Müstəvi üzərində fokus adlanan nöqtədən və direktris adlanan düz xətden eyni məsafədə yerləşən nöqtələrin həndəsi yerinə parabola deyilir.
Əgər, fokus nöqtəsini absis oxu üzərində, direktrisi isə absis oxuna perpendikulyar olmaqla fokusla koordinat başlanğıcına nəzərən simmetrik yerləşdirsək, yəni fokus nöqtəsi və direktris olarsa, tərifə görə parabolanın kanonik tənliyini aşağıdakı şəkildə alırıq:
y2=2px (13) Burada p - pambolanın parametri adlanır.
Tənliyindən göründüyü kimi, absis oxu parabolanın simmetriya oxudur, parabola koordinat başlanğıcından keçir, yəni koordinat başlanğıcı onun təpəsidir, p>0 olduqda parabola bütövlükdə sağ yarımmüstəvidə, p<0 olduqda isə sol yarımmüstəvidə yerləşir. Buna müvafiq olaraq, simmetriya oxu ordinat oxu olan paraboladır. Parabolanın istənilən M(x; y) nöqtəsinin fokal radiusu (p>0 ) olacaq.