QARABAĞNAMƏLƏR
MİRZƏ
ADIGÖZƏL BƏY
QARABAĞNAMƏ
MİRZƏ CAMAL CAVANŞİR QARABAĞİ
QARABAĞ TARİXİ
ƏHMƏD BƏY CAVANŞİR
QARABAĞ XANLIĞININ 1747-1805-Cİ İLLƏRDƏ
SİYASİ VƏZİYYƏTİNƏ DAİR
Birinci kitab
ŞƏRQ-QƏRB
BAKI 2006
3
Bu kitab "Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası
nəşriyyatı, 1950) və "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni:
Akif Fərzəliyev
Elmi redaktoru: Nazim Axundov
947.54-dc22
AZE
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, 216 səh.
Bu kitabda Azərbaycanın XIX əsr maarifpərvər tarixçiləri Mirzə Adıgözəl
bəyin, Mirzə Camal Cavanşir Qarabağinin, Əhməd bəy Cavanşirin Qarabağ
haqqında tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanmışdır.
ISBN10 9952-34-068-0
ISBN13 978-9952-34-068-6
© "ŞƏRQ-QƏRB", 2006
4
TƏRTİBÇİDƏN
Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutunda Qarabağ tarixinə
dair böyük əhəmiyyət kəsb edən onlarla əsər və tarixi sənədlər saxlanılır. Təəssüf
ki, Qarabağa göz dikən erməni ekstremistlərinin haqsız tələblərinin cılızlığını və
əsassız olduğunu bir daha açıb göstərən və sübuta yetirən bu mənbələrin çoxu
çap olunmamış və lazımınca araşdırılmamışdır.
Bu boşluğu aradan qaldırmaq üçün "Qarabağnamə"lər adlı bu kitabı üç
kitabda çap etməyi nəzərdə tutmuşuq.
Birinci kitaba XVIII-XIX əsrlər Qarabağ tarixini əhatə edən üç mənbə daxil
edilmişdir. Bunlardan Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si, Mirzə Camal
Cavanşir Qarabağinin "Qarabağ tarixi" və Əhməd bəy Cavanşirin "Qarabağ
xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" əsərləri çox az tirajla
1950, 1959, 1961-ci illərdə çapdan çıxmış və indi nadir kitablar sırasına
daxildir
1
.
Mirzə Adıgözəl bəy öz əsərini Azərbaycan dilində, Mirzə Camal Cavanşir
fars və Əhməd bəy Cavanşir isə rus dillərində yazmışlar. Yuxarıda adı çəkilən
müəlliflərin əsərləri Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutunda
saxlanılır. Buraya Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin 1862-1914-cü
illərdə üzü köçürülmüş beş əlyazma nüsxəsi
2
, Mirzə Camalın "Qarabağ
tarixi"nin 1877-ci ildə katib tərəfindən köçürülmüş M-195 şifrli nüsxələri
daxildir.
Mirzə Adıgözəl bəyin əsərindən fərqli olaraq, Mir Mehdi Xəzaninin
"Qarabağ tarixi"ndə bəzi çox çətin anlaşılacaq yerlərin müasir dilə çevrilməsini
nəzərə almasaq, demək olar ki, müəllifin öz dilini saxlamışıq.
"Qarabağnamə"lərdə müəlliflər əsasən Qarabağın tarixi coğrafiyasını, etnik
tərkibini, Qarabağda və onun ətrafında baş vermiş siyasi hadi-
1
Mirzə Adıgözəl bəy. Qarabağnamə (müqəddimə və Mirzə Adıgözəl bəyin tərcümeyi-halına aid materiallar
V.N.Leviatovundur), Bakı, 1950; Mirzə Camal Cavanşir Qarabaği. Qarabağ tarixi (farscadan tərcümə, müqəddimə, qeydlər
və adlar göstəricisi. F.Babayevindir), Bakı, 1959; Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi
vəziyyətinə dair (Əhməd bəy Cavanşirin tərcümeyi-halı, ruscadan tərcümə və qeydlər Ə.B.Şükürzadənindir), Bakı, 1961.
2 Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılan nüsxələrin şifrləri bunlardır: B-1150, M-87,
B-2382, B-3336, B-6312.
5
sələri, o cümlədən Azərbaycanın bu gözəl, mənzərəli guşəsində tikilib ucaldılan
milli abidələrimiz, Qarabağ xanları tərəfindən yeni salınmış yaşayış məskənlərini
geniş şəkildə qələmə alırlar.
Bu günümüzlə səsləşən ən vacib məsələlərdən biri, ermənilərin bu torpağa
sonradan gəlmələri də bu mənbələrdə öz əksini tapmışdır. Məsələn, Dizaq məliki
Yegan Qarabağa Loridən qaçıb gəlmişdir. Nadir şaha müticəsinə itaət etdiyinə görə
Dizaqda ona məliklik verilmişdir. Vərəndə məliki Şahnəzər Göyçədən, Çiləbörd
məliki Allahqulu Mağavizdən, Talış məliki Usub Şirvandan qaçaraq Qarabağda
özlərinə sığınacaq tapmış, Nadir şaha qulluqlarına görə Qarabağda məliklik əldə
etmişlər. Xaçın isə o dövrdə Yesai Həsən Cəlalyanın (1702-1728-ci illərdə alban
katolikosu) övladına verilmişdir
1
. Buradan aydın olur ki, Allahqulu, Yegan(ə),
Şahnəzər, Usub və mənbələrdə adı çəkilən digər Qarabağ məliklərinin əsli-nəsəbi,
xristian dinini əldən verməmək üçün erməni dilini qəbul etmiş albanlardırlar. Bu da
görkəmli Azərbaycan alimləri akad. Ziya Bünyadovun
2
, akad. İqrar Əliyevin
3
və
başqalarının fikirlərini tamamilə bir daha sübut etməyə əsas verir.
1
Mir Mehdi Xəzani. "Kitabi-tarixi Qarabağ", Azərbaycan MEA M.Füzuli adına Əlyazmaları İnstitutu, B-518 şifrli
əlyazma, vər. 13b-17b.
2
Есаи Xacaн Джалалян. Kpaткая история страны Албанской (1702-1722). Предисловие акад. З.Бунятова,
1989, стр. 4
3
Игрaр Aлиeв. Haroрный Kapaбax (история, факты, coбытия), Баку, 1989,стр. 70-75.
6
MİRZƏ ADIGÖZƏL BƏY
QARABAĞNAMƏ
7
MİRZƏ ADIGÖZƏL BƏYİN TƏRCÜMEYİ-HALINA
AİD MATERİALLAR
"Qarabağnamə" müəllifi Mirzə Adıgözəl bəy öz həyatı haqqında olduqca qısa
məlumat verir. Buna görə, onun bu məlumatlarını həyat və fəaliyyətinin müxtəlif
dövrlərini işıqlandıran materiallarla tamamlamağı lazım bildik.
Mirzə Adıgözəl bəy "Qarabağnamə"nin əlyazısının son səhifələrində öz
tərcümeyi-halından bəhs edərkən, Qarabağda anadan olduğunu yazır. Təəssüf ki,
hansı ildə anadan olduğunu göstərmir. Lakin tərcümeyi-halında bir sıra faktlara
işarə edilmişdir ki, bunlar da onun təxmini olaraq hansı ildə anadan olduğunu
təyin etmək üçün imkan verir. Mirzə Adıgözəl bəy yazır ki, o, Şuşa şəhərində
məktəbdə oxuyarkən Ağa Məhəmməd şah öz qoşunları ilə Qarabağa daxil olaraq
Şuşa qalasını mühasirəyə aldı. Lakin şəhəri zəbt edə bilməyib Gürcüstana tərəf
yollandı və Tiflis şəhərini tutdu.
Bu hadisələr, yəni Şuşanın mühasirəsi 1795-ci ilin yayında, Tiflsin İran
qoşunları tərəfindən alınması isə həmin il sentyabr ayının 12-də baş vermişdir.
Beləliklə, Mirzə Adıgözəl bəyin 1795-ci ildə məktəbli yaşında, yəni 9 ilə 14
yaşları arasında olduğunu təsəvvür etsək, onun XVIII əsrin səksəninci illərində
və daha doğrusu, səksəninci illərin əvvəllərində anadan olduğunu təyin etmək
çətin deyildir; çünki tərcümeyi-halda verilən başqa məlumatlardan görünür ki,
Mirzə Adıgözəl bəy 1799-cu ilin axırları və 1800-cü ilin əvvəllərində Tiflisdə
Gürcüstan padşahı nəzdində olan Rusiya nazirinin yanında qulluq edirdi. Buna
görə də, onun bu zaman 18-20 yaşlarında olduğunu güman etmək olar.
Yuxarıdakı mülahizələr Mirzə Adıgözəl bəyin yetmişinci illərin sonunda və
ya səksəninci illərin başlanğıcında anadan olduğu fikrinin düzgünlüyünü
göstərir.
Bu zaman Rusiya hökumətinin Azərbaycan xanlıqları ilə olan münasibətində
böyük bir dönüş yarandı. II Yekaterina hökuməti Azərbaycan xanlıqlarının işinə
getdikcə daha artıq qarışmağa başladı. Nəhayət, səksəninci illərin birinci yarısının
sonlarında, Şimali Azərbaycan xanlıqlarını Rusiya ilə birləşdirmək məqsədilə bu
xanlıqları öz himayəsi altına almaq siyasətinə keçdi. Quba xanı Fətəli xan
qüdrətli Şimal dövləti ilə əlaqə saxlamağın lazım olduğunu hiss edərək, vaxtın
tələbinə görə, getdikcə daha artıq Rusiyaya istinad etmək siyasətinə meyil edirdi.
Həştərxan və onun vasitəsilə Rusiyanın başqa şəhərləri ilə olduqca möhkəm
iqtisadi əlaqələrdə olan Şamaxı, Bakı və Dərbənd tacir və sənətkarlarının mühüm
hissəsi ona rəğbət bəsləyirdi.
Beləliklə, Adıgözəl bəy hələ fəaliyyətinin ilk zamanlarında Rusiya ilə daha
geniş əlaqə saxlamağa cəhd edən və öz nəzərlərini Şimala çevirmiş olan
adamlarla yaxınlaşa bilərdi.
8
Adıgözəl bəy öz tərcümeyi-halında yazır ki, Ağa Məhəmməd şahın qoşunları
yaxınlaşdığı zaman, onun atası ailəsilə və onlara tabe olan Araz çayı kənarındakı
"İyirmi dörd" mahalında yaşayan köçərilərlə birlikdə Qarabağı tərk edərək
Gürcüstana qaçmışdı. Adıgözəl bəygilin ailəsi də, İran qoşunlarının vəhşi
hərəkətlərindən canlarını qurtarmaq məqsədilə doğma yurdlarını tərk edərək
Şirvan, Şəki oblastlarına və Gürcüstana qaçmış Qarabağ əhalisinin əksəriyyəti
kimi, böyük əziyyətlər çəkmişdilər.
Ağa Məhəmməd şahın basqınından qaçan qaçqınlar yollarda ağır əziyyətə
rast gəlirdilər. Qarabağdan qaçarkən Adıgözəl bəygilin ailəsi çəkdiyi bütün
əziyyətlər başqa qaçqınların da başına gəldi.
Xalqın geniş təbəqələri İran hakimiyyətinə nifrət edirdilər və ona tabe
olmamaq üçün öz əmlak və evlərini, əziz və doğma yurdlarını ataraq yaxınlaşan
İran qoşunlarından qaçırdılar. Qarabağın Aran sahələri əhalisinin doğma
yurdlarından kütləvi surətdə qaçması, xalq kütlələrinin İran qoşunları basqınına
nə cür əlaqə bəslədiyini aydınca göstərir.
Bildiyimizə görə, Ağa Məhəmməd şah Rusiya qoşunlarının hərbi - Gürcüstan
yolu ilə Gürcüstan əhalisinin köməyinə gələ biləcəyindən qorxaraq, Tiflisdə
yalnız 8 gün qalmış və sonra Gəncədən keçərək Muğan düzünə getmişdi.
1796-ci ilin yayında Adıgözəl bəy artıq Gürcüstanda idi. 1796-cı il yaz
fəslinin əvvəllərində Ağa Məhəmməd şah öz qoşunları ilə Astarabad və
Xorasana getdi.
1796-cı ilin yayında II Yekaterina hökuməti tərəfindən göndərilmiş Rusiya
qoşunları Şimali Azərbaycana daxil oldular. Onlar Quba, Şamaxı, Bakı, Gəncə
şəhərlərini tutdular. Lakin həmin 1796-cı ilin payızının axırlarında, II
Yekaterinanın ölümündən sonra, I Pavelin fərmanına əsasən, Rusiya qoşunları
Azərbaycan torpaqlarından çəkilməyə başladılar və 1797-ci ilin yazında
Azərbaycanı tamamilə tərk etdilər.
1797-ci ilin yazında Ağa Məhəmməd şah yenidən Qarabağa soxuldu. 1795-ci
ildə, İran qoşunlarının ölkəni tarmar etməsi nəticəsində intişar etmiş aclıq və taun
xəstəliyi davam edirdi. Şuşanı ikinci dəfə müdafiə etmək üçün hərbi qüvvə və
vəsaitə malik olmayan Qarabağ xanı İbrahim xan Şuşa qalasını tərk edərək Car
vilayətinə çəkildi. Ağa Məhəmməd şah öz qoşunları ilə heç bir maneəyə rast
gəlmədən Şuşanı zəbt etdi və 1795-ci ildə Şuşanı müdafiə etmiş şəhər əhalisini və
Rusiyaya istinad etmək təmayülü tərəfdarlarını təqib və edam etməyə başladı.
Bütün bu müddət ərzində Adıgözəl bəygilin ailəsi ona tabe olan köçərilərlə
Gürcüstanda qalmaqda idilər. Şübhəsiz ki, bütün bu hadisələr Adıgözəl bəyə
məlum idi. Yəqin ki, o bu hadisələrin şahidi və iştirakçısı olmuş, müxtəlif
adamlarla görüşmüşdü. Doğma vətəninin talan edilməsi, aclıq, əhali
9
kütlələrinin iztirabı, İran hakimiyyəti tərəfindən törədilən fəlakətlər, yəqin ki,
Adıgözəl bəyin şüurunda dərin iz buraxmışdı.
Mirzə Adıgözəl bəy öz tərcümeyi-halında yazır ki, Gürcüstan Rusiya ilə
birləşdikdən sonra nazir Kovalenski XII Georginin diplomatik məktublarını
yazan katiblərinə inanmadığı üçün, osmanlı dilini bilən bir adam axtarırdı.
Adıgözəl bəyi Kovalenskiyə nişan verdilər; nazir onu gizli məktublar ilə əlaqədar
olan işlər üçün öz yanına xidmətə qəbul etdi. Adıgözəl bəy Kovalenskinin
yanında gizli surətdə xidmət edir və donluq alırdı.
