ADĠLƏ NƏZƏrova



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix07.03.2017
ölçüsü2,84 Kb.
#10602
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

FƏNA – [ءؤُف] fəna, yox olma, ərimə, itmə. sufi məqamlarından 
biridir. Hərfi mənada yox olma, heçliyə qovuşma deməkdir. Sufi-
nin  Tanrıya  doğru  yüksəldiyi  məqamda  şüurunu  itirərək,  mənli-
yindən  keçməsi  və  Tanrıda  əriyib  getməsidir.  Maddi  varlıktan 
sıyrılıp  Hakk'a  ulaşma.  Fəna  halı  bir  sufinin  Allaha  yaxınlaşma-
sında ən üstün dərəcələrdən biri hesab olunur. Fəna kəlməsi adə-
tən, bəqa kəlməsi ilə bir işlədilir. Misal üçün fəna fi-llah bəqa bi-

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
80 
llah  [للهآت  ءآمت  للهآ  ٍف  ءاُف].  Fəna  mülkü  [Fəna  şəhəri]:  müvəqqəti 
dünya, öz varlığından keçmə.  
FƏQĠH [هُمف] – fəqih, hüqşünas. Şəriət hökmlərini bilən, İslam 
hüququna bələd olan kəs deməkdir. Termin olaraq isə Allah-təala-
nın  vəhylə  bildirdiyi  əmrlərindən  və  peyğəmbərin  hədislərindən 
dini hökmlər çıxara bilən, bu hökmlərlə məşğul olan şəxsə deyilir. 
FƏR  [عشف]  –  bölmə,  şöbə.  əsas  olanın  bölmələri,  onu  təşkil 
edənlərSözün kökü fərə`a dən gəlir.   
FƏRZ  [صشف]  –  dinin  yerinə  yetirilməsini  vacib  hesab  etdiyi 
ibadətlərə  deyilir.  Fərzi  yerinə  yetirən  şəxs  savab  qazanar,  onu 
üzürlü  səbəbdən  yerinə  yetirməyən  isə  axirətdə  cəzalandırılar. 
Fərzin  iki  növü  var.  Sözün  kökü  ərəbcədəki  fərəzə-dən  gəlir, 
lazımlılıq, vaciblik deməkdir.  
FƏSAD  [داغف]  –  olmayan,  yaxud  yox  olan  şeylərə  deyilir. 
Fəlsəfi  terminologyada  ―kövn‖  sözünün  ziddidir.  ―Fəsədə‖  [ذغف] 
yox olmaq, ortadan itmək mənasına gəlir.  
FƏSAHƏT [حهاغف] – açıqlıq, aydınlıq, dilin səlisliyi. Fəsahətli 
danışma.  Fəsahət  tələffüzün  açıqlığına,  səlisliyinə  deyilir.  Səlis, 
gözəl danişan natiqə isə ―fasih‖ deyilirdi.  
FƏLƏK  [ٌّ هٍف]  –  göy  üzü,  səma,  qədər,  taleh,  bəx  mənalari  da 
vardir. Fələk sözü ilə bəzən dini-fəlsəfi ədəbiyyatda göyün qatları 
da  nəzərdə  tutulur.  Suryanicə  olan  fələk  kəlməsi  tale,  qismət, 
gələcəkdən  xəbər  vermək,  kahinlik  etmək  [kəhanətdə  olmaq] 
mənalarında da işlədilir. Cəmi ―əflak‖dır [نلافأ].  
FĠNALĠZM  [ру.  Финализм;  alm.  Finalismus;  fr.  Finalisme; 
ing.  Finalism;  osm.  tr.  gaiye;  ər.  حَُّ
ٕىاغ]  –  hər  şeyin  bir  məqsədlə 
müəyyənləşdiyini,  bir  məqsədə  yönəldiyini,  yaxud  hər  şeyin  bir 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
81 
məqsədyönlülük  qaydasına  görə  olub-bitdiyini  qəbul  edən  görüş. 
Sözün kökündə final sözü son, axır deməkdir.  
FĠRAQ  [قاشف]  –  yrılık,  ayrılma,  kader,  hüzün.  Sözün  kökü 
ərəbcədəki  fərəqə-dir.  Hərfi  mənada  ayırmaq,  bölmək  deməkdir.  
Furqan  [ٌالشف]  sözü  də  buradan  əmələ  gəlmişdir.  Bu  söz  Quran-i 
Kərim  haqqında işlədilir. Sözdən məqsəd də  yaxşıyla pisi, doğru 
ilə yalnışı, haqq ilə batili ayırd edən deməkdir. ―Təfqiqə‖ sözü də 
buradan əmələ gəlmişdir, ayrılıq, bölücülük deməkdir. 
FĠTRĠ [alm. Angerbaren; fr.  Innè; ing. Innate; osm. tr. vehbi, 
fitri; ər. ٌشرف] – hər hansı bir varlığın təbiətində olan, var olandan 
sonra  özünün  qazandığı  öyrənilmiş  şeylərin  nəticəsi  olmayan, 
anadanolma  özü  ilə  var  olan.  Fitrət  [ər.  جشرف]  isə  yaradılma,  xəlq 
olunmaq deməkdir. Bəzən də insanın anadangəlmə xasiyyətlərinin 
məcmusu mənasında da işlədilir. 
FƏTVA  /  fitva  [
ف
يىر ]  –  hökm,  fitva,  qanun.  Daha  çox  dini-
fəlsəfi  mətnlərdə  qarşılaşılan  termindir.  Ərəbcədən  hərfi  mənada 
görüşünü,  məsləhətini  almaq  yaxud  kiməsə  məsləhət  vermək 
anlamındadır.  İslam  dinində  xüsusilə  İslam  hüququnda  dini 
məsələlərlə  əlaqəli,  bu  məsələlərdən  başı  çıxan,  yaxud  məsul 
tutulan  şəxsin  verdiyi  hökm  və  qanunlara  deyilir.  İslam  dövlət 
modelinə xas olan bu cəhət şəhərlərdə və bölgələrdə dini məsələ-
lərə,  şəriətə  nəzarət  edən  qazılar,  mollalar  tərəfindən  verilirdi. 
Müasir  dünyamızda  fitvaların  sayı  demək  olar  ki  yox  dərəcə-
sindədir.  Müftü  sözü  də  buradan  əmələ  gəlmişdir.  Kəlmə  olaraq 
mənası fətva verən deməkdir.  
FEODALĠZM  [ру.  Феодализм;  lat.  feodum  –  malikanə]  – 
ümumdünya  tarixi  tərəqqinin  gedişində  ictimai-iqtisadi  forma-

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
82 
siyaların  əvəz  olunmasından  ibarət  bütöv  dialektik  prosesin  orta 
həlqəsini təşkil edən ictimai-iqtisadi formasiya. Orta əsrlər dövrü 
üçün xarakterikdir.  
FETĠġĠZM [alm. Fetischismus; fr. Fètichisme; ing. Fetichism; 
tr.  Tapınakçilik;  ər.  خٌّرٛجٌأ,  portuqalca  feitice  –  cadugərlik]  – 
maddi  şeylərə  səciyyəvi  sosial  keyfiyyətlər  aid  edən, 
mədəniyyətin  yaratdığı  xassələri  isə  təbiətə  aid  bir  şey  kimi 
nəzərdən  keçirən  ictimai  [iqtisadi,  ideoloji  və  i.  a.]  münasibət  və 
buna uyğun baxış. 
FƏAL [ər. لاؼف] – aktiv, Çox çalışan, çalışqan, canlı, hərəkətli, 
aktiv.  Fəaliyyət  [ər.  حُناؼف]–  aləmə  yanaşmanın  səciyyəvi  üsulu, 
predmet üsulu; elə bir prosesdir ki, bunun gedişində insan təbiəti 
təcəssüm etdirir və  yaradıcı sürətdə  dəyişdirir, bununla da özünü 
fəal subyektə çevirir və mənimsəməkdə olduğu təbiət hadisələrini 
öz fəaliyyətinin obyektinə çevrilir. 
FƏLSƏFƏ [alm.=fr. Philosophie; ing. Philosophy: yun. Philia 
– sevgi və sophia – bilik, hikmət] – istər varlığın [yəni təbiət və 
cəmiyyətin],  istərsə  də  insan  təfəkkürünün,  idrak  prosesinin  tabe 
olduğu ən ümumi qanunauyğunluqlar haqqında elm.Var olanların 
varlığı,  mənası  və  səbəbləri  haqqında  ortaya  çıxan  sualları 
cavablandırır.  İlk  əvvəllər  bu  suallara  dindən  və  müdriklərin 
söhbətlərindən  cavab  tapmağa  çalışırdılarsa,  fəlsəfə  onları  daha 
doğru  və  ətraflı  cavablandırdı.  Fəlsəfə  termininə  ilk 
dəfə Pifaqorda təsadüf  edilir.  Xüsusi  elm  kimi  onu  ilk 
dəfə Platon işlətmiş və onu fərqlənmişdir. Fəlsəfə formalaşmış bir 
elm  kimi quldarlıq  cəmiyyətində  meydana  gəlsədə  feodalizmdə 
fəlsəfə  demək  oalr  ki  özünün  zirvəsində  olmuşdur.  İlkin  fəlsəfi 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
83 
görüşlərin  Şərqə  məxsus  olmasına  baxmayaraq,  fəlsəfə  sistemli 
bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilməyə çalışlımışdır. 
Filo" və "sofiya" yunan 
sözləridir. "Sofiya" hikmət, "filo" isə 
sevmək deməkdir."Filosofiya" - "hikməti sevmək" mənasını verir. 
"Fəlsəfə" isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə 
uyğun  demələrindən  yaranıb.  Ərəblər  filosofa  feyləsuf  deyirlər. 
İlk  dəfə  Pifaqor  özünü  "filosof"  adlandırıb  və  "Mən  öz  yerimi 
bilirəm.  Bilirəm  ki,  hikmət  yalnız  Tanrı  biliyidir  və  məndə  ola 
bilməz. Mən ancaq hikməti sevə bilərəm" deyib. 
FƏRD  individuum  [lat.  individuum  –  bölünməz]  – 
Obyektlərin müəyyən növündən, cinsindən və ya sinfindən seçilib 
ayrılmış təkcə, ayrıca obyekt. 
FĠDEĠZM [fr. Fideisme, lat. fides – etiqad, inam] – elmi dinə 
tabe  etməyə,  elmi  biliklərdən  dini  ehkamların  müdafiəsində 
istifadəyə  çalışan  mürtəce  təlim.  Fideizm  –  inanma,  möminlik: 
Məlumatı  ilahi  vəhyə  və  imana  dayandıran  fəlsəfi  görüş.  Daha 
çox  irrasional  bilikləri  və  informasiyanı  əsaslandırmaq  üçündür. 
Fideistlərə  görə  insanın  qəbul  etdiyi  rasional  biliklərə  irrasional 
biliklər də  daxil edilməlidir. Bu səbəbdən vəhy ilahi  biliyi  təmsil 
edir  və  bizə  həm  bilmədiyimiz  həm  də  əldə  edilməsi  qeyri-
mümkün olan məlumatları çatdırır.  
FĠNĠTĠZM [ing. finitisme; lat. finitus – müəyyən, məhdudlaş-
dırılmış,  bitmiş]  –  Sonsuzluq  kateqoriyasının  [sonsuz  və  sonlu] 
obyektiv  real  məzmununu  inkar  edən  fəlsəfi  kateqoriya;  bu 
kateqoriya onu əsas tutur ki, nə kainatda, nə mikroaləmdə, nə də 
təfəkkürümüzdə  sonsuzluq  mövcud  deyil.  İngilis  dilində  ―finish‖ 
sözü də eyni kökdəndir, son, axır deməkdir.  

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
84 
FORMA  [alm.  Form;  fr.  Forme;  ing.  Form;  lat.  Forma;  yun. 
Morphe,  eidos.  osm.  tr.  suret;  ər.  جسىط]  -  Şeyin  xarici  görünüşü, 
şəkli.  Bir  şeyin  məzmununu  ifadə  etmək  üçün  istifadə  olunan 
bədii vasitələr sistemi. 
FORMALĠZM  [alm.  Formalismus;  fr.  Formalisme;  ing. 
Formalism;  osm.  tr.  şekliye;  ər.  حُهكش]  -  İşin  mahiyyəti  zərərinə 
olaraq, onun ancaq zahiri cəhətinə riayət etmək.  
FREYDĠZM  –  psixoanaliz  nəzəriyəsinin  və  metodunun  adı. 
Z.Freydin  [1856-1939]  adı  ilə  adlandırılmışdır.  Psixologiya  və 
psixopatologiyada  insanın  bütün  hərəkətlərinin  başlıca  amilinin 
yalnız  qeyri-şüuri  bioloji  instinktlər  və  meyillər  olduğunu  iddia 
edən,  insanların  həyatında  sosial  momentləri  hesaba  almayan  və 
onların  şüurlu  fəaliyyətinin  rolunu  azaltmağa  çalışan  cərəyan. 
Freydizmin  müasir  tərəfdarları.  Klassik  freydizmin  metodoloji 
xüsusiyyətləri. 
FUNKSĠYA [alm. Funktion; fr. Fanction; ing. Function; osm. 
tr. üfule, vazife, tr. Görev; ər. 
حفُظو
 ,
ىؼنأ
ي
 lat. functio – icra, yerinə 
yetirmə]  –  Mövcud  münasibətlər  sistemində  hər  hansı  bir 
obyektin  xassələrinin  xarici  təzahürü;  məs.,  orqanizmdə  hiss 
orqanlarının funksiyaları, pulun funksiyaları, cəmiyyətdə dövlətin 
funksiyaları və i.a.  
FUNKSĠONALĠZM  (ing.  functionalism)  –  sosioloji 
tədqiqatlarda  və  biologiyada  yayılmış  konsepsiya;  cəmiyyətin 
təşkilinin təhlilinə yanaşmaların geniş spektrini əhatə edir; başlıca 
cəhət  cəmiyyətin bir hissəsinin digər hissəsinə və  ya daha böyük 
sosial  sistemə  inteqrasiyasını  və  ya  adaptasiyasını  təmin  edən 
tamın müəyyən aspektinə münasibətdən ibarətdir. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
85 
FUTUROLOGĠYA  [ing.  Futurology;  lat.  futurum  –  gələcək, 
logos  –  təlim,  söz]  –  bəşəriyyətin  gələcəyi  haqqında  təsəvvürlər, 
sosial proseslər perspektivlərini əhatə edən biliklər sahəsi. 
FÜYUZAT  (دبضٍٛف)  –  həftəlik  ictimai-siyasi,  ədəbi-tənqidi 
jurnal, 1906-cı il noyabrın 1-dən 1907-ci il noybrın 1-dək Bakıda 
Azərbaycan  dilində  nəşr  edilmiş,  38  nömrəsi  çıxmışdır.  Kəlmə 
olaraq  ―feyz‖dən  əmələ  gəlmişdir.  Mənası  dolub  daşmaq,  su 
basmaq, ətrafa axmaq deməkdir. 
FÜZULĠ [ٍنىؼف] – boş, mənasız, cəfəng. Əslində orijinal ərəb 
dilində maraqlı, hər şeylə maraqlanan, hər işə qarışan kəs demək-
dir. Fəzilət sözü də buradan əmələ gəlib. Füzuli sözü fəzlin nisbi 
sifət  halında  olan  formasıdır.  Fəzilət,  əfzəl,  fazil  sözləri  eyni 
kökdən  gəlmişdir.  Məşhur  Azərbaycan  şairi  və  filosofu  Məhəm-
məd Füzulinin də təxəllüsü buradandır.  
 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
86 
 
Ġ 
ĠDEYA [yun. Idea – anlayış, təsəvvür] – ―Məna‖, ―əhəmiyyət‖ 
və ―mahiyyəti‖ ifadə edən, təfəkkür və varlıq kateqoriyaları ilə sıx 
bağlı  olan  fəlsəfi  termin.  ĠDEA  [alm.  İdee;  fr.  Idèe;  ing.  Idea; 
yun.  Idea  =  idein  –  görmək;  osm.  tr.  fikir,  misal;  osm.  tr. 
mefjurevi;  ər.  شىفٌأ]  –  Fikir-Misal:  Platonda  dəyişməyən  öz, 
əşyanın  ilk  nümunələri.  Dilimizdə  ideya  sözü  geniş  içlənmək-
dədir, misal üçün: ağlıma bir ideya gəldi, yaxud fikir gəldi.  
ĠDEAL [alm. Ideel; fr. Idèal, ideal; ing. Ideal; osm. tr. iftikari; 
ər.  يسبىزفإ;  tr.  düşüncel]  –  həqiqətdə  real  əsası  olmayıb,  ancaq 
düşüncədə  qurulan,  dizayn  edilən  şey.  Yaxud  da  düşüncə  ilə 
qavranıla  bilən.  İdeallıq  isə  obyektiv  həqiqəti  olan  varlığın 
qarşısında ideal yaxud da qurulan bir varlıq anlayışıdır. İdeal sözü 
bəzən  oxşarı-bənzəri  olmayan,  öz  cinsində  tam  mükəmməl  olan, 
hər  şeyi  yerli-yerində  olan  mənasını  da  ifadə  etməkdədir.  İdeal
hər hansı sosial qrupun səy və fəaliyyətinin son məqsədi, ən mü-
kəmməl ictimai quruluş haqqında həmin sosial qrupun iqtisadi və 
sosial qrupun ictimai sosial mənafelərinə uyğun gələn təsəvvür. 
ĠDEALIZM  [alm.  Idealismus;  fr.  Idèalisme;  ing.  Idealism; 
osm.  tr.  mefkurecilik;  iftikariyye;  ər.  خ
ٌّسبىزفإ;  yun.  İdealisme]  – 
fikirçilik-təsəvvürçülük:  ideallıq,  bir  ideyaya  bağlanmış  olan  və 
bu ideyadan fayda güdmədən bağlı qalan, düşüncənin əsl həqiqət 
olduğunu,  bütün  gerçəklərin  əsası  olduğunu,  maddənin  və 
əşyanın,  zehin  və  düşüncənin  bir  məhsulundan  ibarət  olduğunu 
irəli  sürən  fəlsəfi  bir  baxımdır.  İdealizm  –  fəlsəfi  cərəyandır. 
İdealizm  ruhi  olanın,  qeyri-maddinin  birinciliyi  və  maddi  olanın 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
87 
ikinciliyi prinsipindən çıxış edir ki, bu da onu aləmin zamanca və 
məkanca  sonlu  olması  və  Allah  tərəfindən  yaradılması  haqqında 
dini ehkamlara yaxınlaşdırır. 
Hər  hansı  bir  ideyaya  bağlı  olan,  sadiq  qalan  və  onu  müdafiə 
edənlərə,  yaxud  həmin  ideyanın  əsasını  qoyanlara  ideoloqlar 
deyirlər.  İdeologiya  [alm.  Ideologie;  fr.  Idèologie;  ing.  Ideology; 
osm.  tr.  ilm-i  süver-i  akliye;  ər.  ًﺟٌٌٛٛدإ]  –  terminin  yaradıcısı 
Destut de Trasiyə görə ideologiya ―ideyaların elmi‖dir.  
ĠDOLA  [alm.=ing.  Idol;  fr.  Idole;  lat.  Idola;  yun.  Eldoion; 
osm.  tr.  sanem;  put,  imge].  F.Bekonun  ―Yeni  orqanon‖  əsərində 
istifadə  etdiyi  anlam.  Insanın  təbiətində  yerləşən  yaxud  da 
sonradan qaznılmış olan və əsl biliyə mane olan prinsiplər.  
ĠMAN [alm. Glaube; fr. Crayance; ing. Belief; osm. tr. Itikat, 
iman;  ər.  ْبٌّإ]  –  Bir  şeyi  etimadla  doğru  qəbul  etmə  halı;  bu 
mənada; kifayət qədər vacibliyi olmayan; dəqiq olmayan bir şeyi 
doğru  qəbul  etmək;  əqllə  ümumi  bir  dəqiqlik  aparmadan 
başqasının  şahidliyi  üstündə  qurulan,  sübutları  olmadan,  amma 
heç  bir  şübhə  duymadan  təsdiq  etmək.  Səmavi  dinlərdə 
(yəhudilik,  xristianlıq,  islam  və  s.)    iman  Allaha  ona  heç  bir 
varlığı şərik qoşmadan yaradıcı olduğuna, hər şeyi idarə etdiyinə, 
mütləq  həqiqət,  mütləq  yaxşı  olduğuna,  əzəli  –  əbədi  olduğuna 
inanmaqdır.  Tanrının  varlığı  ilə  birlikdə  səmavi  dinlərdə  iman 
əsasları  da  mövcuddur.  Onlardan  peyğəmbərliyə,  axirət  dünyası-
nın  mövcudluğuna,  qəzavü-qədərə,  mələklərə,  kitablara  imanı 
sadalamaq  mümkündür.  Bunlar  səmavi  dinlərin  bütövlükdə 
mahiyyətini  təşkil  edir.  Sözün kök  ərəbədə  ―əmənə‖ sadə  felidir. 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
88 
Buradan  ―təmin‖,  ―təminat‖,  ―əmanət‖,  ―əmin‖  sözləri  də 
törəmişdir.  
ĠMMANENT  (os.tr.  mündemiç;  ər.  جيذُي;  ing.  Immanent;  tr. 
içte bulunan)  – Allahı aləmin içində,  aləmlə birlikdə qəbul edən 
fəlsəfi görüş. 
ĠMMATERYALĠZM  [ing.  Immeterialisme;  fr.  Imma-
terialisme; ru. имматертализм] – qeyri-maddilik. Materi-alizmin 
ziddi  olan  bu  görüş,  aləmin  öz-özünə  təsəvvürlərimiz  və  fikir-
lərimiz  xaricində  bir  həqiqəti  olmadığını  irəli  sürür.  Kök  olaraq 
ingiliscədəki  im+materia+ism  formasındadır.  Sözün  kökünün 
əvvəlinə -im prefiksi və sonuna da -ism sufiksi artırılmışdır.  
ĠMPERATĠV  [alm.  Imperativ;  fr.  Impèratif;  ing.  Imperative; 
lat. Imperativum; osm. tr. emir; ər.  شِا] prinsip, şərt, əmr.  Kanta 
görə fərdi ideyaların [maxim] qarşısına qoyulan obyektiv keçərli 
və hər hansı bir fəaliyyətin vacibliyini dilə gətirən əxlaqi prinsip. 
İmperativlər  iki  cür  olur.  Qəti  imperativlər  və  qəti  olmayan 
imperativlər.  
ĠMZA [alm. Zeichen; fr. Signe; ing. Sign; lat. Signum; osm. tr. 
işaret;  ər.  ٌّ ءبضِإ] – bir başqa şeyi  göstərən, bir şeyi  anladan, dilə 
gətirən  şey,  idrak  ediliyi  zaman  əslində  başqa  bir  məfhumu 
xəyalımızda  canlandıran  şey.  Misal  üçün  dini  –  fəlsəfi  ədəbiy-
yatda ―gördüyümüz və var olduğunu bildiyimiz hər şey Tanrının 
imzasıdır.‖ cümləsilə çox qarşılaşırıq.  
ĠNDETERMĠNĠZM 
[Alm. 
Indeterminismus; 
fr. 
Indete`rminisme;  ing.  Indterminisme;  lat.  In-de-terminare  –  sər-
həd qoyma, hədd qoyma. osm. tr. laicabiyyə, ər. خٍجبﺟِ indetermi-
nisme]  –  qeyri-müəyyənlik,  determinizmin  ziddi  olan  bir  fəlsəfi 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
89 
görüşdür.1. Ümumi olaraq səbəbiyyət qaydasına bağlı olmayaraq 
bir  səbəbə  bağlı  olmayan  hadisə  və  vəziyyətlərin  də  mövcudlu-
ğunu  irəli  sürən  görüş.  2.  Xüsusi  olaraq  isə  əxlaq  fəlsəfəsində 
insan istəyinin heç bir qeydə - şərtə bağlı olmadığını, içində oldu-
ğu  şərtlərlə  müəyyənləşmədiyini,  insanın  müstəqil  səbəbiyyət 
qaydasına  bağlı  olmadığını  iddia  edən  görüş.  İndeterminizmin 
kökü  əslində  ―determine‖  kəlməsidir,  kəlmənin  əvvəlinə  sözə 
inkarlıq  verən  –in  prefiksi,  axırına  da  konsepsiyaları,  nəzəriy-
yələri ifadə edən –ism sufiksi artırılmışdır.  
ĠNDĠVĠDUALĠZM [alm. Individualismus; ing. Individualism; 
osm.  tr.  ferdiye;  ər.  خٌدشف].  Ümumiyyətlə  hamıya  olmayıb  əslində 
tək  şəxsə  üstünlük  verən  və  ona  istinad  edən  görüş,  düşüncə 
şəklidir.  İndividualizm  bəzən  insanın  özünün  görüşlərinə  istinad 
etməsi  təmayülünə  də  deyilir.  Metodologiyada  tarixi  və  ictimai 
hadisələrin  açıqlanmasını  şəxsin  mənəvi  dünyagörüşünə  əsaslan-
dıran görüş hesab edilir. Individualizə etmə, yəni fərdiləşdirmə isə 
ümumi deyildə olanı şəxsi vəziyyətə çevirmə fəaliyyətinə deyilir.   
ĠNFORMASĠYA  [alm=  fr=  ing=  information;  ər.  خٍِٛعِ;  tr. 
bilişi]  –  Komputerə  daxil  edilən,  onda  saxlanılan  yaxud  istehsal 
olunan  bilik,  məlumat.  Mənşəcə  ingilis  sözüdür.  Sözün  kökü 
form,  in  –  prefiks,  tion  isə  sufiksdir.  Inform  hərfi  tərcümədə 
məlumat, informasiya anlamına gəlməkdədir. Dilimizdə məlumat 
sözü  çox  geniş  işlənməkdədir,  ərəbcədən  keçmişdir.  İnformasiya 
sözü  isə  daha  müasirdir.  İnformasiya ifadə  formasından  asılı 
olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər 
və s.  haqqında olan məlumat və biliklərdir.  Biliklər  isə  müəyyən 
faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnfor-

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
90 
masiyanı  yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür 
(biz bunu informasiya texnologiyası kimi komputerdə həyata ke-
çiririk). İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə 
ayrılır: analoq və rəqəmli.  İnsanlar  öz  hissiyyat  üzvlərinə  görə 
analoq,  kompyuterlər  isə  rəqəmli  informasiyaların  köməyilə 
fəaliyyət göstərir.  
ĠNNEĠZM  [fr.  Inneismeing.  Ing.  Inneism;  ру.  Иннеизм;  ər. 
خٍّرشزف; osm.tr. fitratçilik] – fitrətçilik: Sonradan qazanılmış olanın 
ziddi  olan,  yəni  fitri  doğuştan  olan.  İnsanda  xarakterik 
xüsusiyyətlərin  fitrətdən  onunla  bərabər  doğulmasına,  nəsli 
xüsusiyyətlərin  qabardılmasına  istiqamətlənmiş  fikirlər,  iddialar 
inneizmin  əsas  mahiyyətini  təşkil  edir.  Bu  səpkidə  misal  üçün, 
filosoflar  insanda  fitrətdən  onun  mahiyyətində  olan  Allah 
axtarıcılıq  ideyasını  göstərirlər.  Çünki  insanda  Allahı  axtarıb 
tapmaq, ona itaət – ibadət etmək ideyası anadangəlmədir.  
ĠNTELLEKTUALĠZM  [ing.  Inttelectualisation;  fr.  Intel-
lectualisme]  –  zehniyyət:  Prinsip  olaraq  hər  şeyin  zəkaya,  zehni 
ünsürlərə  bağlanacağını,  onlarla  əlaqələndiriləcəyini  qəbul  və 
iddia  edən  fəlsəfi  görüş.  Dilimizdə  intellektual  sözünün  əvəzinə 
daha  çox  ziyalı  ifadəsi  işlənir.  İntellektualizmi  isə  daha  çox 
ziyalılıq  sözüilə  əvəz  etmək  mümkündür.  Bundan  başqa  müasir 
dönəmdə zəka sözü, ağıl, dünyagörüşü sözlərini daha çox dilimizə 
yeni transfer edən ―intellekt‖ termini işlənməkdədir.  
Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin