40.Fəzada düz xəttlə müstəvinin qarşılıqlı vəziyyəti.
Kanonik tənlikləri ilə verilmiş 1 düz xətti ilə ümumi tənliyi ilə verilmiş P müstəvisi arasındakı bucağı olaraq, 1 düz xətti ilə onun müstəvi üzərindəki proyeksiyası arasında qalan bucaq qəbul edilir (şəkil 6.3). Bu bucaq 1 düz xəttinin yönəldici vektoru ilə P müstəvisinin normal vektoru arasındakı bucağı -yə tamamlayır . Odur ki,
(30)
düsturu həmin bucağı hesablamağa omkan verir. Əgər düz xətt müstəviyə perpendikulyardırsa, onda əgər vektorları kollinear olarlar və onların kollinearlıq şərti
(31)
1 düz xəttinin P müstəvisinə perpendikulyarlıq şərti olacaq. Əgər düz xətt müstəviyə paralel olarsa, onda və vektorları perpendikulyar olar və onların perpendikulyarlıq şərti
(32)
1 düz xəttinin P müstəvisinə paralellik şərti olar.
(4) tənliyi ilə verilmiş P müstəvisinin düz xətlə kəsişməsini təyin etmək üçün düz xəttin
(33)
parametrik tənliklərdən istifadə edirik. Bunları müstəvi tənliyində nəzərə alsaq, t parametri üçün uyğun olaraq, (34
taparıq. Burada
1) Əgər olarsa, t parametri üçün tapılmış bu qiyməti (33) tənliklərində yerinə yazıb, kəsişmə nöqtəsinin koorsinatlarını alarıq:
2) olarsa, t parametrinin qiyməti yoxdur və deməli, düz xətt müstəvi ilə kəsişmir;
3) və olarsa, t qiyməti qeyri-müəyyən olmasına baxmayaraq, birinci şərt düz xəttin müstəviyə paralel olduğunu, ikinci şərt isə düz xəttin verilmiş nöqtəsinin müstəvi üzərində yerləşdiyini göstərir; deməli, bu halda, düz xətt müstəvi üzərində yerləşir.
Dostları ilə paylaş: |