ƏSƏRİN MÜƏLLİFİ KAPİTAN MİRZƏ ADIGÖZƏL BƏYİN
TƏRCÜMEYİ-HALI
Bu əsərin müəllifi - kapitan Mirzə Adıgözəl bəy bin Haqverdi bəy bin Adıgözəl
ağa öz tərcümeyi-halını bu cür yazır: Qarabağda anadan olmuşam. Şuşa məktəbində
oxuyurdum. Bu zaman Ağa Məhəmməd şah Şuşa qalasının üstünə gəlib mühasirəyə
aldı
4
. El və camaat ilə köçüb Gürcüstan vilayətinə pənah apardıq. O zaman mərhum
vali İrakli xan bizlərə hörmət etdi. San Kilsə adlı yerləri qışlaq və əkənəcək üçün
bizlərə verdi. Azuqə və toxumla təmin etdi.
1 Türkmənçay müahidəsi bağlanandan sonra general Paskeviç Tiflisə getdi. General Paskeviç 1828-ci ilin aprel ayında
Tiflisdə idi. B a x: General Paskeviçin Abbas Mirzəyə yazdığı 1828-ci il 16 aprel tarixli 17 nömrəli məktub (AKAK, c. VII,
sənəd 579, səh. 614). Rus qoşunları Xoy şəhərini 1828-ci ilin axırlarında tərk etdilər.
2 Zaqafqaziya tərəfindən türklərə qarşı hərbi əməliyyat 1828-ci il iyun ayının
14-də başlandı. B a x: Qraf Paskeviçin
Qars qalası düşərgəsindən çara yazdığı 1828-ci il 19 iyun tarixli raport (AKAK, c. VII, sənəd 753, səh. 748).
3 Rusiya-Türkiyə müharibəsi 1829-cu il sentyabrın 2-də Adrianapolda bağlanmış traktatla qurtardı. Hərbi əməliyyatlar
isə Zaqafqaziyada 1829-cu ilin oktyabr ayında kəsildi. B a x: Qraf Paskeviçin Tiflisdən çara yazdığı 1829-cu il 14 noyabr
tarixli raport (AKAK, c. VII, sənəd 817, səh. 829), "Qarabağnamə"nin axırıncı sətirlərindən məlum olur ki, əsər Rusiya-
Türkiyə (1828-1829) müharibəsi qurtarmamışdan qabaq yazılmışdır.
4 Ağa Məhəmməd şah Şuşa qalasını 1795-ci ilin yayında mühasirə etmişdi.
102
O vaxt Ağa Məhəmməd şah Şuşanı ala bilmədi. O, Cavad xan və Məlik
Məcnunun məsləhət və vədlərinə etibar etdi. Tiflis üzərinə yeriməyi qərara aldı. Biz
bunu bildikdə Sarı Kilsədən köçüb getdik, Tiflisin yuxarısında olan Qocor dağında
gizlənmək fikrinə düşdük. Bu zaman xəbər çıxdı ki, Ağa Məhəmməd şah Alget çayı
kənarında düşmüşdür. Qocorda tab gətirməyib yaylaq yolu ilə Kartilə yetişdik.
Buradan Axalkalak kəndinə getdik. Gördük ki, əhali mal və heyvanlarını tamamilə
yerbəyer qoyub özləri qaçmışlar. Adam tapıb ondan əhval tutduq. Dedi ki, şah keçən
gün Tiflisi almışdır
1
. Bizlər də o saat köçüb, Kür çayı boyu ilə yuxarı qaçdıq. Gördük
ki, Körpü şəhərində də adam qalmayıbdır. Oradan Kartil kəndinə getdik. Gördük
orada da abadanlıq yoxdur. Axırda bu yerlərdə durmağı çətin hesab etdik. Qaçıb
şamağacı meşəsinə girdik. Bir yol tutub getdik, hansı tərəfə getdiyimizi bilmirdik. Üç
gün üç gecə, heç bir yerdə dayanmadan getdik. Dördüncü gün bir səhraya yetişdik.
Gördük (burada) abadanlıq var. Xəbər aldıq, belə cavab verdilər ki, (bu yer) Axısxa
torpağıdır. Orada durduq. Bu əsnada Qars və Şoragil qoşunları gəlib bizi qarət
etdilər. Sonra Axısxa paşası Şərif paşa bizləri kəndlərdə yerləşdirdi. O qışı orada
qaldıq. Bir osmanlı mollasından osmanlıca yazıb-oxumağı öyrəndim. Yay fəslində
oradan Gürcüstana köçdük. Məlik Əbu yanında Bolis adlı yerdə sakin olduq. Qarət
edilib dağınıq düşən elimiz də bir-bir yığıldı, bir camaat oldu. Bu qayda ilə orada
dolanmaqda ikən, İrakli xan vəfat etdi
2
. Oğlu Gürgin (Georgi) xan Gürcüstan valisi
oldu. O, böyük imperatordan
3
kömək istəyib qoşun gətirtmişdi. Başçıları general-mayor
Lazarev və ministr Kovalenski
4
idi. Sonra vali başqa fikrə düşdü. Öz bacanağı və
eşikağası Aslan bəy Orbelianini sultanın qulluğuna göndərmək istədi.
Ministr Kovalenski bunu başa düşüb valinin mirzələrinə etibar etmədi.
Osmanlıca kağız oxuyan bir adam axtardı. Məni (ona) nişan
1
Ağa Məhəmməd şahın qoşunları Tiflis şəhərini 1795-ci il sentyabrın 12-də aldılar.
2
Padşah II İrakli 1798-ci il yanvarın 11-də ölmüşdür (Н.Дубровин. "Георгий XII последный царь Грузии и
присоединение к Росии", səh. 1, II cap, SPb, 1897).
3
I Pavel nəzərdə tutulur.
4
Gürcüstan padşahı XII Georginin sarayına təyin olunmuş nazir Kovalenski 1799-cu il noyabrın 8-də Tiflisə gəldi.
B a x: Statski sovetnik Kovalenskinin Tiflisdən; general-leytenant Krıorrinkə yazdığı 1799-cu il 2 dekabr tarixli məktub
(AKAK, c. I, sənəd 6, səh. 98).
103
verdilər. O məni qulluğuna çağırdı. (Mənim) əlimlə gizli olaraq, Axısxa paşası
Nayib paşaya bir çox kağızlar yazdırdı. Bunun nəticəsində Aslan bəyi geri
qaytardılar. Ministr mənə mərhəmət edib məvacib təyin etdi.
Vali öldü
1
, Gürcüstan uca (Rusiya) dövlətinin hakimiyyəti altına keçdi. Bu vaxta
qədər mən gizli qulluq edirdim. Mən dövlətin baş məmurları qulluğunda olurdum.
Sonra general-mayor Lisaneviç Pənbək və Şoragüdə müdir və rəis olub məni apardı
2
.
On birinci ilə qədər onun yanında katiblik etdim. Bu ildə mənə podporuçik rütbəsi
(çini) verildi. Nəhayət, on altıncı ildə sərdar Yermolovdan
3
izn alıb Qarabağın keçmiş
hakimi general-mayor Mehdiqulu xanın qulluğuna gəldim. Mehdiqulu xan cənablan
qədim yerlərimizi, onlardan əlavə bir çox yer, mülk və rəiyyət də mənə mərhəmət
buyurdu. Məzkur xan sərhədin o tərəfinə getdikdə dövlət başçıları məni "İyirmi
dörd" mahalına naib təyin etdilər. Sonra general Yermolov ilə Hüseyn xan sərdar
arasına mübahisə düşdü, sərhəd məsələsi üstündə çəkişmə əmələ gəldi. Bizim
sərhədi mühafizə etmək üçün, bir batalyon (soldat) və əlli qazaq təyin edildi. Sonra
Yermolov komendanta yazdı: "Kapitan Mirzə Adıgözəl bəyi də sərhəd mühafizi
təyin etmişəm".
Bu qoşunlar həmişə yanımda və elat da hökmüm altında idi. Üç il, ta avqust
ayının 25-ci gününəcən, bu qayda ilə keçdi: sərhəddə bəylər təyin edib, qarovullar
qoyurdum. Hüdudu mühafizə etməklə məşğul olurdum. 1826-cı ildə daha batalyon
vermədilər. Bir ofisərlə altmış nəfər soldat, iki yüz elat atlısı və yüz nəfər erməni
çəriki (əsgəri) götürüb sərhəddə durduq. Bu zaman qarapapaqlar Göyçədə
1
Gürcüstan çarı XII Georgi 1800-cü il dekabrın 28-də ölmüşdür. B a x: general-mayor Lazarevin general-leytenant
Knorrinke yazdığı 1800-cü il 28 dekabr tarixli 93 nömrəli raport (AKAK, c. I, sənəd 137, səh. 188).
2 General-mayor Lisaneviçin okruq reisi sifetilə Pənbək və Şoragilə gəldiyi günü düzgün müəyyən etmək mümkün
olmadı. Lakin bu qədər məlumdur ki, general-mayor Lisaneviç artıq 1811-ci ilin avqust ayında bu vəzifəni daşıyırdı. B a x:
General Tormasovun general-mayor Lisaneviçə yazdığı 1811-ci il 13 avqust tarixli 134 nömrəli əmr (AKAK, c. IV, sənəd
179, səh. 775. Müqayisə et: sənəd 1180, səh. 776).
3 General A.P.Yermolov Tiflisə əlahiddə korpus komandiri və Gürcüstanın mülki işlər idarəsi baş rəisi sifətilə 1816-cı
ilin oktyabr ayında gəlmişdir. B a x: General Yermolovun qraf Nesselroda yazdığı 1816-cı il 19 noyabr tarixli raport
(AKAK, c. VI, h. II, sənəd 281, səh. 136).
104
idilər. Onlardan bir neçə nəfəri mənimlə sirdaş olmuşdu. (Onlar) mənə xəbər
verdilər ki, qızılbaşlar sülhü pozub dava etmək fikrindədirlər. Mən bu əhvalatı yerli-
yerində, dəfələrlə komendant mayor Çilyayevə yazdım. Axırda Çilyayev mənə yazdı:
"Siz mənə yazırsınız, mən də məcbur olub general Yermolova xəbər verirəm. O cənab
da mənə məzəmmət yazır, (halbuki) mənə də yəqin olubdur ki, qızılbaşlar sülhü
pozmaq fikrində olub müharibəyə hazırdırlar. Yanınızda olan poruçik Makarova
yazmışam ki, nə vaxt kapitan Mirzə Adıgözəl bəy sizə bildirsə, Qalaya (Şuşaya)
gələrsiniz. Qızılbaşlar düşmənçiliyə başladıqları zaman siz də əfsəri yola salın.
Özünüz də elatı möhkəm bir sığnağa çəkib oturun".
Mən yazdım ki, bu xalq sığnaq edib mənimlə səngərdə durmaz; çünki Mehdiqulu
xan o tərəfdədir
1
, onun yanına gedərlər. Siz məni mürəxxəs edin, ya Qalaya (Şuşaya)
gəlim, ya da Tiflisə gedim. Komendant razı olmayıb buyurdular ki, siz gərək el içindən
çıxmayasınız.
Xülasə, bir vaxt Bazərgan bulağında durmuşduq. Bu zaman Kolani
Əliməhəmməd adlı birisi gəlib mənə dedi: "Ayağa dur, səninlə xəlvəti bir sözüm
var". Durub bir dərəyə düşdük. O, cibindən çoxlu kağız çıxarıb mənə verdi. Gördüm
ki, hamısı Mehdiqulu xanın məktublarıdır. Bütün bəylərə, yüzbaşılara və kətxudalara
yazıbdır. Mənə də yazıb ki, Naibüssəltənə Gorusda olan batalyonu qırıb, yerdə qalanı
əsir etmişdir. Sən də yanında olan soldatı tamam-kamal, şahzadə Naibüssəltənənin
(Abbas Mirzənin) - ruhumuz ona fəda olsun - hüzuruna gətir, hədsiz lütf və
mərhəmətə yetişərsiniz, daimi maaş alıb dövlət sahibi olarsınız.
Mən bu kağızı oxuyunca əhvalım dəyişdi. O saat gəlib məzkur əfsəri bu
əhvalatdan xəbərdar etdim də (dedim): "Gərək siz bu gecə gedəsiniz". Əfsər də çox
qorxuya düşüb dedi: "Mən bu dağlardan, qayalardan, yollardan və Kolani tayfasının
içindən necə keçəcəyəm?"
Mən ona tapşırdım: bu sözləri kimsəyə deməyəcəyəm. Sən axşam yalandan bir
kağız oxu, mənə də və xalq arasında yay ki, guya padşahlıq ilxısı Çiləbördə gəlibdir.
Sənə hökm olubdur ki, gedib ona qarovul olasan. Gərək bu gecə otuz ulaq hazır
olsun. Mən deyərəm: Sən belə tez getmək istəyirsən, halbuki (obalar) uzaqdadır.
1
Yəni Qarabağ xanı Mehdiqulu xan İran qoşunları tərəfində, Abbas Mirzənin yanındadır.
105
Əgər az ulaq istəsən, yanımda olan süvarilərin atlarından alıb sənə verərəm.
Xülasə, əfsər 8 at istədi. Yanımda olanlardan alıb ona verdim və dedim:
"Axşamdan bir saat keçmiş yola düş. Səhər açılıncaya qədər böyük yerlərdən keçib
Həsənrız kəndinə get. Orada durma, tez koxadan atlar alıb ilxı bəhanəsilə yola düş.
Bütün soldat şeylərini və başqa azuqələri kilsədə qoy, hər yerdə meşə ilə gedərək
özünü Qalaya yetir".
Bu qayda ilə yaxşı göstərişlər verib əfsəri yola saldım. Özüm isə orada qaldım.
Sabahı, günortaçağı xalqa da xəbər oldu.
Onlar dəstə-dəstə gedərək, (bir-birlərinə) "rus qaçıb" deyirdilər. Mən onlara
dedim: "Rus padşahlıq ilxısını mühafizə etmək üçün gedibdir". Xülasə, o qədər qaldım
ki, təxminən soldat qorxulu yerlərdən ötüb getdi. Sonra mən xalqa nəsihət edib
(dedim): "Sisianov İrəvana gedən ildə Qazax və Borçalı əhalisi Rusiya dövlətinin
gücünə bələd deyildilər. Onlar da sizin kimi asi oldular. Sonra isə peşmançılıq
çəkdilər. İndi siz də o cür bir vəziyyətdəsiniz. Çalışın bu cür əsassız bir işdə
aldanmayın və sədaqətinizi itirməyin".
Bu sözləri dəfələrlə onlara deyib öz evimə tərəf getdim. İstədim ki, özümü
Gəncədəki soldatlara yetirim, oradan da Tiflis şəhərinə gedim.
Bu zaman xəbər gəldi ki, gəncəlilər dönüklük və qızılbaşlar da Tiflis tərəfinə
hərəkət etdilər. Bu işlərdən də naümid və məyus olub yenə elatın içinə gəldim.
Orada hər gün şahzadə və xan tərəfindən mənə məkrub gəlirdi. Məkrublarda
deyilirdi: "Bütün vilayətlərin xalqı gəldi, siz nə səbəbə gəlmirsiniz". Mən onların hər
birini bir bəhanə ilə dəf edərək vaxtı uzadırdım.
Nəhayət, bir gün istədim ki, elatın içinə gedib yenə onlara nəsihət edim. Əlirza
yüzbaşının evində qonaq idim. Bir nəfər gəlib mənə xəbər verdi ki, evində qonaq
olduğun bu yüzbaşı adam göndəribdir ki, Xanlar ağadan əlli nəfər kürd atlısı alıb
gətirsin. Səni tutub şahzadənin hüzuruna aparsın. Mən bu sözü eşitdikdə çox fikrə
gedib təşvişə düşdüm. Fikrim bu oldu ki, qolubağlı getməyim. Sonra düşünüb
qardaşlarımın dilindən bir məktub yazdım. Naməlum bir adama verdim ki, gecə
gətirib mənə versin. Məzkur adam bu kağızı aparıb bizim ailəmiz tərəfindən
Qaraqoyunlu obasına yetirir. Deyir
106
ki, bu kağız Mirzə Adıgözəl bəyə çatacaqdır, qardaşları göndərmişdir. Lakin mənim
atım yorulubdur, mən gedə bilmirəm. Gərək bu kağızı siz aparıb ona verəsiniz.
Gecəyarısı mən fikir etməkdə idim, gördüm yüzbaşı deyir: "Sən kimsən?", o biri
cavabında: "Kağız gətirmişəm".
Yüzbaşı kağızı alıb (gətirdi). Ayaqlarımdan tutub məni oyatmaq istədi. Mən heç
yatmamışdım, fikrə getmişdim. Xülasə qəsdən oyanıb dedim: "Nə xəbər var?" Dedi:
"Mən adamları yığıb sizə keşikçi qoyurdum ki, sizə güllə atıb bir sədəmə
toxundurmasınlar". Halbuki mənim qəsdimdə olan o özü idi.
Xülasə, yüzbaşı mənə dedi ki, çıraq gətirin, oxuyun görək bu nə kağızdır. Mən
dedim səhər oxuyaram. O təkrar etdi ki, gərək indi oxuyasız, məlum olsun nə
xəbər var.
Çıraq gətirdi, kağızı açıb oxudum, şad olub dedim: "Atı hazır edin, getməliyəm".
Yüzbaşı (mətləbi) xəbər aldı. Dedim: "General Madatov Gəncəyə gəlib məni istəyibdir.
Yermolov da Şəmkirə gəlmişdir."
Onlar sakit olub atı gətirdilər. Yüzbaşı xahiş etdi ki, kağızı ona verim, sabah xalqa
göstərsin. Çəkinib kağızı ona verdim. Özüm ata minib yola düşdüm. Yenə düşündüm
ki, Tiflis tərəfinə qaçım. Bu halda Verdiyev adlı bir erməni mənə rast gəldi. Xəbər
verdi ki, Uğurlu xan
1
gəlib Gəncədə xan olmuş və rus qoşunu da getmişdir. Şəmkir,
Şəmsəddinli və Qazax əhalisi də itaətə gəlmişdir. Bu xəbərləri eşitdikdə naümid
oldum və çox iztirabla Allah-taalaya pənah aparıb (orada) qaldım.
İki gündən sonra gördüm ki, Tülü Mustafa oğlu İsmayıl şahzadədən bir fərman
və Mehdiqulu xandan bir kağız gətirdi. (Onlar bu vasitə ilə) mənim ürəyimi ələ
alaraq hüzura çağırırdılar. Mən istədim üzr gətirib getməyim. İsmayıl gizli olaraq
mənə bir kağız göstərib (dedi): "Hərgah getməsəniz, gərək bu kağızı xalqa verim".
Gördüm ki, Naibüssəltənə yazıbdır: "On iki gündür ki, Qala (Şuşa)
üstündəyəm, bütün aləm, hətta Şirvanat, Gəncə və bütün Qarabağ xalqı mənim
itaətimi qəbul etmişdir. Yalnız Mirzə Adıgözəl azğınlıq və sərkeşlik fikrindədir.
Onun başını və ya əsir olaraq özünü mənim yanıma gətirin. Yerdə qalan dövləti sizin
olsun".
1 Uğurlu xan, gəncəli Cavad xanın böyük oğludur. B a
x: Gəncə xanlarının şəcərəsi. AKAK, c. VI, h. II, səh. 906.
107
Mən bunu görcək çarəsiz qalıb öz-özümə dedim: "Bir can üçün bu qədər cana
qəsd etmək rəva deyildir. Özüm gedərəm. Mən nə qızılbaş üzü görmüşəm və nə də
onlara qulluq etmişəm. Hərgah insaflı olsalar, mənə bir şey etməzlər".
Xülasə, gedib əvvəlcə xanı gördüm. O da öz eşikağası Əlimərdan bəyi mənə qoşub
Naibüssəltənənin hüzuruna göndərdi. O, çadırda kürsü üstündə oturmuşdu. Baş
əydim. Xəbər aldı: "Bunlar kimdir?" Eşikağası ərz etdi: "Mirzə Adıgözəl, Məlik
Usub və filankəslərdir". Buyurdu: "Mirzə Adıgözəl budur?" Ərz etdi: "Bəli".
Buyurdu: "Fələqqə
1
gətirin".
Haman saat məni yıxıb ayaqlarımı fələqqəyə salaraq beş yüz çubuq vurdular.
Nə qədər yalvardım-yaxardım, fayda vermədi. Axırda dedim: "Siz Gürcüstana səfər
edəcəksiniz, (orada mənim kimi bir adam) axtararsınız, ancaq tapa bilməzsiniz".
Bunu deyincə, buyurdu: "Bəsdir, aparın zəncirləyin". Məni aparıb zəncirlədilər.
Keçmişdə mən deyərdim ki, rus dövlətinin əfsəri qızılbaş xanından yüksəkdir; çünki
əfsəri çubuqla döymək olmaz, xanı isə döyərlər. Demə, mənim bu sözlərimi
şahzadəyə xəbər veriblərmiş. Məni döyəndə buyurdu: "Bu əfsərdir, döymək olmaz,
amma xanı döymək olar". Bunu deyib məni zəncirlədilər. Haman saat fərraşbaşı
2
qələmdan və kağız gətirib dedi ki, bir kağız yaz. Dedim: "Mən bu halda necə
yazım". Dedi: "Doğrusu budur ki, sənin Əlirza yüzbaşıya yazdığın kağızı
Naibüssəltənənin hüzuruna yetirmişlər. Xəttini tutuşdurmaq istəyirdilər". O kağızı
mən sol əlimlə yazmışdım, qətiyyən oxşatmaq mümkün olmayacaqdı. Hərçənd
qəbul etmədim, lakin əl çəkmədilər, (dedilər) ki, yazmasanız olmaz. Axırı çarəsiz
qalıb Sədinin bu fərdini yazdım:
Doğrudur məlahət sahibi olan padşahlar ova getdikləri zaman,
Onu tutub ayağını bağlarlar, lakin (bəzən) də açıb buraxarlar.
Bu fərdi aparıb gördülər ki, bənzəri yoxdur. Fərd yazdığıma təbəssüm edib
gülüşdülər. Ondan sonra xanın qardaşı Süleyman bəyi
3
1 Fələqqə - ağacdan qayrılmış bir alət idi ki, günahkarların ayağını ona bağlayıb, sonra ağac və ya qamçı ilə
vururdular.
2 Fərraşbaşı - "saray qulluqçusu" deməkdir.
3 Süleyman bəy, qarabağlı Mehdiqulu xanın kiçik qardaşıdır. B a x: İbrahim xan və uşaqlarının şəcərəsi (AKAK, c. II,
sənəd 1415, səh. 695).
108
yerimə naib təyin edib oraya göndərdilər. Sonra xanın nökəri Əvəzxan bəyə əmr
verdilər (ki, bizə getsin). O da gedib bütün var-yoxumu yazıb siyahıya aldı.
Qardaşlarımı da tutub gətirdi.
Mən zəncirdə idim. Mənə hər gün cürbəcür əzab və əziyyətlər verirdilər.
Keçmişdə rus qoşunu gəldiyi zaman, komendant yazıb məndən xahiş etmişdi ki,
qoşun üçün azuqə göndərim. Mən də evlərdən yüz yük un cəm edib göndərmişdim.
Şahzadə bunu da bir gün eşidib əmr etmişdi ki, Mirzənin gözünü çıxarın. O hökmə
görə, məni yıxıb əllərimi ağaca bağladılar. Bıçağı gözümün üzərinə qoydular ki,
çıxartsınlar. Haman saat Mirzə Məhəmmədəli Mustovfi gəlib dedi: "Beş min əşrəfi
ver, gözlərini çıxarmayım". Dedim: "Mənim hər nə dövlətim var, tamam siyahı
edib zəbt etmişsiniz. İndi quru canımdan başqa bir şeyim yoxdur".
O zaman Məhəmməd bəy adlı birini təyin etdilər ki, gedib bütün var-yoxumu
gətirsin. O, yola düşdükdən sonra qardaşım Mustafa ağa bu xəbəri eşitmişdi. Əlinə
düşən şeylərimi götürüb qaçmışdı ki, bəlkə özünü Gürcüstana yetirsin. Süleyman
bəy, çox atlı yığaraq (onun) dalısınca getmişdi. Gəncə yaylağında yetişib qardaşımı
tutmuş, əhli-əyalını və dövlətini qaytarıb gətirmişdi. (Ona) çox əzab və əziyyət
verib ilxı, mal, qoyun və sair müxəlləfatımı tamam zəbt edib gətirdilər. Ailəm ac və
çox çətinlik içində qalmış, qardaşlarımdan Məhəmməd ağa və Əli ağa Şəki
vilayətinə qaçmışdılar. Mustafa ağaya isə çox əziyyət verdiklərindən yaralanmış və
uşaqlarının yanında qalmış idi. Bizim xeyirxah dostlarımız, gecələr gizli olaraq
uşaqlara çörək və yavanlıq verirlərmiş. Məni əvvəl tutub zəncirlədikləri zaman
sərdar Yermolova bir kağız yazdım. Məhəmmədəli və Rəvas adlı adamlarıma beş
tümən verib kağızı göndərdim. Onlar gedib Qazaxda qraf Simoniçin
1
yanına
çıxırlar. Qraf onlardan əhvalatı soruşur, bütün işləri və qalanın alınmadığını öyrənir və
çox xoşhal olur. Onlara buyurur ki, siz gərək Tiflisə gedəsiniz. Məhəmmədəlini
Tiflisə göndərib Rəvası öz yanında saxlayır. Məhəmmədəli gizlicə Tiflisə daxil olub,
knyaz Madatovun evinə gedir. Madatov onu görüb bütün əhvalatı öyrənir. Çox
şadlıqla Yermolova xəbər verir. Yermolov haman saat Madatovun evinə gəlir
1 Qraf Simoniç, podpolkovnik, Gürcüstan qrenader polku komandiri (AKAK, c VI, h. II, səh. 939).
109
və bütün əhvalatı qasiddən xəbər alır. Onu üç gün gizli saxlayırlar, heç kəs bilmir.
Dördüncü gün iki kağız yazırlar. Birini İosif Antonoviçə
1
, birini də mənə yazırlar.
Məhəmmədəliyə də otuz əşrəfi verirlər. Kağızları da yəhərinin içində gizlədib yola
salırlar. Məhəmmədəli təsadüfən gecə vaxtı Şəmkirdə qarovullara rast gəlir. Onu
tutub Gəncəyə Uğurlu xanın yanına aparırlar. Uğurlu xan ondan təkidlə sorğu-sual
edir, lakin o boynuna heç bir şey almır. Buna görə onu azad edirlər. Sonra
qarabağlılardan biri Uğurlu xana deyir ki, o, qasid idi, nahaq yerə əldən buraxdın. Bu
sözü dedikdə yenə adam göndərir, onu Şeyx Nizami türbəsinin yanında rutub Uğurlu
xanın yanına aparırlar. Diqqətlə hər yerini axtarır, axırda qaltağın içindən kağızları
tapıb, şad olurlar. (Sonra) onu kağızlarla Naibüssəltənənin qulluğuna göndərirlər.
Naibüssəltənə onu danışdırıb kağızları alır və məni hüzuruna istəyir. O saat cəllad
gəlib məni zəncirdə apardı. Çatan kimi mənə buyurdu ki, qasidin gəlib, xəbər al gör,
dindaşların nə işdədirlər. Mən ərz etdim ki, Qazax və Borçalı (mahallarında) mənim
bir çox adamlarım var. Ola bilər ki, bu öz işlərindən ötrü və orada olan qohum-
qardaşlarını görmək üçün gedibdir. Buyurdu: "Bəs, bu kağız nədir ki, Yermolov
sənə yazıbdır". Mən sakit oldum. Buyurdu: "Xahiş edirsən oxuyum". Özü sərdarın
mənə yazdığı kağızı oxudu. Axırda o yerə gəldi: "Siz hamıdan artıq və hörmətlisiniz,
sədaqətinizi dövlət başçılarına göstərdiniz" yazılmışdı. Bu sözləri oxuyan kimi
kürsüdən qalxdı, qəzəblənərək buyurdu: "Bir bax gör ki, Dərbənddən Tiflisə qədər
sən rutan işləri kim tutubdur. Səni öldürmək mənə vacib oldu".
Haman saat cəllada əmr etdi: "Bunu apar və qalaya bağlanan topların ağzına
bağla, atarkən bəlkə onun ətindən bir parça gedib yoldaşlarının içinə düşsün, gorbagor
olsun". Haman saat məni zəncirləyib apardılar. Lakin axşamdı, qaranlıq düşmüşdü. Məni
geri qaytardılar. Buyurdu: "Bu gecə saxlayın, sabah günorta vaxtı atarsınız ki,
baxanlara da ibrət olsun".
O gecə bir zəncir də artıq vurdular. Saxladılar ki, səhər top ağzına
qoyub atsınlar. Fikir etdim və belə məsləhət gördüm: fərraşbaşıdan
1 İosif Antonoviç Reutt, polkovnik, 42-ci eger polku komandiri, 1826-cı il iyul ayının 22-dən sentyabrın 6-na qədər
İran qoşunları mühasirəsinə düşmüş Şuşa qalasının komendantı idi (AKAK, c. VII, səh. 9).
110
kağız və qələmdan istədim, (guya) vəsiyyətnamə yazacağam. O da verdi. Mehdi
xana
1
yazdım ki, xan, mən bu zəncirə düşən gündən özümü ölmüş bilirəm. Lakin bu
qədər var ki, mən burada ölən kimi, ruslar da Qalada dustaq olan bəyləri
öldürəcəklər. İstəmirəm ki, mənə görə, o qədər bəylər ölsün. Xüsusilə Rüstəm bəy
2
.
Kağızı haman saat bir adamla göndərdim. Məktubu aparıb xana verirlər. Xan onu
oxuduqdan sonra Hacı Ağalar xanı çağırtdırıb Kərim xanla bir yerdə Naibüssəltənənin
hüzuruna göndərir. Ondan xahiş edir ki, Qala alınıncaya qədər Mirzə Adıgözəli
öldürməsin; çünki ruslar da bəyləri öldürərlər. Allah qoysa, Qala zəbt edildikdən
sonra öldürərsiniz. Xülasə, o, çox çətinliklə (bu təklifi) qəbul edir. Bundan sonra mən
yenə zəncirdə qaldım.
Uğurlu xan bir dəfə də (Naibüssəltənəyə) yazır ki, (Mirzə Adıgözəlin) qardaşları
yolu kəsib gələn-gedəni öldürürlər. Buna görə, məni bir də hüzuruna istədi. Aparan
vaxtda müctəhid qoymadı, aparıb zəncirdə saxladılar. Sonra mənə gizlicə xəbər
gətirdilər ki, Madatov Şəmkirdə (İran) qoşununu basıb Əmirxan sərdarı öldürmüşdür.
Naibüssəltənənin ordusu haman saat köçdü. Bizləri zəncirdə Ağdama apardılar.
Orada komendantı
3
və bizləri bir yerə yığdılar. Ayaqlarımıza kötük qayırıb vurdular.
Çarvadar yabıları kirayə edib (bizləri) palanlı yabılara mindirdilər. Gəraylı Həsən
xana beş yüz şahsevən atlısı verdilər. Qardaşı fərraşbaşı Ağa Ələkbər bəyi də
üstümüzə qoydular. Bizi Təbrizə göndərdilər. Özü də köçüb Gəncə tərəfinə getdi.
Mənim qardaşım Mustafa ağa qaçan kimi, gedib Madatova məlumat verir ki,
şahzadə gəlir, xəbərdar olasınız. Madatov da qardaşımı oradan qaytarıb ona deyir:
"(Şahzadə) gələn vaxtda (sizin) özünüzü və uşaqlarınızı əsir edəcəkdir. (Onları) bir
tərəfə qaçırarsınız". Qardaşım haman saat gəlir, uşaqlarımızı götürüb obadan çıxır.
Bu zaman Mustafa xan dörd yüz nəfər ilə gəlib yetişir. Oba xalqı deyirlər ki, (Mirzə
Adıgözəl bəyin) qardaşı evini götürüb qaçmışdır. Sonra əqrə-
1
Qarabağlı Mehdiqulu xan nəzərdə tutulur.
2 Rüstəm bəy qarabağlı Mehdiqulu xanın yaxın qohumu idi. 1826-cı ildə özünü İran tərəfdarı kimi göstərmişdir. B a
x: General Yermolovun knyaz Madatova yazdığı 1826-cı il 4 dekabr tarixli 512 nömrəli əmr (AKAK, c. VI, h. II, sənəd 330,
səh. 870).
3 Mayor Çilyayev nəzərdə tutulur.
111
bamızdan doqquz nəfərini tutub şahzadənin yanına aparır. Onları da zəncirləyirlər.
Allahın köməyilə, Naibüssəltənənin qoşunu məğlub olur
1
, onları aparmağa fürsət
tapmırlar. Zəncirdə qoyub gedirlər. (Onlar da) zənciri özlərilə görürüb evlərinə
gəlirlər.
Bizləri və komendantı haman gecə aparıb Arazdan keçirdilər. Bu zaman
şahzadənin məğlub olması xəbəri o tərəfdə yayıldı. Bizləri bütün Qaracadağ
mahallarında gəzdirdilər. Şayiə yaydılar ki, ölkələrimizi geri qaytarmaq üçün
Yermolov bunları zamın veribdir. Bunlar çox böyük adamlardır.
Xülasə, bizləri Təbrizə apardılar. Komendantı ayrı bir yerdə saxlayıb üstündə güclü
qarovul qoydular. Bizləri də zəncirə və kötüyə vurdular. Bu qayda ilə bizə bir neçə ay
dünyada misli görünməmiş əzablar verdilər.
İbrahim adlı sünni bir təbrizli bizimlə məhbus idi. O, cana gəlib bizlərə deyərdi
"Gəlin qaçaq". Mən razı olmurdum. Axırda cana gəldik. İyirmi nəfər dustaq idik. Bir
gecə həbsxana məmurunu tutub (əl-ayağını) bağladıq. Açarları çıxartdıq və qıfılları
açdıq. Həbsxana məmurunu zəncirlədik. Yanımızda çadır vardı, onun iplərini kəsib
götürdük. Bir yol ilə gəldik, divardan ip ilə sallanıb düşdük. Əvvəl mən düşdüm.
Gördüm ki, ip əlimin ətini sıyırıb aparıbdır. Yoldaşlarıma dedim ipi palazla tutun ki,
əliniz sıyrılmasın. Bu qayda ilə ipi tutub hamımız düşdük. Düşən vaxtda ip qırılıb
yoldaşımın birinin baldırı sındığı üçün, orada qaldı. Yenə ip ilə xəndəkdən bu tərəfə
keçdik. Təbrizlilər Seyid Həmzə türbəsinə getdilər. Bizlər də qaçıb Payan dağında
bir böyük daşın altında axşamadək gizləndik. Axşam durub yola düşərək gəldik. Acı
çayını üzü yuxarı gedib körpüdən keçdik. Su kənarı ilə gəlib bir bəndərə yetişdik. İki
adam yol kənarından qalxıb bizə dedilər: "Kimsiniz?" Biz cavab verdik ki,
gəncəliyik. Haman saat "vurunuz" dedilər. Yüzədək tüfəng üzümüzə açıldı.
Yoldaşlarımız özlərini suya atdılar. Mən yol ilə geri qaçdım. İki nəfər adam dalımca
gəlirdi. Yetişə bilməyib geri qaldılar. Mən dağa çıxdım, bir daşın dalına söykənib
qulaq asdım. Gördüm, yoldaşlarımdan (bəzisini) tutub məni xəbər alırlar. Onlar
deyirlər: "Vallah görmədik, qaçdı".
1 İran qoşunlarının 1826-cı il sentyabrın 13-də Gəncə yaxınlığında məğlub olduqları nəzərdə tutulur.
112
Bu halda bir ayaq səsi eşitdim. Gördüm ki, Zeynalabdin yasavuldur. Çağırdım, o
da məni tanıyıb yanıma gəldi. Oradan dağ yuxarı getdik, bir daşın altına girib
qabağımıza da daş yığdıq. Səhərəcən orada qaldıq. O ətrafda olan kəndlərin bütün
əhalisini dağa çıxarıb (bizləri) axtarırdılar. Neçə dəfə yanımızdan keçdilər, Allahın
lütfü ilə, bizi görmədilər. Axşam oldu, gördük ki, özümüz nabələd, yollar tamamilə
tutulmuş və heç bir tərəfə də gedə bilməyəcəyik. (Axırda) fikir etdik ki, Seyid
Həmzə türbəsinə pənah aparaq. Bu fikirlə qayıdıb ayaqyalın, Acı yolu ilə getdik. İki
yerdə gördük ki, bizi axtarmaq üçün sərbaz gəlir. Onlardan da gizlənib yüz cür
(əziyyətlə) Seyid Həmzə türbəsinə daxil olduq. Türbənin qapısında on nəfər sərbaz
qarovul qoymuşdular. Bunlar yuxuda idilər. Yanlarından keçib içəri daxil olduq.
Gördük ki, bizim qaçmağımızdan qorxuya düşən bütün fərraşlar buraya gəlib bəstə
girmişlər. Məni görən kimi şad oldular və qaçıb şahzadəyə xəbər apardılar. O da
şad oldu. Fərraşbaşıdan qaçan dustaq üçün cərimə olaraq, üç yüz əşrəfi almalı idilər.
Əksinə, buyurdu (ona) muştuluq verdilər. Səhərə bir saat qalmış (şahzadə) Xacə
Ələsgər xacəbaşını və Hacı Ağalar xanı göndərdi ki, məni buradan çıxarsınlar. Onlar
and içdikləri vaxt mən Hacı Ağalar xana dedim: "Sən nə üçün and içirsən, məgər
bizim (bir-birinə) etibarımız yoxdur? Mənim sənə etibarım var". Onlar ilə
(bestdən) çıxıb Hacı Ağalar xanın evinə getdik. Şorba gətirdilər, içib bir az
istirahət etmək istədik. Haman saat fərraş gəlib bizi apardı. Gördük ki, bizlərə
bələdçilik edən sünni İbrahimi şaqqalamış və həbsxana məmurunun gözlərini
çıxarmışlar. Bizləri hüzura çağırmaq münasibətilə də yüz min nəfərdən artıq
Təbriz əhalisi tamaşaya çıxmışdı. Şahzadə meydanın (yuxarı) başında durmuşdu.
Bizi görüncə qəzəblənib mənə buyurdu: "Ey kafir, rusun donuz supu ilə çaxırı
yadına düşdüyü üçün qaçdın?" Mən ərz etdim: "Sən padşahsan, sənin bir saat
ədalətin, min ilin ibadətindən artıqdır. Qarabağda da buyurdunuz ki, ruslarla şərab
içib belə olubsan. Halbuki mən ömrümdə onun dadını görməmişəm. Bir dəfə xəbər
almadınız ki, doğrudur, ya yalandır".
Mən belə dedikdə, Hacı Ağalar xana buyurdu: "Bu nə deyir?" Hacı Ağalar xan
ərz etdi ki, sənin başın üçün doğru deyir. Ondan sonra bir saatdan artıq məni danışdırdı.
Hər nə buyurdu cavab verdim.
113
Axırda Hacı Ağalar xan ərz etdi: "Siz buyurdunuz ki, Mirzəni qardaşın Rüstəm
bəy əvəzinə sənə mərhəmət edəcəyəm". Buyurdu: "Verdim".
Hacı Ağalar xan məni oradan öz evinə apardı. Əlimin yarasına məlhəm
qoydu. Özümə paltar tikdirdi. Bir neçə gün bu qayda ilə yaşayırdım. Sonra
Madatov Mişkin tərəfinə gəldi. Bu zaman Mustovfi Mirzə Məhəmmədəli
demişdi ki, rus gəlir, mütləq mühasirəyə girmək lazım gələcəkdir. Bunun
Təbrizdə olması məsləhət deyil, gərək Şahi
1
dəryasının adasında saxlansın. Bu
sözü Hacı Ağalar xan eşitdi, çox yalvarıb-yaxardı. Axırda məni Təbrizdən
çıxarıb Bənab kəndinə apardılar. Orada bir aydan artıq üstümdə qarovul
qoydular. Sonra adam gəlib məni Təbrizə apardı. Gedən kimi Əbülfət xan mənə
dedi ki, şah Qayimməqamı buraya göndərib. Ona buyurubdur ki, hər necə olsa
sülh etsin. Qayimməqam da mənimlə məsləhətləşib dedi: "Gərək mötəbər bir
adam tapasınız ki, gedib Madatovu ələ gətirsin, sülh edək". Mən səni nişan
verdim. Dedim ki, bunu etsə Mirzə Adıgözəl edəcəkdir. Çox xoşhal oldu, səni də
bu məsləhətə görə gətirtmişdir ki, göndərsin. Əlbəttə, yaxşı danışarsan.
Mən dedim: "Məgər bu iş Madatovun əlindədir, ya Yermolovun". Dedi:
"Bilirəm, məqsədim budur ki, sən xilas olasan". Dedim: "Axı etibar etməzlər".
Dedi: "Elə əbləhdirlər ki, sən nə desən, inanarlar. Əbləh və yaltaqdırlar".
Sonra gecə olunca Qayimməqam bir nəfər fərraş göndərib gizlincə məni
apartdı. Qayimməqam mənə çox hörmət edib dedi: "Sən məhbussan, mən də
möhtac, biz gərək bir-birimizə kömək edək. Qibleyi-aləm məni buraya göndərib
və buyurubdur ki, sülh edim. Mən də Madatovun yanına göndərmək üçün səni
məsləhət bilmişəm. Səni gərək Madatovun yanına göndərəm, sənin vasitənlə sülh
olsun. Madatovu başa salıb İran dövləti tərəfindən arxayın edərsiniz. Ona
deyərsiniz ki, yanan imarətin, tələf olan taxıl və sair şeylərin zərərini tamam-
kamal və artıqlaması ilə ödəyəcəyik. Sənin də nə zərər və ziyanın varsa, onu da
artıqlaması ilə sənə verəcəyik. Gərək Madatovla yaxşı danışasan, onu sülh
etməyə həvəsləndirəsən. Bir aya qədər bu məsələnin cavabını mənə gətirəsən".
1 Şahi – Urmu gölü
114
Mən də Qayimməqamın təbiətinə münasib olan sözlər danışıb onu xatircəm
etdim. Məni oradan Naibüssəltənənin hüzuruna apardı. O da mənimlə bu cür
sual-cavab etdi, üzr istədi. Mənə gözəl vədlər və ümidlər verdi. Məni azad edib
bir ay vaxt qoydu. Mincivanlı Hüseynqulu bəyi də mənə qoşdu. Təbrizdən çıxıb
yola düşdük. Şuşa qalasına varid olaraq İosif Antonoviç Reuttun
1
qulluğuna
gəldim. Məni görüb şad oldu. Buyurdu ki, gərək Tiflisə gedəsən. Mən də
(onun qulluğundan) azad olub əvvəl öz evimə getdim. Gördüm ki, evimdə
dövlət, mal və sair şeylərdən heç bir şey qalmamışdır. O halı görüncə tab
gətirməyib Tiflisə getdim. Haman gündə oraya çatdım. Gördüm general Dibiç də
o gün Tiflisə daxil olmuşdur
2
. Haman gün general Madatovun yanına getdim. O
məni gördüyü zaman şadlığından ağladı. (Sonra) məni götürüb sərdar
Yermolovun qulluğuna apardı. O da məni görüb boynuma sarıldı. Sonra
qarşı-qarşıya oturub danışdıq. Çox sevindi və şad oldu. İranda olan bütün
əhvalatı üç gün, üç gecə məndən xəbər aldı. Mənim onları aldadıb xilas
olmağıma çox-çox şad oldu və son dərəcə fəxr etdi. (O) məni general Dibiçə
tanıtdı. General da (mənim başıma gələn) bütün əhvalatla tanış olub xoşhal oldu.
Cürbəcür nəvazişlər göstərdi, məndən razılıq etdi. Başıma gələn əhvalatı məndən
bir-bir xəbər aldı. Ondan sonra general Paskeviçin hüzuruna getdim. Qardaşlarım
onun qulluğunda olduğundan, o da əhvalımdan xəbərdar idi. (O) mənə çox
mərhəmət və nəvaziş göstərdi. Sonra knyaz Madatov buradakı
3
qoşuna rəis təyin
olundu. General Yermolovdan xahiş etdi ki, məni öz yanınca aparsın. General
Yermolov razı olmadı. Axırda Madatov onunla şərt etdi ki, siz İrəvan torpağına
çatanacan mən onu sizin qulluğunuza göndərərəm. Bu şərt ilə məni Madatovla
Qarabağa göndərdi. Sonra Madatov işdən götürüldü və yerinə knyaz Abxazov
naçalnik təyin edilərək Qarabağa gəldi
4
. Bu zamana qədər mən onun qulluğunda
idim. Tariximi yazan Mirzə Hüseyn Məmmədağa oğlu Salari təxəllüs də
yuxarıda buna işarə etmişdir.
1 İ.A.Reutt - polkovnik, Şuşa qalasının komendantı
2 Ştab rəisi general-adyutant İ.İ.Dibiç, işlərin Yermolov tərəfindən Paskeviçə təhvil verilməsi münasibətilə, 1827-ci
ilin yanvar və fevral aylarında Tiflisdə idi.
3 Qarabağ nəzərdə tutulur.
4 Knyaz Abxazov 1827-ci il aprel ayında general Madatovun yerinə Qarabağ, Şirvan və Şeki vilayətləri rəisi
vəzifəsinə təyin olundu (AKAK, c. VII, səh. 4).
115
O gələn kimi (göstərdiyim) xidmətlər və çəkdiyim zəhmətlərlə
ətraflı surətdə tanış oldu və rütbəmi artırdı. Onun yaxın adamlarından biri və məxfi
məşvərətçisi oldum. Böyük sədaqətlə xidmətlər göstərdim. İran barəsində tədbirlər
gördüm, qasidlər göndərib işləri yoluna qoydum. Gördüyüm işlər və tədbirlərin hamısı
"İxrabat" jurnalında serdarların dəftərxanasında yazılmış (və qeyd edilmişdir).
Hərgah arzu edib görmək istəsəniz, sizə məlum və aşkar olacaqdır.
(Axırda), knyaz Abxazov cənab general Paskeviçin hüzuruna yazdı. Mənə
kapitan rütbəsi ilə dörd yüz manat pensiya verilməsi barəsində vasitəçilik etdi
1
.
İqtidar və nəcabət sahibi sərdar cənabları da bütün xalqların canlarının sahibi olan
böyük imperator və əziz padşahdan xahiş etdi. Buna görə, məni haman rütbə və
pensiya ilə sərəfraz etdilər. O vaxtdan bu anə qədər evimdə oturmuşam, əmlakım
əlimdə, rəiyyətlərim
2
ixtiyarımda, farağatla yaşayıb Cəmşid mərtəbəli, günəş taclı,
ulduz dəstgahlı, aləmlərin pənahı olan Rusiya padşahına, uca nəslinin ömrünə və
taleyinin yüksəlməsinə duaçı varam.
Ümid edirəm ki, bu müxtəsər, dəyərsiz və nöqsandan xali olmayan (tarix), uca
nəsəbli general Kolyubakinin oğlu, süvari podpolkovniki Mixail Petroviçin
nəzərindən keçdikdən sonra onun tərəfindən lazım olan yerə təqdim edilər.
1 Mirzə Adıgözəl bəy hələ 1830-cu ildən əvvəl kapitan rütbəsi almaq üçün təqdim edilmişdi; çünki knyaz Abxazov
1830-cu ildə artıq Zaqafqaziyanı tərk etmiş və Osetiyada idi (AKAK, c. VII, səh. 9).
2 Rəiyyət - xana, bəyə tabe kəndlilərə deyilirdi.
116
MİRZƏ CAMAL CAVANŞİR QARABAĞİ
Dostları ilə paylaş: |