44
- Məkkəyə verilən aministiya islamın 10 qəddar düşməninə tətbiq olunmurdu.
Müqavilə imzalandıqdan sonra Məhəmməd peyğəmbər Məkkəyə daxil olur, Kəbədəki
bütlər məhv edilərək
Əl-Həram məscidinə çevrilir. Məhəmməd peyğəmbərin apardığı siyasət nəticəsində 630-631-ci illərdə bütün
Ərəbistan yarmadası islamı qəbul etdi və vahid dövlətdə birləşdi.
Peyğəmbərdən sonrakı 4 qanuni xəlifənin və Əməvilərin dövründə (632-750) Afrikanın şimalından
Avropanın cənubuna qədər nəhəng ərazilər işğal edildi. 630-651-ci illər arasında aparılan hərbi əməliyyatlar
nəticəsində Sasanilər dövləti süqut etdi və və onun ərazisi vahid Ərəb dövlətinin tərkibinə qatıldı. Sasanilərin
paytaxtı Ktesifon şəhəri tutuldu. Ərəblər 900 mln dirhəm hərbi gəlir əldə etdilər.
İslam dininin yayılmasında istifadə olunan amillər iki qrupa bölünür: güc və inandırma. Dahi
N.Gəncəvi «Xosrov və Şirin» əsərinin əvvəlində Ktesifon (Mədain) şəhərinin tutulması, Ə.Xaqani isə «Mədain
xərabələri» əsərlərində sasanilər imperiyasının süqutu ilə bağlı məsələləri bədii şəkildə işıqlandırmışlar.
Ərəb orduları Tariqin başçılığı altında 696-cı ildə Karfagen şəhərini, sonra isə Cəbbəllütariq boğazından
keçərək İspaniyanın cənubunu tutdular və 711-ci il üçün Priney yarmadası işğal olundu. 755-ci ildə isə burada
Kordova xilafəti təşəkkül tapdı. Qanuni xəlifələrin və Əməvilərin dövründə ərəblər Sasanilərin idarə
sistemindən
istifadə etsələr də, güclü idarəçilik aparatı sonralar, xüsusilə Harun Ər-Rəşidin dövründə yarandı.
Məlum olduğu kimi, Ərəb xilafətinin ərazisi əvvəlcə 5, sonra isə 14 Ktesifon (Sasanilərin dövründəki
mərzbanlıqların əvəzinə) bölünmüşdü. Əmirlər xəlifəyə tabe idilər, lakin müstəqil daxili siyasət yeritmək
hüququna malik olmuşdular. Ucqar əmirliklərin hamısı Böyük Karlın makqraflıqlarında olduğu kimi, Xilafətin
ucqar sərhəddi funksiyasını daşıyır, xarici
qonaqlar buradan qəbul olunur, gedənlər buradan yola salınırdı.
Tədricən poçt-yam xidməti yaradılırdı. Sonralar Abbasilərin dövründə bu xidmət kəşfiyyat, polis və rabitə
funksiyalarını özündə birləşdirirdi. Xilafətdə poçt xidmətini həyata keçirmək üçün təlim görmüş göyərçinlərdən
istifadə olunurdu.
Abbasilərin dövründə daxili və xarici siyasət məsələlərinin həyata keçirilməsi üçün divanxana yaradıldı
və baş vəzir postu təsis olundu.Əslində baş vəzir xəlifə divanxanasına başçılıq edirdi. Lakin onun maarif və
məhkəmə səlahiyyətləri yox idi. Baş vəzir həm də xarici siyasət məsələləri sahəsində həm də hökumdarın
məsləhətçisi hesab olunurdu. Bağdad xəlifələri qonşu ölkələrdə vəziyyətin necəliyi və islamın yayılması
məsələlərinə xüsusi diqqət verir, İslamın dinc yollarla yayılması üçün bütün vasitələrdən istifadə edirdilər. Bu
məqsədlə göndərilən elçilər xəlifənin hədiyyələri ilə birlikdə, göndərildikləri dövlətin sarayında
olur və
islamın qəbulu şərtlərini həmin ölkəyə çatdırırdılar.
Təsadüfi deyil ki, oğuz türkləri məhz bu yolla islamı qəbul etmişdilər. Türk tayfalarından olan
xəzərlər hərbi əməliyyatların gedişində məğlub oldular, lakin VIII əsrin sonlarından etibarən böyük bir hissəsi
İslamı qəbul etdilər. Lakin xəzərlərlə qonşu olan türk tayfaları İslama könüllü olaraq tapınmışdılar. İslamın
yayıldığı ərazilər qədim sivilizasiyanın vətəni olduğuna görə, çox tezliklə yüksək
mədəni inkişaf səviyyəsinə
yüksəlmişdilər. Buna görə IX-XII əsrlər İslamın intibah mədəniyyəti dövrü adlanır.
Türk-islam amili şərqin səlib yürüşündən qorunmasında mühüm rol oynamışdı. 1071-ci Malazgird
döyüşü və 1099-1100-cü illər Əyyubilərlə baş verən döyüşlərdə səlibçilər ağır məğlubiyyətə uğrayaraq
şərqdən çəkilmək məcburiyyətində qaldılar. Abbasilər xilafətinin dövlətçilik ənənələri Hülakülər
dövlətinin idarə sisteminin formalaşmasında mühüm rol oynamışdı.
Dostları ilə paylaş: