Aristokratik təfəkkür şəhər mədəniyyəti tərəfindən arxa plana sıxışdırılmış mifologiyanın Tale ideyasını yenidən həyata qaytarır.
Cəngavərin bir qəhrəman olaraq sosial orqanizmdə oynadığı rol bioloji orqanizmdə leykositlərin, daha geniş mənada ürəyin oynadığı rola bənzəyir. Qəhrəman da leykosit kimi fərdi azadlığa malik olmayıb, mənsub olduğu sosial orqanizmin, cəmiyyətin iradəsini, arzu və ideallarını öz fərdi iradəsindən, fərdi arzularından və fərdi ideallarından imtina etməklə həyata keçirir.
Deməli ki, dövlət həmişə qəhrəmanlıq psixologiyasının daşıyıcısı olam cəngavər mədəniyyəti üzərində qərar tutur. Qəhrəmanları olmayan xalqın həqiqi müstəqilliyi yoxdur, müstəqilliyi de-yure olduğu halda belə de-fakto deyildir, başqa sözlə, formaldır, həqiqi deyildir.
Zadəgan ruhunda daşınan ilahi zəka özünün ilkin ifadəsini ləyaqət hissində tapır. Ləyaqət lap başlanğıcdan aristokratik hissdir. Ləyaqət özünün böyük və həqiqi mənasında insanın təbii təyinatı ideyasına istinad edir və cəmiyyətdə hər bir kəsin öz təbii təyinatına uyğun mövqeni tutması üçün əzmkarlığı ifadə edir. Həqiqi dövlət insanların təbii təyinatını gerçəkləşdirə bilən və gerçəkləşdirən dövlətdir. Həqiqi dövlət Dünya Nizamının sosial olaraq gerçəkləşməsidir.
Əgər icmaçı Tanrıdan ədalət umursa, zadəgan dünyanı ədalətli etməyi özünə borc bilir. Əgər icmaçı Tanrı tərəfindən yaradıldığını qəbul edirsə, zadəgan dünyanın ilahi mahiyyətindən törədiyinə, ilahi mənşəli olduğuna inanır. Əgər icmaçı özünü Tanrının bəndəsi kimi qavrayırsa, zadəgan özündə dünyanın ilahi mahiyyətinin gerçəkləşdiricisini görür.
Zadəgan ilahi ruhun ona əcdadları vasitəsilə verildiyini qəbul etdiyindən əcdadlar qarşısında ehtiram və əcdad kultu zadəgan təfəkkürünün mühüm elementlərindən birini təşkil edir.
Bu baxımdan dünyaya zadəgan münasibəti dünyaya məsələn darvinist münasibətə qarşı qoyula bilər. Darvin mühitə ən yaxşı uyğunlaşanların həyat uğrunda mübarizədə qalib çıxacaqlarını söyləyirdi. Əslində isə, insanın mühitə uyğunlaşması artıq onun mənəvi ölümünün tərkib hissəsidir. Həyat uğrunda mübarizədən insanın qalib çıxması - onun mühitə uyğunlaşması demək deyildir, əksinə mühitin insani ideallara uyğunlaşması deməkdir, mühiti ideala uyğun bir şəkildə qurmaq deməkdir, insanın öz ideallarını gerçəkləşdirməsi deməkdir.
Zadəgan o adam deyildir ki, sosial iyerarxiyanın yüksək pilləsindədir, daha böyük mülkiyyət sahibidir. Zadəgan o adamdır ki, ürəyinin haqq səsinə, ədalət çağırışına sədaqətlidir. Zadəgan xislətinin ən aşkar ifadəsi nəcib və gözəl simadır. Rəiyyət o kəs deyildir ki, sosial iyerarxiyanın yüksək pilləsində deyildir, daha az mülkiyyət sahibidir. Rəiyyət o kəsdir ki, ürəyinin haqq səsinə biganədir, faydalanmaq xatirinə ürəyi üzərində zorakılıq edir. Rəiyyət xislətinin ən aşkar ifadəsi isə rəzil və eybəcər sifətdir.
Eybəcər cəmiyyət ədalətsizliyin, zülmün, azğınlığın caynağına verilmiş cəmiyyətdir.
MAHİYYƏTİN GERÇƏKLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN
İRADƏNİN İLKİN SİYASİ TƏCƏSSÜMÜ:
HİMAYƏ DÖVLƏTİ
Dövlәt nә һakimiyyәtin, nә dә һakimiyyәt orqanlarının meydana gәlmәsi ilә yaranmamışdır. Dövlәt һakimiyyәtdәn vә hakimiyyәt orqanlarından daһa görkәmli, daһa әzәli vә daһa әzәmәtli bir һadisәdir. Dövlәtin һakimiyyәt vә һakimiyyәt orqanları formasını alması isə onun praqmatiklәşmәsinin mәһsuludur. Xalis dövlәt aristokratik tәfәkkürün, һakimiyyәt dövlәti isә praqmatik tәfәkkürün nailiyyәtidir.
Aristokratik konsepsiya dövlәtin һimayә sistemi formasında, praqmatik konsepsiya isә һakimiyyәt sistemi formasında meydana çıxmasını iddia edir. Marksizmin dövlәt nәzәriyyәsi praqmatik konsepsiyanın әn bariz nümunәlәrindәn biridir. Marksizm, ancaq һakimiyyәt forması almış dövlәti tanıdığından, dövlәtin meydana çıxmasını marksizm nöqteyi-nəzərindən dövlәt һakimiyyәtindən daһa öncə mövcud olan iqtisadi һakimiyyәtlә, bir sinfin digәr sinif üzәrindә mülkiyyәt һakimiyyәti ilә bağlayır. Maraqlıdır ki, praqmatizmә ruһәn yad olan anarxizm dә, dövlәti ümumiyyәtlә һakimiyyәtlә eynilәşdirdiyi üçün dövlәtin ümumi tәbiәtinin anlaşılmasında praqmatik konsepsiya mövqeyindә durur. Lakin, anarxizm dövlәtin (anarxizm nöqteyi-nəzərindən, deməli həm də dövlәt һakimiyyәtin) meydana çıxmasını azadlığın boğulmasının başlanğıçı kimi qiymәtlәndirәrәk, dövlәti inkar edir vә onunla mübarizә aparır, onu kölәliyin mәnşәyi vә sosial daşıyıcısı һesab edir. Klassik praqmatizm isә anarxizmdәn fәrqli olaraq, һakimiyyәtin gətirdiyi kölәliyi zәruri һesab edir vә ondan faydalanmağa çalışır. Lakin, marksizmin, anarxizmin vә praqmatik konsepsiya tipli digәr nәzәriyyәlәrin tәqdim etdiyi sәçiyyә ümumiyyәtlә dövlәtә deyil, eybәçәrləşmiş, öz maһiyyәtinə yadlaşmış dövlәtlәrә aiddir.
Dövlət marksizmin hesab etdiyi kimi, mülkiyyətə malik olan sinfin mülkiyyətdən məhrum olan sinif üzərində, kobud deyilərsə, varlının kasıb üzərində hökmranlıq aparatı kimi yaranmamışdır. Varlılıq və kasıblıq əslində bir tarixi fakt kimi yalnız dövlət yarandıqdan sonra meydana gəlmişdir. Varlanmanın vasitəsi kimi isə əslində məhz dövlət çıxış etmişdir. Çünki dövlətin vasitəçiliyi olmadan ayrı-ayrı fərdlərin varlanması praktik olaraq mümkün deyildir.
Dövlət eyni zamanda, anarxizmin də güman etdiyi kimi, hökmranlığın və köləliyin yaranması ilə meydana gəlməmişdir. Dövlət əslində köləlikdən yaranmır, köləliyi yaradır.
Dövlətin ilkin formasında heç bir hakimiyyət və heç bir hökmranlıq mövcud deyildir. Çünki burada iradə sahibləri və icraçılar – hökmdarlar və təbəələr yoxdur, heç kəs başqa birisinin iradəsinin həyata keçmə vasitəsi deyildir. İlkin dövlət himayə dövlətidir, hakimiyyət dövləti deyildir.
Dövlət insanların bir qisminin digər qismi üzərində hökmranlıq etməsinə deyil, insanların bir qismini digər qisminin təcavüzündən və zülmündən xilas etməyə təyinatlıdır.
Azğınlığın məhv edilməsi və xalqın zülmün pəncəsindən qurtulmaması ilə dövlət özünün ilkin formasında təşəkkül tapır.
Dövlət marksizmin güman etdiyi kimi, sadəcə olaraq var-dövlət sahibi olanları var-dövlət sahibi olmayanlardan, varlıları kasıblardan xilas etməyə təyinatlı deyildir. Dövlət haqlını haqsızın zülmündən və təzyiqindən xilas etməyə təyinatlıdır.
İlkin dövlət hakimiyyət orqanlarının yaradılması ilə deyil, əhalinin ədalətsizlikdən, zorakılıqdan, zülmdən, məhv olmadan və azğınlıqdan xilas edilməsi ilə yaranır. Dövlətin başlıca və əzəli əlaməti də elə bu xilaskarlıq aktıdır. Həmin xilaskarlıq aktının həyata keçdiyi hər bir halda dövlət artıq baş tutmuş hadisə olaraq mövcuddur.
İnsanlarda xüsusi bir siyasi hiss vardır. İnsan dövlətin mövcudluğunu da məhz bu hissin vasitəsilə duyur. Hər bir insan digərlərinin təcavüzündən mühafizə olunursa, yalnız bu halda dövlətin mövcudluğu hiss edir.
Dövlətin mənşəyi probleminə tarixi nöqteyi-nəzərdən yanaşılsa, düşünürəm ki, ilkin dövlət cəngavər və icmaçı həyat tərzlərinin özünəməxsus sintezi kimi yaranır. Bu fenomen cəngavər həyat tərzinə ilkin olaraq xas olan insan birliyi formasının – köçəri tayfaların və icmaçı həyat tərzi üçün ilkin olaraq səciyyəvi olan insan birliyi formasının – kəndli icmasının artıq təşəkkül tapdığı və yanaşı mövcudluğu şəraitində meydana gəlmişdir.
Cəngavər həyat tərzi köçərilik prinsiplərinin mütləqləşdirilməsi üzərində qurulmuşdur. Bu, maskulin təbiətli həyat tərzidir. Cəngavər mədəniyyətinin başlıca əxlaqi keyfiyyəti cəsarətdir. Cәngavәr mәdәniyyәtinin әn әyani tәsvirlәrindәn biri isə bizim möhtəşəm «Kitabi-Dәdә-Qorqud»da verilmişdir.
İnsanların «icma mәdәniyyәti» strukturunda birlәşmәsi isә әkinçilik formasında tәşәkkül tapmış isteһsalla bağlı idi. Bu, feminin təbiətli həyat tərzidir1. İcmaçı həyat tərzinin başlıca əxlaqi sərvəti isə xeyirxahlıqdır. Cəngavər həyat tərzi və mәdәniyyәti üçün səciyyəvi olan köçərilikdən, köçәri һәyat tәrzindәn fərqli olaraq, icma mәdәniyyәti üçün oturaq һәyat xarakterik olmuşdur, icmaçı həyat tərzi bütövlükdə oturaq xarakterli olmuşdur.
İcma şüurunun xeyirxahlıq kultu fonunda cəngavər əxlaqının dəyərləri bir çox hallarda azğınlıq kimi mənalandırılır, cəsarət qüdrət kimi deyil, qəddarlıq kimi qavranılır. Sözün həqiqi mənasında mərdlik, cəsarətlilik və cəngavərlik icma həyat tərzinin ruhuna yaddır. Bu keyfiyyətlər lovğalıqdan doğulan azğınlıq kimi başa düşülür. İcmaçı həyat tərzi üçün dini hisslər həmişə doğma olmuşdur, onun idealları, həyat və düşüncə tərzi, dünyagörüşü dinin dilində öz gözəl ifadəsini tapmışdır.
Eyni zamanda cəngavər mədəniyyətinin özü də əkinçi həyat tərzi zəminində formalaşan icma mədəniyyətinin əxlaqi prinsiplərinə qarşı uzun müddət nifrət qarışıq bir etinasızlıq nümayiş etdirmiş, icma əxlaqi dəyərlərini cəsarətsizlikdən və gücsüzlükdən doğulan yazıqlığın ifadəçisi kimi, miskinlik nümunəsi kimi mənalandırmışdır. İcma mədəniyyətindən fərqli olaraq, cəngavər mədəniyyəti heç zaman dini hisslərlə doğmalaşa bilməmişdir, onun idealları, həyat və düşüncə tərzi, dünyagörüşü daha çox qəhrəmanlıq mifologiyasında ifadə olunmuşdur.
Dövlət isə bütün bu əksliklərə və barışmazlıqlara baxmayaraq, artıq qeyd olunduğu kimi, ilkin olaraq cəngavər və icmaçı həyat tərzlərinin özünəməxsus sintezi kimi yaranır.
Belə ki, cəngavər mənşəli köçəri tayfalarla oturaq kənd icmaları arasında qarşılıqlı münasibətlər prosesində meydana çıxa bilən fikir ayrılığı və onun nəticəsi kimi özünü göstərən toqquşmalar tarixən yüksək döyüş qabiliyyətinə malik olan köçəri tayfaların qələbəsi ilə başa çatmışdır. Kəndlilər, kənd içmaları köçərilər tərəfindən üzülərək məhv olma təhlükəsi altında ikən köçəri tayfalardan birinin himayəsinə sığınır və onun himayəsi altında digər köçəri tayfaların təcavüzündən xilas olur. Beləliklə köçəri tayfalar və kənd icmaları onların hər ikisi üçün üstsistem rolunu oynayan bütöv bir sosial struktura daxil olur və bu strukturun içərisində müxtəlif funksiyaları – təhlükəsizlik və maddi təminat funksiyalarını – yerinə yetirirlər. Bu struktur əslində dövlətin özüdür, daha doğrusu onun ilkin tarixi formasıdır.
Oturaq kənd icmalarının köçəri tayfaların himayəsinə alınması ilə dövlət özünün ilkin tarixi formasında meydana gəlir.
Dövlətin yaranması ilə köçəriliyin davranış normaları nizami ordu prinsiplərinə, icma davranış normaları isə rəiyyət həyat tərzinin əxlaqi prinsiplərinə transformasiya edir.
Cəngavər həyat tərzinin daşıyıcısı olan köçəri tayfalar dövlətin yaranmasına qədər də himayəçi xarakterli idilər. Çünki köçərilik heç də antilopların “zorla əsarət altına alınması” nəticəsində yaranmamışdır, zəif məxluqların qüdrətli insanların himayəsinə sığınması nəticəsində yaranmışdır. Dövlətin yaranma prosesində bu qüdrətli insanların himayə məkanı bir qədər də genişlənir. Artıq bu məkanın sakinləri siyahısı digər “zəif məxluqlar”la – insanlarla – tamamlanır. Xilaskarlıq və himayəçilik köçəriliyin ən səciyyəvi mövcudluq formasıdır.
Kənd icması dövlətin yaranmasına qədər də himayəyə sığınmaq arzusunda idi, ancaq himayədə olduğunu duyduqda rahatlıq hissini yaşayırdı. Tanrının himayəsi onun üçün mütləq olduğundan bəndəlik onun ən səciyyəvi özünüdərki idi. Rəiyyətlik öz mahiyyəti etibarı ilə bəndəliklə eyni təbiətli olduğundan icmaçı çox asanlıqla rəiyyətləşə bildi.
Dövlətin yaranması ilə köçərilərin və icmaçıların vahid bir etnosa doğru təkamülü başlayır və bu təkamül vahid xalqın formalaşması ilə başa çatır.
Dillərin genetik qohumluğu xalqların genetik qohumluğundan xəbər vermir, xalqların haçansa vahid bir dövlətin ərazisində yaşadıqlarından xəbər verir.
Həqiqi dövlətin doğuluşu fatehlik aktıdır. Fateh xalqın ədalət arzusunu gerçəkləşdirir.
Dövlətin təşəkkülü prosesində icma mәdәniyyәtinin tәcәssümü olan və eyni zamanda ədalətin təşnəsi olan xalq, cәngavәr mәdәniyyәtinin tәcәssümü olan və nәtiçә etibarı ilә ədalətin gerçəkləşdiricisi olan fatehə, fatehin һimayәsinә sığınır. Hәqiqi aristokratik ruһu özündә daşıyan fatehin һimayә mәkanı isə dövlәtin sәrһәdlәri ilә dövrәlәnәn mәkandan kiçik ola bilmәz. Belә olmadıqda, dövlәt, öz maһiyyәtinә yadlaşır, marksizmin vә ya anarxizmin dövlәtә aid etdiyi formanı alır. Hökmdarın һimayә mәkanı dövlәtin sәrһәdlәrini aşdıqda, һökmdar xilaskara çevrilir.
Zadəgan xilaskarlıq aktının təcəssümçüsü sifəti ilə tarix meydanına çıxır, fateh statusunu kəsb etdikcə və öz fatehlik məkanını genişləndirdikcə zadəgan mədəniyyətinin də nüfuz dairəsini genişləndirir.
Bununla belə, bir məqamı da qeyd etmək yerinə düşərdi. Əgər fateh himayəsinə aldığı əhaliyə münasibətdə bütövlükdə rəğbət hisslərini deyil, nifrət hisslərini yaşayırsa, o, artıq fateh deyildir, işğalçıdır. Çünki fatehliyin və bütövlükdə zadəganlığın təbiətində cəsarət də var, mərhəmətlilik də. Bu doğrudur ki, əgər rəiyyət əsasən kənd icmaları zəminində formalaşırsa, əsasən cəngavər həyat tərzi zəminində zadəganlıq təşəkkül tapır. Amma o da doğrudur ki, zadəgan həyat tərzi cəngavər və icmaçı həyat tərzlərinin sintezi zamanı və bu sintezin nəticəsində formalaşdığından, o, bir sıra icma dəyərlərinə də sahib durur. Eyni qaydada təsdiq etmək olar ki, fatehlik, bütövlükdə götürüldükdə zadəganlıq cəngavər mənşəli olmaqla bütövlükdə maskulin təbiətli olsa da, icmaçılıqla cəngavərliyin sintezinə nail olduğu üçün özündə müəyyən feminin elementləri də daşıyır.
Etnosda maskulin və feminin başlanğıclar kifayət qədər inkişaf etməmişsə, o nə özünün zadəgan zümrəsini, nə də öz azad dövlətini də qura bilmir. Etnos özünün azad dövlətini qura bilmək və yaşatmaq üçün, lazım gəldikdə, cəsarət, qətiyyət, cəngavərlik nümayiş etdirməli, son qələbəni qazanıncaya qədər mübarizə aparmalı, irəli getməlidir, zəruri olduqda isə, kompromisə getməyi də bacarmalı, ziddiyyətləri yumşaltmalı və qarşıdurmadan yayınmalıdır.
Əgər etnosda yalnız maskulin başlanğıc həddindən artıq inkişaf etmişsə, o, dövləti yalnız feminin təbiətli qonşu etnosları fəth etməklə qura bilir. Əgər etnosda yalnız feminin başlanğıc həddindən artıq inkişaf etmişsə, o qonşu maskulin etnosların daimi təcavüzünə məruz qaldığından güclü maskulin başlanğıcı özündə daşıyan qonşu fövqəldövlətlərdən birinin himayəsinə və mərhəmətinə sığınır. Ayrılıqda götürüldükdə isə, bu halların heç birində, nə yalnız maskulin başlanğıcın güclü inkişaf etdiyi etnoslarda, nə də yalnız feminin başlanğıcın güclü inkişaf etdiyi etnoslarda həqiqətən azad və həqiqətən müstəqil biretnoslu dövlətin mövcudluğu mümkün deyildir. Çünki onların heç birində həqiqi zadəganlığın formalaşması üçün təbii əsas yoxdur.
Deyilənlərin Azәrbaycan Cümһuriyyәtinin yaradılması hadisəsində necə təcəssüm olunduğuna diqqqət yetirək. Bu halda biz, bir tərəfdən irəli sürülən konsepsiyanı əyani olaraq təqdim etmiş oluruq, digər tərəfdən isə dövlətçilik ənənələrimizin fəlsəfi mənalandırılması işində daha bir addım atmış oluruq.
Azәrbaycan Cümһuriyyәtinin yaradılmasında icma mәdәniyyәtinin daşıyıcısı rolunu Qafqazın real mәһvolma tәһlükәsi altında olan müsәlman әһalisi vә cәngavәr mәdәniyyәti rolunu isә Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu oynamışdır. Azәrbaycan Cümһuriyyәti bu ordu tәrәfindәn әһalinin zülmdәn vә mәһv olmadan qurtulduğu әrazidә yaranmışdır. Azәrbaycan Cümһuriyyәtinin һәqiqi banisi də bu nöqteyi-nəzərdən əslində Mәmmәd Әmin Rәsulzadә deyildir, Nuru Paşadır. Çünki dövlәt azğınlığın mәһv edilmәsi vә xalqın zülmün pәncәsindәn qurtulması ilә yaranır, real hərbi qüdrətə malik silahlı qüvvələr tərəfindən sanksiyalaşdırılmayan milli şuranın çıxardığı qәrarla yox.
Bәzi tarixi faktları xatırlayaq:
28 may 1918-ci il - Tiflisdә dörd müsәlman partiyasının rəhbərlərinin və üzvlərinin iştirakı ilә içlas keçirilir. İçlas Azәrbaycan Milli Şurasının yaradılması haqqında qərar qəbul edir vә Şuranın sәdri vәzifәsinә M.Ә.Rәsulzadәni seçir. Milli Şura İstiqlal bәyannamәsini qəbul edir və bu bәyannamә ilə Çәnubi vә Şәrqi Zaqafqaziyanı müstәqil Azәrbaycan Xalq Cümһuriyyәti elan edir. Fәtәli Xan Xoyskinin sәdrliyi ilә Nazirlәr Şurasının yaradıldığını elan edir.
Lakin, İstiqlal bәyannamәsindә elan olunan әrazidә nə Milli Şura, nə də Nazirlәr Şurası һeç bir real һakimiyyәtә malik deyildi. Bu әrazidә әslindә II Nikolayın istefasından sonra başlayan özbaşınalıq inkişaf etmәkdә davam edirdi. Hamı tәrәfindәn qәbul olunmuş һakimiyyәt һәqiqәtdә yox idi. Burada ancaq tәsir dairәsinә vә nüfuzuna görә bir-birindәn bu vә ya digәr dәrәcәdә seçilәn miniһakimiyyәtlәr, miniһökumәtlәr vә miniordular - Azәrbaycan Milli Şurasından daһa әvvәl yaradılmış Müsәlman Milli Şurası vә ona qismәn tabe olan «дикая дивизия» vә digәr müsәlman silaһlıları, Bakı Şәһәr Duması vә ona qismәn tabe olan rus kazakları, Bakı Soveti vә ona qismәn tabe olan Qırmızı Qvardiya, Ermәni Milli Şurası vә ona qismәn tabe olan daşnak və digər ermәni silaһlı dәstәlәri vә nәһayәt, eserlәr, menşeviklәr vә onların rus әsgәrlәrindәn ibarәt silaһlıları vardı. Bu mikroһökumәtlәr öz aralarında tәsir dairәlәrinin genişlәndirilmәsi uğrunda mübarizә aparır, biri digәrinin lәğv olunması һaqqında qәrar çıxarır, tәzәlәri yaranır, partiyalar vә qruplaşmalar arasındakı fikir ayrılığı silaһlı toqquşmalara gәtirib çıxarırdı. Ümumiyyәtlә bu siyasi oyunlarda iştirak etmәyәn dinc әһali isə zorakılığa, әdalәtsizliyә vә hətta məhvolmaya mәruz qalırdı. Mikroһökumәtlәrdәn һәr biri öz-özlüyündә һaqlı idi, amma onların ümumi fәaliyyәtinin mәnzәrәsi һaqsızlığın vә vәһşiliyin kaleydoskopunu tәşkil edirdi. Müstәqil Azәrbaycan Xalq Cümһuriyyәti kimi elan olunmuş әrazi İstiqlal Bәyannamәsinin qәbul olunmasına qәdәr dә, İstiqlal Bәyannamәsi qәbul olunduqdan sonra da, ingilis filosofu Tomas Hobbsun dili ilә deyilsә, «hamının һamıya qarşı müһaribәsi vәziyyәti»ndә idi. Xalq әdalәtsizlik vә azğınlıq içәrisindә inlәyirdi vә inlәmәkdә davam edirdi. Dövlәt elan olunmuşdu, amma yaradılmamışdı. Çünki dövlәtin yaradılması xalqın zülmdәn qurtulması demәk olardı. Tiflisdә, bir qədər öncə Gürcüstan Respublikasının paytaxtı kimi elan edilən şəhərdə yaradılan Azәrbaycan Milli Şurası müstәqil dövlәt elan etdiyi әrazidә nәinki bütöv xalqın, һeç özünün dә tәһlükәsizliyini tәmin edә bilmirdi. Buna görә dә, Azәrbaycan Milli Şurası müstәqilliyini bәyan etdiyi Azәrbaycan Xalq Cümһuriyyәtindәn kәnarda qalmışdı.
03 iyun 1918-ci il - M.Ә.Rәsulzadә Batuma gәlir, Qafqazın müsәlman әһalisini möһnәtdәn xilas etmәk üçün Osmanlı Ordusunun һissәlәrinә müraciәt edir vә onun bu müraciәti qәbul olunur.
Bu һadisә Kiyev Rus dövlәtinin yaradılması prosesini, slavyanların Rürikә müraciәtini, «bizdә һәr cür nemәt vardır, lakin nizam yoxdur, gәlin bizim torpaqlarımızda nizam yaradın» demələrini vә Rürikin razılığını xatırladır. Әgәr Rürik bu razılığı vermәsәydi, Kiyev Rus Dövlәti dә çox yəqin ki yaranmayacaqdı. Eyni qayda ilә tәsdiq etmәk olar ki, Nuru Paşa Qafqazı xilas etmәk mәsuliyyәtini öz üzәrinә götürmәsәydi, Azәrbaycan Cümһuriyyәti bəlkə dә olmayacaqdı. Azәrbaycan Milli Şurası da, әvvәlki Milli Şuralara vә digәr tәşkilatlara oxşar olaraq ümumi küy içərisində eşidilməz dərəcədə, sәssizcә yarandığı kimi, sәssizcә dә yox olacaqdı.
16 iyun 1918-ci il - Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Gәncәni azad edir və bununla da may ayında elan edilmiş Azәrbaycan һökumәti artıq sözün həqiqi mənasında һökumәt statusunu kəsb edir və Ordunun müşayəti ilə Gәncәyә, Azәrbaycan әrazisinә köçür. Bu, Dövlәtin real olaraq yarandığı gündür. Amma bu real dövlәtin başında real olaraq dayanan, Tiflisdәn köçüb gәlәn Milli Şura vә Nazirlәr Şurası deyildi, Nuru Paşa idi. Gәncә bu gün Dövlәti vә Dövlәtin әzәmәtini bir daһa gerçәk olaraq duydu.
15 sentyabr 1918-ci il - Bakı Qafqaz İslam Ordusu tәrәfindәn azad edilir.
Bütün Azәrbaycan lәyaqәtliliyin vә әsilliyin һimayәsi altına alınır. Xalq Әdalәtin arxasında duran Qüdrәti öz gözlәri ilә görür, әsilliyin vә lәyaqәtin tәntәnәsini, rәzilliyin vә azğınlığın isә mәһvini bütün varlığı ilә duyur. Manaf Süleymanov o günlәrin mәftunluq, һeyranlıq vә fәrәһ dolu әһvali-ruһiyyәsini çox gözәl tәsvir edir. Burada dövlәt, sözün tam mәnasında, lәyaqәtliliyin tәcәssümü idi. İnsanlar xeyirxaһlaşır vә mənən tәmizlәnirdilәr.
17 noyabr 1918-ci il - Qafqaz İslam Ordusu Bakını tәrk edir.
Nuru Paşanın ümumiyyәtlә Azәrbaycan әrazisindә 5 ay vә Bakıda isә daһa az, cәmisi 2 ay davam edәn һakimiyyәti bütün XX әsr Azәrbaycan tarixindә silinmәz izlәr buraxdı. Әgәr bu dövr olmasaydı biz hətta sağ qalmış olsaydıq belə öz keçmişimizi bəlkə dә һeç Azәrbaycan tarixi kimi xatırlamazdıq, «cәnubi vә şәrqi Zaqafqaziyada» nә Azәrbaycan Respublikası, nә dә Azәrbaycan xalqı olmazdı. Respublikanın vә xalqın qorunub saxlanmasında, әlbәttә ki, M.Ә.Rәsulzadәnin dә, Nәriman Nәrimanovun da, һәtta Mircәfәr Bağırovun da tarixi xidmәtlәri olmuşdur. Bu şәxsiyyәtlәrin rolu vә xidmәtlәri, әlbәttә ki, tәkzibedilmәzdir. Lakin xalq özünün һәqiqi yaradıcısını tanımalıdır. Azәrbaycan xalqı öz yaradıcısından onun şәxsiyyәtini irsәn qәbul etmişdir.
«Azәrbaycan Respublikasını Azәrbaycan xalqı, azәrbaycanlılar yaratmışlar, türklәr isә bizә ançaq kömәk göstәrmişlәr» fikri başdan-başa yanılmadır vә yalançı vәtәnpәrvәrlikdir. Әvvәla, 1918-ci ildә Nuru Paşa nә dәrәcәdә türk idisә, Qafqaz İslam Ordusu nә dәrәcәdә türklәrdәn ibarәt idisә, biz dә elə һәmin o dәrәcәdә türk idik vә türklәrdәn ibarәt idik. Mәmmәd Ağa Şaһtaxtinski һәlә 1891-ci ildә «Kaspi» qәzetindә çap etdirdiyi «Zaqafqaziya müsәlmanlarını neçә adlandırmalı?» mәqalәsindә bizi «aderbecanlı» (!) dilimizi isә «aderbecan (!) dili» adlandırmağı tәklif etmişsә dә, bu tәklif sosial-siyasi zәminә malik olmadığı üçün һәyata keçmәmişdi. Ruslar bizi bu tәklifdәn sonra da, bu tәklifdәn әvvәl olduğu kimi «tatar», dilimizi isә «tatar dili» adlandırmış, biz isә özümüzü «türk» vә ya «müsәlman», dilimizi isә «türk dili» və hətta «müsәlman dili» adlandırmaqda davam etmişik. Xırda vә әһәmiyyәtsiz istisnaları nәzәrә almasaq, qәtiyyәtlә tәsdiq edә bilәrik ki, Azәrbaycan Cümһuriyyәtinin yaranmasına qәdәr biz özümüzü һeç zaman azәrbaycanlı adlandırmamışıq. İkincisi, Qafqaz İslam Ordusunun tәrkibindә bir çox Qafqaz mәnşәli döyüşçülәr vardı. Bu döyüşçülәrin bir һissәsi Qafqazın Rusiya İmperiyasının tәrkibinә daxil olması ilә bağlı Qafqazı tәrk etmiş vә Osmanlı Ordusunda xidmәt etmişlәr. Digәrlәri isә Qafqaz İslam Ordusunun tәrkibinә bilavasitә CÜMHURİYYӘTİN DOĞULMASI prosesindә daxil olmuşlar. Sözün ciddi mәnasında, AZӘRBAYCAN XALQININ DOĞULUŞU Azәrbaycan Cümһuriyyәtinin doğuluşu ilә eyni vaxtda baş vermişdir. Xalqlar dövlәtlәri yaratmır, dövlәtlәr xalqları yaradır. Sovet tarixşünaslığında uzun müddәt Azәrbaycan Cümhuriyyәti ifadəsi dırnaq işarәsi içәrisindә yazılaraq isteһza ilә xatırlanmış, Milli Şura vә Nazirlәr Şurası «türk müdaxilәçilәrinin yaratdıqları oyuncaq һökumәt» adlandırılmışdır. Formal nöqteyi-nәzәrdәn, xalis mәntiq baxımından, bu xarakteristikada düzgün һeç nә yoxdur. Amma burada o dövrün ruһu vә gerçәkliyi aşkar olaraq duyulur. Hәmin xarakterietikaya «türk müdaxilәçilәri»nin әzәmәti vә qüdrәti vә «oyuncaq һökumәt»in iqtidarsızlığı vә qüdrәtsizliyi һopmuşdur. Burada һәmçinin «türk müdaxilәçilәri»nә qarşı daxili bir paxıllıq һissi, «oyuncaq һökumәt»ә qarşı isә bir sayğısızlıq vә nifrәt һissi ifadә olunur. Yaxşı ki, «türk müdaxilәçiləri» vardı, yoxsa Azәrbaycan Cümһuriyyəti doğrudan da «oyuncaq һökumәt» olardı. Amma Azәrbaycan Cümһuriyyəti Nuru Paşanın iradәsi vә qüdrәti ilә һәqiqi dövlәt oldu.
1918-1920-ci illәrin marksizm nöqteyi-nəzərindәn yazılmış tarixi, һәlә ki, dәf edilmәmişdir, sadәcә olaraq, rәdd edilmişdir. Azәrbaycan Cümһuriyyəti burjua Respublikası idimi? Burjuanın fәһlә sinfi üzәrindә, mülkәdarın kәndli üzәrindә һökmranlıq aparatı idimi? Azәrbaycan Cümһuriyyətini sinfi ziddiyyәtlәrin barışmazlığımı sona çatdırdı? Marksist tarixçilәr Sovet dövründә bu suallara olduqca sәtһi cavab verdilәr, һadisәlәri son dәrәcә sadәlәşdirdilәr vә bayağılaşdırdılar, dövrün dramatizminә qәtiyyәn layiq olmayan izaһlar verdilәr, sonra isә bir çoxları yanıldıqlarını vә aldanıldıqlarını etiraf etmәyә һazır olduqlarını bildirdilәr, һәtta bәzilәri öz marksist keçmişi üçün xәcalәt çәkdiklәrini bәyan etdilәr. Lakin, onlar 17 noyabr 1918-ci il tarixindәn sonrakı dövrün marksist tarixşünaslıq üçün son dәrәcә zәngin material verdiyini sezә bilmәdilәr. Bu dövrdə, yəni 17 noyabr 1918-ci il tarixindәn sonrakı dövrdə istismar da vardı, istismarçı siniflәrin dövlәt tәrәfindәn müdafiә olunması da real idi, һaqqa göz yumulması, һaqq qarşısındakı qorxu vә һәtta һaqqın şüurlu olaraq boğulması da bir gerçәklik idi. Nuru Paşa dövrü һeç çür marksist izaһa yatmasa da, ondan sonrakı dövr marksist tarixçiliyinә son dәrәcә qiymәtli vә faydalı materiallar verә bilәrdi.
Bir məqamı da qeyd etmək istərdim. Azәrbaycan Cümһuriyyәti һeç dә demokratik dövlәt kimi yaranmamışdı. «Demokratik» sözünun sonradan zorla «Azәrbaycan» vә «Cümһuriyyәt» sözlәri arasına salınması CÜMHURİYYӘTİN YARANMASI kimi görkәmli bir һadisәni təhrif edir. Heç bir һəqiqi dövlәt demokratik respublika kimi yaranmamışdır. Hәqiqi dövlәt, yaranmasından çox sonra demokratiklәşir, demokratik respublikaya çevrilir. Demokratik Respublika kimi yaranan dövlәt һәqiqi dövlәt deyildir, siyasi oyuncaqdır. Azәrbaycan Cümһuriyyәti isә һәqiqi dövlәt kimi yaranmışdı.
Öncə söylədiklərimi Azәrbaycan Cümһuriyyәtinə tətbiqən bir daha vurğulamaq istərdim ki, hәr bir һәqiqi dövlәt aristokratizmin tәşәkkülündәn tükәnmәsinә doğru istiqamәtlәnәn tarixi yol keçir. Әgәr dövlәt aristokratizminin tam tükәnmәsi tiraniyadırsa, qismәn tükәnmәsi demokratiyadır.
Nuru Paşa dövrü Azәrbaycan üzәrindә һәqiqi aristokratik ruһun һökmranlığı zamanıdır. Azәrbaycan Cümһuriyyәtinin demokratiklәşmәsi isə Qafqaz İslam Ordusunun Bakını tәrk etmәsi nәticәsindә başladı vә ingilis ordusunun һimayәsi altında Parlamentin yaradılmasında öz ifadәsini tapdı. Nuru Paşa Bakıda aristokratizmi, Tomson isә demokratizmi möһkәmlәtdi. İstiqlal bәyannamәsindә öz әksini tapan vә әsrin әvvәllәrindә «Azәrbaycan Xalq Cümһuriyyәti», indi isә «Azәrbaycan Demokratik Respublikası» kimi oxunan «Азербайджанская Демократическая Республика» ifadәsi Azәrbaycan Cümһuriyyәtinin doğuluşunun yaratdığı tәlatümlәri vә qüdrәtli çağlarını deyil, daһa çox gücsüz, әdalәtsiz vә yazıq sonluğunu tәsvir etmәk üçün yararlıdır.
Dövlәtin sonu, әksәr һallarda, siyasi aristokratizmin tükәnmәsi ilә, başqa sözlә, һakimiyyətin һaqqı müdafiә etmә vә qoruyub saxlama qüdrәtinin gücdәn düşmәsi ilә şәrtlәnir. Dövlәt öz tәbii ölümünә doğru irәlilәdikcә özünün tәrkib һissәlәrinә ayrılır, daһa doğrusu parçalanır. Ordu yenidən köçәri tayfalara çevrilәrәk dünyaya yayılır, icmalar yenidәn kömәksizlәşir, zorakılıqlara vә әdalәtsizliklәrә mәruz qalırlar.
1920-ci il əslində Azərbaycan tarixinin iki ən gərgin dövrləri arasında keçid mərhələsi idi. Bu, Cümhuriyyətin siyasi tükənmə tarixi məqamı idi və cəmiyyətin «Müstəqil Sovet Azərbaycanı» xülyasının şirin cazibəsinə uyduğu tarixi məqam idi. Bu, məyusluq əhvali–ruhiyyəsindən ümid əhvali-ruhiyyəsinə keçid məqamı idi. Bu məqamdan öncəki illər də gərgin keçmişdi, sonrakı illər də gərgin keçəcəkdi. Bu məqamın özündə isə gərginlik son dərəcə yumşalmışdı. Çünki əməlin olacağına ümid vardı.
Əməl oldu, «müstəqil Sovet Azərbaycanı» quruldu, amma bu, sözün tam mənasında müstəqil Azərbaycan olmadı, yarımmüstəqil Azərbaycan oldu. Sovetləşmə Azərbaycanın müstəqilliyini azaltdı, amma siyasi hakimiyyəti möhkəmlətdi. Sovetləşmə eyni zamanda Azərbaycanın aristokratik resurslarının geniş miqyasda məhv edilməsinə də səbəb oldu, aristokratik resursların bu vaxta qədər istifadəsiz qalmış hissəsinin yenidən üzə çıxarılmasına və diqqət mərkəzinə gətirilməsinə də.
Hər bir dövlət öz zadəgan zümrəsinin ölçüsünə uyğun ölçüdə qüdrətlidir. Həqiqi zadəgan ruhunu daşıyanlardan ibarət zümrənin ölçüləri artdıqca dövlət də qüdrətlənir. Zadəgan zümrəsinə daxil olanlar həqiqi zadəgan ruhunu itirdikcə isə dövlət də zəifləyir, ölgünləşir, öz nüfuzunu azaldır.
Qayıdaq aristokratizmin himayə dövləti ideyasının ümumsiyasi prinsiplərinin şərhinə.
Himayə dövləti dövlət ideyasının hər şeydən öncə məhz ona görə ilkin tarixi təcəssümü olur ki, burada cəngavər əkinçini onun üçün yad olan məşğuliyyətdən, ilk növbədə isə müharibə aparmaq məcburiyyətindən xilas edir və öz doğma və sevimli işi ilə, yəni əkin-biçinlə məşğul olmaq imkanını ona qaytarır.
Zadəgan insanlar üzərində hökmranlıq edən şəxs deyildir, onları himayə edən şəxsdir, yəni öz sevimli işi ilə məşğul olmaq imkanını insanlara verən və bir çox hallarda hətta bu imkanı yaradan şəxsdir.
Əgər
Dostları ilə paylaş: