İmmanuel Kant (1724-1804-cu illər) maarifcilərin ideyalarının bilavasitə varisi idi. O, insan zəkası və ləyaqəti, cəmiyyətin mənəvi tərəqqisinə inam, təfəkkurdə formal məntiqi ciddiliyə riayət etməyin zəruriliyi, istisnasız olaraq hər şeyi ağlın muhakiməsinə vermək barədə maarifcilik dəyərlərini qəbul etmişdi. Onun devizi belə idi: “Oz ağlından istifadə etməyə cəsarətin catsın!”.
İnsan və onu maraqlandıran aşağıdakı suallar Kantın diqqət
mər kəzindədir: mən nəyi oyrənə bilərəm? Azadlıq nə deməkdir?
Kant bilikləri qeyri-mukəmməl və mukəmməl bilik novlərinə bölür. Mukəmməl bilik həqiqi elmi bilikdir, dəqiqlik, umumilik və zərurilik onun səciyyəvi cəhətləridir. Lakin bu cur biliyi təcrubə nəticəsində əldə etmək umidi faydasızdır, bilik qeyri-empirik,
yəni aprior xarakter daşıyır.
Kanta gorə, bizim şuurumuzdan asılı olmayan “ozundə şey”dunyası movcuddur. İdrak ondan başlayır ki, “şey “ozundə şey”duyğu orqanlarına təsir gostərərək hisslər yaradır. Lakin bu halda bizim əldə etdiyimiz bilik “ozundə şey” barəsində bilik deyildir. Bu, hissi qavranılan dunyanın yalnız bizim şüurumuzun formalarına: duyğulara, anlayışlara və muhakimələrə tətbiq edilə bilən tərəfləri, xassələri və munasibətləri barədə bilikdir. Bu formaların tətbiq edilə bilməyəcəyi şeylər haqqında isə bizim umumiyyətlə, hec bir biliyimiz ola bilməz: “ozundə şey”dərkedilməzdir. Hiss ucun əlcatmaz olan “şey ozundə”dunyasından fərqli olaraq, hisslərlə qavranılan dunya dərk ediləndir, lakin bu yalnız onun sayəsində mumkun olur ki, həmin dunya dərk edən subyektin malik olduğu hissi məlumatların
nizamsız materialından formalaşır. Kant dərk edən subyektin mustəqilliyini transsendental (yəni, təcrubədən əvvəl yaranan, lakin ona tətbiq edilə bilən) şuur adlandırır, əslində isə bu, təkcənin şuurunun məhdudluğunun nəticəsidir; bu umumbəşəri güc muəyyən dərəcədə hər bir fərdə xasdır. Beləliklə, Kant bir tərəfdən idrakda praktikanın rolunu qəbul edir, digər tərəfdən praktikanı şuurun, təfəkkurun fəaliyyəti hesab edir. Bu, aqnostisizmdir,həmin təlimə gorə, “ozundə şey” həmişə bizim idrakımızın hududlarından kənarda olmuşdur və həmişə belə olacaqdır.
Kant azadlığın nə demək olması barədə suala da ozunəməxsus tərzdə cavab verir. İ.Narskinin qeyd etdiyi kimi, Kantın fəlsəfəsində azadlıq haqqında ən azı dord muxtəlif anlayış vardır.
Birincisi, bu azadlıq xususi transsendental qabiliyyətdir. Bu, əqlin bir sıra hadisələrin səbəblərindən asılı olmayan, həmin sıranın hisslə şərtlənməyən nizamlayıcı başlanğıc rolunda cıxış etmək imkanıdır ki, bu da ona səbəbiyyəti transsendental fəaliyyətin apriori nəticəsi kimi daxil edir.
İkincisi, Kant hadisələr aləmində “nisbi” azadlıq anlayışını qəbul edir. Bu dunya ciddi zərurətlə dolu olduğu ucun orada azadlıq yalnız təcrubədə dərk edilmiş zərurət kimi movcud ola bilər. Kant bunu “kosmoloji mənada” azadlıq adlandırır.
Üçüncüsü, bu, ozundə şey aləminin zəka ilə dərk edilə bilən dunyasındakı azadlıq, “azadlığın ali prinsipi”, “azadlıq vasitəsilə səbəbiyyətdir”. İnsanlar transsendent azadlıqda iştirak etməlidirlər: mən ozumu yalnız borc anlayışına nə qədər cox məcbur edirəmsə, azadlıq ideyası məni bir o qədər ağıl gucunə dərk edilən dunyanın uzvunə cevirir.
Dördüncüsü, azadlıq empirik dunyada istədiyi kimi hərəkət etmək qabiliyyətidir. Bu, insan iradəsinin hissiyyatın muxtəlif məcburilikləri arasında secim etmək, yaxud umumiyyətlə, hissiyyatın məcburilikdən asılı olmamaq imkanıdır. Bu, yalnız mənfi mənada azadlıqdır, əxlaqa zidd davranışın səbəbidir.
14.03.2015
Musayev Niymət
Dostları ilə paylaş: |