Ad, Soyad: Məhəmməd İsmayılov Fakültə:İqtisadiyyat və İdarəetmə

Yüklə 1,55 Mb.
səhifə2/6
tarix09.07.2022
ölçüsü1,55 Mb.
#62715
1   2   3   4   5   6
Tarix Tsi

Giriş və 12 maddədən ibarət olan bu sənəd üzrə onu imzalayan xanlar və hakimlər söz verirdilər ki, onların arasında olan düşmənçilik, narazılıq və çəkişmələri bir tərəfə qoyacaq, bir-birilə savaş aparmayacaq (maddə 1), mübahisələri dinc yolla həll edəcəklər (maddə 2). İranın hücum edəcəyi halda ona qarşı birgə çıxış etmək (maddə 3), ticarəti, dənizçilik işini yoluna qoymaq da (maddə 5-10) nəzərdə tutulurdu.

Bakı xanının görüşdə iştirak etməməsinin səbəbi İran şahının nümayəndəsi Bakı xanının tabe olmasını tələb etmişdi. Qarabag xanı İbrahimxəlil xana da belə tələb verilmişdir.

Georgiyevsk bağlaşması ilk günlərdən dəyərsiz bir kağıza çevrildi. "Birliyə" qoşulan tərəflər tezliklə İranın deyil, məhz Rusiyanın təcavüzünə məruz qaldılar. Çünki 1803-cü ildən yerli xanların nazı ilə oynayan "Pavel siyasəti"nin kortəbii davamına son qoyuldu. Onun yerini I Aleksandrın "öz" siyasəti, açıq təcavüzkar bir siyasət tutdu.

Car-Baləkən və Gəncənin tutulması.

Ruslar üçün sonrakı hədəf Car-Balakən idi. Çünki Car-Balakənin tutulması ilə Azərbaycanın içərilərinə dogru yol açılırdı.

1803-cü il martın 29-da general Qulyakov tərəfindən Car tutuldu. 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı.

Rusların sonraki hədəfi Gəncə idi.Sisianov Qacarlar nəslindən olan V Gəncə xanı Cavad xandan təslim olmağı tələb edəndə Cavad xan imtina etdi. Gəncəyə yaxınlaşarkən Cavad xan onlarla savaşdı və məğlub oldu. Ancaq 3 yanvar 1804-cü ildə sübhçağı iki dəstəyə bölünmüş Sisianovun ordusu Gəncə üzərinə yürüş etdi. Qanlı həmlə zamanı Cavad xan ortancıl oğlu Hüseynqulu xanla birlikdə öldürüldü.

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin