A. N. Abbasbəyli, S. Z. Yusifzadə


XV Mövzu  Böyük Fransa burjua inqilabı ərəfəsi və dövründə



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə52/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

XV Mövzu 
Böyük Fransa burjua inqilabı ərəfəsi və dövründə 
Avropada beynəlxalq münasibətlər 
 
XVIII əsrin 80-ci illərinin sonlarından etibarən Fransada feodal-mütləqiyyət quruluşunun böhranı olduqca 
kəskinləşdi. Fransanın dövlət borcu 1774-cü ildəki 1.5 milyard livrdən, 1788-ci ildə 4,5 mlrd livrə çatmışdı. 
Milli büdcənin kəsiri 126 mln. livr təşkil edirdi. 
Yaranmış böhrandan çıxmaq üçün kral XVI Lüdovik 1614-cü ildən sonra çağrılmayan Baş  ştatların 
çağırılmasına razılıq verdi. Baş ştatrlar maliyyə və vergi islahatlarının keçirilməsində krala yardımçı olmalı idi. 
1788-ci ilin ortalarından etibarən güclənməkdə olan xalq hərəkatı 1789-cu ilin yazı üçün ən yüksək nöqtəyə 
qalxmışdı. Bu dövr xalq kütlələrinin 450 çıxışı olmuşdu. Xalq kütlələrinin təzyiqi altında 1789-cu il mayın 5-də 
Versalda Baş ştatlar işə başladı. Seçilmiş 1139 deputatın 578 nəfəri üçüncü silkin, 561 nəfəri isə birinci və ikinci 
silkin (ruhanilər – 291 deputat, zadəganlar -270 deputat) nümayəndələri idilər.  
Mütləq monarxiya dövründə Fransa xarici işlər nazirliyi ərazi prinsipi üzrə bölünən iki siyasi idarəyə 
ayrılmışdı: birinci idarə  Qərbi və  Mərkəzi Avropra dövlətləri, habedə Amerika ilə diplomatik münasbətlərə 
rəhbərlik edirdi. İkinci isə  –Şərqi və  Cənubi Avropa və Skandinaviya dövlətləri ilə münasibətləri həyata 
keçirirdi. 
XVIII yüzilliyin sonları üçün Fransız mütləqiyyət aparatında xarici işlər idarəsi müstəqil nazirliyə 
çevrilmiş  və ona uzun müddət  Şarl de Verjen rəhbərlik etmişdir.  İnqliab  ərəfəsində Fransa Avropanın bütün 
ölkələri və bir sıra  şərq ölkələri ilə diplomatik əlaqələrə malik idi. Fransız kralları diplomatik münasibətlərin 
normal saxlanması üçün bir neçə vasitədən istifadə edir ki, bunların içərisində nigah və sülalə müqaviləsi 
mühüm yer tutur. Fransa 1761-ci ildə sülalə müqaviləsini İspaniya ilə bağlamışdı. İlk ziddiyət bilavasitə sülalə 
müqaviləsinin üstündə baş vermişdi.  
1789-cu il 14 iyul üsyanından və Bastiliya qalası alındıqdan sonra, özünü Milli Məclis elan etmiş III 
silkin deputatları xarici siyasət məsələlərinə müdaxilə etməyə başladı. 1790-cü il mayında İngiltərəyə müharibə 
elan etmək məsələsi üstündə kralla Milli Məclis ilk dəfə kəskin şəkildə toqquşdu. 1790-cı il üçün İspaniya ilə 
İngiltərə arasında müharibə ehtimalı ortaya çıxmışdı. 1761-ci il sülalə müqaviləsinə görə Fransa İspaniyaya 
yardım etməli idi, lakin Milli Məclis qəti  şəkildə buna qarşı  çıxdı  və xarici siyasət məsələləri ilə yaxından 
məşğul olmaq üçün başda qraf Mirabo olmaqla daimi «Diplomatik komitə» yaratdı. 1791-ci il dekabrda qəbul 
edimliş xüsusi dekretə görə, «fransız xalqı  həmişəlik işğalçılıq müharibələrindən  əl çəkir və başqa xalqların 
azadlıqlarına qarşı hərbi qüvvə istifadə etməyəcəyini» bəyan edirdi.  
Xarici siyasət məsələləri  əvvəllər bilavasitə kral sarayının  əlində olduğu üçün səfir göndərilməsi 
məsələsini də saray həll edirdi. Həmin səfirlər isə yaranmış  şəraitdə kralın göstərişi ilə Fransaya xarici 
müdaxilənin təşkili ilə məşğul olur, intriqa aparırdılar. Təsadüfi deyildi ki, kralla gizli əlaqədə olan qraf Mirobo 
özü də etiraf edirdi ki, xarici dövlətlərdəki Fransa səfirlərinin hamısı dəyişdirilməlidir. 1791-ci il martda 7 səfir 
dəyişdirilmişdi. 
Mövcud tətqiqatlara görə, Fransa Burjua inqilabının tarixi və diplomatiyası 3 mərhələdən keçir:                              
I mərhələ-1789-cu ilin iyununda başlamış 1792-ci ilin 10 avqust üsyanına qədər. Bu mərhələdən xarici 
suyasət məsələləri bilavasitə kralın prereqativi olsa da baş ştatlar vəya qanun verici məclislə kral arasında xarici 
siyasət sahəsində səlahiyyətlilərin boşluğu baş verir.   
 II 
mərhələ-1792-ci ilin 10 avqustundan başlamış 1793-cü ilin 31 may üsyanına qədər davam edir. Bu 
mərhələ I respublikanın jirondist mərhələsi adlanır. Xalq siyasəti məsələləri jronda nümayəyəndələri tərfindən 
həyata keçirilir.  
 III 
mərhələ-1793-cü ilin 2 iyulundan 1794-cü ilin 27-nə qədər davam edir. III mərhələ inqilabın yakobin 
diktaturası dövrünün mərhələsi hasab olunur. Xarici siyasət məsələləri  əvvəllər kralın tam şəkildə 
səlahiyyətlərinə daxil olduğuna görə səfirlərin göndərilməsi məsələsi də sarayın əlində idi. Bu mərhələdə xaricə 
göndərilən səfirlər, yalnız kralın göstərişini həyata keçirirdi. Qraf Merabo təsadüfi olaraq demirdi ki, Fransanı 
xaricdə  təmsil edən səfirlərin hamısı olmasa da heç olmasa yarısı edam olunmağa layiqdir. 1791-c ilin martı 
üçün 7 ölkədəki səfir dəyişdirilmişdi.      
 Inqilabın I mərhələsində xarici siyasət məsələləri ilə diplomatik komitə məşğul olurdu. Milli məclisdə 
aparılmış müzakirələrdə sonra qərara alındı ki, xarici siyasətlə bağlı  təkliflər diplomatik komitə  tərəfindən 
hazırlanmalı, kral tərəfindən təsdiq edilməli odi. 1792-ci ilin avqustuna qədər sol qüvvələrin monarxiyanı 
devirmək fikri olmalıdır. Çünki bu Avropa dövlətinin Fransaya qarşı müharibəsinə səbəb olardı.  
 Diplomatik 
komitədə başlıca yeri Merabo və Toleyran  tuturdu. Sonradan məlum olduki, hər ikisi XVI 
Lüdovikin göstərişlərinə əsasən fallıq göstərirdilər. Fransa ilə Roma Papası arasında münasibətlərin qırılmasına 
da məhz bu zaman start verilmişdi. Dini fəzifələrin bir sıra mərhələlərini keçmiş Toleyran kilsə torpaqlarının 
milliləşdirilməsi haqqında xüsusi qanun hazırlamlşdı ki, buna görə  də Roma Papası Fransa ilə diplomatik 
münasibətləri kəsmiş  və Toleyranı  lənətləyərək kilsədən xaric etmişdi. Roma Papası ilə Fransa arasında 
münasibətlər 1801-ci ildə bağlanmış konqordata əsasən qaydaya salınmışdı. Toleyran 1789-1792-ci ilin iyununa 


 
83
qədər milli məclisin deputatı olmuş, sonra isə öz təşəbbüsü ilə  İngiltərəyə I koalisiya qüvvələrini diplomatik 
yolla dağıtmaq üçün göndərilmişdi. Toleyranın təkrar Fransaya qayıdışı 1796-cı ilin ortalarına aiddir. I 
Napoleonun konsunlluğunun yaradılmasında təşkilatçılardan biri kimi Toleyran konsulluq və imperiya 
dövrünün əvvələrində (1799-1807) Fransanın xarici işlər naziri postunu tutmuşdu.  
Inqilabın I dövründə Fransanın qəbul etdiyi qərarların içərisində  “İnsan və  vətəndaş hüquqlarına dair 
bəyannamə” xüsusi yer tuturdu. Həmin bəyannamədə Fransa xarici siyasət vasitəsi kimi müharibələrdən imtina 
etmək öhdəliyi götürürdü. Bu ideya ABŞ-da qəbul olunmuş  İstiqlaliyyət bəyannaməsinin nəticəsi kimi ilk 
Fransız konstitutsiysında öz əksini tapmışdı. Fransada hadisələrin gərginliyini artıran əsas məsələrdən biri XVI 
Lüdovik və Mariya Antuanettanın qaçması ilə  əlaqədar “Varen” böhranı adı almış epizod olmuşdu. Inqilabın 
hadisələrin ilk günlərində Fransız ordusu kralın itaətindən çıxmış, Anrinin başcılıq etdiyi Milli qvardiya isə 
inqilabın tərəfinə keçmişdi.  
Yaranmış  şəraitdə kral yalnız xarici dəstəklə Fransada hakimiyyətini bərpa edə bilərdi. Bu məqsədlə 
1791-ci il iyunun 20-dən 21-nə keçən gecə kral və arvadı Mariya Antuanettanın paytaxtdan qaçışı təşkil olundu. 
Sonradan məlum oldu ki, krala və arvadına xarici pasportu rus səfiri vermişdir. Lakin kralın ehtiyatsızlığı 
üzündən Varen şəhərində poçt müdiri Jan Dürye onları tanıdı və hər ikisi tutularaq geri qaytarıldı. Doğrudur
kral özünün zorla qaçırılması haqqında Qanunverici məclisə  məlumat versə  də, yaranmış  gərginliyi azaltmaq 
mümkün olmadı. Kralın qaçışını pozmuş poçt müdiri isə konvent tərəfindən mükafatlandırıldı  və Paris 
perfekturalarından birinə  rəis təyin olundu. Bu hadisədən sonra Milli Məclis xarici siyasət məsələlərini 
bütünlüklə öz əlinə aldı. 
XVIII əsrin sonları üçün Avropa diplomatiyasında başlıca rolu iki dövlət – İngiltərə və Rusiya oynayırdı. 
İngiltərədə xarici siyasət məsələlərinə 1783-cü ilin dekabrından etibarən lord Çatamanın oğlu kiçik Uilyam Pitt 
rəhbərlik edirdi. O, bu vəzifədə 1783-1801 və 1804-1806-cı illər arasında (ölümünə  qədər) olmuşdur. Pittin 
başlıca məqsədi  İngiltərəni blokadadan qurtarmaq, Fransa və Rusiya əleyhinə Avropa dövlətləri ilə ittifaq 
yaratmaq idi. Məhz onun səyi nəticəsində 1787-91-ci illərdə rus-türk müharibəsi baş verdi. 1788-ci ildə İsveç 
kralı III Qustav Peterturqa hücum etdi. Lakin Fransa burjua inqilabı kontinentdə qüvvələr nisbətini pozduğu 
üçün İngiltərə Fransaya qarşı koalisiyanın təşkilatçılarından biri oldu. 
Rusiya imperatoru III Yekaterinanın hakimiyyəti illərində (1762-1796) xarici işlər kollegiyasına qraf 
Osterman başçılıq edirdi. Kraliça xarici siyasət məsələlərində knyaz A.A.Bezborodko, Potemkinə daha çox 
üstünlük verirdi. 
XVIII  əsrinsonlarından etibarən Rusiyanın başlıca diqqəti Fransa inqilabına yönəlmişdi. II Yekaterina 
Fransada inqilab xəbərindən sonra 2 həftə xəstə yatmış, sonralar XVI Lüdovik və arvadının Parisdən qaçışını 
təşkil etmək üçün Fransadakı rus səfiri Simolinə müvafiq göstərişlər vermişdir. II Yekaterina Müəssislər 
məclisini 1200 başlı əjdaha adlandırır və göstərirdi ki, Fransaya sərsəm və canilər dəstəsi başçılıq edir. 
Varen böhranı eyni zamanda Fransanın  ətrafında hərbi diplomatik mühasirə  həliqəsinin güclənməsinə 
səbəb oldu. Məlum olduğu kimi Fransa inqilabının ilk dövrləri də daxil olmaqla Avropada İngiltərə-Prussiya 
bloku ilə  İspaniya, Fransa, Rusiya, Avstriya bloku arasında ziddiyyətlər güclü idi. Fransa burjua inqilabının 
monarxiya mərhələsində Rusiyanın Fransaya münasibəti dəyişməmişdi. Rus knyazı olan Potyomkin,Bezborotko 
və başqaları II Yekaterinanın Fransada baş verən hadisələrin daimi olmadığına inandırmağa çalışrdılar.  
Buna baxmayaraq Fransız mühacirləri Rusiyada hörmətlə qarşılanır, dövlətin himayəsinə götürülür, 
vəzifə  də verilirdi. Bir qədər sonra vəziyyət ciddi şəkildə  dəyişdi. Rusiya –Prusiya və Avstriya –Rusiya 
ziddiyətlərinin mövcudluğuna baxmayaraq tədricən o, 2 dövlətlə münasibətlərin yaxşılaşmasına çalışırdı. Bəhs 
etdiyimiz dövr İngiltərə-Rusiya ziddiyətlərinin də  kəskinliyi ilə  səciyələnir. Hətta vəziyyət  əgər  İngiltərənin 
sənaye burjuaziyası  işə qarışmasaydı müharibə aparacaqdı.  İngiltərə burjuaziyası Rusiya ilə ticarətdə, Rusiya 
vasitəsi ilə Şərqölkələri ilə ticarətlərdən çox gəlir götürürdü. Buna baxmayaraq  Böyük Pit nəyin bahasına olursa 
olsun Rusiyanın Qara dəniz sahillərində möhkəmlənməsini istəmirdi.  
Bu dövrdə Rusiyanı  İngiltərədə istedadlı  səfir qraf Vorontsov təmsil edirdi. Vorontsov İngiltərədəki 
parlament müxalifətinin üzvləri ilə yaxın əlaqədə idi. II Yekatrina arxayın idi ki, İngiltərənin Rusiyaya müharibə 
elan etməsi baş tutmayacaq. Bəhs olunan dövrdə İngilis-rus ziddiyətlərinin kəskinləşməi Türkiyə ilə sıx bağlı idi. 
Cənuba və  cənub-şərqə doğru irəliləyən Rusiya artıq Qara dənizin  şərq sahilinə  və  Cənubi Qafqaza nüfuz 
etməkdə idi. İngiltərə isə Cənubi Qafqazın Rusiyanın əlinə keçməsinə razı deyildi.  
Məhz İngiltərənin təhriki ilə 1787-1791-ci illər II Rus-Türk müharibəsi baş vermişdi. Lakin İngiltərənin 
hərbi-siyasi köməyinə baxmayaraq Rusiya Oçakov qalasını ələ keçirmiş, Qara dəniz sahillərinə çıxış yaratmış 
və burada donanma yerləşməsi üçün konkret tədbirlər görməyə başlamışdı. 1791-ci ilin yayında imzalanmış 
Yassı sülh müqaviləsini Rusiyanın Krımda möbqelərini gücləndirmiş, ümumiyyətlə Rusiya Şimali Qafqaza 
sahiblənməyə başlamışdı.  Şərqi Gürcüstanla georgiyevsk traktatı imzalanmışdı. Lakin Fransada monarxiyanın 
devrilməsi İngilis-Rus rəqabətini arxa plana keçirdi. II Yekaterinanın dövründə Rusiya-Prussiya münasibətləri 
də gərginlik içində olmuşdur. 
Prussiyanın  İngiltərə ilə yaxınlığı Polşanın I bölgüsündə  iştirak etmiş dövlətləri bir-birinə qarşı 
qoymuşdur. Rusiya-Avstriya münasibətləri kifayət qədər isti olmuşdu. Buna baxmayaraq təkrar bölgüsü 


 
84
ərəfəsində Rusiya diplomatik çeviklik göstərmiş, Avstriya-Polşanın II bölgüsündən 
kənalaşdırılmışdı.Monarxiya dövründə xarici siyasət məsələləri ilə qraf Merabonun başçılıq etdiyi diplomatik 
komitə məşğul olurdu. Komitə 12 üzvdən təşkil olunmuş, lakin üzvlərinin 1/3-i bir neçə aydan bir dəyişdirilirdi. 
Smolinin qraf Merabo ilə yaratmağa çalışdığı münasibətlər Merabonun ölmü üzündən yarımçıq kəsildi.  
1792-ci il fevralın 7-də Avstriya ilə Prussiya Fransaya şarşı ittifaq müqaviləsi bağladılar, beləliklə 
Fransaya qarşı I koalisiya meydana gəldi. Müqaviləyə görə, tərəflərin hər biri Fransaya qarşı 20 min nəfər əsgər 
çıxarmalı idi. 
I koalisiyanın yaranması qannuverici məclisi qəti qərarlar qəbul etməyə sövq edirdi. 1792-ci il 15 marda 
kral məclisin tələb ilə general Dumuryeni (jirondistlərə yaxın idi) xarici işlər naziri təyin etdi. Yepiskop 
Taleyran koalisiyaya qarşı yardım əldə etmək ümidi ilə İngiltərəyə göndəildi, lakin nəticəsiz qaldı. 
Qanunverici məjlis (1791-ci il oktyabrda açılmışdı) 12 nəfərdən ibarət Diplomatik komitə yaratdı ki, ona 
jirondist Briesso başçılıq edirdi.  
1791-ci ilin sonlarına doğru Rusiya-Türkiyə müharibəsi başa çatdıqdan sonra Avropa dövlətlərinin 
Fransaya qarşı koalisiyası təşkilati xarakter almağa başlamış və 1792-ci ilin 7 fevralında Avstriya-Prussiya hərbi 
ittifaqını şərtləndirmişdi. Hərbi sazişin şərtlərinə görə tərəflərin hər biri Fransaya qarşı 20 minlik ordu çıxarır. 
Prussiya ordusunun təchizatını isə Avstriya öz üzərinə götürürdü. Mövcud tədqiqatlarda bu Fransaya qarşı 
birinci koalisiyasının yaradılması kimi təqdim olunmuşdu. Avstriya-Prussiya hərbi ittifaqının yaranmasından 
dərhal sonra Rusiya, İspaniya, İngiltərənin bu ittifaqa cəlb olunması ətrafıda diplomatik mübarizə yarandı.  
Lakin Fransa, Avstriya,Prussiya hərbi ittifaqının qüvvələrinin təşkil olunmasına imkan verməmək üçün 
özü hadisələri qabaqlamaq qərarına gəldi. Fransa konventi 1792-ci il aprelin 20-də Avstriya iyunun 6-da 
Prussiyaya müharibə elan etdi. Lakin Fransa ordusunun vahid hərbi komandanlığa malik olmaması müharibə 
cıbhələrindıki uğursuzluqları  şərtləndirdi. Fransız diplpmatiyası Avstriya-Prussiya ittifaqına  İngiltərənin 
qoşulmasına imkan verməmək üçün Taleyranı xüsusi missiya ilə İngiltərəyə göndərdi. 
Vəziyyətin ağırlığı 10 avqust 1792-ci il üsyanı ilə nəticələndi. Kral və ailəsi həbs edilib Tampl qalasına 
salındı. Sentyabrın 22-də Fransa Respublika elan edildi. Jirondist Lebren xarici işlər naziri təyin edildi. Ədliyyə 
naziri Danton xarici siyasət məsələlərində başlıca rol oynayırdı. 1792-ci ilin sonları üçün Fransa ərazisi 
müdaxiləçilərdən təmizləndi. Bu Fransa əleyhinə koalisiyanın güclənməsinə səbəb oldu. 1793-cü ilin martında 
koalisiyaya İngiltərə, Avstriya, Prussiya, Rusiya, İspaniya, Hollandiya, bir neçə alman knyazlığı, Sardiniya və 
Neapol daxil idilər.  
Rusiya ilə Prussiya Polşanın ərazisini 1793-cü ilin yanvarında ikinci dəfə bölüşdürdülər. 
Fransanin hərbi uğursuzluqları 1792-ci ilin 10 avqust üsyanını şərtləndirdi. Lakin bu zaman təsadüfən 
kral sarayındakıgizli arxiv aşkarlandı. Arxivdə parlamentin ayrı-ayrı üzvləri ilə kral arasındakı  əlaqələrin 
olmasını müəyyənləşdirən sənədlər aşkarlandı. O, cümlədən qraf Merabonun krala 1, Taleyranın isə iki məktubu 
tapıldı. Konvent onları  vətən xainləri adlandırsada Merabo ölmüş, Taleyran İngiltərəyə getmişdi. Konvent 
Taleyranın geri çağrılmasına nail olsa da, Taleyran Hollandiyadan sığınacaq istədi.  
Ancaq buna nail olmayaraq 1792-ci ildə Amerikaya köçdü. 10 avqust üsyanından sonra Fransa ətrafında 
həm daxili, həm də xarici vəziyyət gərginləşdi. Doğrudur, monarxiyanı ləğv etmək üçün kifayət qədər sübutlar 
toplanmışdı. Lakin qanunverici məclis və ya konvent bütün Avropa ilə müharibə aparmaq iqtidarında deyildi. 
Lakin konventdəki siyasi mübarizə respublika tərəfdarlarının üstünlüyü ilə nəticələndi. 1792-ci il sentyabrın 21-
də monarxiya devrildi, 22-də isə Fransada I Respublika yaradıldı (1792-1804). 
Artıq Respublika elan olunandan sonra xarici siyasət məsələləri tam şəkildə konventin əlində cəmləşdi. 
Jirondist respublikası 1792-ci ilin sonu üçün müdaxiləçilərin Fransa sərhədlərindən uzaqlaşmasına nail oldu. 
1793-cü ilin əvvəllərində etibarən Fransaya qarşı koalisiya qüvvələrinin sıraları da genişləndi. Ingiltərə  və 
Rusiya Fransaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirak etməyə başladı. Lakin Jirondist diplomatiyası hərbi 
əməliyyatlardan daha çox siyasi mübarizəyə, diplomatik danışıqlara üstünlük verirdi. Təsadüfü deyil ki, 
Jirondistin dövründə xarici siyasət məsələlərinə rəhbərliyi öz əlinə alan Ədliyyə naziri Danton bütün danışıqları 
şəxsən həyata keçirirdi. Xarici işlər naziri Levren Dantonla yaxın əlaqəli şəkildə fəallıq göstərirdi. Lakin siyasi 
sabitliyi pozulmuş Fransada ölkənin siyasi həyatına tez-tez müxtəlif qüvvələr çıxırdı ki, bunlardan biri də Yakob 
monastırının yetirmələri olan yakobinçilər idi. Fransanın siyasi həyatına inqilabi terror siyasətin zor gücünə 
davam etməsi yakobinçilərin adı ilə bağlıdır. 
 1792-ci ilin hərbi  əməliyyatlarının uğursuzluğu I koalisiya qüvvələrinin daha da güclənməsini 
şərtləndirdi, eyni zamanda bu Rusiya-İngiltərə, Rusiya-Prussiya arasında ziddiyətləri tam şəkildə arxa plana 
çəkdi. Rusiyanın Fransa sərhədlərin daha cox yaxınlaşmaq niyyəti bu dövrdə Fransada başlamış inqilabi 
hadisələri diqqətlə izləyən və onun təsiri ilə yeni ixtişaşların məkanına çevrilən Polşada baş verən hadisələr II 
bölüşdürməni  şərtləndirdi. Polyak şlyaxtasının fəallaşması Polşanın müstəqilliyi ilə bağlı olmuşdu. Lakin bu 
fəallaşma Polşaya II faciənə  gətirdi, belə ki, Rusiya-Prussiya diplomatiyası Avstriyaya bildirmədən Polşa 
ərazisinin II bölüşdürülməsini həyata keçirdi. Rus qoşunları Polşanın cənub-qərb vilayətlərinə daxil oldular. 
Yalnız bundan sonra Avstriya Polşanın ikinci bölüşdürülməsindən xəbər tutdu. 1792-ci ilin mart-apreli üçün 
qüvvətlənmiş koalisiya qüvvələrinin yenidən Fransanın ərazisinə daxil olması Jirondist hakimiyyətinin ömrünü 


 
85
qısaltdı.  
1793-cü il 31 may- 2 iyun hadisələri nəticəsində Jirondist hakimiyyəti devrildi, yakobin diktaturası 
devrildi. Ilk tədbir ümumi hərbi mükəlləfiyətin tətbiq edilməsi oldu. Diktaturanın  əvvəlləri xarici hərbi 
müdaxilənin yenidən uğursuzluğu ilə səciyyələnir. Belə ki, bir sıra yüksək vəzifəli şəxsiyyətlərin xəyanətinə və 
vandiya qiyamçılarının tərəfinə keçmələrinə baxmayaraq umumi hərbi mükəlləfiyyətlər Yakobin diktaturasına 
yarım millyonluq ordu yaratmasına imkan verdi.  
Yakobin diktaturasının əvvəllərində bir sıra dəyişikliklərin içərisində xarici siyasətlə bağlı dəyişikliklər 
mühüm yer tuturdu. Belə ki, diktaturanın ilk günlərindən liberal görüşlü Xarici işlər naziri Lebren həbs edildi və 
dövlətə  xəyanətdə günahlandırılaraq qliyatinə verildi. Daha radikal görüşlərə malik Dantonun yaxın adamı 
Deforq Xarici işlər naziri təyin olundu. Lebrin həbs edildi.  
Diktatura XVI Lüdovikin tərəfdarı olan adamların da dövlətə xəyanət məsələsinə xüsusi yer ayırdı. Hələ 
1793-cü ilin yanvarın 21-də yakobinçilərin ad-baad səsverməsindən sonra XVI Lüdovik  də qlyatinə verildi. 
Oktyabrın 16-da Mariya Antuanettda başda olmaqla bir qrup dövlət adamı da dövlətə xəyanətdə ittiham edildi. 
 Yakobinçilər inqilabi terrora elə vüsət verdilər ki, bu onların  ətrafında boşluğun yaranmasına səbəb 
oldu. Yakobinçilərin xarici siyasət sahəsindəki uğurları I koalisiyanın qüvvələrini də artırdı. 1793-cü ilin 3 
senyabırı üçün antifransız koalisiyasının tərkibində Avstriya və Prussiya ilə yanaşı  İngiltərənin, Rusiyanın, 
Hollandiyanın bir neçə alman knyazlıqlarının, İtalyan knyazlıqları Sardinya və Neapolun hərbi qüvvələrindən 
istifadə edildi.  1793-cü ilin sonlarından etibarən koalisiya qüvvələrinin üstünlükləri yenidən özünü göstərməyə 
başladıqda, Jirondist deputatların bir çoxu öz vəzifə  və  həyatları ilə vidalaşmalı oldular. Xarici siyasət tam 
şəkildə ictimayi nicat komitəsinin əlində idi.  
Bilavasitə xarici siyasət məsələləri ilə Robespyer və Barrer şəxsən məşğul oldular. Robespyer XİN-nin 
strukturlarında da dəyişiklik etdi. 1794-cü ilin əvvəllərində nazirlik komissar Byuşo başda olmaqla 12 
komissiya ilə əvəz olundu. Komissiyanın hər biri konkret fəaliyyət sahələri ilə məşğul olurdu ki, bu da xarici 
siyasətə dinamik xarakter verirdi. Diktatura dövründə Fransa yalnız 8 dövlətlə o, cümlədən Türkiyə, İsveç, ABŞ, 
danimarka, İsveçrə, Əlcəzair, habelə iki şəhərlə: Genuya və Cenevre ilə diplomatik əlaqələrə malik idi. Yakobin 
diktaurasının süqutu yakobinçilərin keçirdiyi terror əməliyyatı nəticəsində şərtlənmişdi.  
Fransada fəaliyyət göstərən xarici kəşfiyyat ayrı-ayrı yakobin liderlərinin ləkələnməsi üçün şantajdan 
məharətlə istifadə edirdilər. Elə liderlər məhv edildi ki, bunlar diktaturanın sosial dayağını zəiflətdi. Artıq 1794-
cü ilin mayında diktaturanın  İngiltərədəki nümayəndəsi öz əlaqə kanalları vasitəsi ilə Robespyerə Fransada 
hazırlanmış  qəsd haqqında məlumat çatdirmış, onun reallığı isə 9 termidor çevrilişi  ərəfəsində özünü 
göstərmişdi. 
 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin