Əsas (ikinci) tərəfi feilin təsriflənməyən formaları (məsdər, feili sifət və feili bağlama) ilə ifadə olunan söz birləşmələrinə feili birləşmələrdir. Məsələn:
məktubu yazmaq, yaxşı oxumaq, vətəni sevmək (əsas tərəflər məsdərdir);
məktubu yazan, yaxşı oxuyan, vətəni sevən (əsas tərəflər feli sifətdir);
məktubu yazarkən, yaxşı oxuyanda, vətəni sevəndə (əsas tərəflər feili bağlamadır).
Feili birləşmələrin əsas (ikinci) tərəfləri feillə ifadə olunur, buna görə də hərəkət bildirir. Birləşmələrin asılı (birinci) tərəfləri isə hərəkəti müxtəlif cəhətdən izah edir və əsasən, aşağıdakı mənaları bildirir:
Hərəkətin subyektini (iş görəni): biz gələndə, o danışdıqca, uşaq gülərkən və s.
Hərəkətin obyektini (üzərində iş görülən əşyanı): qonaqları qarşılamaq, sərgiyə baxmaq, kitabdan öyrənmək və s.
Hərəkətin kəmiyyətini: çox oxumaq, dəfələrlə təkrar etmək və s.
Hərəkətin tərzini: gülə-gülə demək, ucadan gülmək və s.
Abdulla Şaiqin “Köç” əsərində söz birləşmələrinə aid nümunələr:
Söz birləşmələrinə verilən bu tələblər baxımından Abdulla Şaiqin “Köç” əsərindəki söz birləşmələrinə nəzər salaq:
1. Öküz arabası (II növ təyini söz birləşməsi) qapımızın ağzında (III növ təyini söz birləşməsi) durur, arabaçı Salman kişi (I növ təyini söz birləşməsi) də şeyləri üsulluca arabaya yerləşdirirdi.
2. Ailəmizin hamısı (III növ təyini söz birləşməsi) aşağıda idi.
3. Salman kişi də arabanın boynuna (III növ təyini söz birləşməsi) oturdu.
4. Atam da ata minib (feili birləşmə), yanımızca gəlirdi. Şəhərin geniş küçələri (III növ təyini söz birləşməsi) ilə gedirik. Hər zaman gözümüzün alışdığı geniş küçələr, (I növ təyini söz birləşməsi) böyük evlər, (I növ təyini söz birləşməsi) iri şüşəli mağazalar(I növ təyini söz birləşməsi) görünürdü.
5.Hof edib əlindəki uzun qırmancını(I növ təyini söz birləşməsi) havada bir neçə kərə şaqqıldatdı.
6. Araba şəhərdən çıxarkən(feili birləşmə), günəş yenicə çırtır, şərqi bürüyən qırmızılıqdan üfüqlərdəki dağ silsiləsi(II növ təyini söz birləşməsi) kimi görünən buludlar əlvan rənglərə(I növ təyini söz birləşməsi) boyanırdı.
7. Yumşaq otların, (I növ təyini söz birləşməsi) əlvan çiçəklərin, (I növ təyini söz birləşməsi) dağ nanələrinin (II növ təyini söz birləşməsi) gözəl qoxusundan insan bihuş olurdu.
8.Qocaman bir dağın təpəsinə (II növ təyini söz birləşməsi) qalxdıq.
9. Qarşımıza daha böyük bir dağ (I növ təyini söz birləşməsi) çıxdı.
10.Obaya yaxınlaşdıqca(feili birləşmə), uşaqlar, bir neçə yaşlı qadın və kişi qarşımıza çıxdı.
11. Sallaq, iri dodaqlarında, (I növ təyini söz birləşməsi) yanları cizgilərlə örtülmüş kiçik gözlərində, (I növ təyini söz birləşməsi) sümükləri qalxıq, ətli, qırmızı üzündə(I növ təyini söz birləşməsi) bir təbəssüm vardı.
12. Bu aralıq, qadınlar da yetişib arabamızı araya aldılar, (feili birləşmə), anamla görüşdülər.
13. Atam da alaçığın böyründə (III növ təyini söz birləşməsi) Kərim baba ilə köhnə bir palazın üstündə (III növ təyini söz birləşməsi) oturub, söhbət edirdi.
14. Uşaqlar isə inci kimi düzülmüş ağ dişlərini (I növ təyini söz birləşməsi) göstərərək, mənimlə danışmaq, oynamaq istədiklərini anladırdılar.
15. Mən isə utancaq bir uşaq (I növ təyini söz birləşməsi) olduğumdan anamın yanında (III növ təyini söz birləşməsi) büzüşüb durur, arabir onların təbəssümlərində iştirak edir kimi görünürdüm.
16.Bir azdan sonra kasıb bir süfrə (I növ təyini söz birləşməsi) açıldı; yeyib qalxandan sonra atam Kərim babnı səslədi:
17.Alaçığımız obadan bir az uzaq, atamın bəyəndiyi axar-baxarlı, gözəl bir yerdə (I növ təyini söz birləşməsi) quruldu.
18. Daşların, ağacların dibini (III növ təyini söz birləşməsi)qazar, ətrafına çay daşları yığıb, bulaq qayırardıq.
19. Gözəl çiçəklərdən, (I növ təyini söz birləşməsi) bulaqlardan, yaşıllıqlardan doymaz, ayrılmazdım.
20.Arabir də meşədə quş yuvası (II növ təyini söz birləşməsi) axtarmağa gedərdik.
21. Bu kiçik, məsum heyvanları (I növ təyini söz birləşməsi) dəlicisinə sevərdim.
22.Kiçik bacımla (I növ təyini söz birləşməsi) hər birimiz bir xoruz və bir fərə seçmişdik.
23.Bilsəniz, o məsum baxışlar (I növ təyini söz birləşməsi) qəlbimə nə qədər toxunardı!
24.Günlərimin çoxunu (III növ təyini söz birləşməsi)bu heyvanlarla keçirərdim.
25. Axşamlar qoyun-quzu mələşə-mələşə obaya dönərkən, (feili birləşmə), səsdən qulaq tutulurdu.
26.Tarlalarda biçilmiş təzə otların (I növ təyini söz birləşməsi) gözəl ətri, meşənin axşamlara, səhərlərə məxsus rütübət qoxusu (II növ təyini söz birləşməsi), bulaqların şırıltısı, (III növ təyini söz birləşməsi) quşların ötüşməsi, (III növ təyini söz birləşməsi) quzuların mələşməsi, (III növ təyini söz birləşməsi) itlərin hürüşməsi (III növ təyini söz birləşməsi)bir-birinə qarışaraq, obaya başqa bir rəng, başqa bir şəkil verirdi.
27. Dəyənəyi əlimə alıb, (feili birləşmə), obaya gedərdim.
28.Mən də kiçik çomağımı (I növ təyini söz birləşməsi) alıb, çox zaman onlarla bərabər gedərdim.
29. O, tütək çalırkən (feili birləşmə), qoyunlar iştahla otlar, arabir qulaqlarını qırparaq, o səsi dinlərdilər.
30.Hətta Dəmir adlı qıllı, boz köpək də qulaqlarını sallayaraq (feili birləşmə), iri, tüklü quyruğunu (I növ təyini söz birləşməsi) yerə çırpa-çırpa (feili birləşmə), başını Orucun ayaqları üstünə qoyub, gözlərini tütəkdən ayırmaz və ara-sıra həzin bir səslə zingildərdi.
31.Atasından qalma köhnə tüfəngi (I növ təyini söz birləşməsi) var idi. Bu tüfəngin lüləsi (II növ təyini söz birləşməsi) kiçik bir top lüləsi qədər idi.
32.Hərdən “yaxşı ki dədən Qafar sənə bu qırıq tüfəngi (I növ təyini söz birləşməsi) qoyub gedibdir” – deyirdi.
33.Ayrım qızı bu sözləri söylərkən, (feili birləşmə), Kərim baba yetim uşaq kimi başını köksünə dikərək, (feili birləşmə), həzin-həzin dinləyirdi.
34. Bir az da getmişdim ki, birdən-birə pələng yerindən atılıb (feili birləşmə), bağıra-bağıra üstümə gəldi. Bir daşa söykənib, (feili birləşmə), tüfəngimi ona tərəf yönəltdim.
35.O igid heyvanı (I növ təyini söz birləşməsi) öldürməyimə peşman oldum, ürəyim kövrəldi, gözlərim yaşardı. Tüfəngimi bir tərəfə atıb, (feili birləşmə), qabağında diz çökdüm. Başını qollarım arasına alıb, (feili birləşmə), üzündən-gözündən öpdüm.
36.Mənim atam da gözəl ovçu (I növ təyini söz birləşməsi) idi.
37.Dərədə kök bir buğa (I növ təyini söz birləşməsi) ovladım.
38.Elə igid bir heyvanın qurd kimi qorxaq, tamahkar bir heyvanın (I növ təyini söz birləşməsi) əlində ölməsinə ürəyim yandı.
39.Tüfəngin qundağı (II növ təyini söz birləşməsi) ilə qurdu nə qədər vurdumsa tərpənmədi.
40.Bir gün alaçıqdan çıxarkən Qızıl üstümə düşüb, hürməyə başladı, əlimdəki dəyənəyimlə iti vura-vura qovdum.