25
yaxın keçmişimizin iştirakçısı olan qarabağlılardır. Romanın
çoxşaxəliliyi
geniş obrazlar qaleriyasının yaranması ilə
səciyyələnir və müəllif bir-birindən
fərqli surətlərin həyat
yollarına işıq tutur və onların psixoloji durumundan tutmuş tarixi
gerçəklik zəminində milli şüur və məfkurənin təzahürünü diqqətə
çəkir.
Müəllif bədii sözlə zamanın ən təkzibedilməz, ən həqiqi
tarixini, siyasət məngənəsinə düşən ölkəmizi, onun dilbər guşəsi
olan Qarabağ müharibəsinin başlanma prosesini izləmiş,
müharibəyə doğru aparan siyasi oyunları dərin bir vətəndaş hissi
ilə araşdırmış və ümumiləşdirmişdir. Müharibənin hansı
faciələrlə üzləşmiş olduğu soydaşlarımızın mənəvi və fiziki
əzabları xalqın öz ruhuna uyğun dildə danışılır.
...Bütün kənd xoşbəxt ovqat içindədir. İnsan həyatının ən
ali məqam-iki gəncin toy məclisidir. Bakıdan qohumları da toya
təşrif gətiriblər. Jurnalist Aysu da bunların arasındadır.
Qələbəlik, sevinc duyğuları bir an
içərisində faciə ilə əvəz
olunur. Erməni işğalçıları əvvəlcədən hazırlanmış məclisi
gülləboran edir, dinc insanlar qırılır, jurnalist qız yağılara əsir
düşür.
Roman sevgi və ismət sınağı ilə qarşı-qarşıya qalmış
Aysunun əsirliyi fonunda Qarabağ savaşının ilk günlərindən
erməni yağılarının onlara arxa olmuş havadarların köməyi ilə
Azərbaycan torpağında törətdikləri vəhşilikləri, öz içimizdəki
vəzifə, mənsəb naminə qüvvələrimizi parçalamış namərd, naxələf
siyasətçilərin əməllərini müşahidə etmiş
müəllif bütün hərbi və
siyasi gerçəklikləri bədii, xarakterik surətlərlə, inandırıcı
boyalarla təqdim edir.
13
Əsərin Narçiçəklə Ərturun toy səhnəsi mənəvi-əxlaqi
problemlərin ifadəsində hadisənin gözlənilməz, qəfil baş verməsi
yaranan obrazların bədii təsir gücünü daha dərinləşdirmiş olur.
Obrazların təbiiliyi baxımından onların sərt reallığı, əyaniliyi
ehtiva etməsindən irəli gəlir.
13
Fazil Güney. “Qara qan” – trilogiya. “QAPP-Poliqraf” Bakı: 2002, – s. 3.
26
“Biçarə Narçiçək bir neçə addım ata bildi. Güllə səsləri onu
çönüb geriyə baxmağa məcbur elədi və o, dəhşətli bir mənzərənin
şahidi oldu. BTR-dən yağdırılan güllə yağışı arxasını ağaca
söykənmiş Ərturu yıxa bilmirdi. Baxışları
ilə Narçiçəyi izləyən
Ərtur o, ağacların arasında itənədək, nə qədər mümkünsə dik
dayanmaq, sevgilisinin qaçıb namusunu qorumasına öz qanı
bahasına şərait yaratmaq istəyirdi...
Sonra o, başını qaldırıb son dəfə doğma yerlərə baxdı, ona
sarı tələsən hərbiçiləri qabaqladı, bütün ağırlığı ilə xəncırin
üstünə yıxıldı və son gücünü toplayaraq sevgilisini qucaqladı.
14
Əsir düşən qadınlardan biri də düşmənin qabağında
alçalmaq istəməmişdir. Ölümü, namusu şərəfsizlikdən üstün
tutmuşdular.
Bu iki gəncin taleyinin müharibə ilə sona çatması ustalıqla
və bədiiliklə əsərdə təqdim etməyi bacaran nasir müharibənin
bəşəriyyətə qarşı fəlakət olduğunu göstərir. Bir daha fərdlərin
vaxtsız ölümü, nakam məhəbbətləri
bəşəriyyətin faciəsi kimi
düşünülür.
Azərbaycanın milli Qəhrəmanı Mübariz İbrahimovun qısa
həyatı və şərəfli döyüş yolu məhz vətən yolunda şəhidlik
zirvəsinə ucalması ilə gənclərimizə bir örnək oldu.
E.Elatlının “Qisas gecəsi” romanı Mübarizin həyat yolunu
doğum günündən, atasının ona ad verməsindən başlayıb ta son
gününə kimi həyatının ən önəmli məqamlarını işıqlandırır. Oxucu
onun “ciddi siması, idmançılara məxsus qəddi-qaməti ilə
seçildiyini təsadüfən küçədə rastlaşdığı orta yaşlı bir əlil qadının
onu “Biləsuvar pələngi”
15
adlandırması
ilə Mübarizin zahiri
görünüşü ilə bərabər, daxili aləmi ilə də yaxından tanış olur.
“Gəzintidən hərbi məktəbə qayıdan iki kursantın üzündə isə
təntənəli bir həyəcan oxunurdu. Onlar Silahlı Qüvvələrin Təlim-
tədris mərkəzində kurs keçərək gizir rütbəsi almışdılar və iki
gündən sonra keçiriləcək “püşkatmada” hansı hərbi hissəyə
14
Fazil Güney. “Qara qan” – trilogiya. “QAPP-Poliqraf” Bakı: 2002, – s. 58– 59.
15
Elxan Elatlı Qisas Gecəsi, Bakı: Elgün– 2011, – s. 10.
27
göndəriləcəkləri məlum olacaqdı”.
16
Başqalarından fərqli olaraq
Mübariz deyir: “Şəxsən
mən deyəcəm ki, püşkatma-filan lazım
deyil, məni Murova göndərin..... Neçə gündü hər namazda Allaha
dua edirəm ki, ən çətin yerə düşüm. Səngərə.... Həm də atəşkəs
ən çox hansı bölgədə pozulursa, oraya”.
17
Düşməndən qisas almaq niyyəti ilə ön cəbhəyə, ən gərgin
sərhəd xəttinə getmək arzusunu belə bildirir Mübariz “Əlimə
birinci imkan düşən kimi onların üstünə gedəcəm. Bu mənim
çoxdankı arzumdur. Lap uşaqlığımdan bəri...”
18
Mübariz
İbrahimovun
timsalında
Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
və ərazi bütövlüyünün
müdafiəsi uğrunda həlak olmuş bütün şəhidlərimizin əziz
xatirəsinə və onların fədakar valideylərinə ithaf edilmiş bu əsər
gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində
yüksək mənəviyyatı təbliğ edir. Azərbaycan igidinin bu ibrətli
ölümünü müəllif ölümsüzlük, əbədiyyətə qovuşmaq kimi
qiymətləndirir.
Rəşadətlə döyüşmüş igid oğullarımızın
hər birinin keçdiyi
ömür və döyüş yolu dərindən və mükəmməl öyrənilməli və yeni
nəslə çatdırılmalıdır ki, varislik qırılmasın.
Dissertasiya işinin
Dostları ilə paylaş: