AĞA MƏHƏMMƏD ŞAH ÖLDÜRÜLDÜKDƏN VƏ
İBRAHİM XAN BALAKƏNDƏN QARABAĞA
QAYITDIQDAN SONRA BAŞ VERMİŞ
HADİSƏLƏR HAQQINDA
Mərhum (İbrahim) xan Qarabağa gəlib hökumət taxtında oturduğu zaman
vilayətin əhalisi qəhətlik və məşəqqət nəticəsində var-yoxdan çıxıb olduqca pərişan
idilər. Ellərin çoxu Gürcüstan, Gəncə, İrəvan, Şirvan və hətta Rum vilayətlərinə
dağılıb getmiş, mal-dövlətləri qarət olunmuşdu. Ətrafdakı xanlar üzdə itaətdən,
dostluqdan dəm vururdularsa da, gizlində öz xeyirlərinə çalışırdılar. Belə xanlardan
biri də şirvanlı Mustafa xan idi. İbrahim xan Balakəndə olan zaman Mustafa xan,
İbrahim xanın kürəkəni Səlim xan Şəki hakimiyyətini ələ alıb, onun dövlətinə zərər
yetirməsin deyə, Səlim xanın böyük qardaşını Şəkiyə hakim təyin etdi.
Məhəmməd bəy mərhum Məhəmmədhəsən ağa tərəfindən xatircəm edildikdən
sonra başqa xanların övladı kimi mərhum Pənah xan sülaləsi arasında heç bir qorxu
hiss etmədən yaşayırdı. Buna baxmayaraq, cavanlığı üzündən və dövlətinə məğrur
olduğundan Kür qırağına gedib, şəkili Məhəmmədhəsən xanla dostluq etməyə
başladı. Məhəmmədhəsən xan onu aldadıb dedi:
"Mən bir kor kişiyəm, Mustafa xanın hökmündən cana gəlmişəm. Gəl qızımı
sənə verim, mənim yanımda qal; Şəki vilayətinin hakimiyyətini öz əlinə al".
Məhəmməd bəy bu sözlərə aldanıb öz adlı-sanlı qohumundan, möhtərəm
əmisindən əl çəkərək Məhəmmədhəsən xanın yanına getdi. Məhəmmədhəsən xan
isə onu gəlcək tutub həbs etdi; yanında olan bütün cavahiratına, puluna və başqa
şeylərinə sahib oldu. Mustafa xan qədimdən Məhəmməd bəylə qanlı idi, çünki
atasının əvəzinə onun atasını və qardaşını öldürmüşdü. Mustafa xan Məhəmmədhəsən
xanın yanına adam göndərib Məhəmməd bəyi öz yanına gətirərək öldürdü.
Beləliklə, (Mustafa xan) mərhum İbrahim xanın qardaşı oğlunu öldürdüyündən
qorxu çəkərək, yenidən Qarabağla düşmənçiliyə başladı. Digər tərəfdən
Məhəmmədhəsən xan və Gəncə hakimi Cavad xan da Qarabağla düşmən oldular.
147
Bu zaman xəbər çatdı ki, Ağa Məhəmməd şah tərəfindən Şiraza və Fars
vilayətinə hakim təyin edilmiş Sərdar Baba xan adlanan Fətəli şah, şahın qətli
xəbərini eşitcək Tehrana gəlmiş və padşahın malına, xəzinəsinə sahib olub,
şahlıq taxtında əyləşmişdir. Bu tərəfdən Şuşa qalasından qaçmış Sadıq xan
Şəqaqi, Azərbaycanı başsız görüb, səltənət iddiasına düşmüşdü. O, başına çoxlu
adam toplayıb Tehranı almaq və girov aparılan ailələrini geri qaytarmaq əzmilə
İraqa tərəf hərəkət etdi. Lakin Fətəli şah, Sadıq xanın qarşısına çıxıb, onu məğlub
edərək qaçırtdı. Sonra böyük hörmətlə mərhum İbrahim xanın yanına elçi
göndərib, Ağa Məhəmməd şahın cəsədini tələb etdi və İbrahim xanın ona tabe
olmasını arzu etdiyini bildirdi.
Qarabağ vilayətinin vəziyyəti olduqca çətin olduğundan, ətrafı isə düşmən və
bədxahlar bürüdüyündən, İbrahim xan mülayimlik etməyi məsləhət bilərək, Ağa
Məhəmməd şahın cənazəsini böyük ehtiramla Tehrana göndərdi.
Fətəli şah İbrahim xanın belə hərəkətini özü üçün xoşbəxtlik sanıb, onun
adamların xələt və ənamla geri qaytardı. Ona xələt, qılınc göndərib, Qaradağın
hökumətini bütün mədaxili ilə İbrahim xana bağışladı və onunla qohum olmaq
istədiyini bildirib dedi: "Hər iki tərəfin xatircəmliyi üçün əziz və möhtərəm
qızınız Ağabəyim ağam bizim hərəmxanaya layiq bilməlisiniz. O bizim
hərəmxanamızın xanımı olmalıdır". (Xan) müşavirədən sonra bu işi məsləhət
bildi.
O tərəfdən şah böyük tədarük görüb, yüksək xanları (İbrahim xanın) yanına
göndərdi. Böyük hörmət və izzətlə Ağabəyim ağanın kəbinini kəsdirdi; onu
qadınlarının möhtərəmi və hərəmbaşısı etdi. İbrahim xanın oğlu Əbülfət ağanı öz
yanına apartdırıb, yüksək xanlar sırasında öz məclisində oturtdu. Onun xatirini
həmişə əziz və möhtərəm tutardı. Hər il Fətəli şahın adından mərhum İbrahim
xana və mərhum Məhəmmədhəsən xana xələt, qılınc, qızıl yəhər, əsbablı at və
başqa bəxşişlər göndərilərdi. Bu vəziyyət yüksək Rusiya dövlətinin böyük
imperatorunun sərdarı qoşunla Gürcüstan vilayətinə gələrək, müstəqil halda
Tiflis şəhərində yerləşdiyi günə qədər davam edirdi.
Rusiya dövlətinin başçıları İrəvan, Gəncə, Şirvan və Qarabağ vilayətlərini
zəbt etmək fikrində olmadıqları zamanda belə, mərhəmətli padşah mərhum
Yekaterina vaxtından başlayaraq, qüdrətli Rusiya dövlətinin məhəbbəti İbrahim
xanın ürəyində yerləşmiş və
148
ona qiyabi olaraq səmimiyyət və rəğbət bəslərdi. Bu səmimiyyət xüsusilə
general-anşef Zubovun gəldiyi zaman daha da artdı. Ondan əvvəl belə İbrahim
xan Gürcüstan valisi ilə dost olduğundan, bir-birinin mənafeyi və xeyrini
gözlədiklərinə görə, xan valinin məsləhəti üzrə öz elçisini valinin elçisi ilə
birlikdə Mazdok xəttində sərdar olan qraf Qudoviçin yanına göndərib, Rusiya
dövlətinə qarşı olan itaət və səmimiyyətini bildirmişdi. İndi də (İbrahim xan)
Tiflisə gəlmiş Rusiya dövləti sərdarının yanına elçi vasitəsilə məktub göndərib,
özünün qədim səmimiyyətini təzələdi.
Sabiq Sərdar (Qudoviç) qayıtdıqdan sonra sərdarlıq vəzifəsinə general
Kavalevski təyin olundu. (Xan) yenidən Kavalevskinin yanına elçi ilə hədiyyələr
göndərib, öz dostluğunu bildirdi. Həqiqətdə də general Kavalevski elçiləri böyük
hörmətlə qarşılayıb, xüsusi sovqat və töhfələr göndərərək mərhum İbrahim xanın
haqqında olduqca mehribanlıq göstərdi.
Nəhayət, böyük sərdar knyaz Sisianov Gürcüstana gəldi
1
. Böyük knyaz
qeyrətli və cəsur sərdar olduğundan başqa sərdarların əksinə olaraq, Car və Tala
ləzgilərinin bir para hərəkətlərinə və Gəncə hakimi Cavad xanın intizamsızlığına
dözə bilməyərək, Gürcüstan əhalisinin rahatlığını təmin etmək üçün Car və Tala
ləzgilərini və Cavad xanı tənbeh etməyi lazım bildi.
O, xristian tarixilə 1803-cü ilin axırlarında gəlib, Gəncəyə neçə dəfə adam
göndərib, Cavad xanı böyük imperatorun itaətinə və qalanı təhvil verməyə dəvət
etdisə də
2
bir fayda vermədi. Haman il, ramazan ayının axırıncı gecəsi, orucluq
bayramının axşamı hücum edərək qalanı aldı
3
. Cavad xan, oğlu Hüseynqulu ağa
ilə ümumi qırğında öldürüldü, bütün əhli-əyalı əsir oldu. Şəhər əhalisinin bir
parası qırıldı, yerdə qalanı isə nicat tapdı.
(Knyaz), mayor Lisaneviçi Gəncə qalasından mərhum İbrahim xanın yanına
göndərib, onu mərhəmətli Rusiya padşahına itaət
1 Knyaz Sisianov Gürcüstana 1803-cü ilin fevral ayında gelmişdir (bax: AKAK, c. III, sənəd 1, səh. 4).
2 B a x: Knyaz Sisianovıın Cavad xana yazdığı 1803-cü il 29 noyabr və 9, 11, 26, 28, 29 dekabr tarıxli məktublar
(AKAK, c. II, sənəd 1172, 1175-1179, səh. 588, 590-591).
3 Gəncə qalası 1804-cü il yanvar ayının 3-də səhər açılan zaman alınmışdır. B a x: Knyaz Sisianovun Qafqaz mülki
qubernatoruna yazdığı 1804-cü il 8 yanvar tarixli, 5 nömrəli təliqə (AKAK, c. II, sənəd 1182, səh. 592).
149
etməyə dəvət etdi. Mərhum İbrahim xan cənab mayora xoş cavablar verərək, onu
böyük ehtiramla və hörmətlə yazılmış məktublarla yola saldı.
1804-cü ilin bahar zamanı Fətəli şahdan qorxusu olan İrəvan hakimi
Məhəmməd xan və Fətəli şahdan qaçaraq İrəvanda yaşayan Naxçıvan hakimi
Kəlbəli xan sərdar Sisianovun yanına elçi göndərib kömək istədilər. (Onlar
dedilər:) "Fətəli şah öz oğlu və vəliəhdi Abbas Mirzəni İrəvan üzərinə
göndərmişdir. Əgər sərdar təşrif gətirib bizə kömək etsə, biz İrəvan qalasını
sərdara verib, yüksək Rusiya dövlətinə tabe olmağı qəbul edərik".
Ona görə sərdar Sisianov İrəvana hərəkət etdi. Qızılbaş dövləti tərəfindən isə
vəliəhd naibüssəltənə Qızılbaş qoşunu ilə gəlib çatdı. Arada vuruşma başlandı.
Qızılbaşlar məğlub oldular
1
.
Bu xəbər Fətəli şaha çatdıqda İrəvanın Rusiya dövləti əlinə keçməməsi üçün
özü knyaz Sisianovun müharibəsinə gələrək, güclü qoşunla İrəvana girdi. Bir
tərəfdən Fətəli şah, digər tərəfdən naibüssəltənənin qoşunu və başqa tərəfdən
sərdarla bağladıqları əhdi pozub, qalanı ona təslim etməyən Məhəmməd xan və
Bəlbəli xan Rusiya qoşununu dörd tərəfdən halqaya alıb, hətta Rusiya qoşununun
azuqə yollarını da kəsdilər
2
. Bu qədər zəhmətə baxmayaraq, Rusiya qoşununa
qalib gələ bilmədilər. Hər iki tərəfə çoxlu ziyan dəydi. Nəhayət, sərdar Sisianov
Tiflisə qayıtmağı məsləhət bilib köçüb getdi. Fətəli şah da Azərbaycana və
(oradan da) Tehrana getdi.
Şah, mərhum İbrahim xanla Rusiya sərdarı arasında dostluq əlaqəsinin
olmasını və elçilərin gedib-gəlişini eşitdiyinə görə, İrəvandan qayıtdığı zaman
Əbülfət xana beş min nəfərlik qoşun verib, atasına yardım və kömək göstərmək
adı ilə Qarabağa, İbrahim xanın yanına göndərdi və tapşırdı ki, Məhəmmədhəsən
ağanı bir neçə Qarabağ bəyzadələri ilə Fətəli şahın hüzuruna göndərsin. Əbülfət
xan
1 Müharibə 1804-cü il iyun ayının 19 və 20-də, Üçkilsə (Eçmiədzin) yaxınlığında olmuşdur. Bu vuruşmada Sisianovun
qoşunu Baba xan oğlunun sərkərdəliyi altında olan İran qoşunlarının hücumunu dəf etdi. B a x: Knyaz Sisianovun İrəvan
hakimi Məhəmməd xana yazdığı 1804-cü il 22 iyun tarixli 316 nömrəli məktub (AKAK, c. II, sənəd 1231, səh. 615).
2 Bu hadisə 1804-cü il iyul ayının 2-də Rusiya qoşunları İrəvan qalasını mühasirə etdikdən sonra baş vermişdir
(AKAK, c. II, sənəd 1168, səh. 810). Müqayisə et: Mirzə Adıgözəl bəy. "Qarabağnamə", bu kitabda səh. 104.
150
İbrahim xanın həyatının axırına qədər vəkil sifətilə Qarabağda qalsın və
Əbülfət xandan icazəsiz və məsləhətsiz heç bir iş görülməsin.
Mərhum İbrahim xan Fətəli şahın belə təkliflərindən inciyib, Əbülfət xana
ağır cavablar verərək, yazdı ki, Qarabağ torpağına girmədən geri qayıtsın.
Əbülfət xan möhtərəm atasının sözünə baxmayıb, İbrahim xan və
Məhəmmədhəsən ağa Dizaq mahalının Tuğ kəndində olduqlarından, Qızılbaş
qoşununu götürüb, o tərəfdəki dağların qoçaq tüfənglilərini, özünün işgüzar
nökərlərini və başqalarını toplayıb, tam bir sürət və böyük izdihamla mərhum
İbrahim xanın və öz böyük qardaşı mərhum Məhəmmədhəsən ağanın hüzuruna
gəldi. Haman gecə Mehdiqulu xan da gəlib çatdı.
Səhər Əbülfət xan böyük dəstə ilə Tuğ kəndinə hücum etdi. Mərhum xanın
və oğlanlarının yanında olan qoçaq rüfənglilər və adlı-sanlı atlılar hücuma
keçərək, Qızılbaş qoşununu məğlub edib, (düşmən) ordusunun bütün at və
heyvanını qarət etdilər. (Düşməndən) çoxlu əsir düşən və ölən oldu. Əbülfət xan
Arazın o tayına qaçdı.
Fətəli şah bu xəbəri eşitdikdə, İbrahim xanın Qızılbaş dövlətindən bütünlükdə
əl çəkməməsi və Rusiya dövlətinə meyil göstərməməsi üçün yumşaq hərəkət
edərək, iki-üç nəfər xanı elçi adı ilə İbrahim xanın yanına göndərdi, Əbülfət xanı
isə danlayıb məzəmmət etdi. Kərim xan, Rəhim xan və Abdulla xandan ibarət
olan bu elçiləri mülayim və şəfqətli sözlər, möhkəm təəhhüdlər və qəliz andlarla
dolu fərmanilə İbrahim xanın yanına göndərib söz verdi ki, bütün Qarabağ
mahalını, şah xəzinəsinə çatmalı olan mədaxili ilə birlikdə əbədi olaraq mərhum
İbrahim xan nəslinə verəcəkdir; övladlarından iki nəfərini də Şuşa qalasına,
İbrahim xanın yanına girov göndərəcəkdir. Müqabilində İbrahim xan Şuşa
qalasının üç ağaclığında, Tiflis və Gəncə yolunun üstündə olan Əsgəranın hər iki
qalasını (Qızılbaş) qoşununa təhvil verməlidir. Rus qoşununun qabağını kəsmək
üçün hər iki qala möhkəmləndirilib, içərisində qoşun saxlanmalıdır. Habelə
qalanın bir ağaclığında olan çay, Şuşa qalasının üç verstliyindəki səngərlə
birlikdə Qızılbaş qoşununun ixtiyarına verilməlidir. Beləliklə, hər iki çay,
keçidlər və qalanın yolları Qızılbaş qoşununun əlində olmalıdır. Rusiya
dövlətinin qoşunu Şuşa qalasına gəlmək istədikdə onun qabağını almaq üçün
buralarda möhkəm səngərlər qurulmalıdır. Bir nəfər sərdar iki-üç min atlı ilə
Şahbulağında oturmalı, Tiflis və Yelizavetpol tərəflərinin
151
işindən xəbər tutmalı və oralarda qətl qarət etməlidir. Heç bir kimsə İbrahim
xanın itaət və əmrindən boyun qaçırmamalıdır. Qızılbaş qoşununun bütün
məxarici Fətəli şahın xəzinəsindən veriləcəkdir. Kimsə Qarabağ vilayətinin zərrə
qədər şeyinə belə tamah gözü ilə baxmayacaqdır. Qoşuna lazım olan sursat və
başqa şeylər pulla satın alınmalıdır. Bunlardan məqsəd odur ki, Allahın əlilə
yaradılmış, Gürcüstanın və Şirvanın qapısı olan möhkəm Şuşa qalası Rusiya
dövləti qoşununun əlinə keçməsin.
Mərhum İbrahim xanın qızı Ağabəyim ağa Fətəli şahın baş hərəmi, oğlu
Əbülfət xan isə əmirəlüməra və hörmət sahibi olduqlarına baxmayaraq o, yüksək
Rusiya dövlətini əbədi, böyük imperatorun ədalət və mərhəmətini daimi sanıb,
imperatorun mərhəmətinin dəyişilməz olduğuna inamı var idi. (Buna görə də)
İran dövlətinə və onun mərhəmətinə məhəl qoymayıb, yenidən Tiflis şəhərinə
elçi göndərdi. Sərdar Sisianovla görüşmək və itaət şərtlərini qurtarmaq istədiyini
bildirdi.
Sərdar knyaz Sisianov İbrahim xanın elçisini hörmət və ənamla geri qaytarıb
xəbər vermişdi ki, görüş yazda vilayətin yaxınlığında olacaqdır.
Buna görə 1805-ci il may ayının 1-də mərhum İbrahim xan, oğlanları
general-mayor Məhəmmədhəsən ağa, general-mayor Mehdiqulu ağa, polkovnik
Xanlar ağa və Qarabağın başqa əyanı ilə birlikdə böyük sərdar knyaz Sisianovun
yanına getdi
1
. (Knyaz) onlardan qabaq gəlib, Kürəkçay kənarında ordu
qurmuşdu. İbrahim xan etimadlı adam göndərib, kürəkəni olan Şəki vilayətinin
hakimi Səlim xanı da buraya gəlməyə təşviq etdi və onu Şəki vilayətinin əyam
ilə böyük sərdarın hüzuruna apardı.
Kürəkçayın qırağında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra
traktat və əhdnamə yazıldı. İbrahim xan və Şəki hakimi Səlim xan ona möhür
basdılar, böyük sərdar isə ona qol çəkdi
2
. Bir-
1 B a x: Knyaz Sisianovun knyaz Çartoriyskiyə yazdığı 1805-ci il 9 may tarixli 298 nömrəli məkrub (AKAK, c. II,
sənəd 1435, səh. 702). Müqayisə et: Knyaz Sisianovun, general-mayor Portnyakinə göndərdiyi 1805-ci il 23 may tarixli 605
nömrəli təliqə (AKAK, c. II, sənəd 1438, səh. 707). B a x: bu kitabda səh. 82.
2 İbrahim xanın Rusiya təbəəliyinə keçməsi haqqındakı traktat 1805-ci il may ayının 14-də, Səlim xanın isə Rusiya ilə
bağladığı traktat həmin il may ayının 21-də imzalanmışdır (AKAK, c. II, sənəd 1436, 1437, səh. 705).
152
birinə böyük hörmət və ehtiram göstərdikdən sonra geri qayıtdılar, şərtə görə
Məhəmmədhəsən ağanın ikinci oğlu Tiflisdə girov qalmalı oldu. Mərhum
İbrahim xanın xahişinə görə bir dəstə rus qoşunu topxana ilə həmişə Şuşa
qalasında xanın yanında qalmalı idi. Haman yığıncaqda İbrahim xana və Səlim
xana general-leytenantlıq, mərhum Məhəmmədhəsən ağaya və Mehdiqulu xana
general-mayorluq, mərhum Xanlar ağaya isə polkovniklik rütbələri verilməsi
haqqında sərdarın vasitəçiliyi ilə padşaha ərizə yazıldı. Dörd aydan sonra bu
iltifat və daimi məvacibli dərəcələrin verilməsi haqqında fərman gəlib çatdı.
Kürəkçay yığıncağından qayıtdıqdan sonra mayor Lisaneviç sərdarın əmri ilə
bir dəstə yeger və topxana ilə qalanın 10 verstliyində olan Xanbağına gəldi. Bu
zaman Qızılbaş qoşununun Araz qırağına yaxınlaşması xəbəri gəlib çatdı. Arazın
suyu qalxmışdı. Çayı körpüdən başqa heç yerdə keçmək olmazdı. Buna görə
Məhəmmədhəsən ağa Qızılbaş qoşununun Qarabağ torpağına girə bilməməsi və
vilayətdəki ellərin, kəndlərin əkin yerlərinin tələf olmaması üçün yeger dəstəsini
və mayoru götürüb, Qarabağın adlı-sanlı atlıları ilə birlikdə körpüyə tərəf getdi.
Lakin Qızılbaş (qoşunu) onları qabaqlayıb körpüdən keçmiş və Qarabağ
torpağına girmişdi. Qızılbaşlar Cəbrayılh bağları yaxınlığında rus və Qarabağ
əsgərlərinə rast gəldilər. Bərk vuruşma oldu. Gecə mərhum Məhəmmədhəsən
ağa Şuşa qalasının mühafizəsini məsləhət bilib, qoşunla qalaya qayıtdı. Qızılbaş
qoşunu qalanın dörd ağaclığında olan Ağoğlana girdi. Beş minə yaxın qoşun isə
Əsgəran qalası ətrafına gəlib, iki tərəfdən qalanı almaq fikrində idilər.
Mayor bu əhvalatı sərdara yazmışdı. Bu aradan İranın naibüssəl-tənəsi
Çanaxçı kəndinə gəlib Əsgəran qoşununun yolunu gözləyirdi.
Polkovnik Karyagin və podpolkovnik Kotlyarevski böyük sərdarın əmrinə
görə qoşun və topxana ilə Şahbulağı qalasının yaxınlığına çatdılar. Naibüssəltənə
Çanaxçıdan köçüb, polkovnik Karyaginin üstünə getdi. Bunlar vuruşa-vuruşa
Əsgəranın yaxınlığına çatdılar. Qızılbaş qoşunu hər yeri, bütün yolları və
Əsgəran qalasını tutub möhkəmləndirdiyinə görə qoşunun və topların hərəkəti
çətinliyə düşdü. Buna görə bir dəstə rus qoşunu orada səngərə girib, on bir gün
ərzində, gecə-gündüz bütün Qızılbaş qoşunu ilə vuruşdu. Bundan başqa, rus
qoşununun səngəri sudan da uzaq idi.
153
On bir gündən sonra polkovnikin və Kotlyarevskinin yaralandığına və rus
qoşununun yarısının davada tələf olduğuna və yaralandığına baxmayaraq, üç yüzə
yaxın soldat bütün topları götürüb, Vanya yüzbaşının bələdçiliyi ilə Şahbulağına
qayıtdılar. O müharibədə böyük xidmətlər göstərmiş Vanya yüzbaşı indi Məlik
Vanyadır.
Rus qoşununun qalaya girə bilməməsi üçün Şahbulağında çoxlu Qızılbaş piyadası
qoyulmuşdu. Buna baxmayaraq, (ruslar) həmin gecə hücum edərək qalanı
Qızılbaşların əlindən aldılar. Bir nəfər Qızılbaş xanı neçə nəfər piyada ilə birlikdə
öldürüldü. (Ruslar) üç gün orda qaldıqdan sonra yenə Məlik Vanyanın bələdçiliyilə
Goncəyə getdilər.
Fətəli şah özü də bütün Qızılbaş qoşunu ilə Qarabağa gəlib, Şuşa qalasının altı
ağaclığında ordu qurmuşdu. Naibüssəltənə Abbas Mirzə də polkovnik Karyagin
Gəncəyə getdikdən sonra Şahbulağının yaxınlığında ordu qurmuşdu. Bu zaman
böyük sərdar Sisianov naibüssəltənə və Fətəli şahı məğlub etmək üçün rus qoşunu
ilə Qarabağ torpağına daxil oldu. Naibüssəltənə Gürcüstanı viran və qarət etmək
niyyətilə öz ixtiyarında olan qoşunla Qarabağdan köçərək Tiflisə tərəf getdi. Fətəli
şah Ağoğlanda qalmışdı.
Bu zaman Rəştdən Fətəli şaha xəbər çatdı ki, rus qoşunu Xəzər dənizi yolu ilə
Talış və Rəşt vilayətinə çıxmışdır. Şah bu xəbərə və sərdar Sisianovun gəldiyinə
görə köçüb Ərdəbilə tərəf getdi.
Sərdar Sisianov Ağoğlanın iki ağaclığında olan Xonaşenə qədər irəlilədi. Burada
şahın köçüb getdiyini eşitdikdə Şuşa qalasına gəldi. Burada bir para işlərə baş çəkib,
yuxarıda adı çəkilən şərt və təəhhüdlərlə İbrahim xanın yanına elçi sifətilə gəlmiş üç
nəfər Qızılbaş xanını özü ilə götürərək, böyük hörmət və razılıqla Tiflisə getdi.
Haman ilin qış fəslində (knyaz) böyük Rusiya dövlətinin qoşunu ilə Kürdən keçib,
Şirvan, Bakı, Quba və Dərbəndi tutmaq üçün Şəkiyə tərəf hərəkət etdi.
Böyük Rusiya dövlətinə səmimiyyət bəsləyən İbrahim xan öz istəkli oğlu
Mehdiqulu ağanı Qarabağ qoşunu və bir neçə bəyzadə ilə birlikdə padşah əsgərləri
sırasında tapşırılan vəzifələri yerinə yetirmək üçün sərdarın hüzuruna göndərdi.
Böyük (Rusiya) dövləti itaəti altında olan Şəki hakimi Səlim xan sərdarı lazım olan
tədarükat və layiqli peşkəşlərlə Şəki vilayəti sərhədindən ötürüb Şirvan vilayəti
sərhədinə çatdırdı.
154
Öz dövlətinə, gücünə və ölkənin çətin yollarına qürrələnən Mustafa xan bir neçə
gün sərdara qürurla cavablar yazaraq, itaətdən boyun qaçırdı. Lakin qüdrətli rus
əsgərləri, Qarabağ və Şəki qoşunu qarşısında müqavimət göstərə bilməyəcəyini və
Qarabağ qoşununun flirsət tapıb Şirvan kəndlərinə əl uzatdığını gördükdə o,
Mehdiqulu xanla Səlim xanın göstərişi ilə itaət edəcəyinə yalandan söz verdi,
İbrahim xan və Səlim xan kimi müqavilə və əhdnamə yazıb, üzdə Rusiya dövlətinin
itaəti altına girdi
1
.
Böyük sərdar Şirvandan keçib Bakı tərəfə hərəkət etdi. Bu zaman mərhum İbrahim
xanın xəstə olan böyük oğlu general-mayor Məhəmmədhəsən ağa Allah rəhmətinə
getdi. Bu kədər gətirən hadisədən Qarabağ vilayətini qəm və pərişanlıq basdı.
Ürəkdə rus dövlətinə itaət etməyə razı olmayan bir para adamlar Məhəmmədhəsən
ağanın vəfatından, Mehdiqulu ağanın vilayətdən uzaqlaşmasından, mərhum İbrahim
xanın xəstəliyi, yaşının çoxluğu və qüvvəsinin azlığından istifadə edərək, müqavilə
və əhdnamənin əksinə olan işlər görməyə başladılar. Buna görə böyük sərdar
Mehdiqulu xanı Qarabağ qoşunu ilə birlikdə geri göndərməyi məsləhət bilərək, onu
ehtiram, izzət, layiqli ənam və xoş xəbərlər ümidi ilə Qarabağa qaytardı. Mərhum
general-mayor Məhəmmədhəsən ağaya xüsusi səmimiyyəti və məhəbbəti
olduğundan hörmətli cənab polkovnik Cəfərqulu ağaya sevgi və ehtiramını andıran
məktub yazıb, mərhum Məhəmmədhəsən ağanın vəfatından son dərəcə təəssüfləndiyini,
ona məhəbbət bəsləyib, qeydinə qalmağa hazır olduğunu bildirdi.
General-mayor Mehdiqulu xan Qarabağ qoşunu və bəyzadələri ilə möhtorəm
atasının hüzuruna gəlib, böyük sərdarın məhəbbətli və ümidverici sözlərini söylədi.
Fəsadlıq törədən bəzi şəxslərin qarşısını almağa başlayıb, yüksək (rus) dövlətinin
qanunlarının yerinə yetirilməsi uğrunda çalışırdı.
Bu zaman xəbər çatdı ki, Hüseynqulu xan və onun adamlarından alçaq və pis
hərəkətin baş verə biləcəyini güman etməyən böyük sərdar, Bakı vilayətində iki nəfər
bəyzadə ilə birlikdə (xanla) söhbət etməyə getmiş və bu zaman pusquda oturmuş
İbrahim bəy və iki nəfər başqa adam onu və yoldaşlarını güllə ilə yaralayıb öldür-
1 Mustafa xanra Rusiya təboəliyinə kcçməsi haqqında traktat 1805-ci il dckabr ayının 25-də imzalanmışdır. B a x:
Knyaz Sisianovun çara göndərdiyi 1805-ci il 27 dekabr tarixli 51 nömrəli raport (AKAK, c. II. sonəd 1366, səh. 674).
155
müş və bununla da özlərinin padşahın əsgərlərinə müxalif və düşmən olduqlarını
bildirmişlər.
Bu xəbərdən İbrahim xan, övladı və vilayət əhli kədərlənib pərişan oldular.
Çünki bunlar hələ Rusiya dövlətinin qayda-qanunlarından xəbərdar deyildilər.
Fikirləri İrana gedirdi. Çünki orada belə bir böyük sərdar vəfat etsə idi, qoşunun
və vilayətin işlərində böyük pozğunluq əmələ gələrdi. Əksinə, düşmənlə
müharibədə rus dövlətinin bir neçə sərdan və sərkərdəsi öldürülsə belə, ondan
yüksək dövlətin möhkəm qanun-qaydalarına heç bir xələl dəyməz və ölkədə heç
bir iğtişaş baş verməz.
Sərdar Sisianov vəfat etdikdən sonra general Nesvetayev Tiflis şəhərində
qoşunu və vilayəti idarə etməyə məşğul oldu. Mərhum İbrahim xanın adamı
(elçisi) məhəbbət və səmimiyyət andıran məktublarla generalın yanına getdi. Hər
cəhətdən xatircəmlik əldə edildi.
Həmin il, yəni 1806-cı ilin yaz fəslində Qızılbaş qoşunu Qarabağ torpağına
yenidən hücuma keçməyə başladı. Gizlincə adamlar göndərib, mərhum İbrahim
xana yenidən vədə və ümidlər verməyə davam etdilər.
Elə qüdrətli düşmənin qabağını almaq üçün Qarabağda mayor Lisaneviç və
yeger dəstəsindən başqa qoşun olmadığından və məhsul vaxtı gəlib çatdığından
İbrahim xan, Qarabağ elləri və kəndlərinin ayaq altında dağılmaması üçün
qızılbaşlarla xoşluqla rəftar etməyə başladı. O hər bir iş barəsində mayorla
məsləhətləşirdi. Mayor isə yüksək Rus dövləti qoşununun tezliklə gəlib
çatacağını İbrahim xana vəd edirdi.
Həqiqətdə isə (rus) qoşunu çox yubandı. Qızılbaşlar və onların qoşunu
qalanın iki ağaclığına çatmışdı. Mərhum İbrahim xan evini və köçünü Xan
bağından köçürüb, qalanın yaxınlığına gətirdi. Dələ-duzlardan bir neçəsi mayora
nə isə demişdilər. Gecə mayor bir dəstə qoşunla İbrahim xanın yaşadığı mənzilə
getdi. Hökmü dəyişilməz olan fələkin qəzasından mərhum İbrahim xan bir neçə
nəfər əhli-əyalı və yaxın adamı ilə orada öldürüldü
1
.
1 Müəllifin oğlu Rizaqulu bu hadisəni daha geniş təsvir edərək yazır ki, o gecə on yeddi adam, o cümlədən İbrahim
xan, arvadı Tuba xanım, qızı Səltənət bəyim, on iki yaşlı oğlu Kəbirli Abbasqulu ağa, Hacı Hacan, Əli bəy, Mirzə Haqverdi,
qərvəndli Hümmət bəy, sarıcalı Külməli bəyin oğulları Cavanşir və Həsən ağa, nökərlərdən qərvəndli Əlipənah, əfşarlı
Cavanşir və Mirzə Nəqi, kəbirli Əcəməlinin oğlu Hacı Həsən iki oğlu ilə, iki nəfər şelli və iki başqa adam öldürülmüşdür
(bax : Mirzə Rizaqulu Camal bəy oğlu, Azərbaycan SSR EA Əlyazmaları fondu, inv. № B-470/5224).
156
General-mayor Mehdiqulu xan və polkovnik Cəfərqulu ağa qalanın içində
idilər. Onlardan yüksək (rus) dövlətinə bəslədikləri səmimiyyət qaydaların poza
biləcək heç bir hərəkət baş vermədi. Əksinə, qorxuya düşmüş xalqı
sakitləşdirməyə çalışır, heç bir işdə cənab mayorun ziddinə getmirdi. Taxıl və
ərzağın qıtlığına bax-mayaraq, qoşun üçün azuqə tədarük etməyə çalışırdılar.
Qızılbaş qoşunu naibüssəltənə Abbas Mirzə ilə Ağoğlanda yerləşmişdi.
Mərhum İbrahim xanın başına gələn kədərli hadisədən on beş gün keçməmiş
general Nebalsin qoşun və topxana ilə Şahbulağında göründü. Mehdiqulu xan
qoşunun gəldiyini eşitcək Qarabağın adlı-sanlı atlıları, xidmətçiləri və bir neçə
bəyzadə ilə, Qızılbaş qoşununun ətrafı və yolları tutduğuna baxmayaraq, qaladan
çıxıb general Nebalsinin xidmətinə gələrək, rus qoşununa qovuşdu. Qoşun,
Əsgəran qalası yaxınlığında ordu qurdu. Polkovnik Cəfərqulu ağa, mayor və
yeger dəstəsi ilə qalanı qorumaq üçün (Şuşa) qalasında qalmışdılar.
General Nebalsin, İranın naibüssəltənəsinin Qızılbaş qoşunu ilə hücuma
keçəcəyini ehtimal edərək iki gün gözlədi. Lakin bir əsər görünmədi. Buna görə
belə məsləhət bildilər ki, Qızılbaş qoşununa tərəf getsinlər. Əgər onlar vuruşmaq
istəsələr vuruşsunlar. Əks təqdirdə üzərlərinə hücum edib, onları Qarabağ
torpağından qovub çıxartsınlar.
Naibüssəltənə, rus qoşununun ona tərəf hərəkət etdiyini eşitdikdə bütün
qoşunu ilə köçüb, müharibəyə gəldi. Xonaşen mənzilinin yaxınlığında iki qoşun
üz-üzə gəldi. Müharibə odu alovlandı. Mehdiqulu xan, adamları və Qarabağ
qoşunu ilə daim yol göstərir, kömək edir, döyüş zamanı isə Qızılbaş qoşununu
məğlub etmək uğrunda bilavasitə çalışırdı.
İyul ayının 15-də Xonaşen mənzilində yeddi saat davam edən döyüşdən sonra
generalın tədbiri, Katlyarevskinin mərdliyi və Mehdiqulu xanın köməyi ilə
Qızılbaş qoşunu məğlub edildi. Qoşunun bir parası öldürüldü, bir parası əsir
düşdü, (qalanları isə) Araza tərəf çatdı. Katlyarevski də yaralandı. Otuz nəfərə
yaxın zabit və əsgər yaralandı və öldürüldü.
General qoşun götürüb (düşmənin) ardınca Qozlu çaya qədər getdi, lakin
onlardan əsər tapmadı. Naibüssəltənə ağır yükünü atıb qaçaraq, iki günün ərzində
Qızılbaş qoşunu ilə Arazın o tayına keçdi.
Əbülfət xan, Qarabağın başqa qaçqın xan və bəyləri bütün elləri və neçə para
kəndi köçürüb, Naxçıvan və Ordubad tərəfə apa-
157
rırdılar. Qızılbaş qoşununun məğlub olması xəbəri gəlib çatdıqda, polkovnik
Cəfərqulu ağa, cənab mayor Lisaneviç ilə birlikdə adamlarını və ellərin məşhur
atlılarını götürüb, Qarabağ camaatını geri qaytarmaq və Qızılbaş qoşununu
dağıtmaq üçün Zəngəzur mahalı yolu ilə hərəkət etdi.
Onlar var qüvvələri ilə gecə-gündüz dayanmadan getdilər. Əsgərlər üçün
dağlarda yol getmək çətin olduğuna baxmayaraq, onlar da arxadan gəlib
çatırdılar. Nəhayət, Qarabağ atlıları, polkovnik Cəfərqulu ağanın başçılığı ilə
Qapan və Ordubad dağlarında Qızılbaş qoşununa çataraq döyüşə başladılar. Dar
dərələrdə iki minə yaxın Qızılbaş süvari və piyadasını məğlub edərək, hamısını
tutub soyundurdular, atlarını, şeylərini, paltarlarını aldılar. Əsgərlər arxadan
gəlib çatdıqda bütün Qızılbaş qoşununun bir parasını əsir, qalanını isə qaçmış
gördülər. Sürülüb aparılmaqda olan Qarabağ el və camaatını qalanın
yaxınlığındakı dağlara qaytardılar.
O zaman naibüssəltənə Araz qırağı tərəflərində idi.
Bir tərəfdən general Nebalsinin Mehdiqulu xanla birlikdə naibüssəltənəni
məğlub etmələri, digər tərəfdən də mayorla polkovnik Cəfərqulu ağanın belə
şücaət göstərmələri Qarabağ camaatını sakitləşdirdi və padşah əsgərlərinin
gücünü nümayiş etdirdi. Hər kəs öz yerində yerləşib, rahat və asudə yaşamağa
başladı.
Haman ilin qış fəslində general-anşef qraf Qudoviç böyük imperator mərhum
Aleksandr Pavloviç tərəfindən sərdarlıq vəzifəsinə təyin olunaraq Tiflisə gəldi.
General-mayor Nesvetayev Mehdiqulu xanın məktub və yazılarını öz ərizəsilə
imperatorun hüzuruna göndərdiyinə görə, sərdar onu öz hüzuruna, Tiflisə
çağırtdırdı.
Mehdiqulu xan bütün kətxudalar və ellərin bəyləri ilə bərabər Tiflisə gələrək
qrafla görüşdü. O biri günü böyük yığıncaq oldu. Qarabağ hakimliyi fərmanı və
əhdnamədən qeyd edildiyi kimi, cavahirə tutulmuş qılınc və padşahlıq bayrağı
vədəsi Mehdiqulu xana verildi. (Sərdar) onu müxtəlif mərhəmətlər göstərəcəyi
müjdəsi və ümidi ilə Qarabağa yola saldı.
Mehdiqulu xanın hakimiyyəti göstərilən tarixdən başlayaraq, 1822-ci ilin
oktyabr ayına qədər davam etmişdir. Bunun təfsilatı yüksək dövlətin kargüzarları
tərəfindən dəftərdə qeyd edildiyinə görə sizə məlumdur və mənim ərz etməyimə
ehtiyac yoxdur.
158
F Ə S İ L
Dostları ilə paylaş: |