BU VİLAYƏTLƏRİN KƏRAMƏTLİ ƏLAHƏZRƏT
İMPERATOR BƏNDƏLƏRİNİN HÖKMÜ VƏ
MÜHAFİZƏSİ ALTINA KEÇƏN GÜNDƏN
BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA
İran
1
dövlətinə düşmənçilik edilən zaman böyük zərərlər çəkilmələrinə
baxmayaraq, İran dövlətinin kargüzarları ondan sonra da daimi olan Rusiya
dövləti ilə bağladıqları əhdnaməni, dostluq və ittifaq şərtlərini 1826-cı ildə
pozdular. Səfir sifətilə İrana getmiş nəcabətli knyaz Menşikovu geri qaytarıb,
qəflətən, Rusiya dövlətinə aid olan vilayətlərə soxuldular. Həqiqətdə isə onlar
səhv edirdilər. Onlar, padşahın əsgərləri qarşısında tab gətirə bilməyəcəklərini,
rus qoşunu dəryasının dalğaları təlatümə gəldiyi zaman, çör-çöp kimi məhv
olacaqların düşünməmişdilər.
Birinci mərhələdə, mərhum naibüssəltənə bütün qoşunu ilə Şuşa qalasının
üstünə gəlib, ay yarıma qədər oranı mühasirə etdi. General Reuttun qoşunu az
olduğuna, azuqəsi, barıtı, gülləsi və toplu olmadığına baxmayaraq, o
(naibüssəltənə), Şuşa qalasının divarlarına yaxınlaşa bilmədi. Sərdar Əmir xanın,
Şəmkirdə (Şamxorda) general knyaz Madatovun qoşunları tərəfindən məğlub
edildiyini eşitdikdə əlacsız qalıb, oradan köçdü və möhtərəm knyaz, qraf
Paskeviç-Yerivanskinin hökmü altında olan qoşunla müharibə etmək əzmilə
Yelizavetpolun yaxınlığına qədər gəldi. Lakin bir saatdan artıq tab gətirməyib
məğlub oldu. İki günün içərisində Arazı keçib Qaradağa getdi. Böyük sərdar
Çərəkən mənzilinə qədər onun ardınca getdi, lakin bir nəfər belə Qızılbaş əsgəri
tapmadı.
Padşahın müzəffər qoşununun gücü, həqiqətdə bütün xalqlar arasında şöhrət
tapıb dillərdə söyləndiyinə baxmayaraq, böyük və kəramətli imperatorun
əsgərlərinin gücü xüsusilə haman 31-ci ildə, yüksək knyaz, möhtərəm qraf
Paskeviç-Yerivanskinin bu vilayətlərdə sərdarlıq və salarlıq etdiyi zamanda İran
və Rum dövlətləri əhalisinə göstərildi. O, böyük Rus dövlətinə daxil olan
vilayətlərin çaşqın və pərişan qalmış əhalisini aram etdi. Böyük imperatorun
mərhəmət dəryasından ümidini üzmüş, ev-eşiklərindən əl çəkərək
1 Burada "İran" səhv yazılmışdır, "Rusiya" olmalıdır.
159
qaçqın və pərakəndə qalmış şəxslər və bu vilayətlərdə ocaq sahibi olan adamlar,
günahları bağışlandığına görə öz vətənlərinə qayıtdılar. İmperatorun dərya qədər
olan mərhəməti qarşısında onların günahını zərrə qədər xırda sanıb təqsirlərindən
keçdi, mərhəmət və əfv ilə ümidvar edib, öz yerlərinə qaytardı. Allaha şükür,
bütün onlar və başqaları öz mülklərinə sahib olaraq, rahatlıq və asayişlə ömür
sürürlər. (Bu nemətə) şükürlər edib, böyük dövlətin çağırışını gözləyirlər ki,
onun əsgərləri ilə birlikdə qulluq göstərib canlarından keçsinlər. Çünki padşahın
müzəffər qoşunu ilə birlikdə İran, Rum və Dağıstan müharibəsində iştirak edən
Qarabağ camaatı mənsəb və məvacib sahibi olmuş, heç biri bəhrəsiz
qalmamışdır.
* * *
Müsəlman tarixi ilə 1205 (1790-179l)-ci ildən 1260 (1844)-cı ilə qədər xanlar
xidmətində və Qarabağ vilayətində qulluq edib, kargüzar olmuşam və bir çox
hadisə və müharibələrdə iştirak etmişəm. Ümidvaram ki, bu yazdıqlarım knyaz
Namestnikin işıqlı nəzərinə çatacaq və onun mənə qarşı lütfü və mərhəməti
artacaqdır. Ümidvaram ki, belə böyük əmir və yüksək canişin hər vaxt məni
xoşhal etdiyi kimi, indi də mənə mərhəmət göstərər və mübarək xatirindən
çıxarmaz. Həqiqətdə də o cənaba xeyirxah olub, xidmət etmək hər bir kəsə vacib
və lazımdır. O, bütün səmimi dostlarına və xidmətçilərinə lütf etmişdir.
Xeyirxahlardan həmişə razı olan yeganə Allah onu daima xoş hal və xoştale
etsin. Amin, ey kömək edən (Allah).
Yaxşı ad qoyub getmək,
Qızıl saray qoyub getməkdən yaxşıdır.
SON SÖZ
Qarabağ vilayətinin torpağı, əyalətləri və mərhum Pənah xanın və İbrahim
xanın hökmdarlığından bəhs edən bu bir neçə vərəqi kəramət və ehsan mənbəyi
olan rəhmli, böyük əmir, yüksək imperatorun canişini qraf və knyaz Mixail
Semyonoviç Voronsovun mübarək adına yazdığım üçün onun nəcabəti və
əzəməti haqqında Şuşa qalasında dediyim bu qitəni də xeyir-dua olsun deyə
buraya yazdım və sözümü bununla qurtardım.
160
Qitə
Lütfdə məruz olan adamın adına yazdım
Həm qrafdır, həm knyaz Voronsov,
Böyük xaqanın xidmətində
Bütün vaxtını sərf etmişdir.
Ümidlə qapısına gələn hər kəsi
Lütflə geri qaytarmışdır.
İlahi! Onun dövləti və bəxti artıq olsun.
O, dünyada həmişə şad və sevincək olsun.
Hadisələrin yazılışı 1294 (1875)-cü ildə qurtardı.
1
FƏSİL
XANLARIN HAKİMİYYƏTİ HAQQINDA
Mərhum Pənah xanın Qarabağ vilayətində hökmranlıq müddəti mərhum
Nadir şahın qardaşı oğlu Adil şahdan xanlıq adı, hökumət fərmanı və hakimlik
ləqəbi çatdıqdan sonra, on iki il davam etmişdir. Mərhum İbrahim xanın
hökmranlığı isə qırx ildən artıq olmuşdur.
Mərhum Mehdiqulu xan böyük imperatorun fərmanı ilə Qarabağda on yeddi
il neçə ay hakim olmuşdur.
FƏSİL
MƏRHUM PƏNAH XANIN QARABAĞDA TİKDİRDİYİ BİNA VƏ
İMARƏTLƏR
Birinci, Bayat qalasıdır ki, orada bişmiş kərpicdən hasar, bazar, hamam və
imarətlər tikdirmişdir. İndi xarabadır, yalnız xırda-para qalıqları görünür.
İkinci, Şahbulağı qalasıdır. (Burada) bulaq başından daş və əhənglə məscid,
hamam (tikilmiş), şəhər və bazar (salınmışdır).
Üçüncü, Şuşa qalasının sabiq divarı və indi qoşunun taxıl anbarı olan bina.
1 Bu tarix ehtimala görə əsərin köçürülmə tarixidir.
161
MƏRHUM İBRAHİM XANDAN QALMIŞ
BİNA VƏ İMARƏTLƏR
Birinci, müsəlman tarixi ilə 1182 (1768-1769)-ci ildə tikilmiş böyük camaat
məscididir. Bu məscid köhnəldikdən sonra onu möhtərəm qızı rəhmətlik Gövhər
ağa təmir edib, əvvəlkindən daha gözəl (şəklə salmışdır).
İkinci, Şuşa qalasının hasar divarıdır ki, müsəlman tarixi ilə 1198 (1783-
1784)-ci ildə binası qoyulmuş və üç il ərzində tikilib qurtarmışdır. İndi dövlət
məmurları divarlan yenidən tikdirmişlər və xanın tikdirdiyindən yalnız bəzi
yerdə əsər görünür.
Üçüncü, Əsgəranın hər iki qalasıdır ki, müsəlman tarixilə 1203 (1788-1789)-
cü ildə Şuşa qalasının üç ağaclığında Qarqarçayın keçdiyi iki dağın arasında
tikilmişdir. Müharibə zamanı bu qalalarda azacıq piyada qoşun olsa, düşmən
oradan keçib Şuşa qalasına gedə bilməz.
Dördüncü, Dağdaş arasında olan Xəzinə dərəsinin imarət və otaqlarıdır ki,
mağaranın içərisində daş və əhənglə tikilmişdir. Oranın yalnız bircə yolu vardır.
Beşinci, (Şuşa) qalasının bir ağaclığında olan Xan bağının tikintiləri.
Altıncı, Ağdam bağının hasarı, mərhum Pənah xanla başqa övladlarının
qəbirləri üstündə tikilmiş uca günbəzlər və o (yerin) arxları.
FƏSİL
İBRAHİM XANIN NİZAM-İNTİZAMI VƏ
HAKİMİYYƏTİ ZAMANINDA OLAN
QAYDALAR HAQQINDA
Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət
idi. Zərurət zamanında mahalların və kəndlərin piyada tüfəngliləri mahal
məlikləri ilə birlikdə qoşun sıralarına hazır olurdular. Hərdənbir Dağıstandan
ləzgi qoşunu gətirildikdə ləzgi qoşununun məvacibini ödəmək və ləzginin itmiş
və ya ölmüş atının əvəzini vermək üçün ellərdən də tövcü pulu, sursat, taxıl,
qoyun və mal alınardı. Adları nökər və qoşun dəftərində qeyd olunmayan
ailələrin nökər və qoşun əhlindən, habelə adları dəftərdə qeyd olunmuş nökər və
qoşun əhlindən heç bir şey alınmazdı. Onlar
162
məaf
1
idilər. Onların taxılı, atı və başqa ehtiyacı xanın öhdəsində idi. Qoşunun
hər bir nökəri (nəfəri) bir evə təhkim olunmuşdu. O ev həmin nökər və atlının
ehtiyacını təmin etməli idi.
F Ə S İ L
Hər il Novruz bayramı günündə mərhum xan, qoşunun bütün adlı-sanlı
sərkərdələrinə və minbaşılarına xələt, ənam, at və qılınc bağışlayardı.
Azərbaycan vilayətləri, mahallar, habelə məliklər hər kəs öz rütbəsinə görə
peşkəş gətirərdi.
FƏSİL
Mərhum İbrahim xan, səfərdə olduğu və ya bir yerdə ordu qurduğu zaman,
xidmətində olan minbaşıların, yüzbaşıların, Azərbaycan bəyləri, ağaları və
xanlarının səhər, günorta, axşam xörəyi və atlarının arpası, habelə qoşun əhlinin
bir parasının, əmələnin, mirzələrin, eşikağalarının, keşikçilərin və yasavulların
bütün məxarici mərhum xanın xəzinəsindən verilərdi. Bir çox gecələr,
minbaşılara və başqalarına buraxılan diri qoyunlardan başqa, qırx puda yaxın
düyü və otuz qoyun sərf olunardı. Bu hesabla sərf olunan çörəyin, arpanın, yağın
və şirniyyatın miqdarını təsəvvür etmək olar.
FƏSİL
MƏRHUM İBRAHİM XANIN GƏLİRİ
(İbrahim xanın) gəliri mahalların və kəndlərin taxıl və ipəyindən alınan
malcahatdan və əkin yerlərində xana məxsus olan kotanlardan (istifadə olunması
üçün alınan vergidən) ibarət idi. Hətta yadımdadır, bir dəfə mərhum İbrahim
xanın özünəməxsus olan cütləri və kotanları hesab edirdilər. Məlum oldu ki,
xanın cüt və kotanı bütün Qarabağ əhlinin cüt və kotanı qədərdir; hətta onlardan
iki cüt də artıqdır. Bütün bu qədər taxıl və mal-qara qoşuna, saraya,
hərəmxanaya, nökərlərə, əmələlərə və qonaqlara sərf olunardı. Bunlar-
1 "Vergidən azad" deməkdir.
163
dan əlavə, (xanın) icarə, peşkəş, Qarabağ ixracatı və sikkəxanadan gəliri olurdu
və (ona) Azərbaycan vilayətlərindən cinslə, pulla çoxlu peşkəş göndərirdilər.
FƏSİL
MƏRHUM XANIN ƏXLAQI VƏ RƏFTARI
Mərhum İbrahim xan qərib sevən, qonaqpərəst, yetimlərə baxan,
rəiyyətpərvər, qeyrətli, ürəkli, çörəkli, ehsan sahibi və ənam paylayan bir adam
idi. Böyük seyidlərə və fağırlara çoxlu sədəqə və nəzir verərdi. Alimlərə,
seyidlərə hörmət edərdi. Ətraf (mahalların) Azərbaycan, Şirvan və başqa
vilayətlərin xanları, bəyzadələri ona pənah gətirib, kömək istədikləri zaman
onlara hörmət edər və arzularına çatdırmaq uğrunda olduqca səy göstərər və
onları arzularına çatdırardı. Gözəl qadınların məclis və söhbətinə çox meyli
vardı.
F Ə S İ L
XANIN İLXISI
Xanın yaxşı atları, heyvanı və çoxlu ilxısı var idi. Xanın ilxısı İran və Rum
vilayətlərində belə böyük şöhrət tapmışdı. Mərhum xanın atlarının çoxu mərhum
Nadir şahın atları və ilxısının cinsindən idi. Xan onları Azərbaycan
vilayətlərindən, Şahsevən, Şəqaqi və Xorasan xanlarından alıb gətirmişdi.
Təqribən üç-dörd min və bəlkə daha çox balalayan, madyanı, xüsusi cins ayğırları
var idi. Xüsusi qoyun sürüləri, malı, camışı o qədər çox idi ki, saymaqla
qurtarmazdı.
FƏSİL
MƏRHUM İBRAHİM XANIN KARGÜZARLARI,
QARDAŞLARI VƏ QARDAŞOĞLANLARI HAQQINDA
Xanın qardaşları, qardaş uşaqları, öz övladı və əmisi uşaqları məruf bəylər
olub, mal-dövlət, nökər və calal sahibi idilər. Onların hər biri başqa vilayətlərin
xanlarına bərabər idi. Əmisi oğlu Mirzə Əli bəy, bibisi oğlu Lütfəli bəy, qardaşı
uşaqları - Fəzi bəy, Əbdüssə-
164
məd bəy, Kəlbəli bəy, Hümmətəli bəy və öz oğlanları o bəylərin sırasında idilər.
Mehrəli bəy və İbrahim xan, Pənah xanın uşaqlarıdırlar.
Cavanşir, Otuziki, Kəbirli, Dəmirçi Həsənli, Bərgüşad, Qaraçorlu, Hacı
Samlı, Kolam və Qapan ellərinin bəyləri ilə Dizaq, Vərəndə, Çiləbörd, Talış və
Xaçın mahallarının məlikləri də bir para vilayət xanları kimi dövlət, əzəmət,
calal və bünövrə sahibi idilər. Özü tərbiyə edib, rəşadət, çalışqanlıq və
səmimiyyətlərinə görə dövlət və rəiyyət sahibi etdiyi başqa bəylər də
məşhurdurlar.
FƏSİL
EVİNİN ƏMƏLƏ VƏ KARGÜZARLARI VƏ
DÖVLƏT İŞİLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏRİ
Birincisi, Vaqif təxəllüslü mərhum Axund Molla Pənahdır ki, tədbirli və
kamallı məşhur vəzir idi və İranda, Rumda olduqca şöhrət tapmışdır. Onun
türkcə yazdığı aşiqanə şeirləri indi də dillərdə əzbərdir. Hörmət sahibi olan başqa
kargüzarları, eşik ağaları, nazirləri və əmələləri də bacarıqlı, ağıllı və şirindilli
adamlar idi. Ağa Məhəmməd şahın əhvalatından sonra, Qarabağda üz vermiş
pərişanlıq və qarışıqlıq nəticəsində mərhum xanın bunlar kimi bir çox adamları,
əmələ və kargüzarları tamamilə vəfat etdilər.
FƏSİL
XANIN ADLI-SANLI ÖVLADI
Hələ mərhum İbrahim xan sağ ikən, bir anadan doğulmuş böyük oğlanları
Cavad ağa və Məhəmmədhəsən ağa vəfat etdilər. Bunların anası cəbrayıllı
bəylərindən birinin qızı idi. Mərhum xandan sonra, polkovnik Xanlar ağa və
İranda olan Əbülfət xan vəfat etdilər. Sonra, polkovnik Məhəmmədqasım ağa,
Fətəli ağa, Süleyman ağa, Hüseynqulu ağa və Səfiqulu ağa öldülər.
İndi Qarabağda sağ qalanlar: həmail və cavahir cıqqa sahibi general-mayor
Mehdiqulu xan və Əhməd xandır ki, xan qızlarından doğulmuşlar. Şeyx Əli ağa
isə kənizdən doğulmuşdur.
165
Mərhum İbrahim xanın sağ qalan qızlarından biri nəcib Gürcüstan tavatının
qızından doğulmuş Gövhər ağadır, biri isə İzzət bəyimdir ki, Gürcüstan valisinin
vəziri Mirzə Rəbinin qızından olmuşdur. Gürcüstan valisi İrakli mərhum İbrahim
xanla daima dost və müttəfiq olmaq istəyirdi. Lakin din ixtilafı imkan
vermədiyindən öz vəzirinin üç qızını mərhum xana və iki oğlu - Əbülfət xana və
Məhəmmədqasım ağaya vermişdi ki, bu nikah vasitəsilə aralarında məhəbbət
əlaqələri yaradılmış olsun.
FƏSİL
MEHDİQULU XANIN VARİS VƏ VƏLİƏHD
OLMASININ SƏBƏBİ
Mərhum İbrahim xan birinci dəfə Kürəkçay qırağında sərdar Sisianovla
görüşdüyü zaman varislik və vəliəhdlik adı onun böyük oğlu mərhum
Məhəmmədhəsən ağaya verilmişdi. O zaman Məhəmmədhəsən ağanın ikinci
oğlu girov adı ilə Sisianovun yanına göndərildi. General-mayor
Məhəmmədhəsən ağa mərhum İbrahim xanın sağlığında öldüyündən xanın yerdə
qalan oğlanları içərisində ən böyüyü general-mayor Mehdiqulu ağa idi. Buna
görə mərhum İbrahim xanın öz sağlığında varislik və vəliəhdlik kağızı, xanın və
Qarabağın başqa əyanının möhürü ilə Mehdiqulu ağaya verildi, xan və varis
adlandırıldı.
Bu səbəbə görə mayor Lisaneviç, mərhum İbrahim xan öldükdən sonra,
general Nesvetayevin hüzuruna raport yazmış və ona əsasən 1807-ci ildə böyük
imperator mərhum Aleksandr Pavloviçin fərmanı üzrə Mehdiqulu xana
Qarabağın xanı adı, hakimiyyət bayrağı və cavahirə tutulmuş qılınc verildi.
Mərhum Mehdiqulu xanın hakimiyyəti dövründə baş vermiş hadisələr, böyük
dövlətin kargüzarları tərəfindən dəftərlərdə yazıldığından sizə məlumdur. Odur
ki, mənim burada yazmağıma ehtiyac qalmır.
SON
166
ƏHMƏD BƏY CAVANŞİR
QARABAĞ
XANLIĞININ 1747-1805-Cİ İLLƏRDƏ
SİYASİ VƏZİYYƏTİNƏ DAİR
167
ƏHMƏD BƏY CAVANŞİRİN TƏRCÜMEYİ-HALI
Əhməd bəy Cavanşir ölümündən bir az əvvəl öz tərcümeyi-halını yazmış və
qızı Həmidə xanıma vermişdi. Lakin, təəssüf ki, bu əlyazmasını nə Mirzə Cəlil
Məmmədquluzadənin (Molla Nəsrəddin)
1
şəxsi arxivindən, nə də Əhməd bəyin
kağızları arasından tapmaq bizə müyəssər olmadı. Ehtimal ki, bu sənəd Həmidə
xanım Tbilisiyə köçüb gedəndən sonra və ya 1905-1906-cı illərdə Qarabağda baş
verən hadisələr zamanı məhv olmuşdur.
"Riyazül-aşiqeyn" kitabının müəllifi Məhəmmədağa Müctəhidzadə Qarabağ
şairlərinin şeirlərini və qısa tərcümeyi-hallarını yazarkan Əhməd bəy haqqında
çox az danışır və onun şeirlər məcmuəsindən ancaq bir beyt misal gətirir
2
.
Halbuki Müctəhidzadə Əhməd bəy haqqında müfəssəl məlumat verə bilərdi,
çünki o, həm müəlliflə, həm də onun savadlı qızı ilə şəxsən tanış idi.
Azərbaycan ədəbiyyatı nümunələrini toplayanlardan biri olan Firudin bəy
Köçərli "Asari-Əhməd bəy Cavanşir" əsərinin müqəddiməsində
3
çapa
hazırlamaqda olduğu "Azərbaycan türklərinin ədəbiyyatı" kitabında Əhməd
bəyin həyatı və fəaliyyəti haqqında müfəssəl məlumat verəcəyini vəd etmiş,
lakin bu dörd cildlik
4
tədqiqatında onun haqqında bir kəlmə də olsun
danışmamışdı. Buna baxmayaraq, başqa müəlliflərə nisbətən Firudin bəy Köçərli
Əhməd bəy haqqında az-çox dəyərli məlumat verə bilmişdir.
Əhməd bəy Cavanşir 1828-ci il martın 2-də keçmiş Şuşa qəzasının Kəbirli
nahiyəsindəki Kəhrizli kəndində anadan olmuşdur. Qarabağ mahalının kameral
siyahısından məlum olur ki, Əhməd bəyin atası Cəfərqulu bəyin xüsusi
malikanəsi olan Kəhrizli
5
kəndi dövlətə məxsus bütün vergi və
mükəlləfiyyətlərdən azad edilmişdi.
1
Əhməd bəy Cavanşirin qızı Həmidə xanım Tbilisidə Mirzə Cəlil Məmmədquluzadə ilə tanış olmuş və bir azdan
sonra da ona ərə getmişdi. Həmidə xanım 1955-ci il fevralın 8-də Bakı şəhərində vəfat etmişdir.
2
O bağda ki bitirdi həmişə lalə və gül,
Səbəb nə oldu belə xar-zar oldu könül.
B a x: Məhəmmədağa Müctəhidzadə. "Riyazül-aşiqeyn", İstanbul, hicri 1328, səh. 248.
3
"Asari-Əhməd bəy Cavanşir". Tiflis, 1906, səh. 8.
4
F.Köçərli tərəfindən toplanmış Azərbaycan şairlərinin şeir məcmuələri və
tərcümeyi-halları "Azərbaycan ədəbiyyatı
tarixi materialları" başlığı altında dörd
cilddə, müəllifin ölümündən beş il sonra, 1925-ci ildə Azərb. SSR Xalq Maarif
Komissarlığı tərəfindən nəşr edilmişdir.
5 "K ə h r i z l i - Məhəmməd bəyin oğlu Cəfərqulu bəyin xüsusi malikanəsidir. 9 tüstüdən ibarətdir. Vergi və
mükəlləfiyyət vermir". B a x:
Камеральное описание Карабахской провинции, составленное в 1823 г. Могилевским и
полковником Ермоловым. Tiflis, 1866, səh. 40.
168
Mehrəli bəyin nəvəsi və Məhəmməd bəyin oğlu olan Cəfərqulu bəy Qarabağ
xanədanına mənsub bütün imtiyaz və güzəştlərdən istifadə etmək hüququna
malik idi. Əhməd bəyin ikinci babası Mehrəli bəy qarabağlı İbrahim xanın
doğma qardaşı və həm də xanlığa sahib olmaqda onun qorxulu rəqibi idi.
Qarabağ xanlığı uğrunda feodal müharibələrinin təfsilatına keçməzdən əvvəl
İbrahim xanın hansı şəraitdə hakimiyyət başına gəlməsi və onun qardaşı Mehrəli
bəyin vətəndən dərbədər düşməsi haqqında qısa məlumat verək.
Pənah xan Qarabağdan İran hakimi Kərim xan Zəndin (1750-1779) yanına
getməzdən əvvəl Qarabağın idarə olunmasını kiçik oğlu İbrahimxəlil ağaya
tapşırır. Onunla birlikdə şahın tələbi üzrə Şirazda şahın iqamətgahında olarkən
Mehrəli bəyin Qarabağda hakimiyyəti ələ keçirmək istəməsi haqqında bəzi
xəbərlər alır. Mərkəzləşmiş dövlət yaratmağa çalışan Pənah xan ölümündən
sonra xanlığın parçalanmasından ehtiyat edirdi. Buna görə də o, Qarabağ
xanlığını idarə etmək üçün Kərim xan Zənddən, formal da olsa, bir fərman alır.
İbrahimxəlil ağa Kərim xandan aldığı fərmanla
1
Şuşaya gəlmiş, lakin Mehrəli
bəy tərəfindən yaxşı qarşılanmadığı üçün atasını gözləməyi qərara alır.
Pənah xan heç bir vəsiyyət etmədən 1759-cu ilin yayında Şiraz şəhərində
qəflətən vəfat edir. Pənah xanın ölüm xəbərini eşidən hər iki qardaş Qarabağda
hakimiyyət uğrunda qanlı müharibəyə hazırlaşır.
İbrahimxəlil ağa şahın fərmanına əsaslanaraq özünü Qarabağ xanlığının
qanuni varisi hesab edirdi. Mehrəli bəy isə öz yaxın adamlarına arxalanaraq
hakimiyyət başında qalmağı qət etmiş və qonşu xanlıqlarda özünə müttəfiq
axtarmağa başlamışdı. Hər iki qardaş öz başına silahlı dəstələr toplayaraq bir-
birinin tərəfdarlarını qırır, qonşu xanlıqlarla hərbi ittifaqlar bağlayır, öz
məqsədlərinə çatmaq üçün daha güclü feodallarla qohumluq münasibəti
yaradırdılar. Uzun və qanlı çarpışmalardan sonra İbrahimxəlil ağa Dağıstan
hakimi Ümmə xandan güclü kömək alaraq qardaşını sıxışdırır və özünü
Qarabağın xanı elan edir (İbrahimxəlil ağa sonralar Ümmə xanın qızı ilə
evlənmişdir). Bu hadisə 1760-cı ildə olmuşdu. Bu vaxtdan etibarən İbrahimxəlil
ağanın adı rəsmi sənədlərdə "xan" (İbrahim xan) və "Qarabağın hakimi"
2
kimi
çəkilir. Mehrəli bəy isə Qarabağı tərk etməyə və İbrahim xana düşmən
müttəfiqlər axtarmağa məcbur olur. Ölkənin hakimiyyət uğrunda bir-biri ilə
uzun-uzadı qanlı müharibələr aparan müstəqil və yarımmüstəqil xırda feodal
xanlıqlara parçalandığı bir dövrdə belə bir müttəfiqi tapmaq çətin deyildi.
Azərbaycan torpaqlarını birləşdirməyə çalışan qubalı Fətəli xan (1736-1786)
Qarabağlı İbrahim xanı özünün ən qorxulu düşməni hesab edirdi. Öz məqsədinə
çalışan Mehrəli bəy üç dəfə Qarabağ xanlığının mərkəzi olan Şuşaya
1
А.Бакиханов. Гюлистан-Ирам, Baki, 1926, səh. 130.
2 П.Г.Бутков. Материалы для новой истории Кавказа 1722 по 1803 г., II hissə, SPb, 1869, səh. 430.
169
hücum edib Ağdama qədər gələn, lakin heç bir nəticə əldə edə bilməyərək geri
qayıdan Fətəli xanla yaxınlaşmışdı. Mehrəli bəy qubalı Fətəli xanın bütün hərbi
səfərlərində fəal iştirak etmişdi. Buna görə də Fətəli xanın düşmənləri, eyni
zamanda Mehrəli bəyin də düşmənləri hesab olunurdu.
Hələ 1767-ci ildə Şamaxı xanlığının hakimləri Məhəmməd Səid xan və Ağası
xan qardaşları qubah Fətəli xan tərəfindən Şamaxıdan qovulmuşdular. Bundan
bir qədər sonra onlar Şamaxını geri qaytarmaq məqsədi ilə keçmiş düşmənləri
olan şəkili Məhəmmədhəsən xanla ittifaq bağlayırlar. Lakin Fətəli xan onları
ikinci dəfə məğlub edir. Məhəmmədhüseyn xan Nuxada qalır, Ağası xan isə Kür
sahilində Katavən kəndində gizlənir.
Bu hadisədən sonra Məhəmməd Səid xanın oğlanları qarabağlı İbrahim xana
pənah gətirdilər. Lakin feodal ara müharibələri bununla qurtarmadı.
1779-cu ildə Çələbi xanın oğlu Əbdülqədir xan qəflətən Nuxanı işğal edərək
Məhəmmədhüseyn xanı öldürdü. Onun oğlu Məhəmmədhəsən xan isə İbrahim
xanın yanında gizlənməyə məcbur oldu.
1784-cü ildə Fətəli xanla Əbdülqədir xanın Qarabağ xanlığı üzərinə hərbi
səfəri ilə müharibə yenidən qızışdı. Bu zaman İbrahim xanın azad etdiyi
Məhəmmədbəsən Nuxanı işğal edərək, Əbdülqədir xanı və onun yeddi oğlunu
öldürdü. Məhəmmədhəsən xan, Ağası xan və Məhəmməd Səid xan öz aralarında
ittifaq bağlayaraq Fətəli xana qarşı çıxdılar. 1785-ci ildə Fətəli xanın onlarla
apardığı müharibənin qızğın vaxtında Mehrəli bəy Fətəli xanın xüsusi tapşırığını
yerinə yetirmək üçün Bakıdan qayıdarkən yolda şamaxılı Ağası xanın oğlu
Əhməd bəy tərəfindən öldürüldü.
Mehrəli bəyin ölümündən sonra müharibəni onun oğlu Məhəmməd bəy
davam etdirdi. Bu vaxtlar, yəni 1785-ci ildə, təqribən 23 yaşında olan Məhəmməd
bəy haqqında narrativ mənbələr demək olar ki, heç bir məlumat vermir. O öz
uşaqlığını İbrahim xana düşmən münasibət bəsləyən yaxın qohumlarının yanında
keçirmişdir. İbrahim xanın düşmənləri Məhəmməd bəyin şəxsində öz
mənafelərini əks etdirən bir hakimi görürdülər. Buna görə də onlar Məhəmməd
bəydən bərk yapışmışdılar. Lakin o vaxtlar İbrahim xanı hakimiyyətdən salmaq
və onu Məhəmməd bəylə əvəz etmək çox da asan deyildi; buna görə də
müxalifət əlverişli şərait gözləyirdi.
Dəhşətli 1797-ci il yaxınlaşırdı. Ağa Məhəmməd şahın dəstələri Qarabağa
soxulmuşdu. Aclıq və qıtlıq bütün ölkəni bürümüşdü. Talan olunmuş kəndlilər
kütləvi surətdə öz yurdlarını tərk edirdilər. İbrahim xan öz yaxın adamları ilə
Car-Balakənə qaçmışdı. Heç bir müqavimətə rast gəlməyən Ağa Məhəmməd şah
Şuşaya daxil oldu. Lakin o, 8 gün sonra öldürüldü.
Bəzi müəlliflər göstərirlər ki, Ağa Məhəmməd şah Şuşanı alandan sonra
Məhəmməd bəyi, İbrahim xanın qəddar düşməni olduğu üçün, Qarabağa hakim
təyin etmişdi. Mötəbər mənbələr bu ehtimalı təsdiq etmir. P.Q.Butkov göstərir
ki, şah Qacar “Azərbaycan xanlarının
gizli məsləhəti ilə öldürül-
170
müşdür"
1
. Ola bilsin ki, bu sui-qəsdin iştirakçılarından biri də, Əhməd bəy
Cavanşirin dediyi kimi, Məhəmməd bəy olmuşdur. Bu ehtimal həqiqətə daha çox
yaxındır. Belə ki, Məhəmməd bəy xarici işğalçılara qarşı mübarizəyə qalxmış və
hətta şahın kəsilmiş başını əmisi İbrahim xana göndərmişdi. İşğalçılar
qovulduqdan sonra isə o, İbrahim xanın Şuşada olmamasından istifadə edib,
hakimiyyəti ələ keçirmiş və özünü Qarabağın hakimi elan etmişdi. Məhəmməd
bəy hakimiyyəti öz əlində saxlamaq üçün əmisinin tərəfdarlarını məhv etməyə
başladı. Azərbaycanın görkəmli şairi və dövlət xadimi Molla Pənah Vaqif və
onun oğlu da bu niyyətin qurbanı oldu.
Məhəmməd bəy hakimiyyət başında çox qala bilmədi. İbrahim xan Şuşaya
qayıtdıqdan sonra o, Məhəmmədhəsən xana pənah apararaq Şəki xanlığına getdi.
Şəki xanı Məhəmməd bəyi aldadaraq həbs etdi və Şirvan xanı Mustafa xan
Məhəmməd bəydən atasının və qardaşının intiqamını almaq arzusunda idi. 1797-
ci ilin sonunda Məhəmməd bəy Şamaxı yaxınlığında Mustafa xan tərəfindən
öldürüldü.
Məhəmməd bəyin oğlu Cəfərqulu bəy Qarabağ xanlığı tarixində heç bir rol
oynamamışdır. O, özünün xüsusi kəndi olan Kəhrizlidə oturaraq, başqa bəylər
kimi, öz malikanəsini idarə edirdi. Cəfərqulu bəy öz əmisi Əsəd bəyin Zəhra
xanım adlı qızı ilə evlənmiş və bu izdivacdan 1828-ci il martın 2-də Əhməd bəy
anadan olmuşdur.
Əhməd bəy ilk təhsilini Kəhrizli kəndində almış və burada ancaq ana dilini
öyrənmişdi. Məlum olduğu üzrə, Azərbaycanın Rusiya ilə birləşdirilməsindən
sonrakı ilk dövrlərdə maarif sistemində heç bir dəyişiklik olmamışdı. Şəhərlərdə
mədrəsə, kəndlərdə isə mollaxanalar qalmaqda davam edirdi. Əhməd bəy 15
yaşına qədər mollaxanada oxumuşdur.
Bu dövrdə çar hökuməti Azərbaycanda və bütün Zaqafqaziyada bir sıra
islahatlar keçirməyə məcbur oldu. Ölkədə siyasi pərakəndəliyə son qoymaqda
müəyyən rol oynamış olan komendant üsul-idarəsi artıq öz dövrünü keçirmişdi.
XIX əsrin 40-cı illərində verilən inzibati və məhkəmə islahatları,
komendantlıq sisteminin ləğv olunması və nəhayət, Rusiyada hökm sürən qanun-
qaydaların Azərbaycanda tətbiqi yerli feodalların əksəriyyəti arasında narazılığa
səbəb oldu. Bu narazı bəylər və ağalar öz şexsi mənafeləri üçün hətta ölkədə
genişlənməkdə olan kəndli hərəkatından da istifadə etməyə cəhd edirdilər.
Çarizmin yerlərdə ictimai dayağı sarsılmağa başlamışdı. Halbuki bu dövrdə ayrı-
ayrı xalq çıxışlarını boğmaq üçün çar hökumətinə etibarlı ictimai istinad lazım
idi. Ona görə də hökumət yerli feodallara qarşı öz münasibətini dəyişdirməli
oldu. Yerlərdə ictimai istinad yaratmaq üçün yerli bəylərdən və
1
П.Г.Бутков. Материалы для новой истории Кавказа 1722 по 1803 г., II hissə. SPb, 1869, Il hisss, səh. 430.
171
ağalardan etibarlı adamların seçilməsi və istənilən tədbirlərin onların köməyi ilə
həyata keçirilməsi qərara alındı. Bütün bu tədbirlər hakim siniflər üçün qabaqcıl
rus mədəniyyəti ilə tanış olmağa əlverişli şərait yaratdı. Ehtimal ki, Əhməd bəyin
ailəsi də vəziyyəti nəzərə almış və onu rus dilini öyrənmək üçün rus məktəbinə
düzəltməyə məsləhət görmüşdü.
1843-cü ildə qarabağlı Mehdiqulu xanın xahişinə görə, çar I Nikolay Əhməd
bəyi Peterburqa tələb edir və onu dövlət hesabma Pavlov kadet korpusuna qəbul
edir. O vaxtlar Pavlov məktəbinə yalnız dvoryan uşaqlarını qəbul edirdilər.
İzdihamlı Peterburq mühitinə düşən Əhməd bəy Cavanşir rus dilini öyrənməyə
ciddi səy göstərir və məktublarından göründüyü kimi, bu dili mükəmməl surətdə
öyrənə bilir.
1848-ci ildə Əhməd bəy Pavlov korpusunu bitirib Konstantin Nikolayeviç
adına Qusar alayına təyin olunur və 1854-cü ilə qədər hərbi xidmətdə qalır.
1853-cü ildə Krım müharibəsi başlandı. Məlum olduğu kimi, Azərbaycanın
geniş xalq kütlələrinin hüsn-rəğbəti Rusiyanın tərəfində idi. Qasım bəy Zakirin
oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İskəndər bəy könüllü olaraq cəbhəyə
getmişdilər. Qafqaz cəbhəsində rus soldatları ilə çiyin-çiyinə 2000 nəfərə qədər
azərbaycanlı döyüşürdü. Əhməd bəyin olduğu Qusar alayı Sevastopol altında
vuruşurdu. Döyüş meydanında göstərdiyi igidliyə və qoçaqlığa görə Əhməd bəy
ordenlə təltif edilmiş və ona ştabrotmistr rütbəsi verilmişdi. Lakin, Əhməd bəyə
orduda uzun müddət xidmət etmək nəsib olmadı, çünki o, hələ 1850-ci ildə Əli
bəy Sultanovla
1
iştirak etdiyi dueldə qolundan yaralanmış olduğu üçün 1854-cü
ildə tamamilə hərbi qulluqdan getməyə məcbur oldu.
1854-cü ildə Əhməd bəy öz doğma kəndi olan Kəhrizliyə gələrək burada
təsərrüfat işləri ilə məşğul olmağa başlayır. Rus ordusundan istefaya çıxmış və
Peterburq təhsili almış zabit köhnə kənddə yeni qaydalar yaratmaq istəyirdi.
Buna görə də o, xalq arasında "urus Əhməd bəy" ləqəbini almışdı.
XIX əsrin 60-cı illərinin sonunda Əhməd bəy Vərəndə mahalının murovu
vəzifəsinə təyin edilir; bu zaman o, həm də taxıl yerlərini sulamaq üçün Arazdan su
çıxartmaq işi ilə məşğul olurdu. Uzun əziyyətdən sonra Əhməd bəy 8 verst
uzunluğunda bir arx qazdırır və onu Mil düzündəki qədim Gavur arxı ilə
birləşdirir. Azərbaycanı Rusiya sənayesinin xammal mənbəyinə çevirməyə
çalışan çar hökuməti heç bir vəsait sərf etmədən yerlərdə suvarma işlərini
1 Əli bəy İbrahim Sultan oğlu Qarabağın köhnə bəy nəslindəndir. Rus ordusu zabiti olaraq bir çox döyüşlərdə iştirak
etmiş və kornet rütbəsində hərbi xidməti bitirib öz ata mülkü olan Zəngəzur qəzasındakı Bextiyarlı kəndinə qayıtmışdır.
Onun haqqında b a x: 1870-ci il aprelin 23-də Şuşa bəylik komissiyasına verilən ərizə " "О признании рода их в бекском
достоинстве, под фамилией Султанов" Azərbaycan SSR Mərkəzi Dövlət Tarix Arxivi, fond 69, iş 59.
172
yaxşılaşdırmağa və beləliklə də, çoxlu xammal əldə etməyə çalışırdı. Ona görə
də Qafqaz canişinliyi idarəsi hələ XIX əsrin 60-cı illərinin axırlarında Mil
düzündəki suvarma işlərini qaydaya salmaq üçün bir neçə dəfə xüsusi
komissiyalar göndərmişdi. Lakin tərkibində hətta hollandiyalı suvarma
mütəxəssisləri də olan bu komissiyalar heç bir qəti tədbir görə bilmədilər. Çünki
bu layihələrin həyata keçirilməsi "küllü miqdarda xərc tələb edirdi"
1
. Qarabağın
yerli bəyləri də Gavur arxını "...arx və arxın suvardığı bütün torpaqların 99 il
ancaq onların istifadəsində"
2
qalması şərti ilə bərpa etmək istəyirdilər. Lakin
onların da cəhdi heç bir nəticə vermədi. Nəhayət, 1866-cı ildə Əhməd bəy,
Zərgar, Dilağarda, Yağhvənd və Şahsevən camaatının köməyi ilə, cüzi bir
məbləğdə və hökumətlə heç bir formal əlaqə yaratmadan həmin arxı qazdırmağa
başladı və Arazdan çıxarılan suyu məşhur Gavur arxı ilə birləşdirmək kimi çətin
bir məsələni həll etdi
3
.
Sonrakı məktublaşmadan aydın olur ki, hökumət Əhməd bəyin təcrübə və
təşəbbüsünü nəzərə alaraq, göstərilən kanalı yenidən bərpa etmək üçün daha bir
təşəbbüs göstərdi və bu məqsədlə 1879-cu ildə xüsusi bir komissiya Əhməd
bəyin iştirakı ilə Mil düzünü yoxladı. Komissiya Əhməd bəyin və mühəndis
Bexmanın fikri ilə razılaşaraq Gavur arxını bərpa etməyi qərara aldı. Bu
məqsədlə 1881-ci ildə plan layihəsi hazırlandı. Lakin bu layihə kağız üzərində
qaldı.
Suvarma məsələsi ətrafında gedən məktublaşmalar göstərir ki, Əhməd bəy su
təsərrüfatı sahəsində böyük təcrübəyə malik idi. Əhməd bəyin öz mülkündə
qazdırdığı kəhrizlər də suvarma sahəsində çalışan bir çox tədqiqatçıların nəzər-
diqqətini cəlb etmişdi.
1883-cü ildə Əhməd bəyin qonağı olmuş mühəndis Veys fon-Veyssenqof
yazır ki, "Qarabağ mülkədan Əhməd bəy Cavanşir uzun illər boyu apardığı
müşahidələrin nəticələri və qazandığı təcrübə ilə məni tanış edərək, qazdırdığı
kəhrizlərlə ətraflı surətdə tanış olmağa mənə imkan yaratdı"
4
.
XIX əsrin 70-ci illərində Əhməd bəy hakim sinif nümayəndələrindən kimin
həqiqətən bəy silkinə mənsub olduğunu müəyyən etmək məqsədilə yaradılmış
Şuşa bəy komissiyasının tərkibinə daxil olur. Bu komissiyanın fəaliyyəti haqqında
ətraflı surətdə danışmadan, qeyd etmək lazımdır ki, bəy və ağaların əksəriyyəti
vergi və mükəlləfiyyətlərdən azad olmaq üçün saxta sənəd-
1 В.Безменов. О канаве "Гоур-архе" и результатах попытки возобновления
ее местными средствами. "Kavkaz"
qəzeti, 1871-ci il, № 21.
2 Yenə oarada.
3 Yenə orada.
4 Вейс фон-Вейссенгоф. Сведения о состоянии орошения на Кавказе по
1883 г., Tiffis, 1883, seh. 63.
173
lər (xan fərmanları, təliqələr və s.) düzəldərək özlərinin bəy silkinə mənsub
olduqlarını sübut etməyə çalışırdılar. Lakin Əhməd bəy bu saxtakarlığa qarşı
müqavimət göstərirdi ki, bu da komissiya üzvlərinin narazılığına səbəb olurdu.
Ona görə də F.Köçərlinin göstərdiyi kimi, Əhməd bəyin düşmənləri onu həbs
etdirib, bir neçə vaxt həbsxanada saxlatdırdılar
1
.
Əhməd bəy ömrünün son günlərini Kəhrizli kəndində keçirərək tarix və
ədəbiyyata aid kitabları mütaliə edir, müxtəlif əsərlər yazır və tərcümə ilə məşğul
olurdu.
Əhməd bəy 1903-cü il yanvarın 9-da, 75 yaşında ikən vəfat etmiş və öz
vəsiyyətinə görə Kəhrizli kəndində dəfn edilmişdir.
Dostları ilə paylaş: |