III
1797-ci ilin yazında Şuşada Ağa Məhəmməd xanın yenidən saysız-hesabsız
qoşunla şəhərə yaxınlaşması haqqında mənhus bir xəbər alındı. Aclıq və vəba
xəstəliyi üzündən daha şəhərdə davam gətirmək mümkün olmadığına, Rusiyadan
yaxın zamanlarda kömək gözlənilmədiyinə, Türkiyə sultanının yanına göndərilən
elçilərin
1 Xalq içərisində qraf Valerian Zubov belə adlanırdı, çünki, səhv etmiriksə, onun bir ayağı yox idi və bunun yerinə
qızıl suyuna çəkilmiş ağac ayaq taxılmışdı.
2 O zaman biz, qəbirlərdən təzə meyitlərin çıxarılması, yemək üçün əsirlər tutmaq məqsədi ilə hücumlar edilməsi və
nəhayət, bir uşağın sakit edüməsi xatirinə başqa birisinin öldürülməsi haqqında xalq içərisində çoxlu rəvayətlər eşitmişdik.
188
isə yalnız aparılan hədiyyələr müqabilində yeni hədiyyələr gətirib, heç bir kömək
ümidi vermədiklərinə görə, İbrahim xan Şuşanı tərk edərək, öz ailəsi ilə birlikdə
Car-Balakən vilayətinə getdi.
Ağa Məhəmməd xan, bu bakirə qalaya (Şərqdə bütün alınmaz qalalar belə
adlandırılırdı) - Şuşaya döyüşsüz daxil oldu. Qəzəbli xana elə gəlirdi ki, bunlar
hamısı yuxudur: lakin o özünə gəldikdən sonra şadlığının həddi yox idi
1
.
Cəmdək yeyən bir vəhşi öz ovunu parçalamazdan əvvəl, sığallayıb onunla
oynadığı kimi, Ağa Məhəmməd xan da birisinə qiymətli xələtlər bağışlayır,
başqasına xan rütbəsi verirdi. Lakin eyni zamanda zindanlar məhbuslarla
doldurulurdu və görünür ki, şuşalılar bu qanlı faciədən yaxalarını qurtara
bilməyəcəkdilər. Ağa Məhəmməd xanın Şuşaya daxil olmasının yeddinci günü
daha bir nəfər mötəbər məhbusu onun yanına gətirdilər: bu İbrahim xanın keçmiş
yaxın adamı Molla Pənah idi. Bu günün cəlladı dəfələrlə qəzəblənib özündən
çıxdıqdan sonra, onları nə qədər kədərli bir faciə gözləyirdi.
Ağa Məhəmməd xanın yanında baş sərkərdə olan Sadıq xan Şəqaqi də onun
ordusunu lərzəyə salan qohumu Məhəmməd bəyin bu vaxtadək xanın hüzuruna
gəlməməsi üzündən deyəsən, xanın gözündən düşmüşdü. Buna görə də onu
yanına çağırıb deyir:
- Mən öz qisasımı kimdən almalıyam, Sadıq xan, səndən almalı deyiləmmi?
Mənzilində qaldığın Məhəmməd bəyin bacılarına bildir ki, əgər axşama qədər
onların qardaşı mənim hüzuruma gəlməsə, onda ərləri və ya qohumları məndən
gizləndiyi üçün həbsə alınmış bütün qadınlarla birlikdə onları da öz
sərbazlarımın ixtiyarına verəcəyəm...
Ağa Məhəmməd xanın axşam qəbulu. Qəzəbli hökmdarın ayağının tozunu
yalamağa layiq olanların hamısı, həmçinin yeni həbsə
1 Rəvayətə görə, Ağa Məhəmməd xan şəhərə yaxınlaşarkən, əhali Şuşakənd tərəfə, onu qarşılamağa çıxaraq, o zaman
belə hallarda məcburi olan bir mahnını oxuyaraq, axırına bu nəqəratı əlavə etmişdi:
Gəlmişik, gətirmişik bir əjdaha,
Qovmuşuq, itirmişik bir tülkünü.
Bu mahnını biri oxuyur, nəqəratı isə hamı əl çala-çala və oyunçular oynaya-oynaya təkrar edirdilər. Bu hal Ağa
Məhəmməd xana o qədər xoş gəlmişdi ki, özü atdan düşüb camaata qoşulmuşdu (bəzi rəvayətlərə görə, hətta oynamağa
başlamışdı). Lakin güman etmək lazımdır ki, nəqəratın birinci misrasını Ağa Məhəmməd xanın əshabələri, ikinci misrasını
isə şəhər əhli oxuyurmuş.
189
alınanlardan bir neçə nəfəri sarayda divar boyu cərgəyə düzülmüşdülər. Onların
hamısı əyinlərində çuxa, başlarını aşağı dikərək, böyük pəncərəni örtən səra-
pərdənin arxasından İran hökmdarmın görünəcəyini və onun vəziri Mirzə Şəfinin
işarəsini ürək çırpıntısı ilə gözləyirdilər ki, üzü üstə yerə sərilsinlər.
Nəhayət, saray əhlinə məxsus bir xilaskarlıqla baş əyən Mirzə Şəfi dəvə kimi
dizlərini büküb yerə çökür və torpağı öpərək hər gözünü üç dəfə torpağa sürtür.
Hamı onunla bir zamanda bu hərəkəti təkrar edir. Bu zanıan sərapərdənin
arxasından cır bir səs eşidilir:
- Xoş gəlmişsiniz!.. Sadıq xan buradadırmı?
- Bəli, təsəddüqün olum! - deyə o cavab verir.
- Görünür, sən mənim qəzəbimə keçmək istəyirsən! Məgər bu gün səhər sənə
dediklərim yadında deyilmi?..
- Yadımdadır, əlahəzrət! İndicə buraya gələndə mənə xəbər verdilər ki,
Məhəmməd bəy öz nökərləri ilə birlikdə yuxarı qapıdan şəhərə daxil olubdur.
-Yanıma gətirin! - deyə eyni cır səs pərdənin arxasından bağırdı.
Carçılar öz hökmdarlarının əmrini eşidib dərhal Məhəmməd bəyin imarətinə
qədər biri-birindən bir qədər aralı düzülərək, onu o vaxta qədər ucadan
çağırmağa başladılar ki, axırda Məhəmməd bəy gəlib müstəbidin qabağında
dayandı. Ağa Məhəmməd xan artıq öz roluna girməyə başlamışdı. Artıq iki
həftədən çox idi ki, o, yürüşdə və Şuşada, demək olar ki, heç kəsə cəza
verməmişdi. Ona görə də, çoxlu müqəssir toplanmışdı. Yeni gətirilən məhbuslar
haqqında Ağa Məhəmməd xana məlumat verildikdə, o, səra-pərdəni açmağı əmr
etdi və itaətkarlıqla torpağa sərilənlərin qarşısında öz qırışıq və qeyzdən dəhşətə
gəlmiş üzünü göstərib bağırdı:
- Onlardan
beşi çarmıxa keçirilsin, altıncı, Əli Məhəmməd ağa isə İbrahim
xan tərəfindən Türkiyə sultanının yanına elçiliyə getdiyinə görə, onun seyid
nəslindən olması nəzərə alınaraq boğulsun.
Öz peşələrini çox gözəl bilən bir neçə cəllad bu hökmə əsasən onu boğmağa
başladılar. O isə qorxu bilməyən bir şəhid kimi özünü onların ixtiyarına verib
müstəbidə lənətlər yağdırırdı; başqalarının isə əl-qolunu bağlayıb çarmıxların
başına keçirir və dəhşətli mənzərəni tezliklə bitirmək üçün baltanın ardı ilə
çarmıxları altdan yuxarı vururdular. Bu vəhşiliyin bədbəxt qurbanları ah-zar
edirdilər; onların fəryadı, müstəbidin amansız hərəkət və söyüşləri burada
olanları dəhşətə və həyəcana gətirirdi!.. Cəlladlar isə çarmıxlara keçirilib
190
can verən qurbanların çapaladıqlarını gördükdə qana bulaşmamaq üçün ehtiyatla
çarmıxları balta ilə vururdular. Baş cəllad öz həmkarlarından bir qədər aralanıb
müstəbidə dedi ki, əlahəzrət, əmr etməzmisiniz ki, yeddinci cinayətkarı
pələnglərə ataq, çünki daha çarmıx yoxdur və heyvanlar da bu gün heç bir şey
yeməmişlər.
- Bəli! - deyə o cavab verdi, - lakin əvvəlcə onun başı bunlarınkı kimi
bədənindən üzülməlidir, çünki mən sabah cinayətkarların kəllələrindən bu
vaxtadək görünməmiş yüksəklikdə bir minarə qurdurmaq fikrindəyəm ("kəllədən
minarə qoyduracağam").
Bu zaman imarətin qapısından təqribən qırx yaşında, boyu bir sajen, gərdənli,
nisbətən uzun qollu, şıq bəzənmiş, lakin sadə geyimli, sarışın saqqah qıralmış bir
kişi saraya daxil oldu və cəsarətli addımlarla birbaşa Ağa Məhəmməd xana
yaxınlaşıb baş əydi, lakin yerə əyilmədi, sanki elə belə də olmalı idi.
Qorxuya düşən saray adamları kinayə ilə bir-birinə baxdılar. Sadıq xan
Şəqaqi isə yerə sərilib Ağa Məhəmməd xana belə ərz etdi:
- Əlahəzrət! Bu, Məhəmməd bəy Cavanşiridir.
1
- Bəli! Əsil qəhrəman qəssəb
2
Məhəmməddir!.. Mənim bütün ordumda bu
boy-buxunda bir əsgər yoxdur. Doğrudan da onun gözləri gözəl deyildirmi? -
deyə Məhəmməd xan Mirzə Şəfiyə müraciətlə öz sözünü bitirdi.
- Bəli! Elədir, qurbanın olum. Çox gözəldir, - deyə Mirzə Şəfi cavab verdi
və başa düşdü ki, xan bu işarə ilə bu bədbəxtin də gözlərini çıxarmaq istəyir.
- Əlahəzrət!.. Yaxşı igidin adını eşit, özünü görmə...
3
- deyə Məhəmməd bəy
cavab verdi.
- Yox, mən zarafat etmirəm. Ağamın ərvahma and olsun ki, mən bu boy-
buxunda, lakin boyda səndən bir qədər alçaq olan ancaq Lütfəli xan Zəndi
tamyırdım. Yeri gəlmişkən, biz hələlik sabah da danışa bilərik, artıq axşamdır.
Sadıq xan! Məhəmməd bəyi sənə tapşırıram, - deyə xan mızıldandı. Sonra
hamıya müraciətlə qısaca "mürəxxəs!" deyib, özü də yataq otağına çəkildi.
1 Bu tarixi şəxsiyyət haqqında bizim məmləkətin hər yerində çoxlu əfsanə, mahnı və rəvayətlər eşitmək olar. Xalq onu
o qədər sevir ki, başqalarının igidliklərini də onun adına çıxır, buna görə də, biz onun haqqında sonradan ətraflı məlumat
verəcəyik.
2 Bizlərdə "qəssəb" bütün başkəsən qəhrəmanlara verilən addır.
3 Azərbaycan zərb-məsəlidir.
191
Xan oğlu Məhəmmədhəsən ağanın o zaman Ağa Məhəmməd xanın
iqamətgahı olmuş, indi isə az qala dağılmış imarətindən dörddə bir verst aralı
Məhəmməd bəyin atası Mehrəli xanın da indi az qala dağılmış olan bir imarəti
var idi. Sadıq xanla Məhəmməd bəy yanaşı və dinməzcə oraya gedirdilər.
Onların kədərli, lakin məğrur simalarında ruhi əzab izləri aydın görünürdü. Lakin
onlar bunu adamlardan gizlətməyə çalışırdılar. Onlar biri-birilə və yaxın
adamları ilə söhbət edərkən təsəlli verə biləcək heç bir şey düşünə bilmirdilər.
Gecə yarısına qədər belə keçdi. Bu zaman onlara bildirdilər ki, Ağa Məhəmməd
xanın saray adamlarından bir nəfər Sadıq xanı görmək istəyir. Müsahiblər daha
çox həyəcana düşdülər. Ağa Məhəmməd xanın pişxidməti Səfərəli bəy içəri daxil
oldu.
- Əlahəzrətdən mənə nə kimi yeni xəbər gətirmisən, - deyə Sadıq xan onu
salamladı.
- Mən gizli bir tapşırıqla gəlmişəm; əmr edin, Məhəmməd bəydən başqa hamı
otaqdan çıxsın, - deyə o cavab verdi.
Hamı çıxdıqdan sonra, gələn adam ətrafa göz gəzdirib, söhbətə başladı:
- Sadıq xan, bu gün hökmdarımızın qızğın qəzəbinin nəticələrindən hali
olmamış deyilsiniz və onun kimi nəzərdə tutduğunu da, yəqin ki, yaxşı bilirsiniz.
Məhəmməd bəy, siz isə öz bacılarınızı ələ verməməklə, tutaq ki, çox alicənab
hərəkət etdiniz. Lakin, əlbəttə, müstəbidin ən yaxşı qoşunlarını dəfələrlə
qırdığınız üçün sizi nə gözlədiyini bilirsiniz. Şübhəsiz, siz onunla söhbət zamanı
öz xeyrinizə olmayan bəzi şeyləri də başa düşməmiş deyilsiniz.
- Səfərəli bəy! - deyə Sadıq xan qorxu və inamsızlıqla ona etiraz etdi; əqliniz
başınızdadırmı?! Nə üçün belə mənasız sözlər danışırsınız?
- Bəli, Sadıq xan, əqlim başımdadır. Buna görə də mən cəsarət edib bu
həqiqəti sizə söyləyirəm ki, sabah mənim də taleyim sizinki kimi olacaqdır.
- Buyurun, aydın deyin görək nə olmuşdur və şah sizi mənim yanıma nə üçün
göndərmişdir?
- Məni sizin yanınıza şah göndərməmişdir. Həm də buna görə gəlmişəm ki, siz
gedən kimi o, and içdi ki, sabah kəllələrdən iki minarə qurduracaqdır; bunların
birinin üstündə mənim kəlləmlə Məhəmməd bəyin kəlləsi, digərində isə Abbas
bəyin kəlləsi ilə sizinki görünəcəkdir. Onun öz atasının qəbrinə and içdikdən
sonra nə qədər rəhmsiz olduğunu isə, yəqin ki, siz məndən də yaxşı bilirsiniz.
192
- Bunların hamısı ola bilər, - deyə Sadıq xan bir qədər yumşalıb etiraz etdi, -
o nəyə görə sizə belə qəzəblənə bilərdi?
- Sizə nəyə görə qəzəblənibsə, mənə də ona görə qəzəblənib. Məgər siz bizim
müstəbidi tanımırsınız ki, o, qəzəbini böyük bir qəddarlıqla həmişə öz tabelərinin
üzərinə tökür. Sizdən uzaqlaşmağa başladığınıız gündən, o həmişə lütfkarlıq
göstərirdi. Deyəsən, siz özünüz də bizdən tamamilə uzaqlaşmışsınız. Lakin o
həmişə özünə qarşı sui-qəsd hazırlanmasından və guya bizim də onda iştirak
etməmizdən şübhələnir. Mən onun Mirzə Şəfi ilə danışıqlarından bunu
duymuşam. O mənim və Abbas bəyin əvvəllərdə sizə olan sədaqətimizi bildiyinə
və sizin barənizdə bədgüman olduğuna görə, bu dəfə də məhz ona görə bizə irad
tutur ki, biz sarayda olduğumuz halda dərhal onun çağırışına cavab verməmişik.
- And olsun qadir Allaha ki, - deyə Məhəmməd bəy ürəkdən söhbətə girişdi, -
Səfərəli düz deyir, çünki o, kələk işlətmək istəsə idi, bu dil ilə danışa bilməzdi.
Biz öz barəmizdə və yüzlərlə bədbəxt qurbanların barəsində vaxtında
düşünməliyik.
- Mən də inanıram, - deyə Sadıq xan cavab verdi, - lakin biz nə edə bilərik?!
- Sadıq xan, bu sizin işiniz deyildir, - deyə Səfərəli onun sözünü kəsdi. -
Hamımızın xilas olması üçün biz Abbas bəylə birlikdə lazım olan hər şeyi
edərik. Bu, keçmişlərə bənzəməz; o zaman bizim üçün təhlükə yox idi və belə bir
münasib fürsət də ələ düşməzdi. Siz ancaq bizə söz verin ki, rəhm edib bizi onun
tərəfdarlarının əlinə verməyəcəksiniz. Mən sizin yanınıza məhz bunun üçün
gəlmişəm.
- Söz veririk, - deyə Məhəmməd bəy ürəkdən cavab verdi. - Mən öz
nökərlərimlə birlikdə dünyanı bu cəlladdan xilas etmək xatirinə canımdan belə
keçməyə hazıram. Siz ancaq bizə yol göstərin. Əgər bu gün o mənim barəmdə
xoşagəlməz bir söz desə idi, mən heç bir şeyə baxmadan, çuxamın altında
gizlətdiyim xəncərlə onun üstünə atılardım.
- Yox, yox! Biz bununla ancaq vaxtsız həyəcan törədə bilərik. Mən
öyünmədən sizə demişəm və indi də deyirəm ki, ancaq sizin vədinizi eşitmək
istəyirdim. Qalan şeylər barəsində heç narahat olmayın! - deyə Səfərəli cavab
verdi və tələsik çıxıb getdi.
Ağa Məhəmməd xanın pişxidməti öz hökmdarının yataq otağına qayıdana
qədər Şuşanın mənzərəsinə bir nəzər salaq, onu tarixi və topoqrafik cəhətlərdən
təsvir etməyə çalışaq.
193
Dumanlı havada şəhərin hər hansı bir yerindən şimala, şimal-şərqə və şimal-
qərbə nəzər salan adam belə gözəl bir mənzərədən valeh olar: burula-burula
qalxan dumanlar və qara buludlar gah Qarabağ dağlarının
qara zirvələrini və
ağaran Qafqaz dağlarını dövr eyləyərək onların başına dolanır və onlara toxunub
dağılır, gah da bir anlığa onların qabağını örtür. Bu gözəl mənzərə Krım
yarımadasına gəmidən tamaşa etmiş olan bir müşahidəçiyə onun gördüyü
mənzərəni xatırladır. Fırtmalı gündə daim köpüklənib coşan ağ ləpələr sanki
gəmini öz ağuşunda sıxıb əzmək istəyirmiş kimi, gah üfüqü görməyə imkan
vermir, gah da gəmini göylərə qaldırır və Ayıdağ, Çatırdağ və Krım
yarımadasının başqa zirvələri göz önündə canlanır. Şimal-şərq tərəfdəki qayalı
dağlar öz kənar çıxıntı və bürcləri ilə taclı başını qürurla yüksəldən əfsanəvi
nəhəngləri xatırladır.
Cənub-şərq tərəfdən Şuşanı hər iki tərəfdən hündürlüyü 200 sajendən çox və
eni 100 sajenə qədər olan sıldırım qayalı dərə əhatə edir. Ağa Məhəmməd xan ...
Şuşanı tutmaq fikrində olduğu bu dərənin üstündə gözəl bir bürc
1
var idi. Bu
bürc şəhərin o biri tərəfində olan qaya üzərində, ətrafında bir cığır belə olmayan
yuva kimi görünür. Qayanın eninə dağılmış olan hissəsi vaxtilə bu qalaya yol
olduğunu sübut etsə də, bizim şuşalılar iddia edirlər ki, onu devlər
2
və pərilər
tikmiş və burada saysız-hesabsız xəzinə gizlədilmişdir. Buna görə də həmin dərə
Xəzinə qayası adlanır. Həmin bürcdən aşağıda sanki qayaya yapışmış bir qəsr
vardır; oradakı kahadan soyuq bir bulaq axır. Bu qəsr vaxtilə ən qorxulu
zamanlarda əhalinin etibarlı sığınacaq yeri olmuşdur. Dərənin o biri tərəfində,
çayın lap üstündə tövlə xarabalıqları görünür; yuxarıda, qəsrin qarşısında isə
hasara alınmış və indiyədək içərisinə ayaq dəyməmiş bir kaha vardır ki, bu da
Şahnəzər kahası adı ilə məşhurdur. Zənn edildiyinə görə, bu kaha qaya boyu,
şəhərin altından keçən yeraltı yol vasitəsi ilə o biri tayda, yuxarı qapının
aşağısında başqa bir ucsuz-bucaqsız kaha ilə birləşir.
Bəlkə də devlər və pərilər Şuşanın altından bu oyuğu ona görə açmışdır ki, öz
aşnalarına təhlükə üz verəcəyi təqdirdə bu oyuqdan
1 Həmin bürcü bu yaxınlarda macəra və dəfinə axtaranlardan Kərbəlayı Məhəmməd adlı birisi dağıtmışdır; bizim
sualımıza cavab olaraq o həmin bürcdən yastı və uzun mis pullar, insan sümükləri və s. tapdığını demişdir.
2 Dev - insanla şeytan arasında, pəri isə insanla mələk arasında fövqəltəbii bir xəyali varlıqdır.
194
bir ip keçirib, qaya üstündəki bütün şəhəri öz üzərlərinə yıxsınlar və nəhəng
qanadlarını çalıb, bu qiymətli göylərə qalxsınlar. Yaxud əksinə, bu qəniməti
qaldırıb, sonra insanların günahları üzündən Sodam (27) və Homarra (28) kimi
fəzadan yerə atsınlar...
Cənub tərəfdən, Kirs dağından Şuşaya bir nəzər saldıqda ətəklərində bu
şəhərin yerləşdiyi alınmaz qaya ilə şəhərin yarımdairəvi görünüşü duman
arasından, içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı
xatırladır... Əbəs deyildir ki, Ağa Məhəmməd xan İbrahim xanla söyüşərkən ona
belə demişdi: Filan-filan şüdə! Sən qazanın içində əyləşib, onun dəstəsini əlində
tutmusan və elə xəyal edirsən ki, guya mənimlə çəkişirsən?! Mərhəba sənə!
Hünərin varsa, çıx meydana!..
Oxucu, indi də baxaq görək, qəzəbli müstəbidin pişxidməti qazanda nə
qaynatmışdır. Səfərəli tələsik Abbas bəyin yanına qayıdıb onunla pıçıldaşdıqdan
sonra hər ikisi Ağa Məhəmməd xanın yataq otağının qapısında gizlənirlər. Onlar
qapı dalından onun qarışıq və dəhşətli sözlərini eşidirlər. Abbas bəy öz
yoldaşının qulağına pıçıldayıb deyir ki, o, yuxuda sayıqlayır. Sən gedəndən sonra
mən bir neçə dəfə bu sözləri eşitmişəm.
Nəhayət, qatillər Allahı və bütün müqəddəsləri köməyə çağırıb sıyırma
qılıncla Ağa Məhəmməd xanın yataq otağına soxulur və zəif gecə çırağı işığında
onun üzərinə atılırlar. Ağa Məhəmməd xan çətinliklə: - Məlunlar!.. Nə
edirsiniz!.. Siz İranı viran eləyirsiniz!.. - deyə tələsik öz toppuzunu qatillərə tərəf
atır. Lakin artıq gec idi; qatillər onu sinəsindən vurub, başını kəsirlər (29). Onlar
diqqətlə ətrafı dinləyirlər... Hər tərəf sükut içərisindədir... Tələsik onun almaz
bilərziklərini (Kuhi-nur
1
və Dəriyayi-nur
2
) qolundan açıb, qəsdin nəticəsini
gözləyərək yata bilməyən həmfikirlərinin yanına qayıdırlar. Sadıq xanla
Məhəmməd bəy qorxu və həyəcan içərisində idilər. Gah pəncərədən dəhşətli
hadisənin baş verməli olduğu saray tərəfə qulaq asır, gah da müxtəlif bəhanələrlə
həyətə çıxıb öz inanılmış adamlarından xəbər tuturdular.
Qapı döyülür...
- Kimdir?
1 Kuhi-nur - nur dağı
2 Dəryayi-nur - nur dənizi
195
- Bizik. Bizik!.. Açın!..
Budur, Ağa Məhəmməd xanın qatilləri qana boyanmış halda, qətlin sübutu
olaraq gətirdikləri qiymətli şeylərlə içəri daxil olub deyirlər:
- İndi rahat ola bilərsiniz!..
- Biz qəti bir iş görməyə cəsarət etməzdən əvvəl, - deyə Sadıq xan sözə
başlayır, - məlunun ölümünü yəqin etməliyik.
- Olar, - deyə Səfərəli söhbətə qarışır və dərhal onlar tələsik çıxıb gedirlər.
...Sadıq xan öz inamsızlığı üzündən itaətlə qəddini bükərək şahın yataq
otağının qapısını bir qədər aralayıb, ehtiyatla içəri daxil olur. Səfərəli də cəld
otağa girib, Ağa Məhəmməd xanın başını ayağı ilə itələyərək döşəməyə atır və
yorğanı qaldırıb hələ soyumamış yaraları onlara göstərir... Səhər hər ikisi çıxıb
gedir.
Carçılar, Ağa Məhəmməd xanın adından bütün şəhərdə Şəqaqi qoşununu
çağırıb deyirlər ki, bir mühüm hadisə üzündən şah onları İrana göndərir. Sadıq
xan isə bu zaman təklikdə Məhəmməd bəyə deyir:
- Əgər sübh açılanda bu faciəli xəbər hər tərəfə yayılarsa, mən burada Ağa
Məhəmməd xanın adamları ilə üz-üzə gələ bilmərəm və vaxtında da paytaxta
gedib çata bilmərəm; halbuki indi bütün əyalətlərin əmanətinin toplanmış olduğu
paytaxtı tutmaq son dərəcə vacibdir. Buna görə də mən hamıdan əvvəl Tehranda
bütün hakimiyyəti ələ keçirməliyəm, siz isə öz igidləriniz və dəhşət doğuran
adınızla bu dağınıq qoşunun öhdəsindən çox asanlıqla gələ bilərsiniz.
Sadıq xanla Məhəmməd bəy belə ayrıldılar. Sadıq xan İran taxtına sahib
olmaq üçün tələsik Tehrana yola düşdü; Məhəmməd bəy isə müxtəlif bəhanələrlə
öz tərəfdarlarını başına toplayıb səhərin açılmasını gözləyirdi.
IV
Gecə Məhəmməd bəy lazımi sərəncamlar verdi. Öz tərəfdarlarını dəstələrə
bölüb, bəzilərinə İran qoşunlarının sərkərdələrini həbsə almağı, başqalarına
məhbusları azad etməyi, üçüncülərə ümumi əməliyyat baş tutmadığı təqdirdə ən
yaxşı mövqeləri ələ keçirməyi
196
tapşırdı. Özü isə əsas qüvvələrlə Ağa Məhəmməd xanın qərargahına getməyi
qərara aldı. Səhər açılan kimi qəflətən yaxalanıb qorxu və dəhşət içərisində qalan
iranlılar hər yerdə əzilib sıxışdırıldılar. Məhəmməd bəy inadlı bir vuruşmadan
sonra Ağa Məhəmməd xanın qərargahını ələ keçirib, oradan külli miqdarda
sərvət tapdı. Sonra Məhəmməd bəy xəzinəni və şahın bütün sərvətini öz
imarətinə gətirib, ertəsi gün iranlıları Araza qədər təqib etdi.
Fəlakət o zaman azadlığa buraxılmış və canlı təəssürat altında olub, öz
gələcəyi üçün kədərlənən Molla Pənahın dostu Vidadi təxəllüslü Molla Vəliyə
yazdığı bir məktubda çox gözəl təsvir edilmişdir. Bizim hələ indi də məşhur olan
xalq şairlərindən biri üçün xarakterik olan bu şeri bütünlüklə veririk:
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax!
Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə,
Hökmü adil padişahi-qadirü qəhharə bax!
Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq,
Gecəki iqbalı gör, gündüzdəki idbarə bax!
Taci-zərdən ta ki, ayrıldı dimaği-pürqürur,
Payimal oldu təpiklərdə1 səri-sərdarə bax!
Mən fəqirə əmr qılmışdı siyasət etməyə,
Saxlayan məzlumu zalimdən o dəm qəffarə bax!
Qurtaran əndişədən ahəngəri-biçarəni,
Şah üçün ol midbəri-təbdil olan mismarə bax!
İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda,
Ta həyatın var ikən nə şahə, nə xunxarə bax!
Baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,
Nə qıza, nə oğula, nə dusta, nə yarə bax!
Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə,
Üz çevir əli-əbayə, Əhmədi-Muxtarə bax!
1 Rəvayətə və canlı şahidlərin dediyinə görə, Ağa Məhəmməd xanın başsız bədənini və kəsilmiş başını şəhərin
küçələrində gəzdirdilər. Döyüşlərdə həlak olmuş əsgərlərin hiddətə gəlmiş dul arvadları və yetim uşaqları nəşi və başı ayaq
altına salıb təpikləyirdilər.
197
Məhəmməd bəy Qarabağ xanlığını idarə etməyə başladığı zaman hansı
tədbirin daha əlverişli olması barəsində tərəddüd edirdi. Bir tərəfdən Sadıq xan
çoxlu qoşun toplayaraq son zamanlarda Qarabağdan ayrılmış olan qonşu
xanlıqları özünə tabe etməyi ona məsləhət görür və öz fəaliyyətində
müvəffəqiyyət qazana bilsə, onu Azərbaycan valisi təyin edəcəyinə söz verirdi.
Digər tərəfdən, gəncəli Cavad xan onunla qohum olmağı təklif edərək, İbrahim
xanı bütün ailəsi ilə birlikdə qırmaq üçün çoxlu hədiyyə göndərməsini xahiş
edirdi, çünki tbrahim xanın olduğu Car-Balakən vilayətinin kətxudaları onun
qardaşı Talıbxan bəyi və başqalarını öldürmüş və onun xahişini həvəslə yerinə
yetirməyə hazırdılar. Bundan əlavə, Şuşanın bir çox adlı-sanlı bəyləri və
sakinləri, o zamankı adətə görə, İbrahim xanın Qarabağda qalan oğullarını bütün
mötəbər adamların əli ilə öldürməyi ona təklif edirdilər ki, hamı istər-istəməz
onun xeyrinə hərəkət etsin. Həm də onlar bunu əsas tuturdular ki, xalqı hədsiz
tələbləri ilə taqətdən salan İbrahim xan öz dövrünü keçirmişdir, yollar ayrıcında
olan bir məmləkəti idarə etmək üçün daha bacarıqlı bir hakim lazım idi.
Sadıq xanın Ağa Məhəmməd xanın qardaşı oğlu Fətəli xanla döyüşdə məğlub
olması və Fətəli xanın İran taxt-tacına sahib olması xəbəri alındıqdan sonra
Məhəmməd bəy bu təklifiərə cavab olaraq elan etdi ki, gec-tez güclü qonşu
dövlətlərdən birinə tabe olması lazım gələn bu məmləkətdə xanlıq etibarsız
olduğundan, o heç bir zaman özünün 70 yaşlı əmisini və əmisi oğlanlarını
öldürməyə və ya ölkədən qovmağa razı olmaz, çünki bütün dünyanın
hökmranlığını belə ona versələr, bu rüsvayçılığı yumaq olmaz. O, eyni zamanda
öz əmisinin yanına hədiyyə və sursatla birlikdə elçilər göndərib, ona heç bir
şayiəyə inanmamağı və öz xanlığına qayıtmağı təklif etdi. Lakin Məhəmməd
bəyin həsədini çəkən saray adamlarının təsiri altında olan xan bunların heç birinə
inanmırdı və Fətəli şahın vədini almadan Qarabağa qayıtmağa qorxurdu. Payızda
şahın belə bir əmri alındı ki, İbrahim xan öz xanlığına qayıtsın, Ağa Məhəmməd
xanın nəşini və onun ölümündə müqəssir olan Məhəmməd bəyi və pişxidmət
Səfərəlini
1
onun yanına göndərsin. Bu zaman İbrahim xan əvvəlcə Məhəmməd
bəyin yeznəsi olan oğlu Mehdiqulu
1 O biri qatil Abbas bəy Sadıq xanla birlikdə getmişdi.
198
xanı Qarabağa göndərdi ki, Məhəmməd bəyi və yerli əhalini onu qarşılamağa
hazırlaşdırsın, özü isə muzdla tutulmuş böyük bir ləzgi dəstəsi ilə yola düşdü.
Öz əmisindən əsla bədgüman olmayan Məhəmməd bəy əvvəlcə xanın böyük
oğlu Məhəmmədhəsən ağa ilə görüşüb, xanı qarşılamağa getdi və onu şəhərə
qədər müşayiət etdi, ertəsi gün isə ona şahın xəzinəsindən qiymətli hədiyyələr
göndərdi.
Eyni zamanda, xanın yanında onun böyük oğlanları və saray bəyləri
məşvərətə toplaşıb, məmləkətin gələcək ehtiyacları haqqında belə bir qərar qəbul
etdilər:
- Allaha şükür, biz bu qədər sərgərdan gəlib çatdıq, - deyə xanın böyük oğlu
Məhəmmədhəsən ağa sözə başladı. - Xoşbəxtlikdən Məhəmməd bəyin bəd
niyyətləri haqqındakı bütün şayiələr boşa çıxdı; indi biz qəddar düşmənimiz olan
Ağa Məhəmməd xanı öldürdüyünə, bizim sərgərdanlığımıza son qoyduğuna görə
Məhəmməd bəyə borcluyuq. Odur ki, biz onun dəfələrlə öz yaxın adamları vasi-
təsi ilə məndən etdiyi xahişi nəzərə alaraq, onunla yeni qohumluq əlaqəsi
yaratmalı və igid sərkərdə olduğuna görə onu öz əlimizdə saxlamalıyıq.
- Əksinə, - deyə xanın qohumu Mirzəli bəy etiraz etdi, - əgər onun köhnə
dostu və qohumu Şəqaqi xan İran taxtına əyləşsə idi, onun niyyəti ləzgiləri ələ
almaq, bizim hamımızı qırmaq, yaxud biz buraya qayıdarkən yolumuzu kəsmək
idi. Bundan əlavə, Fətəli şah hər necə olsa, onun ələ verilməsini tələb etdiyi
halda siz nə edə bilərsiniz?
- O, heç də ləzgiləri ələ almaq fikrində olmamışdır. Bu, Cavad xanın fitnəsi
idi; o buna razı olmamışdı, - deyə Məhəmmədhəsən ağa etiraz etdi. - Bunların
hamısını mən Cavad xanın saray adamlarından biri olan öz qohumumdan öyrənib
bilmişəm. Sadıq xanın işi baş tutduğu təqdirdə ... onu bu barədə ittiham etmək
üçün əsas yoxdur, çünki heç kəsə özünün səlamətliyi və yüksəlməsi haqqında
düşünməyi qadağan etmək olmaz. İkincisi də, Sadıq xan heç zaman o dərəcədə
təkəbbürlü olmamışdır ki, öz böyük qohumlarına ehtiram göstərməsin; biz
onunla əl-ələ verib, bütün Zaqafqaziya ölkəsini özümüzə tabe edə bilərik.
- Bunların hamısı ehtimaldır, - deyə xan özü sözə başladı. - Lakin əslində
qaçarkən öldürülən Əbdülsəməd bəyin əvəzində başqa bir nəfərin əmanət
göndərilməsi üstündə və ruslara ümid bağladığı-
199
mıza görə, biz imkan verdik ki, camaatımızı qırsınlar, yurdumuzu yandırıb külə
döndərsinlər. Əgər biz Məhəmməd bəyi və onun yanında olan Ağa Məhəmməd
xanın qatilini ələ verməsək, kimə arxalana bilərik, kimdən kömək gözləyə
bilərik.
- Belə bir münasib fürsət var ikən Məhəmməd bəyi başdan etməyin bizim
gələcəyimiz üçün böyük siyasi əhəmiyyəti vardır, - deyə həmin Mirzəli bəy
təsdiq etdi. - Onun atası daima sizinlə mübarizə edirdi; özü isə anasının sizə ərə
getməsinə razı olmayıb onu öldürdü. Həmçinin sizə ən sədaqətli olan saray
adamı Molla Pənahı da öldürdü; indi isə ölkəni beş ay idarə etdikdən sonra bu
qədər təkəbbürlü və sərvətli olduğu halda, onun gələcəkdə dinc oturacağına kim
zamin ola bilər?
- Onun atasının mübarizə aparmasının səbəbləri var idi, - deyə yenə
Məhəmmədhəsən ağa etiraz etməyə başladı. - Cavanlığında hiddətlənərək öz
anasını öldürmüşsə də, atasının qatilini öldürməklə onun az qala bütün ailəsini
qırmaqla və bir çox başqa igidlikləri ilə bunun əvəzini çıxmışdır. O, Ağa
Məhəmməd xanın öldürülməsinə kömək etmiş, Qacar qoşunlarını ölkədən
qovmuşdur. Bunların isə bizim üçün böyük əhəmiyyəti vardır
1
.
- Elə bəla da burasındadır ki, onun son igidlikləri indi başımıza əngəl
olubdur, - deyə xan onun sözünü kəsdi. - Əvvəllərdə dediyim kimi, iki şeydən
biri olmalıdır: ya onu ələ verməliyəm, ya da öz irsi xanlığımdan əl çəkməliyəm.
1 Yuxarıda izah edildiyi kimi, Məhəmməd bəy öz anasını öldürdükdən sonra uzun müddət vətənindən didərgin
düşmüşdü; yalnız atasını öldürənlərdən intiqam aldıqdan sonra öz qohumları ilə barışa bilmişdir. Onun necə həyat sürməsi
haqqındakı rəvayətlərdən asanlıqla görmək olar ki, Məhəmməd bəy basqınlardan və öz vətəninin sərhədlərini qorumaqdan
çox az hallarda boş vaxt tapırdı. Bu işlərdən asudə olduğu zamanlar isə musiqi çaldırıb iki toppuzla idman edir və cıdıra
çıxırdı. Tariximizin həmin cəngavərlik dövründə atəşsaçan silah hələ indiki qədər təkmilləşdirilməmişdi; buna görə də
Məhəmməd bəy və onun nökərləri çövşən geyərdilər. O zamanlar qol gücü və igidlik hər şeydən üstün idi. Buna görə də o
həmin üstünlükləri olanlara qarşı səxavətli və mehriban idi. Odur ki, ətraf yerlərdən bütün seçmə adamlar dəstə-dəstə onun
yanına axışırdılar. Gürcüstandan başlamış ta İranın daxili əyalətlərinə qədər, Xəzər dənizindən başlamış Türkiyə
imperiyasının sərhədinə qədər geniş bir sahədə çoxlu tanışları oduğuna görə, Məhəmməd bəy həmişə öz igidləri ilə bu yerləri
gəzib çox zaman bütün bir əyalətdən bac-xərac alır və bu yerin əhalisini itaətə gətirir, bəzən də özünü xan elan edən birini öz
tərəfdarları ilə birlikdə təqib edirdi. Vaxtilə az qala bütün Zaqafqaziyada və Azərbaycan valiliyində hökmdar olması üçün
İbrahim xan onun igidliyinə borclu idi. ->
200
- Xan, siz kimi ələ verirsiniz? Məgər onun atasının qürbətdə öldürülməsi
vicdanımıza ağır yük deyildirmi? Mənim fikrimcə, əgər yenidən qacarlarla üz-
üzə gələrkən öz qüvvələrimizə, habelə deyildiyinə görə, külli miqdarda
Gürcüstana gedən rusların köməyinə bel bağlaya bilməriksə, Məhəmməd bəyə
qarşı yaranmış təhlükəni ona bildirmək daha yaxşıdır ki, o, vaxtında çıxıb bir
yana gedə bilsin.
- Bunların hamısı doğrudur, - deyə xanın qohumu Feyzi bəy cavab verdi. -
Lakin unutmayın ki, su meymunun boğazına çıxanda balasını ayağının altına
qoyar.
1
—> Deyilənləri təsdiq etmək üçün onun igidliklərindən daha bir misal gətirək: İbrahim xan qaradağlı Mustafa xanın
Qarabağ üzərinə hücum etməsindən xəbər tutub, Naxçıvanın mühasirəsindən əl çəkir və geri çəkilməyə hazırlaşır. Lakin
Kalbalı xan onun köməyinə gələn müttəfiqlərdən xoylu Cəfərqulu xan, balbaşlı Məhəmməd Şərif Sultan və başqaları ilə
birlikdə qarabağlılar üzərinə süvariləri geri çəkilməyə məcbur edir, piyada qoşunu əzir və düşərgəyə soxulurlar. Məhəmməd
bəy az miqdarda nökərlərlə onların qarşısına çıxır və düşmənlərin hücumunu dayandırır, təkbətək vuruşmada Məhəmməd
Şərif Sultanı öldürür və axşama qədər vuruşmanı davam etdirib, ara-sıra müvəffəqiyyət qazanaraq, nəhayət, onları geri
çəkilməyə məcbur edir. Gecə İbrahim xan da geri çəkilir. Məhəmməd bəy isə bir neçə nəfər nökərdən ibarət kiçik bir dəstə
ilə 100 verstdən çox at çapıb, ertəsi gün axşamçağı Araz çayı sahilində hücumdan qayıdan qaradağlıların yolunu kəsir,
onların bütün talayıb gətirdikləri qəniməti, əsirləri, Mustafa xanın öz xüsusi yüklərini əllərindən alır və təkbətək vuruşmada
başçılarından biri olan Səfərqulu bəyi öldürür, onun ardınca meydanda qardaşı Məhəmməd Vəli Sultanı yaralayıb əsir tutur.
Müasiri olan üçoğlanlı Əlibəy müəllifə söyləmişdir ki, ertəsi gün Məhəmməd bəy Sultandan: Tüfəngin belə yaxşı tuşlandığı
halda bəs nə üçün atmadı" - deyə soruşduqda, Sultan cavab vermişdi ki, onunla üz-üzə gəldikdə güllə atmasa da, öləcəyini
yəqin etdiyi üçün tüfəng tamamilə yadından çıxmışdı.
Ağa Məhəmməd xanın birinci hücumu zamanı Araz çayının yuxanlarında ona qarşı Məhəmməd bəyin başçılığı ilə
3000 nəfərlik süvari dəstə çıxarılmışdı. Məhəmməd bəy xəbər tutur ki, Ağa Məhəmməd xan Araz çayının aşağılarından
keçib, Hindarx kəndinin yaxınlığındakı düzənlikdə düşərgə salmışdır, xanın ərzaq daşıyan arabaçıları isə Kəhrizli kəndinə
hücum edib yandırmışlar və s. O dəstədən 300 nəfər yaxşı qaçan atı olan süvari intiqam almağa gedir. Axşamüstü onlar
yəhərlərinə bir şələ ot bağlayaraq özlərini ərzaq arabaçısı kimi göstərdikləri üçün heç kəs onları tanımır. Dəstə düşərgəyə
çatıb otu bir tərəfə atır və heyrət içərisində qalan düşmənə hücum edir. Onlar uzun müddət müvəffəqiyyətlə vuruşur və
yalnız iranlılar böyük dəstələr halında birləşdikdən sonra geri çəkilməyə başlayırlar. Doyran kəndi yaxınlığında Məhəmməd
bəyin atı çuxura düşür, atı güc-bəla ilə çuxurdan çıxardır. Qaş qaralanda onlar Ərki düzündə töləyə salınmış düşmən üzərinə
atılaraq onları tamamilə qırırlar.
1 Azərbaycan zərb-məsəlidir. Bizim adətlərlə tanış olan kəsə məlumdur ki, hüquqşünaslar üçün qanun maddələrinin nə
qədər əhəmiyyəti varsa, zərb-məsəllərin də bizim üçün o qədər əhəmiyyəti vardır.
201
- Bəli, bəli, Feyzi bəy düz deyir, - deyə əksəriyyət qərara aldı ki, başımıza
yenidən böyük bir bəla açmaqdansa, bir nəfəri ələ vermək daha yaxşıdır.
Məhəmməd bəy xanın yanına gələrkən onu tutmaq üçün 9 nəfər ən güclü
əsgər ayırıb, dərhal onun dalınca adam göndərdilər.
Məhəmməd bəy gəlir. Məhəmmədhəsən ağanın göstərişi ilə qaradəmirçili
Əmiraslan bəy onu bu təhlükədən xəbərdar edirsə də, o, dayanmayaraq,
nökərlərini həyətdə qoyub, qardaşı Xankişi bəylə birlikdə xanın yanına gəlir.
Vicdan əzabı çəkdiyinə, yoxsa başqa səbəblərə görəmi onu xan əvvəlcə
fikirləşdiyi kimi, həbsə almaq haqqında əmr verməyə cəsarət etmir, hətta
Məhəmməd bəyin ədəb dairəsindən çıxıb ona qəbahət göstərməsinə də fikir
vermir.
Peşman olmuş xan Məhəmməd bəy getdikdən sonra:
- Nə olur olsun, mən heç bir zaman öz igid qardaşım oğlunu ələ verməyə
razı olmaram. Lakin indi bəla bundadır ki, əgər o bizim niyyətimizdən xəbər
tutubsa, onu heç bir vəchlə inandırmaq mümkün olmayacaqdır. Məhəmmədhəsən
ağa, sizə tapşırıram, hər necə olsa, tez onun yanına gedib, bu təhlükə barədə onu
xəbərdar edəsən və mənim həmişə ona rəğbət bəslədiyimə Məhəmməd bəyi
inandırıb, öz təhlükəsizliyi xatirinə müvəqqəti olaraq uzaq bir yerə getməsini ona
məsləhət görəsən.
Lakin artıq gec idi. Məhəmməd bəy, xan çıxan kimi dərhal Şuşadan yola
düşmüşdü. Hətta Məhəmmədhəsən ağanın şəhərin 40 verstliyində olan Tuğ
kəndinə gəlib, xeyirxahlıq göstərməsi də inandırıcı nəticə vermədi. O hər şeydə
bir tələ görür.
Məhəmməd bəy oradan Tərtər çayı sahilindəki Kələntərli malikanəsinə yola
düşdü. Beləliklə, vəziyyətinin ağırlığı onun hərəkətlərinə də təsir göstərdi:
Məhəmmədhəsən ağanın məsləhəti ilə, İranla ədavət edən Gürcüstana və ya heç
olmasa Rusiyaya gedib Qarabağ xanlığının Rusiya təbəəliyinə qəbul edilməsinə
kömək etmək əvəzinə, o özünün döyüş meydanındakı keçmiş rəqibi nuxah Kor
Məhəmmədhəsən xanın fitnəkar sözlərinə inandı. Kor Məhəmmədhəsən xan and
içib, onun yaxın adamlarını inandırdı ki, öz qızını Məhəmməd bəyə ərə verəcək
və xanlığın idarə olunmasını da ona tapşıracaqdır, çünki kor olduğuna
düşmənləri hər tərəfdən onun üzərinə qalxmışlar.
202
Bu kələk baş tutdu. Məhəmməd bəy Kür çayını keçib, Məhəmmədhəsən xan
tərəfindən qəbul edildi. Lakin Məhəmməd bəyin gəlişinin altıncı günü, toya
hazırlıq zamanı xanın əmri ilə onu xaincəsinə həbsə alıb, bütün sərvətini ələ
keçirdilər
1
.
Sonra onu qandallayıb güclü keşikçi dəstəsi ilə qan düşməni şirvanlı Mustafa
xanın yanına göndərdilər. Mustafa xan isə Məhəmməd bəy tərəfindən
öldürülmüş atasının, qardaşlarının və başqa qohum-əqrəbasından intiqamını
alaraq onu şərəfsizcəsinə öldürdü
2
.
Dostları ilə paylaş: |