“Hərbi roman janrının
bədii estetik xüsusiyyətləri. Müharibədə insan amili”
adlanır.
Uzun illər oxucuya estetik zövq aşılamaq yazılı ədəbiyyatın
yeganə estetik funksiyası hesab edilmişdir. Bu günün elmi-nəzəri
fikri yazılı ədəbiyyatın praqmatik funksiyalardan sərf-nəzər
2
Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı, “Mütərcim”, 2008, – s 213.
12
edilməsini və bədii-estetik funksiyanı “yeganə funksional
keyfiyyət kimi” elan edilməsini birmənalı qarşılamır. Müasir
milli ədəbiyyatşünaslıq düşüncəsində əyləndirici-estetik funksiya
yazılı ədəbiyyatın idrakı, tərbiyəvi funksiyaları ilə bir sırada yer
alır. Nəzəriyyəçi alim R.Əliyev tamamilə doğru qənaətə gəlir ki,
“müxtəlif janrlarda ədəbiyyatın müxtəlif funksiyaları aparıcı
olur”
3
. Bu mənada roman janrında, heç şübhəsiz ki, əyləndirici-
estetik funksiya, idrakı tərbiyəvi funksiyalardan sonra gəlir.
İdraki funksiyanın önə keçməsi romanın sosial və fəlsəfi təbiəti
ilə birbaşa bağlıdır. Məhz bu mənada roman “dünya modeli” elan
edilir və bu elan onun üzərinə düşən missiyanı şifahi ədəbiyyatın,
deyək ki, eposun üzərinə düşən funksiya ilə eyni müstəviyə
gətirir.
XX əsrin ikinci yarısından sonra ədəbi prosesinin səciyyəvi
cəhətlərindən biri də janr münasibətində dəyişmələrin baş
verməsidir. Janrlararası münasibətlərdə keçmələr, poetik
qarışıqlıq bu dövrün ədəbi janrları üçün səciyyəvidir. İndi sırf saf
janrdan danışmaq bir qədər çətindir. Ümumiyyətlə, burada poetik
ehkamçılığa yol verməyə ehtiyac yoxdur. Elmi Texniki İnqilabın
başlanması ilə bağlı stresslərin artması – yəni zəmanə özü artıq
60-cı illərdən başlayaraq janrlara çeviklik və yığcamlıq gətirən
elementlərin gəlməsinə şərait yaratdı. Ədəbiyyatda psixologizm
gücləndi, sənət pafosdan, patetikadan, möhtəşəm bədii
təsvirlərdən, təfərrüatlardan adiliyə endi.
Azərbaycan alimi N.M.Sadıqova janrlar haqqında belə
yazır: “XX əsr ədəbiyyatı fövqəljanr müxəlifliyi və tədricən
dəyişkən janr və janr sistemləri ilə səciyələnir: Bəzilərindən
rəhmsız imtina olunur, bəziləri köhnəlmiş elan olunur, yeniləri
peyda olur və sonra öz yerlərini başqalarına verir, əvvəllər
uyuşmayan janrlar, indi qəribə sintez yaratmış olurlar... lakin
müəyyən janrlardan imtinaya heçdə onların izsiz qeyb olması
3
Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı, “Mütərcim”, 2008, – s. 213.
13
demək olmaz, çünki “klassik janrlar tamam yeni, gözlənilməz
formalarda peyda ola bilər”
4
.
Ədəbiyyatşünaslıq elmindən məlumdur ki, trilogiya bir
müəllifin ideya ümumiliyi və mövzu ardıcıllığı, süjeti ilə
birləşən üç ədəbi əsərdir. Trilogiya klassik ədəbiyyatdan üzübəri
gələn ədəbiyyatşünaslıq terminidir, belə ki: Dramaturji, yaxud
təhkiyə janrında yazılıb, vahid müəllif qayəsi ilə bir-birinə bağlı
olan üç ədəbi əsər.
Hər hissə müstəqil sayılır və hər birinin də, öz müstəqil adı
var. Sadəcə, bu müstəqil romanları eyni mövzu və eyni obrazlar
birləşdirir. Burada dərin həyati müşahidə, yaşanmış həyatın
qənaətləri, zamana, dünyaya, insan aləminin ziddiyyətlərinə
kəskin baxış bucağı altından nəzər var. Görünənlər sözlə göz
önünə gətirilir. İstedadlı qələm sahibi Ceyms Counsun
diqqətçəkən nəsr nümayəndələrindən biri kimi iri həcmli
memuarvari trilogiyası: “Buradan əbədiliyə doğru”, “Nazik
qırmızı xətt”, “Sadəcə səslə” adlanır.
“Buradan əbədiliyə doğru” romanı mövzusunun genişliyi,
aktuallığı, toxunulan problemlərin taleyüklülüyü, tarixi və ədəbi
dəyər baxımından Amerikan bədii nəsrinin müharibə haqqında
yazılan ədəbiyyatın ən parlaq və nadir nümunələrindəndir.
Havay adalarında hərbi xidmətdə olarkən yaponların Perl-
Harbora 1941-ci ildə hücumunun şahidi olmuş, Quadalkanal
adasında gedən döyüşlərdə iştirak etmiş, yaralanandan sonra
ordudan 1944-cü ildə təxris olunmuş Ceyms Couns ABŞ hərbi
roman ustalarının liderlərindəndir. “Folkner və Hemengveyi kim
əvəz edə biləcək?” sualına 60-cı illərin tənqidçiləri ən çox gənc
Counsun adını çəkirdilər.
5
“Buradan əbədiliyə doğru” (From
Here to Eternity, 1951) ilk romanı Amerika ədəbiyyatında
müəllifini öncül cərgəyə qoydu.
Sonralar “Nazik qırmızı xətt” (The Thin Red Line, 1962) və
“Sadəcə səslə” (Whistle, 1978) və “Buradan əbədiliyə doğru”
4
Садыхова Н.М. Современная амриканская научная фантастика. Проблемы
метода и жанра (на матеиале амерк литературы) Баку: 1987, – s. 83.
5
Никомокин А.Н. Американский романтизм и современность. М. «Наука»,
1986, – s. 30.
14
romanları trilogiya yaratmışdı. Hər üç əsərdə sadə amerika
əsgərinin özünü bir fərd kimi, itaətkar oyuncaq olub məhv
olmaması uğrunda apardığı mübarizənin şahidi oluruq. “Bu
romanda ilk dəfə təqdim olunan bir çox mövzular müharibədən
sonrakı amerika nəsrində şöhrət tapdılar. Özgələşmə və
ünsiyyətsizlik, anonimlik, simasızlıq, şəxssizləşmə – bütün bu
kimi sosial-psixoloji kateqoriyalar hərbi həyatın qabarıq realistik
səhnələrində
təqdim
olunmuşdur.
Faciə
hissi
əsərdə
“müharibənin dəhşətləri”lə deyil, məhvedici hərbi bürokratiya
şəraitində daha acınacaqlı təzahür edən burjua cəmiyyətinin ağıla
sığmayan boş həyat tərzi, ilə göstərilir” – deyə Amerika
ədəbiyyatının sovet mütəxəssisi Mulyarçik yazır. Əsərin baş
qəhəmanı Robert Pryuit, və ya sadəcə dostları deyən kimi Pryu
adi bir sıravi əsgərin, həyatın və zamanın formalaşdırdığı
minlərlə gənclərin taleyini yaşayan cavanın obrazı – gənc
müəllifin əsas uğuru idi. Otuz illik hərbi xidmətə yazılan şaxtaçı
oğlu “əsgər olmaya bilməzdi. Onun kimi oğlanlara bu yeganə
çıxış yolu idi”.
6
Bir dəfə şeypuru əlinə alan Pryu onun cazibə qüvvəsini,
möhtəşəmliyini və təntənəsini hiss edir və eyni zamanda elə
zəriflik və qəmli hisslər keçirir o məqamda ki, başa düşür –
şeypur çalmağa onun istedadı var. Və o, düşünür ki, öz amalına
özünü həsr edə bilirsənsə, deməli həyatın uğurlu sayıla bilər. Və
o, öz silahdaşı tərəfindən öldürülməyə məhkum olunandan çox
əvvəl dostları ilə birgə öz həyatına və sadə, adsız əsgərlərin
həyatına “Hərbi qulluqçunun blyuzu” əsərini – rekviyem
bəstəliyir. “Buradan əbədiliyə doğru” roman Pryunun ölümünün
bilavasitə günahkarı olmuş rota komandiri Xolmsın oğlunun
anası ilə çox mənalı söhbət ilə yekunlaşır. ABŞ Təzəcə İkinci
Dünya müharibəsinə qoşulub. Karen Holmsın atasından keçən
hərbi xidmətə olan həvəsi anasəna belə bir sual ilə müraciətini
gorürük: – “Ana, necə bilirsən, bu müharibə mən Uest Pointdə
6
Мулярчик, А.С. Спор идет о человеке. О литературе США второй
половины XX века. / А.С.Мульярчик. – Москва: Советский писатель, – 1985,
– s.47.
15
hərbi məktəbi qurtarana qədər çəkər məndə orada iştirak edim?”
– deyə soruşur. “Ana inkar cavabı verir, lakin dərhal oğlunu
“əmin” etməyə çalışır ki, “sən böyüyənə kimi başqa bir müharibə
başlayar” – “Sən əminsən, ana?”– oğul fikirli soruşur.
7
C.Counsun “Nazik qırmızı xətt” romanı on beş il
müharibədən sonra yazılan antimilitarist əsərdir. Bu kimi
romanlar
müharibədən dərhal sonra yazılan əsərlərdən
fərqlənirdilər, çünki bu illər ərzində baş verən hadisələr onları
səciyyələndirən personajların kontekstində açılırdı. Müharibədən
sonrakı Amerika həyatı yazıçıları qırxıncı illərdə yaşamış
qəhrəmandan aralanmaqlarına səbəb oldu. Bu zaman müharibə
gerçək həyatın problemlərin həll etməsi üçün bir fon kimi
göstərilir.
Əsərin adı da qədim atalar sözündən götürülüb. “Müqəddəs
insanı dəlidən yalnız nazik qırmızı xətt ayırır”. Xeyirlə şər
arasında da yalnız nazik qırmızı xətt mövcuddur. İnsanın
daxilindəki ziddiyyətlər müəllifin əsas məramıdır. Müharibə
şəraitinə düşən insan psixologiyasının təşviqinə çox diqqətlə
yanaşan müəllif insanın daxili konfliktini insan və cəmiyyət,
insan və vicdan, insan və məhəbbət kimi problemlərini də görür.
Trilogiyanın sonuncu hissəsində – “Sadəcə səslə məni”
romanında insanın hətta faşizmə qarşı aparılan müharibənin də
əleyhinə çıxması göstərilir. Ona görə rus ədəbiyyatçıları onun bu
əsərini ən çox faşizmdən əziyyət çəkən avropalılara qarşı təhqir
kimi qəbul edirdilər. Lakin son romanında Couns 1978-ci ildə II
Dünya müharibəsindən 33 il keçdikdən sonra, Koreya və
Vyetnam müharibələri, ərəb-İsrail qarşıdurması və s. nəticəsində
ədibin müharibədə insan amilinə münasibətinin dəyişməsi ilə
nəticələndiyindən bəhs etmişdirə Ümumiyyətlə müharibə
əleyhinə çıxış edən müəllif bir daha bu əsərdə öz mövqeyini
bəyan etmiş oldu.
Dostları ilə paylaş: |