ADİU Maliyyə fakultəsi
624-cü qrup Musayev Niymət
Sərbəst iş №5
İndustrial cəmiyyətdə fəlsəfə
«İndustrializm» və ya «industrial cəmiyyət», tarixən ilk dəfə olaraq qərb mədəniyyəti zəminində və onun öz tarixinin konkret bir dövründə məruz qaldığı dərin çevrilişlərin nəticəsi olaraq meydana gəlmişdir. Buna görə də, industrializmin mənşəyi ilə yaxından tanış olmaq üçün onun təşəkkül tapmasına gətirib çıxaran mühüm mədəni-tarixi proseslərin həlledici məqamlarını izləmək vacibdir.
Qərb mədəniyyətinin həm formalaşmasında, həm də inkişafında xristianlıq həlledici rol oynamışdır. Uzun müddət Qərb cəmiyyətində xristian dəyərləri ilə insanların həyat fəaliyyətinin ən müxtəlif formaları arasında kifayət qədər yetkin bir harmoniya mövcud olmuşdur. Lakin XIII əsrin axırlarından etibarən baş verən bir sıra hadisələr xristianlıqdan qaynaqlanan mənəvi enerjinin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb oldu. Səlib yürüşləri avropalılarm zəngin islam mədəniyyəti ilə təmaslarını daha da artırdı. Bu təmaslar Avropada Qərb mədəniyyətinə və onun dünyagörüşünün əsası olan xristianlıьa qarşı tənqidi münasibətlərin formalaşmasında az rol oynamadı. Uzunmüddətli və irimiqyaslı səlib yürüşləri Qərb cəmiyyətinə saysız-hesabsız bəlalar və sarsıntılar gətirdi. Həmin yürüşlərin ilk təşkilatçısı və ilhamvericisi xristian kilsəsi olduьuna görə, bu avantüranın tam iflasa uьraması xristianlıьın nüfuzuna saьalmaz yara vurdu.
Elə həmin vaxtlarda Avropada siyasi hakimiyyətin milli dövlətlər çərçivəsində mərkəzləşməsinə doьru yönəlmiş proseslərin yaranması və sürətlənməsi üçün əlverişli şərait yarandı. Cəngavərlərin və zadəganların ən narahat hissəsinin səlib yürüşlərinə qatılması, kral hakimiyyətinin möhkəmlənməsi üçün çox sərfəli idi. Mərkəzləşmə siyasəti feodal daьınıqlıьından əziyyət çəkən xırda və orta istehsalçılar və torpaq sahibləri, sənətkarlar və tacirlər tərəfindən qızьın surətdə dəstəklənirdi. Bu kateqoriyadan olan əhalinin əksəriyyəti şəhərlərdə yaşadıьına görə, Avropada mərkəzləşmiş milli dövlətlərin yaranması prosesinin iqtisadi əsasını məhz bu adamlar təşkil edirdi. Mərkəzləşmiş dövlətlərin meydana gəlməsi dünyəvi hakimiyyətlə xristian kilsəsi arasındakı qüvvələr nisbətini dünyəvi hakimiyyətin xeyrinə dəyişdirdi: iri milli dövlətlərdə kral hakimiyyəti kilsənin fəaliyyətini, qəti olaraq öz nəzarəti altına aldı.
Kilsənin nüfuzuna daha ciddi zərbəni son dövr orta əsrlərin doьurduьu Avropa Intibahi vurdu. Intibah mədəniyyətinin yaranması və yüksəlişi üçün qida mənbəyini orta əsrlər Avropa şəhərbri təşkil edirdi. Bu şəhərlər zəminində dünyanı tamamilə fərqli şəkildə qavramaьa meyilli olan orijinal adamlar meydana çıxdı. Şəhərlər üçün səciyyəvi olan azadfikirlilik ab-havası onlara xristianlıьm əsas ideyalarını yenidən və özünəməxsus şəkildə mənalandırmaьa, insanın dünyada yeri və rolu haqqında ənənəvi təsəvvürlərə yeni nəzər salmaьa imkan verirdi. Kilsənin nüfuzu kəskin şəkildə düşdüyünə görə, onlar artıq «ilahi səltənətə» çatmaq üçün Bibliyanın göstərdiyi yolla getmək istəmirdilər. Şəhər həyatinın qabarıq şəkildə büruzə verən dünyəvi xarakteri və praktisizmi ilahi başlanьıcla ünsiyyəti bu dunyada qurmaьa sövq edirdi. Onların axtarışları ilahinın əlamətləri olan əbədiyyəti, harmoniyanı, gözəlliyi və kamilliyi yer üzündəki həyatda və təbiətdə tapmaьa yönəlmişdi. Bütün bu kateqoriyalar antik mədəniyyət üçün mütləq başlanьıc olan Kosmosu səciyyələndirdiyinə görə, Intibah dövrünün mütəfəkkirləri özlərinin yeni baxışlarnı antik yunan-roma mədəniyyətinə istinad edərək əsaslandırmaьa çalışırdılar. Lakin bu mədəniyyət artıq cansız olduьuna görə, Intibah real həyati zəmindən məhrum idi. Antik yunan mədəniyyətinin daşıyıcısı olan insan təbiəti özündən uca tutaraq, onu mütləq başlanьıc səviyyəsinə qaldırırdı. Intibah isə, əksinə, Allahı-xristianlıьın mütləq başlanьıcını - təbiət və insanın səviyyəsinə endirərək onu faktiki olaraq mənəvi enerjidən məhrum edirdi.