N Ə T I C Ə
1. Böyük Vətən müharibəsi Naxçıvan MSSR-in səhiyyə
işçiləri üçün də böyük sınaq oldu. O illərdə qəhrəmancasına
çalışaraq özlərini vətənpərvərlik nümunəsi kimi göstərdilər.
2. Müharibə illərində səhiyyə işçilərinin gərgin əməyi
nəticəsində onlar bütün çətinlikləri aradan qaldırmaq üçün
səylə çalışdılar. Tibb müəssisələrinin və çarpayıların sayı artdı.
90
3. Müharibənin ilk illərində Naxçıvan MSSR-i Xalq
Səhiyyə Komissarlığı və onun yerli orqanları yanında
yaradılan epidemiyaya qarşı fövqəladə komissiyalar
respublikada sanitar – epidemiya əminamanlığına böyük
kömək etdi. Kompleks tədbirlərin vaxtında həyata keçirilməsi
nəticəsində müharibənin çox sərt illərində respublikanın əhalisi
kütləvi epidemiyanı görmədi.
4. Müharibə illərində Naxçıvan MSSR-i Xalq
Komissarlar Sovetinin çıxardığı qərarlar vərəmə qarşı
mübarizənin müvəffəqiyyətlə aparılması işinə kömək etdi.
Sənaye müəssisələrində işləyənlərə, Vətən müharibəsi
əlillərinə, kolxozçulara göstərilən tibb xidmətin yaxşılaş-
dırılmasına, ana və uşaqların mühafizəsinə, kolxoz tibb
bacılarının hazırlanmasına, sanitar maarifinin geniş
yayılmasına şərait yaratdı.
|