Ad/Soyad: Heydərova Tamara Qrup: 760A1 İxtisas



Yüklə 48,43 Kb.
səhifə1/5
tarix18.12.2023
ölçüsü48,43 Kb.
#184051
  1   2   3   4   5
Tikinti


AZMIU



MÖVZU: 1.Tikintidə material resurslarının idarə edilməsi
2.Maliyyə resurslarının mənbələri
3. Proqnozlaşdırmanın əsas metodları
4.Risklərin idarə edilməsi
5.Tikinti təşkilatının fəaliyyətinin maliyyə nəticələrinin təhlili

Ad/Soyad: Heydərova Tamara
Qrup: 760A1
İxtisas: Menecment
Fənn-Tikinti Menecmenti
Müəllim-Ələsgər Əliyev

1.Tikintidə material resurslarının idarə edilməsi
Müasir dövrdə təsərrüfat subyektlərinin özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyətinin təmin edilməsi bir sıra tədbirlə­rin sistemli və kompleks şəkildə həyata keçirilməsi ilə birbaşa bağlıdır. Belə bır şəraitdə istehsalın və satışın həcminin artırılması, material və əmək məs­rəflərinin minimuma endirilməsi, məhsulun material və əməktutumunun azaldılması ehtiyatlarının aşkara çıxarılması, idarəetmənin başlıca elementlə­rindən olan mühasibat uçotu və iqtisadi təhlilin metodikasının tamamilə yeni prinsiplər əsasında işlənib hazırlanması obyektiv zərurətə çevrilir. Çünki, müasir dövrdə müəssisənin əmək və material resursları ilə müntəzəm və fasiləsiz təmin olunmasında yaranan problemlər əsas iqtisadi göstəricilərdən bırı hesab olunan məhsulun əmək və material tutumunun səviyyəsinin dəyiş­məsi meylinin öyrənilməsini və qiymətləndirilməsini ön plana çəkir. Xarici investisiyaların cəlb olunması və istehsal resurslarının həcminin daim artması imkanlarının məhdudluğu problemə bir daha yenidən baxılmasını, material və əmək resurslarına edilən qənaətin (artıq xərcin) məbləğinin dəqiq uçota alınmasını və hesabatda düzgün əks etdirilməsini tələb edir.
Bazar münasibətləri şəraitində istənilən təsərrüfat subyektinin uğurlu fəaliyyəti material resurslarından səmərəli istifadə ilə bilavasitə bağlıdır. Milli iqtisadiyyatın bütün sahələrində, xüsusilə neftmaşınqayırma sənayesində sahibkarlığın inkişafı, müəssisələr arasında birbaşa təsərrüfat əlaqələrinin intensivləşdirilməsi, material məsrəflərinin minimuma endirilməsinin vacib olduğu bir şəraitdə səmərəliliyin ən mühüm göstəri­cilərindən olan məhsulun (iş və xidmətlərin) material tutumunun azaldılması ehtiyatlarının müəyyən edilməsi, mühasibat uçotu, audit və iqtisadi təhlilin yeni prinsiplər əsasında qurulması mühüm əhəmiyyət kəsb edir. İqtisadi əlaqələrin inkişaf etdiyi müasir şəraitdə neftmaşınqayırma sənayesi müəssisələrinin metal, yanacaq, elektrik enerjisi və digər növ material resursları ilə müntəzəm və fasiləsiz təmin olunması məhsulun (iş və xidmətlərin) material tutumunun səviyyəsinin dəyişmə meylinin öyrənilməsini və qiymətləndirilməsini ön plana çəkir. Bundan başqa, neft müqavilələrinin (kontraktlarının) bağlanılması və xarici investisiyaların cəlb olunması, maşınqayırma sənayesinin inkişaf tempi İlə müqayisədə istehlak olunan xammal və material resurslarının həcminin daim artması imkanlarının məhdudluğu problemə yenidən baxılmasını, resurs və istehsal potensialının reallaşdırılmasında kökündən dəyişiklikləri təmin edən tədbirlər proqramının həyata keçirilməsini, məhsulun keyfiyyətini aşağı salmadan material resurslarına edilən qənaətin (artıq xərcin) məbləğini mütləq və nisbi ifadədə hesablamağa imkan verən iqtisadi təhlilin ənənəvi qaydalardan fərqli yeni metodikasının işlənib hazırlanmasını obyektiv zərurətə çevirir.


Yüklə 48,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin