AĞA MƏHƏMMƏD ŞAHIN TƏKRAR QARABAĞ
ÜSTÜNƏ YERİYİB ONU ALMASI, MƏRHUM
İBRAHİM XANIN BALAKƏNƏ GETMƏSİ
VƏ AĞA MƏHƏMMƏD ŞAHIN BAŞINA
GƏLƏN SON HADİSƏ HAQQINDADIR
Ağa Məhəmməd şah, sərdarın qayıtması xəbərini eşidincə, yenə Qarabağ
vilayətini almaq fikrinə düşdü. Bahar çağı
1
yağış qətrələri və ağac yarpaqlarının
sayından artıq qoşunla Azərbaycan tərəfinə bayraq qaldırdı. Qarabağ vilayətində
yerin-göyün bəla və müsibəti nəticəsində üç il taxıl bitmədi. Dənəli bitkilər
gözəllərin müşk iyli xallarından da əziz tutulurdu.
Qızılbaş qoşunu Ağa Məhəmməd şahla bərabər Araz kənarına gəldi. Buna
görə, Şuşa qalasında dayanıb, əldə olan qüvvə ilə qan-içən bir düşmənlə
vuruşmaq mümkün deyildi. Uca mərtəbəli xan, əhli-əyal, övlad və nəvələrini,
canlarından keçən bəylərin əhli-əyalını götürüb Car və Talaya hərəkət etdi.
Mərhum İbrahim xanın kürəkəni Nəsir xan, Şahsevən Əta xan, mərhum xanın
kürəkəni şəkili Səlim xan və Qarabağın sair məşhur bəyləri də behiştlik İbrahim
xanla bir yerdə səfər etdilər.
Ağa Məhəmməd şah Araz kənarında bu xəbəri eşitdi, onların ardınca qoşun
göndərdi ki, bəlkə gedib behiştlik xanı yaxın adamları və qəbiləsilə tutsun. Ağa
Məhəmməd şahın əsgərləri Tərtər çayı körpüsü ətrafında onların köçünə rast
gəldilər. Müharibəyə girişə-
1
1797-ci il. B a x: Н.Дубровин. "История войн и владычества русских на Кавказе", с. Ill, SPb, 1886, səh. 209.
66
rək zərərdən başqa bir şey əldə etmədilər. Mərhum İbrahim xan başında olan
adamları ilə Kür çayından keçdi, sağ-salamat Car və Balakənə gəldi. Yolda
ləzgilərdən bəzisi Ağa Məhəmməd şahın hökm və fərmanına görə, İbrahim xanın
qabağını kəsərək, onu tutub Ağa Məhəmməd şahın yanına aparmaq istədilər. Az
qalmışdı ki, hər iki tərəf müharibəyə girişsin. Mərhum xanın arvadı və Avar
hakimi Ümmə xanın bacısı olan Bikə ağa onlara nəsihət edib, vuruşmalarına
mane oldu. Bu əsnada qarabağlı Məhəmmədrəfi bəy, Ağa Məhəmməd şahın
başını gətirdi. Onun öldürülməsi xəbərini Balakəndə uca şanlı behiştlik xana
yetirdi. Bu hadisənin təfsilatı belədir:
Ağa Məhəmməd şahın Şuşa şəhərinə daxil olmasından bir həftə keçmişdi. Bir
gecə yaxın adamlarından və nədimlərindən Səfərəli bəy və Abbas bəyə
(gördükləri) əhəmiyyətsiz bir xətadan ötrü dedi: "Səhərçağı, fələkin qüdrətli
padşahı - işıqlı günəş, cəsədsiz başını məşriqdən çıxardar. Fələkin mina rəngli
ətəyini (üfüqü) gül təki qızardar. Mən də sizin başınızı - baxanlara ibrət olmaq
üçün - alçaq olan vücudunuzdan bir cida boyu ayırram. Gül rəngli qanınızla
Qarabağ gülzarını laləzara çevirrəm".
Onlar yəqin bilirdilər ki, Ağa Məhəmməd şah sözünü dəyişməz. Vasitəçilərin
isti nəfəsi onun dəmir kimi olan soyuq ürəyinə təsir etməz. Çarəsiz qalıb haman
gecə onun işini bitirmək fikrinə düşdülər. Səhərə yaxın Ağa Məhəmməd şah
yuxunun bihuş edən piyaləsindən xumarlanmaqda idi. Onlar hərəmsaraya daxil
oldular. Qan saçan xəncərlə onun cəsədini Davudun zirehitək deşik-deşik etdilər.
Şahın qaş-daşla bəzədilmiş bazubənd, tac və həmailini götürüb özlərini Şəqaqi
Sadıq xanın yanına yetirdilər. Əhvalatı olduğu kimi ona bildirdilər. Sadıq xan
onların sözlərinə inanmadı və dediklərinə etimad etmədi; çünki o, öz barəsində
şahdan xatircəm olmayıb həmişə qorxuda idi. Buna görə, onların sözlərini Ağa
Məhəmməd şahın hiyləsi hesab etdi. Axırda qəliz andlar içib Sadıq xanı
inandırdılar. Onu min qorxu və vahimə ilə İbrahim xanın oğlu mərhum
Məhəmmədhəsən ağanın imarətində olan Ağa Məhəmməd şahın mənzilinə
gətirdilər. Əvvəlcə Səfərəli bəy otağa girdi. Yorğanın ucunu şahın üstündən
qaldırdı. Yenə od yağdıran xəncərilə onun sinəsindən qan çayları axıtdı. Sadıq
xan bu halı görcək, tab və taqətdən düşdü. Dərhal bazubənd, tac və həmaili
götürüb öz mənzilinə gəldi. Şəqaqi qoşunlarını yığıb Qaladan köçdükdə dedi:
"Şah məni
67
İbrahim xanın ardınca göndərir". Şahın qatillərindən Abbas bəyi özü ilə bərabər
apardı. Səfərəli bəy isə Qalada qaldı. Sadıq xan qaladan çıxandan iki saat sonra,
şahın öldürülməsi xəbəri şəhərə yayıldı.
Qızılbaş xanları bu hadisədən qorxuya düşüb özlərini itirdilər. Hər biri öz
adamları ilə dəstə-dəstə qaçıb dağıldılar. Şəhər əhalisi tam bir izdiham və ümumi
bir hücumla şahın yaşadığı imarətə daxil oldu. Qızılbaş qoşunundan əsir
düşənləri soyundurdular... Bu zaman, mərhum İbrahim xanın qardaşı oğlu
Məhəmməd bəy imarətə daxil oldu. Şahlıq xəzinəsinə aid şeylərin yerdə
qalanlarını zəbt etdi. Qızıl-gümüş qabları, alətləri və qiymətli cavahiratı mərhum
Məhəmmədhəsən ağanın imarətindən öz sarayına göndərdi. Səltənət və riyasət
işilə məşğul oldu. Ağa Məhəmməd şahın başını da Məhəmmədrəfi bəylə
Balakənə göndərdi. Behiştlik İbrahim xan, Ağa Məhəmməd şahın təhlükəsindən
asudə olunca, onun başını bir sovqat kimi Gürcüstan valisinə göndərdi. Bir neçə
gündən sonra öz igid oğlu və vəliəhdi cənab Mehdiqulu ağanı Qarabağa göndərdi
ki, əhalisini sakit edib şəhərdə asayiş bərpa etsin. Onun ardınca ən böyük oğlu
Məhəmmədhəsən ağanı da Qarabağ tərəfinə göndərdi...
Bir neçə müddətdən sonra, behiştlik xan özü də Qarabağa gəldi və keçmişdə
olduğu kimi, yenə hökumət taxtında oturdu...
DOQQUZUNCU FƏSİL
RUSİYA QOŞUNLARININ QAFQAZIN BU
TƏRƏFİNƏ TƏKRAR GƏLMƏSİ VƏ ƏMƏLƏ
GƏLƏN HADİSƏLƏR HAQQINDADIR
Georgi xan müstəqil vali oldu, valilik taxtı onun vücudu ilə zinət tapdı. İran
padşahı Ağa Məhəmməd şah öldürüldü və Fətəli şah Qacar səltənət taxtına
oturdu
1
.
Vali bir tərəfdən Rumdan (Türkiyədən), digər tərəfdən İrandan və bir
tərəfdən də Dağıstandan qorxuya düşdü. Qardaşlarının ədavə-
1 Artıq 1800-cü ilin əvvəllərində Fətəli şah taxt-tacında möhkəmlənmiş və ona düşmən olan bir çox xanları
asdırmışdı. B a x: Xoylu Cəfərqulu xanın general-leytenant Knorrinkə yazdığı məkrub (AKAK, c. I, sənəd 961, səh. 675). B
a x: Statski sovetnik Kovalenskinin Gürcüstan xatirələri (AKAK, c. I, sənəd 34, səh. 113).
68
tini də buna əlavə etmək lazımdır. (Buna görə) o, öz böyük oğlu pavud mirzəni
1
yalvarıcı ərizələr və səmimi məktublarla böyük iınperator, hörmətli şahənşah,
bütün xalqların başının ağası, ulduz calallı, əzəmətli padşah Pavel Petroviçin uca
dərgahına və işıqlı asitanəsinə göndərdi. Məktublarda deyilirdi: "Mən bu qədər
xarici məzhəblər arasında tək qalmışam, hər saat birindən ehtiyat etməkdən cana
gəlmişəm. Vəziyyətim hüzurunuza yaxın olan əmirlərinizə məlumdur. Başıma
gələn hadisələr onların işıqlı qəlblərinin aynasına əks etmişdir. Ağa Məhəmməd
şahın haqqımızda rəva gördüyü zülm, əziyyət və əmələ gətirdiyi fəsad və fənalığı
ikidilli qələm təsvir etməkdən acizdir.
Aləmlər padşahı və dünya hökmdarından xahişimiz budur ki, millətimizin
hörməti və dinimizi müdafiə etmək xatirəsi üçün, bizləri öz himayələri altına
alsınlar. Aləmi bəzəyən bayraqları üzərindəki mahçənin (ayparanın) nurilə, pis
xasiyyətli düşmənlərin zülmünün zülmətini üzərimizdən qaldırsınlar".
Sonra, Gürcüstanın seçilmiş, etimadlı və nəcib tavadlarından eşikağasıbaşı
Kərsəvan bəyi, Davud mirzənin ardınca, fələk dəstgahlı padşahın dərgahına
2
yola saldı. Kərsəvan bəy keçmişdə aləmlər padşahının şərafətli asitanəsində olub,
knyaz Çavçavadze adilə məşhur idi. Şir qeyrətli böyük imperatorun və kəramətli
padşahın mərhəmət dəryası cuşa gəldi. General-mayor Lazarevi bir polk qoşunla
göndərdi ki, gedib Gürcüstan hüdudunu var qüvvəsilə mühafizə etsin. Statski
sovetnik (mülki müşavir) Kovalenskini də Gürcüstan valisinin yanında qalmaq
üçün ministr (nazir) təyin etdi.
Yuxarıda adları çəkilən əmirlər Tiflisə gəlib valinin yanında qaldılar
3
.
Bir ildən sonra Ümmə xan Dağıstandan iyirmi min qoşun götürüb gəldi.
Ümmə xan belə düşünürdü: "Madam ki, vali rus qoşununa
1
Davud mirzə - David Georgiyeviç, padşah XII Georginin birinci arvadından olmuş böyük oğludur. B a x: "Gürcü
padşahı xanədam" (AKAK, c. I, sənəd 161, səh. 200).
2
Rusiya imperatorları sarayı nəzərdə tutulur.
3 Rus ordusu polku general-mayor Lazarevin komandanlığı ilə 1799-cu il noyabrın 26-da Tiflisə daxil olmuşdur.
Nazir Kovalenski həmin 1799-cu il noyabrın 8-də Tiflisə varid olmuşdur. B a x: Statski sovetnik Kovalenskinin general-
leytenant Knorrinkə 1799-cu il 2 dekabrda yazdığı məktub. Tiflis (AKAK, c. I, h. II, sənəd 6, səh. 98).
69
pənah gətirmiş, deməli o, keçmiş məhəbbət və dostluq hüququnu ürəyindən
çıxarmışdır. Mən də gedib rus (qoşunlarını) o vilayətdən çıxardar və keçmişdə
olduğu kimi Darüssüruru (Tiflisi) xaraba qoyub talan edərəm".
Vali bu hadisəni eşitcək, həyəcana düşdü. Halı pərişan oldu. O, qorxudan boş
xəyalata düşdü, çünki Ağa Məhəmməd şahın Tiflisə vurduğu zərərlərdən gözü
qorxmuş və o ürəkyandıran hadisələrdən ödü yanlmışdı. Tiflis əhalisi də
canlarını qorumaq istədiklərindən qaçmağı qərara aldılar. Hər biri bir tərəfə
getmək istədi.
Yuxarıda adı çəkilən general hədsiz səy və qeyrət etdi. Darüssürur (Tiflis)
əhalisini sakit etməyə çalışdı. Axırda şəhər əhalisi yenə onun sözünə baxmadılar;
çünki onlar bu vaxta qədər rus qoşununun hünərini sınaqdan çıxarmamışdılar.
General bu mətləbi başa düşdü. Bildi ki, onun nəsihətlərinin atəşi, Tiflis
əhalisinin dəmirtək soyuq olan (ürəyinə) təsir etməz və qorxuducu vədlərinin
damcıları, o camaatın daş bağrını dəlməz. Car çəkdirib Gürcüstan əhalisinə
mərdanəliklə bildirdi ki, siz şəhərdən qaçmayın, nahaq yerə vətəninizi tərk
etməyin. Mən Rusiyanın xoşbəxt qoşunları ilə hərəkət edib, onların qarşısına
gedirəm. Əgər qalib gəldim heç, istədiyimiz də odur. Əgər, Allah eləməmiş,
məğlub olsam və düşmənin qarşısından qayıdıb qaçsam, ondan sonra siz də qaçın
və istədiyiniz yerə gedin.
Gürcüstan əhalisi bu sözləri eşidib sakit oldu və könüllərinin hürküyə düşən
quşları aram tapdı. Bundan sonra adı çəkilən general, öz qalib qoşunlarını
götürüb Ümmə xanın qabağına getdi. Suqracu (?) kəndinin altında, Qıbır çayının
üstündə, axşamçağı, iki qan içən ordu və iki əzəmətli dəstə bir-birinə yaxınlaşdı.
Dağıstan qoşunu baxıb gördü ki, Rusiya qoşunu olduqca azdır. Çox təəccüb
etdilər, ürəklərində heyrət əmələ gəldi (və öz-özlərinə dedilər): onlar bu az
cəmiyyətlə hərbə və döyüşə necə cürət edirlər? Taxta ayaqları
1
ilə bu çətin
keçidli məmləkətdən necə keçərlər?
Sonra hər iki tərəf haman yerdə yüklərini açıb düşdülər və çadırlarının mıxını
yerin qəlbinə möhkəm vurdular.
Ləzgi sərkərdələrinin bəzisi bu cür məsləhət gördülər ki, axşamın xeyrindən
sabahın şəri yaxşıdır. Ümmə xan və bəzi sərkərdələr isə dedilər:
1 Çar soldatları ağır çəkmələr geydikləri üçün, ləzgilər onlara taxtaayaq demişlər.
70
Beyt
Allahdan başqa kim bilər ki,
Sabah ruzgar başımıza nə oyun açacaqdır.
- Məsləhət budur ki, bu andan vuruşma məclisinə rövnəq verək, dava və
döyüş meydanının zinətini artıraq, top və tüfəng sədası ilə dünyaya vəlvələ salaq.
Parlaq qılıncın piyaləsindən bu zalımlara ölüm şərbəti içirək.
Bundan sonra Ümmə xan öz qoşununun yarısma əmr etdi ki, generalın
ordusunu dörd bir tərəfdən əhatə edib üzük qaşı kimi mühasirəyə alsınlar və
hamısını əsir etsinlər.
Dağıstan qoşunları öz komandanlarının fərmanını həyata keçirməyə səy
etdilər
1
. Onlar rus qoşunlarına yaxınlaşınca, general (Lazarev) o saat əmr etdi ki,
əjdaha heybətli, od yağdıran topları fitilləsinlər və zəfərnişan soldatlar "hurra"
çəkib hücuma keçsinlər. Dağıstan ordusu baxıb gördü ki, top atəşi aləmi od
dəryasına çevirdi. Rus qoşunlarının üst-başları bunların qanından qıpqırmızı
oldu. Qarşı durmağa taqətləri qalmadı. Davam gətirməyib qaçmağa üz qoydular.
Hədsiz zərər çəkdilər. Ölənlərin sayı-hesabı yox idi. Qılınc ağzından canını
qurtaranlar qaçdılar və çox çətinliklə özlərini qalan qoşuna yetirdilər. Başlarına
gələn əhvalatı olduğu kimi danışdılar. Onlar bu hadisəni eşidib, son dərəcə
pərişan oldular və qorxuya düşüb dedilər:
Salari
Biz də namus üçün, ad qazanmaq üçün
Ədavət qılıncını qınından çəkərik.
Bu döyüş meydanında at qovar,
Oxla, nizə ilə və iti qılıncla
Nəhəng kimi, qan dəryasına baş vurarıq,
1
General-mayor Lazarevin və şahzadə İoannın komandası altında olan rus və gürcü qoşunları ilə avarlı Ümmə xanın
(Ömər xanım) və şahzadə Aleksandrın başçılığı altındakı Dağıstan qoşunları arasında vuraşma İora çayının kənarında,
Kakabetu kəndinin yaxınlığında 1800-cü il noyabrın 7-də baş vermişdir. General Lazarevin verdiyi xəbərə görə, dağıstanlılar
çoxlu tələfat vermiş və təkcə ölənlərin sayı 2 minə qədər olmuşdur. Ruslardan və gürcülərdən isə 13 nəfər ölmüşdür. B a x:
General-mayor Lazarevin general-leytenant Knorrinkə göndərdiyi 1800-cü il 8 və 14 noyabr tarixli 67 və 68 nömrəli
raportlar (AKAK, c. I, sənəd 109 və 111, səh. 168, 170-175).
71
Onlara dava meydanını təng edərik
Əgər biz mərdliklə ad çıxarmasaq
Qoy başımızdakı bu papaq bizə haram olsun.
General fərəh verən bu hadisəni görüncə, istirahət təbilini vurdurdu. Ondan
sonra, zəfər nişanəli qoşununu götürüb özünü onların sığınağına yetirdi. Mərdanə
həmlələr və igidcəsinə hücumlarla düşmən qoşununu dağıtdı. Ümmə xan və sair
sərkərdələr artıq səy və qeyrət göstərdilər. Çalışdılar ki, bəlkə hiylə ilə öz vəhşi
əsgərlərini qaçmaqdan saxlasınlar. Bir daha müharibəyə girişsinlər. Lakin mümkün
olmadı. Çünki ləzgi əsgərləri rus qoşununun birinci öd yaran zərbəsindən
qorxmuşdular.
Gündüz pərisinin işıqlı üzü, Ümmə xanın taleyi kimi, qaralmağa başlayınca,
ləzgilər üzüqaralıq etdilər. Hərəkət kəcavəsini fərar dəvəsinə yükləyib qaçdılar.
Gəncə torpağınacan, tərsinə əsən yel kimi heç bir yerdə bənd olmadılar və heç bir
mənzildə durmadılar. Fikirləri bu idi ki, oradan keçib Qarabağa gəlsinlər. Qışı
burada keçirib bahar fəsli öz vətənlərinə qayıtsınlar. Dağlar qar olduğundan, bu fikri
həyata keçirmək mümkün olmadı. Gəncə əhli bu əhvalatdan xəbərdar oldu. O az
camaatın üstünə tökülüb
1
rəhmsizcəsinə qılıncdan keçirdilər. Ləzgilər daha heç bir
yerə sığına bilmədilər. Yüz min müsibətlə Cara qaçdılar. (Oranı) özlərinə qışlaq edib
oturdular
2
. İttifaq belə düşdü ki, Ümmə xan orada naxoşlayıb dünyadan getdi
3
. Nəşini
orada dəfn etdilər. Onun matəmində ləzgilərin ürəyi yenə qana döndü.
1
General-mayor Lazarevin general-leytenant Knorrinkə göndərdiyi 1800-cü il 4 dekabr tarixli raportunda deyilir:
"Ümmə xanın Samux torpaqlarına getmiş qoşunlarının bəzi dəstələri qənimət ələ keçirmək üçün gəncəli Cavad xanın
mülklərinə basqın etdilər. Xan isə bu basqından xəbər tutaraq onların qabağına qoşun göndərdi". (B a x: AKAK, c. I, sənəd
127, səh. 183).
2 General-mayor Lazarev general-leytenant Knorrinke göndərdiyi 1800-ci il 21 dekabr tarixli raportunda belə yazır:
"Gizlicə Cara göndərdiyim adam xəbər gətirdi ki, Ömər xan həqiqətən də oraya gəlmiş və qarlı dağları keçmək mümkün
olmadığından, qışı Balakəndə qalmaq niyyətindədir; yanında qoşunu yoxdur, adamları dağılıb öz evlərinə getmişlər"
(AKAK, c. I, sənəd 132, səh. 187). Müqayisə et: Cavad xanın general-mayor Lazarevə göndərdiyi məktub (AKAK, c. I,
sənəd 812, səh. 606).
3 Avarlı Ömər xan 1801-ci il martın 10-da Balakəndə ölmüşdür. B a x: General-mayor Lazarevin general-leytenant
Knorrinke göndərdiyi 1801-ci il 16 mart tarixli 174 nömrəli raport (AKAK, c. I, sənəd 424, səh. 332).
72
General (Lazarev) dərhal adamlar yolladı. Bu xəbəri Gürcüstana yetirdi. Lakin,
kimsə buna inanmadı. Hətta o, öldürülənlərdən bir neçəsinin başını da göndərdi.
Yenə heç kəs xatircəm olmadı.
O zaman, mən özüm də Darüssürurda (Tiflisdə) idim. Cənab general bir neçə
gündən sonra böyük izzət, ehtiram, son dərəcə dəbdəbə və calalla Gürcüstana daxil
oldu. Tiflis əhalisi çox şadlıqlar etdi. Rusiya qoşununun igidliyinə və o müzəffər
əsgərlərin rəşadətinə Gürcüstan əhalisinin və sair şəxslərin etiqadı çox-çox artdı
1
,
çünki (bu hadisə) çox az ittifaq düşən, çətin və müşkül bir iş idi.
Bundan sonra, generalın hörməti, qoşununun hünəri və şöhrəti dilə-ağıza düşdü.
Doğrudan da, generalın vəsfə gəlməyən bu igidliyi bütün Qafqaza yayıldı. Onun bu
qəhrəmanlığını qələmin dili təsvir etməkən acizdir.
Bu hadisədən sonra, vali bir il də yaşadı. O, qış fəslində vəfat etdi
2
. Qardaşları
təcili surətdə hazırlıq görərək, Kartliyadan çoxlu qoşun və camaat toplayıb, Tiflis
üzərinə gəldilər. Onlar böyük qardaşları Yulon Mirzəni vali, yuxarı və aşağı
təbəqəyə hakim təyin etmək istədilər. Tiflisin üstündə olan Habucala kəndinə
gəldilər və orada durdular. General, komandası altında olan zəfər nişanəli əsgərləri
götürüb onların qabağına getdi. Onları Başaçığacan qovdu. Qayıdıb gələndən sonra,
valinin böyük oğlu Davud Mirzəni müvəqqəti olaraq vali qoydu
3
. Bahara qədər bu
qayda ilə keçdi. Qızıl taclı işıqlı Günəş Həməl bürcünə
4
daxil olub, öz yaz
mənzilinə yetişdi. Bu zaman, torpağın tumurcuq məməli qızları olan bitkilər dirçəlib,
1
Fətəli şah avarlı Ümmə xan üzərində çalınmış qələbədən xəbərdar olan kimi, Gürcüstana qoşun dəstələri göndərmək
niyyətindən vaz keçdi. B a x: General-leytenant Knorrinkin çara göndərdiyi 1801-ci il 8 fevral tarixli raport (AKAK, c. I,
sənəd 969, səh. 683).
2
Gürcüstan padşahı XII Georgi 1800-cü il dekabrın 28-də ölmüşdür. B a x: General-mayor Lazarevin general-
leytenant Knorrinkə göndərdiyi 1800-cü il 28 dekabr tarixli 93 nömrəli raport (AKAK, c. I, sənəd 137, səh. 188).
3
Mirzə Adıgözəl bəy bu xüsusda yanılır. Çünki şahzadə David Georgiyeviç rəsmi surətdə Gürcüstan padşahı və ya
hakimi təyin edilməmişdi. B a x: Çarın general-leytenant Knorrinkin adına göndərdiyi 1801-ci il 20 yanvar tarixli fərmanı
(AKAK, c I, sənəd 520, səh. 413). B a x: General-leytenant Knorrinkin cara göndərdiyi 1801-ci il 1 fevral tarixli raport
(AKAK, c. I, sənəd 407, səh. 319-323). Müqayisə et: şahzadə Davidin katolikos Antoniyə göndərdiyi 1801-ci il 7 fevral
tarixli məktub. Burada Şahzadə David özünü Gürcüstanın hakimi adlandırır (AKAK, c. I, sənəd 408, səh. 323).
4
Həməl bürcü mart ayına mütabiqdir.
73
böyüyərək güllükdə görünməyə başladılar. Bülbüllər ağaclıqlarda və bağlarda
qönçə ətrafına hərlənərək ağır-ağır "qələbə çalındı" nəğməsini oxudular.
Qumrular da fərəh və şadlıqlarından "müxəmməs" havasında zəngulə vurdular.
Sübhün xəfif küləyinin məşşatəsi
1
gözəl və qəşəng çiçəklərə təravət verir, gül
qönçələri üzərinə sənət kirşanı və qüdrət ənliyi çəkirdi. Bu zaman Liniyada
yaşayan və inspektor mənsəbində olan piyada qoşun generalı Knorrink Tiflisə
gəldi
2
. O, burada öz divanxanasını qurdu. Tavadzadələrdən dörd nəfərini seçib
dövlətin dörd əsas rüknü, divanbəyi təyin etdi
3
. General Knorrinkin göstərişilə
hökumətin mühüm işlərinə və bürün vacibli ərizələrə orada (dördlər məclisində)
baxılmalı idi. Özü isə yuxarıda adı çəkilən generalın göstərişilə geri qayıtdı. Bir
il bu qayda ilə keçdi. Sonra knyaz Sisianov Qafqazın bu tərəfində olan
vilayətlərə (Zaqafqaziyaya) sərdar təyin edildi
4
. O, bu yerləri idarə etmək işində
geniş ixtiyar sahibi oldu.
Knyaz Sisianov özü ilə lazım olan vəsaiti gətirib, Tiflisdə quberniya əsasını
qoydu və divanxanalar təsis etdi. Bu zaman valizadələrin hamısı
Gürcüstanda
idilər. Onlar bu işlərə razı olmayıb keçmiş nizam və qaydaları tələb edirdilər.
Onlar puç və lüzumsuz xəyalata düşmüşdülər. Knyaz Sisianov xeyirxahlıq
üzündən onlara gözəl nəsihətlər etdi. Lakin onlar qəbul etməyib öz fikirlərindən
dönmədilər.
Axırda knyaz baxıb gördü ki, çarə yoxdur və onların könüllərinin qönçəsi
nəsihət nəfəsilə açılmır. Onların hamısını zorla Rusiyaya göndərdi
5
. O cümlədən,
valinin arvadı Deda-Valonu da göndərməli idilər... Lakin o getmək istəmədi və
knyazın sözünə
1
M ə ş ş a t e – gəlinə bəzək verən xüsusi qadınlara deyilir.
2 General-leytenant Knorrink Qafqaz Liniyasından Tiflisə 1801-ci ilin may ayında gəlmişdir. B a x: General-mayor
Lazarev tərəfindən general-leytenant Knorrinke verilən müxtəlif suallar və onun cavabları (AKAK, c. I, sənəd 537, səh.
420).
3 1801-ci ilin iyun ayında gürcü hökuməti yaranmışdı ki, bunun da heyətinə dörd divanbəyi daxil idi. Bu hökumət
Gürcüstanda mədaxil və məxaric, eləcə də mülki işlərlə məşğul olmalı idi. B a x: Gürcü divanbəyləri knyaz Zaal Baratova,
knyaz İoan Çolakayevə və knyaz İqnati Tumanova göndərilmiş 1801-ci il 6 iyun tarixli, 308 nömrəli məktub (AKAK, c. I,
sənəd 542, səh. 425).
4
Knyaz Sisianov Gürcüstanı idarə etməyə 1803-cü ilin fevral ayından başlamışdır (AKAK, c. II, sənəd 1, səh. 4).
5 Şahzadə Vaxtanq İrakliyeviç və şahzadə David Georgiyeviç 1803-cü ilin fevral ayında Peterburqa
göndərilmişdilər. B a x: Knyaz Sisianovun general-mayor Qulyakova yazdığı 1803-cü il 19 fevral tarixli, 137 nömrəli əmr
(AKAK, c. II, sənəd 112, səh. 69).
74
qulaq asmadı. Knyaz Sisianov general Lazarevi göndərdi ki, mehribanlıqla
nəsihət edib, onu da bu işə razı etsin. General getdi və çox yalvardı, lakin çarə
olmadı. Arvad generalın təklifini qəbul etmədi. Onun bütün Gürcüstan əhalisi
boynunda olan haqqına və etdiyi yaxşılıqlara göz yumdu. Gizlicə xəncərini çəkdi
və onu yaralayıb öldürdü
1
. Knyaz bu hadisəni eşitcək əmr verdi ki, onu da zorla
aparsınlar
2
. Bundan sonra, vali övladından o ölkədə kimsə qalmadı. Gürcüstan
işlərində arxayınlıq və xatircəmlik hasil oldu.
O zaman Car və Balakən ləzgiləri, əski adətləri üzrə, Gürcüstan vilayətlərinə
basqın edərdilər. Əhalisini əsir edib aparardılar. Özlərinin bu kimi çirkin
işlərindən əl çəkməzdilər. Knyaz ənbər iyli qələmilə məktublar yazdı, onlara
nəsihət edib bildirdi ki, keçmiş zamanda hökumət başında vali dururdu. İndi isə
Cəmşid mərtəbəli və yüksək dərəcəli bir padşah durur. Bu cür işlərdən əl götürüb
rahat otursunlar. Nalayiq işləri tərk etsinlər; çünki bu cür hərəkətlər
peşmanlıqdan başqa bir nəticə verməz.
Knyaz bu barədə onlara dəfələrlə müraciət etdi. Lakin onlar ayılmadılar.
Axırda onları cəzalandırmağı qərara aldı. Cüzi qoşun götürüb Dağıstan tərəfinə
hərəkət etdi. Ləzgilər bu hadisəni eşidincə yığışdılar, məsləhətləşib müdafiəyə
hazırlandılar. Gəlib Qanıq çayının kənarında çadırlarını qurdular və Rusiya
qoşunlarının gəlməsini gözlədilər. Onlar belə tədbir qurmuşdular ki, Rusiyanın
zəfər nişanəli qoşunlarını Car torpağına girməyə qoymasınlar. Onların qarşısına
çıxıb müharibə etsinlər. Lakin bilmədilər ki, od yağdıran ildırıma kol-kos mane
ola bilməz və göydən enən bəlanı tədbir qalxanı dəf edə bilməz.
Rusiya qoşunları Qanıq çayına yetişən kimi, ova həris olan şahintək çaydan
keçdilər. Onların (ləzgilərin) tüfənglərindən atılan güllələrin səsini istiqbal
nəğməsi və qılınclarının parıltısını cahangirlik aynasının əksi bildilər. Bir anda o
azğın əsgərlərdən bir əsər qoymadılar. Balakənə qədər heç bir mənzildə düşüb
istirahət etmə-
1
General-mayor Lazarev 1803-cü il aprelin 21-də çariça Dariya Georgiyevna tərəfindən öldürülmüşdür. B a x:
Gürcüstan haqqında qeydlər (AKAK, c. III, sənəd 1, səh. 5).
2 Çariça Dariya Georgiyevna 1803-cü il oktyabrın 25-də Rusiyaya yola düşdü. B a x: Knyaz Sisianovun çara yazdığı
1803-cü il 27 oktyabr tarixli, 98 nömrəli raport (AKAK, c. II, sənəd 167, səh. 102-103).
75
dilər. (Ləzgilərin) möhkəm aman evi və ümidgahı olan Balakəni... dağıtdılar
1
.
Onlara gözəl bir qulaqburması verdilər ki, Gürcüstandan bir daha əsir aparmağa
cürət etməsinlər. Qedim və onlardan ötrü çox təhlükəli olan bu məmləkətə
qədəm qoymasınlar.
Knyaz Sisianov Car torpağında qoşun qoydu, general-mayor knyaz
Orbelianovu (Orbelianini) və general-mayor Qulyakovu sərkərdə təyin etdi.
Onlara tapşırdı ki, əgər ləzgilər düşməncəsinə hərəkət edib azğınlıq göstərsələr,
onlara qarşı lazımi ölçü götürsünlər. Onları Gürcüstan əhalisinə əziyyət verməyə
qoymasınlar.
Özü qayıdıb gəldi və ertəsi il Gürcüstana daxil oldu. Gəncə xanı Cavad xana
kağız yazdı və təklif etdi ki, Rusiya dövlətinə itaət etsin, uca olan dövlət
məmurlarının hökmünə tabe olsun. Düşmənçilik etməsin və üsyan sahəsinə
qədəm qoymayıb itaət etsin. Yoxsa şanlı bir səltənət və qədim bir dövlət
məmurlarının düşmənçilik bağçasından zərər çiçəyindən başqa bir gül dərə
bilməz. Ziddiyyət toxumu da peşmançılıqdan başqa bir bar verməz.
Cavad xan mehribanlıq yolu ilə edilən bu nəsihətlərə əhəmiyyət vermədi və
onun (Sisianovun) sözlərinə qulaq asmadı. Knyaz Sisianov dəryatək coşan
qoşunlarla Gəncə tərəfinə hərəkət bayrağı qaldırdı. Tavad, Aznaur və Qazax-
Şəmsəddinli süvarilərini yığıb cəm etdi. Səfərə hazır oldu. Zəfər nişanəli orduları
Gəncə torpağına girib
2
, ətrafı tutdu. (Bu zaman) Cavad xan öz adamlarını və
qoşununu götürüb onların qabağına gəldi. Gəncənin iki verstliyində, Qulu-qobu
(Quru-qobu) adlı yerdə iki ordu üz-üzə gəldi və hərb atəşi alovlandı. Cavad xan
bir qədər hay-huydan sonra qaçdı. Yarımcan və pozğun bir halda qalaya daxil
oldu və qalanı müdafiə etməyə başladı. Zəfər nişanəli qoşunlar şəhərə girib içəri
qalanı (ərki) dörd bir tərəfdən, sıxı surətdə mühasirəyə aldılar. Bir ay orada
qaldılar. Orucluq bayramının gecəsi nərdivanla bir neçə tərəfdən
1
Rusiya qoşunlarının Car vilayətinə yürüşü, knyaz Sisianovun əmri ilə 1803-cü ilin aprel ayında general-mayor
Qulyakovun komandanlığı altında olmuşdur. B a x: Knyaz Sisianovun çara yazdığı 1803-cü il 17 aprel tarixli, 42 nömrəli
raport (AKAK, c. II, sənəd 1387, səh. 685 və ardı). Həmin raporta Car vilayətinin Rusiya tabeliyinə daxil olması şərtləri
əlavə edilmişdir.
2 Knyaz Sisianovun Cavad xana yazdığı 1803-cü il 29 noyabr tarixli məktub
(AKAK, c. II, sənəd 1172, səh. 588);
həmçinin müqayisə et: Knyaz Sisianovun Cavad xana göndərdiyi 1803-cü il, 9, 11, 26, 28 və 29 dekabr tarixli məktublar
(AKAK, c. II, sənədlər 1175, 1179, səh. 590-591).
76
bayıra çıxmağa başladılar. Cavad xan bayıra çıxanları, igidlik və qoçaqlıqda dəf
edirdi.
Axırda mayor Lisaneviçin bir gülləsilə həyat barısından yıxılıb, ölüm
diyarına düşdü. Soldatlar dərhal dörd tərəfdən hücum edib şəhərə daxil
oldular...
1
Uca mərtəbəli və qüdrət sahibi sərdarın hökmündən sonra, şəhər
əhalisinin köç-külfətini şəhərə, Cavad xanın ailəsini isə məscidə apardılar.
Məsciddən də bir evə gətirib, üstündə qarovullar qoydular. Knyaz orada
(Gəncədə) hökumət qurub komendant təyin etdi. Vilayətin əhalisinə təsəlli və
arxayınlıq verib Gürcüstana qayıtdı.
ONUNCU FƏSİL
Dostları ilə paylaş: |