Tədqiqatın elmi yeniliyi. Tədqiqatın elmi yeniliyi də məhz
bu problemin həllinə yönəlməsi ilə şərh olunur. Araşdırmanın
yeniliyini əsaslandıran birinci istiqamət ondan ibarətdir ki, ilk
dəfə olaraq müharibə mövzusu Azərbaycan və ABŞ romanlarının
materialları zəminində planetin taleyi üçün məsuliyyətlə bərabər
planetar
təfəkkürün
formalaşması
məqamlarını
müəyyənləşdirmək, bununla əlaqədar öz konsepsiyamızı
əsaslandırmaqdır. İkinci istiqamət isə ədiblərin tarixi fakt və
hadisələri özündə təcəssüm etdirən əsərlərində yazıçı mövqeyinin
müəyyənləşdirilməsidir. Müharibə ilə bağlı əsərlərdə obrazlar
aləmi, mövzu axtarışları müxtəlif ölkə yazıçılarının öz
zamanlarının müharibəsinin real təsvirini verməklə insanları
məruz qaldıqları problemlərin həll olunmasına yardımçı ola bilər.
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti ondan ibarətdir
ki, işin əsas müddəaları müxtəlif ədəbiyyatların qarşılıqlı
əlaqələri və təsiri, realizmin, modernizmin və post modernizmin
xüsusiyyətləri problemlərinin öyrənilməsinə müəyyən əsas
yaradır. Tədqiqat çağdaş ABŞ, ingilis və dünya ədəbiyyatı, eləcə
də Azərbaycan ədəbiyyatı fənlərinin tədrisi prosesində istifadə
oluna bilər.
Aprobasiyası və tətbiqi. Tədqiqatın məzmununu əhatə
edən əsas müddəa və nəticələr Beynəlxalq Simpozium, elmi
konfranslarda məruzələrin tezislərində, məqalə şəklində
çıxışlarında, eləcə də xarici ölkələrdə – Ukrayna, Qazaxıstan və
Azərbaycan Respublikasında elmi jurnallarda çap olunmuşdur.
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı. Dissertasiya işi Gəncə Dövlət Universitetinin Azərbaycan və
dünya ədəbiyyatı kafedrasında yerinə yetirilmişdir.
Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi qeyd olunmaqla dissertasiyanın işarə ilə ümumi həcmi. Dissertasiya işi giriş, iki fəsil, nəticə və istifadə edilmiş
ədəbiyyat siyahısından ibarətdir. Giriş hissəsi 7 səhifə, I fəsil 54
səhifə, II fəsil 47 səhifə, nəticə 7 səhifə, istifadə edilmiş
ədəbiyyat siyahısı istisna olmaqla, ümumi 218 045 işarədir.