MƏRHUM İBRAHİM XANIN QARABAĞ VİLAYƏTİNƏ
HAKİM OLMASI, HÖKUMƏT TAXTINA OTURMASI
VƏ XANLIĞI DÖVRÜNDƏ ƏMƏLƏ GƏLƏN
HADİSƏLƏR HAQQINDADIR
Pənah xan ölüb, Allah-təalanın rəhmətinə getdikdən sonra, böyük və igid oğlu
İbrahimxəlil xan 1173-cü ildə
1
Qarabağ vilayətinə hakim oldu. Xalqın işini nizama
salmağa başladı. İran, Rum (Türkiyə) padşahlarına və sair ölkələrin hökmranlarına
boyun əyməyərək, Qaradağ, Şəki, Şirvan, Gəncə, Təbriz, Naxçıvan, Ərdəbil, Xoy,
Marağa,
1
Hicri 1173 (1759)-cü il avqustun 25-də başlanmış, 1760-cı il avqustun 12-də qurtarmışdır.
56
İrəvan və hətta İraqla Azərbaycan hüdudunda olan Qaplankuya qədər hökmran
oldu. Bu vilayətlərin hakimlərini işdən götürmək və yenisini təyin etmək də onun
hökm və fərmanı ilə icra edilirdi
1
. Bundan başqa o, Dağıstan ölkəsinin Avar vilayəti
hakimi Nüsal xan oğlu Ümmə xanla da qohum olmuşdu. Onun hörmətli və əziz bacısı
xanım Bikəağanı almışdı.
Lazım gəldiyi zaman, Dağıstanın müzəffər qoşunlarının köməyilə ətrafdakı
düşmənləri məhv edir və üsyan edənlərə qalib gəlirdi. O öz qoşunu və zəfər nişanəli
Dağıstan əsgərlərinin köməyilə Qaradağ mahalını aldı və Kürdəşt vilayətini... alt-üst
etdi. Bu vilayətin divar, bürc və hasarlarının xarabaları indi də durur. Əhalisi qaçıb
Əhərdə yerləşdi. Kürdəşt xanı Mustafa xan isə əsir düşdü. Qaradağ, Şahsevən və başqa
tayfaların xanlarından bəzisi qohum olduqları üçün, bəzisi də zorla onun hökmünə tabe
və fərmanına itaət etdilər. (İbrahim xan) bəzi vaxt ayrı-ayrı mahalları töhfə olaraq öz
sərkərdələrinə bağışlayırdı ki, onlar bu yerlərin mədaxilindən mənfəətbərdar
olsunlar.
Mərhum İbrahim xan padşah adlanmasa da, onun cah-calalı müasiri olan İran
padşahlarından daha çox idi. Yuxarıda adları çəkilən vilayətlərin xanları və
xanzadələri, həmişə gözəl xasiyyətli xan cənablarının hüzurunda girov olardılar. Bu hal
Ağa Məhəmməd xanın Tehranda taxta oturmasına qədər davam etdi. Qacar Ağa
Məhəmmədhəsən xanın oğlu Ağa Məhəmməd xan Şirazda girov idi. Kərim xan Zənd
vəfat edəndən sonra
2
, o, girovdan qaçdı. İraq səltənətini ələ keçirmək fikrinə düşdü.
Fars ölkəsinin dövlət atına minmək istədi. İraq və Farsı aldı. Darülxilafə - Tehranı
özünə paytaxt etdi. 1176-cı ildə
3
Azərbaycana daxil oldu. Araz çayının cənubunda
olan vilayətləri alıb çayın bu tərəfinə keçdi. Talış və İrəvan vilayətlərini
1 Müəllif böyük mübaliğəyə yol verir. İbrahim xanın ancaq Qaradağ, Ərdəbil, Naxçıvan və Gəncə hakimləri üzərinə
bəzən şiddətli təsiri olmuşdur. Şəki, Şirvan, Təbriz, Xoy, Marağa və İrəvan xanları heç bir vaxt İbrahim xandan asılı
olmamışlar.
2 Kərim xan Zənd ) 779-cu ilin fevral ayında olmusdur (П.Г.Бутков. Материалы для новой истории Кавказа 1722
по 1803 г., II hissə, səh. 70).
3
Müəllif yanılır, çünki hicri 1176-cı il tariximizin 1762-1763-cü ilinə mütabiqdir, lakin bu zaman vəkil Kərim xan
Zənd hələ sağ idi. Ağa Məhəmməd xan Azərbaycanın cənub hissələrini ancaq 1791-ci ildə öz hakimiyyətinə tabe etmişdir (B
a x: Rövzətüssəfa, Tehran, hicri 1270-ci il çapı, c. IX, səh. 96 (səhifələr bizim tərəfimizdən nömrələnmişdir). Müqayisə et:
Nasixüttəvarix, Təbriz, hicri 1292-ci il, c. I, səh. 30, 31. Hər iki əsər fars dilindədir).
57
almaq üçün
1
: "Kim isə qapını döydü və mırıldandı" sözünün məzmununca,
dəfələrlə hərb qapısını döydü. Lakin fəth qapısını açmaq ona mümkün olmadı.
O, mərhum İbrahim xana qabaqcadan xələt və qılınc göndərib onu öz tərəfinə
çəkmək istədi. Lakin aralarında zahiri tanışlıq və mehribanlıqdan başqa bir şey
yox idi.
Ağa Məhəmməd şah o ildə (1176-cı ildə)
2
, Azərbaycandan qayıtdıqdan
sonra, öz vücudunu padşahlıq libası ilə zinətləndirdi. Hökmranlığın kafuri
şamını
3
səltənətin darayı çadırında yandırdı. Ruzgarın gərdişi və gecə-gündüzün
törətməkdə olduğu hadisələr nəticəsində, Ağa Məhəmməd şahla mərhum
İbrahim xanın arası pozuldu. Onların məhəbbət və ittifaq məclisində solğunluq
əmələ gəldi.
Ağa Məhəmməd şah, Fars və Şiraz tərəflərində əmələ gələn qarışıqlıq və çal-
çapa görə, bu tərəflərə fikir verə bilmədi. Atının cilovunu o tərəflərə çevirdi. O
tərəflərin işini nizama salıb baş qaldıranların boynunu itaət ipinə bağladı. Sonra,
1209-cu ildə
4
çoxlu qoşun və saysız cəmiyyətlə Gürcüstan, İrəvan, Talış və
Qarabağı almağa gəldi. Azərbaycanı dünyanı gəzən atlarının cövlangahı və
mənzil kəsən bayraqları üzərindəki mahçənin (ayparanın) doğan yeri etdi. Ağa
Məhəmməd şah qardaşı, baş sərkərdəsi və ehsan süfrəsinin duzu ilə bəslənən
Əliqulu xanı, sair xanlar və çoxlu cəmiyyətlə İrəvanı almağa göndərdi. Özü isə
İraq, Fars, Xorasan və Azərbaycanın ulduzlar kimi calallı və parlaq dəstələri ilə
gəlib, Şuşa şəhərinin bir ağaclığında ordugah qurdu
5
.
1
Bu hadisələr 1791-ci ildə baş vermişdir (B a x: П.Г.Бутков. Материалы для новой истории Кавказа 1722 по
1803 г., II hissə, səh. 321). Müqayisə et: General-anşef
Qudoviçin 1791-ci il noyabrın 7-də çara göndərdiyi raport
(Кавказский сборник, c. XVIII, Tiflis, 1897, səh. 421).
2
Bu tarix təhrif edilmişdir. Yuxarıdakı qeydlərə bax.
3
Kafurdan qayrılmış saf və parlaq şam.
4
Hicri 1209-cu il, 1794-cü il iyulun 29-da başlanmış, 1795-ci il iyulun 17-də qurtarmışdır.
5 İran qoşunları Ağa Məhəmmed şahın başçılığı ilə 1795-ci ilin iyul və avqust aylarında, 33 gün
Şuşa qalasını
mühasirə etdilər
(B a x: "Грамоты и другие исторические документы XVIII столетия, относящиеся до Грузии", c. II,
h. II, 1769-cu ildən
1801-ci ilədək, sənəd 73, səh. 93, SPb, 1902. Müqayisə et: А.Бакиханов. Гюлистан-Ирам, səh. 143;
Rövzətüssəfanın yuxarıda göstərilən çapı, c. IX, səh. 110).
58
Gürcüstan valisi İrakli xan, İrəvan hakimi Məhəmməd xan, Talış hakimi Mir
Mustafa xan mərhum İbrahim xanla and içib müahidə bağladılar ki, Ağa
Məhəmməd şaha itaət etməsinlər, mümkün olduğu qədər bir-birinə kömək və
yardım etməkdə süstlük göstərməsinlər. Vaxtlı-vaxtında bir-birinin
vəziyyətlərindən xəbər tutsunlar.
Sonra, mərhum İbrahim xan Qarabağ elatının bir parasını Gürcüstan səmtinə,
bəzisini də şirvanlı Mustafa xanın yanına göndərdi. Mustafa xan onun tərəfindən
təyin olunmuş xanlardan biri idi.
Alicənab mərhum İbrahim xan, (divanxanasının) dəftər və kitablarında qeyd
edilmiş yerdə qalan elat və kəndlilərin bəzisini Qarabağ dağlarında yerləşdirdi,
bir qismini də şəhərin içində öz yanında saxladı. Elat və kənd əhalisindən saysız
atlılar cəm edib çoxlu tədarük gördü. Ağır toplar və qüvvətli qumbaralarla hərbə
və döyüşə hazır oldu.
Ağa Məhəmməd şah otuz üç gün Şuşanı mühasirə etdi. Qalanın ətrafını
əzəmətli qoşununa ordugah edərək, çadırlar qurdurub oturdu. O, elçi və
məktublar göndərdi. Çalışdı ki, cürbəcür yollarla İbrahim xanı özünə tabe etsin
və Qarabağ əhalisini itaətə gətirsin. Lakin mümkün olmadı.
Axırda, şirazlı Seyid Məhəmməd Ürfinin incə təbinin məhsulu olan
qəsidələrdən bir beyti məqam və vaxta münasib bildi. Bu beytin bəzi sözlərini
dəyişərək xanı qorxutmaq üçün yazıb göndərdi.
Şeir
Fələkin məncənəqindən fitnə daşı yağır,
Sən axmaqcasına Şişə içərisinə sığınmısan.
Bu məktub mərhum xana yetişən kimi, mübarək gözlərilə onu mütaliə etdi.
Hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu
olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı.
Vaqif kəmal, ədəb və elm sahibi bir sima idi. Əgər Çinin fəsahət səhrasının
ahusu, onun səlis təbinin sümbülüstanında pərvəriş tapan qəzəllərin maralı ilə
bərabərlik iddiası etsə, tamamilə səhvdir.
Əgər bəlağət Bədəxşanının ləli, onun sinəsinin xəzinəsində toplanmış parlaq
beytlər və çox az tapılan qiymətli mirvarilər qarşısında xəcalətindən qızarsa,
tamamilə düzgündür.
59
Salar i
Şeir söylədiyi zaman ona söz ustası adı verirlər.
Ağıl onun qələmi ucunun zümzüməsindən bihuş olur.
Ahu kimi, onun qələmindən kağızın üstünə müşk damcılayır.
Davatının çeşməsindən kövsərin saf şərabı qaynayır.
Düzgün boy-buxun sahibi olan gözəllər onun fikrinin qarasını geyirlər.
Gözəllərin gözünə sürmə və zülfünə rəng verən (onun qələmidir).
Əgər onun təbinin gəlini cilvələnsə,
Qaş-göz atan gözəllərin ürəyini cəlb edər.
Onun incə və səlis təbinin cəld süvarisi,
Heyran qalan Sədidən fəsahət topunu qapmışdır.
Molla Pənah Vaqif o saat Ağa Məhəmməd şahın məktubunun dalına ənbər
qoxulu qələmilə bu şeri yazıb göndərdi:
Əgər məni qoruyan, mənim bildiyimdir,
(O), şişəni daşın qoltuğunda mühafizə edər.
Ağa Məhəmməd şah məktubunun cavabını nəzərdən keçirdi.
Qəzəbinin buxarı başına vurub, ağlı başından çıxdı. Əmr etdi ki, od səpən toplar
şərarələr saçmağa, ildırım yayan qumbaralar atəş yağdırmağa başlasınlar.
Bir müddət keçdikdən sonra, (Ağa Məhəmməd şah) gördü ki, Nəmrudun
1
odunu
alovlandırıb kin atəşini qızdırdıqca, İbrahim xan Səməndər
2
kimi, bəlkə də
İbrahimxəlil peyğəmbər kimi, odun şöləsindən qorxmur. O, işıqlanan külü və şölə
çəkən odu, gül yarpağından başqa bir şey saymır.
Ağa Məhəmməd şah baxıb gördü ki, burada durduqca qalibiyyət gözəli yoxluq
pərdəsi dalından çıxmır. Əsgərləri də Qarabağ qoşunlarının mərdanə hücumlarından
və cəsarətli çarpışmalarından qorxuya düşürlər. Əgər bir neçə gün belə keçsə,
qoşunu məğlub olar. Buna görə, dövlətinin əmirləri, məmləkətinin böyük adamları
1
N ə m r u d - Babilistan padşahlığının əsasını qoyan və Bibliya Avraamını (İbrahimxəlil peyğəmbəri) oda atan
əfsanəvi bir simadır. Bu əfsanəyə görə, od Avraama heç bir zərər yetirməmişdir.
2 Səməndər- qədim əfsanələrə görə, odda yaşayan mövhumi bir heyvandır.
60
və vəzirləri ilə məşvərət etdi. (Axırda) məsləhət görüb dedi ki, zərərin yarısından
qayıtmaq da mənfəətdir. Müsibətlə dolu olan bu təhlükəli yerdən at başı qaytarmaq
nicat xəzinəsinin açarıdır. Yoxsa, çox çəkməz bütün qoşunumuz və heyvanlarımız bu
dərin xunxarlıq dəryasında məhv olub gedər. Bizlərdən bir nəfər də olsun İrana salamat
qayıtmaz.
Sonra, qayıtmaq bayrağını hərəkətə gətirdilər (yəni İran qoşunu geri çəkilməyə
başladı)...
Ağa Məhəmməd şah... Gürcüstan tərəfinə getmək barəsində əmr verdi.
Səhralar üzərində dalğalanan bayrağı ilə irəliyə doğru hərəkət etdi.
Mərhum İbrahim xan da itigedən çapar vasitəsilə Gürcüstan valisinə xəbər verdi ki,
Ağa Məhəmməd şah Şuşa şəhərini almaqdan aciz qalıb, Darüssürura - Tiflisə
hərəkət etmişdir. Lazımi tədarük və hazırlıq görsün. Onu dəf etməkdə vaxt
itirməsin.
Vali bu xəbəri eşitcək, öz nəvəsi olan Başaçıq valisi Solomon xana və
Gürcüstanı aralarında bölüşdürmüş olduğu övlad və nəvələrinə xəbər verib onlardan
kömək istədi; çünki vali qoca və xəstə bir şəxs idi. Yaşı yetmişdən keçmişdi. Buna
baxmayaraq düşməni dəf etmək üçün var qüvvəsilə çalışırdı.
Oğlanları arasında ziddiyyət və düşmənçilik olduğundan, Başaçıq valisi Solomon
xandan başqa heç biri ona kömək etmədi. O, dörd min nəfər əsgər göndərdi. Vali
şiddətli hökmlər yazdı, ötkəm və tələbkar yasavullar göndərdi. Lakin o hünərsizlər
qoşun verməyib, çal-çağır və eyşi-işrətlə məşğul oldular. Vali çarəsiz qalıb o dörd
min nəfər əsgər, öz adamları və Qazax mahalının müsəlman elatından yığdığı
süvarilərlə, düşməni qarşılamaq üçün təcili surətdə yola düşdü. O bununla Ağa
Məhəmməd şahın Gürcüstana girməsinə mane olmaq istəyirdi. Vali Qazax mahalına
gəldi və İncə çayı kənarında düşdü. Burada, övladından kömək gələr deyə, bir qədər
gözlədi. Lakin bir əsər görünmədi. (Digər tərəfdən də) Ağa Məhəmməd şah gəlib
Gəncə vilayətinə daxil oldu. Vali çarəsiz qalıb geri qayıtdı. Ehtiyat üçün arvadı
Deda
1
-Valonu çətin keçidli Tuşetə
1
D e d a - gürcücə "ana" deməkdir. II İraklinin ikinci arvadı çariça Dariya Georgiyevna nəzərdə tutulur.
61
göndərdi. Özü isə o az adamla Tiflisdə qaldı. Ağa Məhəmməd şah da irəliləyərək
gəlib Soğanlıqda düşdü. Gecəni orada keçirib səhər Tiflisə yürüş etdi. Vali
haman qoşunla, top və cəbbəxana ilə, indi Karantin adı ilə məşhur olan Qızrans
suyuna yetişdi. İki qoşun bir-birinə yaxınlaşıb üz-üzə gəldilər. Çarxçılar
meydana atıldılar və böyük bir müharibə oldu.
Ürəyi alovlu və əl-ayaqlarından od tökülən topçular çox cəldlik göstərib
Qızılbaş qoşununu məəttəl qoydular. Təsadüfü olaraq bir hadisə üz verdi. Səhər
vaxtı havanın saf aynasını duman elə bürüdü ki, göz görməkdən aciz qaldı.
Qızılbaş qoşunu nabələd olduğundan dağ yuxarı yeridi. Elə ki duman dağümağa
başladı və aləmin tutqun aynası işıqlandı, vali baxıb gördü ki, Qızılbaş qoşunu
onların arxasına və şəhərin üst tərəfinə keçmişdir. Vali bu halı görüncə geri
qayıtdı. Öz imarətinə girməyə fürsət tapmadı, bir atlı və bir qatırçı ilə Hallavar
körpüsündən keçib Qaraqalxan dağlarına qaçdı.
Qızılbaş əsgərləri Tiflisə daxil oldular
1
. Darüssüruru (Tiflisi) matəm evinə
döndərdilər. Əhalinin bəzisini qılıncdan keçirib, bəzisini də əsir etdilər. Hər
pəriüzlü (gözəl) bir divmənzərə əsir və hər simbər (qadın) bir sitəmgərə dəstgir
oldu. Hər laləüzlünün ürəyinə bir əzizin dağı çəkildi, hər gülüzlünün ağ sinəsi bir
qönçə ağızlının qəmindən yaralandı və hər sərvi-xuramanın şəhla gözləri bir
yasəmən üzlünün yasında qan ağladı.
Salari
Tərsinə dönən fələyin hiyləsindən əmin olma.
(Bu müharibədə iş belə düşdü ki), piyada (ən bacarıqlı)
süvariyə hücum etdi.
