İntibah fəlsəfəsinin təkamulunun əsas dovrləri və onların numayəndələri. Mutəxəssislər İntibah dovru fəlsəfəsinin təkamulundə üç əsas dovru fərqləndirirlər: humanizm və ya antroposentrizm dovru, neoplatonizm dovru və naturfəlsəfə dovru.
Humanizm dövrü İntibah dovrunun fəlsəfi fikrinin inkişafında birinci mərhələdir və XIV əsrdən XV əsrin ortalarına qədər olan dovru əhatə edir.
Humanizm insanın bir şəxsiyyət kimi ozunu dəyərləndirməsinə, onun azadlıq və xoşbəxtlik huququna əsaslanan dunyagoruşudur. Humanistləri insan ozu, onun təbiəti, mustəqilliyi və ya adıcılığı maraqlandırır. Humanizm fəlsəfəsi Orta əsrlər geosentrizmini insanın dunya ilə munasibətlərində ona gostərilən
marağa qarşı qoyur
Humanizmin ilk numayəndələrindən biri italyan mutəfəkkiri
Dante Aligyeri (1265-1321-ci illər) olmuşdur. Dante ozunun “İlahi komediya”, “Qonaqlıq” və “Monarxiya” əsərlərində insanın ikili təbiəti – onun olumu və olməzliyi, bununla da insanın ikili vəzifəsi barədə fikirlər soyləyir. Dantenin fikrincə, insanın movcudluğunun məqsədi cənnətə qovuşmaqdır, lakin bu, hec də Yer uzundə nemətlərdən imtina olunmasını tələb etmir. Nemətlərin iki novunə qovuşmağın iki yolu var: mənəvi oyudlər yolu və fəlsəfi oyudlər yolu, həyatı mənəvi və intellektual
xeyirxah əməllərə uyğun qurmaq. Bu yollardan birincisi,
muqəddəs ruhun, ikincisi isə insanın zəkası sayəsində acılmışdır.Mənəvi dəyərlər insanın zəkasından ustundur. Danteyə gorə, insanın təbiəti mukəmməldir və əlverişli şəraitdə insanın təbiəti Tanrının təbiətindən ustun ola bilər.
Humanizmin inkişafı italyan şairi, “birinci humanist” olmuş
Franзesko Petrarkanın (1304-1374-cu illər) yaradıcılığı ilə ayrılmaz şəkildə bağlıdır. Petrarka “İnsanın ozunun və başqalarının nadanlığı haqqında” pamfletdə təkcə averroist azadfikirliliyə qarşı deyil, butovlukdə Orta əsrlərin fəlsəfi bilik sisteminə qarşı cıxış edir, cunki o, praktiki fəlsəfəni sxolastik fəlsəfədən ustun tutur. “Rahiblərin asudə vaxtı haqqında” traktatda Petrarka insanın varlığı problemlərinə, etika məsələlərinə muraciət edir. Onu, ilk novbədə, nəcib insan ruhunun “daxili istəkləri” maraqlandırır.
Humanizm siyasi fəlsəfəsinin parlaq numayəndələrindən biri də Nikkolo Makiavelli (1469-1527-ci illər) idi. O, siyasi nəzəriyyəni dindən və əxlaqdan azad etmiş, siyasətcinin qarşısına qoyduğu məqsədlərə nail olmaq ucun tətbiq etdiyi vasitələrə bəraət qazandırmaq prinsipini ifadə etmiş, siyasi fəaliyyətin məqsəd və vasitələrinin nisbətinin kifayət qədər sərbəst təfsir edilməsini mumkun hesab etmişdir.
İntibah dovru fəlsəfəsinin təkamulunun neoplatonizm dövrü mutəfəkkirlər tərəfindən geniş ontoloji problemlərin qoyuluşu ilə bağlıdır. Bu dovr XV əsrin ortalarından XVI əsrin 30-cu illərinə qədər fəlsəfi fikri səciyyələndirir.
Renessans platonizminin banisi alman mutəfəkkiri Nikolay Kuzanski (1401-1464-cu illər) olmuşdur. “Orta əsrlərin son mutəfəkkiri və Yeni dovrun ilk filosofu” sayılan Kuzanski “Alim biliksizliyi haqqında”, “Allah axtarışı haqqında”, “Yaranış haqqında”, “Allahın nəzərləri barədə”, “Nur bəxş edən haqqında”, “Mudriklik axtarışları haqqında”, “Seyrciliyin zirvəsi haqqında”
və başqa fəlsəfi traktatların muəllifidir.
Allah ilə dunyanın qarşılıqlı munasibətləri problemi Nikolay Kuzanski fəlsəfəsinin əsas problemidir. O, neoplatonizmin təsiri ilə Allah haqqında təlimi vahid başlanğıcda sonsuz, varlığın maksimumu, hər şeyin gizli mahiyyəti olan Allah haqqında təlimdə tədqiq etmişdir. Nikolay Kuzanskiyə gorə, sonsuz vəhdət olan Allah əksliklərin vəhdətinin covhəri, Allahdan fani dunyaya kecid isə bu vəhdətin acıqlanması prosesi, yeganəlikdən coxluya, sonsuzdan sonluya kecid prosesidir. O, dunyanı Tanrının yaratdığı ən gozəl varlıq hesab edir, dunyanın gozəlliyi onun harmoniyasında
uzə cıxır. Dunyanın harmoniyası İlahi məxluqların
ən boyuyu, Allahı və onun yaratdığı dunyanı dərk etməli olan insanda ifadə olunur.
Bu dovrdə Platona maraq artır. Platonu sxolastika ənənələrinə qarşı mubarizədə ozunun bayrağı elan etmiş humanizm antik dovrun bu boyuk filosofunun əsərlərini oyrənməyə başlayır. V.Şestakovun haqlı olaraq qeyd etdiyi kimi, “...italyan humanistləri Platon fəlsəfəsində naturfəlsəfəni, etikanı, estetikanı yeni mənada dərk etmək ucun nəzəri əsas tapmışlar. Məsələn, onları ən cox maraqlandıran movzu Platonun məhəbbət haqqında təlimi
idi. Onlar bu təlimi panteizm ruhunda təfsir edirdilər”.
Platon və neoplatonizm irsinin Renessans fəlsəfəsi tərəfindən mənimsənilməsinin yeni dovru başda Marsilio Fiзino (1433-1499-cu illər) olmaqla, Florensiya Platon Akademiyasının fəaliyyəti ilə bağlıdır. Ficino oz şərhlərində neoplatonizm fəlsəfəsində qarşıya qoyulan əsas problemlərin ozunəməxsus təfsirini verməyə
calışır. Onun neoplatonizmi bir məqsədə – ənənəyə gorə, sxolastikanın təsir dairəsində olmuş fəlsəfi sahələri fəth etmək məqsədinə xidmət edir.
Dostları ilə paylaş: |