ci illərinə qədər mövcud olan Lanqobard krallığı Avropanın siyasi həyatında da mühüm
rol oynamışdı.Frank dövləti yaranan dövrdən etibarən hərbi başçının hakimiyyəti kralın hakimyyətinə
çevrilməyə başlamışdı. Əvvəlki xalq yığıncağının yerini kralın əmrilə toplaşan və ildə iki dəfə keçirilən
məclislər –saborlar tutmuşdu. Təxminən mart-aprel və oktyabrda keçirilən məclislər zamanı kral yeni qaydaları
elan edir qonşu qəbilələrlə və ya dövlətlərlə münasibətlərlə bağlı məsləhətləşmə keçirmək lazım
gəldikdə
nümayəndə göndərirdi.
Salik qanunlarının təhlili göstərir ki Frank dövləti həm erkən dövrlərdə həm də sonralar Roma
hüququnun təsiri altında olub. Romada olduğu kimi Frank dövlətində də xarici əlaqələrə diqqət verilirdi. Bu
əlaqələrin təşkili zamanı adlı-sanlı nəsillərin nümayəndələrinin xidmətindən istifadə olunurdu. 711-ci idə ərəb
qoşunları Tariqin başılığı altında Tariq boğazından keçərək Priney yarmadasının cənubuna daxil olmuşdu.
Kristallı Pipin və çəkic Karlın dövründə ərəblərin Avropanın içərilərinə doğru hərəkəti dayandırıldı və 732-ci
ildə baş vermiş Puatye döyüşündə ərəb orduları geri çəkildilər.
Çəkic Karl ərəblərlə yanaşı 720-736-cı illər arasındakı dövrdə Qalliyadakı feodal pərakəndəliyinə son
qoydu cənubi Qalliyanı və İspaniyanı öz torpaqlarına birləşdirdi. Benefesis sisteminin
mövcudluğu krala dövlət
hakimiyyətini möhkəmlənməsi üçün ciddi əsas yaratmışdı. Təsadüfi deyil ki, çəkic Karlın varisi olan gödək
Pipin dövlət idarəçiliyini həyata keçirərkən dövlət vəzifələlərini paylayarkən sərbəst hərəkət edirdi. Bu o demək
idi ki monarxın hakimiyyəti mütəqləşdirilmiş Avropa bütövlükdə bir hakimiyyət altında bərqərar olmuşdu.
Frank dövlətinin ən qüdrətli dövrü Böyük Karlın dövrü (768-814) heab olunur.
Mərkəzləşmiş hakkimiyyəti kifayət qədər gücləndirən Karl xarici siyasətə diqqət verir və apardığı
işğalçı müharibələr zamanı bundan istifadə edirdi. 42 illik hakimiyyəti zamanı az qala 50-ə yaxın
yürüş edən
Karl yeritdiyi ittifaq siyasəti hesabına anqlar və saksları ,slavyanları özünə tabe etmiş, Ərəb dövləti, Çin və
Hindistanla ticarət əlaqələri qurmuşdu.Bu dövrdə Ərəb xilafəti öz yüksəlişinin zirvəsində idi.Ərəb xəlifəsi Frank
dövləti ilə ticarət əlaqələrinin saxlanmasına xüsusi fikir verir, Frank və Ərəb
tacirləri hörmətlə qəbul
edilirdilər.Bu dövr ərəb müəlliflərinin məlumatına görə Frank dövlətinə gedən ticarət karvanları özləri ilə
konkret tapşırıqla yanaşı əvvəlcədən iki qrupa bölünmüş hədiyyə aparırdılar. I-əvəzi ödənilməyən hədiyyələr, II-
qarşıya qoyulmuş məqsədə nail olmaq üçün paylanması nəzərdə tutulan hədiyyələr.
Frank elçiləri Kiçik Asiyadakı sahil şəhərləri və Çin ilə ticarət əlaqələri saxlayırdılar.Franklarda yüksək
qiymətli ipək Cənubi Qafqazın ərazisindən keçən karvan yolu ilə Avropaya daşınırdı. Böyük Karlın dövründə
papalıq dövləti ilə Frank dövləti arasındakı münasibətlər qarşılıqlı asılılığa əsaslanırdı. Papa lanqobardlara qarşı
frankların köməyindən istifadə edirdi. Frank dövləti isə katolik dininin möhkəmlənməsinə xidmət etmişdir.
Böyük Karl imperator titulunu Roma papasından aldı.
Təxminən eramızın IX əsrinə aid edilən katolik kilsəsi ilə bağlı saxta sənəd papanın
gələcək dünyəvi
hakimiyyətinin əsaslanması üçün çıxış nöqtəsi olmuşdu.
Həmin sənədə görə, Roma papalarının təyin etdikləri keşişlər və yepiskoplar yerli hökmdarlar tərəfindən
dəyişdirilə bilməzdi. Məhz bu Roma papalarına XVI əsrin əvvəllərinə qədər Avropada şəriksiz hökmranlığa
imkan yaratmışdı. Böyük Karlın yaratdığı imperiyanın ucqarlarda olan makqraflıqlar iki məqsədə xidmət edirdi.
Birincisi, imperiyanın hüdudlarına qəfl hücumların qarşısını almaq, ikincisi, Frank dövlətinə gələn elçilərin və
tacirlərin qarşılanması və yola salınması.
Dostları ilə paylaş: