28
cərəyanların hər birində və bəzən paralel olaraq onların
sintezində müharibə mövzusunda əsərlər yaranmışdır.
–Amerika yazıçılarının müharibə əleyhinə yazılan
əsərlərində mübariz-əsgər obrazı ümumiyyətlə yoxdur. Heç də,
təəccüblü deyil ki, ən müsbət obraz müharibə əsərlərində fərarilik
etmiş olur.
–Azərbaycan əsgəri vətən
uğrunda
ölümə gedən döyüşçü
kimi təqdim olunub. Bunu həm II Dünya Müharibəsinə həsr
olunmuş əsərlərdə, həm də Qarabağ haqqında yazılmış bədii
nümunələrdə müşayət etmək olar.
–Hər iki ədəbiyyatda nəsrin irəliyə
doğru hərəkətini fərqli
janrların –hekayənin, povest və romanın, həmçinin fərdi
üslubların, hətta üslub təmayüllərinin kontekstində izləmək
mümükündür.
–Formadan
asılı olmayaraq
ədibləri
yaxınlaşdıran
militarizmin qəti inkarıdır, ümumbəşəri ideyalara sədaqətdir.
Tədqiqatda
sübut olundu ki, müharibə mövzusu istənilən
janrlarda öz əksini tapmışdır.
–Hərbi nəsrin janr müxtəlifliyi poetik strukturundakı
yeniləşmə prosesi ilə səciyyələnir, yeni çalarları ilə fərqlənir.
–Birinci dünya müharibəsində müxtəlif ölkə yazıçılarını
bir-birinə yaxınlaşdıran əsərlərinin mövzuları və hadisələrə
münasibətləri idi. Onlar Birinci dünya müharibəsi illərində
bütün həyat arzuları və xəyalları məhv olan burjua ziyalıları
nəslinə mənsubdular.
–II Dünya Müharibəsindən
sonra ABŞ və Azərbaycan
yazıçılarını antifaşizm ideyaları birləşdirir.
–Müharibə mövzusunda yazılan nəsrdə heç şübhəsiz ki,
əyləndirici-estetik funksiya, idrakı tərbiyəvi funksiyalardan sonra
gəlir.
–Elmi Texniki İnqilabın başlanması ilə bağlı stresslərin
artması – yəni zəmanə özü artıq 60-cı illərdən başlayaraq janrlara
çeviklik və yığcamlıq gətirən elementlərin gəlməsinə şərait
yaratdı. Ədəbiyyatda
psixologizm gücləndi, sənət pafosdan,
patetikadan, möhtəşəm bədii təsvirlərdən, təfərrüatlardan
təbiiliyə endi.
29
–Qarabağ müharibəsi mövzusunda yazılan
bədii və bədii-
publisist əsərlər bütövlükdə müasir Azərbaycan ədəbiyyatının
ideya istiqamətini dəyişmiş, vətənin nicatı bədii fikir-məğzini
çox mühüm amil səviyyəsinə yüksəltmişdir.
–İstər ABŞ, istərsə də Azərbaycan oxucusu müharibə
haqqında yazılan əsərlərlə tanış olarkən
eyni emosional xaosdan
keçmiş olurlar, bu əzabdan pay almış olurlar, günahın, şərin nə
olduğunu eyni yolla dərk etmiş olurlar.
–Müxtəlif ölkələrin müharibə haqqında olan əsərlərdə
motiv və obraz səsləşmələri, bənzərliyi
eyni məna və məzmun
kəsb etməsindədir.
Dostları ilə paylaş: