Ad/Soyad: Heydərova Tamara Qrup: 760A1 İxtisas


Maliyyə resurslarının mənbələri



Yüklə 48,43 Kb.
səhifə2/5
tarix18.12.2023
ölçüsü48,43 Kb.
#184051
1   2   3   4   5
Tikinti

2.Maliyyə resurslarının mənbələri
Təsərrüfatçılığın müxtəlif mülkiyyət və təşkilati formasından asılı olmayaraq hər bir müəssisə sabit və normal fəaliyyət göstərmək üçün zəruri həcmdə maliyyə resurslarına malik olmalıdır. Maliyyə öhdəliklərini yerinə yetirmək, cari xərcləri və istehsalat məsrəflərini ödəmək məqsədilə təsərrüfat subyektinin sərəncamında cəmləşən daxili aktivlərin, pul gəlirlərinin və kənardan cəlb olunan vəsaitlərin məcmusu maliyyə resursları kimi xarakterizə olunur. Müəssisə özünə məxsus maliyyə resurslarından istifadədə tam sərbəstdir, lakin o həmin vəsaitlərdən qənaətlə və səmərəli istifadə etməlidir ki, yüksək iqtisadi nəticələrə nail olsun. Xüsusi maliyyə resurslarının əsas hissəsini müəssisənin sərəncamında qalan və rəhbər idarəetmə orqanlarının qərarı ilə bölüşdürülən mənfəət təşkil edir. Müəssisənin maliyyə siyasətindən asılı olaraq onun sərəncamında qalan mənfəət aşağıdakı istiqamətlərə yönəldilə bilər:
* tam həcmdə istehlaka;
*təşkilatın fəaliyyəti ilə bağlı olmayan digər layihələrin investisiyalaşdırılmasına;
* tam həcmdə müəssisənin inkişafının yenidən investisiyalaşdırılmasına;
*istehsal zərurətindən asılı olaraq birinci üç istiqamətə bölüşdürülməsinə.
Xüsusi maliyyə mənbələrinin formalaşmasında ikinci əhəmiyyətli yeri amortizasiya ayırmaları tutur. Bu ayrılmalar əsas istehsal fondlarının və qeyrimaterial aktivlərin aşınmasının dəyərinin pul ifadəsidir. Onlar ikili xarakter daşıyır, çünki ilk növbədə məhsul istehsalı məsrəfləri tərkibinə daxil edilir və sonradan məhsul satışından əldə olunan gəlirin içərisində müəssisənin hesablaşma hesabında əksini tapır ki, bu da həm sadə, həm də geniş təkrar istehsalın daxili mənbəyi kimi qiymətləndirilməlidir. Toplanmış amortizasiya ayrılmaları amortizasiya fondunu təşkil edir. Bu mənbə aşınmış əsas fondların təkrar istehsalına (bərpasına) xidmət edir. Mənfəətin hamısı müəssisənin sərəncamında qalmır. Onun bir qismi vergilər və digər icbari ödənişlər şəklində büdcə sisteminə köçürülür.
Müəssisənin sərəncamında qalan mənfəət idarəetmə orqanlarının qərarı ilə yığım, istehlak və ehtiyat fondları yaradılmasına yönəldilir. Yığım fonduna yönəldilən mənfəət istehsalın inkişafına sərf edilir və müəssisənin əmlakının artırılmasına şərait yaradır. İstehlak fondunda cəmləşən vəsait isə sosial məsələlərin həllində istifadə olunur. Maliyyə ehtiyatlarının formalaşmasının cəlb edilmiş və yaxud kənar mənbələrini dörd əsas qrupa bölmək olar: xüsusi, borc alınmış, təkrar bölgü qaydasında daxilolmalar və büdcə təxsisatları. Bu bölgü kapital qoyuluşunun forması ilə şərtlənir. Kapital bazarında pul vəsaitlərinin cəlb edilməsinin iki variantı mövcuddur: payçı və borc verən qismində maliyyələşdirmə. Birinci halda müəssisə öz səhmlərinin fond bazarında emissiyasını və yerləşdirilməsini təşkil edir. İkinci variant müddətli qiymətli kağızların buraxılışını və yerləşdirilməsini nəzərdə tutur. Sahibkarlıq kapitalı gəlir əldə etmək və yaxud təşkilatın idarə edilməsində iştirak etmək məqsədilə başqa müəssisənin nizamnamə kapitalına qoyulmuş vəsaitdir. Ssuda kapitalı bank kreditləri, digər təşkilatların vekselləri, istiqrazları şəklində müəssisənin müvəqqəti istifadəsinə verilir. Maliyyə bazarında səfərbər edilən vəsaitlərə öz səhmlərinin və istiqrazlarının, həmçinin digər növ qiymətli kağızların satışından əldə olunan məbləğlər aiddir. Büdcə təxsisatları həm əvəzsiz qaydada, həm də qaytarılmaq şərti ilə istifadə oluna bilər. Onlar adətən, dövlət sifarişlərinin, ayrı-ayrı investisiya layihələrinin maliyyələşdirilməsi və yaxud ümumdövlət əhəmiyyətli məhsul buraxan müəssisənin dövlət tərəfindən müvəqqəti dəstəklənməsi üçün ayrılır. Maliyyə resursları müəssisə tərəfindən istehsal və investisiya fəaliyyəti prosesində istifadə edilir.

Yüklə 48,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin