Ad/Soyad: Heydərova Tamara Qrup: 760A1 İxtisas


Proqnozlaşdırmanın əsas metodları



Yüklə 48,43 Kb.
səhifə3/5
tarix18.12.2023
ölçüsü48,43 Kb.
#184051
1   2   3   4   5
Tikinti

3. Proqnozlaşdırmanın əsas metodları
Proqnozlaşdırma – bu, dövlət və korporativ səviyyələrdə prioritetlərin seçimi və qəbul edilən strateji və taktiki qərarların əsaslandırılması üçün, perspektiv dövrdə sosial-iqtisadi, innovasiya-texnoloji, ekoloji və ərazi inkişafın əsas amillərinin qabaqcadan görülməsidir. Proqnoz olmadıqda, yaxud o, səhv olduqda, nəinki istənilən nəticəni verə bilməyən, hətta qeyri-mütənasibliklər yaradan və itkilərlə nəticələnən qərarların qəbul edilməsi istisna deyil. Dövlət və korporativ səviyyələrdə strateji idarəetmə sisteminin mərkəzi hissəsi uzunmüddətli proqnozlardır. Uzunmüddətli makroiqtisadi proqnozlaşdırmanın zərurəti bir sıra səbəblərlə diktə edilir. Bu, birincisi, sosiodemoqrafik dövrlərin müddəti, insan nəslinin dövri olaraq dəyişməsi (təxminən, otuz ildən bir), insanın həyat dövrünün uzunluğunun artması, gələcək işçilərin hazırlanması müddəti kimi amillərdir. Bütün bunlar bir neçə onillik irəlini görməyi tələb edir. İkincisi, ölkələrdə texnoloji dövrlərin мцддяти, teхnikanın nəsilлярinin dəyişməsi (hər on ildən bir) və üstünlük təşkil edən texnoloji укладлар (təxminən yarım əsrdən bir) kimi amillərdir ki, bunlar əmtəə və xidmətlərin rəqabətədavamlılığına və ona nail olmasına qarşı tələbləri tam dəyişir. Üçüncüsü, iqtisadi proseslərin ritmikliyi, ortamüddətli və uzunmüddətli iqtisadi dövrlərin və yarıməsrlik Kondratyev dövrlərinin uzunluğu, strateji qərarların əsaslandırılması və reallaşdırılması zamanı onların mərhələlərinin dəyişməsinin qabaqcadan görülməsi zərurəti kimi amillərdir. Dördüncüsü, iri investisiya layihələrinin xərcinin çıxarılması, iqtisadiyyatda vaxtı çatmış struktur dəyişikliklərinin həyata keçirilmə müddəti kimi amillər. Proqnozların praktiki əhəmiyyətini N.D.Kondratyev belə ifadə edirdi: Sosial islahat layihəsi irəli sürülürmü, iqtisadi siyasətin bu və ya digər tədbiri təklif olunurmu, özəl müəssisənin təşkili məsələsinə baxılırmı və s., bütün hallarda sosial-iqtisadi mühitdə baş verən hadisələrin axarına fəal müdaxilə və sonrakı hadısələrin gedişatının qabaqcadan görülməsi məsələsi irəli sürülür. Bu səbəbdən də, sosial-iqtisadi həyatda proqnoz problemi xüsusən dərin əhəmiyyətə malikdir.
Proqnozlaşdırmanın funksiyaları. Bazar iqtisadiyyatının tənzimlənməsi sistemində proqnozlaşdırma üç əsas funksiyanı icra edir:
- proqnozlaşdırılan obyektin (ölkə, region, müəssisə, bazar və s. iqtisadiyyatı) dinamikasına təsir göstərən amillərin gücünü nəzərə alaraq, inkişaf meyillərinin qabaqcadan müəyyənləşdirilməsi;
- həmin obyektin bu və ya digər planlaşdırılmış, yaxud bazara uyğun qəbul edilmiş qərarlarına reaksiyasının, bu qərarın (yeni müəssisənin tikilməsi, bazara yeni əmtəənin çıxarılması, vergi stavaksının dəyişməsi və s.) reallaşdırılmasının mümkün nəticələrinin qabaqcadan görülməsi;
- qərar qəbul edildikdən və icrasına başlandıqdan sonra, onun icrası gedişatının və nəticələrinin izlənməsi, qərarın reallaşma şəraiti kəskin şəkildə dəyişdikdə isə, qərarın vaxtında düzəliş edilməsi, yaxud ləğv edilməsi. Proqnozlaşdırma bazar iqtisadiyyatının inkişafının dövlət və korporativ tənzimlənməsi sisteminin vacib elementlərindən biridir.


Yüklə 48,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin