Danışıqlar nəticə vermədiyi üçün Sisianov 1805-ci ilin noyabrında Şamaxı xanlığı üzərinə hücuma keçdi. Bu zaman Mustafa xan təbii qala və sığınacaq olan Fit dağında müdafiə mövqeyi tutsa da, kifayət qədər hərbi gücünun olmaması və vəziyyətin çıxılmaz olması səbəbilə Rusiya təbəəliyini qəbul etdi.
Kürəkçay müqaviləsinin şərtlərinə oxşar şərtlərlə 1805-ci il dekabrın 27-də Rusiya ilə Şamaxı xanlığı arasinda müqavilə imzalandı.
Dərbənd, Bakı, Quba xanlıqlarının işğalı
1806-ci ilin fevralında Sisianov Bakı xanlığının Rusiya tabeliyinə keçməsi haqda müqavilə lahiyəsini Bakı xanı Hüseynqulu xana göndərdi. Lakin Hüseynqulu xan Bakının açarını Sisianova təqdim edərkən xanın əmisioğlu İbrahim bəy tərəfindən öldürüldü, rus qoşunları geri çəkildi.
Yenidən qüvvə toplayan rus qoşunları:
1806-cı il iyunun 22-də Dərbənd xanlığı işğal edildi.
1806-cı il oktyabrın 3-də Bakı xanlığını işğal etdi.
1806-cı il oktyabrın sonunda Quba xanlığını işğal etdi.
1806-cı il oktyabrın sonlarında mühasirəyə aldığı Şəki xanlığını işğal etdi. Səlim xan Qacarlar sarayına qaçmağa məcbur oldu.
İrəvanın II mühasirəsi və Qarababa döyüşü.
1808-ci ilin sentiyabr-oktiyabr aylarında Üçkilsəni və Naxçıvanı ələ keçirən rus qoşunları İrəvanı 2 ci dəfə mühasirəyə aldılar. Lakin İrəvan qalasının qəhrəman müdafiəsi və Abbas Mirzənin İrəvana kömək göndərməsi ilə bu mühasirə də uğursuzluqla nəticələndi. 1809-cu ilin mayında rus qoşunları İrəvan qalasının mühasirəsindən əl çəkməklə bərabər Naxçıvanı da tərk etmək məcburiyyətində oldu.
1809-cu ildə Qarababa döyüşü nəticəsində Abbas Mirzənin başçılığı ilə Qacarlar ordusu geri çəkilən rus qoşunlarının əsas hərbi hissəsini ağır məğlubiyyətə uğratdı. Bundan sonra I Aleksandr əsas diqqətini Avropadakı proseslərə yönəltdiyi üçün Qacarlarla sülh danışıqlarına başladı.
Süngü və Sultanbud döyüşləri
1809-1810-cu illərdə Abbas Mİrzənin Qarabağ və Gəncə istiqamətində gedən hərbi əməliyyatlarindakı uğursuzluqları onun da, sülh danışıqlarını bərpa etməyə məcbur etdi. İngiltərə Rusiyanın Xəzər sahillərində möhkəmlənmasini özünün Yaxın və Orta Şərqdəki maraqlarına böyük təhlükə hesab ettiyi üçün onun müdaxiləsi ilə danışıqlar uğursuzluqla nəticələndi. Hərbi əməliyyatlar yenidən bərpa edildi.