Ad, Soyad: Məhəmməd İsmayılov Fakültə:İqtisadiyyat və İdarəetmə



Yüklə 1,55 Mb.
səhifə1/6
tarix09.07.2022
ölçüsü1,55 Mb.
#62715
  1   2   3   4   5   6
Tarix Tsi

Ad, Soyad:Məhəmməd İsmayılov

Fakültə:İqtisadiyyat və İdarəetmə

İxtisas:Mühasibat

Qrup:2091-A

Fənn:Azərbaycan tarixi

Müəllimin(adı,soyadı):Xaqan Balayev

Mövzu:Azərbaycan uğrunda I Rusiya-İran müharibəsi

Müharibənin başlaması və səbəbləri.

1801-ci il sentiyabrın 12-də Kartli-Kaxetiya (indiki Gürcüstan) çarlığının və onun vassal asılılığında olan Qazax, Borçalı, Şəmşəddin sultanlıqlarının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan torpaqlaının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu.

"İran rusların sürətli müvəffəqiyyətlərinə dəhşətlə baxırdı. İran şahı 70 minlik qoşununu Zaqafqaziya sərhədlərində cəmləşdirdi". Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından – İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı. Elə həmin ilin sentyabrında Ənzəlidə sahil istehkamları quruldu. Fətəli şah Zaqafqaziyanı tutmağa hazırlaşaraq, əvvəlcə Gürcüstan və Gəncə ilə həmsərhəd olan bütün xanlıqların ərazilərini ələ keçirmək niyyətində idi. O, bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu sərhədə göndərməyi qərara aldı. 

I Aleksandr xanlıqları danışıq yolu ilə ələ keçırmək istəyirdi. I Aleksandr 1801-ci ilin dekabrında Qafqaz qoşunlarının baş komandanı general Knorrinqə yazırdi: ” Qonşu hakimlər və xalqlarla münasibət saxlayaraq, Rusiya tərəfdarlarının sayını artırmağa çalışmalı. Xüsusən də üzərlərində hələlik Baba xanın(Fətəli şahın) hakimiyyəti yaranmamiş İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanları cəlb etməli”.

I Aleksandr xanlıqları danışıq yolu ilə ələ keçırmək istəyirdi. I Aleksandr 1801-ci ilin dekabrında Qafqaz qoşunlarının baş komandanı general Knorrinqə yazırdi: ” Qonşu hakimlər və xalqlarla münasibət saxlayaraq, Rusiya tərəfdarlarının sayını artırmağa çalışmalı. Xüsusən də üzərlərində hələlik Baba xanın(Fətəli şahın) hakimiyyəti yaranmamiş İrəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanları cəlb etməli”.

Bu fərmana müvafik olaraq general Knorrinq 1802-ci il sentyabr-dekabr aylarinda Şimali Qafqazda görüş keçirildi. Görüş yeri üçün Georgiyevsk şəhəri seçildi. Burada Quba, Bakı, Lənkəran xanları, Dağıstan hakimlərindən Tarku şamxalı, Qaraqaytaq usmisi, Tabasaran və b. yerlərin başçıları toplanmalı idi. 1802-ci il 2 sentyabra təyin edilmiş görüş baş tutmadı. Bu görüşü yalnız 1802-ci ilin dekabr ayında keçirmək mümkün oldu. Görüşdə Quba, Dərbənd və Lənkəran xanları, həmçinin Tarku şamxalı, Qaraqaytaq usmisi və başqa dağlı hakimləri iştirak edirdilər. Bakı xanı görüşə gəlmədi. 26 dekabrda hakimlər arasında müqavilə imzalandı.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin