Abş VƏ azərbaycan nəSRİNDƏ MÜhariBƏ MÖvzusunda əSƏRLƏRİn janr xüsusiYYƏTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix24.09.2023
ölçüsü0,65 Mb.
#147718
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   14
Vusale Ibrahimova az-1

reallığın inikası üsulları” 
adlanır
.
Qarabağ müharibəsi milli 
istiqlal mövzusuna çevrilmişdir. Ölkənin ərazi bütövlüyü 
uğrunda aparılan mübarizənin faciəli səhnələri ədəbiyyata 
gəlmişdir. Qarabağ müharibəsi mövzusunda yazılan bədii və 
bədii-publisist 
əsərlər 
bütövlükdə 
müasir 
Azərbaycan 
ədəbiyyatının ideya istiqamətini dəyişmiş, vətənin nicatı bədii 
fikir – məğzini çox mühüm amil səviyyəsinə yüksəltmişdir. 
Müasir azərbaycan ədəbiyyatını təmsil edən yazıçılar bədii forma 
və üslub müxtəlifliyi cəhətdən bir-birlərindən fərqlənsələr də, 
onları milli ruh, vətəndaşlıq mövqeyi, həyəcan, çağırış, birlik və 
vətənpərvərlik duyğusu birləşdirir. 


21 
Ədəbiyyatımız uzun illər bu həqiqətlərdən danışa bilməmiş 
və Qarabağın başının üstünü düşmən yenidən almağa başladıqda, 
bu həqiqətlərə qayıtdı.
Hüseynbala 
Mirələmov 
çoxçeşidli 
yaradıcılığının 
mahiyyəti, onun ziaylı təəssübkeşliyindən yaranan əsərlərində 
olduqca təsirlidir, çünki müəllifin ürək döyüntüləri, səmimiyyəti 
və oxucu ilə təması aydın duyulur. Janrdan asılı olmayaraq, 
hadisələri görüb duyduğu təki yüksək erudisiyası, ədəb-
ərkanıyla, müsahibi ilə üzbəsurət söhbətləşirmiş kimi səmimi 
ifadə edə bilən yaradıcı şəxsdir. Qarabağ mövzusuna müraciəti, 
tarixi məqamlara həssaslıqla yanaşması, müəllifin hiss-
həyəcanlarının ənənəvilikdən uzaq olan fərqli üsluba və formaya 
malik olması oxucular arasında geniş yayılmasına səbəb 
olmuşdur. 
Müəllifin 
qəhrəmanları 
taleyi 
ilə 
vətənə 
bağlıdır,vətənin içindədirlər və ondan ayrılmayıblar. Onlar çətinə 
düşən ölkəni, tarixi situasiyanı duyur, insanlığı sarsıdan qorxunc 
hadisələr qarşısında özünü təsdiq etmək zərurəti ilə üz-üzə 
qalmış insanlardır. Müəllif çox ciddi arqumentlərə toxunaraq 
düşündürməyi bacarır, soydaşlarını tarixin dərslərindən nəticə 
çıxarmağa çağırır. “Heykəllərin harayı”nda kı kimi dilin sadəliyi, 
fikrin sanbalı, müşahidələrin itiliyi hadisələrə çevik publisist 
münasibəti, qərəzsizliyi və bu sıradan çox xüsusiyyətləri onun 
ictimai-ədəbi mühitində kifayət qədər tanınmasını şərtləndirir.
Müəllifin ədəbi-bədii-fəlsəfi düşüncələrini janr etibarilə 
esse adlandırmaq olar. Bir həqiqətdir, esse janr kimi ədəbiyyata 
və sənətə açıq, aydın münasibətdən daha çox, həyata və dövrə 
fəlsəfi-məntiqi yanaşmanın ifadəsi kimi meydana gəlmişdir. Bu 
tipli əsərlər çağdaş tənqidin yeni janr və forma axtarışlarını əks 
etdirməklə yanaşı, həm də ədəbiyyat və zaman, sənət və həyat
cəmiyyət və onun problemləri ətrafında dövrün ədəbi 
düşüncəsini, müasir yazarın mövqeyini, bir sözlə, müxtəlif 
konseptləri əks etdirir. Janrın paradoksallığı arqumentlərin 
harmoniyası və assosiasiyası, müəllifin şəxsi mövqeyinin 
üstünlük təşkil etməsi ilə görünür. Aydın söyləm yaxud 
paradoksal müəyyənlik bu janrı xarakterizə edir.


22 
Abidələr diyarı, Azərbaycanın ecazkar guşəsinin ağrı-
acısının səbəbini XIX əsrdə qələmə alınmış sənədli materiallarda 
axtaran yazıçı postmodernist üslubda orijinal ədəbi esse 
yazmışdır.
Dünyaşöhrətli söz-sənət korifeylərinin çoxdan əbədiyyətə 
qovuşduqları bir zamanda erməni faşistləri və terrorçuları bu 
dahilərin heykəllərini odlu silahlarla yaralayıb oğurlayıblar. 
Sənət abidələri əridilib, məhv edilərkən Azərbaycanın 
rəhbərliyinin ayıq-sayıqlığı sayəsində ermənilərin vandalizminə, 
vəhşiliyinə son qoyuldu və yaralanmış heykəllər “Şuşanın 
müdafiəsini 
təşkil 
edə 
bilməyənlərə, 
torpaq 
qeyrəti
çəkməyənlərə göz dağı kimi Bakımıza gətiirildi...”.
8
Əsərin ilk 
misraları tarixin bədii mühakiməsi kimi səslənir. Abidələrə qarşı 
amansız, nadan hərəkətləri təsvir edən müəllif epiqraf kimi əsərin 
əvvəlində yazır: “Əsl insanlığa baş ucalığı ilə əbədi şöhrət 
gətirmiş Xanqızı Xurşudbanu Natəvan, ölməz Üzeyir bəy 
Hacıbəyov, Maestro Bülbül bu gün sağ olsaydılar, bəşəriyyətə 
qarşı növbəti cinayət işlətmiş ermənilər xəcalət çəkmədən belə 
onları doğma şəhərləri Şuşada güllələyərdilər”. Qarabağda 
uyuyan əcdadlarımızın ruhları və dahi sənətkarlara ucaldılmış 
heykəllərin fəryadını ürək ağrısı ilə dilə gətirir. 
“Vicdanın hökmü”
– iki hissəli dram Azərbaycanın ən 
gərgin tarixi səhifələrini vərəqləyib bir müəllim taleyinin 
hekayəsidir. Birinci hissənin hadisələri Rusiya şəhərinin birində, 
ikinci də isə Azərbaycan ərazisinin döyüş bölgələrində cərəyan 
edir. Qarabağdan Rusiyaya Rəhim adlı müəllimin bazarda alver 
edib anası və iki əkiz qız övladına pul göndərib yaşamaqlarını 
təmin edən bir gəncin hekayəsi ilə başlayır.
Savadlı, ləyaqətli ziyalı olan Rəhim Fedya kimi tanınan, 
bazarda reketlə məşğul olan Firudin adlı həmyerlisi ilə qarşı-
qarşıya qoyulur.
Təsadüf nəticəsində qəriblikdə rastlaşan, iki həmyerlini 
təsvir edən müəllif qəhrəmanların dili ilə hər birini xarakterizə 
edir. “Sən ki, müəllimsən, institutda hamı başına and içirdi, sənə 
8
Mirələmov H. Xəcalət. Gənclik. Bakı: 2002, – s.163. 


23 
müəllimlər Bala Marks deyirdilər”
9
. Bu sözləri vaxtı ilə tələbə 
yoldaşı, sevgili nişanlısı olmuş, sonra isə başqa birisinə qoşulub 
qaçan, indisə məlum olur ki, həmin Firudinin həyat yoldaşı Güllü 
Rəhim haqqında deyir. Hamını hədə-qorxu ilə əlində saxlayan 
Roqozin bazarının reketi Fedya öz ad gününə Rəhimi də dəvət 
edir. Yeddi il ayrılıqdan sonra rastlaşan Güllü ilə Rəhim yenə bir 
tragik hadisə nəticəsində ayrılmalı olurlar. 
Əsərdə gerçəkliyin tarixən tragik bir lövhəsinin rəng 
çalarlarının bədii dərki müxtəlif mənəvi səslərlə təmsil olunur. 
Qəhrəmanın faktlara münasibəti bu səsi müasirlərimizin dünyada 
sülh, əmin-amanlıq ideyaları ilə qovuşdurur.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin