16
mərkəzi təmayüllərdən biri mövcud estetik meyar və dəyərlərə
tənqidi münasibətdən danışılır. Gənc ədəbi nasir 30-40-cı illərdə
Amerika ədəbiyyatında formalaşmış və 50-60-cı illərdə isə daha
da möhkəmlənmiş bədii norma və kriteriyalara tamamilə yeni
mövqelərdən yanaşırdı. Bədii təfəkkürün ictimai gerçəkliyə
münasibəti, müsbət
və mənfi qəhrəman bölgüsü, ədəbiyyatın
qabaqcıl və baş qəhrəman konsepsiyası, keçmişə və yeni
dəyərlərə yanaşma, çağdaş dünyaya baxış və s. demək olar ki,
yeni nəslin əsərlərində ciddi dəyişikliklərə uğrayırdı. Ədəbi
gəncliyin erkən nəsrində diqqəti cəlb edən əsas yenilikçi cəhət
mövcud ədəbi qayda və qanunlara
məşhur obraz və obrazlar
sisteminə dekonstruktiv yanaşma idi. Dekonstruktivizm bu
dövrdə müxtəlif üslub və axın nümayəndələrini yaxınlaşdıran,
bir çox cəhətdən birləşdirən ən qüdrətli tendensiya idi. Cozef
Hellerin “Tələ–224” əsərinin satirik və yumoristik nəsr üslubu öz
ahəng və intonasiyasına, bir çox xüsusiyyətlərinə görə, başqa
satirik nəsr üslublarından fərqlənir. Onun qatı, kəskin və qəzəbli
kinayəsi, şən əhval-ruhiyyə yaradan yumordan fərqlidir. C.Heller
cəmiyyətə narazı münasibətini sətiraltı mənalarla, istehza,
güclü
kinayə vasitələri ilə ifadə etməsi ilə oxucuları əyləndirmək üçün
yox, düşündürmək üçün gülürdü. Bu gülüş acı və amansızdır.
Müəllifin satirası İkinci Dünya müharibəsində dünyanı qan
çanağına çevirmək istəyən bütün qara qüvvələrə yönəlirdi. Bu
zaman onun gülüşü daha sarsıdıcı, öldürücü səciyyə daşıyır, daha
böyük ictimai əhəmiyyət kəsb edirdi. Hər qəhqəhəsi qəzəb, kin
və nifrət alovları saçırdı. İkinci Dünya müharibəsində hərbi-hava
donanmasının qulluqçusu kimi iştirak etmiş Cozef Heller öz
təəssüratlarını satirik və cəfəng üslubda “Tələ– 22” (Catch– 22,
1961) romanında canlandırmışdır. Kurt Vonnequt Hellerin
müharibə haqqında bu son əsərini Amerikanın faşizmlə aparılan
mübarizədə iştirakını böyük bir yalan kimi təyin etdi.
Hellerin təsvir etdiyi müharibə həcmcə böyük bir
yarmarkanı xatırladır: burada hər şey satılıb alınır;
insan
həyatları, rütbələr və vəzifələr, neft və diyirçəkli podşipnik, türk
noxudu və qara gavalı. Alverə, düşməni daxil etməklə, hamı cəlb
17
olunub. Eləcə də, təkcə düşmən hərbi obyektlərini deyil, mülki
şəxsləri, elə öz eskadrilyalarında bombardman edirlər.
Yazıçı-fantast Kurt Vonnequt ədəbiyyata özünəməxsus
mövzularla gəlmişdir. Onun əsərləri fərdi təsvir forması,
süjet
tamlığı və həyat lövhələri ilə oxucunun gözü önündə müharibə
epizodlarını dayandırdı. Əsərləri mövzu əlvanlığı və kompozisiya
bitkinliyi ilə seçilir. “Beş nömrəli sallaqxana; və ya uşaqların
səlib yürüşü” romanında (Slaughterhouse Five; or The Children’s
Crusade, 1969) əsərində fikirlər, ifadələr aydın və sadə
olduğu
qədər də fəlsəfi və düşündürücüdür. Yazıçı
fantastik roman
janrına müraciət edərək vaxt, zaman kəsiklərinə özünəməxsus
rakurslardan yanaşmaqla bircə anla, min ili yaxınlaşdırır, həyatla
ölüm və olum arasındakı münasibətlərə öz arşını, baxış bucağı
ilə yanaşır. O, zamanı qabaqlamağa çalışır. Müəllif eksperiment
apararaq zamanı
əsərin infrastrukturuna, obrazına daxil edərkən
o, zamanı adi müşahidəçi kimi yox, həm də həyatın mahiyyətinə,
onun gedişatına təsir edə biləcək element kimi, ortaya qoyur,
ondan deyimin uğurlu şəkildə ifadə olunması məqsədilə istifadə
edir. Həqiqət uydurmadan daha dəhşətli və inanılmaz olduğu
üçün müəllif qrotesk və fantastikadan istifadəni elə ilk səhifədən
başlamaqla qəhrəmanı iki müharibənin –İkinci Dünya və
Vyetnam müharibələrinin iştirakçısına çevirir.
Dördüncü
paraqraf
Dostları ilə paylaş: