5.Tikinti təşkilatının fəaliyyətinin maliyyə nəticələrinin təhlili Tikinti təşkilatının təsərrüfat fəaliyyətində maliyyə xüsusi əhəmiyyət kəsb edir. Maliyyənin xüsusiyyəti ondadır ki, o, həmişə pul formasında çıxış edir. O, bölüşdürücü xarakterdə olub, maddi istehsal sahələrində təsərrüfat subyektlərinin, dövlətin və qeyri-istehsal sahəsi iştirakçılarının gəlirlərinin və yığımlarının formalaşmasını və istifadəsini əks etdirir.
Konkret təsərrüfat subyektlərinin sərəncamında olan pul vəsaitləri müəssisənin maliyyə resurslarını təşkil edir və onun gəlirlərinin əmələ gəlməsi, bölüşdürülməsi və istifadəsi prosesini əks etdirir.
Maliyyə-pul fondlarının yaranması və istifadə edilməsini ifadə edən pul münasibətləri sistemidir. İstehsal-kommersiya müəssisələrində maliyyə münasibətləri təsərrüfat fəaliyyətinin əsasları ilə birbaşa bağlı olan aşağıdakı prinsiplər üzərində qurulur və bu prinsiplər əsasında müəssisənin maliyyəsi təşkil olunur. Bu prinsiplər aşağıdakılardır:
vəsaitlərin xüsusi və borc alınmış vəsaitlərə bölünməsi;
büdcə, büdcədənkənar və dövlət fondlarına birinci növbəli ayırmalar;
müəssisənin fəaliyyətinə maliyyə nəzarəti.
Maliyyə-təsərrüfat fəliyyəti sahəsində müstəqillik prinsipi başqa sahələrdə olduğu kimi maliyyə sahəsində də, mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyektlərinin çəkdiyi bütün məsrəflərin, maliyyələşdirmə mənbələrinin, pul vəsaitlərinin sərfəli qoyuluşu istiqamətlərinin sərbəst halda öz təşəbbüsü ilə müəyyənləşdirilməsi deməkdir. Bazar münasibətləri müəssisənin maliyyə müstəqilliyini daha da genişləndirir. İndi respubilikamızda bütün müəssisələr əlavə mənfəət əldə etmək məqsədilə qısa və uzunmüddətli investisiyanı həyata kecirmək üçün digər təsərrüfat subyektlərinin qiymətli kağızlarını almaq, onların nizamnamə kapitalının formalaşmasında iştirak etmək, pul vəsaitlərini kommersiya banklarının depazit hesabında saxlamaq və bu kimi tədbirlərə əl atmaq və daha çox mənfəət qazanıb öz iqtisadi güclərini artırmaq imkanını əldə etmişlər.
Lakin müəssislərin təsərrüfat müstəqilliyindən danışarkən, bu anlayışı mütləqləşdirmək olmaz və onların fəaliyyətinin müəyyən seqmentlərinin dövlət tərəfindən iqtisadi alətlər vasitəsilə tənzimlənməsi və dəstəklənməsini, işdə müəyyən nəzarətin həyata kecirilməsi labüdlüyünü inkar etmək səhv olardı. Bunu müəssisələrin mövcud qanunlara uyğun olaraq vergi ödəmələri və büdcədənkənar fondların yaradılmasında fəal iştirakı ilə təsdiq etmək olar.
Özünümaliyyələşdirmə prinsipinin həyata kecirilməsi kommersiya fəaliyyətinin əsas şərtlərindən biri olmaqla, təsərrüfat subyektlərinin rəqabətqabilyətli olmasını təmin edir. Bu prinsip müəssisələrin istehsal etdikləri və satdıqları məhsulun, göstərdikləri xidmətlərin xərclərinin öz vəsaiti hesabına ödənilməsini, investisiya üçün xüsusi pul vəsaitlərindən, lazım gəldikdə bank və kommersiya kreditlərindən istifadə edilməsini nəzərdə tutur.
Təsərrüfat fəaliyyəti nəticəsində mənfəət əldə edə bilməyən, lakin istehlakcılar üçün zəruri məhsul buraxan və xidmət göstərən bəzi müəssisələr müəyyən şərtlər əsasında büdcədən qismən maliyyələşə bilər.
İşin nəticəsinə maraqlılıq prinsipi istehsal-kommersiya fəaliyyətinin əsası olmaqla təsərrüfat subyektinin mütləq müəyyən məbləğdə mənfəətlə işləməsini nəzərdə tutur. Həmin prinsip istər müəssisə və təşkilatlar üçün, istərsə də onların ayrı-ayrı işçiləri üçün vacib şərtdir. Onun həyata keçirilməsi münasib əmək haqqı alınmasını, dövlətin optimal vergi siyasəti yürütməsini, xalis gəlirin iqtisadi cəhətdən əsaslandırılmış nisbətdə istehlakı ilə yığım arasında bölüşdürülməsini tələb edir.
Maliyyə ehtiyatlarının yaradılması prinsipi sahibkarlıq fəaliyyətini çox vaxt müşaiət edən risklə əlaqədar müəyyən maliyyə ehtiyatlarının və başqa oxşar fondların yaradılması zəruriətini ön plana çəkir. Əsas prinsipi daimi rəqabət, müəyyən şərt və tapşırıqları uduzmaq təhlükəsi olan bazar münasibətləri sahibkarın öz işlərini şəxsi təşəbbüsü, qabiliyyəti və riski əsasında görməni nəzərdə tutur. Bu çür təsərrüfat subyektinin müəyyən maliyyə ehtiyatlarının olub-olmaması onun gələcək iqtisadi taleyi üçün əlverişli rol oynaya bilər.
Bundan əlavə, mütərəqqi pul vəsaitinə malik olan təsərrüfat subyektləri mövcud inflyasiya şəraitində risk edərək öz pulunu daha yüksək mənfəət verə bilən depazit-əmanət və yaxud qiymətli kağızlar şəklnidə yerləşdirmək hüququndan istifadə etməyə calışır. Bu halda həm də istehsal proqramlarının həyat kecirilməsində müəyyən şərtlər buraxa bilərki, bu da xeyli ziyanla nəticələnir.
Bütün bu risklər nəticəsində işgüzarlıq fəaliyyətinin ciddi pozulmaması üçün müəyyən ehtiyatların olması iqtisadi cəhətdən zəruridir. Mövcud qanunvericiliyə əsasən həmin prinsiplər açıq və qapalı səhmdar cəmiyyətlərdə həyata kecirilir. Ümumi qaydada əsasən ehtiyat fondunun kəmiyyəti ödənilmiş nizamnamə kapitalının 15%-indən az, lakin vergi ödənilən mənfəətin 50 %-indən çox olmamalıdır.
Maliyyə ehtiyatlarını öz təşəbbüsü ilə digər təşkilatı-hüquqi və mülkiyyət formalarına əsaslanan təsərrüfat subyektləri də yarada bilər. Lakin bunun xalis gəlirdən, həm də büdcəyə vergi və başqa ödəmələri köcürdükdən sonra etmək lazımdır. Bununla bərabər, maliyyə ehtiyatlarına və bu kimi başqa fondlara köçürülən pul vəsaitlərini onların əlavə gəlir gətirmələri üçün bankların depazit hesabında, yaxud başqa bir likvidilik formasında saxlamaq daha məqsədəuyğundur.
Tikinti təşkilatının fəaliyyətinə maliyyə nəzarəti edilməsinə xüsusi diqqət yetirilməlidir.