Adıgözəl bəy bu məxfi vəzifədə, ancaq 1799-cu ilin axırlarında və bütün
1800-cü il boyu xidmət edə bilərdi. Mirzə Adıgözəl bəyin həyatında bu dövrün
böyük əhəmiyyəti olmuşdu. Əgər bu vaxta qədər Adıgözəl bəy öz vətənində baş
vermiş tarixi hadisələri müşahidə etmək və onlara qiymət verməklə öz siyasi
təmayülünü müəyyən etmişdisə, nazir Kovalenskinin yanına xidmətə girdikdən
sonra isə, o öz siyasi təmayulünü tamamladı və möhkəmləndirdi. Adıgözəl bəy
öz gələcək taleyini Zaqafqaziyada olan Rusiya divanxanası və ordusu ilə
əlaqələndirdi. Məlum olduğu kimi, Adıgözəl bəy 1800-cü ildə özünü Rusiya
tərəfdarı kimi tanıtdıra bilmişdi. Buna görə, nazir Kovalenski onu inanılmış bir
adam sayıb diplomatik işlərlə əlaqədar olan gizli məktubları ona tapşırmışdı.
Bu münasibətlə belə bir sual ortaya çıxır: Adıgözəl bəy rus dilini nə vaxt və
harada öyrənə bilmişdir? Belə güman etmək olar ki, Adıgözəl bəy nazir
Kovalenskinin yanında xidmət edərkən rus dilini başa düşürdü. Ehtimal ki,
Adıgözəl bəy rus dilini 1796-1800-cü illər ərzində, Tiflisdə yaşadığı zaman
öyrənmişdir. Bu fikir həqiqətə daha yaxındır. 1795-ci ilin payızından başlayaraq
Tiflisdə rus qarnizonu dururdu.
Təəssüf ki, padşah XII Georginin ölümündən sonra Mirzə Adıgözəl bəyin
nazir Kovalenskinin xidmətində olub-olmaması haqqında bir məlumat yoxdur.
Bizcə o, bu vəzifədə olmuşdur; çünki Kovalenski Gürcüstanın hökmdarı
vəzifəsini ifa etdiyi üçün ona Şərq dillərini bilən adam lazım idi.
Lakin Mirzə Adıgözəl bəy Kovalenskinin yanında, onun Gürcüstan idarə
işlərini knyaz Sisianova təhvil verənə qədər, yəni 1803-cü ilin fevral ayınadək
xidmət edə bilərdi
1
. Adıgözəl bəyin Gürcüstan canişini və Qafqaz qoşunları
komandanı knyaz Sisianovun yanında xidmət etməsi məlum deyildir. Mirzə
Adıgözəl bəyin həyatının bu dövrünə aid heç bir sənəd hələ aşkar edilməmişdir.
Həyatının bu dövrü haqqında Mirzə Adıgözəl bəy tərcümeyi-halında belə yazır:
"Mən rus komandanlığının rütbəli şəxsləri yanında xidmətdə idim". Gürcüstanda
Rusiya hakimiyyəti təsdiq olunduqdan sonra o, general-mayor Lisaneviçin yanına
xidmətə təyin olunur.
1
AKAK, c. III, sənəd 1, səh. 4. 10
10
"Qafqaz Arxeoqrafiya Komissiyası aktlar"nda nəşr edilmiş sənədlərdən
görünür ki, general-mayor Lisaneviç 1811-ci ilin avqust ayında, Pənbək və
Şoragil okruqları rəisi vəzifəsində olmaqla, Ərzrum sərəskərinin hərəkatını
güdürdü
1
. Bu vaxt Rusiya ilə Türkiyə arasında müharibə gedirdi. Hərbi
əməliyyatın əsas meydanı Dunay çayı ətrafında idi. Lakin Rusiyaya tabe olan
Zaqafqaziya torpaqlarına Türkiyə qoşunlarının hücum edə biləcəyi qorxusu
olduğu üçün general-mayor Lisaneviçin əsas diqqəti Türkiyənin sərhəd
rayonlarında olan osmanlı qoşunlarının hərəkatını izləməyə çevrilmişdi.
Lisaneviç sərhədin o tayına kəşfiyyatçılar və casuslar göndərirdi. Belə bir
şəraitdə generala mütləq mütərcim-kargüzar lazımdı. Bu vəzifəni Mirzə
Adıgözəl bəy ifa edirdi.
Mirzə Adıgözəl bəy general Lisaneviçin yanında xeyli vaxt xidmət etmişdir.
O, tərcümeyi-halında belə yazır: "On birinci ilə qədər onun yanında katiblik
etdim. Bu ildə menə podporuçik rütbəsi verildi. Nəhayət, on altıncı ildə sərdar
Yermolovdan izn alıb, Qarabağın keçmiş hakimi general-mayor Mehdiqulu
xanın qulluğuna gəldim..."
Beləliklə, əldə olan məlumatlara əsaslanaraq təsdiq etmək olar ki, general-
mayor Lisaneviç və Mirzə Adıgözəl bəyin birgə xidməti 1811 -ci illə 1816-cı
illər arasında olmuşdur.
General Lisaneviç və Mirzə Adıgözəl bəy 5-6 ilə qədər Pənbək və Şoragil
distansiyalarında xidmət etmişdilər. Bu müddət ərzində bu yerlərlə əlaqədar bir
çox hadisələr baş vermişdir.
Təəssüf ki, Mirzə Adıgözəl bəyin bu distansiyalarda xidməti zamanı ciddi
əhəmiyyəti olan işlərdə iştirak etməsi haqqında bilavasitə dəlillər yoxdur. Lakin
vəzifəsinin xarakterinə görə, bir mirzə kimi, həmin işlərlə əlaqədar olduğunu
güman etmək olar.
1805-1813-cü illər ərzində davam edən birinci Rusiya-İran müharibəsi
zamanı, Pənbək və Şoragil İran qoşunlarının basqını nəticəsində, son dərəcədə
talan edilmişdi. Əhalinin xeyli hissəsi İran qoşunları tərəfindən cənuba
qovulmuş, bəziləri isə hərbi əməliyyat gedən territoriyaları tərk etmişdilər.
Okruq rəisi distansiyanı məskun etmək, əkinçiliyi və məskun yerləri bərpa etmək
qayğısına qalmalı idi.
Hərçənd general-mayor Lisaneviç Azərbaycan dilini bilməklə Azərbaycan
əhalisinin etimadını qazanmışdı, lakin bu ailələrin köçürülməsində yerli əhalidən
olan və böyük hörmət sahibi Mirzə Adıgözəl bəyin, şübhəsiz ki, böyük xidməti
olmuşdur.
1
General Tormasovun 1811-ci il avqustun 13-də general-mayor Lisaneviçə yazdığı 134 Ns-li əmr (AKAK, IV sənəd
1179, səh. 775; 776-cı səhifədəki 1180 nömrəli sənədlə müqayisə edin).
11
1812-ci ilin əvvəllərində İran hökuməti İrəvan sərdarı Hüseynqulu xanın
vasitəsilə sülh danışıqlarına başlamaq arzusunda olduğunu bildirdi. Bununla
əlaqədar olaraq sərhəd mahalının rəisi general-mayor Lisaneviç sülh danışıqları
aparmaq üçün xüsusi məmur göndərilməsi haqqında məktublaşmağa başladı
1
.
Mirzə Adıgözəl bəyin bu işdə iştirakı haqqında bilavasitə məlumat yoxdursa da,
şübhəsiz ki, vəzifəsi ilə əlaqədar olaraq o, bu kimi danışıqlarda kənarda dura
bilməzdi.
1813-cü ilin oktyabr ayında Qarabağın Gülüstan qəsəbəsində sülh müqaviləsi
bağlandı. Bu müqaviləyə əsasən İran hökuməti Dərbənd, Quba, Bakı, Şamaxı,
Şəki, Gəncə, Qarabağ və Talış xanlıqlarına qarşı öz tələblərindən imtina etdi.
Mirzə Adıgözəl bəyin tərcümeyi-halı və müxtəlif mənbələrdən alınan
məlumatlar onun həyatının bu dövrünü daha tam və düzgün təsəvvür etməyə
imkan vermir.
1816-cı ilin oktyabr ayında Gürcüstanın
2
əlahiddə korpus komandiri vəzifəsinə
təyin olunmuş general A.P.Yermolov Tiflisə gəldi və Qafqaz işləri ilə tanış
olmağa başladı.
General A.P.Yermolov xanlara inanmırdı. O, xan hakimiyyətinin mövcud
olmasını rus imperiyası mənafeyinə zidd görürdü və buna görə də gələcəkdə xan
hakimiyyətini ləğv edib rus idarəsi qurmağı zəruri hesab edirdi. Qarabağ, Şirvan
və Şəki xanlarının hakimiyyəti bu xanlıqların Rusiya təbəəliyinə qəbul edilməsi
haqqında 1805-ci ildə bağlanmış müqavilə əsasında təsdiq edildiyi üçün,
A.P.Yermolov dərhal öz siyasi məqsədlərinin tətbiqinə başlaya bilməzdi.
Əvvəlcə o, xanların yanında Rusiya hökumətinin etimadını qazanmış şəxslər
təyin etməklə kifayətləndi.
A.P.Yermolov Mirzə Adıgözəl bəyi qarabağlı olduğu üçün Mehdiqulu xanın
yanına göndərdi. Adıgözəl bəyin Qarabağa göndərilməsi 1816-cı ildə
A.P.Yermolovun Tehrana səfir təyin edilməsindən bir az əvvəl olmuşdu. Mirzə
Adıgözəl bəy tərcümeyi-halında xəbər verir ki, qarabağlı Mehdiqulu xan ona
ailəsinin əvvəllərdə sahib olduğu torpaqları qaytardı, yeni malikanələr bağışladı
və onu "İyirmi dörd" mahalına naib təyin etdi.
"İyirmi dörd" mahalı Qarabağ xanlığının iyirmi iki mahalından biri idi.
Yuxarıda göstərilən, tam olmayan məlumatlara əsasən, 1823-cü ildə bu mahalda
155 ailə, hər ailəyə 5 nəfər hesab etmiş olsaq, 800 nəfərə yaxın adam yaşayırdı.
Bu mahal Qarabağ xanlığının ən kiçik mahallarından biri idi. Burada
1
Markiz Pauluççinin qraf Rumyantsevə 1812-ci il martın 21-də yazdığı 80 nömrəli məlumat (AKAK, c. V, sənəd
247, səh. 177).
2
General Yermolovun qraf Nesselpoda 1816-cı il noyabrın 19-da yazdığı təliqə
(AKAK, c. VI, h.II, sənəd 281,
səh.136).
12
yaşayan əhalinin sayı bütün Qarabağ xanlığı əhalisinin yüzdən birini belə təşkil
etmirdi
1
. Mirzə Adıgözəl bəy Mehdiqulu xanın ən yaxın və inanılmış
adamlarından biri idi. O, Mehdiqulu xanın yanında son günədək, yəni onun
xaricə qaçdığı günədək olmuşdur.
Zaqafqaziyada müsəlman əyalətlərinin rəisi general V.Q.Madatovun təzyiqi
və araqarışdırıcı hərəkətləri nəticəsində Mehdiqulu xanın Qarabağı tərk edərək
İrana qaçması məlumdur. General Madatov Azərbaycanda xan üsul-idarəsini
ləğv etməyi lazım bilən A.P.Yermolovun göstərişləri əsasında hərəkət edirdi.
General Yermolov knyaz Madatovun vasitəsilə öz arzusunun yerinə
yetirilməsinə nail oldu. Mehdiqulu xan ona edilən hədələrdən qorxaraq 1822-ci il
noyabrın 21-də öz ailəsini qoyaraq, bir neçə nəfər xidmətçisinin müşayiətilə
xaricə qaçdı
2
. Bu hadisələr bir neçə il keçdikdən sonra Mehdiqulu xanın yazdığı
bir məktubda işıqlandırılmışdır. Mehdiqulu xan özünün qaçmağı haqqında belə
yazır: "...mən Tərtərə gedib orada bir neçə nəfər taparaq onlarla öz vəziyyətimi
izah etmək üçün Tiflisə getməyi qərara aldım. Lakin məni Tərtərə buraxmamaq
və Qarabağdan qovmaq əmrilə dalımca göndərilmiş Məlik Vanya mənə çatdı və
mən qorxaraq İrəvana yola düşdüm. Hərçənd mənə əslində Qarabağdan getmək
lazım deyildi, ...lakin mən özümü xilas etmək üçün İrəvana getdim"
3
.
1823-cü ildə həqiqi stats-sovetnik Magilevski və polkovnik A.P.Yermolov
tərəfindən tərtib edilmiş "Qarabağ vilayətinin statistik təsviri"ndən məlum olur
ki, Mirzə Adıgözəl bəyin xüsusi əmlakı çox az olmuşdur
4
. O, təkcə Ağbulaq
kəndinə sahib idi. Mirzə Adıgözəl bəyin öz evi də burada idi. Bundan başqa
Danyal bəy Qmatlı obası, Varvaralı və Qaraoğlanlı kəndi də onun idarəsində idi.
Burada vergi verən 59 ailə və Mirzə Adıgözəl bəyin sahib olduğu 37 rəncbər
ailəsi yaşayırdı. Xanlıq dövründə və komendant üsul-idarəsi zamanında 59
ailədən toplanan verginin bir hissəsi divan və ya xəzinəyə daxil olurdu. Verginin
xəzinəyə daxil olan bu hissəsi 1823-cü ildə aparılan
1
Həqiqi stats-sovetnik Magilevski və polkovnik Yermolovun general Yermolova 1823-cü il mayın 2-də yazdıqları
22 nömrəli raport (AKAK, c. VI, h. I, sənəd 1308, səh. 858).
2
Knyaz Madatovun general-leytenant Velyaminova 1822-ci il noyabırın 21-də yazdığı 916 nömrəli raport (AKAK,
c. VI, h. I, sənəd 1293, soh. 848).
3 Mehdiqulu xanın knyaz Abxazova 1827-ci il iyunun 21-də yazdığı məktub
(AKAK, c. VII, səh. 458-459).
4
Həqiqi stats-sovetnik Magilevski və polkovnik A.P.Yermolov tərəfindən tərtib
edilmiş "Qarabağ vilayətinin
statistik təsviri" (AKAK, f. 24, ya 21,1, iş 117, səh. 152, 153, 203).
13
siyahıya görə, 156 manat rus gümüş pulu miqdarında idi. Ehtimal ki, mədaxilin
qalan çox hissəsi kəndi idarə edənin ixtiyarına keçirdi.
"Qarabağ vilayətinin statistik təsviri"ndən belə məlum olur ki, Mirzə
Adıgözəl bəyin 37 ailədən ibarət rəncbəri var idi. Bu fakt göstərir ki, Mirzə
Adıgözəl bəyin xüsusi təsərrüfatı olmuş və burada həmin rəncbərlər işləmişlər.
Ümumiyyətlə, rəncbərlər ya tut bağlarında və ya çəltik tarlalarında işlərdilər.
Lakin Mirzə Adıgözəl bəyin rəncbərləri köçəri hesabında olduğundan, onların bağ
və çəltik tarlalarında məşğul olduqlarını güman etmək olmaz. Bu rəncbərlərin hər
şeydən əvvəl ziraətdə işlədiklərini fərz etmək olar.
Yuxarıdakı izahatdan belə görünür ki, Mirzə Adıgözəl bəyin mülkü çox da
böyük deyilmiş; çünki onun ixtiyarında olan ailələrin sayı yüzə çatırdı ki, beş
yüzdən altı yüzə qədər can təşkil edirdi. Lakin onu kiçik mülk də adlandırmaq
olmaz. Beləliklə, Mirzə Adıgözəl bəyi orta təsərrüfatçı bəylər sırasına daxil
etmək lazımdır. Ona verilmiş poruçik, sonra isə kapitan rütbəsi və Qarabağ
əyalət məhkəməsində iclasçı vəzifəsi onu Qarabağ aristokratiyasının ali bəy
təbəqəsi sırasına irəli çəkdi.
Mirzə Adıgözəl bəy öz tərcümeyi-halında qeyd edir ki, general Yermolovun
tapşırığı ilə o, 1823-cü ildən 1826-cı ilədək, yəni üç il ərzində Qarabağ
sərhədlərinin mühafizəsi üzrə qulluqda olmuşdur. Adıgözəl bəyin öz haqqında
verdiyi bu məlumat "Qafqaz Arxeoqrafiya Komissiyası aktları"nda nəşr edilmiş
sənədlərlə təsdiq olunur. General-mayor knyaz Madatov A.P.Yermolova 1825-ci
il 9 iyul tarixində yazdığı raportunda belə xəbər verir: "Sizin 2 iyul tarixli 9
nömrəli sərəncamınıza cavab olaraq, Qarabağda bizim sərhədlərimizi iranlıların
hücumu təhlükəsindən müdafiə etmək, köçəri xalqların qaçmasının qarşısını
almaq və mənim nə kimi tədbirlər gördüyüm haqqında zati-alinizin nəzərinə
aşağıdakı məlumatı çatdırmağı özümə şərəf hesab edirəm"
1
.
Knyaz Madatov sərhəd məntəqələri cədvəlində Mirzə Adıgözəl bəyin olduğu
məntəqəni də göstərmişdir. Sənəddə belə göstərilir: "Murov dağı enişinin
qurtaracağında, Bazərgan bulağı yanında... 15 verst qabaqda olan Gil qəsəbəsində
qarovul duran dağılmış Zod kəndi yanında, mahal naibi podporuçik Mirzə
Adıgözəl bəyin yanında 40 nəfər, bundan əlavə də burada yüzbaşı Nasledışevin
yanında 25 nəfər qazaq vardır". Cədvəlin sonunda general Madatov yazır: "Bu
cədvələ əsasən iki post xətti təşkil edilir: - dağıdılmış Zod kəndindən isti sulara
qədər olan sağ qolu ştab-kapitan Çernoqlazov, yerli əhali keşikçilərini isə
podporuçik Mirzə Adıgözəl bəy idarə edir..."
2
1
General-mayor knyaz Madatovun general Yermolova 1825-ci il iyulun 9-da yazdığı 341 nömrəli raport. Çanaxçı
kəndi (AKAK, c. VI, h. I, sənəd 719, səh. 516).
2 Yenə orada.
14
Bu post çox irəlidə qoyularaq İran territoriyasına daxil olduğu üçün İrəvan
sərdarı Hüseynqulu xan general Madatova müraciət edərək postun yerini
dəyişdirməyi xahiş etmişdi. Madatov, A.P.Yermolovun göstərişi ilə, Hüseynqulu
xana məktubla cavab verərək yazırdı:
"Zati-aliniz tərəfindən zilhiccə ayının 11-də
1
yazılmış məktubu aldım, orada
podporuçik Mirzə Adıgözəl bəyin süvarilərlə Zod kəndində durduğunu
göstərirsiniz... Mirzə Adıgözəl bəyə həmin kənddə durmamaq haqqında çoxdan
əmr vermişəm və o, tezliklə oradan gedəcəkdir"
2
.
Sərhəd mühafizəsi xidmətində Adıgözəl bəy 1826-1828-ci illərdə olan
Rusiya-İran müharibəsi başlananadək olmuşdur. Tərcümeyi-halında Adıgözəl bəy
göstərir ki, o, 1826-cı il avqustun 25-dək, yəqin ki, İran qoşunlarının Qarabağa
hücumundan bir az əvvəl ona 60 əsgərlə bir zabit, iki yüz azərbaycanlı və erməni
süvariləri tabe idi. Mirzə Adıgözəl bəy sərhədi mühafizə etməklə, İran
hökumətinin müharibəyə başlayacağı haqqında məlumatlar alırdı. O bu
məlumatları Şuşa qalasının komendantı mayor Çilyayeva bildirirdi. Bu məxfi
xəbərlərə cavab olaraq Mirzə Adıgözəl bəy öz postunda istehkamlar qurmaq
əmri aldı. Onun postu Qarabağ sərhəd postları xəttinin son sağ qolunda, Murov
dağının cənub ətəklərində, Bazərgan bulağı yanında idi... Mirzə Adıgözəl bəy
hələ burada ikən müharibə başlandı. Məlumdur ki, bu müharibə İran qoşunlarının
Rusiyaya tabe olan torpaqlarına qəflətən hücumu ilə başladı. İran qoşunları, demək
olar ki, bir vaxtda İrəvan tərəfindən sərhədləri keçərək Şoragil, Pənbək və
həmçinin Talış və Qarabağ əyalətlərinə soxuldular. Lazımı qədər qüvvələri
olmayan sərhəd postları İran qoşunlarının qarşısını ala bilmədilər. Onların çox
hissəsi vuruşa-vuruşa ölkənin içərilərinə tərəf geri çəkilirdi. Bəziləri isə
mühasirəyə alınaraq uzun müqavimətdən sonra əsir düşdülər.
Bazərgan bulağı yaxınlığındakı post sərhədin lap yanında və İran
qoşunlarının ilk axını yolu üstündə olduğu üçün, Mirzə Adıgözəl bəy və ona
tapşırılan dəstənin Şuşa və Tiflis ilə əlaqəsi kəsildi. Mirzə Adıgözəl bəy öz
tərcümeyi-halında yazır ki, o, cürbəcür hiylələrlə Şuşa ilə əlaqəni bərpa etmək və
hər bir addımda ölüm təhlükəsi olan düşmən arxasından çıxmağa cəhd edirdi.
Lakin Tiflisə tərəf geri çəkilən rus qoşunları ilə birləşmək ona mümkün olmadı.
Şuşa qalası da İran qoşunlarının mühasirəsində olduğu üçün oraya girmək
mümkün deyildi.
Vəziyyət bir də ona görə gərginləşmişdi ki, xanlıq üsul-idarəsi zamanı xan
hakimiyyəti ilə sıxı əlaqədə olan yerli əhalinin ayrı-ayrı qrupları, düşmən
1
18 iyul (1825-ci il)
2 General-mayor knyaz Madatovun Hüseynqulu xana 1825-ci ildə yazdığı məktub (AKAK, c. VI, h. I, sənəd 1373,
səh. 892).
15
qoşunlarının hücumundan sonra onların tərəfinə keçdi və bir sıra köçəriləri də öz
tərəflərinə çəkdilər. Xanlıq üsul-idarəsinin ləğvindən sonra öz əvvəlki imtiyazlı
vəziyyətlərini və maddi-yaşayış mənbələrini itirmiş və sayca əhalinin az hissəsini
təşkil edən yüzbaşılar, maaflar, kətxudalar təbəqəsi və həmçinin bəylərin bir
hissəsi köhnə qaydaları bərpa etmək istəyirdilər. Onlar elə güman edirdilər ki,
İran qoşunları gəlib köhnə idarə üsulunu və onların itirdikləri imtiyazları geri
qaytaracaqdır. Onlar qarabağlı Mehdiqulu xanın İran vəliəhdi Abbas Mirzənin
qoşunları arasında olduğunu bilirdilər.
Bu hal Mirzə Adıgözəl bəyin vəziyyətini daha da çətinləşdirirdi. Mirzə
Adıgözəl bəy törənmiş vəziyyətdən çıxmaq üçün bir yol tapmayaraq təhlükə ilə
üz-üzə gəlmək məcburiyyətində qaldı. O, öz tərcümeyi-halında Abbas Mirzənin
qərargahına getdikdən sonra əsirlikdə rast gəldiyi bütün macəraları ətraflı bir
surətdə nağıl edir. Mirzə Adıgözəl bəyi əsir sifətilə Təbrizə göndərdilər
1
.
Abbas Mirzənin ordusu Şamxor yanında və Gəncə şəhəri yaxınlığındakı
böyük vuruşlarda məğlub olduqdan sonra İran qoşunları Araz çayının o tayına
keçdilər.
Abbas Mirzə yəqin ki, əzilmiş qoşunlarını yenidən nizama salmaq üçün vaxt
qazanmaq məqsədilə, sülh danışıqlarına başlamağa cəhd edirdi. Mirzə Adıgözəl
bəy tərcümeyi-halında yazır ki, bu məqsədlə onu Şuşaya göndərdilər. Beləliklə,
o, əsirlikdən azad oldu. Yəqin ki, bu hadisə 1827-ci ilin əvvəllərində olmuşdur;
çünki Mirzə Adıgözəl bəy 1827-ci ilin yanvarında hələ Təbriz şəhərində əsir idi.
Mirzə Adıgözəl bəy yazır ki, o, Şuşadan Tiflisə gedərək general
A.P.Yermolov və qərargah rəisi general-adyutant İ.İ.Dibiç cənabları ilə görüşdü.
1827-ci ilin yanvar və fevral aylarında, canişin və Qafqazın əlahiddə korpusu
komandiri vəzifəsinə yeni təyin edilmiş İ.F.Paskeviçin A.P.Yermolovdan işləri
təhvil aldığı zaman, general-adyutant Dibiç Tiflisdə idi. 1827-ci il mart ayının
axırlarında A.P.Yermolovun geri çağırılmasından sonra İ.F.Paskeviç
Zaqafqaziyanın bütün işlərini idarə etməyə başladı
2
. Maddi mənafelərinə görə,
Mehdiqulu xana tərəfdar olan Qarabağ əhalisinin müəyyən qruplarını Rusiya
tərəfinə meyil etdirmək fikrilə İ.F.Paskeviç qarabağlı Mehdiqulu xanı da Rusiya
tərəfinə çəkməyi siyasi cəhətdən məqsədəuyğun hesab edirdi.
Bu mühüm işin icrası Qarabağ, Şirvan və Şəki əyalətlərini
3
idarə edən
V.K.Madatovu 1827-ci ilin aprel ayında əvəz etmiş knyaz İ.NAbxazova
tapşırılmışdı.
1
Naməlum müəllifin Qarabağ haqqında yazdığı qeydlərlə müqayisə edin. 1829-1831-ci illər içərisində (Rus
çarizminin XIX əsrin 20-60-cı illərində Azərbaycanda müstəmləkə siyasəti, h. I, M.-L., 1936-cı il).
2
AKAK, c. VII, səh. 1.
3
Yenə orada, səh. 4.
16
Knyaz İ.N.Abxazov bu məsul tapşırığı bilavasitə yerinə yetirmək üçün Mirzə
Adıgözəl bəyi seçdi.
İndi Mirzə Adıgözəl bəy, Mehdiqulu xan üzərində olan nüfuzunun qüvvəsini
sınaqdan çıxarmalı idi. O, Arazın o tayına, düşmənin arxasına keçib orada
Mehdiqulu xanla görüşməli və onu Rusiya tərəfinə keçməyə razı etməli idi.
Mirzə Adıgözəl bəy bu tapşırığı müvəffəqiyyətlə yerinə yetirdi. İyunun
əvvəllərində general Paskeviç qərargah rəisi İ.İ.Dibiçə aşağıdakı məlumatı xəbər
verirdi:
"Danışıqların müvəffəqiyyəti və Mehdiqulu xanın bizim tərəfə keçməsi
haqqındakı xəbəri zati-alinizin hüzuruna çatdırmağı özümə şərəf hesab edirəm...
Bu ayın 8-də mən Qarabağdan məlumat aldım ki, xan oraya qayıtmışdır. Onun
arxasınca Daralagözdən bizim sərhədlərimizə 3 min köçəri ailəsi köçmüşdür...
Mehdiqulu xanın Qarabağa köçürülməsindən əldə edilən mənfəətlər olduqca
mühümdür:
1) Keçmiş hakimlərinin (Mehdiqulu xanm) alçaldılmasına narazılıqla baxan
sərhəd boyundakı adamların mütərəddidliyinə son qoydu. O, (Mehdiqulu xan) –
yaxında, sərhədin özündə olmaqla qədim əlaqə və irsi hakimiyyətindən istifadə
edərək, istədiyi vaxt onu qəbul etmiş olan İranın nəfinə, aramızda fəal tərəfdarlar
tapa bilərdi.
2) Bu qəbilələrin çox hissəsini Mehdiqulu xan öz ardınca Qarabağa gəlməyə
rəğbətləndirdi. Düşmən artıq onlardan kömək gözləyə bilməz. Onlar 4 min ən
yaxşı süvari verə bilərlər ki, bu da nəinki bizim üçün qorxu təşkil edəcək, əksinə,
bizim sərhədlərimizi mühafizə edəcəkdir.
Əlavə edirəm ki, xana qoşulub (İrana) getməyən bir neçə yüz ailə sırasındakı
Millidlər (?), Qaraçorlu, Şadillu və sair yerdə qalan xalqlar şadillu Aslan
Sultanın vasitəsilə mənə müraciət edərək öz itaətlərini bildirmiş və Rusiya
himayəsinə qəbul edilmələrini xahiş etmişlər"
1
.
Mirzə Adıgözəl bəy Mehdiqulu xanı Rusiya tərəfinə meyil etdirmək
tapşırığını müvəffəqiyyətlə yerinə yetirdi. General Paskeviç onun bu xidmətinə
yüksək qiymət verərək onu təltif edilməyə təqdim etdi. Bu barədə o, raportlarının
birində yazırdı:
"Komandanlığın təsdiqinə görə, düşmən torpağında cəldlik və qəhrəmanlıq
göstərərək, onlara verilmiş tapşırıqları yerinə yetirdikləri üçün, qarabağlı
podporuçik Mirzə Adıgözəl bəyi (ona donluq da verməklə) və polkovnik knyaz
Abxazovun yanında xidmətdə olan knyaz İvan Melikovu poruçik rütbələri ilə
təltif etməyə təqdim etməyi özümə şərəf bilirəm. Dindaşları üsyan edərkən
(Mirzə Adıgözəl bəyin) bizə necə sadiq qaldığını və Təbrizdə ona
1
General Paskeviçin qraf Dibiçə 1827-ci il iyunun 12-də yazdığı 62 nömrəli raport. Eçmiədzin (AKAK, c. VII, sənəd
402, səh. 453-454).
17
olan əzablara və əsarətə möhkəm bir iradə ilə dözdüyünü zati-aliniz Tiflisdə
olduğu zaman yəqin ki, eşitmişdir"
1
.
Hərbi əməliyyatın sonrakı gedişində Mirzə Adıgözəl bəy, görünür ki,
bilavasitə iştirak etməmişdir. O, knyaz Abxazovun yanında bir tapşırığı yerinə
yetirməklə məşğul idi. Bu tapşırıq haqqında general Paskeviç 1827-ci il may
ayında knyaz Abxazova belə yazırdı:
"Zati-alinizə tapşırıram ki, əgər bu məsələ hələ sizin diqqətinizi özünə cəlb
etməyibsə, hər bir vasitə ilə çalışmaq lazımdır ki, Azərbaycanda işlərin indiki
vəziyyətindən narazı və bizim tərəfə meyil göstərən Təbriz əhalisinin müəyyən
hissəsi və onların rəisləri ilə şifahi və yazılı olaraq ikitərəfli əlaqə saxlanılsın"
2
.
Təəssüf ki, Mirzə Adıgözəl bəyin 1827-ci ilin ikinci yarısı və 1828-ci ilin
əvvəllərindəki, yəni Türkmənçay sülh müqaviləsi bağlanan vaxtdakı fəaliyyəti
haqqında bizə məlumat verə bilən sənədlər hələ tapılmamışdır.
Mirzə Adıgözəl bəy öz tərcümeyi-halında xəbər verir ki, o, knyaz Abxazovun
rəhbərliyi altında xidmət etmişdir. Ola bilsin ki, Mirzə Adıgözəl bəy knyaz
Abxazovla birlikdə Rusiya səfiri A.S.Qriboyedov Tehranda öldürüləndən sonra
əmələ gəlmiş təhlükəli vaxtda - 1829-cu ildə Qarabağ, Şirvan və Şəkidə təşkil
edilən süvari müsəlman alaylarının təşkilində iştirak etmişdir
3
. Knyaz Abxazovun
general Paskeviçə təqdim etməsilə Mirzə Adıgözəl bəyə kapitan rütbəsi
verilmişdir.
Bu məlumatdan belə nəticə çıxarmaq olar ki, Mirzə Adıgözəl bəyə kapitan
rütbəsi 1830-cu ildən əvvəl verilmişdir; çünki knyaz Abxazov 1830-cu ildə
Zaqafqaziyanı tərk edərək Osetiyaya getmişdi
4
.
Çox güman ki, hələ bu vaxt, yəni 1829-cu ilin axırlarında və 1830-cu ilin
əvvəllərində Mirzə Adıgözəl bəy, 30 ilə yaxın xidmət etdikdən sonra istefaya
çıxmışdı.
Komendant üsul-idarəsi vaxtında əyalət məhkəmələri qanun üzrə nəinki
mühakimə xarakterli işlərlə, hətta bir sıra əmlak və təsərrüfat məsələləri ilə də
məşğul olmalı idilər, çünki komendantların yanında məhkəmədən başqa heç bir
idarə yox idi. Qarabağ əyalət məhkəməsinin əhatə etdiyi məsələlər, ali inzibat
idarəsinin tapşırığı ilə, XIX əsrin 30-cu illərində tərtib edilmiş Qarabağ əyaləti
haqqındakı qeydlərdə gözəl bir surətdə işıqlandırılmışdır. Bu
1
General Paskeviçin qraf Dibiçə 1827-ci il iyunun 12-də yazdığı 62 nömrəli
raport. Eçmiədzin (AKAK, c. VII,
sənəd 402, səh. 455).
2
General Paskeviçin polkovnik, knyaz Abxazova 1827-ci il mayın 21-də yazdığı
əmr. Cəlal oğlu (AKAK, c. VII,
sənəd 508, səh. 543).
3
Polkovnik Miklaşevskinin qraf Paskeviçə 1830-cu il fevralın 4-də yazdığı 3 nömrəli raport (AKAK, c. VII, sənəd
372, səh. 426).
4
AKAK, c. VII, sənəd 4.
18
qeyddə deyilir: "Şuşa əyalət məhkəməsinin iclası komendantın sədrliyi və əhali
tərəfindən bəylər və vətəndaşlar içərisindən seçilmiş 4 iclasçının iştirakilə
aparılır. Əyalət məhkəməsi aşağıdakı işlərə baxır: a) əhəmiyyətsiz, mübahisəli və
cinayət işlərinə, b) əyalətin mədaxilini idarə edən təsərrüfat işlərinə, c) ümumi
intizamı mühafizə etməklə əlaqədar olan əmrverici işlərə; lakin indiki vəziyyətdə
bütün bu işlərin az və ya çoxunu bir komendant idarə edir. Əyalət məhkəməsinin
isə ancaq quru bir adı vardır"
1
.
Əyalət məhkəməsinin fəaliyyəti nə qədər zəif olmuş olsa da, onun iclasçıları,
o cümlədən Mirzə Adıgözəl bəy də müəyyən dərəcədə yuxarıda göstərilən işlərlə
məşğul olmalı idilər. Bütün bunlar Mirzə Adıgözəl bəyə Qarabağın uzun, tarix
boyu keçirdiyi vəziyyətlə və bu əyalətin müxtəlif hissələrində yaşayan əhalinin
təsərrüfat fəaliyyəti ilə, ölkənin adətləri və tarixi ilə tanış olmağa çox kömək
etmişdir. Mirzə Adıgözəl bəyin Qarabağ əyalət məhkəməsindəki fəaliyyəti onun
Qarabağ tarixinə aid olan müxtəlif məlumatlar toplaması üçün imkan yaratdı.
Əyalət idarələrini yoxlamış məmurlardan biri, kollec assessoru Zubaryev
general Paskeviçə aşağıdakı məlumatı xəbər verirdi: "Əyalət məhkəməsi heç bir
iş görməyərək ancaq quru bir məhkəmə adı daşıyır. Knyaz Abxazovun yaxın
adamı olan kapitan Mirzə Adıgözəl bütün məhkəmə işlərini öz əlinə almışdır.
Məhkəmə üzvlərinin tatar və ermənilərdən ibarət olan hissəsi rus dilini
bilmədikləri halda, bütün jurnallar və kargüzarlıq rus dilində aparılır"
2
.
Kollec assessoru Zubaryev müfəttiş sifətilə eyalət idarələri işlərindəki
nöqsanları yoxlamaq üçün getmişdi. Buna görə də onun qeydində izah edilən işlər
mübaliğəsiz deyildir. Lakin burası aydındır ki, əyalət məhkəməsində baxılan
işlərə və qəbul edilən qərarlara Mirzə Adıgözəl bəyin böyük təsiri olmuşdur.
Kollec assessoru Zubaryevin qeydindən görünür ki, Mirzə Adıgözəl bəy rus
dilini gözəl bilirmiş.
Yuxarıda adı çəkilən kollec assessoru Zubaryev Qarabağ haqqındakı qeydində
yazır: "Mirzə Adıgözəl bəy... öz mahalına distansiyalardan və Yelizavetpol
qəzasından qaçqınlar qəbul edir. Hal-hazırda onun yanında 350-dək belə qaçqın
ailələri vardır. Bunlar heç bir vergi vermədikləri üçün ağırlıq yerdə qalan
əhalinin üzərinə düşür"
3
.
1
1837-ci il dekabrın 19-dan sonra Nefedyevin Qarabağ əyaləti haqqında yazdığı qeyd (XIX əsrin 20-60-cı illərində
Azərbaycanda rus çarizminin müstəmləkəçilik siyasəti, c. I, M.-L., səh. 358).
2
Kollec assessoru Zubaryevin 1830-cu il 20 aprel tarixli raportla qraf Paskeviçə
təqdim etdiyi Qarabağ əyaləti
haqqındakı qeydi (AKAK, c. VII, sənəd 211, səh. 462).
3
Yenə orada.
19
Bu adamların kim olduğu haqda əlimizdə heç bir məlumat yoxdur. Lakin
demək olar ki, bu adamlar çar inzibat idarəsinin təzyiqi altında öz kənd və
evlərini tərk etmişdilər.
Mirzə Adıgözəl bəyin XIX əsrin ikinci yarısının 30-40-cı illərindəki həyat və
fəaliyyəti haqqında əlimizdə məlumat yoxdur. 1834-cü ilin əvvəllərinə aid
tapılmış arxiv sənədlərindən görünür ki, Mirzə Adıgözəl bəy, məhkəmədə şahid
sifətilə çıxış edərək, əski yerləri üzərində öz hüquqlarını bərpa etmək istəyən
bəzi bəyləri müdafiə etmişdir
1
.
Qarabağ əyalət məhkəmə işlərindən görünür ki, Mehdiqulu xanın idarəsi
zamanı hörmətli, möhtərəm və Qarabağ işlərini yaxşı bilən bir şəxs kimi arayış,
izahat və şəhadətdən ötrü tez-tez Mirzə Adıgözəl bəyə müraciət edirdilər.
Qarabağ əyalət məhkəməsindəki fəaliyyəti zamanı Mirzə Adıgözəl bəy
Qarabağın digər məşhur xadimi, "Qarabağnamə"nin müəllifi və vaxtilə İbrahim
xanın yanında vəzir olmuş Mirzə Camalla tez-tez görüşərmiş.
"Qarabağnamə"nin mətnindən görünür ki, Mirzə Adıgözəl bəy poeziyanı
sevən və zamanın ən ziyalı şəxslərindən biri olmuşdur. Biliyinin genişliyi və
keçmiş mədəniyyətin görkəmli nümayəndələrinə olan dərin ehtiramı Mirzə
Adıgözəl bəydə böyük Nizaminin köhnə və tamamilə dağılmış qəbri üzərində
yeni türbə tikmək fikri oyatdı. Bu barədə A.Bakıxanov belə yazır: "Onun
(Nizaminin - V.L) dağılmış olan çox gözəl türbəsi Gəncənin yaxınlığında indi də
durur... qarabağlı Mirzə Adıgözəl bəy onu indi bərpa edir"
2
.
A.Bakıxanovun bu sözlərindən məlum olur ki, məqbərənin bərpa edilməsi
onun "Gülüstani-İrəm"i yazdığı vaxtda, yəni XIX əsrin 40-cı illərinin
əvvəllərində olmuşdur. Bu tarix böyük şairin anadan olmasının 700 illiyinə
təsadüf edirdi.
Mirzə Adıgözəl bəyin tikdirdiyi türbə bu əsrin əvvəllərində dağılmışdır, lakin
onun qalıqları tam düzgünlüklə Nizaminin dəfn edildiyi köhnə türbənin yerini
təyin edir.
Mirzə Adıgözəl bəy "Qarabağnamə"ni 1845-ci ildə, yəni yaşının 65-ə çatdığı
zamanda yazmışdır. Yəqin ki, yaşının çoxluğuna görə, əsəri yazmaq Mirzə
Adıgözəl bəy üçün çətin olmuşdur. Buna görə də o, Salariyə müraciət edərək,
onun söylədiklərini dediyi kimi, gözəl bir ifadə ilə yazmağı ondan xahiş etmişdir.
Bu vəziyyət əsərin dilinə çox təsir etmişdir. Görünür ki, Mirzə Adıgözəl bəy
hadisələri sadə və anlaşılan dildə şərh etmişdir. "Qarabağnamə"dəki Şərq tarixi
əsərlərinə xas olan vəsflər, mübaliğələr, müqayisələr
1
Praporşik Əli bəyin Qarabağ komendantı cənab mayor və kavaler Rayterə 1834-cü il fevralın 5-də yazdığı
izahatdan tərcümə (Azərb. SSR MDTA, f. 73, siyahı 2, iş 3, vərəq 67).
2
A.Bakıxanov. Gülüstani-İrəm. Bakı, 1926, səh. 165.
20
və sair təmtəraqlı ifadələr və təsvirlər Mirzə Adıgözəl bəyə yox, Salariyə aiddir.
Bu dəbdəbəlilik və ala-bəzəklik mətnin məzmununu zənginləşdirmir, əksinə,
onun mütaliəsini daha da çətinləşdirir. Məlum olduğu kimi, Abbasqulu ağa
Bakıxanov bu qədim ənənələri kənara ataraq, sadə və aydın dildə "Gülüstani-
İrəm" əsərini yazmışdır. Mirzə Adıgözəl bəy, Salarinin ifadə üsulları ilə
razılaşdığı üçün əsərdəki bir sıra hadisə və faktlar öz aydınlıq və düzgünlüyünü
itirmişdir.
Qeyd etmək lazımdır ki, bu söylənilənlər başlıca olaraq, "Qarabağnamə"nin
birinci fəsillərinə aiddir. XIX əsrin tarixi sadə dillə yazılmışdır. Əsəri oxuyarkən
belə bir təsir oyadır ki, Salari mətnin ilk fəsillərini gözəl üslub ilə yazmaqla
kifayətlənmişdir. Sonrakı fəsilləri isə sadə və anlaşılan dildə yazmağa
başlamışdır. Erməni dilinə tərcümə edilmiş "Qarabağnamə"nin əlyazmasında bu
sətirlər var: "O vaxt mən - bu tarixi yazmış qarabağlı Mirzə Adıgözəl bəy
Tiflisdə idim"
1
. "Qarabağnamə"nin başqa nüsxələrində belə bir qeyd yoxdur. Ola
bilər ki, Mirzə Adıgözəl bəy bəzi işlərə görə, Şuşadan Tiflisə getmiş və orada öz
əsərini yazmışdır.
Mirzə Adıgözəl bəy 1848-ci
2
ildə sentyabr ayının 9-da vəfat etmiş və
Goranboy yaxınlığında olan Rəhimli kəndinin qəbiristanında dəfn edilmişdir.
Onun qəbri üzərində türbə tikilmişdir. Yuxarıda göstərilən vəfat tarixi Mirzə
Adıgözəl bəyin qəbri üstünə qoyulmuş başdaşının kitabəsindən alınmışdır.
V.N.Leviatov
1
T.İ.Ter-Qriqoryan. Qarabağlı Mirzə Adıgözəl bəy. Azərb. SSR EA Məruzələri, N°9, 1948-ci il.
2 Mirzə Adıgözəl bəyin vəfat tarixini, onun qəbri üzərindəki kitabənin qrafitlə çıxarılmış surəti üzündən, tarix elmləri
namizədi Ə.Ə.Ələsgərzadə oxumuşdur. Kitabənin surəti A.Bakıxanov adına Tarix İnstitutu elmi işçiləri N.V.Minkeviç-
Mustafayeva və S.K.Əhmədova tərəfindən çıxarılmışdır. Bu xüsusda baxın: N.V.Minkeviç-Mustafayeva və S.K.Əhmədova.
"Mirzə Adıgözəl bəy ailəsinin türbəsi" (Azərb. SSR EA Məruzələri N° 5, 1948-ci il).
21
Dostları ilə paylaş: |