AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə17/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Statistik mənbələr. XIX əsr mənbələri içərisində statistik mənbələr mühüm yer tutur. Statistika ictimai həyatda baş verən kütləvi hadisələrin kəmiyyət qanunauyğunluqlarını keyfiyyət qanunauyğunluqlarından ayırmadan səciyyələndirən məlumatların toplanması, işlənməsi və təhlilinə yönəldilmiş kütləvi mənbələrdir. O, ehtimal nəzəriyyəsi metodlarının tətbiqinə əsaslanır. Bu mənbələr kütləvi hadisələr haqqında kütləvi məlumat verir. Tarixçilər statistikanı öyrənərkən tarixi faktı daha da dəqiqləşdirirlər. Buna görə də statistik mənbələrin tarixi mənbələr içərisində böyük əhəmiyyəti var.
Qafqaz xalqlarının statistikası bilavasitə olaraq Rusiyanın həyatı ilə bağlı olmuşdur. Hələ I Pyotr dövründən başlayaraq onun göstərişi ilə coğrafi təsvirlər həyata keçirilmişdi və burada əsasən təsvirçilik metoduna əsaslanırdılar. Lakin XIX yüzillikdən başlayaraq statistik məlumatların toplanmasında keyfiyyət dəyişiklikləri baş verdi. Tarixi gerçəkliyi əks etdirən informasiya artıq təsviri deyil, rəqəmsal xarakter daşıdı. Statistik məlumatlar əsasən iqtisadi-coğrafi mənbələrdə əks olunurdu.
Ümumiyyətlə, statistika bir elm kimi XVIII əsrdə meydana çıxmış, Tatışev, Arsenyev kimi tədqiqatçıların bu sahədə böyük rolu olmuşdur. 1835-ci ildə statistik şöbənin, 1852-ci ildə isə statistika komitəsinin yaranması bu işdə olan ən uğurlu addımlar idi.
Statistik mənbələr içərisində vedomostlar böyük rol oynayır. Onlar cədvəl şəklində hesabat xarakterlidir. Digər statistik mənbələr senator təftişləridir. 1829-cu ildə Yermolovun göstərişi ilə Kutaysov və Meçnikov tərəfindən Senator təftişləri həyata keçirilmişdi. 1837-ci ildə senator Qanın rəhbərliyi ilə “Zaqafqaziya ölkəsinin idarə olunmasına dair” layihələr hazırlanmışdı (komendant idarə üsulunun ləğvinə dair). Qafqazın iqtisadi-siyasi həyatında baş verən dəyişikliklərlə əlaqədar, II Nikolayın göstərişilə 1905-ci ildə senator Kuzminski Bakı quberniyasını təftiş etdi və 686 səhifədən ibarət hesabat tərtib etdi.
Statistik mənbələr onlarda əks olunan informasiyanın məzmunu baxımından bir neçə növə bölünür:
1) demoqrafik statistika, əhalinin siyahıya alınması (əhalinin sayı, tərkibi, yerləşməsi, doğum, ölüm, nigah, nigah pozulmaları və s.); 2) idarə statistikası; 3) sənaye statistikası; 4) aqrar statistika (kənd təsərrüfatının inkişaf istiqaməti və sürətinin müəyyənləşdirilməsi üçün tətbiq olunur; 5) şəxsi təşkilat müəssisəsi və kampaniyaların mühasibat hesabatlarını əhatə edir.
Qafqaz və Azərbaycan tarixi üzrə ilk statistik materialların toplanması bilavasitə kapitalizmin yaranması və bu ərazinin Rusiya imperiyası tərkibinə qatılması ilə bağlıdır. Rusiya statistikası əvvəlcə pərakəndə xarakter daşımış, sonralar sistemləşdirilmişdir. İmperiya daxilində iki mərkəzləşdirilmiş statistik orqan fəaliyyətdə idi: 1863-cü ildə yaradılmış statistik komitə - Mərkəzi və Statistik Şura. Həmçinin hər bir nazirliyin nəzdində statistik şöbələr var idi ki, bunlar da öz növbəsində informasiya toplamaqla məşğul idi.
İmperiya ərazisində ilk siyahıyaalma 1897-ci ildə keçirilmişdi. Əhali əsasən təsərrüfatlar üzrə qeydə alınmışdı. Siyahıyaalma sənədində aşağıdakı suallar qeyd olundu: vətəndaşın adı, soyadı, atasının adı, təsərrüfat sahəsi ilə əlaqəsi, cinsi, yaşı, sosial zümrəsi, dini mənsubiyyəti, doğum yeri, ili, qeydiyyatı, dili, təhsili, əsas məşğuliyyəti. Bu informasiyanı müfəttişlər toplayırdılar. Rusiya statistikası iki metodla işləyirdi: 1) ekspedisiya və 2) anket sorğusu üsulu ilə.
Siyahıyaalma ya 10 ildən bir, ya 5 ildən bir, ya da hər il həyata keçirilirdi. Aqrar statistika imperiya ərazisində o qədər də inkişaf etməmişdi. Lakin Rusiyada məhsuldarlığın müəyyənləşdirilməsi, vergi siyasətinin nizamlanması, ölkənin kənd təsərrüfatı mallarına olan tələbatının ödənmə dinamikasının araşdırılması müxtəlif növ aqrar statistik məlumatın toplanılmasını zəruri edirdi. 1907 və1910-cu illərdə statistik tədqiqat aparılmışdı. Birinci dünya müharibəsindən sonra aqrar sahədə ordunun kənd təsərrüfatı məhsulları ilə təchiz edilməsində aqrar sektorunun imkanlarını müəyyən etmək zəruriliyi statistik məlumatların toplanılmasına səbəb oldu. İlk belə qeydəalma 1916-cı ildə təşkil edilib. Sənaye statistikasına gəlincə, inqilaba qədər imperiya daxilində 3 mühüm sənaye statistik tədqiqatı aparılmışdı. 1900, 1908, 1910-1912-ci illərdə.
Statistik məlumatlar toplanarkən məlumatların uyğunluğu, vahid tərkibli olması mühüm əhəmiyyət kəsb edir. Statistik mənbələrin meydana çıxması 3 mərhələdən keçir: 1) hazırlıq; 2) məlumat toplanması, müşahidə; 3) məlumatların xülasəsi. Bu mənbələr üzrə işləyərkən, onun elmi təhlili aşağıdakı kimi aparılır: 1) mənbələrin dolğunluğu; 2) mənbələrin mötəbərliyi; 3) mənbənin yekcinsliyi və müqayisə oluna bilməsi.
Statistik mənbələrdən istifadə edərkən kəmiyyət və keyfiyyətin dialektik vəhdətini nəzərə almaq vacibdir.



Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin