* * *
Öz peşəsi ilə Əhməd bəy nə tarixçi, nə də ədəbiyyatçı idi. O, Peterburqdakı
Pavlov korpusunda təhsil alaraq rus ordusu zabiti kimi imperiyanın müxtəlif
şəhərlərini gəzərək qabaqcıl rus mədəniyyəti ilə yaxınlaşmışdı. Şübhə yoxdur ki,
o, Peterburqda olarkən orada yaşayan məşhur şair və yazıçılarla da tanış olmuşdu.
Əhməd bəy Puşkini, Lermontovu, Jukovskini sevir, rus şairlərinin əsərlərini
tərcümə edir, tarixi əsərlər və hətta şeirlər yazırdı. Kəhrizli kəndində onun zəngin
bir kitabxanası da var idi
2
. Əhməd bəy Puşkinin "Balıqçı və balıq nağılı"nı,
Lermontovun "Mtsıri", "Bəhs", "Üç xurma ağacı", "Terekin sovqatı", "Hacı
Abrek", Jukovskinin "Yay axşamı", "Yatmış şahzadə qız" və s. əsərlərini
Azərbaycan dilinə tərcümə etmişdir
3
. Bunlardan başqa, Əhməd bəy "Kavkaz" və
"Новое обозрения" qəzetlərinə müxtəlif mövzularda məqalələr də yazırdı. Əhməd
bəy həmçinin uşaqlar üçün nəşr olunmuş mənzum bir əsərin də müəllifidir. O
öləndən sonra həmin əsər "Asari-Əhməd bəy Cavanşir" adlandırılmışdır. Həmidə
xanım yazır ki, o, (Əhməd bəy - Ş.Ə.) ölümqabağı həmin əsərin uşaqlar üçün
nəşr edilməsini məndən xahiş etmişdi. Senzura həmin kitabın nəşrinə icazə
vermişdi. Lakin atamın pulu olmadığından əsəri çap edə bilməmişdi. Mənə
"Qeyrət" mətbəəsi sahibi Mirzə Cəlil Məmmədquluzadəyə müraciət etməyi
məsləhət gördülər. Mən əlyazmasını Mirzə Cəlilə verərək çap etməsini təklif
etdim. O, əsəri oxuyub bəyəndikdən sonra nəşrinə başladı
4
. Tbilisidə "Qeyrət"
mətbəəsində çap olunan bu əsərin cildində Həmidə
1 Ф.Кочарли. Литература азербайджанских татар. Tiflis, 1903, səh. 7.
2 Həmidə xanımın xatirələri. Azərb. SSR EA Respublika Əlyazmalar Fondu, inv. 174, dəftər 5, vərəq 41.
3 Ф.Кочарли. Литература азербайджанских татар. Tiflis, 1903, səh. 30, 53.
4 Həmidə xanımın xatirələri. Dəftər 1, vərəq 2, 4; dəftər 2, vərəq 16.
174
xanımın xahişi ilə "Bu kitabın satılmasından əldə edilən gəlir mərhum Əhməd
bəyin adına olan müsəlman qız məktəblərinə məxsusdur" sözləri yazılmışdı.
"Asari-Əhməd bəy Cavanşir" şeriyyəti etibarı ilə müəllifi bir şair kimi
xarakterizə etmir. Şeir qaydalarına riayət edilməyərək yazılmış bu əsərdə toplanan
"Sevdiməli", "Ay və gün", "Güc məndədir, güc məndə", "Qazı namaz üstədir" və
başqa bu kimi doqquz mənzum hekayədə nəsihətamiz sözlərlə elatın həyat və
məişəti təsvir edilir.
Əhməd bəyin başqa bir görkəmli əsəri - 4 cilddən ibarət olan və bizə gəlib
çatmayan "Türk zərb-misallar məcmuəsi"dir. Bu məcmuənin məzmunu haqqında
Həmidə xanım yazır: "...əvvəlcə Azərbaycan zərb-misala oxşar olan rus misalı
(Dalın əsərindən) yazılmışdı. Əsər çapa hazır idi"
1
.
Əhməd bəyin bütün əsərlərindən bizim üçün ən mühüm olanı 1883-cü ildə
Şuşada yazılmış "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə
dair" adlı əsərdir. Bu əsər ilk dəfə 1884-cü ildə Tiflisdə
2
, sonra isə 1901-ci ildə
Şuşada nəşr olunmuşdur. Bu dövrdə yaşamış Azərbaycan tarixçilərinin (Mirzə
Yusif Nersesov, Rzaqulu bəy Mirzə Camal oğlu, Mir Mehdi Xəzani, Həsənağa
xan Qaradaği, Həsən Əfəndi Əlqədəri və başqaları) əsərləri bir qayda olaraq
kompelyativ xarakter daşımaqla yerli xronika şəklində yazılırdı. Əhməd bəyin
əsəri də, demək olar ki, o dövrün xronistlərindən fərqlənmir. Müəllif özü etiraf
edir ki, bu oçerkin yazılmasında onun istifadə etdiyi əsas mənbələr Mirzə
Camalın, Mirzə Adıgözəlin və Axund Mir Mehdinin yazıları, habelə müxtəlif
tayfa və qəbilələr haqqında rəvayətlər olmuşdur. Kitabın axırında müəllif
"Закафгазье от 1803 по 1806 r." adlı əsərin müəllifi olan N.Dubrovinin də adını
çəkir.
Əhməd bəyin özündən əvvəlki müəlliflərdən üstünlüyü bundan ibarətdir ki, o,
zəngin kitabxanaya malik olduğundan rus tarixçilərinin əsərlərindən istifadə edə
bilmişdi. Cəsarətlə demək olar ki, rus xalqının mütərəqqi, demokratik fikirləri
Əhməd bəyin dünyagörüşünə müsbət təsir göstərmişdi.
Haqqında danışılan əsəri yazarkən Əhməd bəyin 55 yaşı var idi. Bu dövr
1870-ci il kəndli islahatından sonra Azərbaycan kəndində kapitalist və əmtəə-pul
münasibətlərinin inkişafı, muzdlu əməyin tədricən kənd təsərrüfatının bütün
sahələrinə daxil olması, feodal torpaq mülkiyyətinin dağılması dövrü idi. Kənd
həyatında baş verən bütün bu dəyişikliklər Əhməd bəyə və onun əsərinə
müəyyən təsir göstərməyə bilməzdi. Ona görə də "Qarabağ xanlığının 1747-
1805-ci illərdə siyasi vəziyyətinə dair" əsərinə diqqətlə və eyni zamanda tənqidi
surətdə yanaşmaq lazımdır.
1 Həmidə xanımın xatirələri. Dəftər 6, vərəq 52.
2 "Kavkaz" qəzeti, 1884-cü il, № 139.
175
Əhməd bəy Nadir şahın fəaliyyətinə mənfi münasibət bəsləyirdi. O, ölkənin
siyasi vəziyyətini düzgün xarakterizə edərək yazır ki, Nadir şahın
öldürülməsindən sonra ölkə bir-birinə düşmən olan bir çox xanlıqlara
parçalanmışdı. Əhməd bəy Pənah xanı idealizə edərək, onun fəaliyyətinə müsbət
münasibət bəsləyir; onu igid və qoçaq bir dövlət xadimi hesab edərək, hətta
Çingiz xan nəsli ilə müqayisə edir. Bununla belə, o, səhv edərək yazır ki, Adil
şah rəsmi fərmanla Pənah xanı Qarabağ xanlığına hakim təyin etmişdi. Lakin Zənd
sülaləsinin tarixnəvisi Məhəmməd Sadıq yazır ki, "Pənah xan hətta nominal
halda belə İran dövlətinin onun üzərinə hakimiyyətini qəbul etməmişdi"
1
.
Müəllif öz ikinci babası Mehrəli bəyə dərin məhəbbət hissi ilə yanaşır. Onun
fikrincə, Mehrəli bəy əlində şah fərmanı olduğu üçün mütləq hakimiyyət başında
qalmalı idi. Əhməd bəyin babası Mehrəli bəyə bu cür birtərəfli yanaşması ondan
irəli gəlir ki, vaxtilə xan nəslindən olan müəllif, hakimiyyətin İbrahim xanın
əlinə keçməsi ilə əlaqədar olaraq, bəy zümrəsinə düşür və İbrahim xanın
vərəsələrinin istifadə etdiyi güzəştlərdən mərhum olmuşdur. Ona görə də o,
Məhəmməd bəyi Koroğluya bənzər "əfsanəvi" bir qəhrəman kimi tərifləyir və
belə bir nəticəyə gəlir ki, İbrahim xan özünün yüksəlməsi ilə ancaq Məhəmməd
bəyin qəhrəmanlığına minnətdardır. Əhməd bəy sözünə davam edərək yazır ki,
"xalqı hədsiz tələbləri ilə taqətdən salan İbrahim xan öz dövrünü keçirmişdi və
məmləkəti idarə etmək üçün daha zirək bir hakim lazım idi". Əhməd bəyin
fikrincə, belə bir hakim onun babası Məhəmməd bəy olmalı idi.
Əhməd bəy üçün müsbət adamlardan biri də hər addımda Məhəmməd bəyin
müdafiəçisi olub, sonralar Rusiyaya meyil göstərən qrupa rəhbərlik edən xanın
oğlu Məhəmmədhəsən ağadır. Qeyd etmək lazımdır ki, İbrahim xanın sarayında
iki düşmən qrupun olması haqqında bizə Əhməd bəydən başqa heç kəs məlumat
vermir. Müəllif bu iki qrup arasındakı ziddiyyətdən danışarkən Rusiyaya meyil
edənlərin İran tərəfdarlarına qalib gəldiyini sevinclə qeyd edir.
Əhməd bəyin əsərində Ağa Məhəmməd şahın Qarabağa hücumunun təsvirinə
böyük yer verilir. Müəllif İran şahının şəxsiyyətinə nifrətlə yanaşır və işğalçıların
talançı hücumlarını böyük qəzəb hissi ilə təsvir edir. O yazır ki, hücumlar
nəticəsində əhali dözülməz aclıq çəkmiş, ölkə xarabazarlığa çevrilmişdi. Elə
buradaca Əhməd bəy tələsik qeyd edir ki, şah Qacarın öldürülməsində təkcə
Məhəmməd bəy böyük xidmət göstərmişdir.
Əhməd bəy Qarabağın tarixini 1805-ci ilə qədər, yəni İbrahim xanın
Kürəkçay sahilində Sisianovla görüşünə qədər davam etdirmişdir. Məlum olduğu
üzrə, həmin yerdə Qarabağ xanı rus imperatorunun sadiq təbəəsi olacağına and
içmişdi. Bununla da müəllif Qarabağ haqqındakı təsvirini bitirir.
1 Məhəmməd Sadıq Nami. Tarixi ğitiquşa, Tehran, hicri 1317, səh. 105. 176
176
"Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı bu əsər
faktların çoxluğu və onların izahı etibarı ilə Qarabağ tarixini öyrənmək üçün bir
vəsait kimi qəbul edilə bilər.
Lakin qeyd etmək lazımdır ki, bütün yerli xronistlərə xas olan nöqsanlara
baxmayaraq, Əhməd bəyin bu qiymətli əsərinin dəyərini azaltmaq düzgün
olmazdı. Əgər o dövrdə Azərbaycan tarixinin kifayət qədər öyrənilməməsini və
tarixi biliklərin zəif inkişaf etmiş olduğunu nəzərə alsaq, Əhməd bəyin 1747-ci
ildən 1805-ci ilə qədər Qarabağın siyasi tarixini təsvir edən belə bir əsəri
yazmaqla göstərdiyi təşəbbüsün əhəmiyyəti aydın olar.
Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu, Əhməd bəy Cavanşirin
"Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı əsərinin
rus dilində çapdan çıxmasından yarım
əsrdən artıq bir müddət keçdiyini nəzərə
alıb, həmin əsəri geniş oxucu kütlələrinə təqdim edir.
Ə.B.Şükürzadə
177
QARABAĞ XANLIĞININ 1747-1805-Cİ İLLƏRDƏ SİYASİ
VƏZİYYƏTİNƏ DAİR
I
Tarixi sənədlər və bunlara müvafiq olan xalq rəvayətləri
1
göstərir ki, istər
Zaqafqaziya və istərsə də İran əsərlər boyu xalqların bir yerdən başqa yerə
köçürülməsi və arasıkəsilməyən toqquşmalar nəticəsində, bu yerlərin mütləq
hakimi olan Nadir şahın öldürülməsindən sonra, bir-birinə düşmən olan bir çox
müstəqil xanlıqlara parçalandı. Bu zaman sahibsiz qalmış taxt-tacı ələ keçirmək
iddiasında olan bir çox adamlar meydana çıxmışdı. Lakin əksəriyyət onların heç
birinə tərəfdar olmamış və nəticədə hər bir xan bütün qüvvəsi ilə zəif qonşuları
özünə tabe etməyə və sonra da İranın şan-şövkətli taxt-tacını ələ keçirməyə
çalışırdı.
Dövlət və hökmranlıq uğrunda gedən bu mübarizə Nadir şahın vəfatından
başlayaraq keçən əsrin axırlarına qədər (1) davam etmiş və nəhayət, rus
hökumətinin Zaqafqaziyanın siyasi işlərinə qarışmasına səbəb olmuşdur.
Oxucunun sonradan görəcəyi kimi, Qarabağın indiki xanədanından olanların
keçmiş babaları bu mübarizədə əhəmiyyətli rol oynamışlar.
Keçən əsrin 40-cı illərində Nadir şah türkləri Zaqafqaziyadan qovaraq bu
ölkəni özünə tabe etdi. Lakin o, Dağıstanı fəth edə bilmədi. Nadir şahın üsul-
idarəsindən narazı olan Zaqafqaziyanın köçəri qəbilələrinin nüfuzlu adamları
onlara rəğbət bəsləyən ləzgilərə pənah gətirir və onlarla birlikdə ölkədə qarışıqlıq
törədirdilər. Buna görə də Nadir Qarabağın köçəri tayfalarını elli-obalı Xorasan
valiliyinin Sərəxs mahalına köçürdü. Şərqin qədim adətinə görə, hər bir nüfuzlu
ailə şahın yanında xidmət üçün silah daşımağa qadir olan bir adam verməli idi.
Bu qay-
1 Bu oçerk bizim tərəfimizdən, Mirzə Camalın (2) Mirzə Adıgözəlin (3) və axund Mir Mehdinin (4) yazıları, habelə
şahidlərin danışıqları, müxtəlif tayfa və qəbilələrin rəvayətləri əsasında tərtib edilmişdir. Öz babalarının rəvayətlərini
atasından, Təbrizin keçmiş hakimi Əsədullabəydən öyrənib, bizə məlumat verən 80 yaşlı Nəcəfqulu bəyə öz
minnətdarlığımızı bildiririk.
178
daya müvafiq olaraq, Qarabağın köçəri tayfalarından sancahlı pənahəli bəy
Cavanşir adlı birisi Nadirin yanında xidmət edirdi. Rəvayətə görə, günlərin
birində Nadirin nədənsə ona acığı tutur. Nadir Pənahəlinin qardaşı Behbudəli
bəydən bədgüman olduğundan onu edam etmişdi. Odur ki, Pənahəli qardaşının
başına gələn əhvalatın öz başına da gəlməsindən qorxaraq, özünün şaha xidmət
edən altı nəfər qohumu ilə birlikdə onun düşərgəsindən qaçmışdı. Onları hər
yerdə axtardılarsa da tapa bilmədilər; yalnız iki ay sonra onların Qarabağa gedib
çıxmalarından xəbər tutdular. Hər tərəfə göndərilən adamlar onları uzun müddət
təqib etdilər. Lakin qaçanları tutmaq əvəzinə onlar öz səhlənkarlıqları üzündən
onların fəaliyyət dairəsini daha da genişləndirmiş oldular. Belə ki, Pənahəli artıq
onlarca atlıdan ibarət dəstəsi ilə Car-Balakən vilayətinə, ləzgilərin yanına getmiş
və onlarla birlikdə böyük dəstələr düzəldərək basqınlar etməyə başlamışdı.
Pənahəli onu tutmaq üçün gələnlərlə, habelə Dağıstan tərəfdən olan basqınlardan
ölkəni qoruyanlarla mübarizədəki müvəffəqiyyətlərdən ruhlanaraq, gələcəkdə
özü üçün daha əlverişli şərait yaranacağı təqdirdə əhalinin rəğbətini qazanmaq
məqsədi ilə xalqa zülm edənlərə qarşı amansız olmaqla, ali partizan dəstələri
başçılarına nisbətən daha çox insanpərvərlik göstərirdi. Bu vəziyyət üç ilə qədər
davam etdi. Nəhayət, 1747-ci ildə Nadir şahın öz qohumları tərəfindən
öldürülməsi xəbəri hər tərəfə yayıldıqda, Pənahəli özünün 200-ə qədər qoçaq
atlısı ilə birlikdə Qarabağa gəldi və özünü müstəqil xan elan etdi. Onun ilk
nəzərdə cəsarətli görünən bu təşəbbüsü Şərqdə bu cür hallarda çox mötəbər
sayılan aşağıdakı rəvayətlərə əsaslanırdı. O, Hülakü xanın
1
nəvələrindən biri
olan Arqun şahın nəslindəndir (5). Onun əcdadı olub, Araz çayının sahilində,
Bəhmənli kəndinin yaxınlığında Alaqarğa
1 Çingiz xanın nəvəsi Hülakü xan 1251-ci ildə İrana soxulub İsmayıllılar təriqətini məhv etmiş, Bağdadı tutaraq talan
etmiş və beləliklə də, xilafət hökmranlığına son qoymuşdu. Sonra o, Qərbi Asiyaya yürüş edərək Suriyanı istila etmişdi.
Onun nəsli indiki İranda, Gürcüstanda və qismən Kiçik Asiyada hökmran idi. Tequdar (düzü: Nequdar və ya Əhməd) o
zamankı İranın və Kiçik Asiyanın bir hissəsinin hökmdarı, Hülakülər sülaləsinin üçüncü sultanı olmuş, xristianları təqib
etmişdir. Bundan xoşlanmayan monqollar öz həmvətənləri Əhmədə nifrət bəsləmişdilər. Gürcüstan və Ermənistan hakimləri
ona itaət etməkdən imtina etmişdilər. Əhməd öz qardaşını öldürmüş, lakin onun digər qardaşı Arqun Xorasanda iğtişaş
törədib, onun qoşununu əzmiş və özünü də öldürərək yerini tutmuşdu.
179
oymağında yaşayan Məhəmməd xan adlı birisi ceyran dərisindən qayrılmış
perqament üzərində yazılan bir qəbaləyə əsasən Kürəkçay, Kür, Araz, Əlincəçay
və Göyçə gölü arasındakı 200 verstə qədər uzunluğu və bu qədər də eni olan
bütün Qarabağ torpaqlarını satın almış və uzun müddət bu yerdən müstəqil
surətdə istifadə edərək, hələ öz sağlığında oranı üç oğlu arasında bölüşdürmüşdü.
Qarabağı ələ keçirmək iddiasında olan Nuxa xanı Hacı Çələbi bu xəbəri eşidən
kimi dərhal öz qoşunlarını həmin yalançı hökmdarın əleyhinə qaldırmış və ilk
döyüşdə onları məğlub etmişdi. Lakin bu müvəffəqiyyətsizlik təhlükəli bir işə əl
atan Pənahəlini əsla məyus etmədi. O tezliklə qasidlərini Sərəxsə, öz tayfalarının
dalınca göndərmiş və ümid etmişdi ki, belə qarışıq bir zamanda heç kəs onların
hamısının əsirlikdən vətənə qayıtmalarına mane olmayacaqdır, özü isə onların
gəlməsini gözləyərək, sağ qalan igidləri ilə birlikdə özünün köhnə dostu, indiki
Zəngəzur qəzasının sakini kürd Qara Murtuzabəyin yanına getmişdi.
Sonrakı ilin yazında Pənahəli sağ-salamat gəlib çıxmış olan öz qohum-
əqrəbasından və kürdlərdən ibarət böyük bir dəstə düzəldib Hacı Çələbinin
üzərinə yürüş etdi. O, Hacı Çələbinin dəstələri ilə ilk döyüşdə Boyat
1
qalasını
tutdu və tezliklə nuxalıları tamamilə sıxışdırıb Kürün o tayına atdı. Lakin böyük
qüvvə ilə özünü yetirən Hacı Çələbi onu öz dəstəsi ilə birlikdə Boyat qalasında
mühasirəyə aldı. Əgər kiçikdən böyüyə qədər bütün qohumları köməyə
gəlməsəydi, yəqin ki, Pənahəli bu bəladan camnı qurtara bilməyəcəkdi. Pənahəli
köməyə gələn qüvvələrin yardımı ilə qalanın divarları yaxınlığında baş vermiş
bir qanlı döyüşdə Hacı Çələbini tamamilə əzdi. Məğlubiyyətdən sonra Kürün o
tayına çəkilmiş Hacı Çələbi məyusluqla demişdi: "Pənahəli özünü xan elan
etmişdi, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq etdim" (6).
Uzaqgörən Hacı Çələbi heç də səhv etməmişdi. Bu qalibiyyətdən sonra
Pənah xanın igidliyi haqqında dillərə düşən dastan, o zaman Qarabağda yaşayan
bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi. Bu
hərc-mərclik dövründə bir növ müstəqilləşən erməni xəmsə məliklərindən (5
nəfər əyalət rəisindən) biri - öz əmisi malik Seyni (7) xaincəsinə öldürdüyünə
1 Bu qalanın uçuqları hazırda Şuşa qəzasının Kəbirli nahiyəsindədir.
180
görə, başqa məliklərin nifrətini qazanmış olan Məlik Şahnəzər öz Vərəndə
əyaləti ilə birlikdə könüllü surətdə Pənah xanın təbəəliyini qəbul etdi. Qalan dörd
məlikdən Xaçın məliki Ulubab (Həsən Cəlalovların xələfi) Ballıca oymağı
yanında müqavimət göstərdikdən sonra oğlanları ilə birlikdə qılıncdan keçirildi.
Qonşu vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dızaq məliki
Yeqan öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərdikdən
sonra, onların bir hissəsi isə islam dinini qəbul etmişdi. Türklərə qarşı Nadir
şahın müharibəsində öz igidliyinə görə Sultan
1
rütbəsi almış Çiləbörd məliki
Allahqulu - Sultan (8) əvvəlcə onun təbəəliyini qəbul etmiş, lakin sonralar
xəyanətdə ittiham edilərək Pənah xanın əmri ilə öldürülmüşdü. Onun qardaşı
Məlik Hətəm Talışın beşinci məliki Məlik Üsubla (9) ittifaq bağlayıb, uzun
müddət öz obalarını Pənah xan dəstələrinin hücumlarından müdafiə etmiş, lakin
Mardakert kəndində uğradıqları məğlubiyyətdən sonra Tərtər çayının
yuxarılarında yerləşən alınmaz Cırmıx (10) qalasına çəkilmişdilər. Bir ilə qədər
qalada qaldıqdan sonra, nəhayət, öz ailələri ilə birlikdə qürbət ellərdə nicat
axtarmalı olmuşdular. Lakin onlar bununla öz siyasi fəaliyyətlərini bitirmədilər.
Belə ki, sonralar onların həm özləri və həm də övladları (birincinin oğlu Məlik
Məcnun) daim Qarabağa hücumlar edirdilər. Bu dövrdə və bundan bir qədər
sonra Gürcüstandan və digər qonşu xanlıqlardan Pusyan, Qaraqarlı, Cinli,
Dəmirçi Həsənli, Qızd Hacılı, Səfi-Kürd, Boy-Əhmədli, Saatlı, Kəngərli köçəri
tayfaları və bir çox başqaları Qarabağa, Pənah xanın yanına köçüb gəldilər.
İndi də Zaqafqaziyanın vəziyyətinə bilavasitə təsir göstərmiş olan İrandakı
hadisələrə nəzər yetirək. Nadir şah öldürüldükdən sonra İran taxtına onun qardaşı
oğlu Adil şah çıxdı. İşğal edilmiş yerlər onun tərəfdarları arasında
bölüşdürülərkən, o zaman Zaqafqaziyanı da əhatə edən Azərbaycan valiliyi
sərdar Əmiraslan xanın (11) payına düşmüşdü. Pənah xan isə məliklərə rəğbət
bəsləyən və ona həsəd aparan öz qonşuluğundakı xanların fitnələrindən qorxuya
düşüb, xaricdən kömək və ya himayə axtarrnağa məcbur oldu. Buna görə də o,
sərdar Əmiraslan xanın yanına elçi göndərib şaha öz itaətini bildirdi. Yenicə
Təbrizə gəlmiş olan və belə iğtişaşlı məmləkətdə
1 İran və Zaqafqaziyada sultan "yüzbaşı" deməkdir.
181
müttəfiq tapmaqda çetinlik çəkən sərdar üçün bu, göydəndüşmə bir şey oldu.
Bundan bir az sonra sərdar çoxlu qoşunla Boyata gəldi. Buradan o, Pənah xanla
birlikdə Şamaxı, Nuxa və Gəncə xanlıqlarını Adil şahın təbəəliyinə tabe etdi.
Pənah xanın hökumətə göstərdiyi bu xidmət müqabilində sərdarın xahişi ilə Adil
şah tərəfindən verilmiş fərmana əsasən Qarabağ xanlığı xüsusi bir malikanə kimi
ona verildi. Lakin Adil şahın şahlığı və onun valisinin hökmranlığı çox sürmədi;
birincini Nadir şahın nəvəsi Şahrux Mirzə, ikincini isə qaradağlı Kazım xan
öldürdü. Taxt-taca sahib olmaq istəyən yeni rəqib də uzun müddət şahlıq edə
bilmədi.
Bu qarışıqlıq zamanı özünü şah elan edənlərin sayı-hesabı yox idi. Əzizxan
adlı bir özbək (12) çoxlu qoşunla Türkistandan İrana soxulub heç bir
müqavimətə rast gəlmədən onu eninə və uzununa keçərək Təbrizi tutdu. Burada o,
əhali üzərinə ağır vergilər qoyaraq heç bir şeylə hesablaşmadan, eyş-işrət içində
yaşayırdı. Bu zaman Məhəmmədhəsən xan Qacarın başçılığı ilə şiə xanları ona
qarşı bir ittifaq düzəldirlər. Tərkibində Pənah xanın öz oğlu Mehrəli xanın
başçılığı altında göndərdiyi 3 min süvari olan 18 min nəfərlik ordu
Məhəmmədhəsən xan Qacarın başçılığı altında özbəkləri əzib darmadağın etdi.
Pənah xanın başçılığı ilə başqa bir ittifaq gəncəli Şahverdi xan, naxçıvanlı
Heydərqulu xan və qaradağlı Kazım xan arasında bağlanmışdı. Bu ittifaq çoxlu
qoşunla Şahverdi xanla Heydərqulu xanın torpaqlarına soxulmuş və hətta Araz
çayının sahillərinə qədər gəlmiş gürcü çarı II İrakliyə (13) qarşı çevrilmişdi. Bu
mübarizədə müttəfiqlər nuxalı Hacı Çələbiyə müraciət edib, ondan kömək
istəməyə məcbur oldular. Hacı Çələbi isə qazanc üçün olduqca əlverişli olan bu
şəraitdə həmin dövrün rəhbərlərindən gözlənildiyindən daha artıq bir qeyrət
göstərdi. Rəvayətə görə, o müşavirə çağıraraq Kürdən o taya keçmək qərarının
müşavirədə qəbul olunmasını təklif etdi. Beləliklə, nuxahlar Gəncə
(Yelizavetpol) qalası yaxınlığında Kürü keçərək müttəfiqlərlə birlikdə İraklinin
qoşunlarını darmadağın etdilər və onları Tiflisə qədər qovdular. 1752-ci ilə yaxın
Pənah xan öz iqamətgahını Boyat qalasından Şahbulağa köçürdü. Lakin iqlimi
isti olduğundan, habelə həmin yerin xanlığın inzibati mərkəzi olması, strateji
cəhətdən əlverişli olmaması üzündən, o burada həmişəlik qalmağı münasib
görmədi. Qonşu xanların bac və əmanət tələb etmələri və əks təqdirdə onu
ölümlə hədələmələri
182
Pənah xanı öz mövqeyini möhkəmləndirməyə və yalnız bundan sonra döyüş
meydanında taleyini sınamağa vadar etdi. Bu mülahizələri nəzərə alaraq, o,
1754-cü ildə (14) indiki Şuşa şəhərinin yerində öz iqamətgahını qurdu və oranı
öz adı ilə, yəni Pənahabad
1
adlandırdı. Həmin bu ad ilə Şuşada 15 qəpik
qiymətində olan gümüş pul da kəsməyə başladılar. Pənah xan öz təbii şəraitinə
görə üç tərəfdən alınmaz olan yeni iqamətgahını təzəcə möhkəmlətdiyi, adlı-sanlı
bəylərin və müxtəlif yerlərdən gəlmiş sənətkarların özləri üçün yenicə
daldalanacaq düzəltdikləri bir zamanda Şuşaya belə bir pis xəbər gəlib çatdı ki,
Məhəmmədhəsən xan Qacar Şuşa üzərinə hücuma keçmişdir. Pənah xan çoxlu
qoşun toplayaraq müharibə meydanında düşmənlə üz-üzə gəlməkdən çəkinmədi.
Şuşanın 30 verstliyində, Xatın arxı adlanan yerdə başlanan qanlı vuruşmada
iranlılar məğlub oldular. Bu vuruşmada Pənah xan düşmənin iki ağır topunu
2
qənimət aldı, döyüşdə Ərdəbil qalasını tutaraq, Dərgahqulu bəyi oraya hakim
təyin etdi.
Həmin ilin qışında Pənah xanın seçmə alayları evlərinə buraxılan zaman
Nadir şahın ən təcrübəli sərkərdələrindən olan rumlu Fətəli xan adlı birisi 30 min
nəfərlik qoşunla qəflətən Şuşa yaxınlığında göründü. Fətəli xan qalanı qəflətən
tutmaq üçün öz seçmə qoşunları ilə Qarqar çayı tərəfdən hücuma keçmişdi.
Rəvayətə görə, bu tərəfdən qala üzərində elə bir sükut hökm sürürdü ki, hücum
edənlər dərələrdə və divarların arxasında gizlənmiş seçmə dəstələri görmədən
sərt qayalara dırmaşaraq, atəş açmadan qalanı tutmaq ümidində idilər. Lakin qala
divarlarının yaxınlığında onların gurultulu hay-küyü eşidildikdə, mühasirəyə
alınanlar gizləndikləri yerlərdən çıxıb çağırılmamış qonaqların üzərinə cumdular
və onlarla əlbəyaxa vuruşmaya girdilər. Uzun yol gələrək yorulmuş və qəfildən
edilən hücumdan qorxuya düşmüş düşmənlər dəstə-dəstə düzülüb döyüşə
girdilər, lakin davam gətirməyib geri çəkildilər, onların bir qismi qırıldı, bir
qismi isə güc-bəla qaçıb canını qurtara bildi. Bu müvəffəqiyyətsizlik inadkar
rumlunu öz işğalçılıq niyyətindən əl çəkməyə məcbur edə bilmədi. O, Pənah
xandan narazı olan erməniləri və qonşu xanları öz ətrafına toplayaraq, Şuşanın
1 Lakin sonralar bu şəhər qonşuluqdakı kəndin adı ilə Şuşa qalası adlandırıldı.
2 1826-cı ildə ruslar həmin toplardan Abbas Mirzənin qoşunlarını atəşə tutmuşdular.
183
verstliyində olan Xocalı kəndində möhkəmləndi. Beləliklə, müharibə partizan
müharibəsi xarakteri aldı. Qara Murtuz bəy və Pənah xanın başqa silahdaşları bu
yerlərə bələd olmayan rumluları müvəffəqiyyətlə tələyə salaraq qırırdılar. Bu
zaman Fətəli xan bir hiylə işlətdi: o, əsirləri dəyişdirmək və öz qızını Pənah
xanın oğlu İbrahim xana ərə vermək bəhanəsi ilə İbrahim xanı qonaq çağırdı və
Pənah xanı öz vassalı elan edib, ələ keçirdiyi əmanətlə (girovla) birlikdə geri
qayıtdı. O zaman İranda Fətəli xandan başqa, bir də Kərim xan Zənd məşhur idi.
O hakimiyyət arzusunda olmaqdan başqa, həm də döyüşdə onun qardaşını
öldürən Fətəli xana qan ədavəti bəsləyirdi. Pənah xan bu ədavətdən istifadə edib,
onun yanına qasidlər göndərdi. Onlar öz birgə hərəkətləri barəsində razılığa
gəlib, hər iki tərəfdən Fətəli xanın üzərinə hücuma keçdilər və onu məğlub edib,
özünü əsir aldılar və İbrahim xanı da sağ-salamat geri qaytardılar. Ümumi
düşmən üzərində əldə edilmiş birgə qələbədən sonra qaliblərdən yalnız biri üstün
olmalı idi. Şübhəsiz ki, bu birincilik, artıq demək olar ki, bütün İranı özünə tabe
etmiş olan Kərim xan Zəndin əlinə keçdi. Bundan istifadə edən və Pənah xan
kimi məşhur və cəsarətli bir başçının öz gələcək hərəkətlərində ona mane
olacağından qorxan Kərim xan təcrübəli bir məsləhətçi adı ilə həm onu, həm də
onun oğlunu Şiraza, öz yanına apardı; Qarabağ xanlığını idarə etməyi isə
fərmanla onun ikinci oğlu Mehrəli xana tapşırdı (15) (1172-ci il hicri)
1
.
II
Mehrəli xan Qarabağ xanlığının idarəsini ələ aldıqdan sonra atasının
vəsiyyətinə əsasən xanlığın daxili işləri ilə məşğul olur; Şuşanın
möhkəmləndirilməsini başa çatdırır və o zamanlar köçəri tayfaların qışladığı
Şuşa ətrafındakı yerlərə basqın edən quldur dəstələrinin yolunu kəsmək üçün
Əsgəran və Ağoğlan qalalarını tikdirir.
1 Ali senat tərəfindən təsdiq edilmiş bu fərman Mehrəli xanın varislərini Qarabağ xan ailəsinin üzvləri hesab edən bir
sənəd olmaq etibarı ilə varisləndirir. Rəvayətə uyğun olsun deyə, burada izah edək ki, atalarının vəfatından sonra taxt-tac
üstündə Mehrəli xanla qardaşı İbrahim xan arasında baş verən ixtilaf nəticəsində İbrahim xanın üstün gəlməsi ilə əlaqədar
olaraq, Mehrəli xanın vəfatından sonra onu xan adlandırmaq qadağan edilmişdir. Buna görə də xalq içində o, Mehrəli bəy
adı ilə məşhurdur.
184
Hicri 1174-cü ildə İbrahim xan Şuşaya qayıtdı, bundan iki ay sonra isə
Şirazdan mərhum Pənah xanın cənazəsi gətirildi (16). Xanlığı idarə etmək
hüququ üstündə qardaşlar arasında ixtilaf baş verdi. İbrahim böyük qardaş
olduğuna görə idarə hüququnu öz əlinə almaq iddiasında idi; Mehrəli isə öz
hüququnu Kərim xan tərəfindən onun adına verilmiş fərmanla əsaslandırırdı. Bu
vəziyyət uzun müddət davam etdi. İbrahim avarlı Umayxanın bacısı ilə
evləndikdən sonra öz tərəfdarlarının sayını artırdı və qardaşını sıxışdırmağa
başladı. Mehrəli bəy Kərim xanın köməyinə pənah gətirdi. Kərim xanın,
Mehrəlinin xeyrinə olaraq ərdəbilli Hidayət xanın adına göndərdiyi sərəncam
yerinə yetirilməmiş qaldı. Bundan bir qədər sonra Kərim xan vəfat etdi (1779) və
İran monarxiyası yenə də müstəqil xanlıqlara parçalandı. Bu müvəffəqiyyətsizlik
Mehrəlini o zaman öz torpaqlarını birləşdirməyə səy edən və Zaqafqaziyanın ən
qüdrətli hökmdarlarından olan qubalı Fətəli xana qoşulmağa məcbur etdi. Çoxlu
süvari ilə Qarabağın aran hissəsini ələ keçirən Mehrəli bəy Fətəli xanı gözləyirdi;
Fətəli xan isə Gəncəni tutduqdan sonra İbrahim xanı tamamilə yıxmaq üçün
Şuşaya gəlməli idi. Bu zaman Mehrəli bəy Fətəli xan tərəfindən öz oğlanları ilə
birlikdə Şamaxıdan qovulmuş və vətəndən uzaq düşüb sərgərdan həyat keçirən
şirvanlı Ağası xan tərəfindən (hicri 1198) xaincəsinə öldürüldü (17).
Beləliklə, İbrahim xan müstəqil xan olaraq, Kərim xanın, Mehrəlinin, eləcə
də Gəncəni ələ keçirdikdən sonra qəflətən vəfat etmiş Fətəli xanın ölümü
nəticəsində yaranan fürsətdən istifadə etdi. Bu məqsədlə İbrahim xan əksərən
ləzgilərdən ibarət çoxlu qoşun düzəldib Gəncə, Şamaxı, Nuxa xanlıqlarını və
Rəşti özünə tabe etdi. İrəvan və Naxçıvan tərəfindən sərhədləri genişləndirdi.
Təbrizi döyüşsüz tutdu və bacısı oğlu Əsədulla bəyi oraya hakim təyin etdi.
Sonra o, Azərbaycanla İranın sərhədlərindəki Qaflan Guh dağında 600 nəfər
süvaridən ibarət bir gözətçi dəstəsi qoydu və beləliklə də bu taydakı bütün
tayfaları özünə tabe etdi. Bu dövrdə İbrahim xanın qüdrəti o qədər yüksəlmişdi
ki, onun vassallarından bir çoxu ata-baba yolu ilə gedib, ona şahlıq təklif
edirdilər. Lakin bu vaxtlar az qala bütün İranı istila etmiş Məhəmmədhəsən xanın
oğlu Ağa Məhəmməd xan Qacarın qalibiyyətli yürüşlərindən təşvişə düşmüş
İbrahim xanın gözünə şahlıq görünmürdü; çünki onun qarşısında vuruşmaq, ya
da müəyyən şərtlərlə Qacara tabe olmaq dururdu.
185
İbrahim xan dürüst məlumat topladıqdan sonra Ağa Məhəmməd xanın ilk
təklifini rədd etməyə cəsarət etməyərək, öz qohumu Əbusəməd bəyi onun yanına
əmanət göndərdi. Lakin bir neçə ildən sonra Əbusəməd bəy öldürüldü və Ağa
Məhəmməd xan onun əvəzində başqasını tələb etdi. Bunun cavabında İbrahim
xan ona bildirdi ki, onun bir nəfər əmanəti bütün əshabələri ilə birlikdə
öldürüldüyünə görə, belə bir şərəfli işi kimə təklif edəcəyini bilmir. İbrahim xan,
eyni zamanda, gürcü çan İraklinin rusları köməyə çağırdığından xəbər turub; öz
tərəfindən Məlik Yusifin və Məlik Cümşüdün müşayiəti ilə saatlılı Mirzə
Məhəmməd Qulunu Rusiyaya elçi göndərib, rus təbəəliyini qəbul etdiyini
bildirdi və tezliklə kömək göndərilməsini xahiş etdi. Elçilər xoş xəbərlə
qayıtdılar. Ağa Məhəmməd xan bundan xəbər tutdu və 1795-ci ildə saysız-
hesabsız qoşunla Şuşa şəhərinə yaxınlaşdı. Rusiyadan kömək gözləyən İbrahim
xan 15000-dən
1
artıq seçmə igid toplayıb, şəhər və onun ətrafını
möhkəmləndirərək, qızğın müqavimətə hazırlaşdı. Ağa Məhəmməd xan şəhəri
iki tərəfdən mühasirəyə alıb, iri toplardan şəhərə daş və mərmi yağdırırdı. Özünə
son dərəcə güvənən Ağa Məhəmməd xan İbrahim xana aşağıdakı məzmunda
həqarətli bir beyt yazıb göndərdi:
Zi məncəniqi-fələk səngi-fitnə mibarəd.
To əbləhanə girifti miyani-Şişə qərar. (18)
Yəni:
Göydən yağış kimi daş yağır.
Ay axmaq, axı "Şuşa"
2
bunlara davam gətirməz. (19)
İbrahim xan da ona beytlə cavab verdi:
Gər nigahdan-mən anəst ki, mən midanəm.
Şişəra dər bəğəli-səng nigah midarəd. (10)
Yəni:
Doğrudur, tanrı məni Şişədə əyləndirmişdir,
Lakin o, bu şişəni daş içərisinə almışdır. (21)
1 Burada heç bir mübaliğə yoxdur; o zaman Şuşada əhali indikindən müqayisə edilməyəcək dərəcədə çox idi və
bundan əlavə, daimi olaraq muzd ilə 3000 nəfərə qədər ləzgi hazır saxlanılırdı. Əmin-amanlıq vaxtı yaxşı məvacib alan bu
ləzgilərə müharibə vaxtı işğal edilən yerlərdə soyğunçuluq etmək hüququ verilmişdi.
2 Fars dilində şişə "Şuşa" deməkdir. Bu sözdə cinas vardır.
186
Biri-birinə belə həcvlər göndərən tərəflər daha çox qızışdılar. Həmin il yazın
başlanğıcından yayın əvvəlinədək iranlılar hücum etməyə cürət etməyib, Şərqdə
olan ümumi taktika üzrə şəhər qarnizonunu acından öldürmək üçün hər vasitə ilə
şəhərin ətrafla əlaqəsini kəsməyə çalışırdılar. Lakin bu plan baş tutmadı; belə ki,
şəhər hər tərəfdən keçilməz dağlarla əhatə olunmuşdu; onlar bu yerləri ancaq
talan edə bildilər; kəndləri yandırır, mal-qaranı sürüb aparır, əhalini əsir edir,
qadın və uşaqlara divan tuturdular. Lakin məlumdur ki, qarabağlılar da onlara
borclu qalmırdılar. Müasirlərin dediyinə görə, bu müharibədə Ağa Məhəmməd
xan müvəffəqiyyətsiz hücumlardan birində tutulan əsirlərə qarşı dəhşətli bir
divan tutdu: o, 100 nəfərə qədər əl-qolu bağlı əsiri xırmanda dərz kimi düzüb,
nalları tərsinə mıxlanmış və ucları qatlanmamış atları bu bədbəxtlərin üstündən o
vaxta qədər sürməyi əmr etdi ki, onlar bir-birinə qarışıb xurd-xəşil olsunlar.
Belə bir qəddarlığa qarşı intiqam əlaməti olaraq, ertəsi gecə cinayətkarın lap
qulağının dibində iki İran dəstəsi darmadağın edildi. Bunların birini, xanın
qardaşı oğlu Məhəmməd bəy, digərini isə tuğlu Məlik Abbas əzdi; 100 nəfərə
qədər iranlının burun-qulaqları səliqə ilə Şuşa meydanına düzülmüşdü...
Beləliklə, mühasirə davam edirdi. İran qoşunu üçün heç bir yerdən ərzaq
gətirilmirdi, ordunun qoşqu heyvanları taqətdən düşmüş, süvarilər atsız qalmışdı.
Ağa Məhəmməd xan yüksək bir dağın üstündə durub qəzəbindən İbrahim xana
küçə söyüşləri yağdırırdı; İbrahim xan da borclu qalmayıb, ona ağzma gələni
deyir və onu "Axta-xan"
1
adlandırırdı. Nəhayət, 100 min nəfərlik ordu ilə
Şuşanın mühasirəsini davam etdirmək İran hökmdarına mümkün olmadı; o,
mühasirədən əl çəkib (22) Qarabağın düzənliklərinə çəkildi və burada gözətçi
korpusu qoyub, qalan qoşunla Gürcüstan üzərinə yeridi.
Ağa Məhəmməd xan bir döyüşdən sonra Tiflisi ələ keçirir (23) və 20000
nəfərə (24) qədər əhalini əsir aparır. Dəhşətli sərkərdə qışlamaq üçün
Gürcüstandan Muğana qayıdır ki, yazda nəyin bahasına olursa olsun Şuşanı zəbt
etsin.
Sonrakı ilin yazında Şuşada xəbər tuturlar ki, Kərim xanın qardaşı Lütfəli xan
Zənd Farsistanda qiyam qaldırdığı üçün Ağa
1 Yəni Xədim xan, xalq içərisində Ağa Məhəmməd xan bu adla məşhurdur, çünki Nadirin qardaşı oğlu Adil şah onu
axtalamışdı.
187
Məhəmməd xan öz qoşunları ilə birlikdə İranın içərilərinə çəkilmişdir və yazda
müzəffər rus qoşunları Qızıl ayağın
1
başçılığı ilə (25) Xəzər sahili ilə köməyə
gələcəkdir.
Bu xəbərlərin həqiqiliyinə şübhə etməyən xan, sarayında rus qoşunlarını
qarşılamaq üçün böyük hazırlıq görülürdü. Xanın oğlu Əbülfət Qarabağ
zadəganlarının, habelə bəzi vassal xanlıqların adlı-sanlı adamlarından təşkil
edilmiş dəbdəbəli bir dəstənin müşayiəti ilə rus sərkərdəsini qarşılamaq və
onunla danışıqlar aparmaq üçün Muğana - iki ay əvvəl Ağa Məhəmməd xanın
durduğu yerə yola düşdülər. Düşərgədə xan oğlunu böyük bir ehtiramla
qarşıladılar, gətirdiyi hədiyyələri qəbul edib, əvəzində ona qiymətli bəxşişlər
verdilər; burada ona, ordunu İran sərhədlərinə qədər yeritmək üçün bir süvari
dəstəsi tələb etmək təklifi edilmişdi. Səfərə belə bir hazırlıq zamanı Rusiyadan
sərəncam alındı ki, imperator II Yekaterinanın vəfatı (26) ilə əlaqədar olaraq,
ordu Rusiyaya geri çağırılır. Xan oğlu və onun əshabələri bu pis xəbərdən son
dərəcə məyus olub geri qayıtdılar.
O dövrdə bu yerlərin əhalisi dözülməz vəziyyətdə yaşayırdı. Uzaq
ölkələrdən, alınmaz kahalardan, keçilməz meşələrdən yenicə qayıtmış qaçqın
əhali öz gəlişindən peşman idi; burada əsla taxıl əkilmədiyi üçün ərzaq
çatışmırdı, mal-qara qırılmışdı, adamlar cəmdək, ağac kökü və pahd qozası
yeyirdilər
2
. Yüzlərlə adam acından və vəba xəstəliyindən qırılırdı, bacaran başını
götürüb hara gəldi qaçırdı.
Dostları ilə paylaş: |