Onun hər bir tərəfini (altı tərəfini) o cür tutdular (dövrəyə aldılar) ki,
Acizlik girdabında mat qoydular.
(Hərbin nəticəsində) hamısı fil və tədbir sahibi oldular.
Yəhərli atlara yiyələndilər.
(Onlar) kilsələrdə olan qiymətli şeyləri qarət və sair imarətlərdəki malları çal-
çap etdilər. Yeddi gün şəhərdə qaldılar. Ondan sonra bu uca imarətləri və geniş
binaları zülm odu ilə yandırdılar. Şəhərin
1
Ağa Məhəmməd şahın qoşunları 1795-ci il sentyabrın 12-də Tiflisə girmişlər.
62
bürc və barılarını yıxdılar. (Sonra) qayıtmaq təblinin səsini göylərə çatdırdılar.
Bu qışı Muğan qışlağında keçirdilər. Sonra Duşetdə olan vali yerdə qalan
tavadları
1
, öz övlad və nəvələrini yığıb müşavirə məclisi qurdu. Məsləhət
mizrabını tədbir sazına vurdu. Bu sözləri onlara dedi: "Ruzgarın saqisi mənim
ömrümün kasasını doldurmuş və həyatımın piyaləsi dodağıma yetişmişdir.
Bundan sonra mənə layiq deyil və qəbul edə bilmərəm ki, Ağa Məhəmməd şahın
itaət məclisində guşənişin olub qəm artıran əmrlərini eşidəm.
Salar i
Bilirəm ki, məndə quru nəfəsdən başqa bir şey qalmamışdır.
Belə olan surətdə mən necə şad nəfəs ala bilərəm!
İncəlikləri dərk edən ağıl yanında, nicat qapısı qıfılının açarı budur ki, öz
övladımın birini sizinlə Ağa Məhəmməd şahın hüzuruna göndərim, sülh və
sazişdən ötrü girov verim".
Bu əsnada Ağa Məhəmməd şahın qayıtmaq xəbəri valiyə gəlib çatdı. Vali bu
xəbərdən sonra, əhvalatı müfəssəl bir surətdə yazıb, imperatriçə Yekaterinanın
hüzuruna göndərdi. İmperatriçə acizlərə kömək və zərərçəkənlərin dərdinə
qalmaq məqsədilə cənab general-anşef qraf Valerian Zubova fərman verdi ki,
saysız-hesabsız qoşunla valini himayə və Ağa Məhəmməd şahın şərrini dəf
etməyə getsin.
O böyük cənab gəlib Dərbənd ətrafında düşdü
2
. Babüləbvab
(Dərbənd) səhrasını müzəffər ordunun cövlangahı etdi. Zaqafqaziya vilayətlərini
Qarabağ sərhədinədək aldı... Səlyanda qışlaq edib əyləşdi. Bu xəbər mərhum
İbrahim xana çatdı. Oğlu Əbülfət xanı çoxlu hədiyyə və sovqatlarla böyük sərdar
qraf Valerian Zubov cənablarının möhtərəm hüzurlarına göndərdi. Uca Rusiya
dövlətinə ixlas və sədaqətini bildirdi. İmperatriçə Yekaterina həzrətlərinin
müqərrəblərinə qaneedici və
təvazö bildirən məktublar yazdı.
İqtidar sahibi olan sərdar da Əbülfət xana qarşı hədsiz hörmət və
mehribanlıq göstərdi.
1
Tavad - "gürcü knyazı" deməkdir.
2
Rusiya qoşunları qraf V.Zubovun komandanlığı altında 1796-cı il mayın 2-də
Dərbəndin şimal tərəfinə
yaxınlaşdılar.
63
Behiştlik, mərhum (İbrahim) xanın ərizəsini Dərbənd və Qızlar yolu ilə ixtiyar
sahibi padşahın fələklər qədər yüksək olan dərgahına göndərdi. Mərhum Pənah
xan üçün də, bir nəfər knyaz vasitəsilə çoxlu bəxşiş və töhfələr yolladı. Padşahın
ona qarşı hədsiz lütf və mərhəməti olduğunu bildirdi. Mövlana Molla Pənah
Vaqifə də qiymətli daşlarla bəzədilmiş bir əsa göndərdi.
Elə ki, ətrafda olan xanlar bu əhvalatı eşidib cənnətlik mərhum xanın Rusiya
dövlətinə itaət etdiyini bildilər, onlar öz səfirləri vasitəsilə məktublar göndərib
behiştlik xana xəbər verdilər: "Biz uca şanlı xanın itaət libasını çiynimizə alaraq
bəndəlik halqasını qulağımıza asmışıq, həmişə onun sədaqətini özümüzə iftixar
sərmayəsi bilmişik və tünd yel kimi gedən atının ayağının tozunu bəsirət
gözümüzə sürmə etmişik. İndi o, uca Rusiya dövlətinə tabe olub itaət etmişdir.
Biz də cənabınızın fikrinə müxalif deyilik".
Mərhum İbrahim xan o xanlardan: talış Mir Mustafa xan, şirvanlı Mustafa
xan, gəncəli Cavad xanın və hətta İrəvan, Naxçıvan və Qaradağ hakimlərinin
məktublarını da sərdarın hüzuruna göndərdi.
Gürcüstan valisi başqa xanlara nisbətən dəbdəbəli və qədim bir ocaqdan idi.
Lakin yenə böyük və kiçik işlərdə mərhum İbrahim xanın məsləhət və
məşvərətindən çıxmağa qüdrəti yox idi; çünki Avar hakimi Ümmə xan və sair
Dağıstan əmirləri, qohumluq səbəbilə, cənnətlik xana tabe idilər...
Behiştlik xanın cah-calah, təntənə və dəbdəbəsi belə idi: Şəki, Şirvan, Gəncə,
Qarabağ, İrəvan, Xoy, Talış, Naxçıvan, Təbriz, Şahsevən və Şəqaqi xanları onun
hökmünə tabe idilər. Tiflis valisi də ehtiyatla hərəkət edərək, dostluq yolu ilə
gedirdi. İstər-istəməz onun itaətinə hazır idi.
Bu zaman gözlənmədən ulduz dəstgahlı Rusiya padşahı vəfat etdi
1
. Buna
görə uca mərtəbəli sərdarın Rusiyaya qayıtması haqqında fərman çıxdı. O da bu
ali əmrə tabe olaraq, öz əsgərlərilə qayıdıb getdi. Mərhum İbrahim xan bu
hadisəni eşidincə, Gürcüstan valisinə bildirdi; zəfər nişanəli Qarabağ və Dağıstan
qoşunları ilə Gəncə tərəfinə hücum bayrağı qaldırıram. Siz də Gürcüstan
qoşunlarını toplayın və bizimlə yoldaş olmaqda gecikməyin. O tərəfə hərəkət
edin, əlbir olaraq Gəncəni alaq və onlara yaxşı bir qulaqburması verək...
1
II Yekaterina 1796-cı il noyabrın 6-da ölmüşdür.
64
Vali də tədarük görüb, qoşun yığdı. Onlar gəlib Gəncəni mühasirə edərək
aldılar. Məlik Məcnun da o davada öldürüldü. Cavad xan tabe olduğunu bildirdi,
öz qızını və oğlunu İbrahim xana girov verdi. Ona xidmət və itaət etməyi
öhdəsinə aldı.
Ağa Məhəmməd şah hadisəsindən sonra, vali qətiyyən Darüssürura (Tiflisə)
daxil olmayıb, Kaxetdə sakin olurdu. İki ildən sonra da vəfat etdi
1
və səltənət
taxtını qəbir kərpicilə əvəz etdi.
Valinin vəliəhdi olan böyük oğlu Georgi xanı dualadılar. Onun qardaşları:
Yulon xan, Parnaoz xan və Aleksandr Mirzə bu işə razı olmadılar
2
, çünki bunlar
bir anadan olmuşdular. Georgi xan isə başqa bir arvaddan dünyaya gəlmişdi. Hər
biri bir tərəfdən üsyana başlayıb vali ilə ədavət və düşmənçilik etdi. O cümlədən
Aleksandr Mirzə
3
Qazax, Borçalı və Şəmsəddinli mahallarına yiyələnib Georgi
xana əhəmiyyət vermirdi. Yeni vali Georgi xan da çarəsiz qalıb adamlar
göndərdi və məvaciblə Dağıstandan özü üçün kömək gətirtdi. Dağıstan qoşunu,
Kaxet və gürcü alaylarının köməyilə Kəsəmən qışlağından keçdi, Qazax
torpağına daxil oldu. Aleksandr Mirzə özünün gücsüz olduğunu hiss edərək
qaçdı; Qarabağ vilayətinə gəldi
4
. Vali Qazax və Borçalının bir para fəsad törədən
adam-
1
Gürcüstan padşahı II İrakli 1798-ci il yanvarın 11-də Kaxetiya padşahlığının keçmiş paytaxtı Telav şəhərində
ölmüşdür (B a x : Н.Дубровин. "Георгай XII, последный чарь Грузии и присоединение ее к России", səh. I; 2-ci cap,
SPb, 1897); bax
yenə onun: "История войн и владычества русских на Кавказе", с. Ill, SPb, 1886, səh. 215.
2
Şahzadə Yulon, İrakli padşahın ikinci arvadı çariça Dariya Georgiyevnadan olmuş böyük oğlu idi. Təsvir edilən
hadisələr zamanında onun yaşı 40-a yaxın idi.
Şahzadə Parnaoz çariça Dariya Georgiyevnanın altıncı oğlu idi. Təsvir edilən hadisələr zamanında bunun yaşı 26-ya
yaxın idi.
Şahzadə Aleksandr çariça Dariya Georgiyevnanın beşinci oğlu idi. Təsvir edilən hadisələr zamanı onun yaşı 32-yə
yaxın idi (B a x: "Грузинский царский дом", AKAK, c. I, sənəd 161, səh. 199).
3
Şahzadə Aleksandr 1801-ci il yanvarın 8-də Şəmsəddinliyə, yanvarın 11-də isə Qazaxa gəldi (şahzadə Aleksandrdan
Tamaz Orbelianiyə 8 və 11 yanvar tarixli məktublar. AKAK, c. I, sənəd 163, səh. 203, 204). Müqayisə et: general-mayor
Lazarevin general-leytenant Knorrinkə göndərdiyi 1801-ci il 20 və 24 yanvar tarixli, 47 və 55 nömrəli raportlar. AKAK, c. I,
sənəd 314 və 315, səh. 283-284.
4
Şahzadə Aleksandr Qarabağda 1801-ci il mart ayının əvvəllərində olmuşdur (B a x: General-mayor Lazarevin
general-leytenant Knorrinke göndərdiyi 1801-ci il 15 mart tarixli, 168 nömrəli raport. AKAK, c. I, sənəd 320, səh. 284-285).
65
larını cəzalandırdı. Haman qoşunlara əmr etdi ki, Qars vilayətinə soxulsunlar,
bacardıqları qədər o şəhərin ətrafını çalıb-çapsınlar. Əmrə görə, zəfər nişanəli
qoşunlar çapqın etdikdən sonra, valinin hüzuruna gəldilər. Oradan da köçüb
Tiflisə daxil oldular. Aleksandr Mirzə Qarabağa qaçandan sonra, sair valizadələr
də öz başlarını qorumağa çalışırdılar.
SƏKKİZİNCİ F Ə S İ L
Dostları ilə paylaş: |