İŞİN ƏSAS MƏZMUNU
Dissertasiyanın
Giriş
hissəsində mövzunun aktuallığı və
işlənmə dərəcəsi əsaslandırılır, məqsəd və vəzifələri müəyyənləş-
dirilir, tədqiqat metodları, müdafiəyə çıxarılan əsas müddəalar,
tədqiqatın elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti,
araşdırmanın aprobasiyası və quruluşu haqqında elmi məlumat
diqqətə çatdırılır.
Dissertasiyanın
“XX əsr ABŞ nəsrində müharibə
mövzusu, onun əsas prinsip və istiqamətlər”
adı ilə təqdim
edilən birinci fəsli dörd paraqrafdan ibarətdir.
“Müharibə
mövzusunun təşəkkülü və inkişafı”
adlı birinci paraqrafda qeyd
edilir ki, Amerikanın yerli hindu qəbilələri, xalqları ingilislərin
dözülməz qayda-qanunlarına qarşı 1861-1865-ci illərdə inqilabi
müharibə nəticəsində Koloniyalar İngiltərədən ayrılaraq tam
müstəqillik qazandılar.
O dövrdən etibarən ABŞ torpağı müharibə görməmiş və
dünyanın ən qüdrətli dövləti yalnız I Dünya müharibəsinin
sonunda Almaniyaya qarşı və II Dünya müharibəsində faşizmə
qarşı mübarizəyə qoşuldular. Və məhz bu dövrdən başlayaraq,
ABŞ ədəbiyyatında əvvəlcə “məhv olmuş nəsl”in faciəsini təsvir
edən əsərlər diqqəti çəkir.
Bu gün ABŞ-ın ulduz müharibəsinə hazırlıq sahəsindəki
texniki tədbirləri artıq insan nəzarətindən çıxaraq kompüterlərin
nəzarətinə əsaslanır ki, bu da insanın özünü elmi-texniki
tərəqqinin ixtiyarına verməsi deməkdir. Elmin, elmi-texniki
tərəqqinin nailiyyətləri artdıqca müasir dövrün burjua
futuroloqları da daha çox dərəcədə bir-birinə əks olan iki cəbhəyə
ayrılırlar. Əgər ssientist futuroloqlar üçün elmi fetişləşdirmək,
onun nailiyyətlərini həddindən artıq şişirdərək bütün ictimai
bəlaları elmlə müalicə etmək ideyası səciyyəvidirsə, antissientist
futuroloqlar müasir burjua cəmiyyətinin bütün uğursuzluqları
elmlə bağlamağa, elmin bəşəriyyət üçün böyük fəlakətlər
mənbəyi olduğunu, törətdiyi ziyanların xeyrini üstələdiyini
göstərməyə çalışırlar. ABŞ ədəbiyyatında həm ssientist, həm də
antissientist əsərlər yaranaraq XXI əsr müharibələrinin artıq bir
9
ölkə üçün yox, bütün bəşəriyyət üçün təhlükə yaratmış olacağını
diqqət mərkəzinə çatdırırlar.
Yaranmış vəziyyətin real təhlükəsini bütün tərəqqipərvər
qüvvələrin nəzərinə çatdırmaq və bəşəriyyəti bu təhlükədən xilas
etmək bu gün dünya elm adamlarının tarixi vəzifələrindən birinə
çevrilmişdir.
Herman Melvinin “İzrail Potter əlli il sürgündə” romanı
tarixi faktlarla müharibənin insan həyatında əbədi-əzəli
olmasından və eyni zamanda faciəvi hadisə kimi təsvir etmişdir.
Lakin əsərdə müəllifin müharibəyə olan ikrah hissi qəhrəman yox
müəllif tərəfindən göstərilmişdir.
Əsərdə yazıçı cəmiyyətə və insan həyatına bəla gətirmiş
müharibənin harmoniyanı pozduğunu, hər şeyi vəhşi xaosa,
özbaşınalığa çevirdiyini yüksək bədii rəmzlərlə əks etdirir.
XX əsrin əvvəllərini bədii metodların, ədəbi cərəyanların
çarpazlaşmasına
baxmayaraq
realizmin
təntənəsi
dövrü
adlandırmaq olar. Həmin proses ikinci dünya müharibəsinə qədər
davam edir. Müharibədən sonra makkartizm hərəkatı ədəbiyyatın
vüsəti inkişafını bir qədər ləngitdi. XX əsrin Amerika realizminin
qüdrətli nümayəndələri T.Drayzer, C.London, F.Norris və
başqaları həyat reallıqlarına, qəribə taleli sadə amerikalıların
faciəvi obrazlarını yaratmışlar. Müharibədən sonrakı gərgin,
çətin və ziddiyyətli kapitalist Amerikasında gənc nəslin taleyi
problemi ön plana çıxmışdı. Həmin problem də öz aydın bədii
izahını məhz “məhv olmuş nəslin” əsərlərində E.Heminqueyin
“Günəş doğanda”, F.S.Fitsceraldın “Cənnətin bu tərəfi” və
C.D.Passosun “Manhetten” romanlarında tapdı. Birinci Dünya
müharibəsində Fitscerald ABŞ ordusunda xidmət etmişdi.
Amerika
Birləşmiş
Ştatlarının
ədəbiyyatı
digər
Qərb
ədəbiyyatlarından gəncdir.
Müharibəyə nifrət, müharibəsiz dünya ideyası Heminquey
yaradıcılığının təməl daşıdır. Heminquey bütün yaradıcılıq
həyatını insan xoşbəxtliyinin axtarışlarına həsr etmişdir. O,
mütərəqqi fikirli yazıçı olduğundan antifaşizm mövzusuna
müraciət etmişdi. Müharibəni insanların total psixoz zamanında
10
olduğu kimi, kütləvi şəkildə ağıllarını itirməsi kimi
qiymətləndirirdi.
1950-ci ildə Nobel mükafatına layiq görülən məhşur ABŞ
yazıçısı Uilyam Folknerin ilk romanı “Əsgərin mükafatı”
(Soldiers Pay, 1926) müharibədən dönmüş veteranın acı
taleyindən bəhs edir. Dos Passosun “Üç əsgər” (Three Soldiers,
1921) romanında müharibənin dəhşətlərinin naturalist təsvirini
vermişdir. Militarist qayda-qanunun və amansız şəraitin müxtəlif
tipli insanlara təsiri bu əsərin əsas mövzusudur. İnsanların
özgələşməsi, mənəvi sarsıntıları, hər an ölümlə qarşılaşması
həyatın mənasızlığı kimi problemlərin yaranmasına səbəb
olmasını araşdırmağı qarşımıza məqsəd qoyuruq. Adı çəkilən
əsərlərdə müharibənin bəzəksiz təsviri verilmişdir.
Müharibənin lehinə və əleyhinə olan əsərləri tədqiq etmək
baxımdan İ.Şounun “Cavan aslanlar” (The Young Lions, 1948)
əsəri qeyri adi süjet xətti və fövqəlzaman prinsipindən istifadə
edərək “balaca” insanın – dağ xizəkçisi instruktorunın
faşistləşmə prosesini dəqiqliklə göstərmişdir. Şou təhkiyənin
sərhədlərini genişləndirib müharibəni Avropadan tutmuş
Amerika, Afrika ölkələrinə də təsirsiz olmadığını, müxtəlif
millət, din, etiqad, hərbi rütbə sahiblərinin talelərindən keçirdib
üç personajın: amerikalı Maykl Gaytekr və Noy Akkerman və
nasist Xristian Distl üzərində dayanır.
Və bu üçlük müharibəyə öz ölkə, ordu və hökumətin gözü
ilə baxmalı və nəticə çıxarmalı olurlar. Nəhayət müharibənin son
akkordlarında Bavariyada görüşən üçlük dramatik məqamları
yaşamış olur: vəhşiləşmiş Distl pusquda duraraq öz həmyaşlısı
Noyı öldürür və dərk edir ki, Maykl onun intiqamını bunu
öldürməklə alacaq.
Bu günün elmi-nəzəri fikri yazılı ədəbiyyatın praqmatik
funksiyalardan sərf-nəzər edilməsini və bədii-estetik funksiyanı
“yeganə funksional keyfiyyət kimi” elan edilməsini birmənalı
qarşılamır. Müasir milli ədəbiyyatşünaslıq düşüncəsində
əyləndirici-estetik funksiya yazılı ədəbiyyatın idrakı, tərbiyəvi
funksiyaları ilə bir sırada yer alır. Nəzəriyyəçi alim R.Əliyev
11
tamamilə doğru qənaətə gəlir ki, “müxtəlif janrlarda ədəbiyyatın
müxtəlif funksiyaları aparıcı olur”
2
.
Aristotelin sözləri ilə desək o ədəbi növləri və janrları
“Təqlidetmənin vasitələrinə görə” fərqləndirir. Başqa sözlə, janr
sənətkarın həyata münasibət tərzi, onu bədii təcəssüm imkanları
ilə hüdudlanan bədii formadır. Bədii forma kimi o mənsub
olduğu dövrə, aid olduğu ədəbi cərəyana, yaradıldığı bədii dilin
poetik vasitələrinə və üsluba görə müəyyənlik əldə edir. Şübhəsiz
ki, burada sənətkarın həyata münasibətinin başında dayanan
estetik idealın mühüm rolu vardır.
1935-ci ildə “Bizdə bu mümkün deyil” romanı ədəbi
mühitdə olduğu kimi, ictimai həyatda da bir “partlayış” kimi
meydana çıxaraq çox geniş oxucu auditoriyası qazanmaqla
bərabər, ilk faşizm əleyhinə Amerika ədəbiyyatında yazılmış
əsərdir. Amerika cəmiyyətinin mikrokosmosu kimi kiçik əyalət
şəhərin timsalında Fort Byul adlı faşistlərin tərəfkeşləri olan
siyasətçiləri ifşa edib onların əməllərini başa salmağa çalışırdı.
Faşizmi aydın və inandırıcı şəkildə əks etdirən ədib
zamanın ideya istiqamətinə tamamilə uyğun olmaqla, böyük təsir
gücünə malik idi. Roman-utopiya “Bizdə bu mümkün deyil”
əsərində də antifaşist mövzu, ümidsiz gələcəyin təsviri əsas
götürülür.
Lyuisin
realizmini
“fotoqrafik”
dokumental
adlandırırdılar. Çünki özü də amerika əyalətinin sakini olaraq öz
qəhrəmanları ilə eyniləşmiş, müəllif-qəhrəman arasında tələb
olunan məsafəni saxlaya bilməsinə görə günahlandırılırdı. Yeni
kəşflərin insanın xeyrindənsə, ziyanına yönəlməsi, elmin insan
nəzarətindən çıxıb nəticədə məhvə aparması Xirosimadan altı il
əvvəl “Qalileyin həyatı” adlı əsəri ilə əsrin ilk öncəgörmə
hadisəsini təsvir etmişdir.
Tədqiqat işinin ikinci paraqrafı
Dostları ilə paylaş: |